Məhkəmə qərarları › İş №1(060)-184/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-184/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-184/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər –Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri - Sumqayıt Regional Vəkil Bürosunun Vəkili Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olan, işləməyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 44, mənzil 45-də qeydiyyatda olan, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, yataqxana 7, ev 7, otaq 1-də qeydiyyatda olan, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx.xx.2000-ci il tarixdə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də betonçu işləyən, Tovuz rayonu Vaqif küçəsi ev 8 A-da qeydiyyatda olan, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi fərdi evdə yaşayan, , Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 X2, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrindlə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ərazisinə gedərək həmin gün saat 13 radələrində zavodun ərazisinə girdikləri üçün onlara irad bildirən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə məsələni aydınlaşdırması səbəbindən sonuncularla aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə təpiklə vuraraq sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qaçdığını görüb silah qismində istifadə etdiyi bıçağı çıxarıb nümayiş etdirməklə onun arxasında zavodun giriş qapısına tərəf qaçıb ona çataraq arxadan ayağından fənd işlədib üzü-üstə yerə yıxaraq, özü və Təqsirləndirilən şəxs3 ona bir dəfə təpiklə, Təqsirləndirilən şəxs2 sifətindən yumruqla vurmaqla sağ dirsəyin və sağ dizin çapıq toxumaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişlər. Həmçinin aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1, X2, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrindlə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ərazisinə gedərək həmin gün saat 13 radələrində zavodun ərazisinə girdikləri üçün onlara irad bildirən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə məsələni aydınlaşdırması səbəbindən sonuncularla aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə təpiklə vuraraq sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə nəticələnən sağlamlığa zərərvurmayan, daha sonra zavodun giriş qapısının yanında Zərərçəkmiş şəxs2 bir dəfə təpiklə vuraraq ona sağ dirsəyin toxumaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Həmçinin aparılmış istintaqla müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, X2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrindlə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ərazisinə gedərək həmin gün saat 13 radələrində zavodun ərazisinə girdikləri üçün onlara irad bildirən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə məsələni aydınlaşdırması səbəbindən sonuncularla aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə təpiklə vuraraq sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, daha sonra zavodun giriş qapısının yanında Zərərçəkmiş şəxs2 yumruqla sifət nahiyəsindən vuraraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X9, X1, onun qardaşı X2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 tanımaqla, onlar onun yaşadığı Xəzri yaşayış massivində yaşayırlar, qonşudurlar. O Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ətrafından metal yığaraq aparıb satıb çörək pulu etmişdir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o Ceyhun Hüseynquliyev, tanışı Gündüz Məhərrəmovla birlikdə zavodun ətrafında metal yığarkən zavodun ərazisindən kimsə onlara tərəf daş atıb, ana söyüşü söyərək nalayiq ifadə işlətmişdir. O da onu söymüşdür. Həmin vaxt sonradan adının İlham kimi bildiyi şəxs hasara yaxınlaşıb «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. O başını hasarın arasından çıxarıb baxmışdır ki, həmin İlham adlı şəxsin yanında adını sonradan bildiyi Elnur adlı şəxs və daha bir neçə nəfər də olmuşdur. Onlar çox olduğuna görə 2 nəfər tanışı ilə birlikdə çıxıb oradan getmişlər. Daha sonra həmin şəxslər onlara zəng edərək görüşüb məsələni dəqiqləşdirmək istədiklərini bildirmişlər. Onlar da uşaqlarla birlikdə, yəni X9, X1, onun qardaşı X2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Gündüz Məhərrəmov və Mobil Nağıyevlə birlikdə həmin gün saat 14:30 radələrində zavoda gedərək, zavodun arxa tərəfindən aşıb zavodun ərazisinə keçmişlər. Onlar birlikdə zavodun giriş qapısına tərəf gedərkən qarşılarına adını Elnur və onun yanında olan İlham adlı şəxslər çıxıb onlar görüb üzərlərinə gəlmişdir. Həmin vaxt onlar da onların üstünə getmişlər. Ceyhun tullanıb təpiklə Elnurun qarın nahiyəsinə zərbə vurmuş, Elnur da onu təpiklə vurmuşdur. Peyman, Nicat, Gündüz və Mobillə birlikdə Elnurun üstünə düşərək onu yumruq təpiklə vurmağa başlamışlar. Xəyalla Cavidan kənarda dayanıb seyr etmişlər, onlar dava-dalaşa müdaxilə etməmişlər. Daha sonra onlar, yəni mən Peyman, Nicat, Ceyhun, Gündüz və Mobil Elnurun yanındakı İlhamın üstünə düşərək onu yumruq təpiklə vurmuşlar. O İlhamı, İlham da onu görən kimi tanımış və zavodun girişinə tərəf qaçmışdır. İlham ona ana söyüşü söyən şəxs olmuş, zavod ərazisində tapdığı dəmir parçası ilə onun arxasınca zavodun giriş qapısına tərəf qaçmışdır. İlham dəmir darvazanı keçdikdən sonra ayağı ilişərək yerə yıxılmış və o əlindəki dəmir parçası ilə onu vurmayaraq, sadəcə bir dəfə təpik zərbəsi ilə vurmuşdur. Əlindəki dəmir parçasını isə harasa tullamışdır. Həmin vaxt kimsə qışqırmışdır ki, polis gəlir, o da digər uşaqlarla birlikdə yenidən zavodun ərazisinə qayıdaraq arxa tərəfdən qaçıb getmişlər. Hadisə vaxtı o həmin dəmir parçası ilə heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Dəmir parçasını həmin gün saat 14:30 radələrində zavodun ərazisinə gedərkən yerdən tapıb özünü müdafiə etmək üçün götürmüşdür ki, ondan istifadə etsin. Çünki saat 13 radələrində zavodun ərazisində olarkən o onların çox olduğunu görüb fikirləşmişdir ki, yenədə çox olarlar.Hazırda törətdiyi əməldən peşmandır və Məhkəmənin ona cəza təyin edərkən peşman olmasını, cavan olmasını nəzərə almasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X9, X1, onun qardaşı X2, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanımaqla, onlar onun yaşadığı Xəzri yaşayış massivində yaşayırlar, qonşudurlar. 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrində yaşadığı evin yanında olarkən görmüşdür ki, tanışları X1, onun qardaşı X2, Təqsirləndirilən şəxs1, X9 və başqa tanımadığı şəxslər yoldan keçirlər. O onlardan hara getdiklərini soruşduqda, Qardaşxan ona demişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə gedirlər, orada işləyən fəhlələrdən kimsə ona ana söyüşü söyübdür, ona görə də söhbət etmək üçün zavoda gedirlər. O da onlara qoşularaq həmin zavoda getmişdir. Həmin uşaqların əlində heç nə görməmiş, onların əllərində heç nə olmamışdır. Özü də heç nə əlində götürməmişdir. Onlar zavodun arxa tərəfinə gəlib oradan hasardan aşaraq zavodun ərazisinə keçmişlər. Həmin vaxt görmüşdür ki, zavodun ərazisində olan adını sonradan bildiyi Elnur və onun yanında olan İlham adlı şəxslər onları görüb üzərinə getmişdir. Həmin vaxt uşaqlar da onların üstünə getmişlər. Ceyhun Elnur adlı şəxsin üzərinə tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. Elnur da onu təpiklə vurmuşdur. Bundan sonra Ceyhunun yanında olan şəxslərdən bir neçəsi və həmçinin o özü Elnurun üzərinə düşüb onu döymüşlər, daha sonra Elnurun yanında olan şəxslər İlhamın arxasınca qaçıb zavodun çölündə giriş qapısının yanında İlhamı yerə yıxıb yumruq, təpiklə döymüşlər. O, Elnuru döysə də İlhamı vurmamışdır. O, onların əllərində hər hansı bir alət, bıçaq, dəmir parçası, dəmir zəncir görməmiş, özü kənarda dayanmışdır. Dava-dalaş bitdikdən sonra həmin şəxslərlə birlikdə yenidən zavodun ərazisinə daxil olaraq arxa tərəfdən çıxıb getmişlər. Hazırda törətdiyi əməldən peşmandır və Məhkəmənin ona cəza təyin edərkən peşman olmasını, cavan olmasını nəzərə almasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X9, X1, onun qardaşı X2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 tanımaqla, onlar onun yaşadığı Xəzri yaşayış massivində yaşayırlar, qonşudurlar. 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrində yaşadığı evin yaxınlığında olan dayanacaqda olarkən görmüşdür ki, tanışları X1, onun qardaşı X2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, X9 və başqa tanımadığı şəxslər yoldan keçirlər. O onlardan hara getdiklərini soruşduqda, yaxın dostluq münasibətində olduğu Ceyhun ona dalaşmağa getdiklərini demişdir. O da başqa heç nə soruşmayıb onlara qoşulub getmişdir. Onlar Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASCyə gelib zavodun arxa tərəfindən hasarı aşıb zavodun ərazisinə keçmişlər. Həmin vaxt görmüşdür ki, zavodun ərazisində olan adını sonradan bildiyi Elnur və onun yanında olan İlham adlı şəxslər onları görüb üzərlərinə gəlmişdir. Onlar da onların üstünə getmişlər. X11 adlı şəxsin üzərinə tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuş, daha sonra o da Elnura yaxınlaşıb onu təpiklə səhv etmirsə ya sinəsindən, ya da sağ qolundan bir dəfə vurmuşdur. Onların yanında olan digər tanımadığı şəxslərdən bir neçəsi Elnurun üzərinə düşüb onu döymüşlər. Daha sonra o görmüşdür ki, Qardaşxan İlhamın arxasınca qaçmış, onlar da Qardaşxanın arxasınca çölə qaçmışlar. Həmin vaxt görmüşdür ki, İlham yerdədir onu döyürlər o ona yaxınlaşıb əlini uzatmışdır ki, yerdən qaldırsın. Həmin vaxt kimsə qışqırmışdır ki, polis gəlir, o da digər uşaqlarla birlikdə yenidən zavodun ərazisinə qayıdaraq arxa tərəfdən qaçıb getmişlər. Onun əlində hər hansı bir alət olmamış, digərlərinin əllərində də hər hansı bir alət, taxta parçası, bıçaq görməmişdir. Hadisə vaxtı o ümumiyyətlə İlhamı vurmamış, döyməmişdir. Hazırda törətdiyi əməldən peşmandır və Məhkəmənin ona cəza təyin edərkən peşman olmasını, cavan olmasını nəzərə almasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından hal-hazıradək Bakı şəhəri, Dərnəgül yolunda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Onların MMC Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə sərmaya yatırdığı üçün o 04.05.2020-ci il tarixdən hal-hazıradək həmin ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirdir. Şahid1 Kamal oğlu həmin ASC-nin idarə heyətinin üzvüdür. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o ASC-nin ərazisində olarkən Şahid1 tərəfindən ona məlumat gəlmişdir ki, ASC-nin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamışdır. O ondan harada olduğunu soruşmuş, Rövşən də ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. O qohumu Zərərçəkmiş şəxs2 ilə birlikdə Rövşənin dediyi yerə getmişlər. Həmin gün qohumu Zərərçəkmiş şəxs2 elə-belə onunla görüşmək üçün yanına gəlmişdir, o həmin ASC-də işləmir. O Zərərçəkmiş şəxs2lə birlikdə Rövşənin yanına tərəf getdikdə, görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb, o tərəfdən onlara tərəfə daş atırlar. O Rövşənə «uşaqdılar onlara baş qoşmayın» sözünü demişdir. O eşitmişdir ki, həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan İlhamın ünvanına nalayiq ifadələr işlətmişdir. İlham da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt o görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb ona baxmışdır. İlham onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. O da onların yanından kənarlaşıb fəhlələr üçün yemək almaqdan ötrü ASC-nin giriş qapısından çıxıb Sumqayıt şəhəri 2-ci PB-nin yanında yerləşən "xxxx" çörək bişirilən sexə getmiş və təxminən 20 dəqiqə sonra yenidən ASC-yə qayıdıb aldığı yeməyi fəhlələri paylamışdır. Onlar yeməklərini yemişlər. O da İlham, Rövşənlə birlikdə ASC-nin giriş qapısının yanında dayanıb söhbət etmişlər. Həmin vaxt saat 14:30 radələri olardı görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. O İlhamla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt o, onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü onun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. O da özünü müdafiə edərək onu təpiklə vurmuşdur. Onlar əlbə-yaxa olmuşlar. Bundan sonra onun yanında olan digər şəxslər, sonradan adlarını bildiyi Cavid və Gündüz adlı şəxslər də onun üzərinə gəlib əllərində olan taxta parçası ilə onun baş nahiyəsinə vurmuşlar. Daha sonra sonradan adlarınınQardaşxan, Nicat və Peyman olduğunu öyrəndiyi şəxslər də daxil olmaqla orada olanların hamısı onun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələri yumruq təpiklə vurmuşlar. O yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onun baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs1 cibindən bıçaq çıxardaraq İlhamın arxasınca qaçmışdır. Hamı onu vurduqdan sonra onun yanından aralanıb İlhamın arxasınca qaçmışlar. O yerdən ayağa qalxmışdır. O ayağa qalxanda görmüşdür ki, yanında olan həmin şəxslərdən qalan bir nəfər şəxs də İlhamın arxasınca qaçmaq istəyərkən o onu tutub saxlamış və onlar əlbə-yaxa olmuşlar, o onun ayaq nahiyəsinə təpiklə vurmuş, yerdən əyilib daş götürmək istəyəndə daş əlinə keçməmiş, ona atdığı yumruq, təpiklər ona dəyməmişdir. O da yerdən qalxıb qaçıb getmişdir. O da onların arxasınca qaçaraq ASCnin ərazisindən çölə çıxmışdır. Həmin vaxt o görmüşdür ki, Qardaşxan əlində bıçaqla İlhama tərəf gedib ona fənd işlətmiş, İlham üzü üstə yerə yıxılmışdır. İlham yerdə olarkən bel üstə çevriləndə onu döyən şəxslər bu dəfə onun üstünə hücum çəkib yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, taxta parçası, dəmir alətlə, dəmir zəncirlə baş nahiyələrinə vurmuşlar. Orada kimsə Qardaşxana demişdir ki, bıçaqla İlhamı vurmasın. O da vurmamışdır. İlhamı döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Hadisə vaxtı baş nahiyəsindən, sağ əlinin üstündən, sifətinin sağ tərəfindən xəsarət almışdır. Heç bir əsaslı səbəb olmadan o və Zərərçəkmiş şəxs2 döyülmüş, hadisə zavodun həyətində baş vermiş, digər şəxslər qorxduqlarından mübahisəyə müdaxilə edə bilməiş, ilk zərbəni onlar vurmuş və təşəbbüskarlıq onlar tərəfindən olmuş, hadisə zamanı o və İlham onlara heç bir xəsarət yetirməmiş, zavodun fəaliyyəti pozulmuş, hadisə uzun müddətli davam etmiş, hadisədən əvvəl danışmağa nə baş verdiyini dəqiqləşdirməyə belə imkan verilməmişdirlər. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyildir və hansı cəzanın təyin edilməsini Məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. O Bakı şəhəri, Dərnəgül yolunda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Həmin MMC Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə sərmaya yatırdığı üçün qohumu Elnur həmin ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirdir. Şahid1 Kamal oğlu həmin ASC-nin idarə heyətinin üzvüdür. O da aradabir onun iş yerinə gedib-gəlir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o Zərərçəkmiş şəxs1 iş yerində olarkən Şahid1 tərəfindən Zərərçəkmiş şəxs1 məlumat gəlmişdir ki, ASCnin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamışdır. Elnur ondan harada olduğunu soruşmuş, o da ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. O qohumu Zərərçəkmiş şəxs1la birlikdə Rövşənin dediyi yerə getmişlər. O Zərərçəkmiş şəxs1la birlikdə Rövşənin yanına tərəf getdikdə görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb o tərəfdən onlar tərəfə daş atırlar. Elnur Rövşənə demişdir ki, uşaqdılar onlara baş qoşmasın. Həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb onlara baxmışdır. O onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. Daha sonra Elnur onların yanından kənarlaşıb fəhlələr üçün yemək almaqdan ötrü ASC-nin ərazisindən çıxıb getmiş və təxminən 20 dəqiqə sonra yenidən ASC-yə qayıdıb aldığı yeməyi fəhlələri paylamışdır. Onlar yeməklərini yemişlər. Elnur onların yanına gəlmiş və o, Elnur Rövşənlə birlikdə ASC-nin giriş qapısının yanında dayanıb xeylaq söhbət etmişlər. Saat 14:30 radələri olardı onlar orada olarkən görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. O Elnurla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt Elnur onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü onun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuş, o da onu təpiklə vurmuşdur. Onlar əlbə-yaxa olmuşlar. Bundan sonra onun yanında olan digər şəxslər, sonradan adlarını bildiyim Cavidan və Gündüz adlı şəxslər də onun üzərinə gəlib əllərində olan taxta parçası ilə onun baş nahiyəsinə vurmuşlar. Daha sonra içərilərində Qardaşxan, Nicat və Peymanın da olduğu şəxslərin hamısı onun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələri yumruq təpiklə vurmuşlar. O yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onu baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan həmin şəxslər Elnurun üzərindən aralaşaraq onun üstünə hücum etməyə başlamışlar, o qaçaraq zavodun giriş qapısına tərəf getmişdir. Qardaşxan adlı şəxs cibindən bıçaq çıxardaraq onun arxasınca qaçmışdır. Qardaşxan ona çataraq ona arxadan ayağından fənd işlətmiş, o da üzü üstə yerə yıxılmışdır. Daha sonra o bel üstə çevrilmiş və Qardaşxan və onun yanında olan şəxslər ona yaxınlaşaraq yumruq təpiklə bədənimin müxtəlif nahiyələrinə, baş nahiyəsinə taxta və dəmir parçası ilə vurmuşlar. O iki əlini üzünə tutduğundan konkret olaraq baş nahiyəsinə kimin vurduğunu görə bilməmişdir. Həmin vaxt görmüşdür ki, Qardaşxan əlində bıçaqla onu vurmaq istədikdə, orada kimsə Qardaşxana bıçaqla onu vurmamasını dediyi üçün, o da onu bıçaqla vurmamışdır. Onu döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Heç bir əsaslı səbəb olmadan o və Elnur döyülmüş, hadisə zavodun həyətində baş vermiş, digər şəxslər qorxduqlarından mübahisəyə müdaxilə edə bilməmiş, ilk zərbəni onlar vurmuş və təşəbbüskarlıq onlar tərəfindən olmuş, hadisə zamanı o və Elnur onlara heç bir xəsarət yetirməmiş, zavodun fəaliyyəti pozulmuş, hadisə uzun müddətli davam etmiş, hadisədən əvvəl danışmağa nə baş verdiyini dəqiqləşdirməyə belə imkan verilməmişdirlər. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyildir və hansı cəzanın təyin edilməsini Məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2007-ci ildən hal-hazıradək Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin idarə heyətinin üzvüdür. 26.10.2020-ci il tarixdə saat 13 radələrində zavodun ərazisində yerləşən yarımsitansiya ərazisində olarkən görmüşdür ki, 3 nəfər tanımadığı şəxs zavodun ərazisinə daxil olub ərazidən metal yığırlar. O onlara yaxzınlaşıb burada nə etdiklərini soruşmuşdur. Onlar da ona «müəllim olmazki özümüz üçün işləyirik» sözünü demiş, o da ona «olmaz bura zavodun ərazisidir, qeyri-qanuni daxil olmusunuz» cavabını vermişdir. Daha sonra onları kənarlaşdıran vaxt ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirən Zərərçəkmiş şəxs1 zəng edib həmin şəxslər barədə məlumat verib yanına dəvət etmişdir. Zərərçəkmiş şəxs1 gələnə kimi onlar zavod ərazisindən çıxmışlar, lakin zavodun darvazasının çöl hissədən arxasında dayanmışlar. Bir neçə dəqiqədən sonra Elnur qohumu Zərərçəkmiş şəxs2lə birlikdə yanına gəlmişlər. Elnur ondan onların harada olduğunu soruşmuş, o da ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. Həmin şəxslər hasarın o tərəfindən onlara tərəf daşa atmağa başlamışlar. O bir az kənara çəkilib dayanmışdır. Həmin vaxt Elnur ona «uşaqdılar onlara baş qoşmayım» sözünü demişdir. O eşitmişdir ki, həmin şəxslərdən biri olan, sonradan adını bildiyim Qardaşxan adlı şəxs heç bir səbəb olmadan İlhamın ünvanına nalayiq ifadələr işlətmişdir. İlham da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb ona baxmışdır. İlham onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. Daha sonra onlar ASC-nin giriş qapısına tərəf getmişlər. O İlham, Elnurla birlikdə ASC-nin giriş qapısının yanında dayanıb söhbət etmişlər. Həmin vaxt saat 14:30 radələri olardı görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. Elnur İlhamla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onun belində zədə olduğu üçün onlardan ayrılıb zavodun idarəetmə binasındakı otağına getmişdir, çünki başa düşmüşdür burada dava olacaq, onun da beli ağrıyır, davaya o da girişsə zədə ala bilir. Bir neçə dəqiqədən sonra o, hadisə yerinə qayıtdıqdan görmüşdür ki, ara sakitləşib, Elnurla İlhamın üst başları isə tozun içindədir. Onlardan nə baş verdiyini soruşduqda demişlər ki, bir az əvvəl zavoda daxil olan şəxslərlə aralarında dava-dalaş olmuş, həmin şəxslər onları döymüşlər. Daha sonra hadisə barədə polisə müraciət olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci lin sentyabr ayından hal-hazıradək Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-də söküntü işlərində fəhlə işləyir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində uşaqlarlarla nahar edən vaxt 3 nəfər tanımadığı şəxs zavodun ərazisinə daxil olub ərazidən metal oğurlamaq istəyən zaman ASC-nin idarə heyətinin üzvü Şahid1 onları görüb zənd edib Zərərçəkmiş şəxs1 məlumat vermişdir ki, ASC-nin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamış, həmin şəxslər onu döymək istəyirlər. Elnur ondan onların harada olduğunu soruşmuş, o da ona demişdir ki, ASC-nin arxa qapısı tərəfdədir. Daha sonra Elnur qohumu Zərərçəkmiş şəxs2lə birlikdə həmin yerə gəlmişlər. Həmin vaxt onlar görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb o tərəfdən onlar tərəfə daş atırlar. Elnur demişdir ki, uşaqdılar onlara baş qoşmasınlar. O eşitmişdir ki, həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan İlhamın ünvanına nalayiq ifadələr işlətmişdir. İlham da ona « gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb ona baxmışdır. İlham onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. Daha sonra onlar ASC-nin giriş qapısına tərəf getmişlər. Həmin vaxt saat 14:30 radələri olardı görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. Elnur İlhamla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt Elnur onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü Elnurun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. Elnur da özünü müdafiə edərək onu təpiklə vurmuş, onlar əlbə-yaxa olmuşlar. Daha sonra hamısı Elnurun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələrinə yumruq təpiklə vurmuşlar. O yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onun baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs1 cibindən bıçaq çıxardaraq İlhamın arxasınca qaçmışdır. Hamı Elnuru vurduqdan sonra onun yanından aralanıb İlhamın arxasınca qaçmışlar. Elnur yerdən ayağa qalxmışdır. O ayağa qalxanda görmüşdür ki, onun yanında olan həmin şəxslərdən qalan bir nəfər şəxs də İlhamın arxasınca qaçmaq istəyərkən Elnur onu tutub saxlamış və onlar əlbə-yaxa olmuşlar, Elnur onun ayaq nahiyəsinə təpiklə vurmuş, o da yerdən əyilib daş götürmək istəyəndə daş əlinə keçməmiş, ona atdığı yumruq, təpiklər ona dəyməmişdir. O da yerdən qalxıb qaçıb getmişdir. Elnur da onun arxasınca qaçaraq ASC-nin ərazisindən çölə çıxmışdır. Onlar da çölə çıxmışlar. Həmin vaxt o görmüşdür ki, Qardaşxan əlində bıçaqla İlhama tərəf gedib ona fənd işlətmiş, İlham üzü üstə yerə yıxılmışdır. İlham yerdə olarkən bel üstə çevriləndə Elnuru döyən şəxslər bu dəfə onun üstünə hücum çəkib yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, taxta parçası, dəmir alətlə, dəmir zəncirlə baş nahiyələrinə vurmuşlar. Orada kimsə Qardaşxana demişdir ki, bıçaqla İlhamı vurmasın. O da vurmamışdır. İlhamı döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 da Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 1339 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ əlin arxa səthinin İİ-İİİ-İV-V əl daraq sümüyü proyeksiyasının dərialtı hematoması, sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1 günə qədər əvvəl olmaqla, 26.10.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə - sağ əlin arxa səthinin İİ-İİİ-İV-V əl daraq sümüyü proyeksiyasının dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni, sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13.11.2020-ci il tarixli, 1416 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ dirsəyin və sağ dizin çapıq toxumalarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aidi edilirlər. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 "xxxx" ASC-nin ərazisində dayanıblar. Həmin vaxt onların qarşısına zavodun arxa giriş tərəfindən zavodun ərazisinə daxil olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X2, onun qardaşı X1, X9, Təqsirləndirilən şəxs2, Gündüz Məhərrəmov, Mobil Nağıyev və istintaqla şəxsiyyəti araşdırılan digər şəxslər gəlir. Zərərçəkmiş şəxs1 bir qədər onlar tərəfə gedərək dayanır. Həmin vaxt Ceyhun Hüseynquliyev qaçaraq tullanıb təpiklə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən 1 dəfə vurur. Elnur yerə yıxılır. Daha sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Elnur yerdə olarkən onun sifət nahiyəsinə təpiklə vururlar. Elnur yerdə olarkən üzünü əlləri ilə müdafiə edərkən şəxsiyyəti istintaqla araşdırılan əynində qırmızı köynək, göy şalvar, başında qara kepka olan və əlində taxta parçası olan şəxs isə taxta parçası ilə onun sağ əlinin üstünə bir neçə dəfə vurur. Şəxsiyyəti istintaqla araşdırılan digər dəri qara gödəkçəli, qara şalvarlı, boz köynəkli, üzü saqqallı şəxs isə Elnuru təpiklə vurur. Cavidan Hüseynquliyevin əlində taxta parçası olsa da, Xəyal Həsənli ilə birlikdə heç kimi vurmur, əksinə dalaşanları ayırır. Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs2 üstünə getdiyindən, Zərərçəkmiş şəxs2 qaçaraq zavodun giriş qapısına tərəf gedir və digər şəxslər onların arxasıyca qaçır. Zərərçəkmiş şəxs2 zavodun giriş qapısının darvazasından bir qədər aralıda yerə yıxılmış vəziyyətdədir və Təqsirləndirilən şəxs3 onu təpiklə bir dəfə vurub ondan uzaqlaşır. Zərərçəkmiş şəxs2 yerdə uzanlıqlı vəziyyətdən durub yerdə oturur. Daha sonra Ceyhun və Cavidan Zərərçəkmiş şəxs2 yaxınlaşır, Zərərçəkmiş şəxs2 yenidən yerə uzanır. Ceyhun İlhamı təpiklə ayağının sağ tərəfindən bir dəfə vurduqdan sonra ondan aralaşır. Cavidan isə İlhamı vurmadan dayanır. Daha sonra Peyman yaxınlaşır sol əli ilə İlhama yumruq zərbəsi endirir. Şəxsiyyəti istintaqla araşdırılan qara vodolazka, açıq qara rəngli şalvarlı üzü tüklü oğlan 2 dəfə təpik zərbəsi ilə İlhamın ayağının sağ tərəfinə vurur. İlhamı vuran şəxslər onu vurduqdan sonra yenidən zavodun ərazisinə daxil olur. Videogörüntüdə Cavidan və şəxsiyyəti istintaqla araşdırılan şəxsin əlində taxcta parçasının, Qardaşxanın əlində isə bıçağın olması görünür, başqa alət və əşyanın olması müəyyən edilmir. Həmin disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 12.06.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin 12.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş və cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Həmin hökmün kserosurəti cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 09.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 7000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması və 7000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 21.02.2019-cu il tarixli qərarı ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Sumqayıt şəhər Məhkəməsinin 09.04.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 7000 manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 02 il 06 ay azadlıqdan məhrumetmə və 7000 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkum olunmuş şəxsdir. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 29.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 qarşı bir qrup şəxs tərəfindən xuliqanlıq hərəkətləri faktı ilə əlaqədar CM-nin 221.2.1-ci maddəsinin əlamətləri ilə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, 26.10.2020-ci il tarixində zərərçəkmiş şəxsin iştiakı ilə hadisə yerinə baxış keçirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 06 noyabr 2020ci il tarixində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur.08 noyabr 2020-ci il tarixində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Sumqayıt şəhər Məhkəməsinin 08 noyabr 2020-ci il tarixli qərarı ilə 29 yanvar 2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 21 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar çıxarılmış və həmin tarixdə barəsində ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin axtarışı və tutulmasına dair qərar çıxarılmışdır.19 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 tutularaq istintaq orqanına təhvil verilmişdir.Həmin tarixdə ona CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilərək Sumqayıt şəhər Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində 29 yanvar 2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 21 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası CM-nin 221.2.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar çıxarılmış və həmin tarixdə barəsində ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin axtarışı və tutulmasına dair qərar çıxarılmışdır. 05 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 tutularaq istintaq orqanına təhvil verilmişdir. Həmin tarixdə ona CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilərək Sumqayıt şəhər Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində 29 yanvar 2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 04 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 29,120-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində isə 186 və 187-ci maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində mahkum X10 ogiu xx.xx.1995-ci ildə Sumayıt şəhərində anadan olmus, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin 09.04.2018-ci it tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 7000 (yeddi min) manat cərimə cəzasina məhkum edilmiş, Sumayıt şəhəri, 9-cu mikrorayon, ev 44, manzil 45-də qeydiyyatda olmaqla, Sumayıt şəhəri H.Z.Tagiyev qəsəbəsi, Xəzri yaşayış massivində fərdi tikilidə yaşamış, Sumayıt şəhər Məhkəməsinin 18.10.2018-ci it tarixli hökmü ila AR CM-nin 177.2.1; 177.2.3; 67.1; 68.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) it 06 (alti) ay müddətə azadlıgın mahdudlaşdırılması va 7000 (yeddi min) manat cərimə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 21.02.2019-cu tl tarixli qərarı ilə ona qəti olaraq 02 (iki) il 06 (alti) ay müddətə azadlıqdan məhrumetmə və 7000 (yeddi min) manat cərimə cəzası təyin edilmişdir. Cazasının əvvəli: 21.02.2019 cəzasının sonu: 21.08.2021. X7 Arif oglu Baki sahari Xəzər rayon Məhkəməsinin 12.03.2020-ci ii tarixli qərarı ilə ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirlmiş və 02.04.2020-ci it tarixda 6 sayli məntəqə tipli cazaçəkmə müəssisəsinə gətirilərək qeydiyyata götürülmüşdür. X8 Arif ogiu 19.12.2020-ci ii tarixədək ona təyin olunmus caza müddətinin 01 il 09 ay 28 gün hissasini çəkmişdir.Çəkilməmiş cəza müddəti 08 ay 02 gün olmuşdur. Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 9730 saylı 12 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Apelyasiya Məhkəməsinin 21.02.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 7000 manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki. Təqsirləndirilən şəxs1 Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2019cu il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməli, cərimə cəzası müstəqil icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslərlə barışıq əldə etməsidir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni 19 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslərlə barışıq əldə etməsidir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni 05 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslərlə barışıq əldə etməsidir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni 06 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübüt kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli (iş № 1(060)-184/2021) qərarını icra edərək, 27.01.2021-ci il tarixli 110/2021 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli (iş № 1(060)-184/2021) qərarını icra edərək, 27.01.2021-ci il tarixli 112/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli (iş № 1(060)-184/2021) qərarını icra edərək, 27.01.2021-ci il tarixli 111/2021 saylı orderə əsasən vəkil Müdafiəçi3 onun vəkili təyin etmişdir. Müdafiəçi3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt Regional vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 1 (105)-76/2019 saylı qərarı ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 02 (iki) gün hissəsi ona hazırki hökmlə təyin olunmuş cəzaya qismən, 7000 (yeddi min) manat cərimə cəzası isə tam birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə və 7000 (yeddi min) manat cərimə cəzası müəyyən edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2020-ci il tarixdən hesablansın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC -nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC -nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Turanbank» ASC Sumqayıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar