Məhkəmə qərarları › İş №1(060)-189/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-189/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-189/2022 10.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sadiq oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, ali təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 01.06.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş cərimə cəzasının ödənilməmiş 1700 manat hissəsi qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri növündə cəza ilə əvəz edilmiş, “08 noyabr-Zəfər günü münasibətilə amnistiya aktının qəbul edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 92A, mənzil 16-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18.09.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 Sadiq oğluna məxsus, onun Sumqayıt şəhəri, 5-ci məhəllə, 11/18 saylı binanın həyətində saxladığı VAZ-21011 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsini açaraq oradan bir ədədi 30 (otuz) manat olmaqla ümumilikdə 120 (yüz iyirmi) manat dəyərində 4 ədəd Çin istehsallı, “Pioneer” markalı, “TS-A6995R” modelli, 600W səsgücləndiricilərini, 1 ədəd 70 (yetmiş) manat dəyərində Tailand istehsallı, “Pioneer” markalı, “DEH-1600UB” modelli maqnitolanı, 01 ədəd 4(dörd) manat dəyərində “HP” markalı 4 gb-lıq fləşkartı gizli talayıb Zərərçəkmiş şəxs1 ümumlikdə 194 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 18.09.2021-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanın pəncərəsini açaraq həmin evə qanunsuz daxil olmaqla oradan 01 ədəd 130 (yüz otuz) manat dəyərində üzərində (055)610-28-83 saylı GSM nömrə ilə birlikdə “Redmi 8” markalı mobil telefonu, 01 ədəd 110 (yüz on) manat dəyərində üzərində (055) ***-**-** saylı GSM nömrə ilə birlikdə “Samsung A-01” markalı mobil telefonu, 1 ədəd 850 (səkkiz yüz əlli) manat dəyərində “Lenovo” markalı planşeti və cərəyan ötürücüsünü, bir qutusu 2,40 manat olmaqla 4,80 manat dəyərində iki qutu “Senate” markalı siqareti və 30 manat dəyərində sadə bijuteriyaları gizli talayıb Zərərçəkmiş şəxs2 ümumlikdə 1124,8 (bir min yüz iyirmi dörd manat səksən qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21.09.2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs3 məxsus, onun Sumqayıt şəhəri, 19-cu məhəllə, H.Əliyev prospektində yerləşən “Ziraat” bankın yaxınlığında saxladığı VAZ-2107 markalı avtomobilin pəncərəsini açaraq oradan 270 (iki yüz yetmiş) manat nəğd pulu gizli talayıb oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 22.09.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus, onun Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən 5/8 saylı binanın həyətində saxladığı “Mercedes” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq oradan 01 ədəd 50 (əlli) manat dəyərində gümüş üzüyü, 01 ədəd 100 (yüz) manat dəyərində gümüş sepi, 50 (əlli) manat nagd pulu, 01 ədəd 50 (əlli) manat dəyərində gün eynəyini, 02 ədəd 20 (iyirmi) manat dəyərində avtomobilə məxsus “Mercedes” işarəsini, 02 ədəd 100 (yüz) manat dəyərində ətirləri, 01 ədəd 30 (otuz) manat dəyərində avtomobil təkərlərinin havasını doldurmaq üçün nəzərdə tutulmuş elektron nasosu gizli talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 400 ( dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 22.09.2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus, onun Sumqayıt şəhəri, 1-ci məhəllə, 5/23 saylı binanın qarşısında saxladığı “Honda CRV” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsini açaraq oradan 01 ədəd 15 (on beş) manat dəyərində “Samsung” markalı 32 gb-lıq fləşkartı, 01 ədəd 10 (on) manat dəyərində üzərində “Gucci GG 1013/S” yazısı olan kişi gün eynəyini, 01 ədəd 35 (otuz beş) manat dəyərində üzərində “Full HD 1080” yazısı olan videoregistratoru, 01 ədəd 8 (səkkiz) manat dəyərində arxa görüntü güzgüsünü, 01 ədəd 2 (iki) manat dəyərində içərisində 27x33 sm ölçüdə, çap üsulu ilə hazırlanmış quran olan asılqanı (breloku), 60 (altmış) manat nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs5 ümumlikdə 130 (yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə özünü təqsirli bilərək göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə təxminən saat 03 radələrində yaşadığı evdən çıxıb piyada 5-ci məhəllə ərazisində yerləşən marketlərin birinə siqaret almaq üçün getmiş, siqaret alıb binaların arası ilə geri qayıdanda 5ci məhəllə ərazisində yerləşən binanın həyətində dayanmış sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 Sadiq oğluna məxsus VAZ-21011 markalı, qırmızı rəngli avtomobilin sol ön şüşəsinin təxminən yarıya kimi açıq olduğunu görmüş, həmin vaxt pulu olmadığından o həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş, ona görə də avtomobilə yaxınlaşıb onun qapısını açmış və avtomobilin içərisini axtarmağa başlamış, avtomobildən pul tapa bilməyib arxa şüşəsinin yanındakı panelin üzərində olan 4 ədəd “Pioner” markalı səsgücləndiriciləri və bir ədəd “Pioner” markalı maqnitafonu söküb oğurlamış, həmin oğurladığı əşyaları avtomobilin içərisindən götürdüyü sellofan torbaya qoymuş və oradan uzaqlaşan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus mənzilin otaqlarının bəzilərinin işıqlarının yandığını, bəzilərinin isə sönmüş vəziyyətdə olduğunu görmüş və həmin mənzildə adam olmadığını düşünüb oradan da oğurluq etmək qərarına gəlmişdir. Baxanda görmüşdür ki, həmin mənzilin pəncərələrinin birində dəmir barmaqlıqlar var və barmaqlığın üzərində olan qıfıl açıq vəziyyətdədir. O, oğurlamış olduğu maqnitafon və dinamikləri aparıb yaşadığı evin yaxınlığındakı parkda ağacların arasında gizlətmiş, sonra isə təxminən saat 05 radələrində yenidən oğurluq etmək istədiyi həmin mənzilin yanına getmiş, həmin mənzilin yanına gələndən sonra barmaqlıqların üzərindəki qıfılı açıb pəncərənin yuxarı hissəsindəki açıq vəziyyətdə olan nəfəslikdən əlini içəri salıb pəncərəni açmış, sonra isə həmin pəncərədən mənzilə daxil olmuş, mənzilə daxil olduğu yer mənzilin mətbəxi olmuş, o mənzilə daxil olduqdan sonra mətbəxdən sol tərəfdə yerləşən otağa daxil olmuş və orada olan masanın üzərində 1 ədəd “Redmi” markalı mobil telefonun, 1 ədəd “Samsung” markalı mobil telefonun və 1 ədəd “Leniva” markalı planşetin olduğunu görüb həmin telefonları və planşeti götürüb mənzilə girmiş olduğu pəncərədən çıxaraq oradan uzaqlaşmışdır. Oğurlamış olduğu telefonları və planşeti söndürüb özü ilə birlikdə yaşadığı evə gətirib öz otağında gizlətmişdir. 18.09.2021-ci il tarixdə təxminən saat 12 radələrində qonşuluğunda yaşayan Elsevən adlı şəxslə küçədə rastlaşmış və onunla söhbət zamanı ona bildirmişdir ki, onda 4 ədəd özünə məxsus dinamik və 1 ədəd avtomobil maqnitafonu vardır, pula ehtiyacı olduğundan həmin dinamikləri və maqnitafonu 65 manata satdığını bildirmişdir. Elsevən də onunla razılaşıb ona 65 manat pul vermiş, o da oğurlamış olduğu dinamikləri və maqnitafonu Elsevənə satmışdır. Bundan sonra o evə gedib gizlətmiş olduğu Samsung markalı mobil telefonu götürüb Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən telefon alqı-satqısı ilə məşğul olan mağazada tanımadığı şəxsə 65 manata satmış, həmin mağazaya telefonu satan zaman onlara telefonun özünə məxsus olduğunu bildirmişdir. Telefonu ondan alan şəxs isə sənədinin surətini istəyəndə o ona hərbi biletinin surətini vermiş, hərbi biletin surətini verdikdən sonra onun üzərinə ***-***-**-** saylı mobil telefon nömrəsini və satmış olduğu telefonun İMEİ kodunu qeyd etmiş, 19.09.2021-ci il tarixdə təxminən saat 19 radələrində təsadüfən tanışı Qarabala adı ilə tanıdığı şəxslə 1-ci məhəllə ərazisində rastlaşmış, onlar söhbət edən zaman Qarabala ona demişdir ki, uşağı üçün planşet almaq istəyir. O isə ona demişdir ki, onda özünə məxsus bir ədəd planşet və bir ədəd mobil telefon var və pula ehtiyacı olduğundan həmin telefonla planşeti satmaq istəyir, əgər istəsə ona sata bilər. Qarabala isə ona bildirmişdir ki, planşetlə telefonu ona gətirsin və baxandan sonra alıbalmayacağına qərar verəcək. O da evə gedib oğurlamış olduğu “Lenova” markalı planşeti və “Redmi” markalı mobil telefonu gətirib Qarabalaya vermiş, o onunla 100 manata razılaşmış, lakin sonradan ondan xəbər çıxmamış, o hələ də pulu ondan ala bilməmişdir. Bundan başqa, 21.09.2021-ci il tarixdə, təxminən saat 19 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllədə H.Əliyev prospekti ilə piyada gedərkən “Ziraat” bankın yaxınlığından keçən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus VAZ-2107 markalı avtomobilin həmin bankın yaxınlığında dayandığını və ön sağ şüşəsinin tamamilə açıq olduğunu görmüş, həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş və avtomobilə yaxınlaşıb qapısını açaraq avtomobilə daxil olmuş və içərisini axtarmağa başlamışdır. Avtomobilin içərisini axtaran zaman günlüyün arasında kağız bükülü görmüş və həmin bükülünü açanda arasında pul oluğunu görüb onu götürərək cibinə qoyub oradan uzaqlaşmışdır. Sonradan həmin kağızı açdıqda içərisində 270 manat nəğd pul, 1 ədəd Kapital bankın və 1 ədəd Beynəlxalq bankın plastik kartlarının olduğunu görmüşdür. O pulu şəxsi ehtiyaclarına xərcləmiş, kartları isə pulqabında saxlamış, lakin həmin kartlardan pul çıxartmamışdır. Bundan başqa, 21.09.2021-ci il tarixdən 22.09.2021-ci il tarixə keçən gecə, təxminən saat 02 radələrində piyada Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində gəzdiyi zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 məxsus Mercedes markalı, qara rəngli avtomobilin yanından keçən zaman avtomobilin ön sol qapısının yarımçıq açılı vəziyyətdə olduğunu görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş, avtomobilin qapısının dəstəyindən tutub özünə tərəf çəkən zaman qapısının açıldığını görmüş və avtomobilə daxil olaraq oradan pul və ya qiymətli əşya axtarmağa başlamış, o avtomobilə baxdıqda avtomobilin qol altında olan saxlanc yerindən 1 ədəd gümüş üzük, 1 ədəd gümüş sep, 50 manat pul, “Kapital Bank”a məxsus maaş kartı, 1 ədəd gün eynəyi, 2 ədəd avtomobilə məxsus “Mercedes” işarəsi, 2 ədəd ətir və avtomobilin baqaj hissəsindən bir ədəd nasosu oğurlamış, o nağd pul və kartı özündə saxlamış, qalan əşyaları isə özündə saxlamağın mənasız olduğunu, lazım olmayacağını fikirləşib xatırlamadığı yerə tullamışdır. O pulu şəxsi ehtiyaclarına xərcləmiş, kartı isə özünə məxsus pul qabında gəzdirmiş, lakin həmin kartdan pul çıxarmamış, sonra da kartı təqdim etmişdir. Bundan başqa 22.09.2021-ci il tarixdə, təxminən saat 23 radələrində piyada Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində gəzdiyi zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 məxsus Honda markalı, ağ rəngli avtomobilin yanından keçən zaman avtomobilin sağ arxa şüşəsinin tamamilə açıq vəziyyətdə olduğunu görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş və həmin pəncərədən avtomobilə daxil olmuş, avtomobilin ön oturacaqlarının arasında yerləşən saxlanc yerinə baxanda orada bir ədəd videoregistrator olduğunu görüb onu götürmüş, bundan başqa avtomobilin alın şüşəsinin yanında olan eynək qabından bir ədəd eynəyi və maqnitafonun üzərində olan bir ədəd fleşkartı, bir ədəd arxa görüntü güzgüsünü, bir ədəd balaca quran olan qabı götürmüşdür. O həmin əşyaları aparıb yaşadığı evdə öz otağında gizlətmiş, 24.09.2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman polis əməkdaşları onlara gələrək onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər, o da onlara etiraz etməyib onlarla birlikdə 4-cü polis bölməsinə getmiş və orada izahat verən zaman etmiş olduğu oğurluqların hamısını etiraf etmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində “Honda CRV” markalı avtomobilindən əşyalardan başqa həmçinin 60 manat nağd pulunun da oğurlandığını, Zərərçəkmiş şəxs1 də avtomobilindən bir ədəd fləşkartın, Zərərçəkmiş şəxs2 da evdən əlavə olaraq bijuteriya və siqaret oğurlanması barədə göstərdikləri ilə bağlı bildirir ki, o, həmin avtomobildən 60 manat pul da oğurlayaraq öz şəxsi ehtiyaclarına xərcləmiş, ondan başqa Zərərçəkmiş şəxs1 avtomobilindən də bir ədəd fləşkart, Zərərçəkmiş şəxs2da evindən siqaret və bijuteriya da götürmüş, fləşkart və bijuteriyaları lazım olmadığını fikirləşdiyindən xatırlamadığı yerə tullamış, onun fikrindən çıxdığı üçün ifadəsində qeyd etməmişdir. Sözügedən oğurluqları edən zaman tək olmuş, onunla birlikdə heç kim olmamış, həmçinin həmin əşyaları oğurlayan zaman onu heç kim görməmiş, həmin oğurluqlardan başqa cinayət əməli törətməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın hamısını ödəmişdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Sadiq oğlu göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. Ona məxsus etibarnamə əsasında idarə etdiyi VAZ-21011 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 17 sentyabr 2021-ci il tarixdə, təxminən saat 21 radələrində o idarə etdiyi avtomobili yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 11/18 saylı binanın həyətində saxlamış, avtomobilini saxlayandan sonra qapılarını açarla, eləcə də şüşələrini bağlamış, avtomobilini saxlayıb yaşadığı evə getmiş, 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 07 radələrində yaşadığı evdən binanın həyətinə düşmüş və avtomobilinin qapısının açıq olduğunu görmüş, baxanda avtomobilin sağ ön qapısının şüşəsinin açıq olduğunu görüb başa düşmüşdür ki, kimsə avtomobilinin həmin şüşəsini açaraq avtomobildən oğurluq etmişdir. Avtomobilinin içərisinə diqqətlə baxanda ona məlum olmuşdur ki, avtomobildən ona məxsus 4 ədəd “Pioner” markalı səsgücləndirici, 1 ədəd “Pioner” markalı maqnitafon və maqnitafonun üzərində olan 1 ədəd 4 gb-lıq fleşkart oğurlanmış, səsgücləndiricilər avtomobilin salonunda, arxa şüşənin yanında, maqnitafon isə ön paneldə yerləşmiş, eləcə də orada eşitmişdir ki, qonşusu Ruslanın evindən də həmin axşam oğurluq edilmişdir. Ona görə də o avtomobilindən oğurluq edilməsi barədə polis əməkdaşlarına məlumat vermiş, sonradan Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində ona məlum olmuşdur ki, ona məxsus avtomobildən və qonşusu Ruslanın evindən Təqsirləndirilən şəxs oğurluq etmişdir. Avtomobilində olan 4 ədəd “Pioner” markalı səsgücləndiricini o təxminən 2020-ci ildə hər birini 85 manata olmaqla 340 manata, 1 ədəd “Pioner” markalı maqnitafonu 180 manata, 1 ədəd 4 gb-lıq fleşkartı isə 30 manata almış, oğurluq nəticəsində ona 550 manat məbləğində maddi ziyan dəymişdir. Ərizə yazanda və izahat verən zaman oğurlanmış əşyaların dəyərini dəqiq göstərməmiş, sonradan yadına düşmüşdür və dəqiqləşdirmişdir ki, onun avtomobilindən səsgücləndirici və maqnitafondan başqa fleşkart da oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Sadiq oğlu 26.01.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş zərərin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir tələbinin olmadığını və heç bir şikayətinin olmadığını göstərərək bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o ünvan 1-də ailəsiylə birlikdə yaşayır. Həmişə olduğu kimi 17.09.2021-ci il tarixdə axşam saatlarında işdən yaşadığı evə gəlmiş, sonra təxminən 23.radələrində yorğun olduğu üçün yatmağa getmiş, həmçinin də uşaqları da yatmağa getmişlər. 17.09.2021-ci il tarixdən 18.09.2021-ci il tarixə keçən gecə saat 05:20-də onlar yatdıqda birdən oğlu Qurban Məmmədovun qışqırıq səsini eşidib tez ayağa qalxaraq onun yatdığı otağa keçib nə baş verdiyini soruşduqda oğlu evdə kiminsə olduğunu, oğurluq etdiyini, sonra mətbəxdən gördükdə qaçıb getdiyini demişdir. O əvvəlcə oğlunu sakitləşdirmişdir ki, birdən yuxu görər. Lakin o həmin vaxtı uşağın otağına baxdıqda otaqda olan bir ədəd planşet və iki ədəd telefonun olmadığını görmüş, onlar evin digər otaqlarına da baxmışlar, lakin planşet və telefonları görməmişlər, mətbəxə baxdıqda mətbəxin ağ rəngli plastikdən olan pəncərəsinin açıq olduğunu və pəncərədə olan dəmir barmaqlığın da kilidinin sındırıldığını görmüş və dəqiq evdən oğurluq olduğunu anlamışdır. O daha sonra DİN-nin “102” xidmətinə məlumat vermiş, Sumqayıt şəhər Polis İdarəsinin 4cü PB-nin əməkdaşları evə gələrək baxış keçirmişlər. O sonradan evdən oğurluğu Təqsirləndirilən şəxs adlı şəxsin etdiyini, bölmənin əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Hadisə 17.09.2021-ci il tarixdən 18.09.2021-ci il tarixə keçən gecə saat 05:20 radələrində baş vermişdir, çünki o həmin vaxtı uşağın səsinə oyandıqda saata baxdıqda 05:20 idi. Oğurluq edən şəxs evin mətbəxinin dəmir barmaqlığının kilidini sındırıb, daha sonra yarı açıq olan plastik pəncərəni tam açaraq evə daxil olmuşdur. Oğurluq nəticəsində evin uşaq otağından 1 ədəd 2019-cu il tarixdə təxminən 850 manata aldığı “Lenovo” markalı planşet və cərəyan ötürücüsü, 1 ədəd 2020-ci ilin avqustunda 400 manata aldığı üzərində (055) ***-**-** mobil nömrəsi olan “Redmi 8” markalı mobil telefon və bir ədəd 2019-cu il tarixdə 350 manata aldığı üzərində (055) ***-**-** mobil nömrəsi olan “Samsung A-01” markalı mobil telefon, evin mətbəxindən 4.40 manat dəyərində 2 qutu dolu vəziyyətdə olan “Senate” markalı siqaret, uşaq otağından təxminən 30 manat dəyərində köhnə markasını xatırlamadığı sadə bijuteriyalar oğurlanmış, baş vermiş hadisə nəticəsində ona ümumi olaraq 1634,4 ( bir min altı yüz otuz dörd manat qırx qəpik) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 26.01.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş zərərin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir tələbinin olmadığını və heç bir şikayətinin olmadığını göstərərək bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. Ona məxsus baş etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 21.09.2021-ci il tarixdə saat 18.radələrində evdən çıxaraq saçını qırxdırmaq üçün “VAZ 2107” markalı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən “Ziraat” bankın qarşısına gəlib avtomobili bankın qarşısında saxlayaraq bərbərə getmiş, bərbərdən çıxaraq avtomobilə gəldikdə avtomobilin sağ yan şüşəsinin açıq olduğunu görüb yəqin pəncərəni açıq qoyduğunu fikirləşmiş, lakin avtomobilə mindikdə avtomobilin pəncərəsinin dağınıq olduğunu görmüşdür. O dərhal oğurluq olduğunu anlamış və avtomoblin sağ günlüyünün altına qoyduğu 270 manat pulunun, özünə məxsus “Kapital” banka məxsus təqaüd kartının, “Beynəlxalq” banka məxsus əlillik kartının olmadığını, oğurlandığını görüb dərhal DİN-nin “102” xidmətinə məlumat vermiş və həmin dəqiqə kartlarını bağlatdırmış, sonra 4-cü PB-nin əməkdaşları gələrək baxış keçirmişlər. Avtomobilindən 270 manat nağd pul və bir ədəd “Kapital” banka məxsus təqaüd kartı, “Beynəlxalq” banka məxsus əlillik kartı oğurlanmış və oğurluq nəticəsində ona 270 (iki yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Onun kartlarında pul olmamış və oradan hər hansı məbləğdə pul oğurlanmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 26.01.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş zərərin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir tələbinin olmadığını və heç bir şikayətinin olmadığını göstərərək bunların nəzərə alınmasını xahiş edir. İstintaq zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/8, mənzil 4-də ailəsi ilə birlikdə yaşayır. O özünə məxsus **-DG- *** dövlət qeydiyyat nişanlı “Mercedes C220” markalı avtomobili axşamlar adətən yaşadığı binanın qarşısında saxlayır. O 21.09.2021-ci il tarixdən 22.09.2021-ci il tarixə keçən gecə saat təxminən 01:30 radələrində avtomobili yaşadığı binanın qarşısında saxlayıb evinə getmiş, həmin günü yəni 22.09.2021-ci il tarixdə saat 07:30 radələrində övladını məktəbə aparmaq üçün avtomobilə yaxınlaşdıqda avtomobilin sağ ön qapısının açıq olduğunu, eləcə də örtüldüyünü görmüş, dərhal avtomobilə baxdıqda avtomobilin içərisinin dağınıq olduğunu görmüşdür. O dərhal avtomobilə baxdıqda avtomobilin qol altında olan saxlanc yerinə qoyduğu 1 ədəd 2021-ci ilin yanvar ayında 50 manata aldığı gümüş üzüyün, 1 ədəd 2020-ci ilin dekabr ayında 100 manata aldığı gümüş sepin, 50 manat pulun, onun istifadəsində olan və adına olan “Kapital Bank” a məxsus maaş kartının, 1 ədəd 2021-ci ilin may ayında 50 manata aldığı original olmayan, markasını xatırlamadığı gün eynəyinin, 2 ədəd 20 manata aldığı avtomobilə məxsus “Mercedes” işarəsinin, 2 ədəd markasını xatırlamadığı ümumilikdə ikisini 100 manata aldığı ətirin oğurlandığını görmüşdür. O avtomobilin baqaj hissəsinə baxdıqda baqajın da qapısının açıq olduğunu, eləcə örtüldüyünü görmüş, baqaja da baxdıqda baqajda olan markasını xatırlamadığı 2021-ci ilin yanvar ayında otuz manata aldığı avtomobil təkərlərinin havasını doldurmaq üçün nəzərdə tutulmuş elektron nasosun olmadığını və oğurlandığını görmüş, daha sonra “102” xidmətinə məlumat vermişdir. Sonra Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gələrək avtomobilə baxış keçirmişlər, sonradan bölmədən həmin oğurluğu Təqsirləndirilən şəxs adlı şəxsin etdiyini öyrənmiş, daha sonra onun digər əşyaları tapılmasa da ona məxsus maaş kartı qaytarılmışdır. Hadisə 22.09.2021-ci il tarixdə saat 01:30 radələrindən 07:30 radələrinədək olan müddət ərzində baş vermiş, həmin şəxs avtomobilin sağ ön qapısını hansısa alətlə açaraq içəriyə daxil olmuş, baqajı isə onun fikrincə avtomobilin içərisindən açmışdır. Oğurluq nəticəsində onun avtomobilindən 1 ədəd 2021-ci ilin yanvar ayında 50 manata aldığı gümüş üzük, 1 ədəd 2020-ci ilin dekabr ayında 100 manata aldığı gümüş sep, 50 manat pul, 1 ədəd 2021-ci ilin may ayında 50 manata aldığı original olmayan, markasını xatırlamadığı gün eynəyi, 2 ədəd 20 manata aldığı avtomobilə məxsus “Mercedes” işarəsi, 2 ədəd markasını xatırlamadığı ümumilikdə ikisini 100 manata aldığı ətir, 2021-ci ilin yanvar ayında otuz manata aldığı avtomobil təkərlərinin havasını doldurmaq üçün nəzərdə tutulmuş elektron nasos oğurlanmış, onun avtomobilində və ətrafda müşahidə kamerası olmamış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymiş, onun kartında pul olmamış və oradan hər hansı məbləğdə pul oğurlanmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 nümayəndəsi (atası) Nümayəndə Zərərçəkmiş şəxs4 ifadəsində göstərilənləri təsdiqləmiş, 10.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onlara dəymiş zərərin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. Onun özünə məxsus idarə etdiyi “Honda CRV” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 22.09.2021-ci il tarixdə axşam saat 21.radələrində avtomobili yaşadığı binanın qarşısında saxlayaraq evə getmiş, 23.09.2021-ci il tarixdə saat 08.radələrində işə getmək üçün avtomobilə yaxınlaşdıqda avtomobilin sağ arxa şüşəsinin açıq olduğunu görüb dərhal avtomobilin qapısını açaraq baxdıqda içərisinin dağınıq olduğunu görmüş, oğurluq olduğunu anlamış və dərhal DİN-nin “102” xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər, avtomobilin salonundan 1 ədəd fləşkart, 1 ədəd avtomobilin gün eynəyinin saxlanılması üçün nəzərdə tutulmuş yerindən gün eynəyi və 60 manat nağd pulu, bir ədəd avtomobilin ön şüşəsinə quraşdırılmış videoregistrator, bir ədəd avtomobilin ön güzgüsünə quraşdırlmış arxa görüntü güzgüsü, bir ədəd içərisində balaca “Quran” olan quran qabının oğurlandığını görmüş, daha sonra oğurluğu Təqsirləndirilən şəxs adlı şəxsin etdiyini öyrənmişdir. Avtomobilindən 1 ədəd 2021-ci ilin yanvarında 45 manata aldığı, 32 gb-lıq “Samsung” markalı fləşkart, bir ədəd 2014-cü il tarixdə 250 manata aldığı qara rəngli gün eynəyi, bir ədəd 2017-ci il tarixdə 50 manata aldığı videoregistrator, 1 ədəd 2017-ci il tarixdə 150 manata aldığı arxa görüntü güzgüsü, 1 ədəd 5 manata aldığı içərsində balaca Quran” olan quran qabı, 60 manat nağd pul oğurlanmış və oğurluq nəticəsində ona 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan dəymişdir. İzahat verdikdən sonra avtomobildən 60 manat nağd pulun da oğurlandığını aşkar etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 26.01.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş zərərin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir tələbinin olmadığını və heç bir şikayətinin olmadığını göstərərək bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, onun qonşuluğunda yaşayır. 18.09.2021-ci il tarixdə saat 12 radələrində qonşuluğunda yaşayan Təqsirləndirilən şəxslə küçədə rastlaşmış və onunla söhbət zamanı o, ona bildirmişdir ki, onda 4 ədəd özünə məxsus səsgücləndirici və 1 ədəd avtomobil maqnitafonu vardır, pula ehtiyacı olduğundan həmin səsgücləndiriciləri və maqnitafonu satır, o da onunla razılaşıb ona 65 manat pul vermiş və onları almışdır. O sonra 4-cü Polis bölməsindən onu çağıran zaman həmin əşyaların oğurluq olduğunu bilmiş və bölməyə qaytarmışdır. O həmin əşyaların oğurluq olduğunu bilməmiş, Elvin ona həmin əşyaların özünün olduğunu, pula ehtiyac olduğundan satdığını demişdir. İşdə olan “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən «Ziraat» bankın yaxınlığında saxladığı VAZ-2107 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurladığı “Kapital” banka məxus təqaüd kartını və “Beynəlxalq” banka məxsus əlillik kartını Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir.(i.v 44-45) İşdə olan “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Sadiq oğlunun avtomobilindən oğurlayaraq Şahid satdığı 4 ədəd səsgücləndirici və 1 ədəd maqnitola Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim edilmişdir.(i.v 33-34) İşdə olan “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən 5/8 saylı binanın həyətində saxladığı “Mercedes” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurladığı 01 ədəd Kapital banka məxsus pul kartını Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir.(i.v 60-61) İşdə olan “Təqdim etmə və götürmə haqqında” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, 5/23 saylı binanın qarşısında saxladığı “Honda CRV” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurladığı 01 ədəd avtomobilin ön güzgüsünə quraşdırlmış arxa görüntü güzgünü, 1 ədəd gün eynəyini, 01 ədəd videoregistratoru və 01 ədəd çap üsulu ilə hazırlanmış Quran olan asılqanı (breloku) Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir.(i.v 78-82) İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.12.2021-ci il tarixli, 9/8675 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 06 adda malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 245 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Analoji mallara müvafiq olaraq tədqiqata təqdim edilməyən 05 adda malların orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymətinin ümumi dəyəri təxminən 263,80 manat müəyyən olunur. Digər tədqiqata təqdim edilməyən 08 adda mallar haqqında kifayət qədər məlumatlar (markası, modeli, istehsal yeri, istismar müddəti, ölçüləri, həcmi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmadı. Təqdim edilmiş mallar: 01 ədəd 70(yetmiş) manat dəyərində Tailand istehsallı, “Pioneer” markalı, “DEH-1600UB” modelli maqnitola, 01 ədədi 30(otuz) manat olmaqla ümumilikdə 120 (yüz iyirmi) manat dəyərində 4 ədəd Çin istehsallı, “Pioneer” markalı, “TS-A6995R” modelli, 600W səsgücləndiriciləri, 01 ədəd 10(on) manat dəyərində üzərində “Gucci GG 1013/S” yazısı olan kişi gün eynəyi, 01 ədəd 35(otuz beş) manat dəyərində üzərində “Full HD 1080” yazısı olan videoregistratoru, 01 ədəd 8(səkkiz) manat dəyərində arxa görüntü güzgüsü, 01 ədəd 2(iki) manat dəyərində içərisində 27x33 sm ölçüdə, çap üsulu ilə hazırlanmış quran olan asılqanı(brelok). Nəzəri qaydada: -01 ədəd 4(dörd) manat dəyərində “HP” markalı 4 gblıq fləşkart; -01 ədəd 15(on beş) manat dəyərində “Samsung” markalı 32 gb-lıq fləşkart; -01 ədəd 130(yüz otuz) manat dəyərində üzərində (055)610-28-83 saylı GSM nömrə ilə birlikdə “Redmi 8” markalı mobil telefon; - 01 ədəd 110 (bir yüz on) manat dəyərində üzərində (055) ***-**-** saylı GSM nömrə ilə birlikdə “Samsung A-01” markalı mobil telefon; - bir qutusu 2,40 manat olmaqla 4,80 manat dəyərində iki qutu “Senate” markalı siqaret.(i.v 209-212) İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sadiq oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 ərizələrlə Sumqayıt ŞPi-nin İŞ-yə müraciət edərək Təqsirləndirilən şəxs oğurluq nəticəsində onlara vurduğu ziyanı tam olaraq ödədiyini və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər.(i.v. 229- 233) İstintaq zamanı Zərərçəkmiş şəxs4 məxsus Mercedes markalı avtomobilindən oğurladığı 1 ədəd fleşkartı, gümüş üzüyü, 1 ədəd gümüş sepi, 2 ədəd avtomobilə məxsus “Mercedes” işarəsini, 2 ədəd ətiri, 01 ədəd ədəd nasosu, Zərərçəkmiş şəxs5 məxsus Honda markalı avtomobildən oğurladığı bir ədəd fleşkartı, Zərərçəkmiş şəxs1 avtomobilindən oğurladığı bir ədəd fləşkartı, Zərərçəkmiş şəxs2 məxsus mənzilindən oğurladığı 01 ədəd ədəd siqaret və bijuteriyaların yeri, Ruslan Əşrəf oğluna məxsus mənzilindən oğurladığı 01 ədəd Samsung markalı mobil telefonu Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən telefon alqı-satqısı ilə məşğul olan mağazaya satdığı şəxsin, 01 ədəd “Lenova” markalı planşeti və 01 ədəd “Redmi” markalı mobil telefonu satdığı Qarabala adlı şəxsin şəxsiyyəti və olduğu yeri müəyyən edilməsi üçün Sumqayıt ŞPİ-in 4-cü PB-yə əməliyyat tapşırığı göndərilmiş, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin şəxsiyyətini və əşyaların olduğu yeri müəyyən etmək mümkün olmamışdır.(i.v 205) İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Tailand istehsallı, “Pioneer” markalı, “DEH-1600UB” modelli maqnitola, 04 ədəd Çin istehsallı, “Pioneer” markalı, “TS-A6995R” modelli, 600W səsgücləndiriciləri saxlanılması üçün Zərərçəkmiş şəxs1, 01 ədəd üzərində “Gucci GG 1013/S” yazısı olan kişi gün eynəyi, 01 ədəd üzərində “Full HD 1080” yazısı olan videoregistratoru, 01 ədəd arxa görüntü güzgüsü, 01 ədəd içərisində 27x33 sm ölçüdə, çap üsulu ilə hazırlanmış quran olan asılqanı (brelok) Zərərçəkmiş şəxs5, 01 ədəd «Kapital Banka» məxsus maaş kartı saxlanılması üçün Zərərçəkmiş şəxs4, 01 ədəd «Kapital bank»a məxsus təqaüd kartı və 01 ədəd «Beynəlxalq bank»a məxsus kart Zərərçəkmiş şəxs3 təhvil verilmişdir.(i.v 265-275) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər Probasiya şöbəsinin 06.12.2021-ci il tarixli 81393 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 01.06.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş cərimə cəzasının ödənilməmiş 1700 manat hissəsi qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri növündə cəza ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs “08 noyabr-Zəfər günü münasibətilə amnistiya aktının qəbul edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir.(i.v 195-204) Sumqayıt Şəhər Məhəkəməsinin 25.09.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 23.09.2021-ci ildən hesablanmışdır. (i.v 95-96, 140-141) İşdə olan 15.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 206) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 22.05.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinib cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Maddi sübut-01 ədəd Tailand istehsallı, “Pioneer” markalı, “DEH-1600UB” modelli maqnitola, 04 ədəd Çin istehsallı, “Pioneer” markalı, “TS-A6995R” modelli, 600W səsgücləndiriciləri saxlanılması üçün Zərərçəkmiş şəxs1, 01 ədəd üzərində “Gucci GG 1013/S” yazısı olan kişi gün eynəyi, 01 ədəd üzərində “Full HD 1080” yazısı olan videoregistratoru, 01 ədəd arxa görüntü güzgüsü, 01 ədəd içərisində 27x33 sm ölçüdə, çap üsulu ilə hazırlanmış quran olan asılqanı (brelok) Zərərçəkmiş şəxs5, 01 ədəd «Kapital Banka» məxsus maaş kartı saxlanılması üçün Zərərçəkmiş şəxs4, 01 ədəd «Kapital bank»a məxsus təqaüd kartı və 01 ədəd «Beynəlxalq bank»a məxsus kart Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-01 ədəd Tailand istehsallı, “Pioneer” markalı, “DEH-1600UB” modelli maqnitola, 04 ədəd Çin istehsallı, “Pioneer” markalı, “TS-A6995R” modelli, 600W səsgücləndiriciləri saxlanılması üçün Zərərçəkmiş şəxs1, 01 ədəd üzərində “Gucci GG 1013/S” yazısı olan kişi gün eynəyi, 01 ədəd üzərində “Full HD 1080” yazısı olan videoregistratoru, 01 ədəd arxa görüntü güzgüsü, 01 ədəd içərisində 27x33 sm ölçüdə, çap üsulu ilə hazırlanmış quran olan asılqanı (brelok) Zərərçəkmiş şəxs5, 01 ədəd «Kapital Banka» məxsus maaş kartı saxlanılması üçün Zərərçəkmiş şəxs4, 01 ədəd «Kapital bank»a məxsus təqaüd kartı və 01 ədəd «Beynəlxalq bank»a məxsus kart Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar