Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-182/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi4, Müdafiəçilər:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1971-ci ildə Qubadlı rayonu, Saldaş kəndində anadan olmuş, evli, orta-ixtisas təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmamış, "xxxx" MMC-nin Elektrik verilişi xətlərinin istismarı və təmiri xidmətinin rəisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1980-cı ildə Qubadlı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, "xxxx" MMC-nin Nəqliyyat bölməsinin sürücüsü işləyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 texniki təhlükəsizlik qaydalarına riayət etmələri barədə vəzifə həvalə edildiyi halda, bu qaydaları pozmuşlar və bunun nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmuşdur. Belə ki, 05 yanvar 2011-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin Elektrik verilişi xətlərinin istismarı və təmiri xidmətinin rəisi işləyən Təqsirləndirilən şəxs1 və "xxxx" MMC-nin Nəqliyyat bölməsinin sürücüsü işləyən Təqsirləndirilən şəxs2 16 may 2022-ci il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən 110 kVluq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması işi aparılarkən, Təqsirləndirilən şəxs1 həmin işə rəhbərlik etdiyi üçün “Tikinti norma və qaydalarf’mn 2.10-cu bəndinə əsasən yükqaldırıcı manipulyator vasitəsilə yükün yerdəyişməsi zamanı işçilərin yükün hərəkət zonasına keçmələrinin qarşısını alan tədbirlər görməli olduğu halda bunlara riayət etməyərək texniki təhlükəsizlik qaydalarını pozmuş, Təqsirləndirilən şəxs2 isə “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydalarf’mn 9.5.19-cu bəndinə əsasən yükqaldırıcı manipulyatorun yaxınlığında adamların olmamasına tam əmin olmadan yükün yerdəyişməsini həyata keçirməməli olduğu halda bunlara riayət etmədən texniki təhlükəsizlik qaydalarını pozmuş, nəticədə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz-53215-052-13 Xüsusi” markalı, 90-JC- 644 dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış yükqaldırıcı manipulyator vasitəsilə üzərinə məftil dolanmış barabanın yerdəyişməsini həyata keçirərkən barabanın avtomobilin yan tərəfində olan MMC-nin hava xətti üzrə elektrik montyoru Zərərçəkmiş şəxs toxunmaqla onu avtomobilə sıxması nəticəsində Zərərçəkmiş şəxs qarının küt travması, sağ böyrəyin və dalağın cırılması, peritonarxası hematoma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərdi ki, 1989-cu ildən Sumqayıt şəhərində yüksək gərginlikli Elektrik şəbəkəsində işləyir. Hazırki vəzifəsində isə 2010-cu ildən işləyir. Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs 2011-ci ildən onun tabeliyində "xxxx" MMC-nin Elektrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru işləyir. Onunla münasibəti əvvəllərdən yaxşı olmuşdur, hazırda da münasibəti yaxşıdır. Aralarında düşmənçilik və ədavət olmamışdır. 16 may 2022-ci il tarixdə, Sumqayıt şəhəri, Ceyranabatan qəsəbəsində yerləşən 110kv-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması planlaşdırılmışdır. Bununla bağlı bir neçə gün əvvəldən "xxxx" ASC-yə sifariş verilmişdir. Qeyd olunan hava xətti açılmışdır. 16 may 2022-ci il tarixdə, səhər saatlarında onun göstərişi ilə elektrik montyor Ömər, mühəndis Sabael, baş usta Eyyub, elektrik montyor Elçin, manipulyator sürücüsü Ruhid, elektrik montyor Şəmil və sürücü Tahir onunla birlikdə yuxarıda qeyd etdiyi Ceyranbatan hava xəttinin olduğu Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə getmişdir. Məftilləri dəyişəcəkləri yerə çatanda "xxxx" ASC-nin işçiləri 6 kv-luq elektrik xəttini açmışlar. Bundan sonra qeyd olunan işin icraçısı Şahid3 orada olan işçiləri görüləcək iş, geyim forması, yəni əlcək, kaska, çəkmədən istifadə edilməsi barədə təlimatlandırmışdır. Bununla bağlı işçilər tərtib edilmiş naryadı imzalamışlar. Həmin işin rəhbəri isə o olmuşdur. O, iş icraçısı Şahid3 və işçilərə göstəriş vermişdir ki, barabandan məftil açılsın. Həmin vaxt baraban manipulyatorun üstündə olmuşdur. Zərərçəkmiş şəxs manipulyatorun üstünə çıxıb manipulyatorun qaldırıcı qurğusunu məftillə barabana birləşdirmişdir. Bundan sonra manipulyatoru idarə edən Ruhid manipulyatorun qaldırıcı qurğusu vasitəsilə barabanı manipulyatorun üstündən yerə qoymuş, Şəmil və Ömər dikinə qoyulmuş barabanı dəmir və məftillə manipulyatorun qaldırıcı qurğusuna birləşdirmişdir ki, baraban yan tərəfinin üzərində qoyulsun və ona dolanmış məftili açmaq mümkün olsun. Həmin vaxt Zərərçəkmiş şəxs barabanın yanında olmamışdır. Manipulyatorun arxasında olmuşdur. Ömər və Şəmil barabanı qaldırıcı qurğuya birləşdirəndən sonra hamı bir-birinə səslənmişdir ki, geri çəkilsinlər, barabanla aralarında məsafə saxlasınlar. Hamı geri çəkiləndən sonra manipulyatoru idarə edən Ruhid barabanı qaldırıcı qurğu vasitəsilə qaldırmış, bu zaman manipulyatorun aşağı hissəsi yerdən tərpənmiş və baraban manipulyatorun üzərinə doğru getmişdir. Həmin vaxt qəfildən və gözlənilmədən Elçin manipulyatorun arxa tərəfindən çıxıb barabanla manipulyatorun arasından keçmək istəyəndə baraban Zərərçəkmiş şəxs vurub manipulyatora sıxmışdır. Bundan sonra o və Şəmil yaxınlıqdan maşın tapıb Elçini Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışdır. Baraban qaydalara uyğun olaraq düzgün məsafədə yerə qoyulmuşdur. Onlar hər dəfə iş icra edəndə manipulator barabana çırpılmır, onlar planlaşdırmışlar ki, baraban yerindən qaçıb manipulyatora çırpılmasın, lakin elə alınmamışdır. O, Elçini xəstəxanaya gətirəndə və xəstəxanada olanda çox həyəcanlalı olmuş, şəkər xəstəliyi də onu pis vəziyyətə salmışdır. Buna görə də xəstəxanada Elçinin kanala yıxıldığını demişdir. Ona və digər işçilərə MMC-nin inzibati binasında kaska, xüsusi geyim, çəkmə və əlcək verilmişdir. 16 may 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs xəsarət alanda da həmin vasitələr işçilərin əynində olmuşdur. Zərərçəkmiş şəxs və digər işçilərin hadisə vaxtı başında kaska olmuşdur, MMCnin işçilərinə iş icraçısı tərəfindən iş yerində işə başlamadan öncə əməyin mühafizəsi, əmək və texniki təhlükəsizlik qaydaları izah edilir, hər dəfə bu barədə tərtib edilmiş sənəd imzalanır. Həmçinin ayda iki dəfə onun tərəfindən bu barədə işçilərə təlim keçirilir. O və digər işçilərlə əmək müqaviləsi bağlanmış, sosial sığorta tədbirləri həyata keçirilmişdir. Hadisə vaxtı orada Elçin, o, Ruhid, Şəmil, Ömər və Sabael olmuşdur. Tahir isə onlardan uzaqda olduğuna görə görülən işi və hadisəni görməmişdir. Təhlükəsizlik qaydalarına əməl etmişdir, hadisə ani vaxtda olmuşdur, təcili yardım çağırıb zərərçəkmiş şəxsə kömək etmişlər. Buna görə də barəsində olan iş üzrə bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2011-ci ildən "xxxx" MMC-nin sürücüsü işləyir. Zərərçəkmiş şəxs tanıyır, 2011-ci ildən Sumqayıt Yüksək Gərginlikli "xxxx" MMC-nin Elektrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru işləyir. Onunla münasibəti əvvəllərdən yaxşı olmuşdur, hazırda da münasibəti yaxşıdır. Aralarında düşmənçilik və ədavət olmamışdır. 16 may 2022-ci il tarixdə, səhər saatlarında "xxxx" MMC-nin ünvan 6 ünvanında yerləşən inzibati binasına işə getmişdir. Saat 09 radələrində Sumqayıt şəhəri, Ceyranabatan qəsəbəsində yerləşən HOkv-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması üçün sahə rəisi Təqsirləndirilən şəxs1 göstərişi ilə elektrik montyor Ömər, mühəndis Sabael, baş usta Eyyub, elektrik montyor Elçin, elektrik montyoru Şamil, sahə rəisi Təqsirləndirilən şəxs1 və sürücü Tahirlə birlikdə yuxarıda qeyd etdiyi Ceyranbatan hava xəttinin olduğu Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə getmişlər. Məftilləri dəyişəcəkləri yerə çatanda qeyd olunan işin icraçısı Şahid3 orada olan işçiləri görüləcək iş, geyim forması, yəni əlcək, kaska, çəkmədən istifadə edilməsi barədə təlimatlandırmışdır. Bununla bağlı işçilər tərtib edilmiş naryadı imzalamışdır. Həmin işin rəhbəri isə Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 göstəriş vermişdir ki, barabandan məftil açılsın. Həmin vaxt baraban manipulyatorun üstündə olmuşdur. Zərərçəkmiş şəxs manipulyatorun üstünə çıxıb manipulyatorun qaldırıcı qurğusunu məftillə barabana birləşdirmişdir. Bundan sonra o, manipulyatoru idarə edib manipulyatorun qaldırıcı qurğusu vasitəsilə barabanı manipulyatorun üstündən yerə qoymuşdur. O, barabanı Təqsirləndirilən şəxs1 göstəriş verdiyi yerə qoymuşdur. Bundan sonra Şamil və Ömər dikinə qoyulmuş barabanı dəmir və məftillə manipulyatorun qaldırıcı qurğusuna birləşdirmişdir ki, baraban yan tərəfinin üzərində qoyulsun və ona dolanmış məftili açmaq mümkün olsun. Həmin vaxt Zərərçəkmiş şəxs barabanın yanında olmamışdır. Manipulyatorun arxa tərəfində olmuşdur. Ömər və Şamil barabanı qaldırıcı qurğuya birləşdirəndən sonra o, hamıya demişdir ki, geri çəkilsinlər və hamı geri çəkilmişdir. Hamı geri çəkiləndən sonra o, manipulyatoru idarə edib barabanı qaldırıcı qurğu vasitəsilə qaldırmış, bu zaman manipulyatorun aşağı hissəsi yerdən tərpənmiş və baraban manipulyatorun üzərinə doğru gəlmişdir. Həmin vaxt qəfildən və gözlənilmədən Elçin manipulyatorun arxa tərəfindən çıxıb barabanla manipulyatorun arasından keçmək istəyəndə baraban Zərərçəkmiş şəxs vurub manipulyatora sıxmışdır. O, hadisə vaxtı yuxarıdakı elektrik xətlərinə baxmışdır ki, manipulyatorun qaldırıcı qurğusu gərginliyə düşməsin. Birdən səs eşidib səs gələn tərəfə baxıb görmüşdür ki, Elçini baraban vurub və o, xəsarət almışdır. Bundan sonra Şamil və Təqsirləndirilən şəxs1 yaxınlıqdan maşın tapıb Elçini Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışdır. Baraban manipulyatora uzaq məsafəyə qoyulmamış, əgər uzaq məsafəyə qoyulsaydı qaldırıcı qurğu yuxarıdakı elektrik naqillərinə dəyərdi və ya gərginliyə düşərdi. Baraban təlimata uyğun olaraq həmişə qoyulduğu kimi düzgün məsafədə yerə qoyulmuşdur. Baraban hər dəfə manipulyatora çırpılmır, bəzən belə hallar olur. Ö, barabanı yerindən sürətli qaldırmamışdır. Həmişə olduğu kimi işi icra etmişdir. Baraban yerindən qaldırıldıqda həmişə müəyyən qədər fırlanaraq dövr edir. Elçin xəsarət alanda yuxarıda elektrik xətləri olduğuna görə qaldırıcı qurğu həmin xətlərə dəyməsin və gərginliyə düşməsin deyə həmin qaydada işi icra etmiş və baraban manipulyatorun üzərinə doğru gəlmişdir. Ona və digər işçilərə MMC-nin inzibati binasında kaska, xüsusi geyim, çəkmə və əlcək verilmişdir. 16 may 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs xəsarət alanda da həmin vasitələr əyinlərində olmuşdur. Zərərçəkmiş şəxs və digər işçilərin hadisə vaxtı başında kaska olmuşdur. Onun kaskası başında olmuşdur. MMC-nin işçilərinə iş icraçısı tərəfindən iş yerində işə başlamadan öncə əməyin mühafizəsi, əmək və texniki təhlükəsizlik qaydaları izah edilir, hər dəfə bu barədə tərtib edilmiş sənəd imzalanır. Həmçinin ayda iki dəfə Təqsirləndirilən şəxs1 bu barədə işçilərə təlim keçir. O və digər işçilərlə əmək müqaviləsi bağlanmış, sosial sığorta tədbirləti həyata keçirilmişdir. Hadisə vaxtı orada Elçin, o, Şamil, Bəxtiyar, Ömər və Sabael olmuşdur. Tahir və Eyyub isə onlardan uzaqda olduğuna görə görülən işi və hadisəni görməmişdir. Tahir və Eyyub onlardan bir qədər aralıda dayaq qaldırılması ilə məşğul olmuşlar. O, barabanı yerdən qaldırmadan əvvəl ətrafa baxmış, hamıya çəkilməsini demişdir. Hamı geriyə, yəni barabandan təhlükəsiz məsafəyə çəkilmişdir. Elçin də manipulyatorun arxasında barabandan təhlükəsiz məsafədə olmuşdur. Lakin o, barabanı qaldıranda yuxarı istiqamətə elektrik xətlərinə doğru baxdığıma görə Elçinin barabanla manipulyatorun arasına doğru hərəkət etdiyini görməmişdir. Elçinin səsi gələndən sonra baxıb görmüşdür ki, o, barabanla manipulyatorun arasında qalıb xəsarət almışdır. Həmçinin, Elçin də qəfildən və gözlənilməz şəkildə həmin yerə doğru hərəkət etmişdir. Evlidir, 3 azyaşlı uşağı vardır. Təhlükəsizlik qaydalarına əməl etmişdir, hadisə ani vaxtda olmuşdur, təcili yardım çağırıb zərərçəkmiş şəxsə kömək etmişlər. Buna görə də barəsində olan iş üzrə bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 12 il əvvəldən "xxxx" MMC-də elektrik-montyor işləyir. X1 təxminən 2 il əvvəldənn "xxxx" MMC-də elektrikmontyor işləyir. 16 may 2022-ci ildə, saat 08 radələrində o, "xxxx" MMC-nin Sumqayıt şəhərində ərəblər yataqxanası adlanan yerin arxasında yerləşən inzibati binasına işə getmişdir. Sahə rəisi Təqsirləndirilən şəxs1 göstərişi ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisinə elektrik dirəklərinin arasında olan elektrik xəttinin məftillərini dəyişmək üçün getmişdir. Onunla birlikdə sahə rəisi Təqsirləndirilən şəxs1, iş icraçısı Ömər, elektrikmontyor Şəmil, sürücü Ruhid, baş usta Eyyub, sürücü Tahir və mühəndis Sabael də getmişdir. Onlar məftilləri dəyişəcəkləri yerə çatanda o, kranın (manipulyator) üstünə çıxmış və kranın üzərində olan barabanı kranın qaldırıcı qurğusuna birləşdirmişdir. Sonra aşağı düşmüşdür. Kranı Ruhid idarə etmişdir. Təqsirləndirilən şəxs1 göstərişi ilə Ruhid kranı idarə edib kranın qaldırıcı qurğusu vasiətsi ilə barabanı kranın üzərindən qaldırıb yerə qoymuşdur. Bundan sonra yerdə barabanın üzərindəki məftil rahat açılsın deyə barabana ştrop qoşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərişi ilə Ruhid kranı idarə edib barabanı qaldırmışdır ki, onun üzərində olan məftili rahat açsınlar. Lakin baraban kranın qaldırıcı qurğusundan uzaq məsafədə yerə qoyulmuşdur. Buna görə də Ruhid kranın qaldırıcı qurğusu ilə barabanı qaldıranda o, barabanla kranın arasında dayanmış, baraban uzaqdan yuxarı qaldırıldığı üçün dairəvi formada dövr edib onun bədəninin sol tərəfindən onu vurub krana sıxışdırmışdır. Həmin vaxt Ruhid yuxarı baxmışdır ki, kranın qaldırıcı qurğusu yuxarıdan keçən yüksək gərginlikli elektrik xətlərinə dəyməsin. Barabanın onu krana sıxışdırıb xəsarət yetirməsini onunla birlikdə ora gələn hamı görmüşdür. Bundan sonra Bəxtiyar və Şəmil onu Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gətirmişlər. Onlar onu xəstəxanaya aparanda Bəxtiyar ona demişdir ki, soruşan olsa kanala yıxıldığını, ağlının özündə olmadığını desin. O, xəstəxanada olanda qardaşı Elvin onun yanma gəlmiş, ona baş verənləri danışmışdır. O da bununla bağlı şikayət etmişdir. Xəstəxanada onn bir böyrəyi və dalağı ciddi zədələndiyi üçün cərrahiyyə əməliyyatı ilə götürülmüşdür. Bundan başqa dörd ədəd damarı da partlamışdır. Hazırda səhhəti normaldır. Ona və digər işçilərə MMC-nin inzibati binasında kaska, xüsusi geyim, çəkmə və əlcək verilmişdir. 16 may 2022-ci il tarixdə, saat 10 radələrində inzibati binadan çıxanda heç biri kaska götürməmişdir. Xəsarət alarkən əynində geyim forması, əlcək və çəkmə olmuş, kaska isə olmamışdır. Ona və digər elektrik montyorlarına Təqsirləndirilən şəxs1 tərəfindən ayda bir dəfə əməyin mühafizəsi, əmək və texniki təhlükəsizlik qaydaları izah edilir, hər dəfə bu barədə tərtib edilmiş sənədi imzalayırlar. Həmçinin ayda bir dəfə Təqsirləndirilən şəxs1 tərəfindən bu barədə onlara təlim keçirilir. O və digər işçilərlə əmək müqaviləsi bağlanmış, sosial sığorta tədbirləri həyata keçirilmişdir. O, 16 may 2022-ci il tarixdə xəsarət alması ilə bağlı Təqsirləndirilən şəxs1 şikayətçidir, çünki onun səhlənkərlığı, gördüyü işi düzgün təşkil etməməsi nəticəsində o, xəsarət almışdır. Ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərdiyi ünvanda yaşayır. 2019-cu ildən "xxxx" MMC-nin Elektrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru işləyir. Zərərçəkmiş şəxs tanıyır, 2011-ci ildən Sumqayıt Yüksək Gərginlikli "xxxx" MMC- nin Elketrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru işləyir. Onunla münasibəti əvvəllərdən yaxşı olmuşdur, hazırda da münasibəti yaxşıdır. Aramızda düşmənçilik və ədavət olmamışdır. 16 may 2022-ci il tarixdə, səhər saatlarında "xxxx" MMC-nin ünvan 6 ünvanında yerləşən inzibati binasına işə getmişdir. Saat 09 radələrində Sumqayıt şəhəri, Ceyranabatan qəsəbəsində yerləşən 110kv-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması üçün sahə rəisi Təqsirləndirilən şəxs1 göstərişi ilə elektrik montyor Ömər, mühəndis Sabael, baş usta Eyyub, elektrik montyor Elçin, manipulyator sürücüsü Ruhid, sahə rəisi Təqsirləndirilən şəxs1 və sürücü Tahirlə birlikdə yuxarıda qeyd etdiyi Ceyranbatan hava xəttinin olduğu Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə getmişlər. Məftilləri dəyişəcəkləri yerə çatanda qeyd olunan işin icraçısı Şahid3 orada olan işçiləri görüləcək iş, geyim forması, yəni əlcək, kaska, çəkmədən istifadə edilməsi barədə təlimatlandırmışdır. Bununla bağlı işçilər tərtib edilmiş naryadı imzalamışdır. Həmin işin rəhbəri isə Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 göstəriş vermişdr ki, barabandan məftil açılsın. Həmin vaxt baraban manipulyatorun üstündə olmuşdur. Zərərçəkmiş şəxs manipulyatorun üstünə çıxıb manipulyatorun qaldırıcı qurğusunu məftillə barabana birləşdirmişdir. Bundan sonra manipulyatoru idarə edən Ruhid manipulyatorun qaldırıcı qurğusu vasitəsilə barabanı manipulyatorun üstündən yerə qoymuşdur. Bundan sonra o və Ömər dikinə qoyulmuş barabanı dəmir və məftillə manipulyatorun qaldırıcı qurğusuna birləşdirmişlər ki, baraban yan tərəfinin üzərində qoyulsun və ona dolanmış məftili açmaq mümkün olsun. Həmin vaxt Zərərçəkmiş şəxs barabanın yanında olmamışdır. Manipulyatorun yan tərəfində olmuşdur. Ömər və o barabanı qaldırıcı qurğuya birləşdirəndən sonra hamı geri çəkilmişdir. Hamı geri çəkiləndən sonra manipulyatoru idarə edən Ruhid barabanı qaldırıcı qurğu vasitəsilə qaldırmış, bu zaman manipulyatorun aşağı hissəsi yerdən tərpənmiş və baraban manipulyatorun üzərinə doğru getmişdir. Həmin vaxt qəfildən və gözlənilmədən Elçin manipulyatorun yan tərəfindən çıxıb barabanla manipulyatorun arasından keçmək istəyəndə baraban Zərərçəkmiş şəxs vurub manipulyatora sıxmışdır. O, hadisə vaxtı yuxarıdakı elektrik xətlərinə baxmışdır ki, manipulyatorun qaldırıcı qurğusu gərginliyə düşməsin. Birdən görmüşdür ki, Elçini baraban vurmuş və o, xəsarət almışdır. Bundan sonra o və Təqsirləndirilən şəxs1 yaxınlıqdan maşın tapıb Elçini Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışlar. Baraban manipulyatora uzaq məsafəyə qoyulmuş, buna görə də yerindən qalxanda baraban dairəvi formada fırlanıb manipulyatora doğru hərəkət etmiş və Elçini vurub manipulyatora sıxmışdır. Barabanın həmin yerə qoyulmasına Bəxtiyar göstəriş vermişdir. Əvvəllər də eyni qaydada iş icra etmişlər. Lakin baraban daha yaxın məsafəyə qoyulmuşdur. Barabanın qaldırılarkən manipulyatorun üzərinə doğru hərəkət etməsinə səbəb onun uzaq məsafəyə qoyulması olmuşdur. Baraban hər dəfə manipulyatora çırpılmır, yaxın məsafəyə qoyulduğu üçün bu baş vermir. Hadisə vaxtı isə manipulator uzaq məsafədə yerə qoyulmuşdur. Onlar Elçini xəstəxanaya aparanda Bəxtiyar onunla nəsə danışırmış, lakin o eşitməmişdir. Xəstəxanada o, əvvəlcə hadisə barədə məlumat verməmiş, sonradan ultrasəs müayinəsində bildirmişdir ki, Elçini baraban vurmuşdur. O, heç kimə Elçinin kanala yıxıldığını deməmişdir. Ona və digər işçilərə MMC-nin inzibati binasında kaska, xüsusi geyim, çəkmə və əlcək verilmişdir. 16 may 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs xəsarət alanda da həmin vasitələr əynində olmuşdur. Zərərçəkmiş şəxs və digər işçilərin səhv etmirsə hadisə vaxtı başında kaska olmuşdur. Onun kaskası başında olmuşdur. MMC-nin işçilərinə iş icraçısı tərəfindən iş yerində işə başlamadan öncə əməyin mühafizəsi, əmək və texniki təhlükəsizlik qaydaları izah edilir, hər dəfə bu barədə tərtib edilmiş sənəd imzalanır. Həmçinin ayda iki dəfə Təqsirləndirilən şəxs1 bu barədə işçilərə təlim keçirir. O və digər işçilərlə əmək müqaviləsi bağlanmış, sosial sığorta tədbirləri həyata keçirilmişdir. Hadisə vaxtı orada Elçin, o, Ruhid, Bəxtiyar, Ömər və Sabael olmuşdur. Tahir və Eyyub isə onlardan uzaqda olduğuna görə görülən işi və hadisəni görməmişdir. Tahir və Eyyub onlardan bir qədər aralıda dayaq qaldırılması ilə məşğul olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Abidin oğlu ifadəsində göstərmişdir ki, 1990-cı ildən "xxxx" MMC-nin Elektrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru işləyir. Zərərçəkmiş şəxs tanıyır, 2011-ci ildən Sumqayıt Yüksək Gərginlikli "xxxx" MMC-nin Elketrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru işləyir. Onunla münasibəti əvvəllərdən yaxşı olmuşdur, hazırda da münasibəti yaxşıdır. Aralarında düşmənçilik və ədavət olmamışdır. 16 may 2022-ci il tarixdə, səhər saatlarında "xxxx" MMC-nin ünvan 6 ünvanında yerləşən inzibati binasına işə getmişdir. Saat 09 radələrində Sumqayıt şəhəri, Ceyranabatan qəsəbəsində yerləşən HOkv-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması üçün sahə rəisi Təqsirləndirilən şəxs1 göstərişi ilə elektrik montyoru Şamil, mühəndis Sabael, baş usta Eyyub, elektrik montyor Elçin, manipulyator sürücüsü Ruhid, sahə rəisi Təqsirləndirilən şəxs1 və sürücü Tahirlə birlikdə yuxarıda qeyd etdiyi Ceyranbatan hava xəttinin olduğu Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə getmişlər. Məftilləri dəyişəcəkləri yerə çatanda qeyd olunan işin icraçısı Şahid3 orada olan işçiləri görüləcək iş, geyim forması, yəni əlcək, kaska, çəkmədən istifadə edilməsi barədə təlimatlandırmışdır. Bununla bağlı işçilər tərtib edilmiş naryadı imzalamışdır. Həmin işin rəhbəri isə Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 göstəriş vermişdir ki, barabandan məftil açılsın. Həmin vaxt baraban manipulyatorun üstündə olmuşdur. Zərərçəkmiş şəxs manipulyatorun üstünə çıxıb manipulyatorun qaldırıcı qurğusunu məftillə barabana birləşdirmişdir. Bundan sonra manipulyatoru idarə edən Ruhid manipulyatorun qaldırıcı qurğusu vasitəsilə barabanı manipulyatorun üstündən yerə qoymuşdur, Bundan sonra o və Şamil dikinə qoyulmuş barabanı dəmir və məftillə manipulyatorun qaldırıcı qurğusuna birləşdirmişlər ki, baraban yan tərəfinin üzərində qoyulsun və ona dolanmış məftili açmaq mümkün olsun. Həmin vaxt Zərərçəkmiş şəxs barabanın yanında olmamışdır. Manipulyatorun yan tərəfində olmuşdur. Şamil və o barabanı qaldırıcı qurğuya birləşdirəndən sonra hamı geri çəkilmişdir. Hamı geri çəkiləndən sonra manipulyatoru idarə edən Ruhid barabanı qaldırıcı qurğu vasitəsilə qaldırmış, bu zaman manipulyatorun aşağı hissəsi yerdən tərpənmiş və baraban manipulyatorun üzərinə doğru getmişdir. Həmin vaxt qəfildən və gözlənilmədən Elçin manipulyatorun yan tərəfindən çıxıb barabanla manipulyatorun arasından keçmək istəyəndə baraban Zərərçəkmiş şəxs vurub manipulyatora sıxmışdır. Bundan sonra Şamil və Təqsirləndirilən şəxs1 yaxınlıqdan maşın tapıb Elçini Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışlar. Baraban manipulyatorun yanma qoyulmuşdur. Təqsirləndirilən şəxs1 göstəriş vermişdir ki, baraban yerə endirilsin və məftil açılsın. Ruhid isə manipulyatoru idarə edib barabanı həmin yerə qoymuşdur. Barabanın qoyulduğu yeri kimin müəyyən etdiyini bilmir. Əvvəllər həmin işi görəndə baraban bəzən manipulyatora dəymiş, bəzən də dəyməmişdir. Lakin bütün hallarda onlar barabandan uzaq məsafədə dayanmışlar ki, təhlükə yaranmasın. Ona və digər işçilərə MMC-nin inzibati binasında kaska, xüsusi geyim, çəkmə və əlcək verilmişdir. 16 may 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs xəsarət alanda da həmin vasitələr əyinlərində olmuşdur. Hadisə vaxtı onun başında kaska olmuş, Sabaelin kaskası əlində olmuşdur. Digərlərinin kaskasının başında olub- olmadığını bilmir. MMC-nin işçilərinə iş icraçısı tərəfindən iş yerində işə başlamadan öncə əməyin mühafizəsi, əmək və texniki təhlükəsizlik qaydaları izah edilir, hər dəfə bu barədə tərtib edilmiş sənəd imzalanır. Həmçinin ayda iki dəfə Təqsirləndirilən şəxs1 bu barədə işçilərə təlim keçir. O və digər işçilərlə əmək müqaviləsi bağlanmış, sosial sığorta tədbirləri həyata keçirilmişdir. Hadisə vaxtı orada Elçin, o, Ruhid, Bəxtiyar, Şamil və Sabael olmuşdur. Tahir və Eyyub isə onlardan uzaqda olduğuna görə görülən işi və hadisəni görməmişdir. Tahir və Eyyub onlardan bir qədər aralıda dayaq qaldırılması ilə məşğul olmuşlar. Məhkəmə iclasında Şahid3 Xanməmməd oğlu ifadəsində göstərdi ki, 1976-cı ildən Sumqayıt şəhərində Yüksək Gərginlikli Elektrik Şəbəkəsində işləyir. 2000-ci ildən "xxxx" MMC-nin Elektrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin baş ustası işləyir. Zərərçəkmiş şəxs İman verdi oğlunu tanıyır, 2011-ci ildən Sumqayıt Yüksək Gərginlikli "xxxx" MMC-nin Elketrik veriliş hava xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru işləyir. Onunla münasibəti əvvəllərdən yaxşı olmuşdur, hazırda da münasibəti yaxşıdır. Aralarında düşmənçilik və ədavət olmamışdır. 16 may 2022-ci il tarixdə, səhər saatlarında "xxxx" MMC-nin ünvan 6 ünvanında yerləşən inzibati binasına işə getmişdir. Saat 09 radələrində Sumqayıt şəhəri, Ceyranabatan qəsəbəsində yerləşən HOkv-luq Ceyranbatan hava xəttinin 60-cı dayağının, 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması üçün sahə rəisi Təqsirləndirilən şəxs1 göstərişi ilə elektrik montyor Şamil, mühəndis Sabael, elektrik montyor Ömər, elektrik montyor Elçin, manipulator sürücüsü Ruhid, sahə rəisi Təqsirləndirilən şəxs1 və sürücü Tahirlə birlikdə yuxarıda qeyd etdiyi Ceyranbatan hava xəttinin olduğu Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə getmişlər. O, işdən əvvəl işçilərə orada görüləcək iş, geyim forması, yəni əlcək, kaska, çəkmədən istifadə edilməsi barədə təlimatlandırmışdır. Bununla bağlı işçilər tərtib edilmiş naryadı imzalamışlar. Həmin işin rəhbəri isə Təqsirləndirilən şəxs1 olmuşdur. İş icraçısı isə o olmuşdur. O, dayağın hansı formada qaldırılıb dəyişiləcəyi ilə bağlı çalışanda Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, işçiləri məftil açmaq üçün aparır. Təqsirləndirilən şəxs1 sahə rəisi olduğuna görə o, Təqsirləndirilən şəxs1 bir söz deyə bilməmiş, onun göstərişi ilə işçilər məftil açmağa getmişlər. O, birdən “öldü, öldü” səslərini eşidib onların yanma getmişdir. Ondan 40-50 metr məsafədə olmuşlar. O, onların yanına gedib görmüşdür ki, baraban yerdədir, Elçin barabanın yanında uzanmışdır, digər işçilər onun üzünə su vurur. Orada öyrənmişdir ki, baraban yerdən qaldırılanda Elçini vurub manipulyatora sıxmışdır. Lakin o, hadisəni görməmişdir. Bundan sonra Şamil və Təqsirləndirilən şəxs1 yaxınlıqdan maşın tapıb Elçini Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışlar. O, barabanın manipulyatordan yerə necə qoyulduğunu və sonradan yerdən necə götürüldüyünü görməmişdir, Barabanın manipulyatordan hansı məsafədə qoyulması, manipulyatorun qaldırıcı qurğusunu idarə edən şəxsin barabanı hansı qaydada qaldırmasına əsasən baraban fırlanır və manipulyatora çırpılır. Onun iş yerində olduğu vaxtlar o, buna imkan verməmişdir. O, iş icra edilən yerdə olanda heç vaxt baraban həmin formada yellənməmişdir. Ona və digər işçilərə MMC-nin inzibati binasında kaska, xüsusi geyim, çəkmə və əlcək verilmişdir. 16 may 2022-ci il tarixdə, saat 10 radələrində işçilərin hamısının başında kaska olmuşdur. Hadisə vaxtı isə o, onların yanında olmamışdır. MMC-nin işçilərinə iş icraçısı tərəfindən iş yerində işə başlamadan öncə əməyin mühafizəsi, əmək və texniki təhlükəsizlik qaydaları izah edilir, hər dəfə bu barədə tərtib edilmiş sənəd imzalanır. Həmçinin ayda iki dəfə Təqsirləndirilən şəxs1 bu barədə işçilərə təlim keçir. O və digər işçilərlə əmək müqaviləsi bağlanmış, sosial sığorta tədbirləti həyata keçirilmişdir. Hadisə vaxtı orada Elçin, Ruhid, Bəxtiyar, Şamil və Sabael olmuşdur. Tahir və o isə onlardan uzaqda olduqlarına görə görülən işi və hadisəni görməmişlər. Tahir və o onlardan bir qədər aralıda dayaq qaldırılması ilə məşğul olmuşlar. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, 31 avqust 2021-ci ildən "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir. 16 may 2022-ci ildə, saat 07:50-də o, "xxxx" MMCnin Sumqayıt şəhərində yerləşən inzibati binasına işə gəlmişdir. Saat 09 radələrində sahə rəisi Təqsirləndirilən şəxs1 göstərişi əsasında Ceyranbatan qəsəbəsi ərazisinə kanalqırağı yerdə yüksək gərginlikli elektrik dayaqlarını təmir etmək üçün yola çıxmışlar. Baş usta Şahid3, montyor Zərərçəkmiş şəxs, montyor Şahid2, montyor Şahid1, “Kamaz” markalı yük avtomobilinin sürücüsü Tahir Əliyev, manipulyator sürücüsü Ruhid, sahə rəisi Təqsirləndirilən şəxs1 ilə ora getmişlər. “Kamaz” markalı yük avtomobili, manipulyator və bir ədəd qaldırıcı kran işə cəlb edilmişdir. Təqsirləndirilən şəxs1 gösətrişi ilə orada manipulyatorun üzərində olan üzərində metal naqillər olan baraban yerə qoyulmalı olmuşdur. Bunun üçün Təqsirləndirilən şəxs1 göstərişi ilə Zərərçəkmiş şəxs, o, Şahid1, Şahid2, Ruhid manipulyatorun yanma getmişlər. Şahid1 və Şahid2 barabanı qoşucuya qoşmuşlar, sonra isə onlar və hamısı kənara çəkilmişlər. Barabanın manipulyatorun üzərindən yerə qoyulmasını manipulyatoru idarə edən Ruhid həyata keçirmişdir. Baraban yan səthi üzərində yerə qoyulmuşdur. Buna görə də Ruhid həmin barabanı alt və ya üst səthi üzərində yerə qoymaq üçün yenidən onu qaldırıb həmin səthj üzərində yerə qoymalı olmuşdur. Baraban yerdən qaldırıldıqda fırlanma hərəkəti etdiyinə görə əvvəlcədən hamı kənara çəkilmişdir. Zərərçəkmiş şəxs da onun yanında olmuşdur. Ruhid həmin əməliyyatı icra edərkən həm o, həm də onlar qoşucunun yaxınlıqda olan yüksək gərginlikli elektrik naqillərinə toxunmamasına və barabana diqqət etmişlər. Birdən necə olduğunu başa düşmədən Elçin manipulyatorun qarşısından keçmək istəyəndə fırlanma hərəkətində olan baraban ona toxunub onu manipulyatorun bortu istiqamətində itələməyə başlamış və onu manipulyatorun bortuna sıxışdırmış, sonra isə Elçini kənara atmışdır. Şəmil Bədəlov və X7 sürücüsünü xatırlamadığı “Lada” markalı avtomobillə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışlar. Ona, Elçinə və digər işçilərə MMC-nin inzibati binasında kaska, xüsusi geyim və əlcək verilmişdir. Lakin hadisə vaxtı Elçinin kaskası üzərində olmamışdır. Geyim forması, əlcək və çəkməsi isə üzərində olmuşdur. O və orada olan digər şəxslər də eyni qaydada kaskasız olmuşlar, lakin geyim forması, əlcək və çəkmə üzərində olmuşdur. Ona, Elçinə və digər işçilərə işə buraxılmadan əvvəl baş usta Şahid3 tərəfindən izah olunur, hər dəfə bu barədə tərtib edilmiş sənədi imzalayırlar. Bundan başqa hər həftənin çənşənbə axşamı günü təhlükəsizlik texnikası üzrə Şahid3 tərəfindən montyorlara təlim keçirilir. Mühəndislərə isə sahə rəisi Təqsirləndirilən şəxs1 təlim keçir. Təlimdən sonra da bu barədə tərtib edilmiş sənəd onlara təqdim edilir və onlar həmin sənədi imzalayırlar. O, Elçin və digər işçilərlə əmək müqaviləsi bağlanmış, sosial sığorta tədbirləti həyata keçirilmişdir. X10, Şahid2 və Ruhid görmüşdür. Baraban yerə qoyulduqdan sonra sahə rəisi Bəxtiyar, baş usta Eyyub və digərləri kənara çəkildikləri üçün hadisəni görməmişlər. Sonradan ora yaxınlaşmışlar. MMC-də əmək mühafizəsi, əmək təhlükəsizliyi və təhlükəsizlik texnikasına mütəxəssis Sabir cavabdehdir, Barabanı həmişəki qaydada yerə qoyub yenidən qaldırmışlar. Lakin Elçinin birdən barabanın qarşısına nə üçün qaçdığını anlamamış, heç kim gözləməmişdir. Hamı kənara çəkilmişdir. Baraban hər dəfə manipulyatora çırpılmır, lakin bu dəfə bunun necə baş verdiyini başa düşməmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən qəsəbəarası torpaq yolun kənarıdır. Yol həmin hissədə iki yerə ayrılır. Hadisə yeri sağ tərəfdəki yolun sol kənarında yerləşir. Sol tərəfdəki yolun sol kənarında Ceyranbatan elektrik hava xəttinin 4 ədəd metal konstruksiyada hazırlanmış dayağı vardır. Sağ tərəfdəki yol ilə hərəkət etdikdə irəlidə yoldan sağ tərəfdə yerləşən mişar daşlarından hörülmüş digər tərəfində Ceyranbatan elektrik hava xəttinin analoji formada 3 ədəd dayağı vardır. Hadisənin baş verdiyi yerdə yoldan sol tərəfdə metal barmaqlıqlardan hazırlanmış çəpər, çəpərin içəri tərəfində mavi rəngli taxtadan hazırlanmış tikili və iri daş parçaları vardır. Yerin səthi üzərində sarı və yaşıl rəngli otlar olan quru torpaqdır. Torpaq yolun ikiyə ayrıldığı yerdə betondan hazırlanmış elektrik dirəyi və həmin dirəkdən keçən elektrik xətti vardır. Baxış zamanı Təqsirləndirilən şəxs1 sağ tərəfdəki torpaq yolun sol kənarını göstərərək manipulyatorun həmin yerdə dayandığını, manipulyator vasitəsilə baraban qaldırılarkən Zərərçəkmiş şəxs həmin yerdə barabanla manipulyatorun arasından keçmək istədiyini və barabanın onu manipulyatora sıxaraq xəsarət yetirdiyini bildirdi. O, sol tərəfdəki yolun kənarında yerləşən hava xəttinin dayağını və sağ tərəfdəki yolun sağında hasarın arxasında yerləşən hava xəttinin dayağını göstərib həmin dayaqların Ceyranbatan elektrik hava xəttinin 59 və 60-cı dayaqları olduğunu, onların həmin dayaqlar arasında olan elektrik xəttini dəyişmək üçün gəldiklərini bildirdi. Baş vermiş hadisədən sonra manipulyator və barabanın "xxxx" MMC-nin inzibati binasına aparıldığını bildirmişdir. Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsində yerləşən inzibati binasında manipulyator və barabana baxış keçirilərək müəyyən edildi ki, hadisə baş verərkən istifadə edilən avtomobil “X12” QSC-nə məxsus göy rəngli “Kamaz-53215-052-13 Xüsusi” markalı, **-JC-*** dövlət nömrə nişanlı manipulyatorlu bortlu kran qurğusudur. Baraban sarımtıl rəngli taxtadan hazırlanmışdır, üzərinə gümüşü rəngli məftil dolanmışdır. İş materiallarında olan 778 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs İman verdi oğlunun bədəni üzərində qarının küt travması, sağ böyrəyin və dalağın cırılması, peritonarxası hematoma aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 16 may 2022-ci il tarixdə küt əşyaların arasında sıxılma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan AA №929040 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, KAMAZ 53215-052-13 xüsusi markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobil “X12” QSC-yə məxsusdur. İş materiallarında olan AC 220848 saylı sürücülük vəsiqəsindən görünür ki,Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixədək sürücülük hüququ vardır. İş materiallarında olan məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/5606 nömrəli rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən 110 kV-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi iləəvəz olunması işinin aparılması zamanı yükqaldırıcı manipulyatorun yaxınlığında adamlar olmasına baxmayaraq yükün yerdəyişməsinin həyata keçirilməsi baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəszilik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”mn 2.10-cu bəndinin, “Yükqaldırıcı kranların quruluşu və təhlükəszilik istismarı qaydalarf’nın 9.5.19-cu bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən 110 kV-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması işi aparılarkən yükqaldırıcı manipulyator vasitəsilə yükün yerdəyişməsi zamanı işçilərin yükün hərəkət zonasına keçmələrinin qarşısını alan tədbirlər görmədiyinə görə “Tikinti norma və qaydalan”mn 2.10-cu bəndinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş "xxxx" ASC-nin "xxxx" MMC-də elektrik veriliş hava xətlərinin istismarı və təmir xidmətinin sahə rəisi işləyən Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən 110 kV-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması işinin aparılması zamanı yükqaldırıcı manipulyatorun yaxınlığında adamların olmamasına tam əmin olmadan yükün yerdəyişməsini həyata keçirdiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nm 9.5.19-cu bəndinin tələbləri "xxxx" MMC-də sürücü işləyən Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən 110 kV-luq Ceyranbatan hava xəttinin 59 və 60-cı dayaqları arasında olan elektrik məftilinin yenisi ilə əvəz olunması işinin aparılması zamanı yükqaldırıcı krandan istifadə edilməklə yükün yerdəyişməsi həyata keçirilməzdən əvvəl işçilərə, o cümlədən əməyin mühafizəsi və təhlükəszilik texnikası qaydalarına dair təlimatlandırılmaqla bilikləri yoxlanılaraq işə buraxılmış elektrik- montyoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs yükün hərəkət zonasından kənara çəkilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu qaldırılmış yükün hərəkət zonasına keçməklə öz fərdi təhlükəsziliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarf’mn 11-ci bəndinin tələbləri pozulmşdur. İş materiallarında olan 3 saylı MKS-nin 552 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İ Qarabağ müharibəsi qazisidir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt YGEŞ MMC-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt YGEŞ MMC-də EVXİ və TX üzrə elektrik mantyoru, usta, baş usta və 2009-cu il tarixindən rəis vəzifəsində işləyir. Əmək fəaliyyəti dövründə özünü intizamalı və məsuliyyətli işçi kimi təqdim eməklə yanaşı, həm də öz peşəkarlığı ilə seçilmişdir. 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq baş çavuş kimi iştirak etmiş, hərbi xidmət dövründə travma almış, İİİ qrup müharibə əlilidir. Respublika Prezidentinin xx.xx.2005-ci il tarixli sərəncamı ilə “Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. İş materiallarında olan 3 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 2009-cu ildən "xxxx" MMC-də sürücü peşəsində fəaliyyət başlamışdır. Əmək fəaliyyəti dövründə peşəkarlığı və nizam-intizamı ilə seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 3 yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü Şəmmədzadə Mürvət Ruhid oğlu) vardır. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Şəmmədzadə Mürvət Ruhid oğlu 3 nömrəli uşaq poliklinikasında astma xəstəsi kimi qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15 faiz pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzadan azad olunmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" MMC-nin elektrik verilişi xətlərinin istismarı və təmiri xidmətinin rəisi Təqsirləndirilən şəxs1 cavabdehliyini, 4.2-ci bəndinə əsasən "xxxx" MMC-nin elektrik verilişi xətlərinin istismarı və təmiri xidmətinin elektrik montyoru X3 ehtiyatsızlığını müəyyən etmişdir. X3 xsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" MMC-də uçota alınmalıdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirildiyinə görə onlar Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələri, hadisədə günahlarının olmaması ilə bağlı göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onlar məsuliyyətdən yayınmaq üçün belə ifadə verirlər. Çünki onların hər birinin ayrılıqda onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tədqiq olunmuş, mötəbərliyi şübhə doğurmayan sübutlarla tam təsdiq edilir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinməli və hər biri müvafiq olaraq həmin maddə ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi onun İİİ qrup əlil olması, “Tərəqqi” medalı ilə təltif olunması, ilk dəfə məsuliyyətə cəlb edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarkterizə olunması və əməlindən peşman olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosundan müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Müdafiəçi3 tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 26/19, mənzil 11-i tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, nömrəsiz fərdi evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-182/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-182/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver