Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-188/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri. Xəzər Bağları, «Gədəbəylilər məhəlləsivndə fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını özgə əmlakını talama məqsədi ilə xx.xx.2021ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, 11/18 nömrəli binanın qarşısında saxladığı ona məxsus «Hyundai İX 35» markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini yerdən götürdüyü avtomobil şamı «sveça» ilə sındıraraq avtomobilin salonundan 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində «Nokia 301» markalı mobil telefon aparatını və avtomobilin ön panelindəki saxlanc yerindən 1060 (bir min altmış) manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1080 (bir min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən "xxxx" MMCyə məxsus ofisin plastik qapısını sıxıb açaraq içəri qanunsuz daxil olub oradan 02 (iki) ədəd hər biri 30 (otuz) manat dəyərində olan 100 ml «Lanselot» markalı ətiri, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində olan 60 ml «Beau Monde» markalı ətiri, 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində olan 50 ml «Pont Dor» markalı ətiri, 02 (iki) ədəd hər biri 25 (iyirmi beş) manat dəyərində olan 50 ml «Kaori» markalı ətiri, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində olan 50 ml «Platinum» markalı ətiri, 01 (bir) ədəd 18 (on səkkiz) manat dəyərində 50 ml «Festa de vita» markalı ətiri, 02 (iki) ədəd hər biri 24 (iyirmi dörd) manat dəyərində olan 100 ml Faberlic «8 element» markalı ətiri, 03 (üç) ədəd hər biri 14 (on dörd) manat dəyərində olan 50 ml «Sport Life» markalı ətiri, 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində olan 100 ml «Pacifıc» markalı ətiri, 01 (bir) ədəd 40 (qırx) manat dəyərində olan 100 ml «Vikinq» markalı ətiri, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində olan 50 ml «Vent d Aventures» markalı ətiri, 01 (bir) ədəd 10 (on) manat dəyərində istifadədə olmuş vəziyyətdə, üzərində «Faberlic Expert» yazısı olan (qabı ilə birlikdə) masaj aparatını, 01 (bir) ədəd 24 (iyirmi dörd) manat dəyərində 50 ml «Global Oxigenv markalı kremi, 01(bir) ədəd 24 (iyirmi dörd) manat dəyərində 75 ml «Global Oxigen muss» markalı kremi, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində olan 50 ml «Expert» markalı, SPF 15 kremi, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində olan 30 ml «X4 up» markalı tonal kremi, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində olan 4 qr üzərində «Faberlic» yazısı olan, qızılı qutuda, 04 (dörd) hissəli göz tenini, 02 (iki) ədəd hər biri 15 (on beş) manat dəyərində olan 30 ml «İnsta Glammers» markalı üz maskasını, 01 (bir) ədəd 15 (on beş) manat dəyərində istifadə olunmuş, ağ-qara rəngli, 140smX150sm ölçüdə, bir il əvvəl alınmış pambıq materialdan olan şalı, 12 (on iki) ədəd hər biri 7 (yeddi) manat dəyərində olan üzərində Faberlic «Expert Color» yazısı olan saç boyasını, 01 (bir) ədəd 05 (beş) manat dəyərində olan 30 ml «Verbena» markalı kremi, 01 (bir) ədəd 13 (on üç) manat dəyərində olan 600 qr «Greenly» markalı persolu, 01 (bir) ədəd 01 (bir) manat dəyərində olan 9sm X 13sm ölçüdə, parça materialdan kisəni, 01 (bir) ədəd 08 (səkkiz) manat dəyərində olan 200 ml üzərində «X2» yazısı olan saç üçün maskanı, 01 (bir) ədəd 08 (səkkiz) manat dəyərində olan 100 ml «Lunica» markalı masaj gelini və 01 (bir) ədəd 07 (yeddi) manat dəyərində olan 75 ml «Barberlab» markalı təraş balzamını gizli yolla talayaraq ofisə məsul Zərərçəkmiş şəxs2 ümumilikdə 677 (altı yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuş və 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Onun cəzası xx.xx.2021-ci il tarixdə qurtaracaqdır. O, heç bir yerdə işləmir. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 03:00 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində piyada gəzərkən binalardan birinin qarşısında ağ rəngli “Hyundai İX” markalı avtomaşını görmüşdür. O, küçədə heç kimin olmadığından əmin olduqdan sonra əlindəki alışqanın fanarı ilə maşının salonuna işıq salıb baxmış və bir ədəd “Nokia” markalı mobil telefon aparatının olduğunu görmüşdür. O, həmin telefonu oğurlamaq qərarın gəlmiş, yerdən götürdüyü maşın şamı (sveça) ilə maşının qabaq sağ şüşəsini sındırmış və əyilib maşının sürətlər qutusunun yanında olan telefonu götürmüşdür. Sonra isə maşının ön panelini, yəni saxlanc yerini açmışdır. Orada 1060 (bir min altmış) manat pul olmuşdur. O, həmin pulu da götürmüşdür. Sonra isə oradan çıxıb getmişdir. O, evdə telefona baxıb işləmədiyini görmüşdür. Oğurladığı pulları isə öz ehtiyacları üçün xərcləmiş, oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. Oğurluq edərkən küçədə heç kim olmamış və onu heç kim görməmişdir. O, heç bir yerdə işləmədiyi və narkotik vasitələrdən istifadə etdiyi üçün pula ehtiyacı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 02:00 radələrində o. Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi ərazisində tək gəzmiş, gəzərək Kotec qəsəbəsi ərazisində olan “Ləman” mebel salonunun yaxınlığında yerləşən parfumeriya mağazasının qarşısına gəlmişdir. Oradan keçəndə mağazanın qapısının bağlı olduğunu və ətrafda heç kimin olmadığını görmüşdür. Onun pula ehtiyacı olduğu üçün həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. O, yenə də ətrafa nəzər salıb küçədə heç kimin olmadığını dəqiqləşdirmiş, mağazanın pəncərəsinə yaxınlaşıb əliylə itələmiş, lakin pəncərəni aça bilməmişdir. Sonra o, qapıya yaxınlaşıb özünə tərəf çəkib qapını açmış və mağazaya daxil olmuşdur. Orada vitrində olan saç rənglərini, kosmetik vasitələri, parfümeriya ləvazimatlarını və müxtəlif ətirləri sellofan torbalara yığmış və mağazanı tərk etmişdir. Sonra o, əvvəllər tanıdığı Elçin adlı tanışına zəng edib onlara gəlmək istədiyini, lakin gəlmək üçün pulu olmadığını və onun üçün olduğu yerə taksi sifariş etməsini bildirmişdir. Elçin onun üçün taksi sifariş etmiş və taksi gəldikdən sonra o, oğurladığı mallarla birlikdə Elçingilə getmişdir. Orada Elçin ondan malların nə olduğunu soruşmuş, o, Elçinə malların oğurluq olduğunu deməmiş və firmadan satmaq üçün götürdüyünü bildirmişdir. Həmin gecəni Elçingildə qalmış, səhər onlar birlikdə Sumqayıt şəhər Narkoloji Dispanserə getmişlər. Onlar hər ikisi orada qeydiyyatdadırlar və hər gün oraya gedib metadon suyu qəbul edirlər. Onlar orada həmin ətirlərdən 03 (üç) ədədini Dispanserdə işləyən işçilərə satmışlar. Lakin o, onlara həmin ətirlərin oğurluq olduğunu deməmiş və həmin puldan Elçinə verməmişdir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları ona saxlayıb oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, Polis Bölməsində oğurluq etdiyini etiraf etmiş, izahatında malların oğurluq olmasını Elçinə bildirməsi ilə bağlı suala cavab verərkən bildirmişdir ki, o, bu məzmunda izahat verməmişdir və Elçinə malların oğurluq olmadığını bildirmişdir. O, izahatını oxumayıb imzalamışdır. Ola bilsin ki, təhqiqatçı onu düzgün başa düşməmişdir. Narkoloji Dispanserin işçilərinə mallarını satarkən həmin malların oğurluq olduğunu bildirməmişdir. O, oğurluğu tək etmiş və bu işdə ona heç kim kömək etməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, «Hyundai İX 35» markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində o, yaşadığı binanın həyətinə gəlmiş və maşını həyətdə saxlayıb evə çıxmışdır. Həmin vaxt maşının salonunda, ön panelindəki saxlanc yerində (bardaçok) müalicəsi üçün ayırdığı 1060 (bir min altmış) manat pul olmuşdur. Sürətlər qutusunun yanında isə ona məxsus işlənmiş 01 (bir) ədəd «Nokia 301» markalı mobil telefon olmuşdur. Həmin telefon işlək vəziyyətdə olsa da, içərisində sim kart olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində o, evdən çıxıb həyətə düşmüş və maşına yaxınlaşanda görmüşdür ki, maşının qabaq sağ şüşəsi sındırılmış vəziyyətdədir. O, maşının salonuna baxanda aşkar etmişdir ki, telefon və ön paneldə olan 1060 (bir min altmış) manat pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Oğurlanmış telefon işlənmiş telefon olmuş, qiyməti təxminən 60 (altmış) manat olmuşdur. Bunula da, ona ümumilikdə 1120 (bir min yüz iyirmi) manat maddi ziyan dəymişdir. Maşının qabaq sağ şüşəsinin qiyməti 80 (səksən) manat, təmir xərci isə 30 (otuz) manat təşkil etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC şirkəti ilə bağladığı marketinq xidmətlərinin göstərilməsi haqqında 21 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhərində şirkətin məhsullarının satışı ilə məşğul olmuşdur. Bunun üçün o, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində icarəyə ofisə götürmüş və məhsulları oraya yığmışdır. X1 isə ofisdə işçi kimi işləmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Günel ona zəng edərək ofisdəki malların oğurlandığını bildirmişdir. Bununla bağlı Günel DİN-nin 102 xidmətinə məlumat vermiş və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Naməlum şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus ofisin plastik qapısını sıxıb açaraq içəri qanunsuz daxil olub oradan 02 (iki) ədəd hər biri 30 (otuz) manat dəyərində olan 100 ml «Lanselot» markalı ətiri, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində olan 60 ml «Beau Monde» markalı ətiri, 01 (bir) ədəd 27 (iyirmi yeddi) manat dəyərində olan 50 ml «Pont Dor» markalı ətiri, 02 (iki) ədəd hər birinin dəyəri 25 (iyirmi beş) manat olan 50 ml «Kaori» markalı ətiri, 01 (bir) ədəd 27 (iyirmi yeddi) dəyərində olan 50 ml «Platinum» markalı ətiri, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində 50 ml «Festa de vitav markalı ətiri, 02 (iki) ədəd hər birinin dəyəri 24 (iyirmi dörd) manat olan 100 ml 8 element markalı ətiri, 03 (üç) ədəd hər birinin dəyəri 14 (on dörd) manat olan 50 ml “Sport Lifev” markalı ətrini, 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində olan 100 ml «Pacific» markalı ətiri, 01 (bir) ədəd 45 (qırx beş) manat dəyərində olan 100 ml «Vikinq» markalı ətiri, 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində olan 50 ml “Vent d Aventures” markalı ətiri, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində masaj aparatını, 01 (bir) ədəd 24 (iyirmi dörd) manat dəyərində 50 ml “Global Oxigen” markalı kremi, 01 (bir) ədəd 24 (iyirmi dörd) manat dəyərində 75 ml “Global Oxigen” muss markalı kremi, 01 (bir) ədəd 14 (on dörd) manat dəyərində 50 ml «Expert» markalı kremi, 01 (bir) ədəd 07 (yeddi) manat dəyərində 100 ml «Lunica» markalı masaj gelini, 01 (bir) ədəd 09 (doqquz) manat dəyərində 30 ml “X5 Team” markalı tanal kremi, 01 (bir) ədəd 16 (on altı) manat dəyərində 4 qr göz tenini, 01 (bir) ədəd 04 (dörd) manat dəyərində 30 ml “İnsta Glammers” markalı üz maskasını, bir il əvvəl alınmış, 01 (bir) ədəd 60 (altmış) manat dəyərində olan pambıq materialdan şalı, 12 (on iki) ədəd hər birinin dəyəri, 5,25 manat olan saç boyasını, 01 (bir) ədəd 06 (altı) manat dəyərində olan 30 ml «Verbena» markalı kremi, 01 (bir) ədəd 09 (doqquz) manat dəyərində olan 600 qr «Greenly» markalı persolu və 01 (bir) ədəd 06 (altı) manat dəyərində olan 75 ml «Barberlab» markalı təraş balzamını oğurlayaraq ona ümumilikdə 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edilən məhsullar şirkətə məxsus olsa da, həmin məhsullara maddi məsul şəxs o, olmuşdur. O, ərizəsində dəymiş ziyanın 705 (yeddi yüz beş) manat olduğunu göstərsə də, sonradan hesablayıb ziyanın 711 (yeddi yüz on bir) manat olduğunu müəyyən etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər Narkoloji Dispanserdə feldşer-narkoloq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Şahid1 tanımır. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində o, işdə olarkən sonradan adının Elçin olduğunu bildiyi şəxs ona və iş yoldaşı Sahibə yaxınlaşaraq onlardan parfümeriya məhsulları istəyib-istəmədiklərini soruşmuşdur. Elçin onlara 03 (üç) ədəd şüşə flakonda ətiri 20 manata təklif etmişdir. Onlar onunla razılaşmışlar. Ətirlərin pulunu o vermişdir. Həmin ətirlərdən ikisini o, bir ədədini isə Sahib götürmüşdür. xx.xx.2021-ci il tarixdə axşam tərəfi polis əməkdaşları ona zəng edərək onu Sumqayıt ŞPİnin 4-cü PB-nə dəvət etmişlər və orada ona bildirmişlər ki, o, oğurluq ətir almışqdır. O, onlara hadisə olduğu kimi danışmışdır. Sonra isə Sahiblə aldıqları ətirləri polis əməkdaşlarına təqdim etmişlər. O. həmin malların oğurluq olduğunu bilməmişdir. Belə ki, Elçin onlara bu malları firmadan maaş əvəzi verildiyini bildirmişdir. Buna görə də, onlar Elçinə inanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da oxşar məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli. 9/6277 saylı rəyindən görünür ki, 01 (bir) ədəd «Nokia 301» markalı mobil telefonun hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin avqust ayına, rəydə qeyd edilən qüsurları, onun itstismar müddətim, təyinatı üzrə istifadəyə yararlığını. Hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 20 (iyirmi) manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli. 5/1011 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd «Nokıa» markalı «301» modelli «**********399664, **********99672» «imei» kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli 9/7432 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 21 (iyirmi bir) adda malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 553 (beş yüz əlli üç) manat müəyyən olunur. Qərarın təsviri hissəsində qeyd edilən 05 (beş) adda malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 553 (beş yüz əlli üç) manat müəyyən olunur. İş materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli, 21/583R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş əl barmaq izlərindən bir ədədi xx.xx.1989-cu il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan ərizədən görünür ki, maddi sübut olan 02 (iki) ədəd 100 ml «Lanselot» markalı ətir, 01 (bir) ədəd 50 ml «Pont Dor» markalı ətir, 02 (iki) ədəd 50 ml «Kaori» markalı ətir, 01 (bir) ədəd 50 ml «Platinum» markalı ətir, 01 (bir) ədəd 50 ml “Festa de vita” markalı ətir, 02 (iki) ədəd 100 ml Faberlic “8 element” markalı ətir, 02 (iki) ədəd 50 ml “Sport Life” markalı ətir, 01 (bir) ədəd 100 ml «Pacific» markalı ətir, 01 (bir) ədəd üzərində “Faberlic Expert” yazısı olan (qabı ilə birlikdə) masaj aparatı, 01 (bir) ədəd 50 ml “Global Oxigen” markalı krem, 01 (bir) ədəd 75 ml “Global Oxigen muss” markalı krem, 01 (bir) ədəd 50 ml «Expert» markalı SPF 15 kremi, 01 (bir) ədəd 30 ml «X4 up» markalı tonal kremi, 01 (bir) ədəd 4 qr üzərində «Faberlic» yazısı olan, qızılı qutuda, 04 (dörd) hissəli göz teni, 02 (iki) ədəd 30 ml “İnsta Glammers” markalı üz maskası, 01 (bir) ədəd ağ-qara rəngli, 140smX150sm ölçüdə, bir il əvvəl alınmış pambıq materialdan olan şalı, 12 (on iki) ədəd üzərində Faberlic “Expert Color” yazısı olan saç boyası, 01 (bir) ədəd 30 ml «Verbena» markalı krem, 01 (bir) ədəd 600 qr «Greenly» markalı persol, 01 (bir) ədəd 9smX13sm ölçüdə, parça materialdan kisəsi və 01 (bir) ədəd 200 ml üzərində “X2” yazısı olan saç üçün maska Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasırədd edilmişdir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «Nokıa» markalı «301» maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin hökmündən və DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli 36216/20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs «8 Noyabr - Zəfər günü» münasibəti ilə elan olunmuş amnistiya qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-44/2020 saylı, 29 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbayçan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzadan azad edilmişdir. «8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinə əsasən, əsas və əlavə cəzanı çəkməkdən azad edilən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluqların götürülməsi nəzərdə tutulmuşdur. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs kimi hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 02 (iki) ədəd 100 ml «Lanselot» markalı ətir, 01 (bir) ədəd 50 ml «Pont Dor» markalı ətir, 02 (iki) ədəd 50 ml «Kaori» markalı ətir, 01 (bir) ədəd 50 ml «Platinum» markalı ətir, 01 (bir) ədəd 50 ml “Festa de vita” markalı ətir, 02 (iki) ədəd 100 ml Faberlic “8 element” markalı ətir, 02 (iki) ədəd 50 ml “Sport Life” markalı ətir, 01 (bir) ədəd 100 ml «Pacific» markalı ətir, 01 (bir) ədəd üzərində “Faberlic Expert” yazısı olan (qabı ilə birlikdə) masaj aparatı, 01 (bir) ədəd 50 ml “Global Oxigen” markalı krem, 01 (bir) ədəd 75 ml “Global Oxigen muss” markalı krem, 01 (bir) ədəd 50 ml «Expert» markalı SPF 15 kremi, 01 (bir) ədəd 30 ml «X4 up» markalı tonal kremi, 01 (bir) ədəd 4 qr üzərində «Faberlic» yazısı olan, qızılı qutuda, 04 (dörd) hissəli göz teni, 02 (iki) ədəd 30 ml “İnsta Glammers” markalı üz maskası, 01 (bir) ədəd ağ-qara rəngli, 140smX150sm ölçüdə, bir il əvvəl alınmış pambıq materialdan olan şalı, 12 (on iki) ədəd üzərində Faberlic “Expert Color” yazısı olan saç boyası, 01 (bir) ədəd 30 ml «Verbena» markalı krem, 01 (bir) ədəd 600 qr «Greenly» markalı persol, 01 (bir) ədəd 9smX13sm ölçüdə, parça materialdan kisəsi və 01 (bir) ədəd 200 ml üzərində “X2” yazısı olan saç üçün maska Zərərçəkmiş şəxs2 qaytarılması, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «Nokıa 301» markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 185 (bir yüz səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 (iki) ədəd 100 ml «Lanselot» markalı ətir, 01 (bir) ədəd 50 ml «Pont Dor» markalı ətir, 02 (iki) ədəd 50 ml «Kaori» markalı ətir, 01 (bir) ədəd 50 ml «Platinum» markalı ətir, 01 (bir) ədəd 50 ml “Festa de vita” markalı ətir, 02 (iki) ədəd 100 ml Faberlic “8 element” markalı ətir, 02 (iki) ədəd 50 ml “Sport Life” markalı ətir, 01 (bir) ədəd 100 ml «Pacific» markalı ətir, 01 (bir) ədəd üzərində “Faberlic Expert” yazısı olan (qabı ilə birlikdə) masaj aparatı, 01 (bir) ədəd 50 ml “Global Oxigen” markalı krem, 01 (bir) ədəd 75 ml “Global Oxigen muss” markalı krem, 01 (bir) ədəd 50 ml «Expert» markalı SPF 15 kremi, 01 (bir) ədəd 30 ml «X4 up» markalı tonal kremi, 01 (bir) ədəd 4 qr üzərində «Faberlic» yazısı olan, qızılı qutuda, 04 (dörd) hissəli göz teni, 02 (iki) ədəd 30 ml “İnsta Glammers” markalı üz maskası, 01 (bir) ədəd ağ-qara rəngli, 140smX150sm ölçüdə, bir il əvvəl alınmış pambıq materialdan olan şalı, 12 (on iki) ədəd üzərində Faberlic “Expert Color” yazısı olan saç boyası, 01 (bir) ədəd 30 ml «Verbena» markalı krem, 01 (bir) ədəd 600 qr «Greenly» markalı persol, 01 (bir) ədəd 9smX13sm ölçüdə, parça materialdan kisəsi və 01 (bir) ədəd 200 ml üzərində “X2” yazısı olan saç üçün maska Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «Nokıa 301» markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 185 (bir yüz səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-188/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-188/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver