Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-189/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Cəlilabad ray., anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəh., 4-cü mkr, yat-7, otaq 137 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun üzünə sillə və yumruq zərbəsi vuraraq bağ bazunun yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi qançırı, boynun 2 ədəd 2 qançırı, alt çənənin, boynun sağ saidin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 1990-cı ildə ailə həyatı qurmuşdur. Birgə nigahdan 2 övladları var. xx.xx.2023-cü il tarixdə işdən gələrkən spirtli içki qəbul etmişdir. O, spirtli içki qəbul etdiyi üçün bir neçə dəfə özümdən asılı olmayaraq yerini islatmışdır. Həmin günü işdən gəlib yatmışdır. xx.xx.2023-cü il tarxdə saat təxminən 22:00 radələrində yuxudan ayılmış və öz yeri olan taxta keçib orada yatmaq istəmişdir. Bu zaman yoldaşı Nərgiz bundan əvvəl yerini islatdığı üçün ondan taxtda yox divanda yatmağımı istəmişdir. O, spirtli içkinin təsirində olduğu üçün bu söz ona pis təsir etdi. Daha sonra o, Nərgizə öz yerində yatacağını demişdir. Nərgiz onunla danışarkən səsinin tonunu qaldırmış və bütün bu baş verənlər ona təsir etdiyi üçün əsəbləşmışdir. O, Nərgizə yaxınlaşıb sağ əli ilə onun boğazından tutub sıxmağa başlamışdır. Daha sonra sağ əli ilə onun üz nahiyyəsinə bir neçə yumruq zərbəsi endirmiş, ondan aralaşıb digər otağa keçmişdir. Bundan sonra aralarında yenidən mübahisə etməyə başlamış, o, Nərgizin qolundan tutmaq istəyərkən o əlindən çıxmış və çölə qaçmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Birgə nigahdan 2 övladları var. Qızı ailəlidir. Oğlu isə hərbçidir. Həyat yoldaşı Azər dəfələrlə onunla mübahisə edib onu döymüşdür. Hər mübahisədə o, mülayim danışsa da Azər onunla qeyri-insani rəftar edərək onun müxtəlif yerlərinə vurub bədən xəsarətləri yetirmişdir. Lakin ailəsinin dağılmaması üçün o susub dözmüşdür. Hadisə baş verən günü yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 22:00 radələrində həyat yoldaşı evdə yatmışdır. Azər həmin gün çöldə spirtli içki qəbul edib evə gəlmişdi. Spirtli içki qəbul etdiyi üçün öz hərəkətlərini dərk edə bilmir və yerini isladır. Bu artıq bir neçə vaxtdır ki, davam edir. Azər özü yuxudan duraraq öz yerində yatmaq üçün taxta getmiş, bu zaman o, altını islatdığı üçün onun taxtda yox divanda yatmağınmı istəmişdir. Bunu ona dedikdə Azər əsəbləşmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə getdikcə böyümüş və bu zaman Azər sağ əli ilə onun boynundan tutaraq boğmuş, daha sonra isə sağ əli ilə onun üz nahiyyəsinə bir neçə yumruq zərbəsi endirərək ona bədən xəsarəti yetirmişdir. Daha sonra Azər digər otağa keçmiş və yenidən Nərgizlə mübahisə etməyə başlamışdır. Daha sonra Azər onun qolundan tutmağa çalışdıqda o, çölə çıxmış və bu barədə polisə məlumat vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X5 xx.xx.2023-cü il tarixli, 1983 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ bazunun yuxarı 1/3-nin bazu oynağının tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi qançırı, boynun 2 ədəd qançırı, alt çənənin, boynun, sağ saidin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə, kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilərdilər, müddəti müayinədən 1 gün əvvələ olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v. 12-14). İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 11 dekabr 2023-cü il tarixli, 2277 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:20-də müayinə olunmuş və orta dərəcəli alkoqol sərxoşluğu vəziyətində olmuşdur. (i.v. 08-09) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 30) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 35-36) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-189/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-189/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver