Məhkəmə qərarları › İş №1(060)-187/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-187/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-187/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nəzərli Aydın Həmzə oğlunun iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,310 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq, üzərində və istifadəsində olan avtomobilində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 21:15-də Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində karantin rejim qaydalarını pozduğu üçün Sumqayıt ŞPİ-nin XTB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibində saxladığı gümüşü rəngli 01 ədəd siqaret kağızı bükümündən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,225 qram psixotrop maddə olan metamfetamin, polis bölməsinin həyətində özünə məxsus olan “Opel Zafira” markalı 99FK307 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin ön cihazlar panelindəki saxlanc yerində saxladığı 01 ədəd kibrit qutusundan ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qram, 0,030 qram, 0,032 qram, cəmi təmiz çəkisi 0,085 qram olan 03 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş psixotrop maddə metamfetamin, ümumi xalis çəkisi 0,310 qram ağ rəngli kristal hissəciklərindən ibarət maddə, tərkibinə görə psixotrop maddə metamfetamin aşkar edilərək, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri 2-ci mkr. ərazisində şəxsi istifadəsində olan Opel Zafira markalı avtomobildə dostu Şahid1 ilə əyləşib söhbət edirmişlər. Həmin vaxt yadından çıxdığı üçün tibbi maskanı çıxarıb kənara qoymuşdur. Həmçinin Şahid1 da tibbi maskadan istifadə etmirmiş. Saat 21:15-də polis geyim formasında olan bir nəfər şəxs onlara yaxınlaşaraq ikisinin də tibbi maskadan istifadə etmədiklərini, ölkə əriazisində tətbiq olunan karantin rejim qaydalarını pozduqlarını, bununla bağlı müvafiq protokolun tərtib ediləcəyini, ona görə də Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olacaqlarını bildirmişdir. Onlar əməllərinin qanunsuz olduğunu etiraf edib polis bölməsinə getməyə etiraz etməmişdirlər. Bir neçə ay idi ki, psixotrop maddə olan metamfetamin istifadəçisi imiş. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tanımadığı şəxsdən 50 manat qarşılığında şəxsi istifadəsi üçün 4 bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Polis əməkdaşı onlara yaxınlaşan zaman kibrit qutusunda olan 3 büküm psixotrop maddə olan metamfetamin avtomobilin ön cihazlar panelindəki saxlanc yerində olmuşdur. Bir büküm isə üzərində imiş. Polis bölməsinə çatan zaman idarə etdiyi avtomobildə olan Elcan adlı polis əməkdaşına üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis bölməsində Elcanın barəsində raport yazmışdır. Bundan sonra xidməti otaqların birinə aparmışlar və videoçəkilişlə üzərinə baxış keçiriləcəyini bildirmişdirlər. Etiraz etmədiyi üçün videoçəkiliş işə salınmışdır. Orada olan polis əməkdaşları və hüquqlarının müdafiəsi üçün ayrılmış vəkil özlərini təqdim etmişdirlər. Hüquq və vəzifələrinə dair bildiriş ona təqdim edilmişdir. Bildirişlə tanış olduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmişdir. O, buna etiraz etməmişdir. Təhqiqatçı üzərində hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşaraq, varsa təqdim etməyi təklif etmişdir. O, əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibində saxladığı içərəsində metamfetamin kütləsi olan 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı 0, 4-cü PB-nə gələn zaman idarə etdiyi Opel Zafira markalı 99FK307 dövlət qeydiyyat nişanlı avtomobildə də psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Videoçəkiliş dayandırlmadan avtomobilə baxış keçirilən zaman avtomobilin ön cihazlar panelindəki saxlanc yerindəki kibrit qutusunu götürüb təqdim etmişdir. Kibrit qutusunda içərəsində psixotrop maddə metamfetamin kütləsi olan 3 ədəd gümüşü rəngli siqaret kağız bükümü olmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Avtomobilə baxış keçirildikdən sonra videçəkiliş dayandırlmışdır. Şəxsi axtarış və baxış istintaq hərəkətlərinə dair protokollar tərtib edilmişdir. Təhqiqatçı tərəfindən həmin protokollar uca səslə oxunduqdan sonra o, və digər baxış iştirakçıları protokolları imzalamışlar. Üzərindən və avtomobildən aşkar edilmiş kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-in möhürü ilə möhürlənmişdir. Psixotrop maddə olan metamfetamini aldığı xx.xx.2020-ci il tarixdə təsadüfən görüşüb söhbət etdiyi şəxsi tanımır. Sözügedən şəxs 40-45 yaşında, orta bədən quruluşlu, 170 sm-175 sm hündürlükdə, qaraşın, üzdən qafqazlıya bənzər, üzü seyrək qara tüklü şəxs olmuşdur, heç bir zaman heç bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:15-da Sumqayıt şəhəri 2-ci mkr., ərazisində Hicaz dönərxanasının yaxınlığında “Opel Zafira” markalı 99FK307 dövlət dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən iki nəfər şəxsin tibbi maskadan istifadə etmədiklərini görüb iş yoldaşı Şahid2lə birgə onara yaxınlaşıb iradlarını bildirməklə barələrində qanuni tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olacaqlarını demişdilər. Həmin şəxslər onlarla razılaşmışlar. O, və iş yoldaşı Şahid2 Opel Zafira markalı avtomobilə əyləşmişdirlər. Avtomobili Təqsirləndirilən şəxs idarə edirmiş. Yolda olan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasını bildirmişdir. O, 4-cü polis bölməsinin inzibati binasına çatan kimi bu barədə müvafiq raport tərtib etmişdir. Raport üzrə araşdırmanı Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Səyyad Hacəhmədov həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə saat 22:35-də Təqsirləndirilən şəxs üzərində videçəkilişlə baxış keçirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacəhmədov özünü təqdim etmişdir. Daha sonra orada olan polis əməkdaşları və o, özlərini təqdim etmişdirlər. Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs müdafiəçisi idi. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu, ünvan 2 ünvanında qeydiyyatda olduğunu və həmin ünvanda da yaşadığını bildirmişdir. Səyyad Hacəhmədov Təqsirləndirilən şəxs saxlamanın səbəbini izah etməklə ona idarə etdiyi “Opel Zafira” markal avtomobildə karantin rejim qaydalarını pozduğuna görə Sumqayıt ŞPİ -nin 4-cü PB-nə gətirildiyini, yolda olan zaman üzərində narkotik vasitə olmasını etiraf etməsini bildirmişdir. Təqsirləndirilən şəxs S.Hacəmədovun bildirdiklərini təsdiq etmişdir. S.Hacəhmədov həmin səbəbə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını deyib üzərinə şəxsi axtarış istintaq hərəkətini keçirəcəyini deyərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri üzərində əks olunmuş A4 kağızı təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifləri ilə tanış olmuşdur. S.Hacəhmədov araşdırma müddətində hüquq və vəziflərini Müdafiəçi1 müdafiə edəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. S.Hacəhmədov Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs sağ əlini gödəkçəsinin sağ yan cibinə, sol əlini isə gödəkçəsinin sol yan cibinə salmış, sağ əlini sağ cibindən boş çıxartmışdır. Sol əlini çıxaran zaman ovcunda bir ədəd gümüşü rəngli kağız büküm müşahidə etmişdir. Təhiqatçı tərəfindən həmin büküm açılanda içərsində ağ rəngli kristal maddə görünmüşdür. Təhqiqatçının müavfiq sualı əsasında Təqsirləndirilən şəxs həmin bükümün içərəsindəki maddənin psixotrop maddə olan metametamin olduğunu bildirmişdir. Növbəti suala uyğun olaraq cavabında Təqsirləndirilən şəxs həmin maddəni özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri axtarılmışdır. Onun gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Kent” markalı siqaret qutusu və 1 ədəd açar çıxmışdır. Şəxsi axtarış zamanı digər sübut əhəmiyyətli əşya aşkar edilməmişdir. 1 ədəd “Kent” markalı siqaret qutusu və 1 ədəd açar sübut əhəmiyyəti kəsb etməyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təhqiqatçı şübhəli şəxsdən üzərində aşkar olunmuş psixotrop maddə olan metamtefamindən başqa haradasa saxladığını soruşmuşdur. Təqsirləndirilən şəxs həmçinin etibarnamə əsasında idarə etdiyi Opel Zafira markalı avtomobildə də metamfetamin kütləsi olduğunu demişdir. S.Hacəhmədov avomobilə baxış keçirməyi təklif etmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşmışdır. Videçəkiliş dayanmadan onlar 4-cü PB-nin duracağına çıxmışdırlar. S.Hacəhmədov Təqsirləndirilən şəxs metamfetamin kütləsini harada saxlamasını soruşmuşdur. R,Rəhimov “Opel Zafira” markalı 99FK307 dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısını açıb ön cihazlar panelindəki saxlanc yerindən 1 ədəd kibrit qutusu çıxartmışdır. Təhqiqatçı tərəfindən kibrit qutusu açılmış və içərisində 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümü müşahidə edilmişdir. Bükümlər bir-bir açılıb içərisi yoxlanılan zaman hər bir bükümün daxilində ağ rəngli kristal maddələr görmüşdür. Həmin kütlələr elektron tərəziyə qoyulmuş və çəkilib qablaşdırılmışdır. Avtomobilə baxış davam etmişdir. Lakin sübut əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin kütləsini xx.xx.2020-ci il tarixdə tanımadığı şəxsdən 50 manat qarşılığında özünün istifadəsi üçün aldığını bildirmişdir. Saat 23:40-da digər saxlanılan şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən sübut əhəmiyyətli heç bir əşya çıxmamışdır. Odur ki, Şahid1 barəsində şübhəli şəxs qismində iştirakına xitam verilib dərhal azad edilmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2718 №li rəyində göstərilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....maddə” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,225 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, tərkibinə görə psixotrop maddəmetamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...avtomobilindən...” və.s qeydlər olan digər zərfdəki 03 ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qr, 0,030 qr, 0,032 qr, ümumi təmiz çəkisi 0,085 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, tərkibinə görə psixotrop maddə-metamfetamindir. Hər iki zərfdəki ümumilikdə təmiz çəkisi 0,310 qram təşkil edən maddə-metamfetaminlər, tərkiblərinə görə eynidir. Qeyd: 4 büküm metamfetaminin ümumillikdə təmiz çəkisi – 0,310 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq 0,260 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3536 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkarlanaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,260 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən psixotrop maddə olan metamfetamin kütləsinin aşkarlanaraq götürülməsini özündə əks etdirən video görüntülər 01 ədəd CD formatlı diskə köçürülmüş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edildi. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 0,260 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 (bir) ədəd CD disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsin, o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,260 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar