Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-183/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 12 saylı sərnişin avtobusunda sürücü işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, mənzil 56-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla 23 noyabr 2020-ci il tarixdə saat 21:40 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı **-UA-*** qeydiyyat nişanlı avtomobillə taksi xidməti göstərib sərnişin daşıma ilə məşğul olarkən hərbi komendant rejimi qaydalarını pozduğuna görə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən 5 nömrəli stasionar postda Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda sürücü işləyir. 11 noyabr 2020-ci il tarixdə işdə olduğu zaman bütün bədən sümüklərinin ağrıdığını və halsızlaşdığını hiss etmişdir. Bu səbəbdən yaşadığı evə gedib Sumqayıt şəhər TTYX-na zəng edib evə çağırmışdır. Bir qədər sonra Sumqayıt şəhər TTYX-nin əməkdaşları yaşadığı evə gəlib “Covid 19” virusuna yoluxmağından şübhələndiklərini bildirib ondan virusa görə analiz yaxma götürmüşlər. Analizi verdikdən sonra 3 gün ərzində cavab çıxana qədər evdə gözləmişdir. 3-cü gün mobil telefonuna “Covid 19” virusuna görə verdiyi analizinin nəticəsinin müsbət olması barədə mesaj gəlmişdir. Bu barədə işlədiyi yerin rəhbərliyinə məlumat vermiş və müvəqqəti olaraq işə çıxmamışdır. Bundan sonra yaşadığı evdə müalicə almışdır. Lakin 23 noyabr 2020-ci il tarixdə müalicəsinə görə dərman almaq üçün yaşadığı evdən şəxsi “Mersedes-benz” markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobillə çıxıb Sumqayıt şəhəri 3cü mikrorayonda yerləşən aptekə gəlmiş, dərmanları aldıqdan sonra isə evə qayıtmağa başlamışdır. Saat 21 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ilə yaşadığı evə getdiyi zaman həmin küçədə 2 nəfərin hərəkət etdiyini görmüşdür. Ölkədə 44 günlük müharibə vəziyyəti ilə bağlı tətbiq olunan komendant rejimi ilə əlaqədar olaraq küçədə avtomobil və ya sərnişin avtobusu olmamış və ona görə həmin iki nəfəri avtomobilinə əyləşdirib yaşadıqları yerə qədər aparmaq qərarına gəlmişdir. Avtomobilini həmin şəxslərin yanında saxlamış və hara gedəcəklərini soruşanda onların da yaşadığı Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi tərəfə getdiklərini biləndən sonra təklif etmişdir ki, avtomobilinə əyləşsinlər, o da həmin istiqamətdə gedir. Həmin şəxslər arxa oturacaqlarda əyləşmişlər. Bundan sonra həmin 2 nəfər şəxs avtomobilinə əyləşmiş və yola düşmüşlər. Saat 21:40 radələrində hərbi komendant rejimi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi ərazisində qurulmuş postda Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və portalda yoxlama zamanı polis əməkdaşları aşkar etmişdir ki, o, “Covid 19” virusuna yoluxmuşdur. Daha sonra 2 nəfər şəxs avtomobilindən düşürdülmüş və o, polis əməkdaşlarının müşayiəti ilə yaşadığı evə aparılmış, xəstəliyi müalicə olunana qədər evdən çıxmamışdır. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid2 oğlu göstərdi ki, 23 noyabr 2020-ci il tarixdə saat 20:30 radələrində qardaşı Anarla birlikdə Sumqayıt şəhəri 8-ci mikrorayonda olarkən taksi xidmətinə zəng edib taksi sifariş vermişlər ki, yaşadıqları Sumqayıt şəhəri, ST. Sumqayıt qəsəbəsində yerləşən evlərinə getsinlər. Taksi xidmətinə sifariş vedikləri taksi gəlmədiyindən piyada getməyə başlamışlar. Sumqayıt şəhəri, Sülh küçəsində piyada gedərkən onlara “Mersedes-benz” markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobil yaxınlaşmış, həmin avtomobilin sürücüsünü onlar tanımış, belə ki, sürücü, 12 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü işləmişdir. Sürücü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs avtomobili yanlarında saxlayıb hara getmələrini soruşanda, onlar Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsinə evə getdiklərini demişlər. Sürücü özü də Sumqayıt şəhəri, ST. Sumqayıt qəsəbəsi ərazisinə getdiyini bildirdikdən sonra onları yaşadığı evə apara biləcəyini deyib əyləşmələrini xahiş etmişdir. Bundan sonra hər ikisi avtomobilə əyləşmiş və yola düşmüşlər. Saat 21:40 radələrində ölkədə tətbiq olunan hərbi komendant rejimi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi ərazisində yerləşən 5 nömrəli stasionar postda Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən sərnişini olduqları avtomobil saxlanılmış və polis əməkdaşları tərəfindən yoxlama keçirilərkən aşkar olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxmuşdur. Bundan sonra onlar avtomobildən düşmüşlər. Sürücü Təqsirləndirilən şəxs isə polis əməkdaşlarının müşayiəti ilə evə aparılmışdır. Sonra onlar da piyada yaşadıqları evə getmişlər. Məhkəmə iclasında Şahid3 oğlu göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin X3 qrupunun baş inspektoru vəzifəsində işləyir, polis mayorudur. Müharibə şəraiti ilə bağlı bütün ölkə ərazisində tətbiq olunan komendant rejimi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, ST. Sumqayıt qəsəbəsi ərazisində yerləşən 5 saylı stasionar postda xidmətdə olarkən 23 noyabr 2020-ci il tarixdə saat 21:40 radələrində “Mersedes-benz”markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü, xx.xx.1985-ci il təvəllüdlü, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 4, mənzil 56-da qeydiyyatda olan, Təqsirləndirilən şəxs tərəfindən komendant rejimi qaydalarını pozulması tərəfindən müəyyən edilmişdir. Daha sonra həmin sürücünün “Covid-19” virusuna yoluxması və ev şəraitində müalicə alması barədə portalda məlumat aşkar edilmişdir. Təqsirləndirilən şəxs ”Mersedes-benz”markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərmiş və tərəfindən saxlanılarkən avtomobilində 2 nəfər sərnişin olması müəyyən edilmişdir. Həmin sərnişinlərin Sumqayıt şəhər sakinləri Şahid2 oğlu və Şahid1 oğlu olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxması ilə əlaqədar olaraq tərəfindən xüsusi qrup çağırılmış və həmin xüsusi qrupun müşayiəti ilə Təqsirləndirilən şəxs yaşadığı evə aparılmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 isə Şahid3 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarənda olan 02 dekabr 2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı əvvəlcə 05 dəqiqə 19 saniyədən ibarət video görüntü olan fayl açılmışdır. Videogörüntü açılarkən orada Sumqayıt ŞPİ-nin X3 qrupunun baş inspektoru, polis mayoru Şahid3 tərəfindən “Mercedes-benz” markalı, **- UA-***, qeydiyyat nişanlı avtommobilin sürücüsü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi ərazisində yerləşən 5 nömrəli stasionar postda saxlanılması, daha sonra Sumqayıt ŞPİ-nin X3 qrupunun baş inspektoru, polis mayoru Şahid3 və Sumqayıt ŞPİ-nin Post Patrul Xidmətinin əməkdaşlarının müşayiəti ilə “Mercedes-benz” markalı **- UA-***, qeydiyyat nişanlı avtomoblin sürücüsü X2 yaşadığı Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evə aparılması, sürücü Təqsirləndirilən şəxs yaşadığı ünvana çatdıqdan sonra avtomobilini evin həyətinə daxil edərək özünü təqdim edib Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, mənzill 56-da qeydiyyatda olsa da, Sumqayıt şhəri, ST.sumqayıt qəsəbəsi, fərdi evdə yaşadığını bildirməsi görünür. Bundan sonra isə videoçəkiliş dayandırılır.(i.v. 14) Məhkəmə iclasında həmin disk nümayiş etdirilmiş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıxovanın 23.12.2020-ci il tarixli 1400 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğıunun COVİD-19 analizinin cavabı 16.11.2020-ci il tarixdə pozitiv çıxıb. Həmin gün sahə həkimi Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb o, ümumi halsızlıq, hərarət və baş ağrısının olduğunu bildirib. Sahə həkimi Təqsirləndirilən şəxs 14 gün karantin rejiminə riayət etməsini tapşırıb və onunla mütəmadi olaraq əlaqə saxlayıb.(i.v. 24) İş materiallarında olan 29.12.2020-ci il tarixli 21 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət daxil olmamışdır.( i.v. 34) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 06.01.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 20.04.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirki bilinərək ayda 20% faiz qazancından tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, 22.05.2013-cü il tarixdə Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir, hazırda məhkumluğu olmayan şəxsdir.(i.v. 39-40) İş materiallarında olan 15.01.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” xəstəliyinə yoluxduqdan sonra yaşayış yerini tərk etməsinin video görüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 42-45) İş materiallarında olan 16.01.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v. 64) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsində təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: xüsusi sanitar rejim: yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi və s. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs «Covid- 19» virusuna yoluxduqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-183/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-183/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver