Məhkəmə qərarları › İş №1(060)-19/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-19/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-19/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixində Dəvəçi rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayon Xırdalan şəhərinə getmək məqsədi ilə yaşadığı Siyəzən rayonu Zarat kəndində Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomaşına sərnişin qismində əyləşmiş, Sumqayıt şəhər X4 qsəbəsi ərazisində yerləşən Azərtexnalogiya zavodunun yaxınlığında Zərərçəkmiş şəxs aldatmaqla əmlakını ələ keçirmək məqsədilə ondan 100 manat pulu xırda əskinaslarla dəyişməsini xahiş etdikdə Zərərçəkmiş şəxs 70 manat pul vermiş, Təqsirləndirilən şəxs həmin məbləği alaraq Sumqayıt şəhərində onu gözləyən atasından alıb qaytaracağını deməklə Sumqayıt şəhəri Ceyranbatan Bağları ərazisində yerləşən Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin yaxınlığında avtomaşından düşdükdən sonra Zərərçəkmiş şəxs aldadıldığını başa düşdüyü üçün, ona verdiyi pulunu geri almaq üçün yaxınlaşarkən sonuncu əldə etdiyi məbləği özündə saxlamaq üçün üzərində gəzdirdiyi bıçaqla Vüqar Qasımovu hədələyərək özgənin əmlakını açıq yolla talamaqla hadisə yerindən qaçaraq sonuncuya 70 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, bir neçə gündür ki, azadlığa buraxılmışdır və Siyəzən rayonunda yaşayır. 03.04.2021-ci il tarixdə Xırdalan şəhərində yaşayan adını bilmədiyi məhbus yoldaşımın yanına getmək üçün saat 18 radələrində evdən çıxıb, evlərinin yaxınlığında olan Zarat postuna gəlmişdir. O, qeydiyyat nömrəsini sonradan gördüyü sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı ** MP *** dövlət nömrə nişanlı avtomaşına əl eləyərək saxlatdırmış və sözü gedən avtomaşının sürücüsü Vüsaldan hansı istiqamətə getdiyini soruşmuşdur. Vüsal Sumqayıt şəhərinə getdiyini bildirmişdir. O, Vüsaldan onu da Sumqayıt şəhər Bakı-Quba yolunda yerləşən Azpetrol YDM-nin yanında düşürtməsini demişdir. Vüsal onunla razılaşmış, o, avtomaşına əyləşmişdir. Avtomaşına əyləşən zaman o, arxada qız uşağının oturduğunu görmüşdür. O, sürücüdən uşağın kim olduğunu soruşmuş, Vüsal onun qızı olmasını və 6-cı sinifdə oxumasını bildirmişdir. Bakı-Quba yolunun kənarında Sumqayıt şəhəri ərazisində yerləşən Azərtexnolayın zavodunun yanında o, Vüsala avtomaşını saxlamağını demişdir. Vüsal avtomaşını saxlamış və o, Vüsala 100 manata xırda pulunun olmasını soruşduqda Vüsal xırdasının olmadığını cibində bir ədəd 50 manat və bir ədəd 20 manat olmasını demişdir. Vüsal cibindən 70 manat çıxardaraq ona vermiş o, pulu götürərək aşağı düşüb yolun kənarında hasarın arxasına keçərək, dərhal həmin yerdən uzaqlaşmış və yaşadığı Siyəzən rayonu Zarat kəndinə qayıtmışdır. Yaşadığı kənddə Nihat marketə borclu olduğu üçün 30 manat borcunu qaytarmış, 7 manata isə Rothmons markalı siqaret almışdır. Qalan 33 manatı isə cibinə qoymuşdur. 04.04.2021-ci il tarixdə yaşadığı evin qarşısında onu polis əməkdaşları saxlayıb Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə gətirmişlər. O da Vüsaldan aldığın 70 manat puldan 33 manatı polisə təqdim etmişdir. Vüsalın onun ardınca qaçdığını bilməmiş Vüsalı bıçaqla hədələməmiş və bıçaq tətbiq etməmişdir və avtomaşından düşmədən Zərərçəkmiş şəxs 70 manatı istəmiş və pulu götürərək dərhal oradan qaçıb uzaqlaşmışdır. Hal-hazırda isə törətdiyi əməldən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, VAZ 2107 markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. O, özünə məxsus avtomaşınla azyaşlı 6-cı sinif şagirdi qızı X3 ilə birlikdə 29.03.2021-ci il tarixdə Xaçmaz rayonuna qaynatası X2 gilə getmişdir. 03.04.2021-ci il tarixdə saat 18:58 radələrində Xaçmaz rayonundan qızı ilə birlikdə Sumqayıt şəhərində yerləşən evinə gəlirdi. Bakı-Quba yolunun kənarında yerləşən Zarat postunun yaxınlığında bir nəfər şəxsin dayandığını görmüş sonradan ona adı bəlli olan Samir adlı şəxs əl eliyərək idarə etdiyi avtomaşını saxlatdırmış və ondan hansı istiqamətə getdiyini soruşmuşdur. O, Samirə Sumqayıt şəhərinə getdiyini bildirmişdir. Samir ona Sumqayıt şəhəri Bakı Quba yolunda yerləşən Azpetrol YDM-nin yanına aparmağını xahiş etmiş və atasının onu qeyd olunan ünvanda qarşılayacağını bildirmişdir. Çöldə yağış yağdığından onun həmin şəxsə yazığı gəldiyi üçün Samiri götürmüşdür. Yol ilə gələn zaman Samir kiminləsə telefonla danışırdı. Bakı- Quba yolunda yerləşən AZƏRTEXNOLAYN zavodunun yanında avtomaşını saxlamağını bildirmişdir. O, avtomaşını saxlamış, Samir avtomaşından düşüb 10 metr aralaşıb geri qayıdaraq ondan 100 manat xırdasınının olub olmamasını soruşmuşdur. O, Samirə xırdasının olmadığını bildirərək 70 manat olduğunu demişdir. O, Samirə 100 manatı verməsini bildirdikdə, Samir pulu Azpetrol YDM-nin yanında verəcəyini ona demişdir. O, Samirə 70 manatı vermişdir. Samir avtomaşından aralaşmış və sonra isə geri qayıtmışdır. Onlar Azpetrol YDM-nin yanına çatdıqda Samir ona təbii ehtiyacını ödəmək üçün avtomaşını saxlamağını bildirmişdir. O, Azpetrolun dairəsini dönüb Sumqayıtın girişində avtomaşını saxlamışdır. Samir avtomaşından düşüb ağaclığın içinə girmişdir. Samirin onu allatmasından ehtiyat edərək avtomaşından aşağı düşmüş və Samirin arxası ilə getmişdir. Samir onu görüb qaçmağa başlamışdır. O, qaçıb Samiri Sumqayıt şəhər Gömrük Komitəsinin qarşısında saxlamışdır. Samirdən nə üçün qaçmasını soruşmuş, Samir ona qaçmadığını bildirmişdir. O, Samirlə yenidən idarə etdiyi avtomaşının yanına qayıtmışdır. Onlar yol ilə gələn zaman o, Samirdən 70 manat pulu qaytarmağını bildirdikdə Samir pulu başqa şəxsə verdiyini bildirmişdir. Onlar ona məxsus avtomaşına qayıtdıq və həmin şəxs atasının Sumqayıt şəhər Qeydiyyat İmtahan və Texnikibaxış Şöbəsinin yanında yerləşən Kamazların qarajında olduğunu və atasının yanına getməyini, pulu atasından alıb qaytaracağını bildirmişdir. O da Samirin hərəkətlərindən onu aldadacağını bilərək həmçinin üzərində olan digər puluda ondan alacağından qorxduğu üçün oradan dostu Elmara öz mobil telefonu ilə zəng vurub Azpetrolun yanına gəlməsini demişdir. Sonra o, avtomaşınla Azpetrolun dairəsini dönüb üzü Bakı istiqamətində avtomaşını saxlamışdır. Onlar yerə düşüb QİTBŞ-ni keçdikdən sonra o, yenədə Samirdən verdiyi 70 manatı istəmişdir. Samir isə ona üzərindəki bıçağı göstərib hədələcəyi tərzdə ardınca gəlməməsini deyib dərhal iti adımlarla hadisə yerindən uzaqlaşmışdır. Samir ona bıçaqla xəsarət yetirməmiş və ona bıçaq tətbiq etməmişdir. Samirin arxası ilə getsə də ona çata bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər qismən ödənilmişdir. Məhkəmədən qanunauyğun cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 11.02.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndiirlən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmiş, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Vüsal onun yaxın dostudur. 03.04.2021-ci il tarixdə dostu Vüsal ona zəng edərək təcili olaraq Bakı-Sumqayıt yoluna gəlməyini bildirmişdir. O da Vüsaldan soruşduqda Vüsal tanımadığı bir nəfər şəxsi yoldan sərnişin kimi götürdüyünü və həmin şəxs Vüsala qarşı soyğunçuluq edərək 70 manat pulunu talamasını demişdir. Bundan sonra taksi çağırmış və dostu Vüsalın dediyi yerə getmişdir. Vüsala qarşı soyğunçuluq edən şəxsi görməmişdir. Lakin, Vüsalın bununla bağlı polisə məlumat verdiyini və hadisə yerinə polislərin gəldiyini bilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxs və şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 19 may 2021-ci il tarixli 3/761 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə və məişətdə istifadə edilən köməkçi hissələrə (predmetlərə) malik olan, təsərrüfat-məişət təyinatlı, çoxpredmetli turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir – soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 21.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 28.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə və 01 il nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, 13.010.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Siyəzən rayon məhkəməsinin 05.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə və 07 ay 10 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasına məhkum edilmiş, Şabran rayon məhkəməsinin 27.12.2016-cı il tarixli hökmü ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.12.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Siyəzən rayon məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Cinayət işi materillarında olan “şübhəli şəxsin tutulması haqqında” 04 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdə saat 17:10 radələrində şübahəli şəxs qismində tutulmuşdur. İş materillarında olan “qətimkan tədbiri seçmə haqqında” 06 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-447/2021 saylı, 02.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və “həbs” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 13.12.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs 09.12.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 10.12.2021-ci il tarixdə saxlanılması üçün 3 Saylı İstintaq təcridxanasına gətirilmişdir. İş materillarında olan Siyəzən rayonİcra Hakimiyyəti Başçısının Zarat kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən ödənilməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən “ Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə 74,00 (yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli (iş № 1(060)-447/2021) qərarını icra edərək, 21 iyun 2021-ci il tarixli 666 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 74,00 (yetmiş dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (VÖEN: ********** Hesab AZ 34CTRE********************) ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün: “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar