Məhkəmə qərarları › İş №1(060)-184/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-184/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-184/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “Qayalı” marketdə mühafizəçi işləyən, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd odlu yivli silah hesab edilən öz təyinatını itirmiş ov tüfənginin kəsiyini və döyüş sursatı hesab edilən təyinatı üzrə atəş üçün yararlı 03 ədəd patronu qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirməklə ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 29 oktyabr 2024-cü il tarixdə saat 13:35-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 15:49-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı bel nahiyəsinin sağ tərəfində saxladığı 01 ədəd qara rəngli torbanın içərisindən ******* nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8-01 modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivli silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 03 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Heç bir psixi xəstəliyi yoxdur. Məhkumluğunun olması ilə bağlı hərbi xidmətdə olmayıb. Evlidir və 3 azyaşlı övladı var. Sumqayıt şəhərində yerləşən 19 saylı orta məktəbdə Azərbaycan dilində təhsil almışdır. Hadisə ilə bağlı bildirmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə saat 13.35 radələrində ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üstündə gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə “obrez” kimi tanıdığı tüfəng vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif edilmiş, o, üzərində “obrez” kimi tanıdığı tüfəngin olduğunu və həmin tüfəngin belinin sağ nahiyəsində olduğunu bildirdikdən sonra polis əməkdaşları həmin silahın olduğu sellofon torbanı belindən çıxardıb masaya qoymuşdur. Həmin qara rəngli sellofon torbanın içərisində “obrez”dən başqa 03 ədəd patron da olmuşdur. Bundan sonra üzərində olan digər əşyaları çıxardıb masaya qoymağı təklif edilmiş, bu təklifdən sonra o əynindəki göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən 68 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra həmin “obrez”ə və 03 ədəd patrona baxış keçirilmiş və silah yoxlanılmışdır. Daha sonra onun üstündən aşkar olunub götürülmüş silaha baxış zamanı qara rəngli metal və taxta korpusunun olması, üstündə “TOZ-08-01” yazılarının qeyd olunması müəyyən edilmişdir. Daha sonra üstündən aşkar olunmuş həmin 01 ədəd silah və 03 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşı tərəfindən bir ədəd qara rəngli sellofon torbada qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üstündən aşkar edilmiş özünə məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Onun üstündən aşkar edilmiş 68 manat pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o üstündən aşkar edilmiş “obrez”i və 03 ədəd gülləni 3 gün öncə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən zibillikdən tapdığını, həmin predmetləri silaha marağı olduğu üçün götürdüyünü, həmin predmetlərdən indiyə qədər olan müddət ərzində istifadə etmədiyini, həmin predmetləri tapdığı zaman 03 ədəd patronun da qara rəngli sellofon torbanın içərisində olduğunu, bu predmetlərin onda olmasından heç kimin məlumatının olmadığını, həmin predmetləri gizlətmək üçün üstündə gəzdirməklə daşıdığını bildirmişdir. Həmçinin, bu predmetlərdən hər hansı bir qanunsuz əməlin törədilməsində istifadə etmədiyini, həmin silaha oxşar dəmir predmetə aid hər hansı bir hissəni kiməsə satmadığını, hədiyyə vermədiyini bildirmişdir. Həmçinin, özünə məxsus olan “Samsung” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrəmin olmasını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, ondan aşkar edilərək götürülmüş predmetləri eyni vaxtda, eyni yerdən tapmış və onda maraq oyatdığı üçün özündə saxlamışdır. Başqa hər hansı bir məqsədi olmamış, həmin predmetlərdən hər hansı bir cinayətin törədilməsində istifadə etməmiş, həmin predmetlərin onda olmasından heç kimin xəbəri olmamışdır. O, polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamış, eləcə də saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını, himayəsində 03 azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış-zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Cinayətkarlıqıa Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X5, X6 və X7 daxil edilmişdir. 29 oktyabr 2024-cü il tarixdə saat 13-14 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Həmin gün saat 13:35-də ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlama və daşımaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu BMCMl-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş idarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “obrez” olduğunu, həmin silahı bel nahiyəsinin sağ tərəfində saxladığını bildirib həmin hissədə olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin qara rəngli sellofanın içərisinə baxış keçirilən zaman onun içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet və 03 ədəd patrona oxşar dəmir predmetlərin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet və 03 ədəd patrona oxşar dəmir predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş özünə məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 68 manat pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, eyni zamanda Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-92-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 46-50-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Krimnalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1661 saylı ekspert rəyindən görünür ki, rəyin nəticə hissəsində “Tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li əşya ilkin variantda keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olumuş 5,6 mm kalibrli, TOZ-8-01 modelli oldu yivli ov tüfəngi olub, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 275 mm, ümumi uzunluğu 532 mm olan öz təyinatını itirmiş 5,6 mm kalibrli TOZ-8-01 modelli odlu yivli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və təyinatı üzrə atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTl-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir” sözləri qeyd edilmişdir. Cinayət işinin 122-124-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, onun üç azyaşlə uşağı var (müvafiq olaraq xx.xx.2018-ci il təvəllüdlü X9 oğlu, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X14 oğlu). Cinayət işinin 149-cu vərəqsində olan AR Səhiyyə Nazirliyi 2 nömrəli X2 məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 il ərzində stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət edilməmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 3-13-6/2-9739/24 nömrəli əməliyyat tapşırığınıza cavab olaraq bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silah və döyüş sursatlarının əldə edilmə mənbəyinin müəyyən edilməsi, sonuncunun həmin predmetlərdən hər hansı bir cinayətin törədilməsində istifadə edib-etməməsinin müəyyən edilməsi, onun aşkar edilmiş predmetlərdən başqa haradasa odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını saxlayıb-saxlamamasının müəyyən edilməsi, onun qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəyi qeyd edilmişdir. Cinayət işinin 133-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 11735/2024 saylı məktubundan görünür ki, 5,6 mm kalibrli ******* nömrəli TOZ-8-01 modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 153-cü vərəqəsində olan telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi barədə 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azerfon MMC-dən əldə edilmiş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya video görüntü aşkar edilməmişdir. Cinayət işinin 154-cü vərəqəsində olan telefona baxış keçirilməsi barədə 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya video görüntü aşkar edilməmişdir. Cinayət işinin 155 və 179-cu vərəqələrində olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin 161-cu vərəqsində olan AR Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi Şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adi göstərilən xəstəxanada müailəcədə olmamışdır. Cinayət işinin 27-29-cu vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 29 oktyabr 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanı yaxınlığında olduğu zaman saxlanılmış, həmin tarixdə saat 15:49-dan etibarən videoçəkiliş ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “obrez" olduğunu və onu bel nahiyəsinin sağ tərəfində saxladığını bildirib 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin qara rəngli sellofanın içərisinə baxış keçirilən zaman onun içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet və 03 ədəd patrona oxşar dəmir predmetlərin olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən 68 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş həmin 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet və 03 ədəd patrona oxşar dəmir predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş özünə məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 68 manat pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Cinayət işinin 182-199-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qimətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd TOZ-8-01 modelli odlu silah və eksperimental atəşdən sonra 02 ədəd qalmış patron və 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilmiş, TOZ- 8-01 modelli odlu silah və eksperimental atəşdən sonra 02 ədəd qalmış patron saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suqmayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il 06 ay müddətə şərti sınaq müddəti təyin edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.2.2 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini satış mqəsədi ilə əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi, səmimi peşmançılığı və himayəsində 3 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağrlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd TOZ-8-01 modelli odlu silah və eksperimental atəşdən sonra 02 ədəd qalmış patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DİN BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd TOZ-8-01 modelli odlu silah və eksperimental atəşdən sonra 02 ədəd qalmış patron hökm qanuni qüvvəyə mindikdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına keçirilmiş baxış və götürməni özündə əks etdirən 01 ədəd disk "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli, AZF/LGL-10814/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar