Məhkəmə qərarları › İş №1(060)-185/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-185/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-185/2024 19.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Bizlan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 9-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazsində yerləşən evdə aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2020-ci il təvəllüdlü Ayxan adında bir övladları var. Evləndikləri gündən Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən evdə yaşamışlar, lakin hazırda Binəqədi rayonu, Mədən 1, Korpus 9-da yaşayırlar. Həyat yoldaşı ilə bəzən münaqişələri olmuşdur. O, Xırdalan şəhərində kolbasa sexində işləyir. Hadisədən 2-3 gün öncə Qumru Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayan anasıgilə getmiş və xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində öz yaşadıqları evə qayıtmışdır. Həmin gün saat 14:00 radələrində evə gəlmiş anasıgildə qaldığına görə Qumru ilə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı şillə ilə Qumrunun gözünə vurmuş, sonra Qumru hamam otağına gedib üzünün və burnunun qanını yuyub təmizləmişdir. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə o işdə olduğu vaxt Qumru əmisinin həyat yoldaşı ilə Binəqədidə yaşayan anasıgilə getmiş və sonra bu barədə polisə şikayət vermişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə normal ailə münasibətləri davam edir, bir evdə yaşayırlar, aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2020-ci il təvəllüdlü Ayxan adında bir övladları var. Evləndikləri gündən Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən evdə yaşamışlar, lakin hazırda Binəqədi rayonu, Mədən 1, Korpus 9-da yaşayırlar. Həyat yoldaşı ilə bəzən münaqişələri olmuşdur. Sərxan Xırdalan şəhərində kolbasa sexində işləyir. Hadisədən 2-3 gün öncə o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayan anasıgilə getmiş və xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində öz yaşadıqları evə qayıtmışdır. Həmin gün saat 14:00 radələrində Sərxan evə gəlmiş və anasıgildə qaldığına onunla görə mübahisə etməyə başlamışlar. Həmin mübahisə zamanı Sərxan yumruqla sağ gözünə vurmuş, ardınca təpiklə qarın və kürək nahiyyələrinə vurmuşdur. Bundan sonra o, hamam otağına gedib üzünün və burnunun qanını yuyub təmizləmişdir. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində taksi ilə Binəqədidə yaşayan anasıgilə getmiş, baş vermiş hadisə barədə anası Zülfiyyəyə və atası Mahirə məlumat vermişdir. Hazırda əri Təqsirləndirilən şəxs ilə bir evə yaşayırlar, normal ailə münasibətləri davam edir, Təqsirləndirilən şəxs ilə barışımış, sonuncu ona dəymiş ziyanı ödənimiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır və o, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2020-ci il təvəllüdlü Ayxan adlı bir övladları olmuşdur. Evləndikləri gündən Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən evdə yaşasalar da hazırda onların yanında Binəqədi rayonu, Mədən 1, Korpus 9-da yaşayırlar. Qızı ilə kürəkəni Sərxan ilə bəzən mübahisələr etmişlər. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində evdə olan zaman qızı Qumru onlara gəlmiş, Qumrunun sağ gözünün ətrafının şişib qızardığını, sağ gözünün içərisinə qan sızdığını və hərəkət edərkən çətinlik çəkdiyini görmüşdür. Onunla bu barədə danışan zaman o, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində öz yaşadıqları evdə Sərxanla aralarında yaranmış mübahisə zamanı Sərxanını yumruqla onun sağ gözünə vurduğunu, ardınca təpiklə qarın və kürək nahiyyələrinə vurduğunu demişdir. Sonra isə təkrar döyüləcəyindən qorxduğu üçün onlara gəlmişdir. Hazırda qızı ilə kürəkəni barışmış, bir evə yaşayırlar və normal ailə münasibətləri davam edir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qızıdır, qızı Qumru Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2020-ci il təvəllüdlü Ayxan adlı bir övladları olmuşdur. Onlar evləndikləri gündən Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən evdə yaşayırlar. Həyat yoldaşı Sərxan ilə tez-tez aralarında mübahisələr olur. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində evdə olan zaman qızı Qumru onlara gəlmiş, Qumrunun sağ gözünün ətrafının şişib qızardığını, sağ gözünün içərisinə qan sızdığını və hərəkət edərkən çətinlik çəkdiyini görmüşdür. Onunla bu barədə danışan zaman xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində öz yaşadıqları evdə Sərxanla aralarında yaranmış mübahisə zamanı Sərxanını sol əli ilə yumruqla onun sağ gözünə vurduğunu, ardınca təpiklə qarın və kürək nahiyyələrinə vurduğunu ona demişdir. Sonra isə təkrar döyüləcəyindən qorxduğu üçün onlara gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1997 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir. 1. Sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qışasına qansızma. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 11.2.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ər-arvaddırlar, hazırda barışmışlar, ailə münasibətləri davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Belə ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında təkrar verilmiş suallara hər dəfə daha cavab vermişlər ki, hazırda barışmışlar, ailə münasibətləri davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Həmçinin, zərər çəkmiş şəxs bildirmişdir ki, barışıq ərizəsini heç bir kənar təsir olmadan vermiş, ərizəsi öz iradəsini əks etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar