Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-181/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmiş, Ucar rayonu, Vaqif küçəsi, ev 29-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə massivi, 3-cü məhəllə, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1(bir) bükümdə, təmiz çəkisi 0,650 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 14 sentyabr 2021-ci il tarixdə saat 04:00 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı, Sumqayıt şəhəri “Paralelni” küçəsində yerləşən “Avtobazanın” yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına aparılıb, orada xidməti otaqlardan birində üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan psixotrop maddə metamfetamin əynindəki göy rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu Vaqif küçəsi ev 29-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə massivi 3-cü məhəllə fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və mərmər ustası kimi Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərində evlərdə süni mərmər quraşdırmaqla ailəsini dolandırır. Təxminən 2 aya yaxındır ki, psixotrop madddə olan el arasında şüşə adı ilə tanınan metamfetamindən istifadə edirmiş. Bunun nəticəsində də narkomaniya xəstəliyinə düçar olmuşdur. 13 sentyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağları deyilən ərazidə qismən tanıdığı, adını bilmədiyi şəxslə təsadufi olaraq rastlaşmış və ona yaxınlaşıb, 60 manat dəyərində bir bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsdən bir neçə dəfə psixotrop maddə metamfetamin alıbmışdır. Lakin həmin şəxsin kimliyi barədə heçnə bilmirmiş. 14.09.2021-ci il tarixdə tanışı İlkin Həmzəyevin işlədiyi sexə moyka aparatı aparmalı imiş. Çünki söz vermişdir ki, 14.09.2021-ci tarxində səhər saatlarına kimi həmin moyka aparatını sexə qaytaracaqmış ki, onlar öz işlərini görə bilsinlər. Qeyd olunan tarixdə gecə saat təxminən saat 03 radələrində tanışı taksi fəaliyyəti ilə məşğul olan Şahid3 zəng etmiş və bildirmişdir ki, Sumqayıt şəhəri, aliminium zavodun yaxınlığında yerləşən sexə moyka aparatı aparmaq lazımdır. Namaz da etiraz etmədən o dediyi ünvana gəlmiş, moyka aparatını avtomaşına qoyub Sumqayıt şəhəri Paralelni küçəsində yerləşən “Avtobaza” və “Aliminium” zavodun yaxınlığında yerləşən sexə getmişdilər. Qeyd olunan tarixdə saat təxminən 04:00 radələrində bir neçə polis əməkdaşı onlara yaxınlaşmışdırlar və özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmişdirlər, sonra polislər ondan narkiitk vasitə saxlamalarından şübhələndiklərinə görə onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparacaqlarını bildirmişdirlər. O da etiraz etməmişdir. Bundan sonra polis işçiləri sexə daxil olmuşdurlar və sexdə olan digər şəxslər yəni Şahid2 və Şahid1 da götürüb birlikdə onları 4-cü PB-nə aparmışdırlar. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da, əynindəki göy rəngli şalvarının sol yan cibindən özünə məxsus ağ rəngli sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olnumamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, şəffaf sellofan ilə birlikdə çəkisi 0,75 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmıdşır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə psixotrop maddə metamfetamin olmuş və ona məxsus imiş. Öz istifadəsi üçün üzərində saxlamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Eyni zamanda mərmər ustası olduğunu, Sumqayıt şəhəri, Bakı şəhəri və Abşeron rayonu əraisində fəaliyyət göstərdiyini bildirmişdir. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin post-patrul xidməti taboru polis nəfəri, polis serjantı X4 ifadəsində göstərmişdir ki, 04.09.2021-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri Paralelni küçəsi, Avtobaza və Aleminium zavodu deyilən yerin yaxınlığında yerləşən sexlər ətrafında iş yoldaşları Şahid4, Tural Əsgərov və Ramin Əsədovla birgə xidməti avtomobillə təhkim olunmuş ərazi üzrə xidmət apardığımız zaman mərmər sexinin yaxınlığında Hyunadi markalı taksi avtomobilinin dayandığını və sex istiqamətindən bir nəfər şəxsin hərəkətdə olduğunu görüb mayak işıqlarını işə salmışdırlar. Bu zaman həmin şəxsin həyacanla hərəkətdə olduğu istiqamətin əksinə çevrilib getmək istədiyini görmüşdürlər. Səsgücləndirici vasitəsilə dayanmasını tələb etmişdirlər. Misgin dayandıqdan sonra sonuncuya yaxınlaşmışdırlar. Sorğu sual zamanı hərəkətlərindən həyacanlı olması və özünü itirib suallara hər dəfə müxtəlif cavablar verməsi səbəbindən Misgindən şübhələnmişdirlər. Söhbət zamanı məlum olmuşdur ki, həmin şəxsin adı Misgindir və yaxınlıqdakı sexə moyka aparatı təhvil verəcəkmiş. Sexin daxilində iki nəfər şəxslər yəni tanışları İlkin və Elşən adlı şəxslər, çöldə isə taksi avtomaşınını idarə edən Şahid3 Misgini gözləmişdirlər. Bir qədər söhbətdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. O zaman onlar Təqsirləndirilən şəxs həyəcanının səbəbini anlamışdırlar. Bundan sonra Misgini xidməti avtomobilə əyləşdirmişdirlər. Taksi avtomoiblində gözləyən Şahid3 və sexdəki digər iki nəfər şəxs İlkin, eləcə də Elşənlə söhbət zamanı həmin şəxslər narkotik vasitələr və ya psixotrop maddələrlə əlaqəli şəxslər olmadqılarını bildirmişdirlər. Onlar həmin şəxslərə PBnə getməyi təklif etdikdə həmin şəxslər etiraz etməmişdirlər. Belə olub həmin şəxslərlə birgə Misgini Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışdırlar. Orada xidməti otaqlarda sözügedən şəxslərin hər birinin üzərinə baxış keçirilmişdir. İlkin, Elşən və Namazın üzərindən qanunla qadağan olunmuş hər hansısa bir əşya predmet aşkar edilməmişdir. Lakin ən birinci üzərində baxış keçirilmiş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilməmişdir. Belə ki, X10 xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 4-cü PB-nə gətirildiyini deyib və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə onlar özlərini təqdim etmişdirlər. Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda olan bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümün daxilindəkinin nə olduğunu, nə vaxt, haradan, kimdən və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki kütlənin psixotrop maddə olan “metamfetamin” olduğunu, tanımadığı şəxsdən 60 manata həmin gün saat 16 radələrində şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sellofan büküm açılanda içərisində kristal şəkildə psixotrop maddə olan metamfetaminə bənzər maddə müşahidə etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni tərəziyə qoyub çəkən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisinin 0.75 qram olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 30 manat pul və Viceroy markalı siqaret özünə qaytarılıb, Samsung markalı mobil telefon isə sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokollar tərtib olunub, protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Etibarnamə əsasında Hyundai H1 markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomili idarə edirmiş. Hazırda taksi fəailliyəti ilə məşğul olur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyırmış. Bir neçə dəfə onu müştəri kimi dediyi ünvanlara aparıbmış. Lakin sonuncunun narkotik vasitədən istifadə edib-etməməsi barədə heç bir məlumatı olmamışdır. 14.09.2021-ci il tarixdə gecə ssat təxminən 03:00 radələrində Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə zəng edərək üzərində pulunun olmadığını Sumqayıt şəhəri, aliminium zavodun yaxınlığında yerləşən sexə moyka aparatı aparmağını xahiş etmişdir. O da etiraz etməmişdir. O Misgini Sumqayıt şəhəri, Sümrüd bağları deyilən ərazidən götürmüş və moyka aparatınıda avtomaşına qoymuşdur. Təqsirləndirilən şəxs dediyi ünvana aparmışdır. 14.09.2021-ci il tarixdə saat təxminən 04:00 radələrində bir neçə polis əməkdaşı onun avtomobilinə yaxınlaşıb polis əməkdaşı olduğunu bidlirmişdirlər və Təqsirləndirilən şəxs narkotik vasitə üzərində saxlamasında şübhəli olduğu üçün onları polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində onun üzərinə baxış keçirilmiş, lakin üzərində qanunsuz heç bir əşya və predmet əşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasından məlumatı olmamışdır. Özü də heç vaxtı narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin post-patrul xidməti taboru polis nəfəri, polis serjantı Şahid4 da şahid X4 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 14.09.2021-ci il tarixli 6/4055 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim “...Vət. Təqsirləndirilən şəxs...” yazı və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,650 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 27.11.2021-ci il tarixli 4743 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranmış aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs məcburi müalicə tətbiq edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış barədə 14.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin büküm Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polismayoru Nahid Bağırlı tərəfindən açılmış və bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metanfitaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 02.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X6 Hərbi Məhkəməsinin 21.10.2011-ci il tarixli hökmü ilə CM-nin 332.1 və 70-ci maddələrində təqsirli bilinmiş və barəsində N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin müstəntiqi, polis baş-leytenantı Murad Bədəlov tərəfindən 14.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 14.09.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixində saat 04:00-da Sumqayıt şəhəri, Aliminium zavodunun yaxınlığında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarında olan 15 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 04.12.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,605 qram metanfitaminin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,600 psixotrop maddə olan metanfitamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur. Cinayət işi materiallarında olan 08.01.2015-ci il təvəllüdlü X8 və 11.01.2017-ci il təvəllüdlü X5 şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olamsını onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14-15 sentyabr 2021-ci il tarxilərində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmış və saxlanıldığı müddət 24 saatdan artıqdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs iş fəaliyyəti nəzərə alınmalı və cəza çəkərkən ərazi hüdudlarının kənara çıxmamaq vəzifəsi üzərinə qoyularkən, onun Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarında hərəkət etmək imkanı verilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 0,605 qram metanfitaminin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,600 qram psixotrop maddə olan metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.12.2021-ci il tarixli (iş № 1(060)-825/2021) qərarını icra edərək, 21.12.2021-ci il tarixli 1684 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11( on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Yaşıldərə massivi ərazisində fərdi evdə yerləşən ünvanını tərk etməmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,600 qram metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-181/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-181/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver