Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-188/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 76-cı məhəllə, yataqxana 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı rayonu İcra Hakimiyyətinin inzibati binasının arxa tərəfində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının bayır bucağına yayılmış qansızması xəsarətlərini yetirərək, Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs 2018-ci ilin yanvar-fevral aylarında ona məxsus olan ünvan 2 ünvanında kirayədə yaşadığı müddətdən tanıyır. Zərərçəkmiş şəxs həmin vaxtdan sonra bir neçə dəfə görmüşdür. 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxsla Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında görüşdükləri zaman o Zərərçəkmiş şəxs 100 manat borc pul istəmişdir. Zərərçəkmiş şəxs həmin vaxt 100 manat pulu ona borc vermişdir. Lakin maddi imkanının yaxşı olmadığını, buna görə də pulu qısa zaman ərzində geri qaytarmağını istəmişdir. O, Zərərçəkmiş şəxs təxminən bir həftə sonra pulu qaytaracağını demişdir. O, təxminən bir həftə sonra Zərərçəkmiş şəxs zəng edərək maddı imkanı olmadığını, buna görə də hazırda pulu qaytara bilməyəcəyini bildirmiş, onu bir qədər gözləməsini xahiş etmişdir. Həmin vaxtdan sonra da Zərərçəkmiş şəxs bir neçə dəfə ona zəng etmişdir. O da utandığı üçün zənglərə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində işdən qayıdarkən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı rayonu İcra Hakimiyyətinin inzibati binasının arxa tərəfində Zərərçəkmiş şəxs görmüşdür. Zərərçəkmiş şəxs ondan 100 manat pulu tələb etmişdir. O, hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman pulu qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs pulunu tələb etmiş və onun bəhanələr gətirdiyini deyib ünvanına nalayiq ifadə işlətmişdir. O, bundan əsəbləşərək sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyyəsinə yumruqla zərbə vurmuşdur. Zərərçəkmiş şəxs vurduqdan sonra peşman olduğu üçün yaxınlaşıb üzr istəməyə çalışsa da, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət edəcəyini deyib oradan getmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, halhazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar-fevral aylarında ona məxsus olan ünvan 3 ünvanında kirayədə yaşadığı müddətdən tanıyır. Təqsirləndirilən şəxs həmin vaxtdan sonra bir neçə dəfə görmüşdür. 2023-cü ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında görüşdükləri zaman Təqsirləndirilən şəxs ondan 100 manat borc pul istəmişdir. O da həmin vaxt 100 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin maddi imkanının yaxşı olmadığını bildirərəl buna görə də pulu qısa zaman ərzində geri qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs təxminən 1 həftə sonra pulu qaytaracağını demişdir. Təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək maddi imkanı olmadığını, buna görə də hazırda pulu qaytara bilməyəcəyini bildirmiş, bir qədər gözləməyini xahiş etmişdir. Həmin vaxtdan sonra da o Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etsə də, Təqsirləndirilən şəxs telefonlara cavab verməmiş, gah da müxtəlif bəhanələr gətimişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində piyada şəkildə yaşadığı ünvana qayıdarkən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı rayonu İcra Hakimiyyətinin inzibati binasının arxa tərəfində Təqsirləndirilən şəxs görmüşdür. Onunla salamlaşmış, söhbət etmişlər Söhbət zamanı o, Təqsirləndirilən şəxs ona borclu olduğu 100 manat pulu tələb etmişdir. Təqsirləndirilən şəxs hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman borcunu ödəyəcəyini demişdir. O Təqsirləndirilən şəxs pulunu tələb etmiş və bəhanələr gətirdiyı üçün ünvanına nalayiq ifadə işlətmişdir. Təqsirləndirilən şəxs da bu zaman sağ əli ilə onun sol göz nahıyyəsinə yumruqla zərbə vurmuşdur. Zərbə ilə vurduqdan sonra yaxınlaşıb üzr istəməyə çalışmışdır. O Təqsirləndirilən şəxs səhv etdiyini bildirmişdir. Onun barəsində polisə şikayət edəcəyini deyib oradan yaşadığı ünvana gəlmişdir. O, təqsirləndirilən şəxslə barışıb və ondan heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1993 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının bayır bucağına yayılmış qansızası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir-iki gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya qərarının 3.2-ci bəndi ilə cəzadan azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 150.2.1, 150.2.3, 150.2.5, 145.2.3, 145.2.4, 66.3, 68.1.3, 67.1, maddələri ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2017-ci ildə cəzasını çəkib qurtarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü ildə 02 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023cü ildə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 4907 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 2022-ci il tarixdən “eyni zamanda iki və daha artıq narkotik maddələrin istifadəsindən yaranan asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 2160 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Məhkəmə iş üzrə ifadələri dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini bildirərək, sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-188/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-188/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver