Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-190/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayın əvvələrindən ünvan 2 ünvanda yerləşən «Petrol-100» yanacaq doldurma məntəqəsində şifahi razılıq əsasında operator vəzifəsində işləyərkən yanacaq paylayıcı aparatdan yanacaq satıb satışdan əldə edilən pulu növbə rəisinə təhvil vermək vəzifələrini həyata keçirməli olduğu halda 07.05.2021-ci il tarixdə yanacaq satışından əldə etdiyi 3818 (üç min səkkiz yüz on səkkiz) manat pulu növbə rəisinə təhvil verməyib, ona etibar edilmiş özgə əmlakını talamaqla mənimsəmişdir. Bundan başqa o, 23 sentyabr 2021-ci il tarixdə, Bakı şəhəri, «20 Yanvar» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,151 qram və 0,127 qram. ümumi təmiz çəkisi 0,278 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 sentyabr 2021-ci il tarixdə saat 15:35-də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində «Qarabağ kino-teatr»ın arxasında saxlanıb Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,151qram və 0,127qram, ümumilikdə təmiz çəkisi 0,278 qram qəhvəyi rəngli tozşəkilli maddə, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 179.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri ilə yaşayır, 2006-cı ildə ali məktəbi bitirib hərbi xidməti başa vurmuş, müxtəlif peşələr üzrə işləmiş, törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə tövsif edilmiş, 08.05.2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, bundan sonra müxtəlif tikinti obyektlərində fəhlə, yanacaq doldurma məntəqələrində operator işləmiş, son zamanlar isə pis vərdişlərə meyillənib narkotik vasitə qəbuluna başlamışdır. 2021-ci ilin may ayının əvvələrində iş axtarmış, Sumqayıt şəhəri,18ci mikrorayon ərazisində 53-cü məhəllədə yerləşən «Petrol-100» X7 müraciət etmiş, demişlər ki, operator vəzifəsinə işləmək üçün vakant yer var, iş iki növbəli olmaqla birinci növbə saat 08:00-da başlayıb axşam 20:00-da, ikinci növbə isə saat 20:00-da başlayıb səhəri gün saat 08:00-də bitir, aylıq əmək haqqı 250 manat təşkil edəcəkdir. Aralarında olan razılaşmaya əsasən yanacaq vuran aparatdan satdığı yanacağın pulunu alıb toplayaraq növbənin sonunda pulu növbə rəisinə təhvil verməli və işinə də növbə rəisi nəzarət edəcəkdir. 04.05.2021-ci il tarixdə işə gəlmiş, işlədiyi YDM-də 04 ədəd yanacaq vuran aparat (benzin kolonka) olmuşdur. O, X7 gələn avtomobillərə yanacaq vuran aparatdan yanacaq vurub, vurduğu yanacağın pulunu alıb özündə saxlayaraq növbənin sonunda növbə rəisi Şahid1 təhvil vermiş, işinə növbə rəisi nəzarət etmiş və satışdan əldə edilib toplanan pula növbə rəisi cavabdehlik daşımışdır. Növbəni təhvil alarkən növbəni təhvil verən operatorun işlədiyi yanacaq vuran aparatın sayğacında göstərilən sonuncu rəqəm, (yəni çəndən vurulan yanacağın litri göstərilən rəqəm) dəftərə qeyd edilib yanacaq vuran aparat ona təhvil verilmiş, o növbəni təhvil verdikdə növbə rəisi işlətdiyi yanacaq vuran aparatın sayğacındakı sonuncu rəqəmdən təhvil alarkən qeyd edilən rəqəm çıxarılmış, nəticədə növbə ərzində satış etdiyi yanacağın ölçüsü (litri) çıxarılmış, ona müvafiq satışdan əldə edilən pul təhvil-təslim edilmişdir. İkinci gün 06.05.2021-ci il tarixdə saat 20:00-da operator Şahid2 və növbə rəisi Şahid1 Arif oğlu ilə işə başlamış, həmin ərəfədə pula ehtiyacı olmuş, satışdan əldə etdiyi pulu götürüb bir bəhanə ilə YDM-ni tərk etmək və bir daha YDM-nə işə gəlməmək qərarına gəlmişdir. Növbəsi 07.05.2021-ci il tarixdə səhər saat 08:00-da bitməli olmuş, yanacaq vuran aparatdan satdığı yanacağın pulunu alıb özündə saxlamış, növbəlik əsasında əvvəl Məhəmməd, saat 03:00 radələrində növbə rəisi Şahid1 fasiləyə çıxmış, yanacaq satışından əldə etdiyi pulu saat 24:00-da növbə rəisinə təhvil verib satışı davam etdirməli olduğu haldı baş qarışıqlığından istifadə edib pulu təhvil verməmiş, 07.05.2021-ci il tarixdə saat 05:00 radələrində növbə rəisinin fasilədə olduğundan istifadə edib operator Məhəmmədə ayaqyoluna getmək istədiyini bildirib ayaqyolu istiqamətinə doğru getsə də, oraya daxil olmayıb geyinib-soyunma otağına keçərək xüsusi geyim formasını öz paltarları ilə dəyişərək yanacaq doldurma məntəqəsini gizlin tərk etmiş və yanacaq satışından əldə etdiyi 3818 (üç min səkkiz yüz on səkkiz) manat pulu özü ilə aparmışdır. YDM-ni tərk etdikdən sonra istifadəsində olan mobil telefonu söndürmüş, səhərə yaxın Bakı şəhərinə gedib orada qalmaqla X7 məxsus 3818 manat pulu şəxsi ehtiyaclarına və «Topaz» mərc oynuna sərf etmişdir. YDM işçilərinin Sumqayıt ŞPİ-nə şikayət etdiklərini və barəsində cinayət işinin başlanmasını bilməmişdir. 23.09.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 15 manata şəxsi istifadəsi üçün 02 (iki) büküm heroin və 01 (bir) büküm metamfetamin əldə edib onu əynində olan cins şalvarın sağ yan cibinə qoyub Sumqayıt şəhərinə gəlmiş, saat 15:30 radələrində şəhərin 10-cu mikrorayon ərazisində piyada hərəkətdə olarkən 03 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib üzərində narkotik vasitə olub onu daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməyi təklif etmişlər. Həmin üç nəfərdən biri onun əlindən möhkəm yapışdığı üçün üzərində gəzdirdiyi heroini və metamfetamini cibindən çıxarıb ata, onları özündən uzaqlaşdıra bilməmiş, polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirib, hüquqlarını izah edib hüquqlarının müdafiə edilməsi üçün ona dövlət hesabına Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim etmişlər. Bundan sonra inspektor videokameranı işə salıb vəkili tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, polis əməkdaşı ona üzərinə şəxsi axtarış keçirəcəklərini, şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif etmişlər. O əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı üç ədəd gümüşü rəngli bükümləri təqdim etmiş və bildirmişdir ki, onlardan ikisi heroin, digəri metamfetamindir. Cibində aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidən tanımadığı kişi cinsli şəxsdən 15 manata almışdır. Bundan sona onun və vəkilinin iştirakı ilə üzərində aşkar edilərək götürülmüş maddələr tərəziyə qoyularaq çəkilmiş və qabalaşdırılaraq möhürlənib imzalanmış, həmin maddələrin narkotik vasitə olub-olmadığını müəyyən etmək üçün məhkəmə kimyəvi ekspertizası təyin edilmiş, o isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən 23.09.2021-ci il tarixdə şübhəli şəxs kimi saxlanaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə kimyəvi ekspertizasının rəyinə görə üzərində aşkar edilmiş 02 (iki) ədəd bükümdə ümumi çəkisi 0,287 qram olan maddənin heroin, 01 (bir) bükümdə olan maddənin 0,059 qram metamfetamin olduğu müəyyən edilmiş, 25.09.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunub Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, fiziki şəxs kimi fəaliyyət göstərir, vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində uçota alınmışdır. VÖEN № **********-dir. 29.06.2020-ci il tarixli 016 saylı müqavilə ilə ünvan 3 ünvanda yerləşən «Petrol-100» yanacaq doldurma məntəqəsini fiziki şəxs qismində fəaliyyət göstərən oğlu Bəhruz Quliyevdən 03 (üç) il müddətinə icarəyə götürüb işlədir, maliyyə əməliyyatları onun tərəfindən həyata keçirilir, obyektin kodu **********-29001 olmaqla Vergilər İdərəsində qeydiyyatdadır. X10 Məntəqəsi avtomobillərə yanacağın satışını həyata keçirir və fasiləsiz fəaliyyət göstərir, işçilər iki növbədə işləyir, birinci növbə səhər saat 08:00-da başlayıb axşam 20:00-da, ikinci növbə saat 20:00-da başlayıb səhəri gün saat 08:00-da bitir. Hər növbənin növbə rəisi var və növbədə olan işçilər növbə rəisinə tabedirlər. Növbə rəisi YDM-də yanacağa və yanacaq satışından əldə edilən pula, onun saxlanmasına və təhvil verilməsinə maddi məsul şəxsdir. YDM-də 04 ədəd yanacaq vuran aparat (benzin kolonka) vardır. İşçilərə və YDM-nin ərazisinə tam nəzarət etmək üçün YDM-nin ərasizində təhlükəsizlik kameraları quraşdırılmışdır. Operator növbəyə gələrkən növbə rəisi ona təhkim ediləcək yanacaq vuran aparatda olan sayğacın sonuncu rəqəmini çıxarıb dəftərə qeyd edərək yanacaq vuran aparatı operatora təhvil verir, operator yanacağı satarkən növbə ərzində arada yanacaq satışından əldə etdiyi pulu növbə rəisinə təhvil verir, işin sonunda operatorun işlətdiyi yanacaq vuran aparatın sayağacında olan son rəqəmdən ona təhvil verilərkən göstərilən rəqəm çıxılmaqla gün ərzində satdığı yanacağın (çəkisi) litri və təhvil verəcəyi pulun məbləği müəyyən edilir və operator satışdan əldə etdiyi pul vəsaitini növbə rəisinə tam təhvil verir. Bir operator digər operatora təhkim edilmiş yanacaq vuran aparata müdaxilə və ya həmin aparatdan satış edə bilməz. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla ədavəti, düşmənçiliyi olmamışdır. 2021-ci ilin may ayının ilk günündə Təqsirləndirilən şəxs «Petrol-100» YDM-nin yanına gəlib işləmək istədiyini bildirmiş, ona işləmək üçün vakant operator vəzifəsi olduğunu deyib operatorun yanacaq vuran aparatdan satdığı pulu toplayıb növbə rəisinə təhvil verməyini izah etmiş, Kamal razılaşıb əvvəllər YDM-də işlədiyini demişdir. Kamal 04.05.2021-ci il tarixdə ikinci növbə işə başlamış, işin öhdəsindən gəlmiş və hiss olunmuşdur ki, əvvəllər YDM-də işləmişdir. Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdə ikinci növbə işə gəlmiş, növbəsi 07.05.2021-ci il saat 08:00-da tamamlanmalı olmuşdur. Kamal işə növbə rəisi Şahid1 və operator Şahid2 ilə başlamış, işə başlamazdan əvvəl ona təhkim ediləcək yanacaq vuran aparatın sayağacında göstərilən rəqəm növbə rəisi tərəfindən dəftərə qeyd edilmiş, yanacaq vuran aparat (benzin kalonka) işləmək üçün ona təhvil verilmiş, özü isə evə getmişdir. Gecədən keçmiş növbə rəisi Şahid1 ona zəng edib gecə YDM-də fasilədə olarkən operator Məhəmməd ona operator Təqsirləndirilən şəxs ayaqyoluna gedib qayıtmadığını və ərazidə olmadığını demişdir. O, kameraya baxarkən Təqsirləndirilən şəxs yanacaq vuran aparatdan ayrılıb ayaq yolu istiqamətinə getsə də, oraya daxil olmayıb tikilinin arxasına keçərək orada xüsusi geyim formasını öz paltarlarına dəyişib gizlin YDM-nin ərazisini tərk etdiyni, satdığı yanacağın 3818 (üç min səkkiz yüz on səkkiz ) manat pulunu da özü ilə aparmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getsələr də, ailəsi Kamalın evə gəlmədiyini bildirmiş, onun mobil telefonuna zəng etsələr də, cavab almamışlar. Başa düşmüşdür ki, Kamalın niyyəti yanacaq dolurma məntəqəsinə işləmək deyil, baş aldadaraq imkan düşən kimi satdığı yanacağın pulunu götürüb qaçmaq olmuşdur və həmin niyyətini həyata keçirmişdir. Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsindən apardığı pulu qaytarmadığı və işə qayıtmadığı üçün həmin pula məsul olan növbə rəisi Şahid1 12.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs hərəkətlərindən Sumqayıt şəhər Pİ-nə şikayət etmiş, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış, lakin onu tapa bilməmişlər. Sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirib ondan istifadə etdiyi üçün həbs olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, Kamal Əliyevin YDM-nə vurduğu 3818 (üç min səkkiz yüz on səkkiz ) manat maddi ziyanı ödəməsini tələb edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 53-cü məhəllədə yerləşən «Petrol-100» yanacaq doldurma məntəqəsində növbə rəisi işləmiş, işi iki növbəli olmaqla birinci növbədə iş səhər saat 08:00-da başlayıb axşam saat 20:00-da, ikinci növbə saat 20:00-da başlayıb səhəri gün saat 08:00-da bitmiş, işlədiyi YDM-də dörd yanacaq vuran aparat (benzin kolonka) olmuş, maddi məsul şəxs olduğu üçün YDM-də yanacaq satışından əldə edilən pulun qorunub saxlanılmasına və onun təhvil verilməsinə cavabdeh olmuşdur. Növbə rəisi kimi bir növbəni digərinə təhvil verərkən yanacaq vuran aparatda olan sayağacın son rəqəmini çıxarıb dəftərdə qeyd etmiş, hər operatora iki yanacaq vuran aparat (benzin kolonka) təhvil-təslim edib növbə ərzində işlərinə, yanacaq satışına, müştərilərlə davranışına və yanacaqdan əldə etdikləri pula nəzarət etmişdir. Yanacaq satan YDM-nin operatoru sayağacı təhvil aldıqdan sonra satdığı yanacağın pulunu özündə toplamış, növbəni təhvil verərkən işlədiyi yanacaq vuran aparatın sayağacında sonuncu göstərici rəqəmdən təhvil alarkən sayağacda göstərilən rəqəm çıxarılaraq qalıq rəqəm müəyyən edilmiş, bu onun növbə ərzində satdığı yanacağın göstəricisi hesab edilmiş və bunun müqabilində operatordan pul təhvil götürmüşdür. Bununla yanaşı operatorda satdığı yanacağa görə aldığı pula cavabdeh olmuşdur. Hadisədən iki-üç gün əvvəl YDM-nə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs müraciət etmiş, onu boş olan operator ştatına işə qəbul etmişlər. Kamal onun növbəsində Şahid2 ilə işə başlamış, 06.05.2021-ci il tarixdə saat 20:00-da Kamal ikinci növbə işə gəlmiş, ona iki ədəd yanacaq vuran aparat təhkim edilmiş, işi səhəri gün 07.05.2021-ci il tarixdə saat 08:00-da bitməli olmuşdur. 06.05.2021-ci il tarixdən 07.05.2021-ci il tarixə keçən gecə saat 03:00-da fasiləyə getmiş, saat 05 radələrində operator Məhəmməd ona demişdir ki, Kamal ayaqyoluna gedib qayıtmamış, satdığı yanacağın pulunu isə özü ilə aparmışdır. O, YDM-də quraşdırılmış təhlükəsizlik kamerasına baxarkən Kamalın saat 05:20 radələrində xüsusi geyim formasında ayaqyolu istiqamətinə getsə də, amma ayaqyoluna daxil olmayıb binanın arxasına keçərək orada qoyduğu paltarları götürüb paltar dəyişmə otağına daxil olub xüsusi geyim paltarlarını öz paltarlarına dəyişib oradan gizlin, gözə çarpmadan əvvəlcə asta daha sonra qaçaraq ərazini tərk etmişdir. O, Kamala təhkim etdiyi yanacaq vuran aparatın sayağacına baxdıqda həmin gün 3818 ( üç min səkkiz yüz on səkkiz) manat dəyərində yanacaq satdığını və üzərində həmin məbləği apardığını müəyyən edib bu barədə müdriyyətə məlumat vermişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getsələr də, sonuncu evdə olmamış, mobil telefona cavab verməmişdir. Yanacaq satışından əldə etdiyi və təhvil verməli olduğu 3818 ( üç min səkkiz yüz on səkkiz ) manat pulu «Petrol 100» YDM-nə qaytarmadığı və işə gəlmədiyi, valideyinləri isə onu görmədiklərini bildirdikdə həmin pula cavabdeh olduğu üçün Təqsirləndirilən şəxs ona etibar edilmiş YDM-nə aid 3818 ( üç min səkkiz yüz on səkkiz ) manat pulu götürüb getdiyinə dair Sumqayıt ŞPİ-nə şikayət ərizəsi vermiş, araşdırma aparılıb Təqsirləndirilən şəxs barəsində cinayət işi başlansa da, onu tapıb dindirmək mümkün olmamış, bir neçə aydan sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə aşkar edilərək tutulduğunu eşitmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər «Petrol-100» YDM-nin işçiləri Şahid2, Şahid5 və Şahid4 oxşar məzmunlu ifadə verib Şahid1 və Zərərçəkmiş şəxs ifadələrini təstiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla qohumluq əlaqələri, ədavət və düşmənçiliyi olmamışdır. Xidməti vəzifələrini yerinə yetirərkən daxil olmuş əməliyyat məlumatlarında xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib gəzdirməsi və ondan istifadə etməsinə dair məlumat daxil olduğundan Təqsirləndirilən şəxs göstərilən əməlini ifşa etmək məqsədilə 23.09.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Sadiq Heydərova raportla müraciət etmiş, sonuncu Təqsirləndirilən şəxs barəsində qərəzsiz və etibarlı mənbələrdən daxil olmuş əməliyyat məlumatlarını yoxlamaq üçün onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib təsdiq etməklə əməliyyat-axtarış qrupu yaradıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid8, əməliyyat müvəkkili, polis leytenantı Şahid7 Murad oğlu, Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Şahid6 və həmin gün PB-si üzrə növbətçi olan təhqiqatçı, polis kapitanı X3 qrupa daxil edilmiş, onlar əməliyyat-axtarış tədbirlərinə başlamışlar. 23.09.2021-ci il tarixdə saat 15:35-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində «Qarabağ kino-teatr»ın arxasında Təqsirləndirilən şəxs saxlanaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub bu barədə bildiriş təqdim olunmuş, vəkilin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı könüllü təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibində saxladığı 03 (üç) ədəd gümüşü rəngli bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda onlardan 02 (iki) ədədinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digərinin içərisində isə metomfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onda aşkar edilən maddələrin narkotik vasitə olduğunu və həmin gün Bakı şəhəri, 20 Yanvar dairəsi deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra onun üzərində aşkar edilmiş maddələr vəkilin və Təqsirləndirilən şəxs iştirakı ilə çəkilərək qablaşdırılıb möhürlənmiş, fakt üzrə araşdırma aparılması üçün material Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 təhvil verilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış, material üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,151 qram və 0,127 qram olan, ümumilikdə təmiz çəkisi 0,278 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0,059 qram ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin olduğu müəyyən edildiyindən toplanmış material aidiyyəti üzrə Sumqayıt şəhər Pİ-nin İŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq 25.09.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub ittiham elan edilərək Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sonra eşitmişdir ki, bu hadisədən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci mikrorayon ərazəsində yerləşən «Petrol-100» YDM-də operator vəzifəsində işləyərkən satışdan əldə etdiyi YDM-nə məxsus yanacağın pulunu götürüb iş yerini tərk edib həmin pulu mənimsəmiş, barəsində həmin fakt üzrə Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi açılıb istintaq aparılır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Şahid7, Şahid8 və Şahid6 oxşar məzmunlu ifadə verib Şahid9 ifadələrini təstiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Kamal Bakı Beynəlxalq Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib hərbi xidmətini başa vurduqdan sonra ixtisası üzrə iş tapa bilməyib fəhlə işləmiş və səfil həyat tərzi keçirən həmyaşıdlarına qoşulmuş, onu həmin uşaqlardan və tutduğu yoldan çəkindirə bilməmişlər. Bir müddətdən sonra Kamal törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasl CM-nin 177.3.2ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib 08.05.2018-ci ildə qayıtmış, yenə müxtəlif obyektlərdə fəhlə işləmiş, birdə xəbər tutmuşdur ki, oğlu Kamal narkotik vasitə aludəçisinə çevrilmiş və onu müalicə etdirsələr də nəticə verməmişdir. 2021-ci ilin may ayında Kamal Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində 53-cü məhəllədə yerləşən «Petrol-100» X7 operator vəzifəsinə işə düzəlmiş, işi növbəli olmuş, 06.05.2021-ci il tarixdə saat 20:00-da ikinci növbə işə getmiş, səhərə yaxın işlədiyi yanacaq doldurma məntəqəsinin Şahid1 adlı növbə rəisi onlara gələrək Kamalın onunla bir növbədə işlədiyini, Kamalın növbə ərzində yanacaq satışından əldə etdiyi 3818 (üç min səkkiz yüz on səkkiz ) manat pulu götürüb işçilərin gözündən yayınmaqla iş yerindən qaçıb getdiyini bildirib onu tapmaqda köməklik göstərmələrini xahiş etmişdir. Bir neçə dəfə Kamalın mobil telefonuna zəng etsələr də, Kamala zəng çatmamışdır. Bir neçə gündən sonra Kamalı tapıb Polis Bölməsinə aparmşlar. Kamaldan nə üçün yanacaq satışından topladığı pulu götürüb qaçdığını soruşub pulu qaytarmağı təklif etdikdə demişdir ki, «Topaz» mərc oyunlarında uduzduğu üçün satışdan əldə etdiyi 3818 (üç min səkkiz yüz on səkkiz ) manatı «Topaza» ödəmişdir. Kamal barəsində cinayət işi başlanıb istintaq aparılmışdır. 23 sentyabr 2021-ci il tarixdə günorta radələrində Kamal Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində piyada hərəkətdə olarkən polis əməkdaşları onu narkotik vasitədən istifadə etdiyindən şübhələnib PB-nə aparıb vəkilin iştirakı ilə video çəkiliş aparmaqla üzərində şəxsi axtarış keçirərkən şalvarının cibindən iki bükümdə narkotik maddə aşkar edilərək götürülmüş, barəsində Azərbayan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və metamfetaminin aşkarlanaraq götürülməsi barədə şəxsi axtarış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə saxlanaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub bu barədə bildiriş təqdim olunmuş, vəkilin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı könüllü təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibində saxladığı 03 (üç) ədəd gümüşü rəngli bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda onlardan 02 (iki) ədədinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digərinin içərisində isə metomfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onda aşkar edilən maddələrin narkotik vasitə olduğunu və həmin gün Bakı şəhəri, 20 Yanvar dairəsi deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra onun üzərində aşkar edilmiş maddələr vəkilin və Təqsirləndirilən şəxs iştirakı ilə çəkilərək qablaşdırılıb möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24.09.2021-ci il tarixli 6/4251saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs (imza) K. Əliyev yazısı olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,151 qram və 0.127 qram, ümumilikdə təmiz çəkisi 0,278 qram qəhvəyi rəngli toz şəkilli maddələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,059 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,278 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,228 qram. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,059 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 0,029 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 14.12.2021-ci il tarixli 5082 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və pasixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Norkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 0,278 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,228 qram heroin, 0,059 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,029 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-479/2021 saylı, 25.09.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 29.06.2020-ci il tarixli, 016 saylı icarə müqaviləsindən görünür ki, fiziki şəxs qismində fəaliyyət göstərən Zərərçəkmiş şəxs digər fiziki şəxs kimi fəaliyyət göstərən X5 ünvan 4 ünvanda yerləşən yanacaq doldurma məntəqəsini 03 (üç) il müddətinə icarəyə götürmüşdür. İş materiallarında olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs 31.04.2004-cü ildən 2 saylı Ərazi Vergilər İdarəsində VÖEN ********** № ilə vergi ödəyici kimi qeydiyyatdadır. İş materiallarında olan vergi ödəyicisinin olduğu yer üzrə uçota alınması haqqında ********** saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs işlətdiyi «Petrol-100» YDM Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində təsərrüfat subyekti kimi 13.06.2013-cü ildən qeydiyyatdadır. İş materiallarında olan «Petrol-100» YDM-nin istintaqa təqdim etdiyi sənədlərdən görünür ki, 06.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona təhkim edilmiş yanacaq vurma aparından 3818 (üç min səkkiz yüz on səkkiz) manat dəyərində yanacaq satmışdır. İş materiallarında olan Petrol-100» YDM-nin istintaqa təqdim etdiyi 25.05.2021-ci il tarixli aktdan görünür ki, 07.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona təhkim edilmiş yanacaq vurma aparatından 3818 (üç min səkkiz yüz on səkkiz) manat dəyərində satdığı yanacağın pulunu YDM-də təhvil verməyib göstərilən məbləğdə maddi ziyan vurmuşdur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 03.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə «Petrol-100» yanacq doldurma məntəqəsində avtomobillərə yanacaq vurmaqla məşğul olmuş, saat 03:24-də yanacaq vuran aparatın kassasına yaxınlaşaraq özündə olan qəbzləri kassaya verib müqabilində pul götürüb cibinə qoymuş, saat 05:29 radələrində digər operatora yaxınlaşmış, sonra yanacaq doldurma məntəqsinin arxasına keçib otağa daxil olaraq gödəkcəsini götürüb yanacaq doldurma məntəqəsinin yanına gəlib ətrafa baxıb sonra digər operatorun onu görməməsinə çalışıb, nəticədə yanacaq doldurma məntəqəsini tərk etmiş və iş yerinə qayıtmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs 09.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, «Petrol-100» X7 vurmuş olduğu 3818 (üç min səkkiz yüz on səkkiz) manat pulu ödəməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadılqdan məhrum etmə cəzasına məhkum olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16.04.2014-cü il tarixli qərarı ilə 22.10.2013-cü il tarixli hökm dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş 07 il 06 ay azadlıqdan məhrum etmə cəzası 06 ilə endirilmiş, 22.12.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2 və 177.2.4-ci maddələrinə tövsif edilib cəzası 05 ilə endirilmiş, 08.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin üzərindən məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra götürülür. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23.09.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,278 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,228 qram heroin, 0,059 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,029 qram metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,228 qram narkotik vasitə olan heroin və 0,029 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 144 (yüz qırx dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-190/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-190/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver