Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-185/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlunun iştirakları ilə, xx xxxxxx 1998-ci ildə, Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işsiz, Yardımlı rayonu, Yardımlı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Tayirli Sirac İgid oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 1,396 qram çəkidə ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 18 sentyabr 2024-cü il tarixdə saat 16:45-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, BTZ bağları yaşayış massivi, Səfəvi küçəsi, 33 nömrəli fərdi yaşayış evinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin inzibati binasına gətirilib həmin tarixdə orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə saxladığı çəkisi 1,396 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Yardımlı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayır, işsizdir. xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə bağlı Abşeron rayonu, Novxanı qəsəbəsinə getmişdir. Həmin tarixdə saat 09 radələrində Novxanı qəsəbəsində olan zaman təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi kişi cinsindən olan şəxslə söhbət edərkən psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Bu zaman həmin şəxs ona psixotrop maddə olan metamfetamin verə biləcəyini demişdir. O da özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 30 manat pul müqabilində psixotrop maddə metamfetamin alıb öz istifadəsi üçün əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü, yəni, xx.xx.2024-cü il tarixdə, saat 16:45 radələrində BTZ bağları yaşayış massivi, Səfəvi küçəsi, ev 33 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşub üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuşlar. O özünü təqdim edərək Sirac Tayirli olduğunu bildirib üzərində psixotrop maddə olan metamfetamin bükümü olduğunu demişdir. Bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-ya getməli olduğunu bildirmişlər. O etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə getmişdir. PB-ya çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X7 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X7 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanımışdır. Öncə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli kimi saxlayıb PB-ya gətirdiklərini deyib deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X5 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, bildirişlə tanış olub sualları cavablandıraraq heç bir etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməyini xahiş etmişdir. Bu zaman o əynində olan qara rəngli idman şalvarının sol cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan həmin psixotrop maddə metamfetamini və həmin şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd “Nokia” markalı mobil telefonu çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş şəffaf rəngli sellofan kəsiyi açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixtrop maddə olan “metamfetamin”ə bənzər kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçı ondan həmin kütlənin nə olduğunu, onu haradan və nə məqsədlə əldə, hansı qiymətə əldə etdiyini soruşmuş, bu zaman o həmin maddəni saxlandığı tarixdə, yəni, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman bir nəfər tanımadığı şəxsdən 30 manat müqabilində alıb üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərimdən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddələr büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron məşiət tərəzisinə qoyulub çəkilən zaman çəkisinin 1,50 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş həmin maddə Azərbaycan Respublikası ƏNnin MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürləyib qablaşdırmış, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Həmçinin, üzərindən aşkar olunaraq götürülmüş mobil telefon da həmçinin, qablaşdırılaraq götürülmüşdür. Sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, psixotrop maddəni qəbul etdiyini, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, məqsədinin həmin maddələrdən istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. O, üzərindən aşkar olunan psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Əməlindən peşmandır. Göstərilən halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirlir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Tayirli Sirac İgid oğlunu əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Tayirli Sirac İgid oğlunun qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 4-cü PB-ya əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa həmçinin daha 3 nəfər polis əməkdaşı daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 18 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Sirac Tayirlinin ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, BTZ bağları yaşayış massivi, Səfəvi küçəsi, 33 nömrəli fərdi yaşayış evinin yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra xx.xx.1998-ci il təvəllüdlü, Yardımlı rayonu, Yardımlı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayan Tayirli Sirac İgid oğlunun yaxınlaşdığını görüb həmin ərazidə sonuncunu 18 sentyabr 2024-cü il tarixdə, saat 16:45-də Sumqayıt şəhəri, BTZ bağları yaşayış massivi, Səfəvi küçəsi, 33 nömrəli fərdi yaşayış evinin yaxınlığında piyada hərəkətə olarkən saxlamışlar. Özünü təqdim edərək Sirac Tayirliyə saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Sirac Tayirli olduğunu bildirmişdir. Onlar saxlanılan şəxs Tayirli Sirac İgid oğlundan üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində narkotik vasitə bükümü olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların hərəkətinin intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada şübhəli şəxs Sirac Tayirlinin üzərində şəxsi axtarış aparmayıb üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncuya onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə getməli olduğunu demiş, sonuncu etiraz etməyib onlarla birlikdə PB-ya getmişdir. Sirac Tayirli PB-ya gətirilərək bu barədə bölmə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nın inzibati binasında, xidməti otaqlardan birində baş təhqiqatçı, polis mayoru X4 özünü təqdim edərək Sirac Tayirliyə hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Sirac Tayirli vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X7 dəvət edildikdən sonra Sirac Tayirlinin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 4- cü polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs Sirac Tayirlini Sumqayıt şəhəri ərazisində saxladıqlarını deyib sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyini qeyd edib axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Tayirli Sirac İgid oğlunu və şübhəli şəxsin müdafiəçisi X5 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Sirac Tayirliyə təqdim etikdən sonra sonuncu sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı S.Tayirlidən üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş eetmişdir. Şübhəli şəxs Sirac Tayirli əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 01 (bir) şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kütləni və həmin şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd “Nokia” markalı mobil telefonu çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı, tərəfindən üzərinə şəxsi axtarış davam etdirilir, lakin üzərindən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı şübhəli şəxs Sirac Tayirlinin üzərindən aşkar olunmuş bükümü açdıqda, bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 1,50 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Sirac Tayirlinin üzərindən aşkar olunaraq götürülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləbənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış, qablaşdırılmış zərfin üstü DİN-in 128 nömrəli möhürü ilə möhürlənmiş, daha sonra təhqiqatçı, müdafiəçi və şübhəli şəxs Sirac Tayirli tərəfindən imzalanmışıdr. Həmçinin, üzərindən aşkar olunaraq götürülmüş mobil telefon da həmçinin, qablaşdırılaraq götürülmüşdür. Sonra şübhəli şəxs Sirac Tayirli təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli psixotrop maddə metanfetaminə bənzər kütləbənzər kütləni xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində üzdən tanımadığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Tayirli Sirac İgid oğlu nun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Tayirli Sirac İgid oğlu həmin tarixdə, saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Yardımlı rayonu, ünvan 4 ünvanında yaşayan, məhkumluğu olmayan, xx.xx.1998-ci il təvəllüdlü Tayirli Sirac İgid oğlu narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumat əsasında Tayirli Sirac İgid oğlu xx.xx.2024-cü il tarixdə saat 16:45-də Sumqayıt şəhəri, BTZ bağları, Səfəvi küçəsi, ev 33 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Tayirli Sirac İgid oğlu PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Tayirli Sirac igid oğluna hüquq və vəzifələr barədə bildiriş təqdim edilmiş və Sumqayıt şəhər regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Vəkilin iştirakı ilə və Tayirli Sirac İgid oğlunun icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Tayirli Sirac İgid oğlu özü əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdi. Həmin büküm tərəfimdən açıldı və bu zaman da həmin bükümün içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Tayirli Sirac İgid oğlundan soruşulduğu zaman o, həmin maddənin "Patı" olduğunu demişdir. Şəxsi axtarış zamanı Tayirli Sirac İgid oğlunun üzərindən aşkar olunan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 1.50 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Tayirli Sirac İgid oğlu bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin maddəni xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Tayirli Sirac İgid oğlundan aşkar edilmiş 01 ədəd Nokia markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Tayirli Sirac İgid oğlunun üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. (i.v.25) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Tayirli Sirac İgid oğlundan..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,396 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 37-40) xx.xx.2024-cü il tarixdə Tayirli Sirac İgid oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 56-57) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 1642 nömrəliı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Tayirli Sirac İgid oğlunun bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. (i.v.67-69) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlunun həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.71) “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Tayirli Sirac İgid oğlunun üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,396 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 1,346 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v. 75) Tutulmuş təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Tayirli Sirac İgid oğlu Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.89) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Tayirli Sirac İgid oğlu Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza müddəti 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti müəyyən edilmişdir. (i.v.98-99) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-15/2023 nömrəli hökmü ilə Tayirli Sirac İgid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza müddəti 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti müəyyən edilmişdir. (i.v. 105-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6609 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Tayirli Sirac İgid oğlunda OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.118-119) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tayirli Sirac İgid oğluna 20 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsidə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, Tayirli Sirac İgid oğluna məxsus olmaqla aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisinin məkhəmə-kimyəvi ekspertizasının rəyinə uyğun müvafiq olaraq 1,396 qram çəkidə olması əsas götürülmüş və S.Tayirliyə ittiham elan edilən zaman qeyd olunan çəki nəzərə alınmışdır. (i.v. 127-135) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Tayirli Sirac İgid oğlunun psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlunun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfeamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməlləri tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxs özü də məhkəyədək icraat dövründə ona qarşı hər hansı təsir və təzyiqlərin olmamasını bildirmişdir. Həmçinin, məhkəmə iclasında şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Tayirli Sirac İgid oğlunun üzərində xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı o, polis əməkdaşlarından əlavə, müdafiəçisinin də suallarına cavab olaraq narkotik vasitənin özünə məxsus olmasını heç bir kənar təsir və təzyiq olmadan bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlua cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Tayirli Sirac İgid oğlunun təqsirini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Tayirli Sirac İgid oğlunun əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda, 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Tayirli Sirac İgid oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza müddəti 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlunun əməlində cinayətlərin residivinin olması kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Tayirli Sirac İgid oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər, ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Tayirli Sirac İgid oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən həmin cəza müddəti 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti müəyyən edilmiş və o sınaq müddətində qəsdən az ağır cinayət törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Tayirli Sirac İgid oğlunun barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-15/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 01 (bir) il 06 (altı) ay sınaq müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tayirli Sirac İgid oğluna hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-15/2023 nömrəli hökmü ilə Tayirli Sirac İgid oğluna təyin edilmiş 02 ( iki) il 03 (üç) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Tayirli Sirac İgid oğlunun 18 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2025-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6609 nömrəli rəyinə əsasən Tayirli Sirac İgid oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,346 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci cəmi 81 (səksən bir) manat təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Tayirli Sirac İgid oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürsosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Tayirli Sirac İgid oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-15/2023 nömrəli hökmü ilə Tayirli Sirac İgid oğluna təyin edilmiş 02 ( iki) il 03 (üç) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Tayirli Sirac İgid oğluna 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Tayirli Sirac İgid oğlunun 18 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Tayirli Sirac İgid oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Tayirli Sirac İgid oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Tayirli Sirac İgid oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,346 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Tayirli Sirac İgid oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Tayirli Sirac İgid oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-185/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-185/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver