Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-19/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Üzümlük yaşayış massivində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gələrək, cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə həmin evin həyətinə hasardan aşıb içəri daxil olub həyətdəki kilidsiz zirzəminin qapısını açıb içəridən 01 ədəd 100 (bir yüz) manat dəyərində olan yaşıl rəngdə “Makita” 9527NB 115MM markalı laqonda, 01 ədəd 200 (iki yüz) manat dəyərində olan yaşıl rəngli BOSCH GBH 2- 26 DRE Professional markalı drel-perforatoru, 01 ədəd 40 (qırx) manat dəyərində olan TWEMPZ-10483 (110-220v) markalı plastik boru üçün ütünü, 01 ədəd 30 (otuz) manat dəyərində olan göy rəngli BORT BSM 500-P markalı dreli götürüb əvvəl edən aralarında olan razılaşmaya əsasən kömək üçün dayanmış Təqsirləndirilən şəxs2 verdikdən sonra həyətin darvazanın qapısını cəftəsini əli ilə açaraq həmin yerdən 01 ədəd 200 (iki yüz) manat dəyərində olan 2020-ci il tarixdə istehsal edilmiş, “DEWALT” GEO-250 ZX7-400 markalı qaynaq aparatını Təqsirləndirilən şəxs2la birlikdə çölə çıxardıb gizli olaraq talayıb oğurlamaqla zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ümumilikdə 570 (beş yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1,188 qram narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə 17 yanvar 2023cü il tarixdə barəsində açılmış 732435 saylı axtarış işinin icrası ilə əlaqədar olaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 08 fevral 2023-cü il tarixdə saat 21:00 dəqiqədə həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən “Üzümlük” marketin qarşısında saxlanılaraq 5-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 21:51-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş halda bir ədəd bükümdə 1,188 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə digər Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gələrək, cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 həmin evin həyətinə hasardan aşıb içəri daxil olaraq kilidsiz olan zirzəminin qapısını açaraq oradan, 01 ədəd 100 (bir yüz) manat dəyərində olan yaşıl rəngdə “Makila” 9527NB 115MM markalı laqonda, 01 ədəd 200 (iki yüz) manat dəyərində olan yaşıl rəngli BOSCH GBH 2-26 DRE Professional markalı drel-perforatoru, 01 ədəd 40 (qırx) manat dəyərində olan TWEMPZ-10483 (110- 220v) markalı plastik boru üçün ütünü, 01 ədəd 30 (otuz) manat dəyərində olan göy rəngli BORT BSM 500-P markalı dreli götürərək hasarın üzərində orada kömək üçün əvvəlcədən aralarında olan razılaşmaya əsasən dayanmış ona verdikdən sonra həyətin darvazasının qapısının cəftəsini əli ilə açaraq həmin yerdən 01 ədəd 200 (iki yüz) manat dəyərində olan 202Ü-cı il tarixdə istehsal edilmiş, «DEWALT» GEO-250, ZX7-400 markalı qaynaq aparatını götürüb Təqsirləndirilən şəxs1la birlikdə çölə çıxarıb gizli olaraq talayıb oğurlamaqla zərərçəknriş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 570 (beş yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 2022-ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində Zərərçəkmiş şəxs1 məxsus evin həyətinin qarşısına gələrək, həmin evin həyətinə hasardan aşıb içəri daxil olub orada olan zirzəminin qapısını açaraq oradan, 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində Çin istehsalı, «TCL» markalı, «LED32S62» model 81 dioqanal (32 düym) televizoru və 01 ədəd 1000 manat dəyərində 3 litr su tutumu olan mis samovarı gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 ümumilikdə 1.280 (bir min iki yüz səksən) manat dəyərində maddi ziyan vuraraq oğurluq elmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 2022-ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində Zərərçəkmiş şəxs1 məxsus evin həyətinin qarşısına gələrək, həmin evin həyətinə hasardan aşıb içəri daxil olaraq orada olan zirzəminin qapısını açaraq oradan, 280 (iki yüz səksən) manat dəyərində 01 ədəd Çin istehsalı, «TCL» markalı, «LED32S62» model 81 dioqanal (32 düym) televizoru və 01 ədəd 1000 manat dəyərində 3 litr su tutumu olan mis samovarı gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 ümumilikdə 1.280 (bir min iki yüz səksən) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində yaşayan Orxan adlı şəxsi 2022-ci ilin sentyabr ayında həbsdən azad olunduqdan sonra tanımışdır. Belə ki. Orxanın da narkotik vasitə aludəçisi olduğunu bilmişdir. Orxan ilə bir yerdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. 2022ci ilin noyabr ayının sonlarında gecə saatlarında evində olmuşdur. Həmin vaxtı Orxan onunla mobil telefonla əlaqə saxlayaraq yaşadığı Yaşıldərə massivində qonşuluğunda qaynaq (svarka) aparatı olduğunu və həmin qaynaq aparatını oğurlamağa gücü çatmadığına görə onun da ona köməklik etməsini bildirmişdir. Orxan ona yaşadığı evin yaxınlığına gəlməyini demişdir. Bundan sonra o, da evdən çıxaraq saat təxminən 05 radələrində Orxanın yaşadığı Yaşıldərə massivinə gedərək orada Orxanla görüşmüşdür. Orxan ona qonşuluğunda yaşayan şəxsin evinin həyətindən usta alətlərini oğurlayaraq yaxınlıqda olan işıq dirəyinin altına yığdığını, lakin qaynaq aparatına gücü çatmadığını bildirmişdir. Orxan ev sahibinin evdə olmadığını bildirmişdir. Bundan sonra Orxanla birlikdə evin darvazasından içəriyə daxil olmuşlar. Belə ki, ondan əvvəl Orxan içəriyə daxil olduğuna görə darvaza açıq vəziyyətdə olmuşdur. Onlar birlikdə qaynaq aparatım götürərək darvazadan çıxartmışlar. Bundan sonra qaynaq aparatını Orxanın əvvəlcədən oğurladığı digər alətlərdən bir qədər aralıya apararaq orada gizlətmişlər. Həmin alətləri səhər açıldıqdan sonra satmaq niyyətində olmuşlar. Artıq həmin vaxtı hava işıqlanmışdır. O, əvvəlcədən tanıdığı Şöhrət adlı metal qəbulu məntəqəsini işlədən şəxslə əlaqə saxlayaraq özündə qaynaq aparatı olduğunu və satdığını bildirmişdir. Şöhrət həmin qaynaq aparatını 50 manata alacağım bildirmişdir. Lakin o səhhəti ilə əlaqədar olaraq onunla görüşə bilməyəcəyini deyib qaynaq aparatını onun iş yerinin qarşısına aparmağını və bir nəfər şəxsin gəlib qaynaq aparatını götürüb ona 50 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, tanımadığı taksi avtomobili ilə qaynaq aparatını Şöhrətin işlədiyi Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində Ülvi şadlıq evinin arxasında yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmisindəki metal qəbul məntəqəsinin qarşısına aparmışdır. Az sonra bir nəfər tanımadığı şəxs gəlib ona 50 manat pul verib qaynaq aparatını ondan almışdır. Həmin 50 manat pulu narkotik vasitə əldə edərək özü istifadə etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2018-ci il tarixdən narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni ineksiya yolu ilə damarına vurur. Narkotik vasitəni Bakı və Sumqayıt şəhərləri ərazisində müxtəlif şəxslərdən əldə edir. Törətdiyi oğurluq hadisələrini də narkotik vasitə əldə etmək üçün törədir. Belə ki, oğurladığı əşyaları sataraq narkotik vasitə əldə edib istifadə edir. 08 fevral 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək iiçün Xırdalan şəhərinə getmişdir. Belə ki, o, Xırdalan şəhərində olan Xırdalan dairəsinin yaxınlığında narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən əvvəllər bir neçə dəfə narkotik vasitə əldə etmişdir. Həmin vaxtı da narkotik vasitə əldə etmək üçün həıııin yerə getmişdir. Həmin şəxsi orada axtarıb tapmışdır. Bundan sonra ona 20 manat pul verərək bir ədəd bükümdə təxminən 1 qram çəkidə narkotik vasitə heroin əldə etmişdir. Həmin narkotik vasitə heroini əynindəki gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra avtobus ilə yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə qayıtmışdır. Yaşadığı Üzümlük yaşayış massivində yerləşən “Üzümlük” marketin qarşısında olan zaman tanımadığı avtomobil yanında saxlamışdır. Maşından iki nəfər mülki paltarda olan şəxslər düşərək ona yaxınlaşıb Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları oldqlarını və Sumqayıt ŞPİ-nin istintaq şöbəsində onun barəsində olan oğurluq cinayət işi üzrə axtarışda olduğunu bildirərək onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O, da polis əməkdaşlarına etiraz etməmiş və onların idarə etdikləri avtomobilə əyləşmişdir. Yolda gəldiyi zaman polis əməkdaşları onu sorğu-sual edən zaman narkotik vasitə istifadəçisi olduğunu və hazırda da üzərində bir ədəd bükümdə narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları onu 5-ci polis bölməsinə gətirdikdən sonra təhqiqatçı onu müdafiəçi ilə təmin etmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş apanlmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynindəki açıq yaşıl rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd bükümdə olan kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu və narkotik vasitənin ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni tutulduğu gün Xırdalan şəhərində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş və 1,41 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasta heroin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Protokol onlara ucadan oxunmuşdur. O, da digər iştrakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Əlavə olaraq qeyd elmişdir ki, Orxan yalan ifadə vermiş, o, həmin oğurluq etdiyi həyətə gedənə qədər Orxan özü həmin sadalanan əşyaları Özü oğurlayıb çıxarmışdır. O, oradan yalnız Orxanla birlikdə qaynaq aparatı oğurlamışdır. O, qeyd etdiyi oğurluq cinayətindən başqa heç bir oğurluq cinayəti törətməmişdir. Oğurlanan direl, laqonda, prefarator, bir ədəd plastik boru yapışdıncısını Orxan özü satmışdır. Lakin, Orxanın həmin əşyaları kimə satması barədə heç bir məlumatı olmamışdır. Oğurluğu yalnız Orxanla ikisi 2022-ci ilin noyabr ayının sonlarında saat 05 radələrində törətmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yaşayan İlkin adlı şəxsi hadisədən iki ay öncədən tanımışdır. O, rəsmi olaraq heç bir yerdə işləmir və öz maddi ehtiyaclarını ödəmək üçün oğurluq etməyə qərara gəlmişdir. O İlkinlə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində Cavidin yaşadığı evin qarşısına gəlmişlər və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən İlkin hasardan aşaraq evin həytinə daxil olmuş, o, isə razılaşmaya əsasən hasarın altında dayanıb ətrafa baxmış və kimsənin gəlib gəlmədiyini nəzarət etmişdir. Həmçinin o, İlkinin oradan götürdüyü əşyaları hasarın üstündən ondan qəbul etməli və kənara yığmalı olmuşdur. Daha sonra İlkin həyətə daxil olduqdan sonra ordan bir ədəd drel-prefaratoru, bir ədəd plastik boru yapışdıncısını, bir ədəd laqondanı, bir ədəd dreli hasarın üstündən ona vermiş, o, isə onları kənara yığmışdır. Daha sonra İlkin qaynaq aparatını əl damından götürdüyünü demiş və onun ağır olduğu üçün darvazanın qapısını içəridən cəftəsini əli ilə açmış və qaynaq aparatını ordan çıxartmışdır. Onlar bilrikdə həmin əşyaları yaxınlığında olan dəmir yolun yanında qamışlığın arasında gizlin yerdə gizlətmiş və sözləşmişlər ki, növbəti gün onları satıb pul əldə edəcəklər. Ona görə də, o növbəti gün İlkinlə danışmış və o ona bildirmişdir ki, birlikdə oğurladığları əşyalar yerindədir, lakin qaynaq aparatını kimsə guya oğurlamışdır. O, həmin vaxt bilmişdir ki, İlkin qaynaq aparatını kimsə satmış və ona yalan demişdir. Ona görə o, həmin yerə getmiş və yerdə qalan gizlətdikləri əşyaların digərlərini Saray qəsəbəsinə aparmış və Xəyal adlı şəxsə ümumi 30 manata satmışdır. Bundan başqa, o, 4-5 aydır ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yaşayan Surxay adlı "Əmi" ləğəbli şəxslə tanış olmuşdur. Surxayın təklifi ilə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus evə daxil olub oğurluq etməyə razılaşmışlar. Buna görə də 2022-ci ilin dekabr ayın əvvələrində təxminən saat 03 radələrində onlar Surxayla birlikdə Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə hasarı aşaraq içəri daxil olmuş və orada olan evin altında olan zirzəminin dəmir qapısının üzərində olan qıfılı yerdə olan dəmir parçası ilə sındıraraq qapmı açmışdır. Orada Surxay təxminən 03 litr həcmində olan samovarı, o, isə bir ədəd “TCL” 32 ölçüdə televizoru oradan birlikdə götürmüşlər və yenidən hasarın üzərində aşmışlar və həmin əşyaları köməkləşərək həyətdən çıxarmışlar. Daha sonra həmin əşyaları Surxayın yaşadığı evə aparmışlar ki, birlikdə satıb əldə edilmiş pulu aralarında bölsünlər. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin dekabr ayın əvvələrində uzun müddət ərizində tandığı qonşusu X6 Hüeynovla axşam saatlarında təxminən 03 radələrində Üzümlük bağlar massivində görüşmüş, o həmin vaxt onun pulu olmadığım ona demişdir. O, Təqsirləndirilən şəxs2 uzun müddət ərzində tanımış və onun atası ilə də münasibəti olmuşdur. Onun bildiyinə görə Orxan, narkotik vasitələrinin istifadəçisi olduğu üçün Vüqar onu evdən qovmuşdur. Vüqar bildirdiyinə görə Socarda sürücü işləyir, yoldaşı isə həkimdir və onların yaşadığı evində harada oldğunu tanıyır. Həmin vaxt Orxanla görşüdükləri zaman o ona demişdir ki, onun yaşadığı evin yanında Zərərçəkmiş şəxs1 evi var və oradan birlikdə oğurluq edib əldə olunmuş əmlakı bölməyi ona təklif etmişdir. O da razılaşmış və Xəyalın evinin yanına getmişlər, ətrafda heç kəsin olamdığına və evin boş olduğuna əmin olduqdan sonra evin zirzəmisindən bir ədəd televizor və bir ədəd dəmir samovarı götürmüşdür. O, isə orada Xəyalın evinin yanında dayanmış və ətrafa müşayət edirmiş ki, kimsə gəlsə Orxana məlumat versin və törətdikləri əməl ifşa edilməsin. Orxan həmin vaxt bir ədəd dəmir samovarı və bir ədəd televizor ilə hasardan keçərək daxil olduğu evin həyətindən çıxmışdır. Daha sonra Orxan ona bir ədəd oğurladığı televizoru vermiş, Samovarı isə özü ilə aparmışdır. Həmin televizoru isə həyət yoldaşı Sabirə polis əməkdaşlarına o, evdə olmadığı zaman qaytarmışdır. Qeyd etmişdir ki, arvadı Sabirənin həmin televizorun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslərin təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsin axtarış keçirilən zaman qeydə alınan video görüntülər və cinayət işinin materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisində Elnur marketin yaxınlığında özünə məxsus 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli kürsülü yaşayış evi var. Həmin evdə yaşamadığı üçün təxminən 4 ay olarmış ki. evi Rövşad adlı şəxsə kirayə vermişdir. Evi kirayə verməyinə baxmayaraq mütəmadi olaraq gedib evə baş çəkmişdir. Lakin, Rövşad xx.xx.2022-ci il tarixdə ona kirayə verdiyi evdən çıxmış və açarlarım özünə qaytarmışdır. Buna baxmayaraq onlara məxsus ev əşyaları onun evində qalmışdır. xx.xx.2022-ci il tarixdə sözü gedən evə öz ailə üzvləri və dostu Kamilin ailə üzvləri ilə birlikdə getmiş və orada özlərinə məxsus samovarı qaynadaraq çay içmişlər. Həmin tarixdə saat 23:50 radələrində isə həmin evdən çıxıb Sumqayıt şəhərindəki yaşadıqları evinə getmişlər. Sözü gedən evdən çıxıb gedərkən samovarı evin altındakı əl damma qoymuş və dəmir qapısının ağzını bağlayaraq qıfıllamışdır. Lakin, həmin evdə yaşayış olmasına baxmayaraq o, hər gün gedib evə baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində evə baş çəkmək üçün gedərkən evin altındakı əl damının dəmir qapısında olan qıfılın yerində olmadığım görmüşdür. Həmin yerə baxış keçirərkən əl damına qoyduğu 1 ədəd 82 diaqanal ekranı olan “TCL” markalı televizorun və 1 ədəd 3 litr su tutumu olan mis samovarın yerində olmadığını aşkar etmişdir. Daha sonra baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra hadisə baş verən yerə polis əməkdaşları gələrək sənədləşmə işləri aparmışlar. Oğurlanmış “TCL” markalı televizoru 2021-ci ildə 559 manata almış, lakin mis samovarı isə qaynanası Yasəmən bağışlamışdır. Qaynanasına isə həmin mis samovarı qavnatası bağışlamışdır. Mis samovar qədim olduğu üçün qiymətini bilməmişdir. Lakin, həmin mis samovarı 2021-ci ilin yay aylarında istifadə etmək üçün dostu Kamilə vermiş, o isə həmin samovarı Nabran istirahət mərkəzinə aparmışdır. Orada olarkən bir nəfər şəxs samovarı 1000 manata almaq istədiyini dostu Kamilə təklif etmiş, dostu bu barədə ona zəng vuraraq məlumat vermiş və o, samovarı satmaq istəmədiyini ona bildirmişdir. Ona görə də hesab etmişdir ki, oğurlanmış mis samovarın qiyməti 1000 manat təşkil edir. Belə ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1559 (bir min beş yüz əlli doqquz) manat maddi ziyan dəymişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşıidərə bağlar massivində atası ilə birlikdə yaşayır. Yaşdığı evin altında zirzəmidə o, özünə məxsus əşyaları saxlayır. xx.xx.2022-ci il tarixdə o, valideyinləri ilə birlikdə Ağsu rayonuna getmiş və yaşadığı ev boş qalmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evə gələrkən həyətdəki evin altında zirzəmiyə baxan zaman o, görmüşdür ki, oradan ona məxsus əşyalar oğurlanmışdır. Daha dəqiq oraya baxanda ona məlum olmuşdur ki, zirzəmidən 01 ədəd 180 manat dəyərində yaşıl rəngdə “Makita” 9527NB 115MM markalı laqonda, bir ədəd 380 manat dəyərində yaşıl rəngli BOSCH GBH 2-26 DRE Professional markalı drel-perforator, bir ədəd 500 manat dəyərində 2020- ci il tarixdə istehsal edilmiş, “DEWALT” GEO-250, ZXT-400 markalı qaynaq aparatı, bir ədəd 65 manat dəyərində TWEMPZ-10483 (110-220 v) markalı plastik boru üçün ütü, bir ədəd 55 manat dəyərində göy rəngli BORT BSM-500-P markalı drel naməlum şəxs (şəxslər) tərəfindən oğurlamışdır Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1997-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 Elburus oğlunun Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Üzümlük" marketin yaxınlığında olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 21:00-da Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Üzümlük” marketin yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs1 əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduğlarını bildirmişlər və ona da özünü təqdim etməsini təklif etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində olan oğurluq cinayət işi üzrə axtarışda olduğunu və onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmişdir. Bölməyə gələn zaman yolda Təqsirləndirilən şəxs1 onları hazırda üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs1 heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PBnə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs1 videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri barədə bildiriş və omun öz istəyi ilə seçdiyi vəkil təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan açıq yaşıl rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında spesifik iyə malik narkotik vasitə olan “heroin”-ə bənzər maddənin olduğunu aşkar edilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin narkotik vasitə olan (kakos) olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Xırdalan dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin şəffaf sellofan ilə birlikdə 1,41 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin bükümdə olan maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs1 Elburus oğlunun üzərində şəxsi axtarış aparılan zaman o əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümündə olan maddəni təqdim etmiş və bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində “Ülvi” şadlıq evinin arxasında yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmisindəki metal qəbul məntəqəsini işlədir. Təxminən 2022- ci ilin noyabr ayının sonlarında əvvəlcədən tanıdığı İlkin adlı şəxs mobil nömrəsinə zəng edərək özündə qaynaq aparatının olduğunu və satmaq istədiyini bildirmişdir. O. İlkin adlı şəxsə həmin qaynaq aparatını 50 manata alacağını bildirmişdir. Lakin, o, səhhətində problem olması ilə əlaqədar olaraq İlkinə onunla görüşə bilməyəcəyini deyib qaynaq aparatını onun iş yerinin qarşısına aparmağını və həmin vaxt metal qəbulu məntəqəsində işləyən Vasif adlı şəxsin gəlib qaynaq aparatını götürüb ona 50 manat pul verəcəyini bildirmişdir. Səhəri gün İlkin adlı şəxs qaynaq aparatını Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində “Ülvi” şadlıq evinin arxasında yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmisindəki metal qəbul məntəqəsinə gətirmişdir və orada işləyən Vasif adlı şəxs İlkinə 50 manat pul verərək həmin qaynaq aparatını götürmüşdür. Bundan bir-iki gün sonra o, həmin qaynaq aparatını tanımadığı şəxsə 80 manat satmışdır. Əlavə olaraq qeyd etmişdir ki, İlkin adlı şəxs həmin qaynaq aparatının özünə məxsus olduğunu demiş, ona satdığı qaynaq aparatının oğurluq olması barədə məlumatı olmamışdır. Vasif adlı şəxsin təxminən 2022-ci ilin dekabr ayının əvvəllərindən metal qəbul məntəqəsində çalışmış və onun hazırda harada yaşaması barədə heç bir məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 oğlu məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında anası ilə birlikdə yaşayır. Lakin, hazırda müvəqqəti olaraq Gəncə şəhərində yaşayır. Təxminən 2022-ci ilin noyabr ayının sonlarında qonşusu Təqsirləndirilən şəxs2 onun yaşadığı evdə olduğu zaman onlara gəlmiş və ona təcili pul lazım olduğu üçün evində istifadə etmədiyi laqonda və bir ədəd drel-prefaratorun satmaq istədiyini ona demişdir. Daha sonra isə onları onlar 30 manata almağa təklif etmişdir. Ona görə də, o, Təqsirləndirilən şəxs2 uzun müddət ərzində tanıdığı üçün ona inanmış və onun ona təklif etdiyi laqonda və bir ədəd drel-prefaratoru 30 manata almışdır. Daha sonra o, Gəncə şəhərinə getmiş və orada olan zaman qardaşı Tural ona zəng edərək, onun bir neçə müddət əvvəl aldığı laqonda və drel prefaratorunun oğurluq oğludunun və bunun üçün onun yanına polis əməkdaşlarının gəldiklərini demişdir. O, isə onları qonşusu Orxandan aldığını və oğurluq olmağı barədə məlumatının olmadığını demiş, həmin təmir alətlərin evdə zirzəmisində olduğunu demişdir. Ona görə də, qardaşı onun razılığı ilə həmin tikinti alətlərini götürüb polislərə təhvil vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Şahid4 onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə, təxminən səhər saat 10:00 radələrində yaşadığı ünvan 9 ünvanında olan zaman polis əməkdaşı gələrək qardaşı Şahid4 harada olması barədə maraqlanmışlar. O, da həmin polis əməkdaşına qardaşı Şahid4 hazırda Gəncə şəhərində olduğunu demişdir. Sonra polis əməkdaşı qardaşı Şahid4 Orxan və İlkin adlı şəxslər tərəfindən oğurlanmış laqonda və drelprefaratorunun aldığını ona bildirmiş və həmin əşyaların yerini bilib-bil məd iyi ni ondan soruşmuşdur. O, isə polis əməkdaşına həmin əşyaların, hazırda harada olduğunu bilmədiyini, lakin qardaşı Şahid4 zəng edib maraqlana biləcəyini demişdir. Sonra isə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən qardaşı Şahid4 istifadəsində olan ***-***- **-** nömrəsinə yığaraq laqonda, drel-prefarator və digər əşaları barədə polis əməkdaşının maraqlandığını və həmin əşyaların harada olduğunu soruşmuşdur. Qardaşı Şahid4 isə həmin vaxt Orxandan laqonda və drel-prefaratorun yaşadığı həyət evinin zirzəmisinə qoyduğunu demişdir. Bundan sonra polis əməkdaşı ilə o, həyət evinin zirzəmisinə düşmüş və həmin laqonda və drel-prefaratoru oradan götürmüşdür. Sonra həmin polis əməkdaşı ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər və o, laqonda və drel-prefaratoru Sumqayıt ŞPİ-nin İŞ-nə təhvil vermişdir Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Elburus oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 24-25-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Elburus oğlu barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 221-223-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Elburus oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 iyul 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 103-cü vərəqəsində olan xx.xx.2022-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 130-131-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 113-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 145-146-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 28-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9306 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orla istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs2 məxsus 05 adda malların (qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən) qiyməti 570.00 manat təşkil etmişdir. 01 (bir) ədəd 40 manat dəyərində TWEMPZ-10483 (110-220 v) markalı plastik boru üçün ütü; 01 (bir) ədəd 200 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “DEWALT” GEO-250. 7X7-400 markalı qaynaq aparatı; 01 (bir ədəd) 30 manat dəyərində göy rəngli BORT BSM-500-P markalı drel; 01 (bir) ədəd 100 manat dəyərində yaşıl rəngdə “Makita” 9527NB 1İ5MM markalı laqonda; 01 (bir) ədəd 200 manat dəyərində yaşıl rəngli BOSCH GBH 2-26 DRE Professional markalı drel-perforator. Zərərçəkmiş şəxs1 məxsus qiymətləndirilən malın adı və qiyməti aşağıdakıdır; 01 (bir) ədəd 280 manat dəyərində Çin istehsalı, “TCL” markalı, “LED32S62“ model 81 dioqanal (31 düym) televizor. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 3 litr su tutumu olan mis materialından olan samovar haqqında kifayət qədər məlumat (markası, istehsal yeri, istehsal ili, istismar müddəti və s.) olmadığı qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 favral 2023-cü il tarixli, 6/792 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №242” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs1” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,188 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 1,188 qram, sərf edidi 0,05, qalıq 1,138 qram. Cinayət işinin 1-ci cild 40-ci və 2-ci cild 27-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 80 və 50 manat təşkil edir. Cinayət işinin 2-ci cild 165-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1168 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opiodilərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 24-25-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında 08 fevral 2023-cü il tarixli protokol və şəxsi axtarışın keçirilməsi barədə görüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı X2 İlkin Elbrus oğluna və onun müdafiəçisi X5 iştirakları ilə narkotik tərkibli maddələri üzərində gəzdirməsini polis əməkdaşlarına bildirməsi səbəbindən saxlanıldığını izah edir, həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirirlər. Daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edilir, bundan sonra saxlanılmış şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirir, daha sonra Təqsirləndirilən şəxs1 hüququ və vəzifələrinin izah edilməsi haqqında bildirş verilir. Bundan sonra saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs1 əynində olan açıq yaşıl rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim edir, həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında kütlə aşkar edilir. Sorğu zamanı, Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin narkotik vasitə olan (kakos) olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Xırdalan dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çekilən zaman həmin maddənin çəkisinin şəffaf sellofan ilə birlikdə 1,41 qram olduğu müəyyən olunur, aşkar olunmuş həmin bükümdə olan maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunur və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilir. Cinayət işinin 3-cü cild 16-37-ci vərəqələrində olan 16 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə aşkar edilmiş narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.138 qram hissəsi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 (bir) ədəd CD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədədə disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. 01 (bir) ədəd Çin istehsalı “TCL” markalı, “LED32S62” model 81 dioqanal (31 düym) televizor maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs1, habelə, 01 (bir) ədəd “Makita” 9527NB 115MM markalı laqonda; 01 (bir) ədəd yaşıl rəngli BOSCH GBH 2-26 DRE Professional markalı drel-perforatoru maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 2-ci icild 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona 02 il 03 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin 2-ci cild 249-252-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(060)-93/2021 saylı qərarı ilə təyin edilmiş 03 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 02 il 03 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin 2-ci icild 231-238-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 ay 11 gün hissəsi ilə qismən birləşdirilməklə ona 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün müddət çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci icild 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci icild 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 1) Kürdəmir rayon Xalq Məhkəməsinin xx.xx.20196-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 145-ci maddəsinin 2-ci bəndi ilə təqsirli bilinərək ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.2000-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş və xx.xx.2002-ci ildə cəzasının sonu ilə azad edilmişdir; 2) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi xx.xx.2022-ci ildə məhkəməyə göndərilmişdir. Cinayət işinin 2-ci icild 54-62-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən həbsdə olduğu 01 ay 13 gün müddət 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla həmin müddət təyin edilmiş cəzadan çıxılmaqka üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü təyin edilmiş 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 10 gün hissəsini çəkmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlara dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbləri və şikayətləri yoxdur, bu halların nəzərə alınmasını xahiş etmişlər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, həmçinin qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətlərini, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətlərini, Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Bu səbəbdən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və saxlanc yerinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinsə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edillməklə, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(060)-93/2021 saylı qərarı ilə təyin edilmiş 03 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə qəti olaraq 02 il 03 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində tətbiq edilmiş cəzanının 09 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluq müddəti bitmədən xx.xx.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki iş üzrə tutulduğu 08 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1168 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 21 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmünə əsasən Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu Üzümlük yaşayış massivində fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,138 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübutlar 01 (bir) ədəd Çin istehsalı “TCL” markalı, “LED32S62” model 81 dioqanal (31 dliym) televizor, 01 (bir) ədəd “Makita” 9527NB 115MM markalı laqonda və 01 (bir) ədəd yaşıl rəngli BOSCH GBH 2-26 DRE Professional markalı drel-pereparatorun sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə kimyəvi ekspertizasının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs1, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzrəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 21 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmünə əsasən Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzrəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu Üzümlük yaşayış massivində fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,138 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı “TCL” markalı, “LED32S62” model 81 dioqanal (31 dliym) televizor, 01 (bir) ədəd “Makita” 9527NB 115MM markalı laqonda və 01 (bir) ədəd yaşıl rəngli BOSCH GBH 2-26 DRE Professional markalı drel-pereparatorun sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs1, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 hər birinin məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 37 saata görə hər bir vəkil üzrə ayrı-ayrılıqda 222 (iki yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-19/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-19/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver