Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-188/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 və X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1983-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Qorki küçəsi, Yat-2, məhəllə 21, ev 35/42 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində «həbs qətimkan tədbiri» seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə, aldatma və etibardan sui-istifadə etməklə 1000 (bir min) manat pulun müqabilində Salyan rayon sakini Zərərçəkmiş şəxs1 qardaşının həyat yoldaşı X4 təqaüdə çıxartmağa köməklik göstərəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 20 dekabr 2019-cu il tarixdə 500 (beş yüz) manat, 24 dekabr 2019-cu il tarixdə 200 (iki yüz) manat və 30 dekabr 2019-cu il tarixdə 300 (üç yüz) məbləğində pulları Salyan rayonu, Qarabağlı kəndinin ərazisində alaraq vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs1 cəmi 1000 (bir min) manat məbləğində pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə, aldatma və etibardan sui-istifadə etməklə Salyan rayon sakini Zərərçəkmiş şəxs2 900 (doqquz yüz) manat pul müqabilində təqaüdə çıxartmağa köməklik göstərəcəyinə yalandan vəd verib aldadaraq sonuncudan 10 aprel 2020-ci il tarixdə Salyan rayonu ərazisində 500 (beş yüz) manat pul, 16 aprel 2020-ci il tarixdə Salyan rayonu, Aşağı Noxudlu kəndinin ərazisində olan “Gülüstan” adlı kafedə tanışı Şahid1 vasitəsi ilə 300 (üz yüz) manat pulu və 12 may 2020-ci il tarixdə Şahid1 vasitəsi ilə adına göndərilmiş 100 (bir yüz) manat pulu Sumqayıt şəhəri Mərkəzi Poçtdan almaqla vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs2 cəmi 900 (doqquz yüz) manat məbləğində pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 1 ildir tanıyır. 2019-cu ildə Salyan rayon sakini X3 ilə tanış olmuş və sonrakı müddətdə dost kimi münasibət saxlamışlar. Gülşənə ali dövlət orqanında könüllü fəaliyyət göstərən dəstədə işlədiyini demişdir. Gülşənə bir çox dövlət qurumunda dostlarının olduğunu və təqaüd almaq istəyən şəxslərə köməklik edə biləcəyini də demişdir. 2019-cu ilin dekabrında Zərərçəkmiş şəxs1la Salyan rayonu Qaraxanlı kəndində Cənnət Bağı adlı kafedə tanış olduğu zaman ona ali dövlət orqanının işçisi kimi özünü təqdim etmiş, söhbət əsnasında Elçin onun qardaşının həyat yoldaşı vərəm xəstəsi olduğu üçün ona təqaüd düzəltmək istədiyini demişdir, ona kömək edəcəyinə söz vermiş və bu işə görə ondan 1000 manat məbləğində pul istəmişdir. Həmin danışığdan 2-3 gün sonra Gülşənlə birlikdə Elçinin yaşadığı evin həyətinə getmişlər. Orada Elçin ona 500 manat pul verərək vərəm xəstəsi olan qardaşı arvadı üçün təqaüd düzəltməyini xahiş. etmişdir. Qalan 500 manat pulu sonra verəcəyini demişdir. 500 manat pulu aldıqdan sonra qısa müddətdə ona təqaüd düzəldəcəyini demişdir. Buna görə də 24 dekabr 2019-cu il tarixdə Elçin Qarxanovun yaşadığı ünvanına gələrək 200 manat məbləğində pulu ondan almış, 30 dekabr 2019-cu il tarixdə qalan 300 manat məbləğində pulu ondan almışdır. Aldığı pulları öz ehtiyaclarını üçün xərcləmiş, daha sonra Elçin ona zəng edərək pulu qaytarmağını tələb etdikdə ona qardaşı arvadının təqaüdünün düzəlməsi üçün Dispanserdə yatmalı olduğunu demiş, lakin Elçin qəti şəkildə etiraz edərək pulu qaytarmağını tələb etmişdir, sonrakı müddətdə də başı qarışıq olduğu üçün ondan aldığı pulları qaytara bilməmişdir. Sonradan onunla bir neçə dəfə telefonla danışaraq 2020-ci ilin noyabr ayının 20-dək ondan aldığı 1000 manat pulu ona qaytaracağını demişir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə də 2020-ci ilin aprel ayında tanış olmuş, Salyan rayonunda Gülşənlə birlikdə yaşadığı müddətdə Bakı şəhərinə gedib-gəlmək üçün Şahid1 idarə etdiyi taksidən istifadə etmişlər, Bəşirlə olan söhbətlərində ona təqüaüd düzəldə biləcəyini demişdir. Aprel ayında Bəşir ona Salyan rayonu Aşağı Noxudlu kənd sakini Zərərçəkmiş şəxs2 gözündə olan xəstəliklə bağlı təqaüd almaq istədiyini demişdir. Bundan sonra Bəşirə onu Elnurla tanış etməsini demişdir. Aprel ayında dəqiq xatırlamadığı tarixdə Bəşirin evində olduğu vaxt Bəşir Elnura zəng edərək evinə çağırmış, həmin vaxt Elnur Bəşirin evinə gəlmiş, onun gözündə xəstəlik olduğunu gördükdən sonra ona təqaüd düzəldə biləcəyini demişdir. Elnura təqaüdün düzəlməsi üçün 1000 manat pul lazım olduğunu dedikdə Elnur onunla razılaşmış, pulu düzəldib ona verəcəyini demişdir. Növbəti gün yenə də Bəşirin evində olduğu vaxt Elnur həmin yerə gələrək ona 500 manat pul vermişdir. Pulun qalan hissəsi barədə soruşduqda Elnur düzəldib verəcəyini demişdir. Həmin anda Bəşir ondan Elnura kömək etməyini xahiş etmiş, o da 900 manata işi həll edəcəyini demişdir. Həmin söhbətdən təxminən 1 həftə sonra Salyan rayonu Noxudlu kəndində yerləşən “Gülüstan” kafesində yemək yediikləri vaxt Bəşirə Elnura zəng edərək həmin yerə çağırmasını və Elnurun qalan pulu gətirməsini demişdir. Bəşir də bundan sonra Elnura zəng edib oraya çağırmış, Elnur həmin kafeyə gəldikdən sonra ona 300 manat pul verib qalan 100 manat pulu da daha sonra verəcəyini demişdir. Elnurdan 300 manat pulu alaraq cibinə qoymuş və qalan 100 manat pulu da verdikdən sonra təqaüd işinin həll olunacağını demişdir. 2020-ci ilin may ayəında Sumqayıt şəhərində olduğu vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elnurun istifadəsində ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək qalan 100 manat pulu da poçt vasitəsilə göndərməsini xahiş etmişdir. Elnur onunla razılaşaraq poçt vasitəsilə ona 100 manat pulu göndərəcəyini demiş, sonradan Elnurla Bəşirin arasında olan razılığa əsasən Elnurun əvəzinə borc olaraq Bəşir poçt vasitəsilə ona 100 manat pul göndərmiş, Sumqayıt şəhərində yerləşən poçt fillialına gedərək orada şəxsiyyət vəsiqəsini təqdim etməklə 100 manat pulu oradan təhvil almışdır, Elnurdan aldığı mumilikdə 900 manat pulun 100 manatını şəxsi məsrəfləri üçün xərcləmiş, 800 manat pulu isə Elnurla birlikdə Z.Əliyeva adına göz poliklinikasına getdiyi vaxt ayrı-ayrı həkimlərə vermiş, sonrakı müddətdə Elnurla mobil telefonla danışdığıları vaxtlarda Elnur təqaüd barədə soruşduqda ona narahat olmamasını, qısa müddətdə işinin həll olunacağını demiş, təxminən 2 ay keçdikdən sonra Elnura zəng etmiş, təqaüd almaq üçün poliklinikada yatmalı olduğunu demiş, Elnur isə narazılıq edərək pulunu qaytarmağını tələb etmişdir. Elnura ona 1-2 gün vaxt verməsini, pulunu düzəldib qaytaracağını demiş, sonrakı müddətdə də başı qarışıq olduğu üçün Elnurdan aldığı 900 manat pulu ona qaytara bilməmişdir. Həmçinin həmin şəxslərə ali dövlət orqanının sorğu xidmətində könüllü olaraq işlədiyini demiş və bununla bağlı Bakı şəhərində özü düzəltdirdiyi möhürsüz olan vəsiqəni onlara təqdim etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 2020-ci ilin aprel ayında Salyan rayonu Noxudlu kəndində dostu Bəşirin yaşadığı evin həyətində ona təqaüd düzəldəcəyinə vəd edərək ilkin olaraq 500 manat pul almış, təxminən 1 həftə sonra Salyan rayonu Noxudlu kəndində yerləşən “Gülüstan” kafesində Bəşirin yanında Elnurdan əlavə olaraq 300 manat pul almış, sonuncu dəfə 2020ci ilin may ayında isə Bəşir Elnurun əvəzinə borc olaraq poçt vasitəsilə ona 100 manat pul göndərmiş və həmin gün Sumqayıt şəhərində yerləşən poçt fillialına gedərək orada şəxsiyyət vəsiqəsini təqdim etməklə 100 manat pulu oradan təhvil almışdır. Lakin sonradan vəd etdiyi işi həll edə bilməmiş və Elnura 900 manat pulu qaytarmamışdır. Hər hansı rəsmi dövlət qurumunda işləməmiş, hər hansı şəxsə təqaüd və ya müavinət düzəltmək kimi bir səlahiyyəti olmamışdır. qeyd olunan şəxslərdən aldığı pulları heç kəsə rüşvət verməmiş, öz ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərlə barışmaq və onlara dəymiş ziyanı ödəmək istəyir, amma həbsdə olduğundan edə bilmir. Atası dəfələrlə zərərçəkmiş şəxslərlə razılığa gəlməyə cəhd etsə də mümkün olmamışdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 göstərdi ki, qardaşı Aydının arvadı Nuranə Vərəm dispanserində qeydiyyatda olan xəstədir, Nuranə il ərzində təxminən 5-6 ay həmin dispanserdə qalaraq müalicə alır. Təqsirləndirilən şəxs ilə hadisədən təxminən 9 ay əvvəl Salyan rayonu Parça Xalac kəndində tanış olmuş, Samir ona ali dövlət orqanının agenti olduğunu demişdir. Samirə qardaşının yoldaşı Nuranəyə pensiya düzəltdirmək istədiyini bildirmiş, Samir heç bir problemin olmamasını və pensiya düzəldə biləcəyini, hətta Nuranənin müalicəsini də etdirəcəyini demiş, lakin bunun qarşılığında 1000 (bir min) manat pul verməli olduğunu bildirmişdir. Onunla razılaşmış, pulu hazır edən kimi onunla əlaqə saxlamaq üçün mobil nömrəsini götürmüş, bundan təxminən 2-3 gün sonr, 2019-cu ilin dekabrın 20-də Samir istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək pulun hazır olub-olmamasını soruşmüşdur. O Samirə 500 (beş yüz) manat pulu düzəltidiyini bildirmiş, Samir isə gəlib həmin pulu götürəcəyini, lakin qalan pulu qısa müddətdə hazır edib ona verməli olduğunu bildirmişdir. Həmin tarixdə Samir onun yaşadığı evə gəlmiş, onların evində bir neçə saat qonaq olduqdan sonra Samirə 500 (beş yüz) manat pul vermiş. 2019-cu ilin dekabrın 24-də Samir yenə də ona zəng edərək işin alınması üçün qalan pulu verməli olduğunu bildirmiş, Samirə 200 (iki yüz) manat pul verə biləcəyini deyib gəlib götürməsini xahiş etmişdir. Həmin gün Samir yaşadığı evə gəlib 200 (iki yüz) manat pulu ondan almışdır. 2019-cu ilin dekabrın 30-da Samir yenə də ona zəng edib qalan 300 (üç yüz) manat pulu istəyərək işin yekunlaşdığını bildirmişdir. Yenə də Samirə gəlib pulu götürməsini bildirmiş, Samir onun yaşadığı evə gəlmiş və 300 (üç yüz) manat pulu da ondan almışdır. Samir pulu alanda Nuranənin pensiya məsələsinin təxminən 5 günə həll olacağını, narahat olmamağını bildirmışdır. Hər dəfə Samirə zəng edib pensiya məsələsinin nə yerdə qaldığını, işin yekunlaşmadığını soruşanda, Samir ona qısa müddətdə pensiya məsələsi həll olunacağını və Nuranəyə pensiya kartını özünün gətirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs pensiya məsələsini həll etməmiş və ona vermiş olduğu 1000 (bir min) manat pulu qaytarmamışdır. 30 iyun 2020-ci il tarixdə o Samirə zəng edib pulunu qaytarmasını bildirmiş, lakin Samir pulu qaytarmayacağını bildirərək onu təhqir edib telefonu söndürmüş, bundan sonra da Təqsirləndirilən şəxs ilə danışmamış və onunla heç bir əlaqəsi olmamışdır. Samir ondan ayrı-ayrı vaxtlarda aldığı 1000 (bir min) manat pulun qarşılığında Nuranəyə düzəldəcəyi pensiyanı düzəltməyərək aldatmışdır. 02 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng Mərkəzinə zəng edib məlumat vermiş və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Birinci dəfə Təqsirləndirilən şəxs 500 manat məbləğində pulu atası X9 və orada olan taksi şoferi X7 yanında, 2-ci dəfə 200 manat məbləğində pulu Təqsirləndirilən şəxs yaşadığı ünvanda atası və Yunus Qasımovun yanında vermiş, eyni ilə də, 300 manat məbləğində pulu Təqsirləndirilən şəxs atası və Yunus Qasımovun yanında vermişdir. Bu günə qədər ziyan ödənilməmişdir. Mülki iddia vermişdir, təmin edilməsini, pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamış, onunla həmkəndlisi Şahid1 vasitəsilə tanış olmuşdur. Şahid1la dostluq əlaqələri olmuşdur. Sol gözündə görmə qabiliyyəti zəif olduğu üçün özünə pensiya və sosial yardım düzəltdirmək barədə Bəşir ilə aralarında söhbət edəndə, Bəşir Sumqayıt şəhərindən Samir adlı tanışının olmasını deyərək onun vəkillik etməsini və bu kimi işlərlə məşğul olduğunu demişdir. Samiri onunla tanış edəcəyini və onun da əvəzindən ondan köməklik etməsini xahiş edəcəyini söyləmiş, hətta yanında onunla telefonda danışaraq ona pensiya və sosial yardım düzəldilməsində köməklik etməsini xahiş etmişdir. 09 aprel 2020-ci il tarixdə saat 16 radələrində Bəşir ilə aralarında mobil telefon vasitəsilə danışan zaman həmin gün axşam Samirin onun evinə qonaq gələcəyini bildirmişdir. Həmin tarixdə Bəşir mobil telefon vasitəsilə zəng edərək Samirin onun evinə qonaq gəldiyini söyləyərək evinə dəvət etmiş, Bəşir onu öz evində Samir ilə görüşdürüb tanış edərək aralarında olan söhbəti Samirə deyəndən sonra Samir ondan sənədlərini istədikdə sənədləri ona vermiş, Samir gözünə görə pensiya düşməsini deyərək pensiya və sosial yardım düzəldəcəyinə söz verib belə işləri başqalarına 1000 (bir min) manata düzəltdiyi halda, Bəşirə görə ona 900 (doqquz yüz) manata düzəldəcyinə söz vermişdir. Samirə inanmış onunla danışaraq razılaşmış, sonra evə qayıtmış, 500 manat pulu düzəldərək özündə saxlamış, 10 aprel 2020-ci il tarixdə saat 11 radələrində Bəşir tanışı Samirin onun evində onu gözləməsini telefon vasitəsilə deyəndə evdən çıxaraq Bəşirin evinə getmiş və 500 manat pulu Bəşirin və onun atası Mirağanın yanında həyətində sayaraq Samirə vermiş, Samir də ona pensiyanı razılaşdığı həmin pula düzəldəcəyini, sosial yardımı isə düzəldəcəyinə söz verib hədiyyə edəcəyini bildirmişdir. Pulun qalan 400 (dörd yüz) manatı da ayın axırına kimi düzəldib ona çatdıracağını dediyindən, qalan 400 (dörd yüz) manat pulu toplamış və Samirə vermək üçün ayın axırını gözləmişdir. Lakin 16 aprel 2020-ci il tarixdə saat 13 radələrində Bəşir mobil telefon vasitəsilə ona zəng edərək Samirin kənddə onun yanında olmasını və Bakı şəhərinə həkim komisiyasına aparmaq üçün Salyan rayon mərkəzi xəstəxanasından birlikdə göndəriş almağa gedəcəklərini söyləmişdir. Lakin Bəşir və Samir ilə kəndin yaxınlığındakı “Gülüstan” kafesində görüşərək 300 (üç yüz) manat pulu Samirə vermək üçün Bəşirə vermiş, ondan ayrılmış, evə getmişdir. Təxminən 1 həftə sonra Samir mobil telefon vasitəsilə ona zəng edərək qalan 100 (bir yüz) manat pulu istəmiş, o isə pulu olmadığını, olan kimi verəcəyini demişdir. Həmin vaxt Bəşir ilə danışmış və pulunun olmadığını, Samirin qalan 100 (bir yüz) manat pulu istədiyini demişdir. Bəşir isə onun əvəzinə 100 (bir yüz) manatı verəcəyini demişdir. Salyan rayon xəstəxanasından göndəriş alandan sonra 2020-ci ilin iyun ayında Samirin təklifi ilə Bakı şəhərində yerləşən Z.Əliyeva adına göz xəstəlikləri inistutuna getmiş, Samir gözünə görə orada həkim komissiyasından keçəcəyini desə də, lakin onu orada heç kim qəbul etməmişdir. Samirin onu aldatdığını başa düşmüş, Samirin özünə Bəşirin vasitəsilə verdiyi 800 (səkkiz yüz) manat pulu onlardan geri tələb etdikdə, Samir və Bəşir bu gün, ya sabah pulun qayıdacağını və yaxud işin düzələcəyini deyərək 5-6 ay ərzində onu aldatmışlar. 03 sentyabr 2020-ci il tarixdə aralarında olan telefon danışığı zamanı Samir ona “sənə veriləsi pulum yoxdur, mən heç kimdən nə qorxmuram, nə də çəkinmirəm, get dərdini kimə deyirsən de” sözlərini deyərək onun ünvanına nalayiq ifadə deyib telefonu söndürmüşdür. 05 sentyabr 2020-ci il tarixə kimi pulu qaytaracağına söz versə də, Samir pulu qaytarmaqdan imtina etmişdir. Bəşirə verdiyi 300 (üç yüz) manatı geri qaytarmasını tələb edəndə, Bəşir də “Samir pulu versin ki, mən də pulunu qaytarım” sözlərini demişdir. 08.09.2020-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Bu günə qədər ziyan ödənilməmişdir. Mülki iddia vermişdir, təmin edilməsini, pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında Şahid2 oğlu göstərdi ki, 10 aprel 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olmuş, bu zaman həyətdə oğlu Bəşirin 2 nəfər şəxs ilə söhbət etdiyini görmüş və salamlaşmaq üçün onlara yaxınlaşmışdır. Bu zaman həmin şəxslərdən birinin həmkəndli Elnur olduğunu görmüş, lakin digər şəxsi tanımımış, həmin vaxt onlara söhbətinə mane olmamaq üçün bağda işləməyə getmişdir. Təxminən 20-25 dəqiqə sonra həmin şəxslər sağollaşaraq çıxıb getmişlər. Oğlu Bəşir, Elnur və adını sonradan bildiyi Samirin nə söhbət etdiklərini bilməmişdir. Sonradan Samir adlı şəxsin Elnura pensiya düzəltmək adı ondan 900 (doqquz yüz) manat pul aldığını öyrənmişdir. 2020-ci ilin aprelin 10-da Samir adlı şəxsi görsə də, ona kimin pul verdiyini görməmiş, daha sonra Samir adlı şəxsin Elnura pensiya düzəltmək adı ilə ondan 900 (doqquz yüz) manat pul aldığını öyrənmişdir. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 həmkəndlisidir, Təqsirləndirilən şəxs isə tanışı olmuş, Zərərçəkmiş şəxs2 ilə münasibəti həmişə yaxşı olmuşdur. Elnurun sol gözü zəif olduğu üçün özünə pensiya düzəltdirmək barədə onunla söhbət edəndə, Sumqayıt şəhərində Samir adlı tanışı olmasını deyərək onun vəkillik etməsini və bu kimi işlərlə məşğul olmasını demişdir. Elnur da Samiri onunla tanış etməyini bildirmiş, Samirə Elnur üçün köməklik etməsini xahiş edəcəyini və onunla telefonda danışaraq ona pensiya düzəldilməsində köməklik etməsini xahiş etmişdir. 09 aprel 2020-ci il tarixdə saat 16 radələrində telefonla Elnura həmin gün axşam Samirin qonaq gələcəyini bildirmiş, onu evə dəvət etmişdir. Elnuru öz evində Samir ilə görüşdürüb tanış edərək aralarında olan söhbəti Samirə demiş, Samir Elnurdan sənədlərini almışdır. Samir Elnurun gözünə görə pensiya düşməsini deyərək pensiya və sosial yardım düzəldəcəyinə söz verib belə işləri başqalarına 1500 (bir min beş yüz) manata düzəltdiyi halda, ona görə 900 (doqquz yüz) manata düzəldəcəyinə söz vermişdir. Elnur da Samirə inanmış, onunla danışıb razılaşmış, 10 aprel 2020-ci il tarixdə saat 11 radələrində Elnura mobil telefon vasitəsilə zəng edərək tanışı Samirin evində onu gözləməsini demiş, Elnur yaşadığı evə gələrək 500 (beş yüz) manat pulu onun yanında sayaraq Samirə vermişdir, Samir də Elnura pensiyanı razılaşdığı həmin pula düzəldəcəyini, sosial yardımı isə hədiyyə edəcəyini bildirmişdir. Pulun qalan 400 (dörd yüz) manatını da ayın axırına kimi düzəldib ona çatdıracağını demiş, Elnur da qalan 400 (dörd yüz) manat pulu düzəldərək verəcəyini söz vermişdir. Lakin 16 aprel 2020-ci il tarixdə saat 13 radələrində mobil telefon vasitəsilə Elnura zəng edərək Samirin kənddə yanında olmasını və Bakı şəhərinə həkim komisiyasına aparmaq üçün Salyan rayon mərkəzi xəstəxanasından birlikdə göndəriş almağa gedəcəklərini söyləmişdir. Samir ilə birlikdə kəndin yaxınlığında “Gülüstan” kafesində görüşərək əyləşmiş, Elnur ora gələrək 300 (üç yüz) manat pulu Samirə vermək üçün ona verib evinə getmiş, Elnura çay içməyi təklif etsə də, Elnur evinə gedəcəyini deyərək çıxıb getmişdir. Təxminən 1 həftə sonra Elnur onunla danışmış və pulunun olmadığını, Samirin qalan 100 (bir yüz) manat pulu istədiyini demişdir. O isə onun əvəzinə 100 (bir yüz) manat verəcəyini demiş, 100 (bir yüz) manat pulu Elnurun xahişi ilə onun işinə görə borc kimi Samirə göndərmişdir. Belə ki, 12.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına 100 (bir yüz) manat pulu yaşadığı Salyan rayonu Aşağı Noxudlu kəndində yerləşən Poçtdan Sumqayıt şəhərinə göndərmiş, Təqsirləndirilən şəxs həmin 100 (bir yüz) manat pulu Sumqayıt şəhər 4 saylı Poçt filialından çıxartmışdır. X13 barəsində Salyan RPŞ-nə şikayət etdiyini öyrənmiş, Samirə mobil telefon vasitəsilə zəng edərək Elnurdan aldığı pulu qaytarmasını xahiş etmiş, Samir isə qaytarmayacağını deyərək telefonu sondurmüşdür. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 17.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.11.2020-ci il tarixdə tutularaq Salyan RPŞ-nə təhvil verilmiş.(i.v 100-101, İ cild) Salyan rayon Məhkəməsinin 19.11.2020-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs Seyidaga oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.127-130, 1 cild) Cinayət işi 20 noyabr 2020-ci il tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Şəhriyar İbrahimov tərəfindən ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. (i.v.137-138, 1 cild) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(006)-38/2021 saylı, 03.02.2021-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-269/2021 saylı, 20.04.2021-cı il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(006)-38/2021 saylı, 03.02.2021-cı il tarixli hökmü dəyişdirilmiş, Sumqayıt şəhər Məhkəməsinin 1(006)-38/2021 saylı, 03.02.2021-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli 2o aprel 2021-ci ildən hesablanmışdır. Qərar elan olunan andan qüvvəyə minmişdir. Məhkəməyə təqdim edilmiş və işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, ailəsi valideynlərindən, həyat yoldaşı və iki azyaşlı (21.11.2015, 23.10.2017) uşağından ibarətdir, yaşayış yerindən müsbət xarakterizə olunur, atası 2-ci qrup əlildir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-269/2021 saylı, 20.04.2021-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin olunan 01 il müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmuyu üzrə toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs bu iş üzrə 17 noyabr 2020-ci il tarixdən həbsdə olduğundan cəzanın əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat ziyan vurulması müəyyən edilmişdir. Həmin ziyanın əvəzi olaraq cavabdeh Təqsirləndirilən şəxs 1000 (bir min) manat pulun tutularaq ona ödənilməsi xahiş edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi nəticəsində Zərərçəkmiş şəxs1 1000 manat ziyan vurulması təsdiq edilmişdir. İş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona 900 manat ziyan vurulması müəyyən edilmişdir. Həmin ziyanın əvəzi olaraq cavabdeh Təqsirləndirilən şəxs 900 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi xahiş edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi nəticəsində Zərərçəkmiş şəxs2 900 manat ziyan vurulması təsdiq edilmişdir. Zərərçəkmiş şəxs2 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. İşdə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-269/2021 saylı, 20.04.2021-cı il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 17 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 1000 (bir min) manat pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 900 (doqquz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 930 (doqquz yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 verilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-188/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-188/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver