Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-185/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, 24.03.1973-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd plastik şüşə qabın içində yerləşdirilmiş 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,003 qram, -0, 035 qram, - 0,030 qram, -0,019 qram, -0,036 qram, -0,435 qram olmaqla ümumi təmiz çəkisi -0,558 qram ağ rəngli kristalik hissəciklərdən ibarət psixotrop maddə metafetamin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,460 qram, -0,439 qram, -0,065 qram, -0,062 qram olmaqla ümumi təmiz çəkisi -1,026 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 30 sentyabr 2021-ci il tarixdə saat 20:15 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə, H. Əliyev prospektində, 1 nömrəli yataqxananın yerləşdiyi binanın girişində piyada olduğu zaman saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ arxa cibindən 01 ədəd plastik şüşə qabın içində həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metafetamin, əynindəki gödəkçənin sağ yan cibindən isə üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 1973cü il tarixdə Füzuli şəhərində anadan olmuşdur. Evlidir, uzun müddətdir Sumqayıt şəhərində yataqxana-1-də ailəsi ilə birlikdə faktiki yaşayır. İşləmir, əvvəllər fəhləliklə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə əldə edərək istifadə edir. Narkotik vasitələri Sumqayıt və Bakı şəhər ərazisində şəxsən tanımadığı şəxslərdən əldə edir. Son olaraq təxminən 30 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhərindən Bakı şəhəri 20 Yanvar dairəsinə getmiş, 20 Yanvar dairəsi yaxınlığında, küçədə piyada hərəkətdə olduğu zaman şəxsən tanımasada narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi şəxslə qarşılaşmışdır. Həmin şəxsdən ona narkotik vasitə verməsini istəmiş, həmin şəxs üzərində 01 bükümdə narkotik vasitə heroin və 01 bükümdə psixotrop maddə metafetamin olduğunu dedikdən sonra aralarında olan razılığa əsasən o həmin şəxsdən bir bükümdə heroini 30 manata, bir bükümdə metafetamini isə 40 manata almış, almazdan əvvəl demək olar ki daimi alacağı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyi elektron tərəzidə çəkib və daha sonra həmin narkotik vasitəni və psixotrop maddəni alıb oradan uzaqlaşaraq taksi ilə Sumqayıt şəhərinə yaşadığı ünvana gəlib, evə girməzdən əvvəl yataqxanada həmin aldığı heroini 04 ədəd bükümlərə və metafetamini isə 06 ədəd bükümlərə ayırıb plastik şüşə qabın içində yerləşdirmiş və daha sonra istifadə etməyi üçün əynindəki şalvarın sağ arxa cibinə qoymuşdur, elektron tərəzinidə əynindəki gödəkçədə saxlamışdır. Həmin tarixdə, yəni 30 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində əldə etdiyi narkotik vasitədən istifadə etmək üçün yaşadığı binanın girişinə getmiş, həmin zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdirərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər, o qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ arxa cibində plastik şüşə qabın içindəki narkotik vasitə heroin və psixotrop maddə metafetamin bükümlərini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında şəxsən tanımadığı şəxsdən aldığı və daha sonra bükümlərə ayırdığı içində narkotik vasitə heroin olan 04 ədəd bükümləri və içində psixotrop maddə olan metafetamin olan 06 ədəd bükümləri 01 ədəd plastik şüşə qabın içində, həmçinin əynindəki gödəkçənin sağ yan cibindən isə 01 ədəd elektron tərəzini çıxardıb təqdim etmiş, sonradan təhqiqatçı bükümlərə baxıb özü həmin kütlələri aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmadı və götürülməmişdir. Ona aid olan aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə nakotik vasitə heroin və 06 ədəd bükümdə psixotrop maddə metafetamin kütlələri elektron tərəzidə çəkilmiş və heroinin ümumi çəkisi 1,45 qram, metafetaminin ümumi çəkisi isə 0,84 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun və digər iştirakçıların iştirakı ilə imzalanmışdır. Polis şöbəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metafetamin ona məxsusdur, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq onun əməlini Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinə tövsif etməyi və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsinin qismən etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. İcraatına ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasında, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdu. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti də olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 30 sentyabr 2021-ci il tarixdə, saat 20:15 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə, H. Əliyev prospektində, 1 nömrəli yataqxananın yerləşdiyi binanın girişində piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarın sağ arxa cibindən 01 ədəd plastik şüşə qabın içində 10 ədəd büküm və əynindəki gödəkçənin sağ yan cibindən isə 01 ədəd elektron tərəzi çıxarıb təqdim edərək həmin 10 ədəd bükümdən 06 ədədinin içində “şüşə”, yəni psixotrop maddə metafetamin, 04 ədədinin içində isə “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmiş, sonradan təhqiqatçı həmin bükümlərə baxıb narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələrini aşkar etmişdir. Həmin təqdim edilmiş kütlələr götürülüb elektron tərəzidə çəkilərək 06 ədəd bükümdə psixotrop maddə metafetaminin ümumi çəkisi 0,84 qram, 04 ədəd bükümdə narkotik vasitə heroinin ümumi çəkisi isə 1.45 qram olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd elektron tərəzinin özünə aid olduğunu, narkotik vasitələrin çəkisini həmin tərəzi ilə çəkib müəyyən etdiyini bildirmişdir. Daha sonra narkotik vasitə heroin, psixotrop maddə metafetain kütlələri və elektron tərəzi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin özünə aid olduğunu, həmin kütlələri Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında şəxsən tanımadığı şəxsdən aldığını, heroini almaq üçün 30 manat, metafetamini almaq üçün isə 40 manat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi ilə bərabər satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumatlar daxil olmuş, lakin hal-hazırki müddət ərazində satdığı şəxslərin dairəsi dəqiq müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi Şahid2 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalist, polis kapitanı X2 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadə şahid Şərail Quliyevin ifadəsi ilə oxşar məzmunludur. İşdə olan protokoldan görünür ki, 30.09.2021-ci il tarixdə saat 20:15-də Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 02.10.2021ci il tarixli, 4(060)-491/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 30.09.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli plaş materilları jiletin sağ yan cibindən 1 ədəd elektron tərəzini və əynində olan mavi rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd plastmas qutunu çxıardıb təqdim edərək həmin plastmas qutunun içərisində “şüşə” yəni psoxtrop maddə metanfitamin və kakos, yəni, narkotik vasitə heroin olduğunu bildirdi. Həmin plastmas qutunun içərisinə baxdıqda 4 ədəd bükümdə narkotik vasitə heroinə və 6 ədəd bükümdə psixtrop maddə metanfitaminə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2 ildir ki, metanfitamin və heroindən istifadə edir, üzərindən aşkar olunmuş metanfitamini və heroini 30.09.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən heroini 30 manata, metanfitamini isə 40 manata almış və özünə istifadə etməsi üçün, elektron tərəzini isə əldə etdiyi narkotik və psxixotrop maddənin dəqiq çəkisini bilmək və öz dozasının bilmək üçün çəkib, bölmək məqsədilə almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəziyə qoyulub çəkilən zaman 4 ədəd bükümdə olan anrkotik vasitə heroinə bənzər maddələrin ümumi çəkisi 1,45 qram, 6 ədəd bükümdə olan psxitrop maddə metanfitaminə bənzər maddələrin ümumi çəkisi 0,84 qram olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01.10.2021-ci il tarixli 6/4323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan kağız paketdəki 06 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,003 qram, -0,035 qram, -0,030 qram, -0,019 qram, -0,036 qram, -0,435 qram olmaqla ümumi təmiz çəkisi -0,558 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,460 qram, -0,439 qram, -0,065 qram, -0,062 qram olmaqla ümumi təmiz çəkisi -1,026 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İş materillarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 23 dekabr 2021-ci il tarixli, 4628 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və ppsixotrop maddə olan metanfitaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri -0,003 qram, -0,035 qram, -0,030 qram, -0,019 qram, -0,036 qram, - 0,435 qram olmaqla ümumi təmiz çəkisi -0,558 qram olan, metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,438 qramı, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,460 qram, -0,439 qram, -0,065 qram, -0,062 qram olmaqla ümumi təmiz çəkisi - 1,026 qram olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,946 qramı, elektron tərəzi və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəindən verilmiş 15.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 16.08.1995-ci il tarixli hökmünə əsasən əmlakı müsadirə olunmaqla 07 il azadlıqdan mıhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs X3 Hərbi Tribunalının hökmü ilə 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 14.06.2022-ci il tarixli hökmü ilə CM-nin 221-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 14.02.2003-cü ildə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 03 ay 12 gsn azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 12.05.2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli Amnistiya qərarının 6.3-cü bəndinə əsasən azad olunmuşdur. Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 23.09.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzsına məhkum edilmiş, 09.06.2018-ci ildə isə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər 22 Saylı MKS tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər 22 MSK tərəfindən verilmiş 2656 saylı, 02.11.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ailəsi 11.02.1980-ci il təvəllüdlü həyat yoldaşından və 26.07.2007-ci il təvəllüdlü oğlunda (X4 oğlu) ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik maddələrin satış məqsədi olmadan əldən edib üzərində daşımasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin hallarına uyğun və inandırıcı deyildir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən 06 (altı) ədəd bükümdə psixotrop maddə olan metanfitaminin və 04 (dörd) ədəd bükümdə aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,003 qram, -0, 035 qram, -0,030 qram, -0,019 qram, -0,036 qram, -0,435 qram olmaqla ümumi təmiz çəkisi -0,558 qram ağ rəngli kristalik hissəciklərdən ibarət psixotrop maddə metafetamin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,460 qram, -0,439 qram, - 0,065 qram, -0,062 qram olmaqla ümumi təmiz çəkisi -1,026 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq, üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ödənilmiş məhkumluqlar cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Həmçinin onun üzərində çəkilməmiş cəza yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30.09.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,946 qramı, psixotrop maddə metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,438 qramı və elektron tərəzi məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,946 qramı, psixotrop maddə olan metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,438 qramı və elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-185/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-185/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver