Məhkəmə qərarları › İş №1(060)-183/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-183/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-183/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 01 il 01 ay 29 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Zəngilan rayonu, Yenikənd ərazi dairəsi, Rəbənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq ümumilikdə 0,559 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 23 avqust 2024-cü il tarixdə saat 15:30-da Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Oil Cars” adlı avtosalonun yaxınlığında Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı əynindəki cins şalvarın sağ yan cibindən 04 (dörd) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,163 qram, 0,176 qram, 0,103 qram, 0,117 qram, ümumi təmiz çəkiləri 0,559 qram xeyli miqdarda kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. İranlı şəxslə danışmış, 50 manat pul göndərmiş və narkotik vasitəni götürməyə getmişdir, iki nəfər olmuşlar. Narkotik vasitə “011 cars” adlı yerdə ortaya atılmışdı. Həmin yerə yaxınlaşıb narkotik vasitəni götürmək istəyən zaman dörd nəfər sağdan, dörd nəfər soldan çıxaraq onları tutmuşlar. Onları tutan şəxslərdən biri demişdir ki, biri tutulacaq, biri isə buraxılacaqdır. Bölməyə gətirilən zaman bükümün içərisindən tərəzi çıxmış, onun tərəzi olmasından xəbəri olmamış, çəkiliş zamanı da tərəzinin onun olmadığını demişdir. Ona onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər və həmin maddə ilə onun işi prokurorluğa getmişdir, həmin vaxt tərəzi məsələsi olmamışdır. Daha sonra onun çağırışlardan yayınması qeyd olunmuş, o yalnız bir dəfə çağırışdan yayınmışdır. Tutulduqdan sonra onu barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirmişlər, məhkəmədə müstəntiqə sual olunmuşdur ki, onu CM-nin 234.1-ci maddəsi ilə tutan zaman tərəzi olmamış, sonradan haradan çıxmışdır, müstəntiq isə gülərək cavab verməmişdir. Ondan narkotiklə bağlı yalnız bir sübut çıxmışdır, o da Azər adlı şəxsə yazdığı mesajdır. Azərə yazmışdır ki, “ağırıyır, nəsə etmək olar?”, Azər də ona yarım saata cavab çıxacağını demişdir. Burada satışa aid heç nə yoxdur. Azər adlı şəxsin yalnız adını və yaşadığı ərazini tanıyır, onun barəsində başqa məlumatı yoxdur. O, İranlı şəxslə danışaraq 50 manata 1 qram “kakos” adlanan narkotik vasitə alacaqdı. Həmin əraziyə yaxınlaşdıqda bükümü yanındakı şəxs gedib götürmüş, həmin vaxt əməliyyatçılar gəlmişdir. Aralarında təxminən iki metr yarım məsafə olmuşdur. Tutulduqdan sonra həmin bükümü onun cibinə qoymuşlar, bölmədə büküm açılan zaman içərisindən 4 çet narkotik vasitə heroin və tərəzi aşkar olunmuşdur, lakin tərəzidən onun xəbəri olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədən barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, xeyli müddətdir narkotik tərkibli maddələr qəbul edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən istifadəsində olan 077 *** ** ** saylı mobil nömrənin “WhatsApp” proqram təminatına İran İslam Respublikasında istifadə edilən mobil nömrədən SMS yazan şəxs, ona məxsus mobil nömrəni tanışlarından birindən əldə etdiyini, özünün İran İslam Respublikası vətəndaşı və adının Əli olduğunu, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Oil Cars” avtosalonun yaxınlığındakı əraziyə yerləşdirilmiş mobil telefonu qoyulduğu yerdən götürərək sonradan ona dəqiq ünvanını deyəcəyi Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında yerləşən yerə qoyması müqabilində şəxsi istifadəsi üçün ona bir qram narkotik vasitə heroin verməsini təklif etmişdir. Həmin şəxs narkotik vasitəni mobil telefonun yanına qoyacağını da bildirmiş, ona şəxsi istifadəsi üçün narkotik vasitə lazım olduğundan həmin şəxsin təklifi ilə dərhal razılaşmış, həmin şəxs bundan sonra istifadəsində olan mobil telefona narkotik vasitə və mobil telefonun yerləşdirildiyi ərazinin geolokasiyasım və fotoşəkillərini göndərmişdir. Səhəri gün yəni, xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxıb geolokasiya və fotoşəkillərdə göstərilən əraziyə getmiş, bundan sonra ona deyildiyi kimi mobil telefon və narkotik vasitənin qoyulduğu yeri axtarıb tapmış, ona deyilən narkotik vasitə və mobil telefonun qablaşdırıldığı sellofan bükümü qoyulduğu yerdən götürdükdə həmin sellofan bükümün içərisində narkotik vasitə ilə bərabər mobil telefon yox, elektron tərəzi olduğunu görmüşdür. Ancaq buna baxmayaraq həmin sellofan bükümü götürüb cibinə qoymuş, bu zaman ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PBnə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra birlikdə Sumqayıt ŞPİ-nin 1- ci PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsində olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, budan sonra ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün ona təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində araşdırma üzrə hər hansı bir əhəmiyyət kəsb edən qanunla saxlanılması və ya daşınması qadağan olunmuş əşya və ya pridmetin olubolmaması soruşularaq, əgər vardırsa həmin əşya və ya pridmeti təqdim etməyi təklif edilmiş, bundan sonra əynindəki şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə və elektron tərəzi olan sellofan bükümü, əynindəki şalvarının sol yan cibində saxladığı özünə məxsus mobil telefonunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqdim etdiyi sellofan büküm açıldıqda həmin sellofan bükümün içərisindən dörd ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümlər və bir ədəd elektron tərəzi aşkar edilmiş, təqdim etdiyi sellofan bükümün içərisindəki bükmlərdəki maddənin nə olduğunu, nə vaxt, hardan və nə məqsədlə əldə edib, elektron tərəzi ilə birlikdə üzərində gəzdirdiyini soruşduqda təqdim etdiyi sellofan bükümün içərisindəki gümüşü rəngli siqaret kağızına qablaşdırılmış bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ona SMS yazan şəxsin özünü ona İran İslam Respublikası vətəndaşı Əli adlı şəxs kimi təqdim edərək, ona məxsus mobil nömrəni tanışlarından birindən əldə etdiyini bildirdiyini və Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Oil Cars” avtosalonun yaxınlığındakı əraziyə yerləşdirilmiş mobil telefonu qoyulduğu yerdən götürərək sonradan ona dəqiq ünvanını deyəcəyi Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında yerləşən yerə qoyması müqabilində şəxsi istifadəsi üçün ona bir qram narkotik vasitə heroin verməsini təklif etdiyini, həmçinin ona məxsus mobil telefona mobil telefon və narkotik vasitənin yerləşdirildiyi yerin geolokasiya və fotoşəkillərini göndərdiyini, bundan sonra göstərilən əraziyə yəni, Sumqayıt şəhəri, 17ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Oil Cars” avtosalonun yaxınlığındakı əraziyə gedərək geolokasiya və fotoşəkildə göstərilən ərazidə gizlədilmiş içərisində narkotik vasitə və elektron tərəzi olan sellofan bükümü qoyulduğu yerdən götürdüyünü, həmin sellofan bükümü götürənədək həmin sellofan bükümün içərisində narkotik vasitə ilə bərabər mobil telefon olduğunu güman etdiyini, ancaq sellofan bükümü götürdükdən sonra həmin sellofan bükümün içərisində narkotik vasitə ilə bərabər elektron tərəzidə olduğunu gördüyünü bildirmişdir Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş içərisində qəhvəyi rəngli maddələr olan bükümlər elektron tərəziyə qoyulub çəkilən zaman birinci bükümün çəkisinin 31 qram, ikinci bükümün çəkisinin 0,17 qram, üçüncü bükümün çəkisinin 0,27 qram, dördüncü bükümün çəkisinin 0,25 qram, həmin dörd ədəd bükümlərin birlikdə ümumi çəkilərinin isə 1 qram olması müəyyən edilmişdir. Bundan sonra isə aşkar olunmuş həmin bükümlər üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş elektron tərəzi ilə birlikdə xüsusi qaydada zərfə qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş ona məxsus mobil telefonda araşdırma üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərinə əlavə olaraq şəxsi axtarış keçirilərkən üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və pridmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Əvvələr Əli adlı İran İslam Respublikası vətəndaşının təklifi ilə hər hansı maraq müqabilində hər hansı ərazidən narkotik vasitəni götürüb başqa bir yerə yerləşdirməmiş, bu ilk dəfə baş vermiş, həmin vaxtda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, “011 Avtocars”ın yaxınlığında narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün şəxsə yaxınlaşmışlar, bu barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsi Şahid2 ilə birlikdə 1-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə vəkilin və çəkiliş qrupunun iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və üzərindən elektron tərəzi və 3-4 büküm narkotik vasitə aşkar olunmuş və sənədləşdirilmişdir. Şəxs saxlanılan zaman tək olmuş və heç bir müqavimət göstərməmişdir. Şəxs çəkiliş zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin yay aylarında Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, həmçinin qanunsuz olaraq üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə polis bölməsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən bölmə rəhbərliyinə məruzə olunduqdan sonra onun da iştirakı ilə bölmə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradıldı və onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək üçün vətəndaşların sorğusu əməliyyataxtarış tədbiri həyata keçirərək onun olduğu yeri müəyyən etmişlər və onun 17-ci mikrorayon ərazisində olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq bölməyə gətirilmiş, bölmədə videoçəkiliş vasitəsilə üzərinə inzibati otaqlardan birində təhqiqatçının, vəkilin iştirakı ilə şəxsi axtarış həyata keçirildi. Üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq təhqiqatçı tərəfindən qablaşdırılıb götürüldü. Həmçinin şəxsin üərindən elektron tərəzi və telefon aşkar olunmuşdur. Saxlanılan zaman ona qarşı heç bir təzyiq olmamış, o da heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, 011 “Avtocars”-ın yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 15:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və vəkili X5 təqdim olundu. Daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində daşınması, gəzdirilməsi, saxlanılması qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddə, eləcə də hər hansı bir qanunsuz əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cinsi şalvarının sağ yan cibindən 1 ədəd selefon büküm çıxarıb masanın üzərinə qoyaraq bildirdi ki, həmin bükümün içərisində narkotik vasitə olan heroin və 1 ədəd tərəzi vardır. Həmin heroini və tərəzinin yerini ona dünən istifadəsində olan mobil telefonuna iran nömrəsindən mesaj yazan şəxs demiş və o da həmin kütləni və tərəzini bu gün Sumqayıt şəhəri, 17-ci mkr., 011 Avtocarsın yaxınlığından selefon bükümdə götürüb şalvarının cibində saxlamışdır. Ona mesaj yazan İran vətəndaşı olduğunu deyən şəxs ona bükümün içərisində bir ədəd telefon və narkotik olacağını demişdir, lakin o bükümü götürdükdə bükümün içərisində tərəzi olduğunu bilmişdir. Sonra saat 15:30 radələrində Sumqayıt şəhəri, 17-ci mkr. 011 Avtocarsın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibində olan 1 ədəd Samsung A10 markalı mobil telefonu çıxarıb həmin telefonunda ona məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunan büküm açıldıqda içərisində 1 ədəd gümüşü rəngli elektron tərəzi, 4 ədəd gümüşü siqaret kağızı bükümdə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, tsixotrop maddə və qanunsuz əşya olub-olmaması, vardırsa təqdim etməsi bildirldi, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və qanunsuz əşya olmadığını dedi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirildi və hər hansı bir tanunsuz əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr ayrıaırylıqda elektron tərəzidə çəkildikdə İ bükümün çəkisi 0,31 qram, İİ bükümün təkisi 0,17 qram, İİİ bükümün çəkisi 0,27 qram, İV bükümün çəkisi 0,25 qram, cəmi bükümlərin çəkisi 1 qram oldu və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün 1 ədəd ağ rəngli zərfə xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənib imzalarla təsdiq olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd tərəzidə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün 1 ədəd ağ rəngli zərfə xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənib imzalarla təsdiq olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1ədəd mobil telefonda subut əhəmiyyət kəsb etdiyindən ədəd ağ rəngli zərfə qablaşdırıldı və üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənib imzalarla təsdiq olundu. Daha sonra vəkil X1 şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı zaman hər hansı fiziki təziqə məruz qalıb-qalmadığı, üzərindən aşkar olunan kütlənin ona məxsus olub-olmadığı soruşuldu, Təqsirləndirilən şəxs saxlandığı zaman hər hansı fiziki təsirə məruz qalmadığını, üzərindən aşkar olunan kütlənin ona məxsus olduğunu bildirdi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/4307 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, tədqiqata təqdim edilmiş, üzərlərində AR DİN “Zərflər üçün № 125” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən...” və.s. soyadlar, imzalar olan 02 ədəd zərfdə təqdim olunmuş, birinci zərfdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,163 qram, 0,176 qram, 0,103 qram, 0,117 qram, ümumi təmiz çəkiləri 0,559 qram qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 04 ədəd bükümdəki heroin kütlələri kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Digər zərfdəki elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümükün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,12 qram sərf edildikdən sonra 0,439 qram heroin qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 02 (iki) ədəd zərfdəki 04 (dörd) ədəd bükümdə kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,163 qram, 0,176 qram, 0,103 qram, 0,117 qram, ümumi təmiz çəkiləri 0,559 qram təşkil edən narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş elektron tərəzi maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi 0,559 qram olan narkotik vasitə heroindən tədqiqata ümumi 0,12 qram sərf edildikdən sonra qalıq 0,439 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş elektron tərəzi saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Sumqayıt şəhər Narkoloji Dispanserinin 4582 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 08.2022-ci il tarixdən “opioidlərin epizodik qəbulu” diaqnozu ilə qeydiyyatdadır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı MKS tərəfindən verilmiş 631 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, , Təqsirləndirilən şəxs ünvan 2 ünvanında Qubadlı rayon məcburi köçkünü kimi xx.xx.2019cu ilə kimi yaşamışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 1769 saylı arayışına əsasən cəriməni tam ödəmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 05 ay 22 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 01 il 01 ay 29 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 7(060)-215/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 7(060)-379/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskə baxış keçirilərkən video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PBnə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilməsi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərə müraciət edərək onlardan özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müwəkkili, polis baş leytenantı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müwəkkili, polis baş leytenantı Şahid2 olduğunu bildirdikləri, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 olduğunu bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olduğu, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsxə qanunsuz olaraq narkotik və psixotrop tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanması barədə təkrar məlumat verərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyi, həmin şəxsə üzərində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsini təklif etdiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd üzəri yapışqan lentlə sarınmış bükülünü, əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxararaq xidməti otaqdakı masanın üzərinə qoyduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsdən təqdim etdiyi bükülünün içərisində nə olduğunu, nə vaxt, kimdən, harda, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükülünü “WhatsApp” sosial şəbəkəsində tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin Əli adlı şəxsin saxlanılmamışdan əvvəl onunla əlaqə saxlayaraq Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “011 Cars” avtosalonun yaxınlığındakı əraziyə yerləşdirilmiş mobil telefonu qoyulduğu yerdən götürərək sonradan ona dəqiq ünvanını deyəcəyi Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında yerləşən yerə qoyması müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin verməsini təklif etdiyini, Əli adlı şəxsin narkotik vasitəni mobil telefonun yanma qoyacağımda bildirdiyini, həmin vaxt ona şəxsi istifadəsi üçün narkotik vasitə lazım olduğundan həmin şəxsin təklifi ilə razılaşaraq, bundan sonra istifadəsində olan mobil telefona göndərilmiş geolokasiya və fotoşəkillərdə göstərilən əraziyə getdiyini və bükülünün yerləşdirildiyi yeri axtarıb tapdığını və qoyulduğu yerdən götürdüyünü, həmin vaxt sellofan bükülünün içərisində narkotik vasitə ilə bərabər mobil telefon yox, elektron tərəzi olduğunu gördüyünü, ancaq buna baxmayaraq həmin sellofan bükülünü götürüb cibinə qoyduğunu, bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükülünün içərisinə baxış keçirildikdə həmin bükülünün içərisindən bir ədəd elektron tərəzi və bir ədəd sellofan bükümə qablaşdırılmış dörd ədəd siqaret kağızma bükülmüş bükümlərin aşkar edildiyi, aşkar edilmiş kağız bükümlərə baxış keçirilərkən isə həmin bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, toz halında maddələrin aşkar edildiyi, bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kağız bükümlərin elektron tərəzidə çəkildiyi, həmin bükümlərdən birinincisinin çəkisinin 0,31 qram, ikincisinin çəkisinin 0,17 qram, üçüncüsünün çəkisinin 0,27 qram, dördüncünün çəkisinin 0,25 qram, dörd ədəd bükümlərin birlikdə ümumi çəkilərinin 1,0 qram təşkil etməsinin müəyyən edildiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi əlavə olaraq axtarış keçirildiyi, şəxsi axtarış zamanı həmin şəxsin əynindəki şalvarın arxa sol cibindən bir ədəd on, bir ədəd beş, üç ədəd bir manatlıq kağız pul əskinazlarmın, bir ədəd ayaqqabı ipinin aşkar edildiyi, onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, aşkar edilmiş pul əskinazları və ayaqqabı ipinin aşaraşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəsə geri qaytarıldığı, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi, dörd ədəd kağız bükümdə içərisində qəhvəyi rəngli toz halında kütlə olan bükümlərin və bir ədəd mobil telefonun isə içərisi boş zərflərə qablaşdırıldığı, qablaşdırmaların üzərlərinin möhürləndiyi, qablaşdırmaların üzərində qeydlər aparıldığı, daha sonra qablaşdırmaların üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən, daha sonra özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən, onlardan sonra isə digər iştirakçılar tərəfindən imzalandığı, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aşkar edilmiş bükümlərdəki kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına təqdim edilcəyi izah edilərək götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükülüdəki kütlənin və elektron tərəzinin özünə məxsus olub olmadığını, bükülünü götürdükdən nə qədər sonra polis əməkdaşları tərəfindən saxlanıldığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükülüdəki kütlənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükülünü “WhatsApp” sosial şəbəkəsində tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin Əli adlı şəxsin saxlanılmamışdan əvvəl onunla əlaqə saxlayaraq hansısa əraziyə yerləşdirilmiş mobil telefonu qoyulduğu yerdən götürərək sonradan ona dəqiq ünvanını deyəcəyi yerə qoyması müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin verməsini təklif etdiyini, Əli adlı şəxsin narkotik vasitəni mobil telefonun yanma qoyacağımda bildirdiyini, bundan sonra istifadəsində olan mobil telefona göndərilmiş geolokasiya və fotoşəkillərdə göstərilən əraziyə getdiyini və bükülünün yerləşdirildiyi yeri axtarıb tapdığını və qoyulduğu yerdən götürdüyünü, həmin vaxt sellofan bükülünün içərisində narkotik vasitə ilə bərabər mobil telefon yox, elektron tərəzi olduğunu gördüyünü, ancaq buna baxmayaraq həmin sellofan bükümü götürüb cibinə qoyduğunu, bundan təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhər ərazisində tutulmuşdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 4(060)-354/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablanmışdır. - Məhkəmə-narkoloji ekspertizasının 5929 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 (bir) ədəd gövdəsi qırmızı rəngli, arxa yuxarı sağ hissədə foto və video çəklişlər aparmaq üçün qurğusu yerləşən, ön hissəsi isə qara rəngli şüşə materialından hazırlanmış “Samsung” markalı mobil telefona baxış keçirildi. Mobil telefona baxış keçirilərkən ilk əvvəl mobil telefonun sağ yan hissəsində yerləşən düyməsinə toxunduqda ekranda mobil telefon və təsbeh foto şəklinin göründüyü, daha sonra ekrana toxunmaqla ekranı yuxarı, sağa və sola doğru hərəkət etdirdikdə mobil telefonun işlək vəziyyətə gəldiyi, ekranda müxtəlif düymələrin göründüyü, ekranda görünən “WhatsApp” adlı düyməyə toxunduqda proqramın işlək vəziyyətə gəldiyi, “WhatsApp” proqramının söhbətlər bölməsinə daxil olduqda orda adları müxtəlif cür qeyd edilmiş şəxslərlə telefondan istifadə edən şəxsin apardığı danışıqlar barədə məlumatların göründüyü müəyyən edildi. Bundan sonra mobil telefona baxış keçirilməsi davam etdirildikdə həmin bölmədə adı “Ali” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 905 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi müəyyən edildi. Həmin danışıqlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda sms yazılarının olduğu müəyyən edildi. Saat 15:00 Goturdun qardasim, Yox, Helem, Goturende, Xeber edecem, Yaxsi gaga goturende mene xeber ele, Burdayiq Saat 15:01 Qiraqdan baxiram, Belke, Saxliyasan, Axsama, Gardasim arxayn ol anam ruhu gaga menim ureyim arxayindi sene deyrem allaha andolsun gaga, indi adam çoxdu, Mazalanirsan qaqa Saat 15:43 Gaga niye cavab vermirsen. Saat 15:48 ?? Sonda saat 18:15-də cavabsız zəng Mobil telefona baxış keçirilərkən digər cinayət işi üzrə əhəmiyyət kəsb edən foto, video görüntü, “SMS” yazışmaları və sair müəyyən edilmədi. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd disk “Dell” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin "Windows Media” proqramı işə salındıqda diskin yaddaşında 04 (üç) ədəd, birincisi “Mushteri zenglerinin detallashmasi_MSİSDN_773443703” adlı, ikincisi "SMS detallashmasi_MSİSDN_773443703” adlı və üçüncüsü “Zenglerin mexsusluq ıarixcheleri_MSİSDN_773443703” adlı fayllarm olduğu müəyyən olundu. Həmin fayllara ardıcıl olaraq baxış keçirdikdə isə "xxxx" mobil operatoruna məxsus “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2024-cü il tarixdə saat 00:04:40 radələrindən xx.xx.2024-cü il '.arixdə saat 16:41:50 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 11:47:39, 14:27:46-da Yashma-2/Sumqayıt şəhəri, Şirvan yaşayış massivi, kauçuk -245, saat 14:51:26-da Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsi, Dan Ulduzu şadlıq evinin damı, saat 14:51:26-da Sumqayıt şəhəri, 17-ci mikrorayon, saat 15:08:54-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi. Sirab market, saat 15:22:49, 15:29:32-da Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37, Term İdman kompleksi, saat 15:29:37-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi. Sirab market, saat 15:52:33-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küç 14, saat 15:56:13-də Sumqayıt şəhər, 4-cü mikrorayon, 27A, saat 16:23:20-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küç 14, saat 16:30:39-da Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, saat 16:36:48-də Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37, Term İdman kompleksi, saat 16:40:10-da Sumqayıt şəhəri, 46-ci məhəllə, saat 16:59:26-da Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, saat 17:34:26-da Sumqayıt şəhəri, Koroğlu prospekti 251, saat 17:34:28-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 4 ünvanlarında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edildi. Bundan başqa diskə baxış keçirilərkən “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı “SMS” mətnlərinin olduğu müəyyən edildi.

1. xx.xx.2024 17:22:34 xx.xx.2024 17:22:34 1.1.**********03 1.1.**********31 Azər bide gelim el tutda mene sen Allah draznit oldum qaldım bele

2. xx.xx.2024 17:24:33 1.1.**********31 1.1.**********03 Qaqa anamin cani zeng eliyib daniwmiwiq yarim saat deyib

3. xx.xx.2024 14:50:42 xx.xx.2024 14:50:42 1.1.**********03 1.1.**********31 Yalanan dedim ki 20 manat uşağa verecyk

4. xx.xx.2024 19:41:41 xx.xx.2024 19:41:41 1.1.**********33 1.1.**********03 Qaqa pul gozliyirem hele

5. xx.xx.2024 21:25:00 xx.xx.2024 21:25:00 1.1.**********03 1.1.**********87 Gor ne derem men pulu dediyyim vaxt atdm o cindira aqile mene dediki 20 manat sende komeyliu ele mende usdun duzeldm atacam atdm o cindira sora meni atr

6. xx.xx.2024 21:25:01 xx.xx.2024 21:25:01 1.1.**********03 1.1.**********87 bloka xeqaniynen danadm beyax 15 manat atdm ona qalaninda yavas yavas islyb verecem sorus xeqaniden

7. xx.xx.2024 21:42:16 1.1.**********87 1.1.**********03 Asim elnura yig dənənki 15 manat vurdum qəqiyə 077 *** ** ** tez go

8. 13. 8.2 24 21:42:17 1.1.**********87 1.1.**********03 zdəyir səni ya mesag yaz ya }ig

9. xx.xx.2024 21:43:26 xx.xx.2024 21 43:26 1.1.**********03 1.1.**********78 Qaqa menem asim 15 manat atdm xeqaniye qalanir. da ax as yavas verecem

10. xx.xx.2024 21:46:47 xx.xx.2024 21 1.1.**********87 1.1.**********03 Mənsənə indi verdiyim nömrəyə de 077 *** ** ** vacapnan yox mesagn

11. xx.xx.2024 21:46:47 1.1.994702"'8887 1.1.**********03 an yaz mənim yanimdadi hecnə gəlmiyib yaz gozduyur

12. xx.xx.2024 14:37:40 1.1.**********31 1.1.**********03 Aska cavab verde bilim ne oldu. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və ya əlavələr edilərək CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd “20240823_l64024” adlı, 990520 kb həcmində, 18 dəqiqə 36 saniyyə davam edən, rəngli formatda və otaq şəraitdə çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, yaddaşında 03 (üç) ədəd, birincisi “Mushteri zenglerinin detallashmasi_MSİSDN_773443703” adlı, ikincisi “SMS detallashmasQ MSİSDN_773443703” adlı və üçüncüsü “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_773443703” adlı fayllar olan, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 04 (dörd) ədəd bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, ekspertiza tədqiatmdan sonra qalıq qalmış 0,439 qram narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının: - 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. - 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və bir ədəd elektron tərəzini təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (aşkar edilmiş tərəzinin ona aidiyyətinin olmaması və psixotrop maddə satışı həyata keçirməməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamışdır. X10 məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 01 il 01 ay 29 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,439 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 08.2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-970/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 2217 saylı orderə əsasən vəkil X6 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs vəkil X2 hüquqi yardımından imtina etdiyi üçün ona xx.xx.2025-ci il tarixli, 48 saylı orderə əsasən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmiş, daaha sonra müdafiəçi xx.xx.2025-ci il tarixli, 103 saylı orderə əsasən Sumqayıt şəhər 1 saylı Vəkil Bürsounun vəkili X9 ilə əvəz edilmişdir. Müdafiəçi X8 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat, Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat, X9 məhkəmə iclaslarında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 253 (iki yüz əlli üç) (33+66+154) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 08.2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.439 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat, X7 göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar