Məhkəmə qərarları › İş №1(060)-182/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-182/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-182/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1981-ci ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Qabaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı ittiham sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq ŞPİ-yə gətirilib xidməti otaqlardan birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 15-16 radələrində atası ona zəng edərək onların yaşadığı evə polis əməkdaşları gələrək onu soruşduğunu və rəisin onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt atasına hec bir qanun pozuntusu etmədiyini və Sumqayıt şəhərində Daş Bazarı adlanan yerdə olduğunu demişdir. Atasına əgər lazımdısa Sumqayıt ŞPİ-nə getməyini və onların da ora gəlmələrini bildirmiş, lakin atası ona evə gəlməsini demişdir. O, evə gəlmiş, polis əməkdaşları həmin vaxt evin qabağında atası ilə birlikdə onu gözləmişlər. Üstündəki paltarlaın tozlu olduğunu bildirərək polis əməkdaşlarına özünün evə girərək paltarlarını dəyişib sonra onlarla birlikdə Sumqayıt ŞPİnə gedəcəyini bildirmiş, onlar da etiraz etməmişlər. Bundan sonra o tək evə girmiş və paltarlarını dəyişərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Orada polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş və üzərinə narkotik vasitə qoyularaq videoçəkiliş aparılmışdır. O, əvvəllər narkotik vasitələrin istifadəçisi kimi məhkum edilsə də, Sumqayıt ŞPİ-nə gedərkən onun üzərində narkotik vasitə olmamışdır. O da külli miqdarda narkotik vasitəsini gəzdirməsi ilə hədə altında məcbur olub onların təklifini qəbul etmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15-16 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanına getmişlər. Qapını Təqsirləndirilən şəxs atası açmışdır. O, ondan Zaminin harada olduğunu soruşmuş, o da onun harda olduğunu bilmədiyini bildirərək nəyə görə Zamini axtardıqlarını soruşmuşdur. O, rəisin onu görmək istədiyini bildirmişdir. Zaminin atası Tofiq kişi Zaminə zəng edib ona polis əməkdaşlarının evə gələrək onu axtardıqlarını və evə gəlməyini bildirdi. Sonra Zamin evə gəlmiş və üstünü dəyişmək üçün evə girmişdir. Zamin evə daxil olarkən tək olmuş və o onun arxasınca evə daxil olmamışdır. Zamin üstünü dəyişdikdən sonra birlikdə Sumqayıt ŞPİ-nə getmişlər və orada xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü qarşısında olan Təqsirləndirilən şəxs təqdim edib Təqsirləndirilən şəxs də özünü təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlayan o və digər polis əməkdaşı Şahid2 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra etirazının olmadığını bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan, həmin şalvarın sağ yan cibindən isə 7 manat pul və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin heroin olduğunu, 02 (iki) gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 25 (iyirmi beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanının yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü qarşısında olan Təqsirləndirilən şəxs təqdim edib Təqsirləndirilən şəxs də özünü təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlayan o və digər polis əməkdaşı Şahid2 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra etirazının olmadığını bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan, həmin şalvarın sağ yan cibindən isə 7 manat pul və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin heroin olduğunu, 02 (iki) gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 25 (iyirmi beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə əlavə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 15-16 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanına iki nəfər gəlmiş və Zamini soruşmuşlar. O Zaminin evdə olmadığını, onların kim olduğunu və Zamini niyə axtardıqlarını soruşmuş, onlardan biri xidməti vəsiqə göstərərək polis əməkdaşı olduğunu deyərək rəisin Zaminlə görüşmək istədiyini bildirmişdir. Zaminlə telefon əlaqəsi saxlayıb ona polis əməkdaşlarının gəldiyini, nə etdiyini, evə gəlməsini demiş, Zamin isə ona heç bir qanun pozuntusu etmədiyini və Sumqayıt şəhəri, Daş Bazarı deyilən ərazidə olduğunu bildirərək əgər rəis onu görmək istəyirsə ordan birbaşa Sumqayıt ŞPİ-nə getməsini və onun da polis əməkdaşları ilə Polis İdarəsinə gəlmələrini demişdir. Lakin polis əməkdaşlarından Elman Zaminin evə gəlməsini dedi və Zamin də evə gəlmişdir. Sonra Zamin üstünün tozlu olduğunu bildirərək əynini dəyişmək istədiyini və ondan sonra Sumqayıt ŞPİ-nə getmək üçün polis əməkdaşlarından vaxt istəmişdir. Onlar da etraz etməmiş və Zamin də tək evə daxil olaraq əynini dəyişərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Elman öz mobil telefonunu onun telefonuna yazaraq narahat olmamağını və lazım olsa ona yığmağını bildirmişdir. Zamin onlarla birlikdə getdikdən bir müddət sonra Zaminin mobil nömrəsinə zəng etmiş, lakin telefona cavab verilməmişdir. Ondan sonra o Elmana zəng etmiş, Elman ona narahat olmamağını və bir azdan Zamini buraxacaqlarını bildirmişdir. Lakin bir neçə saat sonra Zaminin üzərində narkotik vasitə olduğu üçün polis tərəfindən saxlanıldığını bildirmişdir. Zaminin üzərində narkotik vasitə olduğuna inanmır, çünki əgər Zamin bilə-bilə ki Sumqayıt ŞPİ-nə gedir üzərində narkotik vasitə aparması heç bir məntiqə sığmır. Sonradan öyrənmişdir ki, polis əməkdaşları tərəfindən ona təzyiq göstərmişdir. O da külli miqdarda narkotik vasitəsini gəzdirməsi ilə hədə altında məcbur olub onların təklifini qəbul etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış zamanı məlum olmuşdur ki, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü qarşısında olan şəxsə təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Daha sonra onu saxlayan polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra etirazının olmadığını bildirir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 təqdim edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan, həmin şalvarın sağ yan cibindən isə 7 manat pul və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin heroin olduğunu, 02 (iki) gün əvvəl Bakıda şəhərində tanımadığı şəxsdən 25 (iyirmi beş) manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunur. Həmin büküm tərəzidə çəkildikdə çəkisinin 1,14 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir, üzərindən digər qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilmir. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülür və videoçəkiliş Elsevər Quliyevin yekun məruzəsi ilə yekunlaşır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” və s. sözləri, soyad və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi: 0,755 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 0,705 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzininin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2021-ci il tarixli, 4627 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-492/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 0,755 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,705 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs və şahidlərin istifadəsində olan 055 806-83-82, 070 816-83-82, 050 646-05-05, 050 303-55-55 və 055 789-26-22 nömrəli mobil telefonların 01 oktyabr 2021-ci il tarixdə anten məlumatlarının, 050 646-05-05 və 055 789-26-22 nömrəli mobil telefonlara 01 oktyabr 2021-ci il tarixdə daxil olan və çıxan zəndlərin siyahısının "xxxx" MMC, "xxxx" MMC VƏ "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş CD diskdə olan 050 646-05-05 saylı telefon nömrəsinə 01 oktyabr 2021-ci il tatixdə daxil olan və çıxan zəndlərin siyahısından görünür ki, Təqsirləndirilən şəxs atası X1 istifadəsində olan 055 789-26-22 nömrəli mobil telefondan xx.xx.2021-ci il tarixdə saat 16:53:08-də Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olan 050 646-05-05 nömrəli mobil telefona zəng daxil olmuş və 26 saniyə danışıq qeydə alınmışdır. İş materiallarında olan 1 saylı “İnşaatçı” Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.4, 93.1.2-ci maddələrinə əsasən 06 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilib təyin edilmiş 06 (altı) il cəzası 05 (beş) il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından müəyyən edildi ki, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq ŞPİ-yə gətirilib xidməti otaqlardan birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq ŞPİ-yə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası X1 ifadələri ilə həmin xüsusat öz əksini tapmamışdır. Belə ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15-16 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanına getmişlər. Qapını Təqsirləndirilən şəxs atası Tofiq açmışdır. O, ondan Zaminin harada olduğunu soruşmuş, o da onun harda olduğunu bilmədiyini bildirərək nəyə görə Zamini axtardıqlarını soruşmuşdur. O, rəisin onu görmək istədiyini bildirmişdir. Tofiq kişi Zaminə zəng edib ona polis əməkdaşlarının evə gələrək onu axtardıqlarını və evə gəlməyini bildirdi. Sonra Zamin evə gəlmiş və üstünü dəyişmək üçün evə girmişdir. Zamin evə daxil olarkən tək olmuş və o onun arxasınca evə daxil olmamışdır. Zamin üstünü dəyişdikdən sonra birlikdə Sumqayıt ŞPİ-nə getmişlər. Əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası X3 da ifadəsində xx.xx.2021-ci il tarixdə saat 15-16 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvana iki nəfər gəlmiş və Zamini soruşmuşdur. O Zaminin evdə olmadığını, onların kim olduğunu və Zamini niyə axtardıqlarını soruşmuş, onlardan biri xidməti vəsiqə göstərərək polis əməkdaşı olduğunu deyərək rəisin Zaminlə görüşmək istədiyini bildirmişdir. Zaminlə telefon əlaqəsi saxlayıb ona polis əməkdaşlarının gəldiyini, nə etdiyini, evə gəlməsini demiş, Zamin isə ona heç bir qanun pozuntusu etmədiyini və Sumqayıt şəhəri, Daş Bazarı deyilən ərazidə olduğunu bildirərək əgər rəis onu görmək istəyirsə ordan birbaşa Sumqayıt ŞPİ-nə getməsini və onun da polis əməkdaşları ilə Polis İdarəsinə gəlmələrini demişdir. Lakin polis əməkdaşlarından Elman Zaminin evə gəlməsini dedi və Zamin də evə gəlmişdir. Sonra Zamin üstünün tozlu olduğunu bildirərək əynini dəyişmək istədiyini və ondan sonra Sumqayıt ŞPİ-nə getmək üçün polis əməkdaşlarından vaxt istədi. Onlar da etraz etmədi və Zamin də tək evə daxil olaraq əynini dəyişərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Elmandan öz mobil telefonunu onun telefonuna yazaraq narahat olmamağını və lazım olsa ona yığmağını bildirmişdir. Zamin onlarla birlikdə getdikdən bir müddət sonra Zaminin mobil nömrəsinə zəng etmiş, lakin telefona cavab verilməmişdir. Ondan sonra o Elmana zəng etmiş, Elman ona narahat olmamağını və bir azdan Zamini buraxacaqlarını bildirmişdir. Lakin bir neçə saat sonra Zaminin üzərində narkotik vasitə olduğu üçün polis tərəfindən saxlanıldığını bildirmişdir. Zaminin üzərində narkotik vasitə olduğuna inanmır, çünki əgər Zamin bilə-bilə ki Sumqayıt ŞPİ-nə gedir üzərində narkotik vasitə aparması heç bir məntiqə sığmır. Sonradan öyrənmişdir ki, polis əməkdaşları tərəfindən ona təzyiq göstərmişdir. O da külli miqdarda narkotik vasitəsini gəzdirməsi ilə hədə altında məcbur olub onların təklifini qəbul etmişdir. Lakin digər şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 isə şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və əlavə şahid Təqsirləndirilən şəxs atası X1 ifadəsinə zidd olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanının yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-yə gətirilmişdir. Bundan əlavə ittiham aktında Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanının yaxınlığında saxlanıldığı kimi qeyd olunsa da, şahid və əlavə şahid ifadələri ilə bu da öz əksini tapmamışdır. Çünki məhkəmə iclası zamanı verilmiş ifadələrdən məlum olunur ki, polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 605 ünvanına 15-16 radələrində gələrək onun atası X2 oğlu Zaminin harda olduğunu və zəng edərək evə gəlməsini bildirmişlər. Həmçinin Zamin evə gəldikdən sonra üstündə olan paltarların tozlu oğduğundan dəyişmək üçün evə girməsi barədə polis əməkdaşlarına bildirmiş, onlar da buna etiraz etməmişlər və Zamin evə tək daxil olaraq əynindəki paltarları dəyişərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Bundan əlavə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş CD diskdə olan 050 646-05-05 saylı telefon nömrəsinə 01 oktyabr 2021-ci il tatixdə daxil olan və çıxan zəndlərin siyahısından görünür ki, Təqsirləndirilən şəxs atası X1 istifadəsində olan 055 789-26-22 nömrəli mobil telefondan xx.xx.2021-ci il tarixdə saat 16:53:08-də Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olan 050 646-05-05 nömrəli mobil telefona zəng daxil olmuş və 26 saniyə danışıq qeydə alınmışdır. Bu da onu göstərir ki, ittiham aktında Təqsirləndirilən şəxs saat 18:00 radələrində saxlanılması göstərilsə də, Zamin polis əməkdaşları ilə birlikdə saat 15-16 radələrində Sumqayıt ŞPİ-nə getmiş və onun atası X3 oğlunun Polis İdarəsinə aparıldığından narahat olduğundan saat 16:53:08-də Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 zəhg etmiş və onların arasında 26 saniyəlik danışıq olmuşdur. İstintaq orqanı tərəfindən toplanmış sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan 0,705 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilsin və o təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin o dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram narkotik vasitə-heroindən tədqiqatdan sonra qalıq qalmış 0,705 qram heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülsün Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar