Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-187/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rufaq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 1987-ci il yanvarın 16-da Ermənistan, Krasnosele rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs baş etibarnamə ilə idarə etdiyi «Lamborgini» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilini sonuncunun həyat yoldaşı X1 adına Sumqayıt Qeydiyyat İmtahan və X4 tanışlarının vasitəsilə sənədləşdirib qeydiyyat şəhadətnaməsi alınacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq 04 aprel 2024-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt Qeydiyyat İmtahan və X2rşısında Zərərçəkmiş şəxs məxsus 6.000 manat pulu cinayətkar niyyətindən xəbərsiz olmuş sonuncunun qohumu Şahid vasitəsilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda - ümumilikdə 6.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin mart ayının sonlarında tanışı Əhməd ona zəng edərək qohumu Zərərçəkmiş şəxs baş etibarnamə ilə məxsus «Lamborgini» markalı **-BS-*** qeydiyyat nişanlı avtomobilini həyat yoldaşı X1 adına rəsmiləşdirmək üçün köməklik göstərməyi xahiş etmiş, nə qədər pul lazımdırsa verə biləcəklərini bildirmişdir. Belə ki, həmin ərəfədə borcları olduğundan ona təcili pul lazım olduğundan, Əhmədin ona etdiyi zəng yerinə düşmüş və düşünmüşdürki, biraz pul alıb problemlərini həll edər. Ona görə də Əhmədə bu işin zəhmət haqqı ilə birlikdə 6.000 manat lazım olduğunu demiş, Əhməd də bir qədər sonra ona zəng edərək qohumunun razı oldğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Əhməd ona zəng etmiş və həmin gün saat 14:00 radələrində Sumqayıt şəhər Qeydiyyat İmtahat və X2rşısında görüş təyin etmişlər. O, saat 14 radələrində Sumqayıt şəhər Qİ və TBŞ-nin qarşısına getmiş, Əhməd sonradan adını Soltan bildiyi şəxslə gəlmişdir. Əhməd Soltanın yanında ona 6.000 manat pul vermişdir. O, pulu Əhməddən aldıqdan sonra Soltana işi həll edəcəyini və gözləmələrini deyib Sumqayıt şəhər Qİ və TBŞ-nin binasına daxil olmuşdur. Bir qədər sonra Əhmədə zəng edərək işi həll etdiyini və ona da zəhmət haqqı kimi 500 manat verəcəyini söyləmiş və bir qədər qaldıqdan sonra çölə çıxmış və təklikdə Əhmədə 500 manat pul vermişdir. Lakin Əhmədin onun əsl niyyətindən xəbəri olmamışdır. Daha sonra onlara Xırdalan Qİ və TBŞ-dən bir sənədin lazım olduğunu, həmin sənəd olmadan qeydiyyat işi görülə bilməyəcəyini, həmin gün gec olduğunu və ertəsi günə qaldığını, ertəsi gün saat 11:00 radələrində görüşəcəklərini və avtomobilin qeydiyyat şəhadətnaməsinin hazır olacağını bildirmişdir. Əhməd və Soltan heç bir söz deməmişlər və ayrılmışlar. Əhmədən aldığı pulun bir hissəsini həmin gün borclarına qaytarmış, qalan pula isə Türkiyəyə bilet alıb ertəsi gün xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində təyyarə ilə Türkiyəyə getmişdir. Buna baxmayaraq o, Əhməd və Soltana Türkiyəyə getməyini deməmiş, düşünürmüş ki, Türkiyədə özünə iş tapıb hissə-hissə Soltanın pulunu qaytarar. Bir neçə ay ərzində Türkiyənin İstanbul şəhərində avtosalonların birində satıcı işləmiş, lakin maaşını ala bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycana geri qayıtmışdır. O, 6.000 manat pulu özü üçün almış və həmin puldan heç kimə verməmiş, həmin pulu almağını da ona heç kim deməmişdir. Onlara verdiyi vədlə bağlı heç kimə bir söz deməmiş və heç bir aidiyyəti orqana müraciət etməmişdir. Hazırda o, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 2024-cü ilin mart ayının sonlarında baş etibarnamə ilə idarə etdiyi 2017-ci il buraxılışlı «Lamborghini Huracan» markalı **-BS-*** dövlət qeydiyat nişanlı avtomobili həyat yoldaşı X1 adına rəsmiləşdirmək istəyirmiş. Bununla bağlı yeznəsi, yəni xalası qızının yoldaşı Şahid bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Əhməd maraqlanıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Əhməd bu məsələni həll etmək üçün Fuad adlı tanışının avtomobili həyat yoldaşının adına rəsmiləşdirməyi 6.000 manata həll edə biləcəyini bildirmiş və o, razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Əhmədlə birlikdə Sumqayıt şəhər Qeydiyyat İmtahan və X2rşısına gəlmiş, bir qədər sonra Fuad da ora gəlmiş və görüşmüşlər. O, öncədən Fuada verilməsi üçün 6.000 manat pulu Əhmədə vermişdir. Fuadla görüşdükdən sonra Əhməd pulu Fuada vermiş, Fuad pulu Əhməddən alaraq Sumqayıt şəhər Qeydiyyat İmtahan və X5 binasına getmişdir. O, da Əhmədlə bərabər bayırda Fuadı gözləmişlər. Bir qədər sonra Fuad onlara yaxınlaşaraq rəsmiləşmə işinin aparılması üçün Xırdalan Qeydiyyat İmtahan və X4n bir sənədin lazım olduğunu bildirmiş və maşına əyləşib onlardan ayrılmışdır. Bir neçə dəqiqədən sonra Fuad onlara yaxınılaşaraq bu gün artıq gec olduğunu, ertəsi gün xx.xx.2024-cü il tarixdə səhər saat 11:00 radələrində Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə gələrək avtomobilin qeydiyyat şəhadətnaməsini oradan götürəcəklərini onlara bildirmişdir. Onlar da Fuadla razılaşıb ayrılmışlar. xx.xx.2024-cü il tarixdə səhər satlarında Fuada məxsus ***- ***-**-** saylı nömrəyə zəng edərkən nömrəsinə zəng çatmamış, sonradan da gün ərzində Fuadla əlaqə saxlaya bilməmişlər. Bundan sonra Fuad tərəfindən aldandıqlarını bilmiş və bir neçə gündən sonra soraqlaşıb Əhmədlə Fuadın yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən evinə getmişlər. Fuadın anası ilə görüşüb baş verənləri danışmışlar, anası bu barədə məlumatı olmadığını və Fuadın Türkiyə Respublikasına getdiyini nə vaxt qayıdacağını bilmədiyini, oğlu ilə danışıb onlara məluat verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra Fuadla 1 dəfə əlaqə yarada bilmişlər, Fuad onun pulunu qaytaracağına söz verib əlaqəni kəsmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs dələduzluğ əməli barədə polisə şikayət ərizəsi yazmışdır. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam geri qaytarılmış və bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Əlibala oğlu onun qohumudur, yəni həyat yoldaşının xalası oğludur. 2024-cü ilin mart ayının sonlarında Soltan baş etibarnamə ilə idarə etdiyi 2017-ci il buraxılışlı «Lamborghini Huracan» markalı **-BS-*** dövlət qeydiyat nişanlı avtomobili həyat yoldaşı X1 adma rəsmiləşdirmək istədiyini və bununla bağlı ona köməklik etməyi xahiş etmişdir. O, bu məsələ ilə bağlı maraqlanıb məlumat verəcəyini bildirmişdir. Tanışı Təqsirləndirilən şəxs belə işlərlə məşğul olmasını bildiyi üçün ona zəng edib bu məsələdə köməklik göstərə biləcəyini soruşmuş, Fuad da 6.000 manata avtomobili digər şəxsin adına rəsmiləşdirə biləcəyini demiş, oda Soltana bu işin 6.000 manata həll oluna biləcəyini çatdırmışdır. Soltan deyilən məbləğlə razılaşmış və oda Fuadla danışmış, xx.xx.2024-cü il tarixdə saai 14 radələrində Sumqayıt Qeydiyyat İmtahan və X2rşısında görüş təyin etmişlər. xx.xx.2025-ci il tarixdə saat 14:00-da Soltanla deyilən vaxtda deyilən yerdə olmuşlar. Soltan 6.000 manatı Fuada vermək üçün əvvəlcədən ona vermişdir. Bir qədər sonra Fuad həmin yerə gəlmiş və o, 6.000 manat pulu Soltanın yanında Fuada vermişdir. Fuad pulu ondan alaraq Sumqayıt şəhər Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə getmişdir. Soltan onunla bərabər bayırda Fuadı gözləmişdir. Bir qədər sonra Fuad ona zəng edərək işi həll edəcəyini və ona da zəhmət haqqı kimi 500 manat pul verəcəyini bildirmişdir. Sonra Fuad qayıtmış və təklikdə ona 500 manat vermiş, Soltan həmin vaxtı öz avtomobilinin yanında olmuşdur. Bundan sonra onlar birlikdə Soltana yaxınlaşıb görüşmüş, Fuad sənədin rəsmiləşmə işi üçün Xırdalan Qeydiyyat İmtahan və X4n bir sənədin lazım olduğunu bildirmiş və maşına minərək onlardan ayrılmışdır. Bir neçə dəqiqədən sonra Fuad yenidən onlara yaxınılaşıb bu gün artıq gec olduğunu bildirərək xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Sumqayıt Qeydiyyat İmtahan və X2rşısında görüşmələrini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Fuada məxsus ***-***-**-** saylı nömrəyə zəng etmişlər, lakin zəng çatmamış və gün ərzində Fuadla əlaqə saxlaya bilməmişlər. Bundan sonra Fuad tərəfindən aldadıldığlarını bilmişlər və bu səbəbdən maraqlanıb Fuadın yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən evinə getmişlər. Fuadın anası ilə görüşüb baş verənlər barədə danışdıqdan sonra Fuadın Türkiyə Respublikasında olduğunu nə vaxt qayıdacağın bilmədiyini bildirmişdir. Sonra anası vasitəsilə Fuadla əlaqə yarada bilmişlər, Fuad pulu qaytaracağına söz versə də onunla əlaqə saxlamaq mümkün olmadı. Fuad sadəcə zəhmət haqqı kimi ona 500 manat vermiş, Fuadın Soltana məxsus pulu ondan dələduzluq niyyəti ilə əldə etməsindən məlumatı olmamış və məlumatı olsaydı belə Fuada heç bir pul verməyə razı olmazdır. Fuad bu hərəkəti ilə onu qohumu Soltanın yanında pis vəziyyətdə saxladığına görə Fuad barəsində polisə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 6000 manat maddi ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Abşeron RPİ tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün barəsində tutulma tətbiq edilmişdir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin X3 təhvil verilməsi, həmçinin cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin nəzərə alınması və şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmaqla qüvvəsində saxlanılmış və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.21 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Şahid barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs baş etibarnamə ilə idarə etdiyi «Lamborgini» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilini sonuncunun həyat yoldaşı X1 adına Sumqayıt Qeydiyyat İmtahan və X4 tanışlarının vasitəsilə sənədləşdirib qeydiyyat şəhadətnaməsi alınacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq 04 aprel 2024-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt Qeydiyyat İmtahan və X2rşısında Zərərçəkmiş şəxs məxsus 6.000 manat pulu cinayətkar niyyətindən xəbərsiz olmuş sonuncunun qohumu Şahid vasitəsilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda - ümumilikdə 6.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Bakı şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-187/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-187/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver