Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-186/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X6, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhər X10 idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsinin yanğın söndürəni, daxili xidmət çavuşu vəzifəsində işləyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 17 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində piyada Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Belə ki, o, Sumqayıt şəhər X10 idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu vəzifəsində işləyərkən 10 noyabr 2020-ci il tarixdə saat 11:55 radələrində X3 adına olmaqla, etibarnamə əsasında idarə etdiyi, «BMW» markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobililə Sumqayıt şəhəri, Koroğlu küçəsindən Bədəlbəyli küçəsi istiqamətində 42-ci məhəllə ərazisində yerləşən 3 hərəkət zolaqlı yolda«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub səkinin üzərində dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin yoldan çıxması nəticəsində ehtiyatsızlıqdan vuraraq sonuncuya sağlamlığa ağır zərərvurmaya aid edilən başın yarası, beyin maddəsinə və mədəciklərə qansızma, ağciyərlərin, qaraciyərin, dalağın yaraları, sağ bazu sümüyünün, sol qamış sümüyünün açıq sınıqları, sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ dirsək sümüyünün, sol incik sümüyünün, İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, qasıq və oturaq sümüklərinin sınıqları, sağlamlığa yüngül zərərvurmaya aid edilən hər iki baldır, sol bud nahiyəsinin yaraları, sağlamlığa zərərvurmayan qarnın sol yan səthinin, sol kürəkaltı nahiyənin, hər iki əlin sıyrıqları xəsarətləri yetirmiş vənəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Sumqayıt şəhər X10 idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyir. O, həftənin bir günü sutkalıq xidmətdə olur və növbəti iki gün istirahət günüdür. 09 noyabr 2020-ci il tarixdə sutkalıq xidmətdə olmuş, 10 noyabr 2020-ci il tarixdə təxminən saat 10-a işləmiş növbəni digər əməkdaşa təhvil verərək piyada yaşadığı evə getmiş, evəçatdıqdan sonra özünə məxsus “BMW” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən avtoyuyucuya gəlmiş, orada maşını yuyulması üçün təhvil verdikdən sonra Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yataqxanada yaşayan dostu İbrahimin yanına getmiş, sonuncu ilə məhəllədə bir qədər söhbət etdikdən sonra təxminən saat 12 radələrində birlikdə avtoyuyucuya gəlmişlər və maşını təhvil alaraq 17-ci mikrorayon istiqamətinə yola düşmüşlər. O, avtomobilin sükanı arxasına, İbrahim isə maşının qabaq sağ tərəfinə oturmuş, yolda olarkən avtomobili orta sürətlə idarə etmiş, Sumqayıt şəhərində yerləşən “Möhtəşəm sarayın” yaxınlığında yolun sağ hərəkət zolağı ilə avtomobili idarə edən zaman avtomobilin arxa hissəsi gözlənilmədən sürüşmüş, bu zaman o, idarəetməni tənzimləmək istədikdə avtomobil biraz da sürüşmüş və o, idarəetməni itirmiş, maşın yoldan çıxaraq ağaclara dəymiş və nəticədə qəza baş vermişdir. Qəza baş verdikdən sonra o və İbrahim dərhal maşından çıxmışlar, lakin İbrahimin özünün maşından çıxdığını və ya ona kiminsə kömək etdiyini görməmişdir. O, maşından çıxdıqdan sonra yerdə tanımadığı qadının uzanıqlı vəziyyətdə olduğunu görmüş, qadını gördükdən sonra qorxmuş və daşın üzərində oturmuşdur. Daha sonra baş verənləri xatırlamır. Gözünü açdıqda xəstəxanada olmuş, o, daha sonra Təcili Tibbi Yardım xidmətinin onu Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına gətirdiyini və reanimasiyaya yerləşdirildiyini öyrənmişdir. Təxminən 1 həftə xəstəxanada kəllə-beyin travması diaqnozu ilə müalicə alaraq evə buraxılmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman avtomobili orta sürətlə idarə etmiş, lakin dəqiq hansı sürətlə idarə etdiyini xatırlamır. Həmin vaxt onun fikrini yayındıracaq hər hansı hadisə baş verməmişdir. O, həmin avtomobili etibarnamə əsasında idarə etmiş və sürücülük hüququ olmuşdur. Avtomobilin qarşısına heç kim çıxmamış, həmin vaxt spirtli içki və ya narkotik vasitənin təsiri altında olmamışdır. Həmin vaxt avtomobilin cihaz tablosunda “ABS” işığı yanmış, həmin yol asfalt örtükdən ibarət olmuş, həmin vaxt avtomobildə o və İbrahimdən başqa heç kim olmamışdır.Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə və kompensasiya ödəməyə cəhd etsə də lakin zərərçəkmiş şəxsin hüquqi varisinin bu təklifi qəbul etmədiyini, törətdiyi əməldən səmimi peşman olduğundan və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. Sonuncu xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Nigar Sumqayıt Dövlət Universitetinin Kompüter mühəndisliyi fakültəsinin məzunudur. Nigar hər hansı bir işdə işləməmiş, evdar qadın olmuşdur. Onlar 18 yanvar 2003-cü il tarixdə ailə həyatı qurmuşlar, bu evlilikdən onların 2 qız, 1 oğlan övladları dünyaya gəlmişdir. Böyük qızı Fidan Kərimli 31 oktyabr 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Yevlax rayonunda yerləşən 6 saylı orta məktəbin 11-ci sinif şagirdidir. Kiçik qızı Jalə Kərimli 28 yanvar 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, sonuncu Sumqayıt şəhərində yerləşən 31 saylı orta məktəbin 10-cu sinif şagirdidir. X19 isə 04 may 2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 10 noyabr 2020-ci il tarixdə təxminən saat 12:15də yaşadığı evdə “Zoom” proqramı vasitəsilə tələbələrə onlayn dərs keçmiş, dərsə başladıqdan təxminən 5 dəqiqə sonra qızı Jalə onun yanına gələrək anası X1 məxsus mobil telefonu ona uzadaraq tanımadığı şəxsin onunla danışmaq istədiyini demiş, o da qızına dərs keçdiyini və danışa bilməyəcəyini desə də, Jalə ona telefonda gözləyən şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini və təcili danışmalı olduğunu bildirmişdir. O da dərsə qısa fasilə verərək telefona cavab vermiş, telefondakı şəxs özünü Sumqayıt ŞPİ-nin əməkdaşı kimi təqdim edərək ona dərhal polis idarəsinə gəlməyini bildirmişdir. O da həmin şəxslə telefonla danışdıqdan sonra dərsini yekunlaşdırmış və evdən çıxaraq Sumqayıt şəhər polis idarəsinə getmişdir. İdarədə Asəf adlı müstəntiq onu qəbul edərək Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına getməyini demiş, o da bundan narahat olaraq idarədən çıxmış və xəstəxanaya gəldikdə arvadı Nigarı maşın vurduğunu və sonuncunun vəfat etdiyini öyrənmişdir.Samir Kərimli əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs tanımır və daha əvvəl görməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində daha ciddi cəza tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onlar uşaqlıqdan bir yerdə böyümüşlər. Münasibətləri yaxşıdır. Demək olar ki, Kənanla o, boş vaxt tapan kimi görüşmüşlər. Hadisə barədə qeyd etmişdir ki, 10 noyabr 2020-ci il tarixdə səhər saatlarında Kənan ona zəng edərək harada olduğunu soruşmuş, sonuncuya evdə olduğunu dedikdə Kənan məhəlləyə gəldiyini bildirmişdir. Kənanla danışdıqda təxminən 30 dəqiqə sonra məhəlləyə düşmüş, sonuncu ilə görüşmüş, Kənanla görüşdükdən sonra bir az söhbət etmişlər və yaşadığı binanın yaxınlığında yerləşən avtoyuyucuya getmişlər. Oradan Kənanın yumaq üçün təhvil verdiyi sonuncuya məxsus qara rəngli “BMW” markalı **-RX- *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək 17-ci mikrorayon istiqamətinə yola duşmüşlər, Kənan avtomobilin sükanı arxasına keçmiş, o, isə sonuncunun yanına, avtomobilin qabaq sağ tərəfində oturmuşdur. Kənan yolda olarkən avtomobili orta sürətlə idarə etmiş, sonuncu Sumqayıt şəhərində yerləşən “Möhtəşəm sarayın” yaxınlığında yolun sağ hərəkət zolağı ilə avtomobili idarə edən zaman avtomobilin arxa hissəsi gözlənilmədən sürüşmüş, Kənan idarəetməni tənzimləmək istəyən zaman avtomobil daha da sürüşərək yoldan çıxmış və nəticədə maşın yolun sağ tərəfində olan ağaclara dəyərək tərsinə çevrilmişdir. Qəza baş verdikdən dərhal sonra Kənan maşının sükanı tərəfdən pəncərədən çıxmış, sonuncunun ardınca o da dərhal maşının sükanı tərəfdən pəncərədən çölə çıxmışdır. Kənanın vəziyyəti yaxşı olmamış, maşından çölə çıxdıqda maşının tərsinə çevrilmiş vəziyyətdə olduğunu, qabaq 2 təkərinin yerindən çıxdığını və maşının tamamilə yararsız vəziyyətə düşdüyünü görmüşdür. Daha sonra ətrafa baxdıqda yerdə tanımadığı qadının uzanıqlı vəziyyətdə olduğunu görmüş, qəza baş verdikdən bir qədər sonra polis əməkdaşları və Təcili Tibbi Yardım xidməti hadisə yerinə gəlmiş, polis əməkdaşları avtomobili kimin idarə etdiyini soruşduqda Kənan avtomobili özünün idarə etdiyini bildirmişdir. Daha sonra Təcili Tibbi Yardım xidməti Kənanı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparmış, Kənan xəstəxanaya aparıldıqdan sonra o da yaşadığı evə getmişdir. Hadisə baş verən zaman yolun asfalt örtüyü quru olmuşdur. Hadisə baş verən zaman xəsarət almamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, 2007-ci ildən Daxili İşlər orqanlarında, 2020-ci ilin aprel ayından etibarən isə tutduğu vəzifədə, Sumqayıt ŞPİ-nin X20 şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsində xidmət edir. 10 noyabr 2020-ci tarixdə təxminən saat 12:15 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsindən, Bədəlbəyli küçəsi istiqamətində 42-ci məhəllə ərazisində yolnəqliyyat hadisəsi baş verməsi və “BMW” markalı avtomobilin aşması barədə məlumat daxil olmuşdur. Belə hadisələr baş verdikdə onun vəzifəsi dərhal hadisə yerinə çıxmaq və hadisə yerinin təhlükəsizliyini qorumaqdan ibarətdir. Daxil olmuş məlumat əsasında dərhal tərəfindən hadisə yerinə gedilmişdir və müvafiq təhlükəsizlik tədbirləri görülmüş, hadisə yerinə çatdıqda “BMW” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobilin yoldan çıxdığını və Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyini müəyyən etmişdir. Hadisə yerinə çatdıqda adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi “BMW” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Təcili Tibbi Yardım avtomobilinin içərisində olduğunu görmüş, həmin şəxs hadisədən sonra özünü itirmiş vəziyyətdə olmuşdur. Daha sonra hadisə yerinə Sumqayıt ŞPİ-ninİŞ-nin müstəntiqi gəlmiş və o, xidmətinə davam etmək üçün Sumqayıt ŞPİ-nin X20 şöbəsinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Hətəmli Asəf ifadəsində göstərdi ki, yol nəqliyyat hadisəsi baş verən günü Qələbə günü olduğunu və Sumqayıt şəhər Polis İdarəsinə yol nəqliyyat hadisəsi barədə məlumat daxil olduğunu, hadisə yerinə getdikdə orada izdiham olduğunu, o hadisə yerinin ölçülərini götürərkən Emin adlı polis əməkdaşının ona yaxınlaşaraq ətrafda pul, şəxsiyyət vəsiqələri və kapron qablar olduğunu bildirmiş, Eminə həmin əşya və pulu götürməsini demişdir.Daha sonra hadisə yerində 3 ədəd şəxsiyyət vəsiqəsi, kapron qablar və qızıl bijuteriyalar ona təqdim olunduğunu, əşyaların qızı və ya bijuteria olduğunu bilmədiyini,daha sonra həmin əşyalar sənədləşdirilərək zərərçəkmiş şəxsin hüquqi varisi X8 təqdim olunduğunu bildirdi. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2020-ci il tarixli 118 nömrəli rəyindən görünürki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın yarası, beyin maddəsinə və mədəciklərə qansızma, ağciyərlərin, qaraciyərin, dalağın yaraları, qabırğaların, çanaq sümüklərinin sınığı, sağ bazu və sol dirsək sümüyünün, sol baldır sümüklərinin açıq sınıqları, hər iki yuxarı və aşağıətrafların yaraları, qarnın sol yan səthinin, sol kürəkaltı nahiyənin, hər iki əlin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 10.11.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanıtörənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə başın yarası, beyin maddəsinə və mədəciklərə qansızma, ağciyərlərin, qaraciyərin, dalağın yaraları, sağ bazu sümüyünün, sol qamış sümüyünün açıq sınıqları həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Sağ dirsək sümüyünün, sol incik sümüyünün, İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, qasıq və oturaq sümüklərinin sınıqları canlışəxslərdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilirlər. Hər iki baldır, sol bud nahiyəsinin yaraları canlışəxslərdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Qarnın sol yan səthinin, sol kürəkaltı nahiyənin, hər iki əlin sıyrıqları canlışəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edilirlər. Mərhum xəsarət aldıqdan sonra sürünməyə məruz qaldığından ilkin zərbənin bədənin hansı nahiyəsinə olduğunu, xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmadı. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər- hər iki ağciyərin, qara ciyərin, dalağın cırılmış yaraları, hər iki yuxarı və aşağıətrafların, başın yaraları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 yanvar 2021-ci il tarixli 8/2250 nömrəli rəyindən görünür ki, BMW markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüTəqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kimyəvi ekspertizasının 16 noyabr 2020-ci il tarixli 3096/K nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih stolu üzərində arxası üstə qadın meyiti olub, əynində aşağıdakı paltarlar vardır: bozumtul rəngli yun materialdan olan uzunqol köynək, qara rəngli sintetik materialdan gecə köynəyi, ağ rəngli döşlük, qara rəngli şalvar, qırmızı rəngli tuman, ağ rəngli corablar. Paltarlar tozla, qanla bulaşmışdır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 157 sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 10 saniyədən sonra əvvəlki rəngini bərpa edir. Başında saçlarışabalıdı rəngdədir, uzunluğu 35 sm-ə qədərdir. Burnun üstündən sağ təpə nahiyəsinə qədər davam edən 39,0x9,0 sm ölçüdə yara olub, dəri öndən arxaya doğru soyulmuş vəziyyətdədir. Yaranın dibini sümük toxuması təşkil edir, kənarları qeyrihamardır, tünd qırmızıqansızmalıdır. Gözləri qapalıdır, qansızmasızdır. Burun sümükləri tamdır. Ağzı qapalıdır, alt çənədə dişləri özünündür, üst çənədə protezdir. Boynu bədənə mütənasibdir, zədəsizdir. Döş qəfəsi silindrik formadadır. Qabırğalarda patoloji hərəkətlilik qeyd edilir. Döş qəfəsi öndən arxaya doğru sıxılmış, yastılaşmış formadadır. Qarnı döş qəfəsi səviyyəsindədir, maye olması hissiyyatı vardır. Qarnın sol yan səthində 18,0x14,0 sm sahədəsıyrıntılar vardır, tünd qırmızırəngdədirlər. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf etmişdir. Anal dəliyin ətrafı təmizdir. Çanaq sümükləri patoloji hərəkətlidir. Sağ bazunun aşağı 1/3-də dirsəyi tutan 14,0x9,0 sm ölçüdə yara vardır. Bazu və dirsək sümüyün sınıq ucları yaradan bayıra çıxmışdır. Sol budun ön səthinin aşağı 1/3-də baldırın aşağı 1/3-nə qədər 46,0x16,0 sm ölçüdə yara vardır, qeyri-hamardırlar. Baldır sümükləri orta 1/3-də sınmışdır. Sınıq ucları qeyri-hamardır, yaradan bayıra çıxmışdır. Sağ baldırın ön səthinin aşağı 1/3-də 16,0x1,0 sm ölçüdə yara vardır. Baldır sümükləri sınmışdır, yaradan bayıra çıxmışdır. Sol budun arxa səthinin yuxarı və orta 1/3-ni tutan aralıq və anus nahiyəsinə doğru gedən 21,0x12,0 sm ölçüdə yara vardır, kənarları qeyrihamardır. Sol əlin arxa səthində 7,0x5,0 sm ölçüdə, sağəlin arxa səthində 9,0x4,0 sm ölçüdəsıyrıntılar vardır, tünd qırmızırəngdədirlər. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-dən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ-24 nömrəli kamerasının qeydə aldığı video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, Koroğlu küçəsindən Bədəlbəyli küçəsi istiqamətində 42-ci məhəlləərazisində quraşdırılmış Təhlükəsiz Şəhər Xidmətinin TŞ-24 nömrəli kamerasının qeydə aldığıvideogörüntüdə 10 noyabr 2020-ci il tarixdə saat 11:55:49-da Sumqayıt şəhəri, Koroğlu küçəsindən Bədəlbəyli küçəsi istiqamətində 42-ci məhəlləərazisində yerləşən 3 hərəkət zolaqlı və daha sonra həmin yola birləşən 4 hərəkət zolaqlı yolda avtomobillərin hərəkət etdiyi, saat 11:55:55-də arxadan qara rəngli avtomobilin idarəetməni itirərək sağa və sola doğru manevrlər edərək nəticədə yolun sağ hissəsində yerləşən səkiyə dəydiyi, daha sonra səkinin üzərində yerləşən ağaclara dəyərək tərsinəçevrildiyi əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərdə əks olunan idarəetməni itirərək sağa və sola doğru manevrlər edən, nəticədə yolun sağ hissəsində yerləşən səkiyə, daha sonra səkinin üzərində yerləşən ağaclara dəyərək tərsinə çevrilən avtomobil ona məxsusdur və həmin vaxt onun tərəfindən idarə olunmuşdur. Qeyd edilən vaxtda, yəni 10 noyabr 2020-ci il tarixdə saat 11:55:55-də«BMW» markalı **-RX-*** dövlət nömrə nişanlı avtomobili Sumqayıt şəhəri, Koroğlu küçəsindən Bədəlbəyli küçəsi istiqamətində 42-ci məhəlləərazisində 3 hərəkət zolaqlı yolun sağ hərəkət zolağı ilə orta sürətlə hərəkət etdirərkən avtomobilin arxa hissəsi gözlənilmədən sürüşmüş, bu zaman o, idarəetməni tənzimləmək istədikdə avtomobil biraz da sürüşmüş və o, idarəetməni itirmiş, maşın yoldan çıxaraq ağaclara dəymiş və nəticədə qəza baş vermişdir. Cinayət işinə əlavə edilmiş 24 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17.01.2019-cu il tarixdə “BC” kateqoriyalı AE044345 saylı sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Cinayət işiin materiallarına əlavə edilmiş Bakışəhəri 43 saylı Notariat ofisində təsdiq edilmiş ƏN-Vİİ 294529 nömrəli 05 iyun 2020-ciiltarixlietibarnamədəngörünürki, «BMW»markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 tərəfindən avtomobili idarə etmək üçün X9, sonuncu tərəfindən isə Təqsirləndirilən şəxs 1 il müddətinə etibarnamə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının 04 dekabr 2020-ci il tarixli 8446 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər icra hakimiyyəti MKTİB-nin 20 saylı MKS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansışikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər icra hakimiyyəti MKTİB-nin 9 saylı MKS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Sumqayıt şəhər X10İdarəsinin 15 yanvar 2021-ci il tarixli 37/34-0026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər X10 idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu vəzifəsində xidmət edir. Cinayət işi materiallarına əlavə edilmiş 29 oktyabr 2018-ci il tarixli 1555/Ş nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X10 Xidmətinin Sumqayıt şəhər X10 idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş ərizədən görünür ki,o Təqsirləndirilən şəxs şikayətçidir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməldən peşman olması və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi İbrahimov Kəna n Ağamir oğlunun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlıqdan məhrumetmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhrum edilməsi təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən X5 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli (iş № 1(060)186/2021) qərarını icra edərək, 31 yanvar 2021-ci il tarixli 043/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq ), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X13 iş üzrə iddia ərizəsi verərək Təqsirləndirilən şəxs onun xeyrinə 45384 manat maddi ziyan, 20000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi iddia ərizəsində həyat yoldaşı Zərərçəkmiş şəxs dəfni ilə əlaqədar 5000 manat xərclədiyini, həmçininhəyat yoldaşının çantasında 500 manatlıq telefon,1000 manat pul və 3000 manat dəyərində qızıl zinət əşyaları olduğunu,onların hadisə vaxtı yoxa çıxdığını,bundan başqı yoldaşının ölümü ilə əlaqədar ona 4384 manat məbləğində maddi ziyan dəydiyini, belə ki yoldaşı qızıl satışı ilə səyya şəkildə məşğul olduğundan həmin borcları hazırda yığa bilmədiyini və bu qeyri mümkün olduğundan, üstəlik həyat yoldaşının qazancı aylıq 500 manat olduğundan, uşaqlarının gələcəyi üçün onun 5 illik qazancını təqsirləndirilən şəxsdən tələb etdiyini, həmçinin ona və övladlarına dəymiş mənəvi ziyanı 20000 manat dəyərləndirərək ümumilikdə Təqsirləndirilən şəxs 65384 (altmış beş min üç yüz səksən dörd manat ) manat pulun tutularaq ona verilməsinin hökmlə müəyyən olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və cinayət işinin materiallarını öyrənərək hesab edir ki, iş üzrə verilmiş mülki iddi baxılmamış saxlanılmalı və iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə mülki iddi qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs hüquqi varisi X13 həyat yoldaşına məxsus qaralama kitabçanın kserosurətindən başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi həyat yoldaşı Zərərçəkmiş şəxs dəfn xərclərinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi hadisə zamanı həyat yoldaşının üzərində 500 manat dəyərində mobil telefon, üzərində 1000 manat pul və 3000 manat dəyərində qızıl zinət əşyaları olduğunu və hadisə zamanı həmin əşyaların və pulu itdiyini bildirsə də, iş üzrə şahid qismində ifadə vermiş hadisə yerinə baxış keçirmiş müstəntiq Asəf Hətəmli hadisə baş verən ərazidə olarkən və hadisə yerini müayinə edərkən polis nəfəri Emin adlı şəxsin hadisə yerində bijuteriya, qızıl zinət əşyaları və kapron qablar və pul tapılsa da həmin əşyaların daha sonra qəbzlə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarıldığını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi həyat yoldaşının aylıq qazancının 500 manat olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 tərəfindən həyat yoldaşına aid olduğunu bildirdiyi üzərində riyazi hesablamaların aparıldığı və bir hissəsinin silindiyi kserosurət dəftərçə təqdim edilsə də həmin sənəddən zərərçəkmiş şəxsin mülki iddiasını əsaslandırdığı halları müəyyən etmək mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq Məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətin nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2021-ci il tarixindən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Zərərçəkmiş şəxsin hüquqi varisi X14 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-186/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-186/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver