Məhkəmə qərarları › İş №1(060)-189/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-189/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-189/2025 10.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Cəbrayıl rayonu, Dağmaşanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Dağmaşanlı kəndində fərdi nömrəsiz yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 06(altı) ədəd ağ rəngli siqaret kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,093 qram, -0,087 qram, -0,138 qram, -0,102 qram, -0,065 qram və -0,104 qram, ümumi təmiz çəkisi 0,589 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 13 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində yuxarıda göstərilən tarixdə saat 16:00-da Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllədə yerləşən “Ayta” marketin arxası ilə yaşadığı ünvan istiqamətində piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nın inzibati binasına gətirilib həmin tarixdə orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd siqaretin sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan həmin 06 (altı) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və bölməyə dəvət etmişlər. Bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 6 bükümdə “patı” adlanan narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə əldə etmişdir. Metamfetamindən başqa narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitə istifadə etməyə yeni başlamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmamışdır. Törətdiyi əməlin səhv olduğunu anlayır. İlk dəfədir ki, bu əməli törədir, yeni istifadə etməyə başlamış, tutulduğu gündən bu günə kimi istifadə etməmişdir. İİ dərəcə əlilliyi vardır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Cəbrayıl rayonu, Dağmaşanlı kəndində fərdi nömrəsiz yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayır, işsizdir. O, heç vaxt ruhi-əsəb xəstəliyi keçirtməmiş, bununla bağlı müalicə almamışdır. Psixotrop maddə metamfetamindən 1 ilə yaxındır ki, çəkib tüstüsünü udma yolu ilə istifadə etmiş, əvvəllər məhkum olunmamışdır. O, xx.xx.2024-cü il tarixdə günorta saatlarında şəxsi işi ilə bağlı Bakı şəhərinə getmişdir. Bakı şəhərində, 20 yanvar adlanan ərazidə olan zaman təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi kişi cinsindən olan şəxslə söhbət edərkən psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Bu zaman həmin şəxsə ona psixotrop maddə olan metamfetamin verə biləcəyini demişdir. O, özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 90 manat pul müqabilində psixotrop maddə metamfetamin alıb öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin günü aldığı 07(yeddi) ədəd bükümdə olan psixotrop maddə metamfetamindən 01 (bir) bükümü istifadə etmişdir. Həmin tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllədə yerləşən “”Ayta” marketin arxası ilə evə tərəf piyada hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdilər. Həmin şəxslər ondan adını və soyadını soruşub üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşanda özünü təqdim edib üzərində psixotrop maddə olan metamfetamin bükümləri olduğunu demişdir. Bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-ya getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. PB-ya çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X4 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 3-cü PB-nın təhqiqatçısı, polis mayoru X16, oğlu özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-nin 3-cü PB-ya gətirdiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X3 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməyini xahiş etmişdir. Bu zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd üzərində ***-***-**-** saylı “Nar” mobil operatoruna məxsus mobil nömrə olan “HONOR" markalı mobil telefonunu, həmin şalvarın sol yan cibimdən 01 (bir) ədə gümüşü rəngli Çin istehsalı olan elektron məşiət tərəzisini və həmin cibimdən içərisində 06(altı) ədəd ağ rəngli siqaret kağızı bükümləri olan siqaret sellofanını çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş şəffaf rəngli siqaret sellofanı açılan zaman içərisində 06(altı) ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümlərin olduğu, bükümlərin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər kütlənin olduğu aşkar edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş ümumilikdə 06(altı) ədəd bükümdə olan psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman olanların çəkisinin -0,16 qram, -0,14 qram, -0,23 qram, -0,16 qram, -0,13 qram və -0,15 qram, həmin maddələrin ümumi çəkisinin isə 0,97 qram olduğu müəyyən edilmiş, daha sonra aşkar edilmiş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddənin “metamfetamin” olduğunu, həmin maddələri tutulduğu gün Bakı şəhəri, 20 yanvar adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 90 manata aldığını, həmin maddələri şəxsi istifadəsi üçün aldığını, aldıqdan sonra bir qədərini istifadə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzini narkotik vasitəni alan zaman çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. Onun üzərinizdən aşkar olunaraq götürülmüş psixotrop maddə mefamfetamini aldığı şəxsi tanımamış, sonuncunu birinci dəfə görmüş, arıq bədən quruluşu, balaca boylu, üzü saqqallı şəxs olmuşdur. Mobil nömrəsini bilməmişdir. O, elektron tərəzini tutulduğu tarixdən təxminən 3-4 gün bundan qabaq 6 manata Sumqayıt şəhərində bazardan özü istifadə etmək, yəni, aldığı narkotik vasitə, yaxud, psixotrop maddəni ölçmək üçün almışdır. O, üzərindən aşkar olunan psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmadığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirilməsi barədə məlumat daxil olmuş, rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Ayta” marketin arxasında hərəkət etdiyini görüb yaxınlaşıb özlərini təqdim etmişlər və ona narfkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib 3-cü polis bölməsinə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində təhqiqatçı videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirmiş və şəxsin üzərindən 6 bükümdə metamfetamin adlanan narkotik vasitə aşkar olunmuşdur. Şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-ya əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa həmçinin daha 3 nəfər polis əməkdaşı daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 13 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Namiq Cabbrovun ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 16-cı məhəllə, “Ayta” marketin yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə sonuncunu 13 sentyabr 2024-cü il tarixdə saat 16:00-da Sumqayıt şəhəri, 16-cı məhəllə, “Ayta” marketin arxasında piyada hərəkətə olarkən saxlamışlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində narkotik vasitə bükümləri olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların hərəkətinin intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayıb üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncuya onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə getməli olduğunu demiş, sonuncu etiraz etməyib onlarla birlikdə PB-ya getmişdir. Təqsirləndirilən şəxs PB-ya gətirilərək bu barədə bölmə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nın inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı, polis mayoru X11 özünü təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X4 dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru Namiq Quliyev özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının narkotik vasitələrin və. psixotrop maddlərin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxladıqlarını deyib sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyini qeyd edib axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X3 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etikdən sonra sonuncu sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd mobil telefon, həmin şalvarın sol yan cibində isə 01 (bir) ədəd gümüş rəngli elektron məşiət tərəzisi və 01 (bir) ədəd siqaretin şəffav rəngli sellofan kəsiyinin içərisində bükülmüş vəziyyətdə 06 (altı) ədəd ağ rəngli siqaret kağızı bükümdə olan kütlələri çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirmiş, lakin əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı şübhəli şəxsdən üzərindən aşkar olunmuş mobil telefonun markası və üzərində olan mobil nömrəni soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs mobil telefonun markasının “HONOR”, üzərindəki mobil nömrənin isə ***-***-**-** olduğunu demişdir. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu, haradan əldə etdiyini və məqsədlə üzərində gəzdirdiyini soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə patı olduğunu deyib saxlanıldığı tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə tanımadığı 90 manata alıb öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra aşkar olunmuş 06 (altı) ədəd bükümlərdə olan psixotrop maddələr siqaret kağızı kəsikləri ilə birlikdə ayrı-ayrılıqda Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçülür və çəkisləri müvafiq olaraq -0,16 qram, -0,14 qram, -0,23 qram, -0,16 qram, -0,13 qram və -0,15 qram, həmin maddələrin ümumi çəkisinin isə 0,97 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş 06 (altı) ədəd psixotrop maddə metamfetamin bükümləri və 01 (bir) ədəd “elektron tərəzi” götürülərək müvafiq qaydada hər biri ayrılıqda 01 (bir) ədəd ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 127 nömrəli möhürü ilə möhürlənmiş, zərflərin üstü təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 16-cı məhəllə, “Ayta” marketin arxasında xx.xx.2024-cü il tarixdə saat 16:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predmet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd Honor markalı, üzərində 077 *** ** ** mobil nömrəsi olan mobil telefonu, həmin şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli elektron tərəzini, eyni cibindən içərisində 6 ədəd ağ rəngli siqaret kağızı bükümü olan siqaret sellofanını çıxarıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki maddələrin psixotrop maddə olan “patı” olduğunu, həmin 6 ədəd bükümlərdəki “patı” adlanan maddələri xx.xx.2024-cü il tarixdə günorta radələrində, Bakı şəhəri, 20 yanvar adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə 7 ədəd bükümünü, ayrı-ayrı bükümlər halında cəmi 90 (doxsan) manat pul ödəyərək aldığını, həmin psixotrop maddələri şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını, satış məqsədi olmadığını, bir bükümünü əldə etdiyi gün şəxsi üçün istifadə etdiyini bildirdi, həmçinin elektron tərəzini də “patı” alacağı şəxsin onu çəkidə aldatmaması məqsədi ilə üzərində götürdüyünü, həmin elektron tərəzi ilə heç bir vaxt narkotik vasitə və ya psixotrop maddə çəkmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində şəffaf rəngli, kristallik formalı maddə olan bükümlər ayrıayrılıqda və sonradan ümumilikdə elektron tərəziyə qoyularaq çəkildi. 1-ci bükümün çəkisi 0,16 qram, 2-ci büküm 0,14 qram, 3-cü büküm 0,23 qram, 4-cü büküm 0,16 qram, 5-ci büküm 0,13 qram, 6-cı büküm 0,15 qram, ümumilikdə çəkilən isə 0,97 qram oldu. Bundan sonra həmin bükümlər, bir ədəd elektron tərəzi, həmçinin Honor marklı mobil telefon Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırıldı və DİN- nin 127 saylı möhürü ilə möhürləndi, üzərində müvafiq qeydlər aparıldı və imzalandı. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirdi. - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4565 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 127” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ağ rəngli kristallik maddələr olan 6 ədəd kağız bükümlər; Şübhəli şəxs: “imza” N.Yaqub o.; Müdafiəçi: “imza” R. Mustafazadə; Qablaşdırdı təhqiqatçı: “imza” Z. Quliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki: -06 (altı) ədəd ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,093 qram, - 0,087 qram, -0,138 qram, -0,102 qram, -0,065 qram və -0,104 qram, ümumi təmiz çəkisi 0,589 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin bu 06 (altı) ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi; Şübhəli şəxs: “imza” N. Cabbarov; Müdafiəçi: “imza” R. Mustafazadə; Qablaşdırdı təhqiqatçı: “imza” Z. Quliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki :-01 (bir) ədəd elektron tərəzi üzərində psixotrop maddə - metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetamin ilə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,120 qram (hər obyektdən -0,02 qram olmaqla) sərf edildikdən sonra 0,469 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 06 (altı) ədəd ağ rəngli siqaret kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,093 qram, -0,087 qram, - 0,138 qram, -0,102 qram, -0,065 qram və -0,104 qram, ümumi təmiz çəkisi 0,589 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış kustar üsulla hazırlanmış eyni tərkili psixotrop maddə - metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təhqiqatdan sonra qalıq qalmış 0,469 qram metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi saxlanılmasından ötrü Sumqayıt ŞPİ- nin maddi sübutların saxlancı anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış və götürmə” haqqında 13 sentyabr 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə olan MP-4 Video Fayl «VİD_20240913_174010830» sözləri yazılan “MP4 formatlı video görüntü açıldıqda 24 dəqiqə 57 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda «Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 sentyabr 2024-cü il tarixli protokola əsasən, baxış zamanı həmin tarixdə saat 17:40-dan saat 18:05-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin bölmənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru X8 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1991-ci ildə Cəbrayıl rayonu, Dağmaşanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu. Dağmaşanlı kəndində fərdi nömrəsiz yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt PŞİ-nin 3-cü PB-da xidməti otaqların birində şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş təhqiqatçı, polis mayoru X10 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirişlə tanış olub heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı vəkili təqdim edir, daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd mobil telefon, həımin şalvarın sol yan cibində isə 01 (bir) ədəd gümüş rəngli elektron məşiət tərəzisi və 01 (bir) ədəd siqaretin şəffav rəngli sellofan kəsiyinin içərisində bükülmüş vəziyyətdə 06 (altı) ədəd ağ rəngli siqaret kağızı bükümdə olan kütlələri çıxardıb masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir, lakin əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmur. Sonra təhqiqatçı şübhəli şəxsdən üzərindən aşkar olunmuş mobil telefonun markası və üzərində olan mobil nömrəni soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs mobil telefonun markasının “HONOR”, üzərindəki mobil nömrənin isə ***-***-**-** olduğunu deyir, hqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu, haradan əldə etdiyini və məqsədlə üzərində gəzdirdiyini soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin osixotrop maddə patı olduğunu deyib saxlanıldığı tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə tanımadığı 90 manata alıb öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini deyir. Daha sonra aşkar olunmuş 06 (altı) ədəd bükümlərdə olan psixotrop maddələr siqaret kağızı kəsikləri ilə birlikdə ayrı-ayrılıqda Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçülür və çəkisləri müvafiq olaraq -0,16 qram, -0,14 qram, -0,23 qram, -0,16 qram. -0,13 qram və -0,15 qram, həmin maddələrin ümumi çəkisinin isə 0,97 qram olduğu müəyyən edilir, daha sonra aşkar edilmiş 06 (altı) ədəd psixotrop maddə metamfetamin bükümləri və 01 bır) ədəd "elektron tərəzi” götürülərək müvafiq qaydada hər biri ayrılıqda 01 (bir) ədəd ağ 'ənglı boş zərfin içərisinə qoyuTäräq qablaşdırılır, üzəri DİN-in 127 nömrəli möhürü ilə möhürlənir, zərflərin üstü təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən mzalanır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, 13 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan olan 01 (bir) ədəd tünd mavi rəngli “HONOR” markalı mobil telefonun zənglər və SMS-lər siyahısına, eləcə də, Qalereya bölməsinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilmədi. Həmçinin, mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilmir. Baxış zamanı müəyyən olundu ki, həmin mobil telefonun arxa hissəsi tünd mavi rəngli, smart ekranlı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərəsində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edildi. Baxış zamanı iş əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilmədi. Bununla da baxış başa çatdı. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus olmaqla üzərinə şəxsi axtarış zamanı aparılan zaman götürülmüş 01 (bir) ədəd “HONOR 8” markalı smart tipli mobil telefonu təhvil almışdır. - Məhkəmə-narkoloji ekspertizasının 6347 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı MKS tərəfindən verilmiş 549 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında Cəbrayıl rayon məcburi köçkünü kimi qeydiyyatsız yaşayır,yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Cabbarov Yaqub adlı övladı vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli zona tibbi ekspert komissiyası tərəfindən verilmiş SER TSE-01 771247 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcə əlilliyi vardır. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,589 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqata sərf edilmiş kütlələr çıxılmaqla təhqiqatdan sonrakı qalıq qalmış çəkisi 0,469 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nın saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “şəxsi axtarış və götürmə haqqında" 13 sentyabr 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin – metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması və İİ dərəcə əlilliyi olması onun cəzasını yüngülləşdirən haldır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,469 qram çəkidə psixotrop maddə “metamfetamin” və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-976/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 2215 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,469 qram çəkidə psixotrop maddə “metamfetamin” və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar