Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-185/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-X3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, “xxxx” ASC-də usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 16 oktyabr 2020-ci ildə saat 08.00-da idarə etdiyi «Mercedes Benz C220» minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən, Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri ərazisindən keçən 27,5-ci kilometrində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun solundan sağına keçən piyada X6 avtomobilin qabaq qapısı və güzgüsü ilə vuraraq ehtiyatsızlıqdan zərər çəkmiş Zərərçəkmiş şəxs sağ qasıq sümüyünün aşağı şaxəsinin qapalı yerdəyişməyən sınığı, oma sümüyünün S2 səviyyəsində sağda natamam sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ alın nahiyəsinin əzilmiş yarası, sağ gözətrafının hematoması, gözün ağlı qişasına qansızma kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 16 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 27,5-ci kilometrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus Mercedes Benz C220 minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində tıxacda təxminən 30 km/saat sürətlə hərəkət etmişdir. Həmin hissədə yolun Bakı şəhəri istiqamətinə olan hissəsi təmirdə olduğu üçün Quba rayonu istiqamətinə olan hissədə 3 zolaqdan ibarət olan yolun ortasında bütöv ağ nişanlanma xətti yolu iki hissəyə bölür. Bakı şəhəri istiqamətinə nəzərən sol hissə ilə nəqliyyat vasitələri Quba rayonu istiqamətinə, sağ hissəsi ilə isə Bakı şəhəri istiqamətinə hərəkət edirlər. O, avtomobili təxminən 20-30 km/saat sürətlə Quba rayonu istiqamətində yolun sağ hissəsi ilə idarə edərkən yolun ortasında dayanmış piyada qadın sol tərəfdə eyni istiqamətdə hərəkətdə olan avtomobili gözləmişdir. Həmin avtomobil qadının yanından keçən kimi qadın qəflətən iti qaçışla idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Məsafə olmadığı üçün piyadanı vurmamaqdan ötrü dərhal əyləci basmışdır. Buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qadını vurmuşdur. Qadın zərbədən kapotun üstünə yıxılmışdır. O, düşüb vurduğu qadını öz avtomobili ilə Sumqayıt şəhər X22 Xəstəxanasına aparmışdır. Orada həkimə qadını idarə etdiyi avtomobillə vuraraq xəsarət aldığını demişdir. Xəstəxanada sənədlərini YPX inspektoruna təqdim etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə yük və sərnişin olmamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Avtomobili ilə vurduğu qadını xəstəxanaya gətirdikdən sonra ona ilkin tibbi yardım göstərilməsi üçün müəyyən müalicə xərclərini ödəmiş, həmin qadın aldığı xəsarətə görə sığorta şirkətindən 1500 manat məbləğində pul almış və ondan əlavə olaraq 4-5 min manat müalicə xərclərini tələb etmiş, onun isə zərərçəkmiş şəxsin tələb etdiyi məbləği ödəməyə maddi imkanı olmamışdır. O, dəfələrlə barışıq üçün cəhdlər etmiş, lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. Belə ki, həmin yolda piyadalar üçün keçid olmadığı halda zərərçəkmiş şəxs həmin yerdən keçmiş və keçərkən də gözlənilmədən qaçaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsirinin olmadığını və baş vermiş yol nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsi öz şəxsi avtomobili ilə xəstəxanaya aparmasını, ona ilkin tibbi yardım göstərilməsi üçün ilkin müalicə xərclərini ödəməsini, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını, əks halda qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X9 ifadəsində göstərdi ki, 16 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb Bakı-Quba yoluna gəlmişdir. Yolun Bakı istiqaməti bağlı olduğu üçün yolda hərəkət olmamışdır. O, həmin yolu keçmiş, yolayrıcı metal çəpərin arakəsmə hissəsində dayanmış və solundan gələn avtomobillərin keçib getməsini gözləmişdir. İti yerişlə yolu təxminən 4-5 metr keçdikdən sonra Bakı istiqamətindən gələn ağ rəngli avtomobil dayanaraq ona yol vermişdir. Həmin vaxtı Bakı istiqamətindən gələn Mercedes Benz markalı avtomobil qabaq hissəsi ilə onu vurmuş, zərbədən o, yerə yıxılaraq huşunu itirmişdir. Ayılanda görmüşdür ki, bir nəfər şəxs üzünə su vurub onu ayıldır. Ayılandan sonra sürücü onu Sumqayıt şəhər xəstəxanasına gətirmişdir. Sonradan ona məlum olmuşdur ki, sürücü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxsdur. Sürücü Təqsirləndirilən şəxs onu xəstəxanaya gətirdikdən sonra torbada sistemlər və dərmanlar alıb gətirmiş və dərman alınması üçün cəmi ərinə 50 manat pul vermişdir. Bundan sonra sürücü ona heç bir müalicə xərcinə köməklik etməmiş və səbəb kimi isə onun 1500 manat məbləğində sığorta şirkətindən pul almasını göstərmişdir. Odur ki, həmin sürücüdən şikayətçidir. Zərərçəkmiş şəxs X9 hazırda təqsirləndirilən şəxsə veriləcək cəzanın onun üçün elə bir əhəmiyyət kəsb etmədiyini və çəkdiyi 4-5 min manat müalicə xərcinin ödənilməsini tələb etdiyini, əks halda isə təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 21.10.2020-ci il tarixli, 1314 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər var: Sağ qasıq sümüyünün aşağı şaxəsinin qapalı yerdəyişməyən sınığı. Oma sümüyünün S2 səviyyəsində sağda natamam sınığı. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Sağ alın nahiyəsinin əzilmiş yarası. Sağ gözətrafının hematoması. Gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYXna daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 16.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8/1895 saylı 02 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, Mercedes Benz C220 minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 16 oktyabr 2020-ci il tarixli, 5793 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (16.10.2020-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına 05.09.2018-ci il tarixdən 05.09.2028-ci il tarixədək qüvvədə olan AC243379 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. ACN seriyalı 707606 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz C220 minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu X7 tərəfindən 17.03.2019-cu il tarixdə təsdiq edilmiş 7E-5065 №li “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X1 Benz C220 minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 05.09.2028-ci ilədək Təqsirləndirilən şəxs etibar etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilməyərək, baş vermiş yol nəqliyyat hadisəsində təqsirinin olmaması barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları-02.04.2008-ci il təvəllüdlü X11, 18.01.2010-cu il təvəllüdlü X14 və 17.05.2014-cü il təvəllüdlü X12 vardır. İş materiallarında olan “xxxx” ASC İnsan Resusları şöbəsi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” ASC-də 25.09.2017-ci ildən “xxxx” ASC-nin Boya və İzolyasiya sexində 7-ci dərəcəli usta vəzifəsində işləyir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.11 və 59.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu xəstəxanaya aparmasını, zərərçəkmiş şəxsin ilkin müalicə xərclərini ödəməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərkən onun Sumqayıt şəhərində qeydiyyatda olması, Abşeron rayonu ərazisində yaşaması və Bakı şəhəri ərazisində yerləşən “xxxx” ASC-nin Boya və İzolyasiya sexində 7-ci dərəcəli usta vəzifəsində işləməsi halı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs X5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Mercedes Benz C220 minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin, Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs X5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Mercedes Benz C220 minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-185/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-185/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver