Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-188/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Ararat rayonu, Xalisə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 111, mənzil 46 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Tərtər rayonu Hacıqərvənd kənd sakini Zərərçəkmiş şəxs1 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsilə onu Tərtər rayon mərkəzi xəstəxanasının TTYŞ-də sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 28 noyabr 2022-ci il tarixdə Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən ”Ozan market” mağazasında quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına göndərdiyi 7.000 (yeddi min) manat pulu nağdlaşdıraraq, həmin məbləğdə pul vəsaitini ələ keçirməklə, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, onun övladı Şahid1 Süleyman qızını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə mütəxəssis vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 10 avqust 2023cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində 4A saylı binanın qarşısında 10.000 (on min) manat pul alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dövlət ittihamçısının səsləndirdiyi itthamda qeyd edilənləri etiraf edir. Tamah məqsədilə aldadıb pul almışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs1 bir nəfər şəxsin vasitəsi ilə tanımış, onun üzünü görməmiş, telefonla danışmışdır. Zərərçəkmiş şəxslə işə düzəltməklə bağlı onunla tanış etmişlər. Onları tanış edən adama da işə düzəltmək məsələsi ilə bağlı yalan danışmışdır. Elşən ona Tərtər rayonunda X15da işə düzəlmək istədiyini bildirmiş, o da həll edəcəyini demişdir. Daha sonra 7 min manat pul onun kartına göndərmişdir. Zərərçəkən şəxsə 2 ay ərzində məsələsinin həll olunacağını bildirmişdir. Pulu almaqda niyyəti zərərçəkən şəxsi aldatmaq olmuşdur. Zərərçəkmiş şəxs2 tanımamış, Firudin adlı şəxs vasitəsi ilə tanımışdır. Qızını sosial müdafiə fondunda işə düzəltmək adı ilə onu aldatmış və 10 min manat miqdarında pul almışdır. Pulu almaqda məqsədi aldatmaq olmuşdur. 10 min manat pulun müqabilində zərərçəkən şəxsin qızını işə düzəltmək sözü vermişdir. Zərərçəkən şəxslə üzbəüz danışmış, öz maşınında pulu almışdır. Bu hadisə keçən il yay aylarında olmuşdur. Hazırda dəymiş ziyanı ödəmişdir. Qeyd edilən pulları zərərçəkmiş şəxslərdən ehtiyacları üçün almışdır. Törətdiyi əməldən peşmandır Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, əvvəllər Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2013-cü ildə Azərbaycana qayıdıb 2017-ci ilədək Sədərək ticarət mərkəzində tikinti materiallarının satışı ilə, sonralar isə Tərtər rayonu ərazisində əkinçiliklə məşğul olmuşdur. Tərtər rayonu Hacıqərvənd kənd sakini Şahid3 ötən müddətdə tanımış, normal münasibətlərdə olmuşlar. Şahid3 ilə söhbət edərkən ona Respublikanın müəyyən Nazirliklərində səlahiyyətli tanışlarının olduğunu, onların vasitəsi ilə istənilən adamı işə düzəldə biləcəyini bildirmiş, 2022-ci ilin noyabr ayında isə Şahid3 zəng vuraraq, qohumu Zərərçəkmiş şəxs1 Tərtər rayon mərkəzi xəstəxanasının X15 şöbəsinə sürücü kimi işə düzəlmək istədiyini bildirmiş və onlara bu işdə köməklik göstərməsini xahiş etmiş, bunun üçün nə qədər pul lazım olacağını soruşmuşdur. Zərərçəkmiş şəxs1 Tərtər rayon mərkəzi xəstəxanasının X15 şöbəsinə sürücü kimi işə düzəldə biləcək tanışı olmasa da, o, sonuncuda inam yaratmaq məqsədi ilə "bir neçə günə ona cavab verə biləcəyini” bildirmişdir. İki-üç gün sonra Şahid3 zəng vuraraq qohumu Zərərçəkmiş şəxs1 işə düzəldilməsi üçün 7.000 manat pul lazım olacağını dedikdə, onlar bu təkliflə razılaşıb, bir neçə gün sonra onun kart hesabına əvvəlcə 5.000 manat və dərhal bunun ardıca isə 2.000 manat olmaqla, cəmi 7.000 manat pul vəsaitini göndərmişlər. O, pulu aldıqdan sonra Şahid3 Elşənin işinin növbəti ilin yanvar ayına kimi həll olunacağını bildirmiş, əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Lakin deyilən tarixlərdə Zərərçəkmiş şəxs1 işinin düzəlmədiyini görüb aldadıldığını başa düşərək Şahid3mn vasitəsi ilə verdiyi 7.000 manatı geri tələb etməyə başlamış, bu səbəbdən Elşənə vurmuş olduğu maddi ziyanın əvvəlcə bir hissəsini, sonradan isə hissə-hissə olmaqla, qalanını tam olaraq ödəmişdir. Bundan başqa 2023-cü ilin iyun ayının sonlarında dostu Şahid2 zəng vurub tanışı Zərərçəkmiş şəxs2 qız övladı Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsində işə düzəltmək istədiyini bildirmiş və ondan öz əlaqələrindən istifadə edərək, Şəbana bu işdə kömək etməsini xahiş etmişdir. Həmin ərəfədə yeni dünyaya gəlmiş körpə övladının əməliyyat olunması üçün pula ehtiyacı olduğundan, Firudinə Şəbanın qızının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinə mütəxəssis vəzifəsinə təyin etdirə biləcəyi barədə yalan vəd verib inandıraraq, bu adla Zərərçəkmiş şəxs2 ələ keçirəcəyi pulu öz ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Bu məqsədlə Şahid2 Zərərçəkmiş şəxs2 qızı Şahid1 10.000 manat pul müqabilində istədikləri vəzifəyə təyin etdirə biləcəyini bildirmiş, bir neçə gün sonra Şahid2 təkrar zəng vuraraq Zərərçəkmiş şəxs2 bu təklifi qəbul etdiyini deyib, sonuncunun onunla görüşmək istədiyini bildirmişdir. Onlar Bakı şəhərində, 65 saylı marşrut avtobusun dayanacağında görüşmüşlər və o, Zərərçəkmiş şəxs2 Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən yaxın adamının olduğunu, həmin adam vasitəsi ilə qızı Şahid1 işə düzəldəcəyini deyərək, Şəbanı söylədiyi yalanlara inandırmaq üçün həmin tanışının Ayişə ilə görüşüb özü sorğu-sual edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 bu təklifi qəbul etdikdən sonra o, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinə işləmiş dostu Şahid4 zəng vuraraq, Şəban adlı yaxın dostunun qızı Şahid1 Bakı Dövlət Universitetinin məzunu olduğunu və dövlət qulluğuna imtahan verib yüksək balla imtahandan keçdiyini, Şəbanın həmin övladını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsində mütəxəssis vəzifəsinə işə təyin olunmasını istədiyini deyib, keçmiş əlaqələrindən istifadə edərək, Ayişənin həmin vəzifəyə təyin olunmasına köməklik göstərməsini xahiş etmişdir. Şahid4 ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda işləməsə də, həmin Nazirlikdə işləyən dost-tanışları ilə əlaqə saxlayıb əlindən gələn köməyi göstərəcəyinə söz verib, Şahid1 ilə görüşərək, onun savad səviyyəsini öyrənmək istədiyini bildirdikdə, o, Şahid1 ilə mütləq görüş təşkil edəcəyini deyib, Raufdan görüş zamanı Ayişəyə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan işdən çıxarılması barədə heç bir söz deməməyi, hal-hazıra kimi həmin Nazirliyin əməkdaşı olduğunu söyləməyi xahiş etmişdir. Bir neçə gün ərzində Zərərçəkmiş şəxs2 qızı Şahid1 adına tələb olunan sənədləri hazırladıqdan sonra Şahid4lə telefon əlaqəsi saxlayaraq, Ayişə ilə harada görüşmək istədiyini soruşmuş, sonuncu Şahid1 şifahi qaydada sorğu-sual edib savad səviyyəsinin normal olduğuna əmin olarsa, sənədlərini götürüb ona kömək etmək məqsədilə müəyyən şəxslərlə əlaqə saxlamaq üçün Ayişə ilə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun qarşısında görüşmək istədiyini bildirmişdir. O, Şahid4lə arasında olan söhbəti Zərərçəkmiş şəxs2 birdirərək, Raufun Ayişə ilə görüşüb onun savad səviyyəsini öyrənmək məqsədilə sorğu-sual etmək istədiyini izah etmiş və ertəsi gün Ayişəni Şahid4lə görüşə göndərməyi tapşırmışdır. 10 avqust 2023-cü il tarixdə günorta saatlarında Şahid4 zəng vuraraq. Şahid1 ilə görüşüb onu sorğusual etdiyini, Ayişənin savadından razı qaldığını, buna görə sənədlərini götürdüyünü bildirərək, 15 iş günü müddətində müəyyən şəxslərlə əlaqə saxlayıb, onu Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinə mütəxəssis vəzifəsinə işə götürülməsini həll etməyə çalışacağına söz vermişdir. Həmin gün günortadan sonra Şahid2 zəng vurub, Zərərçəkmiş şəxs2 bu məsələnin həllinin gecikməməsi üçün onunla görüşüb 10.000 manat pulu ona vermək istədiyini bildirmiş, onlar Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində görüşmək barədə razılığa gəlmişlər. O da taksi kimi fəaliyyət göstərən dostu Həsrət Osmanovun xahiş edib, sonuncunun idarə etdiyi “DAEWOO Centra” markalı avtomobildə Sumqayıt şəhərinə yollanmış və Zərərçəkmiş şəxs2la razılaşdıqları ünvanda görüşmüşlər. Həmin vaxt Şahid2 də görüşdə iştirak etmişdir. O, təkrarən yalan danışaraq, Zərərçəkmiş şəxs2 qızı Ayişənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsində mütəxəssis vəzifəsinə təyin olunacağı bildirib, 15 iş günü müddətində həll olunacağını vəd etdikdən sonra, Zərərçəkmiş şəxs2 10.000 manat pulu sayıb ona vermişdir. Bir neçə gün sonra Şahid4 onunla telefon əlaqəsi saxlayıb, Şahid1 Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinə mütəxəssis kimi işə götürülməsinə çalışdığını, lakin bunun mümkün olmadığını bildirsə də, o, bu barədə nə Şahid2, nə də Zərərçəkmiş şəxs2 məlumat verməmiş, sonuncunun qızı Ayişənin işə düzəlməsi üçün heç bir hərəkət etməmiş, Zərərçəkmiş şəxs2 aldığı 10.000 manat puldan heç kimə verməmiş, həmin məbləği şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Firudin adlı şəxs onun qonşusudur. Bir gün Firudin ondan qızını işə düzəldib-düzəltmədiyini soruşmuş və tanışlarının olduğunu, onların vasitəsi ilə işə düzəldəcəyini bildirmişdir. Daha sonra Firudin tanışlarının onu görmək istədiyini bildirmişdir. O, həmin şəxslərlə görüşmüş və ondan 10 min manat pul istəmişlər. Ona qızını DSMF-yə düzəldə biləcəklərini bildirmişlər. Onlarla birlikdə DSMF-nin baş idarəsinə getmişlər. Orada Məcid içəri girib sonra qızını çağırmış və girişdə Fuad adlı şəxs qızını qarşılayaraq sənədlərinə baxmşdır. Həmin şəxs qızına atana de Məcidi görsün, 15 gün ərzində bu iş həll olunacaq demişdir. Əgər pul verməsəz məsələnin alınmayacağı bildirilmişdir. Daha sonra maşında pulu sayaraq Məcidə əlbəəl vermişdir. Bu hadisə 10 avqust 2023-cü ildə olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmiş, barışmış və heçbir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 8i- 5086 nömrə ilə reyestrə qeydə alınmış notarial qaydada qeydə alınmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin noyabr ayında Tərtər rayonu, Hacıqərvənd kəndində yaşayan qohumu Şahid3 evinə qonaq gedərkən, Tərtər rayon mərkəzi xəstəxanasının X15 şöbəsinə sürücü kimi işə düzəlmək istədiyini bildirmiş, Şahid3 onu bu işə düzəldə biləcək tanışının olduğunu deyərək, həmin tanışı Təqsirləndirilən şəxs zəng vurub onu TTYŞ-nə sürücü kimi işə düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs zəng vurub, onu TTYŞ-nə sürücü kimi işə düzəltməsi müqabilində 7.000 manat pul istəmiş, o, Təqsirləndirilən şəxs bu təklifinə razılığını verib, sonuncunun Şahid3 mobil telefonuna “WhatsApp’' ani mesajlaşma şəbəkəsi vasitəsilə göndərdiyi kart hesabına 28 noyabr 2022-ci il tarixdə Tərtər şəhərində, köhnə avtovağzal ərazisində yerləşən “Ozan markef'də quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə əvvəlcə 5.000 manat və bunun ardınca 2.000 manat pul göndərmiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etmədikdə, sonuncudan verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs də 2023-cü ilin mart ayında Şahid3 kart hesabına 1.000 manat, 2024-cü ilin yanvar ayında 500 manat, 10 mart 2024-cü il tarixdə isə 1.000 manat pul göndərmiş, qalan 4.500 manatı isə müxtəlif bəhanələr gətirərək verməsə də, sonradan həmin məbləği hissə-hissə olmaqla tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atasının Firudin adlı tanışı Məcid adlı bir şəxsin onu DSMF-yə işə düzəltmək imkanının olduğunu bildirmişdir. Atası da həmin təkliflə razılaşmışdır. Onlardan bu məsələyə görə 15 min pul istənilmiş, həmin məbləğdən 10 min manat puı vermişlər. Sonradan həmin şəxslər onları Bakı şəhərinə dəvət etmişlər və nazirlikdə onu sorğu-sual edəcəklərini bildirmişlər. O, atası və Firudin adlı şəxslə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişlər. Məcid onu həmin nazirliyin foyesinə aparmış və orada Rafael adlı şəxslə tanış etmişdir. Həmin şəxs ondan bir neçə məsələ barəsində sorğu sual etmişdir. Daha sonra o, atasının yanına getmişdir. Daha sonra onlar təkidlə pulu indi verməklərini istəmişlər. Atası isə 10 min manat pulu həmin şəxsə vermişdir. Atası evdən götürdüyü pulu onun yanında sözügedən şəxsə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxslə tanışdırlar. Zərərçəkən şəxslə Məcidin əlaqəsini yaratmışdır. Şəbanın övladını işə düzəltmək məqsədilə Məcidlə Bakı şəhərində tanış olmuşdur. Sumqayıtda zərərçəkən şəxs ilə görüşmüşlər və 10 min manat pul qızını işə düzəltmək üçün verilmişdir. Həmin məbləğdə puldan ona heç nə verilməmişdir. Məcid bu işi başqa bir tanışının vasitəsi ilə həll etməliydi. Onda olan məlumata görə həmin iş alınmayıb. Məcidin kiminsə işə düzəltməsinin şahidi olmamış, lakin Məcidin məsələni həll edəcəyinə inanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə Şahid4 elan edilmiş ifadəsindən görünür ki, 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Nərimanov və Binəqədi şöbələrində nəzarətçi-mühasib, 2000-2002-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya axtarış şöbəsində nəzarətçi-mühasib vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxslə münasibətləri 2003-cü ildən yaranmış, 2016-cı ildə Rusiya Federasiyasının SanktPeterburq şəhərində olarkən, Təqsirləndirilən şəxs ona xeyli köməyi dəydiyi üçün aralarında yaxın dostluq münasibətləri yaranmış və həmin vaxtdan həmişə özünü Təqsirləndirilən şəxs borclu hesab etmişdir. Təxminən 2023-cü ilin iyul ayında Bakı şəhərində, "Cıdır Düzü” restoranının yaxınlığında yerləşən çayxanada Təqsirləndirilən şəxslə görüşüb söhbət edərkən, sonuncu ona Şəban adlı yaxın dostunun qızını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı və ya Sumqayıt şöbələrindən birinə işə düzəlməsinə köməklik göstərməsini xahiş etmiş, o, halhazırda həmin strukturda işləmədiyini, əvvəlki əlaqələrinin qalmadığını bildirsə də, Təqsirləndirilən şəxs israrla həmin qızın işə düzəldilməsi üçün yol tapmağı xahiş etdikdə, onun yaxşılıqlarının qarşılığı olaraq öz əlaqələri vasitəsi ilə Şəbanın qızma çalışıb köməklik edəcəyini bildirmiş və Şəbanın qızının savad səviyyəsini yoxlamaq lazım gələcəyini izah etmiş, Təqsirləndirilən şəxs mütləq Şəbanın qızı Ayişə ilə görüş təşkil edəcəyini deyib, görüş zamanı Ayişəyə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan işdən çıxarılması barədə heç bir söz deməməyi xahiş etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs zəng vurub, dostunun qızı Ayişə ilə harada görüşmək istədiyini soruşduqda o, Ayişəni şifahi qaydada sorğu-sual edib savad səviyyəsinin normal olduğuna əmin olarsa, sənədlərini götürüb müəyyən şəxslərlə əlaqə saxlamaq üçün sonuncu ilə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun qarşısında görüşmək istədiyini bildirmişdir. 10 avqust 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs dostunun qızı kimi təqdim etdiyi Şahid1 ilə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun qarşısında görüşüb onu sorğusual etdikdən sonra savadından razı qaldığı üçün sonuncuya on beş iş günü müddətində müəyyən şəxslərlə əlaqə saxlayıb, onu Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinə mütəxəssis vəzifəsinə işə götürülməsinə çalışacağına söz vermiş, həmçinin Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq xahişini yerinə yetirmək üçün əlindən gələni etməyə çalışacağını ona bildirmişdir. Bundan sonra Bəbir adlı tanışına zəng vurub Şahid1 barədə məlumat verdikdə, sonuncu ona hal-hazırda işə qəbul olunmanın yalnız dövlət qulluğuna imtahan və daha sonra müsabiqə yolu ilə həyata keçirildiyini, başqa yollarla işə qəbul olunmanın qeyri-mümkün olduğunu bildirmişdir. O, Məcidə zəng vuraraq, bununla əlaqədar məlumatlandırmış və Şahid1 hər hansı şəkildə köməklik göstərmənin mümkün olmayacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs işinin alınmaması barədə dostu Şəbana və qızı Şahid1 özü məlumat verəcəyini bildirmişdir. Təxminən 1 ay sonra Şahid2 və Məcidin dostu adlandırdığı Zərərçəkmiş şəxs2 zəng vurub işin nə yerdə olduğunu soruşduqda, o, söhbət əsnasında Təqsirləndirilən şəxs bu işə görə Zərərçəkmiş şəxs2 10.000 manat məbləğində pul aldığını öyrənmiş və Məcidə zəng vuraraq nəyə görə alınmayan iş üçün Zərərçəkmiş şəxs2 pul aldığını soruşduqda, Təqsirləndirilən şəxs uşağının xəstə olduğunu və müalicəsi üçün başqa çarəsinin qalmadığına görə bu yola əl atıb, aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pul aldığını və tezliklə vəziyyətdən çıxmaq üçün sonuncunun pullarını qaytaracağını bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs2la Şahid1 ona zəng edib, verdikləri 10.000 manat pulu geri qaytarmağı ondan tələb etdikdə o. bu işlə heç bir əlaqəsinin olmadığını deyib, verdikləri pulu Təqsirləndirilən şəxs tələb etmələrini məsləhət görmüşdür. 2024-cü ilin aprel ayında o, izahatının alınması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunarkən, Təqsirləndirilən şəxs aldığı məbləği hal-hazıra kimi sahibinə qaytarmadığını öyrənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Borsunlu kənd tam orta məktəbində kitabxana müdiri işləyir. Tərtər rayon Hacıqərvənd kənd sakini Zərərçəkmiş şəxs1 oglu onun qohumudur və münasibətləri normaldır. Mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 valideyinləri ilə birlikdə onlarda olan zaman ona Tərtər rayon Mərkəzi Xəstəxanasında TTYŞ-də sürücü kimi işə düzəlmək istədiyini bildirdi. O, həmin vaxt Zərərçəkmiş şəxs1 tanışı olduğunu və ona köməklik edə biləcəyini bidirdi. Bundan sonra o, əvvəllər tanıdığı Bakı şəhər sakini Təqsirləndirilən şəxs zəng edib onunla əlaqə saxladı və o işin müqabilində ondan 7000 manat pul isdədi. Qeyd etmək istəyir ki, 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ondan 2500 manat pul alaraq onun halhazırda işlədiyi işlə təmin edibdir. 2022-ci ilin noyabr ayında o, Zərərçəkmiş şəxs1 ilə görüşüb və həmin günə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına Tərtər şəhər H.Əliyev prospektində yerləşən “Ozan" marketin daxilində olan bankomat vasitəsi ilə ilk öncə Zərərçəkmiş şəxs1 5000 manat və dərhalda 2000 manat pul göndərdilər. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1 işlə təmin edəcəyinə söz versə də vədinə əməl etmədi. Bundan sonra o, onunla mütamadi əlaqə saxlasa da Təqsirləndirilən şəxs ona göndərdikləri 7000 manat puldan 2023-cü ilin mart ayında 1000 manat, 2024-cü ilin yanvar ayında 250 manat və bir həftə sonra 250 manat pul göndərdi. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs yerdə qalan pulu almaq məqsədi ilə Bakı şəhərinə getdi və orada onunla görüşüb 1000 manat pul aldı. Yerdə qalan 4500 manat pulu bir həftə ərzində bağlayacağını söz versə də hal-hazırda vədinə əməl etməyərək onları aldadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək istintaqı davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix, saat 15:00-da saxlanılıraq Sumqayıt ŞPİ-nin 1ci PB-ə gətirilmişdir. 01 oktyabr 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərar ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix, saat 20:00-da saxlanılıraq Sumqayıt ŞPİ-nin 1ci PB-ə gətirilmişdir. 21 aprel 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərar ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş 4500 manat maddi ziyandan X10 tərəfindən 1500 manat ödənilmişdir. - xx.xx.2024-cü il tarixli maddi ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyandan 1000 manat məbləği X9 tərəfindən istintaqa təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyandan 1000 manat pul müstəntiq Nahid Muradzadə tərəfindən X4 verilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 06 il 07 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi, lakin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin edilmiş cəzanın 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edildiyi və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, Gəncə şəhər BPİ-də Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddələrinə əsasən xitam verildiyi, Yevlax rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73-1-ci və Azərbaycan Respublikası CPM-nin 40.2, 40.3, 41.2-ci maddələrinə əsasən bəraətverici əsas olmadan xitam verildiyi müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar iş materiallarına əlavə edilmişdir. - xx.xx.2017-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-1152/2017 saylı hökmü iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş 7000 manat maddi ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını qeyd etmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilməsi barədə tərtib olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlər, eləcə də maddi ziyanın tam ödənilməsi haqqında ərizə iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. - xx.xx.2025, xx.xx.2025-ci il tarixli teleqramlardan görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxslə barışdığını ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli 8i-5086 nömrə ilə reyestrə qeydə alınmış notarial qaydada qeydə alınmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Bütün bunları ümumiləşdirərək məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, onun əməlində CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibinin olması həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin ifadələri, həm də şahid ifadələri ilə təsdiq olunduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Bakı şəhərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilməsi barədə tərtib olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlər, eləcə də maddi ziyanın tam ödənilməsi haqqında ərizə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 975/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 2216 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə 11 manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat, ümumilikdə 160 (bir yüz altmış) (72+88) manat Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 fərdi ev ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilməsi barədə tərtib olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlər, eləcə də maddi ziyanın tam ödənilməsi haqqında ərizə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat (xx.xx.2025-ci il tarixədək 12 saat, xx.xx.2025-ci il tarixədək 08 saat) hüquqi yardıma görə 160 (bir yüz altmış) manat (12x6+8x11) Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-188/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-188/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver