Məhkəmə qərarları › İş №1(060)-184/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-184/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-184/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- X3, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., İnşaatçılar qəs., fərdi ev ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Namiq Dabriş oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, X7 xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə, 8 saylı məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu yumruq zərbəsi ilə vuraraq burun belinin sıyrığı, sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının bayır bucağının qansızması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Rahil Əliyev özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində piyada şəkildə yaşadığı ünvana qayıdarkən ünvan 3nda təxminən 2 il əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı Zərərçəkmiş şəxs görmüş, salamlamış və söhbət etmişlər. Söhbət zamanı o, Namiqdən birlikdə işlədikləri müddətdə borc verdiyi 80 manat pulu tələb etmişdir. Cavab olaraq Namiq hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 80 manat borcunu ödəyəcəyini bildirən zaman o, pulunun indi verilməsini istədiyini bildirmişdir. Namiq də imkanı olmadığını deyərək ünvanına nalayiq ifadə bildirib ümumiyyətlə həmin pulu verməyəcəyini demişdir. Bundan sonra o, sağ əli ilə onun sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra yaxınlaşıb üzrxahlıq etmək istəsə də Namiq barəsində polisə müraciət edəcəyini deyərək oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs X8 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində piyada şəkildə yaşadığı ünvana qayıdarkən ünvan 3nda təxminən 2 il əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı Rahil Əliyevi görmüş, salamlamış və söhbət etmişlər. Söhbət zamanı Rahil birlikdə işlədikləri müddətdə borc verdiyi 80 manat pulu ondan tələb etmişdir. O, da Rahilə hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 80 manat borcunu ödəyəcəyini bildirən zaman Rahid pulunun indi verilməsini tələb etmişdir. O da yenidən maddi imkanı olmadığını deyərək Rahidin ünvanında nalayiq ifadə bildirib ümumiyyətlə həmin pulu verməyəcəyini demişdir. Bundan sonra Rahid sağ əli ilə onun sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuş, yaxınlaşıb üzrxahlıq etmək istəsə də barəsində polisə müraciət edəcəyini deyərək oradan uzaqlaşmışdır.Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, X8 ilə barışmış, dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X9 xx.xx.2023-cü il tarixli, 2032 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşağıdakı xəsarətlər vardır: burun belinin sıyrığı, sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının bayır bucağının qansızması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarda göstərilən şəraitdə əməmlə gələ bilər və dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v. 15-18). İş materiallarında olan xasiyyətnamədən görünür ki, X8 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 29) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X3 əvvələr məhkum olunmamışdır. (i.v. 42) Beləliklə, təqsirləndirilən şəxs X3 verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. X3 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən X3 barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə X8 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. X3 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X8 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar