Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-187/2022 04.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə «Covid- 19» virusuna yoluxması faktı təsdiq olunduqdan sonra 16.10.2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından həmin gün saat 18:30 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Dan ulduzu” şadlıq sarayında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin və Sumqayıt ŞPİ-nin PPXT-nın əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08.10.2021-ci il tarixdə o, səhətində ağrılar hiss etdiyindən və bədən hərarəti yüksək olduğundan Covid-19 virusuna yoluxmağından şüphələnərək analiz vermək üçün yaşadığı ünvana təcili tibbi yardım çağırıb test analizi vermişdir. 10.10.2021-ci il tarixdə onun istifadəsində olan 051 517-70-09 Azercel mobil telefon nömrəsinə, İTS.GOV.AZ saytından onun Covid-19 virusuna yoluxmağını təsdiq edən, yəni test analizinin cavabının pozitiv olmasını və 14 gün müddətinə evdən bayıra çıxmasının qadağan olmasını göstərən sms gəlmişdir. Ancaq 16.10.2021-ci il tarixdə o, özünü yaxşı hiss etdiyi üçün, həmin tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 17-ci mk\r ərazisində yerləşən “Dan Ulduzu” şadlıq sarayında, onun qonşusu Kəmalənin övladı Xəyalənin toy şənliyinə getmişdir. Şadlıq sarayının girişində polis əməkdaşları portal vasitəsi ilə onun Covid-19 virusuna qarşı vaksiyanıya olunub-olunmamağını yoxladıqda onun Covid-19 virusuna yoluxmağı və həmin vaxt karantin rejimi qaydasında, yəni 14 gün evdən bayıra çıxmamalı olduğu məlum olmuşdur. Bundan sonra polis əməkdaşları təcili tibbi yardıma zəng edərək, “Dan Ulduzu” şadlıq sarayında Covid-19 virusuna yoluxmuş xəstə olduğunu bildirib, həmin ünvana həkim briqadası çağırmış, şadlıq sarayına gedən xüsusi geyimli həkimlər onu təcili tibbi yardım avtomobilinə əyləşdirib, polis nəzarəti ilə yaşadığı evə aparmışlar. Əməlindən peşmandır. Ailə başçısının olmamasını, qardaşının hal-hazırda hərbi xidmətdə olmasını, əmsinin şəhid olmasını, özünü ödənişli əsaslarla tələbə kimi təhsil aldığını nəzərə alıb ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Sumqayıt ŞPİ-nin PPXT-da polis nəfəri vəzifəsində xidmət etdiyini, rütbəsinin polis serjantı olduğunu qeyd edərək bildirmişdir ki, 16.10.2021-ci il tarixdə saat 18:30 radələrində, Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində yerləşən “Dan Ulduzu” şadlıq sarayında təhkim olunmuş postda toy şənliyinə gələn şəxslərin Covid-19 virusuna qarşı vaksinasiya olunmaları ilə bağlı müvafiq yoxlanışların aparılması ilə əlaqədar xidmətdə olan zaman, toy şənliyinə gələn şəxslərin portal məlumatlarını yoxlayarkən, ünvan 1 ünvanında yaşayan, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs “Covid-19” virus xəstəsi və daşıyıcısı olması məlum olmuşdur. o, bu barədə Təqsirləndirilən şəxs soruşduqda Y.Nərmətova, 08.10.2021-ci il tarixdə Covid-19 virusuna yoluxmağından şüphələnərək analiz vermək üçün yaşadığı ünvana təcili tibbi yardım çağırıb test analizi verdiyini, 10.10.2021-ci il tarixdə Y.Nərmətovanın istifadəsində olan mobil telefon nömrəsinə, İTS.GOV.AZ saytından Covid-19 virusuna yoluxmağını təsdiq edən, yəni test analizinin cavabının “pozitiv” olmasını və 14 gün müddətinə evdən bayıra çıxmağının qadağan olmasını göstərən sms gəldiyini, ancaq 16.10.2021-ci il tarixdə Y.Nərmətova özünü yaxşı hiss etdiyi üçün toy şənliyinə gəldiyini bildirmişdir. Belə olan halda o, dərhal Sumqayıt şəhəri, 17-ci mk\r ərazisində yerləşən “Dan Ulduzu” şadlıq sarayındakı toy şənliyinə gələn qonaqlardan biri-Təqsirləndirilən şəxs “Covid-19” virus xəstəsi olması barədə 1-ci PB-nin növbətçi hissəsinə məlumat vermiş, bundan sonra hadisə yerinə gələn xüsusi geyimli həkim briqadası Təqsirləndirilən şəxs TTY avtomobilinə əyləşdirib, polis nəzarəti ilə, yaşadığı ünvüna aparmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin Xüsusi təyinatlı Bölüyü polis nəfəri, polis baş serjantı Şahid3 və Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ tərəfindən verilmiş 969/1642 saylı, 24.11.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” virusuna görə “PZR” müayinəsindən keçmiş, 10.10.2021-ci il tarixdə testin cavabı pozitiv olmuşdur. Sumqayıt şəhər 4 nömrəli ASM tərəfindən Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılıb karantin qaydalarının şərtlərinə əməl etməsi məsləhət görülüb. İş materiallarında olan Sumqayıt şəhər uşaq xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri, Sumqayıt şəhərinin baş infeksionisti, Respublikanın əməkdar həkimi X6 843 saylı, 30.11.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, COVİD-19 infeksiyasına yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq toy şənliklərində iştirakı yeni növ koronavirus olan COVİD-19 xəstəliyinin yayılması üçün real təhlükə hesab edilir. İş materiallarında olan Təqsirləndirilən şəxs saxlanılan zaman Sumqayıt şəhər Pİnin 1-ci PB-nin əməkdaşları tərəfindən baxış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20.11.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri İncəsənət müəllimliyi ixtisası üzrə ödənişli əsaslarla əyani ali təhsil alır. Ailə tərkibi qardaşı X9 və anası X2r, atası X4 15 iyun 2011-ci il tarixdə ölmüşdür. X1 Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə 30 iyun 1994-cü il tarixdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, tələbə olmasını, ailə başçısının itirməsini, anasının ailənin yeganə qazanc gətirən olmasını, əmisinin şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı CM-nin 61-ci maddəsinə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün hesab edir. Məhkəmə eyni zamanda cəzasını yüngülləşdirən halların məcmusunu və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin də müəyyən edilən sanksiyası həddində cərimə növündə cəzadan daha yüngül cərimə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən “Cinayət məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.” İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, onun xaricdən avtomaşınların gətirilməsi ilə məşğul olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddis sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla o, 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-187/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-187/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver