Məhkəmə qərarları › İş №1(060)-181/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-181/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-181/2023 09.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Elbrus qızının və müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Ağdam rayon, Qaradağlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, yaşayış massivi nömrəsiz fərdi evdə müvəqqəti kirayədə yaşayan Təqsirləndirilən şəxs Elbrus qızının Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Elbrus qızı özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında kirayənişin qaldığı 2022-ci ilin iyun ayı ərzində həmin mənzildən hissə-hissə olmaqla dəyəri 600 manat olan 01 ədəd qaz peçini, dəyəri 350 manat olan 01 ədəd soyuducunu, dəyəri 350 manat olan Samsunq markalı, 127 diaqonallı 1 ədəd televizoru, cəmi dəyəri 200 manat, hər birinin dəyəri 50 manat olan, 4 ədəd atlas materialdan otaq pərdələrini (eni 1,5 metr, uzunu 2,5 metr), cəmi dəyəri 30 manat olan, 1 ədəd divan örtüyünü, 2 ədəd kreslo örtük dəstini, cəmi dəyəri dəyəri 87 manat olan, 1 ədəd atlas materialdan taxt yorğanını, cəmi dəyəri 104 manat, hər birinin dəyəri 52 manat olan, iki ədəd yastıqları, cəmi dəyəri 45 manat, hər birinin dəyəri 15 manat olan 3 ədəd pəncərə torunu, bir ədəd 45 manat dəyərində divar saatını gizli yolla talayıb, vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1811 (min səkkiz yüz on bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Elbrus qızı ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayon, Qaradağlar kəndində qeydiyyatdadır, maddi vəziyyəti ilə əlaqədar tez-tez kirayə qaldığı ünvanları dəyişməklə müxtəlif yerlərdə qalır. Hal-hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni sahədə nömrəsiz fərdi evdə müvəqqəti kirayədə qalır. xx.xx.2022-ci il tarixdə kirayə yaşamaq üçün ev axtararkən əvvəllər tanıdığı mənzil makleri Elxan adlı şəxsin vasitəsilə X3 məxsus olan ünvan 1 ünvanında aylıq 300 manata kirayə yaşamışdır. Bununla bağlı aralarında kirayə müqaviləsi də olmuşdur. Həmin ünvanda iki ay qaldıqdan sonra maddi vəziyyəti yaxşı olmadığına görə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng vuraraq növbəti ayın kirayə pulunu verə bilməyəcəyi üçün həmin ünvandan çıxmaq istədiyini bildirmişdir. Maddi çətinlik çəkdiyindən elə həmin ünvanda qaldığı müddətdə, yəni 2022-ci ilin iyun ayı ərzində hissə-hissə mənzildən bir neçə əşyanı satıb pul əldə etmiş, əldə etdiyi pulu da şəxsi tələbatına xərcləmişdir. Əvvəlcə həmin ünvandan bir ədəd qaz peçini, bir ədəd soyuducunu satmaq qərarına gəlmişdir. Bu məqsədlə əşyaları satmaq üçün bir alıcı tapıb evə dəvət etmiş, bildirmişdir ki, öz evidir, evinin əşyasıdır, pul lazım olduğundan satır. Əşyaları alan şəxsi tanımır, soyuducu və qaz peçini tanımadığı həmin alıcıya cəmi 90 manata satmışdır. Əldə etdiyi 90 manat pulu da şəxsi tələbatına xərcləmişdir. Sonra özünə daha ucuz qiymətə kirayə ev axtarmağa başlamış, Masazır qəsəbəsində yerləşən həyət evini tapmış və aylıq 125 manata həmin ünvanda kirayə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs evindən çıxarkən bu barədə ona məlumat verməmiş və onun evində olan 2 ədəd atlas materialdan olan pərdələri, 3 ədəd pencərə torunu, 1 divan örtüyünü Zamin İmanovdan gizlin olaraq özü ilə götürüb aparmış, fikri var imiş ki, həmin əşyaları imkan düşəndə satıb pul əldə etsin. Evin açarını isə giriş qapısının yanında su sayğacının içərisinə qoymuşdur. Həmin vaxtdan Zərərçəkmiş şəxs ona zəng etməsinə baxmayaraq onun zənglərinə cavab verməmişdir. Arxayın imiş ki, ev sahibi Zamiq evə gəlmir, ona görə onun xəbəri olmadan əşyaları satmaq üçün Sumqayıtda bazarın yaxınlığında təsadüfən bir alıcı tapmış, həmin alıcını da tanımır. Alıcı əşyaların ona məxsus olmadığından şübhələnməmişdir. Fikirləşmişdir ki, Zamiqin telefon zənglərinə cavab verməsə, kirayə qadığı yerini də bilmədiyindən artıq onu tapa bilməyəcək. Hadisəni özü tək törətmiş, bu işdə ona məsləhət verən, kömək edən olmamışdır. Polis əməkdaşları onu 4-cü PB-nə dəvət etdikdən sonra 2 ədəd atlas materialdan olan pərdələri, 3 ədəd pəncərə torunu, 1 divan örtüyünü polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanından yalnız bir ədəd soyuducu, bir ədəd qaz peçini özü tək sataraq 90 manat pul əldə etmiş, həmin pulu da tək özü xərcləmiş, qalan 2 ədəd atlas materialdan olan pərdələri, 3 ədəd pəncərə torunu, 1 divan örtüyünü isə özü ilə kirayə qaldığı ünvana aparmışdır ki, sonra imkan olsa satıb pul əldə etsin. Zərərçəkmiş şəxs məxsus oğurlanmış digər əşyalardan yəni, 1 ədəd Samsunq markalı televizoru, 2 ədəd atlas materialdan olan otaq pərdələrini, 2 kreslo örtük dəstlərini, 1 ədəd atlas materialdan taxt yorğanını, 2 ədəd yastığı, 1 ədəd divar saatını oğurlamamış, həmin əşyalardan xəbəri yoxdur. Əməlindən peşmandır, Ağdam rayonundan məcburi köçkündür, himayəsində 1 azyaşlı uşağı vardır, onu təkbaşına böyüdür. Maddi imkanı olmadığından və ehtiyacı olduğundan oğurluq etmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatla yaşayır. xx.xx.2022-ci il tarixdə aylıq 300 manat olmaqla Təqsirləndirilən şəxs Elbrus qızına özünə məxsus ünvan 1 ünvanını kirayə vermişdir. Onların bununla bağlı olaraq aralarında kirayə müqaviləsi vardır. xx.xx.2022-ci il tarixdə Dürdanə əlaqə saxlayaraq evinin pulunu gecikdirdiyini bildirmiş və ona vaxt verməsini xahiş etmişdir. O, bundan sonra Dürdanə ilə əlaqə saxlaya bilməmişdir. Buna görə məcbur qalaraq xx.xx.2022-ci il tarixdə həmin ünvanın qapısını sındırıb evə daxil olmuşdur. O, evə daxil olan kimi aşkar etmişdir ki, Dürdanə ondan xəbərsiz evdə olan bir neçə əşyalarını da götürüb evdən birdəfəlik çıxmışdır. Həmin əşyalar bunlardır, dəyəri 600 manat olan markasını bilmədiyi 1 ədəd qaz peçi, dəyəri 350 manat olan markasını bilmədiyi 1 ədəd soyuducu, dəyəri 280 manat olan Samsunq markalı 127 diaqonallı 1 ədəd televizor, cəmi dəyəri 327 manat hər birinin dəyəri 81 manat olan 4 ədəd atlas materialdan otaq pərdələr (eni 1,5 metr, uzunu 2,5 metr), cəmi dəyəri 100 manat olan 1 ədəd divan üzlüyü, 2 ədəd kreslo üzlüyü dəsti, cəmi dəyəri dəyəri 87 manat olan 1 ədəd atlas materialdan taxt yorğanı, cəmi dəyəri 104 manat olan hər birinin dəyəri 52 manat olan iki ədəd yastıq, cəmi dəyəri 45 manat olan hər birinin dəyəri 15 manat pəncərə setkaları, bir ədəd 45 manat dəyərində divar saatı. Həmin əşyalar onun özünə məxsusdur, hadisə nəticəsində ona cəmi 1938 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərərin ödənilməsini tələb edir, barəsində qanunauyğun cəza verilməsini xahiş edir. İş materiallarında olan Daşınmaz əmlakın alqı-satqısı və kirayə verilməsi barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmanov Zaur özümə məxsus 3 otaqlı mənzili 300 manata Təqsirləndirilən şəxs kirayəyə vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs 2 ay bundan əvvəl sözügedən mənzili Dürdanə adlı qadına kirayəyə verdiyini, lakin sonuncunun həmin evdən çıxdığı zaman 1 ədəd qaz peçini, 1 ədəd soyuducunu, 1 ədəd televizoru, 2 ədəd pərdəni, oturacaqların üzlüyünü, pəncərələrin torlarını, 1 ədəd uşaq çarpayısını, 1 ədəd dolabı, 3 ədəd yataq örtüyünü oğurladığını bildirmişdir. Baxış zamanı həmin mənzilin bütün otaqlarına baxış keçirilmişdir. Sonda Samsung markalı mobil telefon vasitəsilə hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 1 saylı xidməti otağında Təqsirləndirilən şəxs Elbrus qızı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanından oğurladığı 2 ədəd otaq pərdələri, bir ədəd divan üzlüyünü və 3 ədəd pəncərə torunu təqdim etmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızının əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq iqtisad ekspertizasının 9/5871 saylı, xx.xx.2022-ci il tarixli ekpert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 580,00 manat müəyyən edilir. Digər 6 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Ağdam RİHB-nin Ağdam şəhər İƏDN-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli 4-cü PB-nin tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı xx.xx.2022-ci il tarixdə, saat 12:30-da Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirmə protokolu”ndan və “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı xx.xx.2022-ci il tarixdə, saat 12:50-dən saat 14:20-dək təqsirləndirilən şəxs kimi dindirilmiş, sonra isə saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Əliyeva X2 İmanova məxsus mənzildən bir ədəd qaz peçini, bir ədəd soyuducunu, 2 ədəd atlas materialdan olan pərdələri, 3 ədəd pəncərə torunu, 1 divan örtüyünü oğurladığını digər əşyaları oğurlamadığını bildirsə də, Zərərçəkmiş şəxs mənzildən 1 ədəd qaz peçini, 1 ədəd soyuducunu, Samsunq markalı 1 ədəd televizoru, 4 ədəd atlas materialdan otaq pərdələrini, 1 ədəd divan üzlüyü, 2 ədəd kreslo üzlüyü dəstini, 1 ədəd atlas materialdan taxt yorğanını, iki ədəd yastığı, 3 ədəd pəncərə torunu, bir ədəd divar saatını oğurladığını Təqsirləndirilən şəxs Elbrus qızının üzünə bildirmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanından bir ədəd qaz peçini, bir ədəd soyuducunu, 2 ədəd atlas materialdan olan pərdələri, 3 ədəd pəncərə torunu, 1 divan örtüyünü oğurlamışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızının əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş üzrə oğurluq əşyaları alan şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194 və 307-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş üzrə bir ədəd divan örtüyünün, iki ədəd otaq pərdələri, 3 ədəd pəncərə torları maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmış hesab edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli qəbzindən və xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, bir ədəd divan örtüyü, iki ədəd otaq pərdələri, 3 ədəd pəncərə torları normal vəziyyətdə Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızının 1 azyaşlı uşağı (xx.xx.2011-ci il təvəllüdlü X4) vardır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs Elbrus qızının əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Elbrus qızının etdiyi əmələ görə peşman olması, himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Elbrus qızının Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Elbrus qızına cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Elbrus qızı xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində tutulmuş iki gün həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs Elbrus qızınun tutulub saxlanıldığı 2 gün müddət bir günə dörd gün hesabı ilə təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs Elbrus qızı tərəfindən oğurlanmış bir ədəd divan örtüyü, iki ədəd otaq pərdələri, 3 dəd pəncərə torlarının Zərərçəkmiş şəxs qaytarılmasə nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 12 (on iki) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Elbrus qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin, qazancından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Elbrus qızının 15 noyabr 2022-ci il tarixdə tutularaq 16 noyabr 2022ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə dörd gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi islah işləri cəzası qəti olaraq qazancından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay 22 (iyirmi iki) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs Elbrus qızının cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Elbrus qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs Elbrus qızı tərəfindən oğurlanmış bir ədəd divan örtüyünün, iki ədəd otaq pərdələrinin, 3 ədəd pəncərə torlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs Elbrus qızına məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 72 (yetmiş iki) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar