Məhkəmə qərarları › İş №1(060)-19/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-19/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-19/2023 09.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1986-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının onu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,86 qram çəkidə narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarında 0,078 qram çəkidə psixatrop maddə olan metamfetini əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitə olan heroinin 0,452 qram çəkidə olan hissəsini 05 (beş) ədəd ağ rəngli kağız bükümlərdə, 02 (iki) ədəd gümüş rəngli kağız bükümlərdə narkotik vastə heroini, 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə 0,078 qram çəkidə psixotrop maddə metamfetamini 01 fevral 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 13cü mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs2 satmış, 01 fevral 2022-ci il tarixində saat 18:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “OBA” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-ə gətirilmiş, PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın bağlanc hissəsinin içərisindən, yəni astarından 05 (beş) ədəd ağ rəngli kağız bükümlərdə və 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,077 qram, 0,069 qram, 0,075 qram, 0,054 qram, 0,073 qram, 0,057 qram, 0,047 qram ümumilikdə 0,452 qram çəkidə narkotik vastə heroin, 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram və 0,034 qram ümumilikdə təmiz çəkisi 0,078 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 01 fevral 2022-ci il tarixdə saat 18:35 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “OBA” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 04 (dörd) ədəd ağ kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,076 qram, 0,122 qram, 0,116 qram ümumilikdə 0,408 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 01 fevral 2022-ci il tarixində saat 18:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşlarının Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “OBA” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-ə gətirilmiş, PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın bağlanc hissəsinin içərisindən yəni astarından 05 (beş) ədəd ağ rəngli kağız bükümlərdə və 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,077 qram, 0,069 qram, 0,075 qram, 0,054 qram, 0,073 qram, 0,057 qram, 0,047 qram ümumilikdə 0,452 qram çəkidə narkotik vastə heroin, 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,044 qram və 0,034 qram ümumilikdə təmiz çəkisi 0,078 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14-15 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən və “Oba” marketin yaxınlığında olan çay evində olarkən polis əməkdaşları onu çay evindən çıxardaraq Sumqayıt ŞPİ-nə aparmışlar. Orada üzərinə baxış keçirilmiş və heçnə aşkar olunmamışdır. O üzərində narkotik vasitə olmadığını bildirdi. Polis əməkdaşları ona təzyiq göstərərək ya Azərbaycan Respublikası CM-234.4.3-cü maddəsi ilə sənədləşdirmə apacaqlarını, ya da narkotik vasitənin onun olduğunu etiraf edərsə Azərbaycan Respublikası CM-234.1-ci maddəsi ilə sənədləşdirmə aparacaqlarını demişlər. O da məcbur olub video çəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbyacan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə məhkum olunmuşdur. Amnistiya qərarı ilə cəzadən azad olunmuş və məhkumluğu ödənilməmişdir. 01 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində olan zaman tanımadığı şəxsdən istifadə etmək üçün 08 (səkkiz) manata “heroin” almışdır. 01 fevral 2022-ci il tarixdə saat 18:35 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “Oba” marketin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli olduğu üçün onu saxladıqlarını bildirmiş və müvafiq sənədləşmə aparılması və üstünə şəxsi axtarış keçirilməsi üçün şərait olmadığından onu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və birlikdə 1-ci Polis Bölməsinə getmişdir. Polis bölməsində öz istəyi ilə dəvət olunmuş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 ona təqdim olunmuşdur. Bundan sonra ona hüquq və vəzifələri bir daha təkrar olaraq izah olunmuş və bununla bağlı bildiriş təqdim edilmişdir. Sonra müdafiəçinin və onu saxlamış polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi və buna etirazının olubolmaması sioruşulmuş və o, buna etiraz etməmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, ona təklif olunmuşdur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin, o, da baxış zamanı əynində olan tanımadığı şəxsdən aldığı narkotik vasitə olan 04 (dörd) büküm heroini, qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin bükümləri 01 fevral 2022-ci il tarixdə Bakı şəhərində olan zaman tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra həmin bükülər elektron tərəzidə çəkilmiş və həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Üzərində aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır və həmin narkotik vasitədən heç kimə satmadığını və hədiyyə vermədiyini, Təqsirləndirilən şəxs2 satmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində evdən çıxaraq “Oba” marketə getmiş, saat 10:30 radələrində “Oba” marketdən çıxan zaman 6 nəfər polis əməkdaşı özlərini təqdim etmədən onun üzərinə gəlmişlər, zor tətbiq edərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. O, narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman üzərində narkotik vasitə olmadığını bildirdi. Ona fiziki təsir göstərərək narkotik vasitənin onun olduğunu etiraf etməsini demişlər, o da məcbur olaraq polis əməkdaşları ilə razılaşmışdır. Ondan sonra onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmuş və videoçəkiliş aparılmışdır. Turalı əvvəlcədən tanımış, Tural onun atası ilə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Polis Bölməsində ona fiziki təsir göstərilmiş, ona görə də, üzləşdirmə zamanı narkotik vasitəni Turaldan aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində 13-cü mikrorayonda olarkən 07 (yeddi) ədəd bükümdə kokos və 02 (iki) ədəd bükümdə şüşəni verib həmin bükümlərdən 08 (səkkiz) ədədini hər birini 05 (beş) manatdan satmaqla 40 (qırx) manat Turala verməyini, satdıqdan sonra da qalan bir bükümü özü üçün istifadə etməyini bildirmişdir. O da Turalla razılaşmışdır. Həmin bükümləri aldıqdan bir neçə dəqiqə sonra, yəni 01 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “Oba” marketin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onda özünü təqdim etməyini xahiş etmişlər. O, Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün onu saxladıqlarını bildirmiş və müvafiq sənədləşmə aparılması və üstünə baxış keçirilməsi üçün şərait olmadığından onu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və birlikdə 1-ci Polis Bölməsinə getmişlər. Polis Bölməsində öz istəyi ilə dəvət olunmuş vəkilin iştirakı ilə onun üstünə baxış keçirilmiş və ona təklif olunmuşdur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin, o da baxış zamanı onun əynində göy cins şalvarın bağlancının altında astarda xüsusi olaraq hazırladığı yerdə saxladığı ümumi olaraq 09 (doqquz) büküm narkotik vasitə kokosu və psixatrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs1 oğıunu əvvələrdən tanıdığını, onunla əvvəldən tanışlığı olduğunu, saxlanılarkən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilmədiyini, heç bir hüququnun pozulmadığını, tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də baş əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı Orxan Bağırlıdan, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil edilmiş və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakını təmin edilmişdir. Saat 18:20 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “OBA” marketin yanında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, “OBA” marketin yanına gəlmişdir. Saat 18:30 radələrində Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs2 görüb saxlayıb və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs2 bu zaman əynindəki göy rəngli cins şalvarın bağlanc hissəsinin içərisindən yəni astarından 05 (beş) ədəd ağ rəngli kağız bükümləri və 03 (üç) ədəd gümüş rəngli kağız bükümləri çıxarıb təqdim etmişdir. Soruğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanışı olan Tural adlı şəxsdən götürmüşdür. Tural Sumqayıt şəhəri, 6-cı mikrorayonda yaşayır, əvvəldən yaxın münasibətləri olduğuna görə Turala həmin bükümün qarşılığı olaraq pul verməmişdir. Tural bükümləri ona verəndə satmasını və bir bükümüdə özü istifadə etməsini demişdir. Həmin bükümü özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bükümlər kütlənin çəkisini müəyyən etmək həmin kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələr qablaşdırılaraq möhürlənmşdir. İfadədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini saxlanıldığı gün tanıdığı Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 Şahid3 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də baş əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanda yaşayan, məhkumluğu ödənilməmiş, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Orxan Bağırlıdan, kriminalistik təhqiqatlar bölməsinin inspektorkriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt 1 saylı Vəkillər Bürosunun vəkili X2 iştirakını təmin etmişlər. Saat 18:25 radələrində Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 13-cü mikrorayon, “Oba” marketin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında Şahid2 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon “Oba” marketin yaxınlığına getmişlər. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 gəldiyini görmüşlər. Onlar 18:35 radələrində Təqsirləndirilən şəxs1 görüb saxlamış və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim etmişlər, həmçinin Təqsirləndirilən şəxs1 şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağını izah edərək Təqsirləndirilən şəxs1 videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs1 bu zaman əynindəki əynindəki qara rəngli şalvarının sağ yan cibindən 04 (dörd) ədəd ağ kağızı bükümləri çıxarıb təqdim etmişdir. Soruğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərindən gələndə yolda tanımadığı şəxsdən 08 (səkkiz) manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükümlər kütlənin çəkisini müəyyən etmək həmin kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Sonra Fail adlı şəxsin saxlanıldığını, üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psaixtrop maddəyə bənzər kütlələrin aşkar olunduğunu, həmin kütlələri Turaldan aldığını təhqiqatçıya bildirdi, lakin Təqsirləndirilən şəxs1 heç kimə narkotik vasitə və ya psixatrop maddə satmadığını, Failə həmin kütlələri havayı verdiyini bildirir. İfadədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitə heroini saxlanıldığı gün Bakı şəhərində tanımadığı şəxsdən 08 (səkkiz) manata aldığını, Təqsirləndirilən şəxs1 narkotik vasitələri qəbul etməsi, eyni zamanda əldə etməsində vasitəçilik etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olduğunu, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs2 pay formasında verdiyi müəyyən edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Bağırlı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. O və kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayev Sumqayıt ŞPİ-nin 1-ci PBdə olmuşlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmişlər. Həmin vaxt o, təhqiqatçı vəzifəsində işləmişdir. Həmin şəxslər əməliyyat müvəkkilləri tərəfindən saxlanılıb PB-nə gətirildikdən sonra onlar tərəfindən hüquq və vəzifələri barədə bildirişlə tanış olunmuşlar, üzərilərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, narkotik vasitələr aşkar olunmuş, həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayev ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış və o da kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti kimi həmin əməliyyat qrupuna daxil olunmuşdur. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməliyyat müvəkkilləri tərəfindən saxlanılmasında iştirak etməmiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-də olmuşdur. Onun vəzifəsi şəxsi axtarış istintaq hərəkətini kamera ilə çəkmək və diskə köçürdərək təhqiqatçıya təhvil verməkdən ibarətdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış istintaq hərəkərti aparılmasını kamera ilə çəkmiş və diskə köçürdərək təhvil vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Bağırlı özünü təqdim edir və CPM-nin müvafiq maddələrinə uyğun olaraq göstərilən şəxslərin iştirakı ilə şəxsi axtarış keçirəcəyini bildirir. Sonra saxlanılan şəxsə özünü təqdim etməsini bildirir, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 8 ünvanında yaşadığını bildirmişdir. Bundan sonra mülki geyimdə olan şəxslərə özlərini təqdim etməsini bildirir. Həmin şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 olduqlarını bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs1 özünün seçdiyi vəkil X3 təqdim edilir və Təqsirləndirilən şəxs1 buna etiraz etmir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuş, Təqsirləndirilən şəxs1 heç bir etirazının olmadığını bildirdikdən sonra çəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs1 Əkbərov bu zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 04 (dörd) ədəd ağ kağızı bükümləri çıxarıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərindən gələndə yolda tanımadığı şəxsdən 08 (səkkiz) manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükümlər kütlənin çəkisini müəyyən etmək həmin kütlələr elektron tərəzidə 1-ci büküm “0,12” qram, 2-ci büküm “0,15” qram, 3cü büküm “0,15“qram, 4-cü büküm ”0,13” qram olması müəyyən olundu və protokol tərtib olunması üçün həmin kütlələr götürüldü, kütlələr qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Sonra Fail adlı şəxsin saxlanıldığını, üzərinə şəxsi axtarış çiyini, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrin aşkar olunduğunu, həmin kütlələri Turaldan aldığını təhqiqatçı bildirdi, lakin Təqsirləndirilən şəxs1 heç kimə narkotik vasitə və ya psixatrop maddə satmadığını, Failə həmin kütlələri havayı verdiyini bildirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Bağırlı özünü təqdim edir və CPM-nin müvafiq maddələrinə uyğun olaraq göstərilən şəxslərin iştirakı ilə şəxsi axtarış keçirəcəyini bildirir. Sonra saxlanılan şəxsə özünü təqdim etməsini bildirir, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu, Sumqayıt səhəri, Corat qəsəbəsi ərazisində yaşadığını bildirmişdir. Bundan sonra mülki geyimdə olan şəxslərə özlərini təqdim etməsini bildirir. Həmin şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili, polis leytenantı Şahid4 olduqlarını bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs2 özünün seçdiyi vəkil X4 təqdim edilir və Təqsirləndirilən şəxs2 buna etiraz etmir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşuldu. Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığnı bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş edildi. Təqsirləndirilən şəxs2 bu zaman əynindəki göy rəngli cins şalvarın bağlanc hissəsinin içərisindən, yəni astarından 05 (beş) ədəd ağ rəngli kağız bükümləri və 03 (üç) ədəd gümüş rəngli kağız bükümləri çıxarıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin nə olduğunu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanışı olan Tural adlı şəxsdən götürmüşdür, Tural Sumqayıt şəhəri, 6-cı mikrorayonda yaşayır, əvvəldən yaxın münasibətləri olduğuna görə Turala həmin bükümün qarşılığı olaraq pul verməmişdir. Tural bükümləri ona verəndə satmasını və bir bükümü də özü istifadə etməsini demişdir. Həmin bükümü özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bükümlər kütlənin çəkisini müəyyən etmək üçün elektron tərəzidə çəkildi birinci gümüşü bükümün içərisində olan 05 (beş) ədəd ağ rəngli bükümdən içərisində qəhvəyi rəngli kütələr olan 1-ci büküm 0,14 qram, 2-ci büküm 0,09 qram, 3-cü büküm 0,12 qram, 4-cü büküm 0,12 qram, 5-ci büküm 0,10 qram olması müəyyən olundu. İkinci gümüşü bükümün içərisində olan 04 (dörd) ədəd ağ rəngli kağızda olan bükümdən içərisində qəhvəyi rəngli kütələr olan 1-ci büküm 0,10 qram, 2-ci büküm 0.011 qram, içərisində ağ rəngli kristal maddələr olan 3-cü büküm 0,10 qram və 4-cü büküm 0,09 qram olması müəyyən olundu və protokol tərtib olunması üçün həmin bükümlər götürüldü, kütlələr qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbycan Respublikası DİN Aryışlar üçün №125”-li dairəvi möhür əksi olan zərfdəki 09 (doqquz) ədəd kağız bükümdə, onlardan 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,077 qr, 0,069 qr, 0,075 qr, 0,054 qr, 0,073 qr, 0,057 qr, 0,047 qr, ümumi təmiz çəkisi 0,452 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,044 qr və 0,034 qr ümimi təmiz çəkisi 0,078 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıslara əsasən, heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələri”-in İ siyahısına daxildirlər. Qeyd: Heroinin təmiz çəkisi - 0,452 qram, tədqiqata sərf edildi - 0,14 qram, qalıq - 0,312 qram. Metamfetaminin təmiz çəkisi – 0,078, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 0,038 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbycan Respublikası DİN Aryışlar üçün №125”-li dairəvi möhür əksi və imzalar olan zərfdəki 4 (dörd) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,094 qr, 0,076qr, 0,122 qr, 0,116 qr, ümumi təmiz çəkisi 0,408 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,408 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 0,328 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/864 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” ştampı əksi olan 02 (iki) ədəd paketdə vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ümumilikdə 04 (dörd) ədəd bükümdə olan heroinlər, vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 07 (yeddi) ədəd bükümdə olan heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə gprə eynidirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 2 fevral 2022-ci il tarixli 6/657 saylı və vət. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 02 fevral 2022-ci il tarixli 6/656 saylı eksper rəylərində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 538 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 690 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ilkin çəkisi ilkin çəkisi 0,452 qram olmuş heroinin və 0,078 qram olmuş metamfetaminin, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,242 qram çəkidə narkotik vasitə heroin və 0,038 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,408 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,288 qram çəkidə heroin maddi sübut kimi kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD formatlı disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-73/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı, 01 (bir) yetkinlik yaşına çatmayan uşaq vardır (xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü Əkbərov Kamal Tural oğlu). İş materiallarında olan 15 saylı MKS nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan 1 saylı MKS nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan təqsirləndirilən şəxsə və şahidlərə məxsus olan mobil telefon nömrələrinin anten dairələrinin müəyyən olunması barədə “AZERCELL” və "xxxx" MMCdən daxil olmuş çıxarışlardan müəyyən olunur ki, şahidlərin ifadələri ilə onlara məxsus mobil telefon nömrələrinin anten dairələri arasında ziddiyyət müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-488/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmün surətindən və amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 488/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarla “8 noyabr-Zəfər Günü münasibətilə amnstiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən (bu Qərarın 2.2-ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər) cəzadan azad edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnstiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən və Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının onu ilə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs2 oğlu məhkumluğu olan şəxsdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 01 (bir) yetkinlik yaşına çatamayan uşağının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Belə ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən və üzləşdirmə istintaq hərəkəti aparılan zaman üzərində aşkar olunmuş narkotik vasitələri Təqsirləndirilən şəxs1 almasını bildirməsi və hər ikisinin üzərindən aşkar olunmuş narkotik vasitələrinin tərkiblərinin eyni olması Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələr özlərini müdafiə xarakteri daşıyır, onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdırlar. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 ci maddəsinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası bu hökmlə təyin edilmiş cəza ilə tam toplanılmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan çəkilmiş müddəti təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdir. İş üzrə maddi sübut təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən narkotik maddələrin aşkar edilib götürülməsi barədə 02 (iki) ədəd CD formatlı disk və təqsirləndirilən şəxsə və şahidlərə məxsus olan mobil telefon nömrələrinin anten dairələrinin müəyyən olunması barədə “AZERCELL” və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ilkin çəkisi ilkin çəkisi 0,452 qram olmuş heroinin və 0,078 qram olmuş metamfetaminin, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,242 qram çəkidə narkotik vasitə heroin və 0,038 qram çəkidə psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,408 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,288 qram çəkidə heroin məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 342,00 (üç yüz qırx iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası bu hökmlə təyin edilmiş cəza ilə tam toplanılsın, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 611/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan çəkilmiş 09 (doqquz) ay müddəti yeni təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,452 qram və 0,242 qram narkotik vasitə heroin və 0,078 qram və 0,038 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən narkotik maddələrin aşkar edilib götürülməsi barədə 02 (iki) ədəd CD formatlı disk və təqsirləndirilən şəxsə və şahidlərə məxsus olan mobil telefon nömrələrinin anten dairələrinin müəyyən olunması barədə “AZERCELL” və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 342,00 (üç yüz qırx iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar