Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-182/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1971-ci il tarixdə Ağsu rayonu, Qəşənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olmayan, Sumqayıt şəhəri, 21-ci məhəllə, Qorki küçəsi, ev 35/42, yataqxana 2 otaq 9-da qeydiyyatda olmaqla yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirtmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs müəllimlərin sertifikasiya imtahanındakı balını qaldıracağı adı ilə yalan vədlər verib aldatmaqla, qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisindəki “Nənəmin təndiri” restoranın qarşısında 4500 manat pulu, həmin günü axşam radələrində yenə həmin ərazidə 500 manat pulu sonuncunun bacısı X3 vasitəsi ilə nağd şəkildə almış, 15 sentyabr 2023-cü il tarixdə özünə məxsus Kapital Bankın 4169 7388 4363 6105 nömrəli kart hesabına Sumqayıt şəhəri, H.Əliyev Prospekti 49 ünvanında yerləşən ”Araz market”-də qurulmuş “MilliÖn” terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən köçürülümüş 500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, hal hazırda Abşeron rayonu məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi vardır. Şahid3 onun tanışıdır. 2023-cü ilin əvvəllərində o, Samillə həmsöhbət olan zaman Samil Rühəngiz adlı qadının bacısı Fərqanənin müəllim işlədiyini və onun sertifikat imtahanından kəsildiyini ona söyləmişdir. Həmin vaxt onun borcları olmuş və pula ehtiyacı olmuşdur. Bu səbəbdən o, Samilə yalandan Təhsil Nazirliyində işləyən, adını demək istəmədiyi tanışı olduğunu bildirərək Samilə həmin işi düzüb qoşa biləcəyini söyləmişdir. Bundan sonra o, Rühəngiz və Fərqanə ilə danışmış və onlarla razılaşıb Fərqanəgildən imtahan balını yüksəltmək üçün 8000 manat pul istəmişdir. Onlar da razılaşmışlar. xx.xx.2023-cü il tarixdə icarəyə götürdüyü “Kia” markalı maşınla Fərqanənin yaşadığı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisindəki “Nənəmin təndiri” adlı obyektin qabağına gələrək Fərqanəyə zəng etmiş, Fərqanəyə qeyd olunan yerdə olduğunu demişdir. Bu zaman Fərqanə, oğlu Xəyal, bacısı Rühəngiz və bacısı oğlu Gülağa ilə onun maşınına yaxınlaşmışlar. Xəyal qabaqda, Rühəngiz və Fərqanə isə arxada oturmuşlar. Gülağa isə çöldə dayanmışdır. Maşında Fərqanəgildən 4500 manat pul almış və xx.xx.2023-də işə başlayacaqlarını demişdir. Həmin günün axşamı Fərqanəgilə zəng edərək 500 manat da vermələrini demişdir. O, daha əvvəl görüşdükləri ünvana gedərək 500 manatı almışdır. Bir neçə gün sonra yenidən əlaqə saxlamış, əlavə 500 manat istəmişdir. Elə həmin gün 500 manatı Birkartına göndərmişlər. O, Fərqanədən aldığı pulları öz borclarını ödəmək üçün istifadə etmiş, onun Təhsil Nazirliyində heç bir tanışı olmamışdır. Öz əməlini pərdələmək üçün bu məzmunda yalan söyləmişdir.Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Bundan başqa cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəniş etməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, H.Z.Tağıyev qəsəbəsi 19 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi işləyib. xx.xx.2023-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanından 3 balla kəsildiyinə görə onun müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də o, bir müddət depresiyada olmuşdur. Bacısı Rühəngiz ona Samil adlı tanışının olduğunu və Samilin Təqsirləndirilən şəxs adında tanışının olmasını, həmin şəxsin guya onun işini həll edəcəyini demiş və o, da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Seymur özünə məxsus “Kia” markalı maşınla onun yaşadığı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisindəki “Nənəmin təndiri” adlanan obyektin qarşısına gəlmişdir. O, da oğlu Xəyal, bacısı Rühəngizlə birlikdə Seymurun maşınına əyləşmişlər. Seymur ondan bu işə görə 8000 manat pul istəmişdir. O, da hal hazırda 4500 manat pulu olduğunu demişdir. Seymur pulu ona verməyi istəmiş və yerdə qalan pulu da sonra verməsini demiş, o da razılaşmışdır. Bu zaman o pulu oğlu Xəyala vermiş, Xəyal da onun və bacısı Rühəngizin yanında pulu Seymura vermişdir. Seymur ona xx.xx.2023-cü il tarixdə işə başlayacağını söyləmişdir. Həmin günü axşam Seymur ona zəng edərək əlavə 500 manat pulu da istəmişdir. O, da həmin pulu bacısı Rühəngizə vermiş və Rühəngiz də pulu həyətə düşüb Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində Seymura vermişdir. Bundan bir müddət sonra Seymur ona zəng edərək işin həll olunduğunu, 01 oktyabr 2023-cü il tarixdə işə başlayacağını bildirmiş, yenidən 500 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən MilliÖn aparatı vasitəsilə onun kartına 500 manat pulu göndərmişdir. Qəbz də hal hazırda özündədir. Pulu onun kartına atdıqdan sonra onunla yenidən əlaqə saxlamış və Seymur ona gözləməsini bildirmişdir. Onu da inandırıb bu işi həll edəcəyi barəsində and içmişdir. Deyilən vaxt xx.xx.2023-cü il tarixdə o Seymurla əlaqə saxlamış və işinin nə yerdə qaldığını soruşan zaman Seymur ona gözləməsini və ona söz verdiyini demişdir. O da Seymurun artıq yalan danışdığını görüb Seymurdan pulunu geri istəmişdir. Seymur da ona pulu ala bilmədiyini və işi həll edəcəyini demişdir. Bundan sonra Samillə əlaqə saxlamış, Samil də ona Seymurla birlikdə gedib pul verdiklərini və dəfələrlə müxtəlif şəxsləri işə düzəltdiyini ona bildirmiş və hətta and içməyə başlamışdır. O, Seymura inanmadığını deyən zaman Samil ona səbrli olmağını bildirmişdir. Samir hətta ona Seymurla danışdığını, onun pulunun yarısının qaytarmağı istəyən zaman guya Seymurun utandığını deyib guya utanmasından onun telefonunu açmadığını bildirmişdir. Daha sonra Seymur ona xx.xx.2023-cü il tarixdə saat 17 dək pulu qaytaracağını söz versə də, indiyədək Seymurdan heç bir xəbər olmadığını bildirmişdir. Seymur ondan ümumilikdə 5500 manat pul almışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid Kərimov X5 onun anasıdır. xx.xx.2023-cü il tarixdə anası Fərqanə müəllimlik imtahanından kəsildikdən sonra müəllimlik fəaliyyətini bərpa etmək üçün müxtəlif yollardan istifadə etməyə başlamışdır. Həmin ərəfədə xalası Rühəngizlə həmsöhbət olan zaman Samil adlı şəxsin Təqsirləndirilən şəxs tanıdığını və Seymurun guya anası Fərqanənin müəllimlik imtahanından kəsildiyi 3 balı yenidən bərpa edərək onun müəllimlik fəaliyyətinə bərpa edilməsinə köməklik edə biləcəyini və onların həmin şəxslə söhbət etməli olduqlarını demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Seymur onların yaşadıqları Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Nənəmin təndiri” restoranının qarşısına özünə məxsus “Kia Rio” markalı dövlət nömrə nişanını xatırlamadığı maşınla gəlmişdir. Həmin vaxtı, o anası Fərqanə, xalası Rühəngizlə birlikdə Seymurla görüşmüş və Seymurun avtomobilinə əyləşmişlər. X9 həmsöhbət olan zaman Seymur anasının müəllimlik sertifikat imtahanından kəsildiyi 3 balı bərpa edəcəyini və anasının yenidən işə başlaya biləcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə isə anası Fərqanənin yenidən müəllim kimi işləyə biləcəyini söz vermiş, bunun üçün onlardan 8000 manat pul istəmişdir. Anası Fərqanə pulunun o qədər olmadığını və yalnız üstündə 4500 manat pul olduğunu bidirdikdə, Seymur ilkin olaraq həmin pulu ona verməyi bildirmiş, həmin vaxtı avtomobildə hamının yanında anasından 4500 manat pulu götürərək Seymura vermişdir. Seymur da onlarla əlaqə saxlayacağını söyləmiş və onlar da maşından düşüb getmişlər. Həmin günü axşam radələrində Seymur anası Fərqanəyə zəng edərək yenidən 500 manat pul verməli olduqlarım söyləmiş, anası Fərqanə 500 manat pulu xalası Rühəngizə vermiş və xalası da sonradan eşitdiyinə görə həmin yerdə pulu Seymura vermişdir. 15 sentyabr 2023-cü il tarixdə Seymur yenə anası Fərqanəyə zəng edərək ona işin artıq həll olunmaq üzrə olduğunu və əlavə 500 manat pulu karta atmasını söyləmişdir. Bundan sonra anası da ona evdə Seymurun kartına həmin günü əlavə 500 manat pul atdığını bildirmişdir. Deyilən zaman çatdıqda, Seymur onların telefonlarına cavab verməyərək müxtəlif bəhanələr irəli sürməyə başlamışdır. Bundan sonar onlar artıq Seymuru tapa bilməmişlər. O, qeyd etmişdir ki, Seymur anasından ümumilikdə 5500 manat pul almışdır. Seymur həmin pulu anasının müəllimlik imtahanından kəsildiyi sertifikat balını qaldıracağını və yenidən anasını işə bərpa edəcəyinə görə almışdır. Məhkəmə iclasında şahid X4 bildirdi ki, Fərqanə onun bacısıdır. xx.xx.2023-cü il tarixdə bacısı Fərqanə müəllimlik imtahanından kəsildikdən sonra özünün müəllimlik fəaliyyətini bərpa etmək üçün müxtəlif yollardan istifadə etməyə başlamış, həmin ərəfədə o əvvəllər tanıdığı Samillə təsadüfən bu mövzu barəsində söhbət edərkən, Samil ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və Seymurun bu mövzuda onlara kömək edə biləcəyini bildirmişdir. Samil bildirmişdir ki, Seymur Fərqanənin müəllimlik imtahanından kəsildiyi 3 balı yenidən bərpa edərək onun müəllimlik fəaliyyətinə bərpa edilməsinə köməklik edə biləcək. O da bunu bacısı Fərqanəyə demiş, əgər istəyirsə həmin şəxslə söhbət etməli olduğunu bildirmiş, Fərqanə də onunla razılaşmış və Seymurla görüşmək istədiyini bildirmişdir. Bundan sonra o bacısı Fərqanənin Seymurla görüşmək istədiyini Samilə demiş və Samil də onun mobil nömrəsini Seymura vermişdir. Bundan sonra Seymur ona zəng etmiş, Seymur ona və bacısı ilə telefonda danışdıqdan sonra onlar Seymurla görüşmək qərarına gəlmişlər. Belə ki, Seymurla telefonla danışdıqları gün, yəni xx.xx.2023-cü il tarixdə Seymur bacısıgilin yaşadığı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Nənəmin təndiri” adlı obyektin qarşısına özünə məxsus “Kia Rio” markalı dövlət nömrə nişanını bilmədiyi maşınla gəlmişdir. Həmin vaxtı, o bacısı Fərqanə və Fərqanənin oğlu Xəyala birlikdə Seymurla görüşmüş və Seymurun avtomaşınına əyləşmişlər. X8 həmsöhbət olan zaman o bacısının müəllimlik sertifikat imtahanından kəsildiyi 3 balı bərpa edəcəyini və bacısının yenidən işə başlaya biləcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə isə bacısı Fərqanənin yenidən müəllim kimi işləyə biləcəyini söz vermişdir. Bunun üçün bacısından 8000 manat pul istəmişdir. Bacısı Fərqanə pulunun o qədər olmadığını və yalnız üstündə 4500 manat pul olduğunu söyləmişdir. Bu zaman Seymur ilkin olaraq həmin pulu ona verməsini bildirmişdir. Həmin vaxtı avtomaşında hamının yanında bacısı 4500 manat pulu oğlu Xəyala vermiş, Xəyal da öz növbəsində pulu götürüb Seymura vermişdir. Seymur da onlarla əlaqə saxlayacağını söyləmiş və onlar da maşından düşüb getmişlər. Həmin günü axşam radələrində Seymur bacısı Fərqanəyə zəng edərək yenidən 500 manat pul verməli olduğunu söyləmiş və bacısı Fərqanə həmin 500 manat pulu ona vermiş və o da daha əvvəl görüşdükləri yerde pulu Seymura vermişdir. 15 sentyabr 2023-cü il tarixdə Seymur yenə bacısı Fərqanəyə zəng edib işin artıq həll olunmaq üzrə olduğunu və əlavə 500 manat pulu karta atmağını söyləmişdir. Bundan sonra bacısı da Seymurun kartına həmin günü əlavə 500 manat pul atdığını bildirmişdir. Deyilən zaman çatdığında artıq Seymur onların telefonuna cavab verməyərək müxtəlif bəhanələr irəli sürməyə başlamışdır. Onlar artıq Seymuru tapa bilməmişlər. O qeyd etmişdir ki, Seymur bacısı Fərqanədən ümumilikdə 5500 manat pul almışdır. Seymur həmin pulu bacısı Fərqanənin müəllimlik imtahanından kəsildiyi sertifikat balını qaldıracağını və yenidən Fərqanəni işə təmin edəcəyinə görə almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) 01 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 43-44) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 51-52); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmışdır.(i.v.58-59) Sumqayıt şəhər Məhkəməsinin 4(060)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v. 73-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil, lakin hazırda barəsində Abşeron Rayon Məhkəməsinin icraatında CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır (i.v.71-72); İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2016-cı il təvəllüdlü Şakir Hidayətov adlı övladı var. (i.v. 67) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 68). İş materiallarında olan “qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 2000 manat pulu qəbul etmişdir. (i.v. 70) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında yəni 1380 manat dövlət büdcəsinə ödəniş edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, sonuncu barəsində CM-nin 178.2.2 və 32.4, 312-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 əməlində CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Milliön ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 manat pulun əks olunduğu 01 ədəd qəbz maddi sübut kimi tanınmışdır. (i.v. 85-91); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Milliön ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 manat pulun əks olunduğu 01 ədəd qəbz cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Milliön ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 manat pulun əks olunduğu 01 ədəd qəbz iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-182/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-182/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver