Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-190/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, Zərərçəkmiş şəxs7, Müdafiəçi-Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyul ayında Bərdə rayonunda yaşayan Laçın rayonun Zağaltı kənd sakini Zərərçəkmiş şəxs1 ilə danışarkən sonuncunun arvadı X10 əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün 5.000 manat verməsini tələb edib, bir neçə gündən sonra, yəni 2021-ci ilin iyul ayında həmin məbləği Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində Zərərçəkmiş şəxs1 özündən alıb sonuncunun arvadı Səadət Çraqovanın sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 5.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin sentyabr ayının ortalarında Ağstafa rayonu Düzqışlaq kənd sakini Zərərçəkmiş şəxs2 ilə danışarkən sonuncunun əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 6000 manat verməsini tələb edib, vahid qəsdlə xx.xx.2021-ci il tarixdə səhər saatlarında tanışı Şahid9 vasitəsi ilə sonuncuya göndərdiyi bank kart hesabına Qazax şəhərində yerləşən “Emanat” ödəmə terminalı ilə 1800 manat pulu, 2021-ci ilin sentyabr ayının axırlarında pulu Zərərçəkmiş şəxs2 yaşadığı Ağstafa rayonu, Düzqışlaq kəndindəki evində 4200 manat pulu alıb, həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyul ayında Səadət Çraqovaya əlillik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək adı altında Zərərçəkmiş şəxs1 5.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra aralarında olan söhbətlərin birində sonuncunun işsiz olması səbəbindən özünə münasib iş axtarması barədə məlumat alarkən həmin şəxsdə özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə edərək ayrı-ayrı qurumlarda yüksək vəzifələrdə işləyən tanışları olduğunu və bu əlaqələri sayəsində və müəyyən pul müqabilində Zərərçəkmiş şəxs1 münasib işə qəbul etdirə biləcəyini yalandan bildirib inandırmaqla bu məsələnin həlli üçün 5.000 manat verməsini tələb edib, 2022-ci ilin iyul ayında həmin məbləği Ağcabədi rayonu ərazisində Zərərçəkmiş şəxs1 özündən alıb ən qısa zamanda sonuncunun işə qəbul edilməsini həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 5.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayında Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi Vağazin obasında yaşayan Laçın rayonun Bozgüney kənd sakini Zərərçəkmiş şəxs3 ilə danışarkən sonuncunun qızı Zahirə Cavadovanın əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs3 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 3.500 manat verməsini tələb edib, vahid qəsdlə həmin gün, yəni 2022-ci ilin noyabr ayında ilk öncə 1.500 manat pulu Zərərçəkmiş şəxs3 özündən, bir neçə gündən sonra isə 2.000 manat pulu sonuncunun qardaşı Zərərçəkmiş şəxs5 almaqla ümumilikdə 3.500 manat məbləğində pulu Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində alıb Zərərçəkmiş şəxs3 qızı Zahirə Cavadovanın sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 3.500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 22 dekabr 2022-ci ildə Ağcabədi rayonu, Taxtakörpü 552 saylı qəsəbə ev 110-da yaşayan Laçın rayonun Qarakeçdi kənd sakini Zərərçəkmiş şəxs4 ilə danışarkən sonuncunun arvadı X11 əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs4 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 2.500 manat verməsini tələb edib, həmin gün, yəni 22 dekabr 2022-ci il tarixdə həmin məbləği Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində Zərərçəkmiş şəxs4 özündən alıb sonuncunun arvadı Manya Verdiyevanın sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 2.500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayında Ağcabədi rayonu, Taxtakörpü 21 saylı qəsəbə ev 16-da yaşayan Laçın rayonun Bozgüney kənd sakini Zərərçəkmiş şəxs5 ilə danışarkən sonuncunun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almaqla pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə özü vasitəsi ilə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs5 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 3.000 manat verməsini tələb edib, bir neçə aydan sonra, yəni 2023cü ilin yanvar ayında həmin məbləği Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində Zərərçəkmiş şəxs5 özündən alıb sonuncunun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 3.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayında Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi Vağazin obasında yaşayan Laçın rayonun Bozgüney kənd sakini Zərərçəkmiş şəxs6 ilə danışarkən sonuncunun qohumu Cavadov Cümşüd Behbud oğlunun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almaqla pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs6nm razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 2.000 manat verməsini tələb edib, bir neçə aydan sonra, yəni 2023-cü ilin mart ayında həmin məbləği Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində Zərərçəkmiş şəxs6nm qardaşı Zərərçəkmiş şəxs5 alıb qohumu Cümşüd Cavadovun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 2.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin aprel ayında Mingəçevir şəhəri Naxçıvan küçəsi bina 31 mənzil 102-də yaşayan Şuşa şəhəri Qaladərəsi kənd sakini Zərərçəkmiş şəxs7 ilə danışarkən sonuncunun əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs7nm razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 3.500 manat verməsini tələb edib, vahid qəsdlə həmin gün, yəni 2023-cü ilin aprel ayında ilk öncə 3.500 manat olmaqla Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində Zərərçəkmiş şəxs7nm özündən almış, bir neçə ay sonra, yəni 22 oktyabr 2023-cü il tarixdə cinayətkar fəaliyyətini davam etdirərək sözügedən pensiyanın ömürlük təyin ediləcəyi vədi verib yenidən 2.500 manat verməsini tələb edib səhəri gün, yəni 23 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyası yaxınlığında 2.500 manat pulu Zərərçəkmiş şəxs7nm özündən alıb sonuncunun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs7 ümumilikdə 6.000 (altı min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayında Ağcabədi rayonu, Taxtakörpü 552 saylı qəsəbə ev 254-də yaşayan Laçın rayonun Budaqdərə kənd sakini Zərərçəkmiş şəxs9 ilə danışarkən sonuncunun əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs9 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həll üçün ümumilikdə 3.000 manat verməsini tələb edib, vahid qəsdlə bir neçə gündən sonra, yəni 2023-cü ilin may ayında ilk öncə 1500 manat, həmin ilin iyun ayında isə 1.500 manat, olmaqla ümumilikdə 3.000 manat məbləğində pulu Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində Zərərçəkmiş şəxs9 özündən alıb sonuncunun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs9 3.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyul ayında Laçın rayonu Qarıkaha kəndində yaşayan Laçın rayonun Qarıkaha kənd sakini Zərərçəkmiş şəxs8 ilə danışarkən sonuncunun əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs8 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 5.000 manat verməsini tələb edib, vahid qəsdlə bir neçə gündən sonra, yəni 2023-cü ilin iyul ayında ilk öncə 3.000 manat, həmin ilin avqust ayında isə 2.000 manat,olmaqla ümumilikdə 5.000 manat məbləğində pulu Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Qayğı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs8 özündən alıb sonuncunun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 5.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs10 əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs10 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 10000 manat verməsini tələb edib, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Okean” avtoservisin qarşısında 6000 manat pulunu alıb, həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 6.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayında Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi Anar Qorçuyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Ağdam rayonu Sırxəvənd kənd sakini Zərərçəkmiş şəxs11 ilə danışarkən sonuncunun arvadı X12 əlillik dərəcəsinə görə əvvəllər aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul etdirə bilməməsi barədə məlumat aldıqdan sonra bu sahədə müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul vəsaitinin özü vasitəsi ilə verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs11 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 6.000 manat verməsini tələb edib, bir neçə gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə həmin məbləği Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs11 özündən alıb sonuncunun arvadı İlhamə Məmmədovnm sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib FəhradMəmmədova 6.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmək yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayında Bərdə rayonu Qayalı kəndində yaşayan Bərdə rayonu Qayalı kənd sakini Zərərçəkmiş şəxs12 ilə danışarkən sonuncunun övladı Musa Musazadəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki qurumların birinə işə qəbul etdirmək istəyi barədə məlumat aldıqdan sonra Fövqəladə Hallar Nazirliyində rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində övladı Musa Musazadəni həmin qurumda istənilən vəzifədə işə qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələni həmin dövlət qurumunda işləyən səlahiyyətli vəzifəli şəxsə müəyyən məbləğdə pul vəsaitinin özü vasitəsi ilə verilməsi müqabilində müsbət həll edəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs12 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həlli üçün ümumilikdə 6.000 manat verməsini tələb edib, bir neçə gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə həmin məbləği Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs12 özündən alıb sonuncunun övladı Musa Musazadənin ən qısa zamanda işə qəbul etdirəcəyini bir daha yalandan vəd edib, lakin həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs12 6.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində onun arvadı X10 əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini dair vəd verib aldatmamışdır. Seymur Çıraqovdan hər hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs1 daha sonra həmin ifadəsində onu münasib işə qəbul etdirə biləcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin iyul ayında Ağcabədi-Bərdə yolu üzərində, Ağcabədi rayonunun çıxışı tərəfdə olan ərazidə yerləşən “Çənlibel” adlı kafedə onun 5.000 manat pulunu alıb ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Seymuru tanımır, ondan pul almamışdır. Zərərçəkmiş şəxs2 və Şahid9 da tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində onun təqaüdünü bərpa etdirəcəyinə dair verib aldadaraq, xx.xx.2021-ci il tarixdə tanışı Şahid9 vasitəsi ilə ona göndərdiyi bank kart hesabına Qazax şəhərində yerləşən “Emanat” ödəmə terminalı ilə 1800 manat, təxminən 10 gün sonra, yəni 2021-ci ilin sentyabr ayının axırlarında onun yaşadığı evdə 4200 manat olmaqla ümumilikdə 6000 manat pulunu ələ keçirtməsi barədə göstərilənlər yalandır, onlardan pul almamışdır. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 qızını da tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində onun qızı Zahirə Cavadovanın yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyinə dair yalandan vəd edib aldadaraq 2022-ci ilin noyabr ayında ilk öncə 1.500 manat pulu onun özündən, bir neçə gündən sonra isə 2.000 manat pulu sonuncunun qardaşı Zərərçəkmiş şəxs5 almaqla ümumilikdə 3.500 manat məbləğində pulu onlardan almamışdır, həmin şəxsləri ümumiyyətlə tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində onun qohumu Cavadov Cümşüd Behbud oğlunun xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin mart ayında həmin məbləği Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində onun qardaşı Zərərçəkmiş şəxs5 alıb qohumu Cümşüd Cavadovun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyinə dair yalan vəd verib aldadaraq, 2000 manat pulunu ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Siyafəri tanımamış, onların heç birindən pul almamışdır. Zərərçəkmiş şəxs4 tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində onun arvadı X11 yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyinə dair yalan vəd verib aldadaraq 22 dekabr 2022-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində 2500 manat pulunu ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Bakiri tanımamış, ondan pul almamışdır. Zərərçəkmiş şəxs9 tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində ona əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll edəcəyinə dair vəd verib aldadaraq 2023-cü ilin may ayında ilk öncə 1500 manat, həmin ilin iyun ayında isə 1.500 manat, olmaqla ümumilikdə 3.000 manat məbləğində pulu Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində alıb ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Əkrəmi tanımamış, ondan pul almamışdır. Zərərçəkmiş şəxs8 tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində onun əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işlərini həll edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayında ilk öncə 3.000 manat, həmin ilin avqust ayında isə 2.000 manat olmaqla ümumilikdə 5.000 manat məbləğində pulu Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Qayğı qəsəbəsi ərazisində alıb ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək, bildirmişdir ki, Şakiri tanımamış, ondan pul almamışdır. Zərərçəkmiş şəxs7 tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7nm ifadəsində onun əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işlərini həll edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin aprel ayında Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinikası ərazisində 3.500 manat, 23 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyası yaxınlığında 2.500 manat olmaqla ümumilikdə 6.000 manat məbləğində pulunu ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs7 tanımamış, ondan pul almamışdır. Zərərçəkmiş şəxs10 da tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində ona təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 06 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Okean» avtosalonun qarşısında 6000 manat pulunu alıb ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Elburusu tanımamış, ondan pul almamışdır. Zərərçəkmiş şəxs11 tanımamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində onun arvadı X20mm əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işlərini həll edəcəyinizə dair yalan vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində 6000 manat pulunu alıb ələ keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Fərhadı tanımamış, ondan pul almamışdır. Zərərçəkmiş şəxs12 tanımamışdır. Zərərçəkmiş şəxs12 ifadəsində onun övladı Musa Musazadəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki qurumların birinə işə qəbul etdirilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində 6000 manat pulunu alıb keçirtməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Elmidarı tanımamış, ondan pul almamışdır. Onun müxtəlif dövlət qurumlarında yüksək vəzifədə işləyən tanışları, qohumları olmamışdır. Cinayət işinin istintaq materiallarında onun zərərçəkmiş şəxslərin inam və etibarını qazanmaq üçün onların pullarını ələ keçirtmək məqsədi ilə özünü onlara vəzifəli şəxs kimi təqdim etməsi, eləcə də müvafiq dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən tanışlarının olmasını bildirməsi barədə göstərilən xüsusatları təkzib edərək bildirmişdir ki, bu yalandır, belə hal olmamış, heç kimə elə söz deməmişdir.Arif, Azər və Sevinc adlı şəxsləri, Şahid10 tanımamışdır. Göstərilən halları, psixi xəstəliyinin olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadələrlə eyni məzmunlu ifadələr vermiş, özünü təqsirli bilməmiş, bəzi hallarda dindirmə istintaq hərəkətlərinə ümumiyyətlə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs təqsirli olmasını özü etiraf etməsə də, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi və üzləşdirmələrin aparılması haqqında protokollar, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı X14 xəstəliklə əlaqədar təxminən 2014cü il tarixdən sosial müavinət almış, 2021-ci ildə həmin müavinət dayandırılmışdır. O isə sözügedən müavinəti bərpa etdirmək istədiyi üçün bu məsələ ilə bağlı qayını Zərərçəkmiş şəxs12la söhbət zamanı Elmidar da ona oğlu X19 Hallar Nazirliyinə işə düzəltmək istədiyini demişdir. Bu zaman ağlına Laçın rayon sakini, soyadını xatırlamadığı Tohid adlı şəxs gəlmişdir. Tohidə zəng edərək bu barədə məlumat verib tanışının olub-olmadığmı soruşmuş, Tohid telefonda ona bu işlərdə kömək edə biləcək tanışının olduğunu demişdir. Təxminən 5-6 gün sonra Tohidin Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən evinə yığışmışlar, orada tanımadığı bir nəfər dolubədənli kişi var idi. Tohid onları onunla tanış edərək həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Tohid, Elmidar, Nəsimi və özü orada yemək yemişlər. Həmin vaxt Elmidar Nəsimiyə övladını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini, özü isə həyat yoldaşı X12 pensiyasını bərpa etdirmək istədiyini bildirmişlər.Nəsimi isə onlarla çox rahat, arxayın formada danışaraq onların işini guya həll edəcəyini deyib, bunun müqabilində hərəsinin ona 6.000 (altı min) manat pul verməsini istəmişdir. Onlar da onunla razılaşmışlar. Beləliklə 04 mart 2024-cü il tarixdə axşam saatlarında o, Elmidar və oğlu Şahid5la birlikdə Bakı-Sumqayıt yolunda, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerüstü piyada keçidinin yaxınlığındakı avtobus dayanacağının və kioskun ətrafında Nəsimi ilə görüşmüşdür. Orada o Nəsimi ilə səmimi formada qucaqlaşıb görüşmüş və yol kənarında dayanmış olan, markasını və nömrəsini xatırlamadığı el arasında “Tır” adı ilə tanınan iri qabaritli yük avtomobilinin yan tərəfinə keçmişlər. Orada Nəsimi bir daha müavinəti bərpa etdirəcəyini, arxayın olmasını ona demiş və o əlbəəl sayıb ona 6.000 (altı min) manat pul vermişdir. Daha sonra Elmidar da həmin yerdə Nəsimiyə onun yanında 6.000 (altı min) manat pulu sayıb əlbəəl vermişdir. Sonra Nəsimi gəldiyi avtomobillə həmin yerdən uzaqlaşıb getmiş, onlar da öz evlərinə getmişlər. Nəsimi ümumiyyətlə hər zaman çox səliqəli geyinmiş, çox mədəni və savadlı formada danışmışdır deyə Nəsiminin onları aldadacağına ehtimal verməmişlər. Lakin sonradan onun onlarla davamlı əlaqə saxladığı 051 *** ** ** saylı mobil nömrəsinə dəfələrlə zəng etsək də zənglərinə cavab verməmişdir. Bir müddət sonra isə Nəsimi telefonu söndürmüşdür. Bundan sonra başa düşmüşlər ki, Nəsimi onları aldadıb pulunu ələ keçirmişdir. Elmidardan eşitmişdir ki, Nəsimi barəsində Laçın rayon Polis Şöbəsində barəsində araşdırma aparılır və o həbs olunub. Bundan sonra ərizə yazmaq üçün Laçın rayon Polis Şöbəsinə yaxınlaşmışdır. Baş vermiş hadisə barədə o həyat yoldaşı İlhamə Məmmədovaya heç nə deməmişdir. Təqsirləndirilən şəxs pul verərkən yanında yalnız oğlu Rəşad, qayını Elmidar və Nəsimi görüşmüşlər, Nəsiminin yanında gələn şəxsi tanımamış, o həmin yerdə dayansa da, onlara yaxınlaşmamışdır. Təqsirləndirilən şəxsla görüşərkən o onun onları aldatma ehtimalına qarşı oğlu Şahid5 tapşırmışdır ki, telefonla videolarını çəksin. Rəşad da həmin vaxt onların Nəsimi ilə görüşmələrini telefonla videoya çəkmiş, həmin videogörüntünü də istintaqa təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, onun Musa Musazadə adlı 2001-ci il təvəllüdlü oğlu var.Musanı uzun müddətdir ki, Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istəmişdir. 2024-cü ilin təxminən fevral ayında qohumları ilə söhbət zamanı bacısı X12 həyat yoldaşı Zərərçəkmiş şəxs11 da övladını Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs11 isə ona nüfuzlu biri olduğu üçün əksər yerdə tanışı olan, Laçın rayon sakini adı Tohid olan şəxsin tanışının bəlkə də hər hansı tanış tapa biləcəyini deyib Tohidə zəng etmişdir. Tohid telefonda Fərhada bu işə kömək edə biləcək tanışının olduğunu demişdir. Təxminən 5-6 gün sonra Tohidin Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən evinə yığışaraq Tohid, Fərhad, Nəsimi və özü yemək yemişlər. Həmin vaxt Nəsimiyə övladını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini, Fəhrad isə həyat yoldaşı X12 pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. Nəsimi isə onlarla çox rahat, arxayın formada danışaraq işlərini guya həll edəcəyini, bunun müqabilində hərəsinin ona 6.000 (altı min) manat pul verməsini istəmişdir. Onlar da onunla razılaşmışlar. Beləliklə 04 mart 2024-cü il tarixdə axşam saatlarında Fərhadla o Fərhadın oğlu Şahid5la birlikdə Bakı-Sumqayıt yolunda, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerüstü piyada keçidinin yaxınlığında Nəsimi ilə görüşmüşlər. Nəsimi oraya metallik rəngli “Mersedes” markalı nəqliyyat vasitəsilə gəlmişdir. Yanında isə tanımadığı bir kişi var idi. Lakin həmin kişi onlara yaxınlaşmayıb, kənarda dayanmışdır. Orada Fəhrad ona 6.000 (altı min) və özü 6.000 (altı min) sayıb əlbəəl pul vermişlər. Lakin sonradan o, onlarla davamlı əlaqə saxladığı 051 *** ** ** saylı mobil nömrəsinə dəfələrlə zəng etsələr də zənglərinə cavab verməmişdir. Uzun müddət onu axtarsalar da tapa bilməmişlər. Sonradan o onun Saatlı şəhərində yerləşən evinə getmişdir ki, pulunu tələb etsin. Orada Nəsiminin ailə üzvlərindən onun barəsində Laçın rayon Polis Şöbəsində barəsində araşdırma getdiyini və həbs olunduğunu eşitmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X15 təxminən 2014-cü ildən 2-ci dərəcəli əlilliklə əlaqədar təqaüd almışdır. Təxminən 2020-ci il tarixdə onun təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dayandırılmışdır. Bundan sonra həmin təqaüdü bərpa etdirmək üçün 2021-ci ilin iyun-iyul ayları aralığında Laçın rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Laçın rayon sakini kimi Laçın rayon X3 baş həkimi Şahid6 təxminən 2014-cü il tarixdən tanıyır. Bu səbəbdən birbaşa Şakir həkimə müraciət etmişdir. Şakir həkimlə bu barədə söhbət etdikdə o ona tanıdığı adam olduğunu, 5.000 (beş min) manat müqabilində həmin təqaüdü bərpa edə bilər. O isə 5.000 (beş min) manat pulu götürüb tanımadığı yol taksisi ilə Ağcabədi rayonu Taxta-körpü 552 saylı qəsəbə ərazisində yerləşən, Laçın rayon Mərkəzi xəstəxanasının Poliklinikasına getmişdir. Poliklinikada komissiya otağı deyilən otağa girdikdə Şakir həkimin yanında bir nəfər dolubədənli kişinin oturduğunu görmüşdür. Həmin şəxsin adının Nəsimi olduğunu öyrənmişdir. Şakir onu ona təqdim edərək təqaüdü onun bərpa edəcəyini bildirmişdir. Nəsimi əlində hansısa boş kağızları Şakir həkimə təqdim edərək nəsə yazmasını bildirmişdir. Şakir həkim də Nəsiminin dediyi sözlərə uyğun sənədlərə guya hansısa diaqnozlar yazmışdır. Şakir həkim və Nəsimi təqaüdün 6 aya düzələcəyini dedikdə, o onlara 6 ay gec olduğunu bildirmişdir. Onlar onun bu sözündən sonra 2 aya düzələcəyini demişlər. O da özü ilə gətirdiyi 5.000 (beş min) manat pulu otaqdakı stolun üzərinə qoymuş və otaqdan çıxmışdır. Bundan sonra Şakir həkimlə və Nəsimi ilə tez-tez telefon əlaqəsi saxlamışdır. Onlar hər dəfə ona təqaüdün qısa müddətdə bərpa olunacağını bildirmişlər. Təxminən 1 il sonra 2022-ci ilin təxminən iyun-iyul aylarında Nəsimi ilə telefon əlaqəsi zamanı o ona guya həmin təqaüdün bərpa olunduğunu bildirib, ona 5.000 (beş min) manat müqabilində Sosial yardım paylanışı ilə əlaqədar hansısa idarədə işə düzəldə biləcəyini demişdir. O işsiz olduğumdan onunla razılaşmışdır. Həmin telefon danışığından təxminən 3-4 gün sonra pulu hazırlamış və onunla əlaqə saxlayaraq pulun hazır olduğunu bildirmişdir. Telefon əlaqəsi zamanı Nəsimi ona Ağcabədi-Bərdə yolu üzərində, Ağcabədi rayonunun çıxışı tərəflərdə olan ərazidə yerləşən “Çənlibel” adlı kafedə görüşmələrini təklif etmişdir. Bu minvalla tək həmin kafeyə gedərək, orada Nəsimi ilə görüşmüşdür. Nəsiminin yanında oğlu Zeylan Zeynalov adlı oğlu da olmuşdur. Həmin kafedə onlara əlbəəl 5.000 (beş min) manat pulu vermişdir. Nəsimi ona təxminən 3 ay sonra işə düzələcəyini bildirmişdir. Bundan sonra tez-tez Nəsimi ilə telefon əlaqəsi saxlasa da, o hər dəfə bəhanələr gətirərək düzələcək deyə-deyə onu aldatmağa davam etmişdir. Sonradan o onun nömrəsini əngəllədiyi üçün o artıq onunla heç bir əlaqə saxlaya bilməmişdir. Bu məsələnin üzərindən uzun müddət keçdiyindən Nəsiminin ona ümumilikdə 10.000 (on min) manat ziyan vurması ilə əlaqədar artıq DİN-in 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirərkən ona Bakı şəhərində Səhiyyə Nazirliyində guya tanışlarının olduğunu, təqaüdü onların vasitəsilə bərpa etdirəcəyini demiş, lakin bu barədə heç kəsin adı və vəzifəsi barədə heç bir məlumat verməmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o əlilliyi ilə aldığı təqaüdü 2020-ci ildə dayanmışdır. O təqaüdünü bərpa etdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmiş, lakin təqaüdü bərpa olunmamışdır. 2021-ci ilin sentyabr ayının ortalarında bacısının həyat yoldaşı Şahid7 onlarda evdə olarkən söhbət əsnasında ona demişdir ki Saatlı rayonunda Təqsirləndirilən şəxs adlı şəxs var bu işə baxır və təqaüdü bərpa etdirir.Bacısının həyat yoldaşı Şahid7 ona həmin şəxsin telefon nömrəsini Baki şəhərində tanışından aldığını demiş və həmin şəxsin yəni Təqsirləndirilən şəxs telefon nömrəsini ona verib demişdir ki, özü əlaqə saxlayıb danışsın görsün təqaüdünü bərpa etdirə bilir. O da bacısının həyat yoldaşı Şahid7 Saatlı rayon sakini Təqsirləndirilən şəxs telefon nömrəsini almış və həmin şəxslə telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs ilə telefonda danışan zaman ona demişdir ki, təqaüdü dayanıbdır bərpa etdirmək olar, Təqsirləndirilən şəxs telefonda ona demişdir ki, o elə bu işlərlə məşğul olur, təqaüdünü bərpa etdirəcək narahat olmasın. Təqsirləndirilən şəxs telefonla danışan zaman təqaüdünün bərpa olunması üçün ondan 6000 manat pul istəyib ona «pulu verəcəksən və özünə aid sənədləri təqdim edəcəksən, mən də sənin təqaüdünü bərpa etdirəcəm» sözünü demişdir. O da telefonda Təqsirləndirilən şəxs ilə danışanda ondan soruşmuşdur ki, əgər iş alinmasa necə olacaq. Təqsirləndirilən şəxs ona telefonda demişdir ki, narahat olmasın əgər işi alınmasa pulunu qaytaracaq, pula da özü cavabdehdir. O da Təqsirləndirilən şəxs demişdir ki, onun bu qədər pulu yoxdur, evdə cəmi 1800 manat pulu var. Təqsirləndirilən şəxs ona telefonda demişdir ki, narahat olmasın az-az düzəldib verər, işi olduğu üçün ora gəlib onunla görüşə bilməyəcək, onun Qazax rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyən Şahid9 soyadlı tanışı var, həmin 1800 manat pulu və sənədləri aparıb ona versin, özü sonra ondan pulu götürəcək, 10 günə Ağstafa rayonuna gələcək, görüşərlər və ona Solmazın mobil telefon nömrəsini vermişdir. Solmaza zəng vurub demişdir ki, nömrəni ona Nəsimi veribdir ki, əlaqə saxlayığ sənədləri və 1800 manat pulu versin. Solmaz da telefonda ona demişdir ki, Nəsimini tanıyır, bu barədə ona deyibdir, indi Qazax RMX-da işdədir, sənədləri və 1800 manat pulu götürüb gəlsin Qazax RMX-nm qarşısında orada görüşsünlər. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o Nurəddinə zəng edib onunla birlikdə Qazax RMX-na getməsini xahiş etmiş, o da etiraz etmədən onunla Qazaxa getməyə razılaşmış və onlar görüşüb bacısının əri Şahid7 ilə birlikdə Qazax RMX-nm qarşısına getmişlər. Orada o Solmaz ilə əlaqə saxlayıb Qazax RMX-nm qarşısında görüşüb sənədləri və 1800 manat pulu ona verib çıxıb evinə getmişdir. Sonradan o Nəsimi ilə əlaqə saxladıqda, sonuncu ona 1800 manat pulun çatdığını bildirmişdir. Təxminən 10 gün geçdikdən sonra, yəni 2021-ci ilin sentyabr ayının axırlarında Təqsirləndirilən şəxs Zeynalabdin oğlu axşam saat 21:00 radələrində ona zəng vuraraq demişdir ki, Qazax rayonundadır, qalmağa yeri yoxdu, onu evində qonaq edə bilər, görüşüb həmin işi danışacaq və pulun qalan hissəsini düzəldibsə götürsün. O da onunla razılaşmış, evdən çıxaraq Təqsirləndirilən şəxs Qazax rayonunda qarşılayıb evinə gətirmişdir. Evdə cay içib çörək yemişlər, pulun qalan hissəsini, yəni 4200 manatı Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid8nm yanında vermişdir. Pulu verəndən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, narahat olmasın işi düzələcək, əgər düzəlməsə pulunu geri qaytaracaq. Pulu verdikdən təxminən 8 ay keçdikdən sonra, yəni 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs onu Bakı şəhərinə çağırıb demişdir ki, onu həkim komissiyasından kecirəcək. O da Bakı şəhərinə getmiş Təqsirləndirilən şəxsla görüşmüş, onu həkim komissiyasından keçirmək istəsədə keçirə bilməmiş və onu rayona yola salıb demişdir ki, yenə cağıracaq. Sonradan iş düzəlməyəndə o Solmaza və Nəsimiyə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır ki, onun təqaüdü bərpa olunmamış, pulunu qaytarsın. Solmaz ona demişdir ki, həmin işə onun heç bir aidiyyatı yoxdur, sadəcə Nəsiminin xahişinə əsasən 1800 manat pulu ondan alıb ona çatdırmışdır. Nəsimiyə zəng etdikdə isə ona pulu qaytaracağını bildirsə də, onu aldadıb pulunu qaytarmamışdır. O da bu barədə polisə şikayət etmişdir. Nəsiminin bu dələduzluq hərəkətələri nəticəsində ona ümumilikdə 6000 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qızı Zahirə Cavadovanı uşaqlıqdan başında travma olması ilə əlaqədar uzun müddətdir ki, iki yüz manat sosial müavinət alırdı. Həmin sosial müavinət 2021-ci ildə dayandırılmışdır. O qızının müavinətini bərpa etdirmək istəmişdir. 2022-ci ilin noyabr ayında o, Laçın RMX-nm poliklinikasının həkimi Şahid6 yanına qızının xəstəliyi ilə bağlı bacısı Zərərçəkmiş şəxs6 ilə birgə yaxınlaşdıqda ümumi söhbət əsnasında ona bildirmişdir ki, o yenidən qızına sosial müavinət düzəltmək istəmişdir. Şahid6 Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını, həmin şəxsin bəlkədə onlara kömək göstərə biləcəyini demişdir. Bu ərəfələrdə dəfələrlə Şakir həkimin yanına gedib-gəlmişdir. 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə səhər saat 10 radələrində Şakir həkim ona zəng edərək poliklinikaya getməsini tapşırmışdır. Bu vaxt bacısı Zərərçəkmiş şəxs6 ilə birlikdə poliklinikaya getmişdir. Siyafər də onun oğlu olan, lakin Siyafərin böyütdüyü Cavadov Cümşüd Behbud oğluna sosial müavinət düzəltdirmək istədiyi üçün bu barədə Şakir həkimə müraciət etmək istəmişdir. Beləliklə Siyafərlə birlikdə Ağcabədi rayonu Taxta-körpü ərazisində yerləşən həmin poliklinikaya getmişdir. Orada Şakirin otağında bir nəfər şəxsin olduğunu görmüşdür. Şakir həkim həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O Təqsirləndirilən şəxs qızının sosial müavinətini bərpa etdirmək istədiyini bildirdikdə Nəsimi ona bu işi rahatlıqla həll edəcəyini, bunun qarşılığında ona 3.500 (üç min beş yüz) manat pul verməli olduğunu demişdir. O ona 1.500 (bir min beş yüz) manat pulunun olduğunu deyib özü ilə götürdüyü həmin pulu sayıb əlbəəl ona vermişdir. Həmin pulu verdiyini həkim Şahid6 və bacısı Zərərçəkmiş şəxs6 da görmüşdür. Nəsimi pulu alıb sayaraq əlində olan qara qovluğa qoyub geri qalan 2.000 (iki min) manat pulu da verməyini istəmişdir. O ona pulunun olmadığını demiş, Nəsimi isə bu pula işin alınmasının mümkün olmadığını deyib, geri qalan pulu gətirib verəcəyi halda işin düzələciyini, həmin vaxtadək verdiyi pulu qovluğunda saxlayacağını demişdir. Bu vaxt onlar oradan çıxdıqda bacısı Siyafər ona evdə olan pulu verməsini, işi yarımçıq qoymamasmı demişdir. O da onunla razılaşmışdır. Sonra onlar evə getmişlər və o evdə olan puldan 2.000 (iki min) manat pul götürüb Siyafərə vermişdir ki, aparıb Nəsimiyə versin və qızının sosial müavinəti bərpa olunsun. Siyafər həmin pulu götürüb qardaşı Zərərçəkmiş şəxs5la birlikdə poliklinikaya qayıtmışlar. O isə evdə qalmışdır. Bu məsələdən 3-4 gün sonra Siyafər yanına gələrək 2.000 (iki min) manat pul istəyib oğlu Cümşüd Cavadov üçün sosial müavinət düzəltdirmək məqsədilə həmin pulu Təqsirləndirilən şəxs verəcəyini demişdir. O da Siyafərə 2.000 (iki min) manat pul vermişdir. Təxminən 5-6 ay sonra Siyafərdən verdiyi pulu geri qaytarmasını tələb etmiş, o isə ona işin alınmadığını bildirmişdir. Bu barədə mübahisələri düşdükdə Siyafər Nəsiminin telefon zənglərinə cavab vermədiyini demişdir. O zaman anlamışdır ki, Nəsimi onları aldadıbdır. Söhbət əsnasında Nəsiminin qardaşı Zərərçəkmiş şəxs5 da sosial müavinət düzəltmək adı ilə aldadıb 3.000 (üç min) manat pulunu ələ keçirdiyini eşitmişdir. O Nəsimi ilə heç bir telefon əlaqəsi saxlamamışdır. Daha sonra Nəsiminin bir çox vətəndaşı da aldatdığını eşitmiş və bununla bağlı Laçın rayon Polis Şöbəsinə müraciət etmişdir. Nəsimi ondan xəstəliklə bağlı sənəd nümunələri istəmiş, qalan bütün prosedurları özünün edəcəyini bildirmiş, hər hansı bir vəzifəli adam adı çəkməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onun tanımadığını, özünün heç kəsdən pul almadığını, Azər adlı soyadını bilmədiyi şəxsin bəzi vətəndaşlardan pul alaraq bu əməli onun üzərinə atdığını bildirməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tamamilə yalan danışır, pulu sırf Nəsimiyə vermişdir. Onu yalnız Nəsimi aldatmış, həmin işlə bağlı Azər adlı şəxs tanımamış, adını da eşitməmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs4 ifadəsi elan edilməklə tədqiq edilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, həyat yoldaşı X16 ağır xəstə olduğundan 2-ci qrup əlilliyə görə 14 ilə yaxın müddətdə təqaüd almış, təqaüdü təxminən 2021-ci ildə kəsilmişdir. Bu səbəbdən o həmin təqaüdü bərpa etdirmək istəmişdir. Bununla əlaqədar 22 dekabr 2022-ci il tarixdə səhər saatlarında o Laçın rayon X3 baş həkimi Şahid6 evinə getmişdir ki, bu barədə ona kömək etsin. Həmin vaxt Şakir evdə olmamışdır. Sonra poliklinika tərəfə getdikdə yolda Şakir həkimlə qarşılaşmış, onun yanında bir neçə nəfər şəxs olmuş, lakin onları tanımamışdır. Həmin vaxt o Şakirə arvadının xəstə olduğunu dedikdə, o ona bunu bildiyini demişdir. O isə ona bu barədə ona köməklik etməsini xahiş etmiş, o ona bir nəfər şəxsin hazırda poliklinikada olduğunu, həmin şəxsin bu məsələləri həll edə biləcəyini deyib, həmin şəxsin yanma getməsini tapşırmışdır. Bu sözə görə o poliklinikaya getmiş, orada yalnız 1 nəfər şəxsin olduğunu görmüşdür. Yaxınlaşdıqda həmin şəxs ondan Bakir olub-olmadığını soruşmuşdur. Həmin vaxt anlamışdır ki, Şakir həkim telefonla ona onun barəsində məlumat vermişdir. Həmin şəxs onu poliklinikadan çölə çağırmış, o da onunla çölə çıxmış və orada həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Orada həyat yoldaşının təqaüdünün dayandırılması barədə Nəsimiyə məlumat verdikdə o ona bu məsələni həll edəcəyini, təqaüdü bərpa edəcəyini demişdir. Bunun qarşılığında xərclər çəkməli olduğunu, Şakir həkimin ona onun maddi imkanının zəif olduğunu dediyi üçün ona ümumilikdə 2.500 (iki min beş yüz) manat pul verməli olduğunu demişdir. Özü isə ona hazırda pulunun olmadığını, borc tapa biləcəyi halda pulu gətirəcəyini demişdir. Həmin vaxt gedib evdən 2.500 (iki min beş yüz) manat pul götürmüşdür. Bir neçə saat sonra həmin 2.500 (iki min beş yüz) manat pulla birlikdə poliklinikaya qayıtmışdır. Nəsimi orada olmuş, lakin Şakir həkim yox idi. O Nəsimiyə pulu gətirdiyini dedikdə, sonuncu ona pulu verməyini istəmişdir. O isə ona Şakir həkim gəlmədən pul verməyəcəyini, onu yox Şakir həkimi tanıdığını demişdir. Bir az vaxt keçdikdən sonra Şakir həkimin gəlmədiyini görüb Nəsimi öz telefonuyla ona zəng etmişdir. Şakirə onun ona pulu verib çıxıb getməsini təklif etmişdir. Həmin vaxt onun telefonunu götürüb Şakir həkimlə özü danışmışdır. Şakirdən Nəsimini yola salıb-salmamasmı, yəni pulu verib-verməməsini soruşmuşdur. Şakir isə Nəsimini yola salmasını tapşırmış və o 2.500 (iki min beş yüz) manat pulu sayıb əlbəəl Nəsimiyə vermişdir. Sonradan Nəsiminin 055 *** ** ** saylı mobil nömrəsiylə bir neçə dəfə əlaqə saxladıqda o hər dəfə ona iş bu gün-sabah həll olunur deyə-deyə onu aldatmışdır. Həmin müddətdən sonra isə ümumiyyətlə Nəsimi telefonlarına cavab verməmişdir. Nəsimi ilə bir neçə dəfə xəstəxanada görüşdükdə yanında adını bilmədiyi oğlu da var idi. O ona bir neçə dəfə demişdir ki, “atana denən məni dağa-daşa salmasın”. O isə ona narahat olmamasını demişdir. Həmin vaxt anlamışdır ki, Nəsimi onun etibarından sui- istifadə edib aldadıb 2.500 (iki min beş yüz) manat pulunu ələ keçirmişdir. Buna görə dəfələrlə Şakir həkimin yanma gedib ona Nəsiminin düzgün adam olmadığını bildirdikdə Şakir həkim ona onun düzgün adam olduğunu, əgər işi alınmazsa pulunu geri qaytaracağını demişdir. O da ona arxayın olmuş, lakin yenə də Nəsiminin onu aldatdığını düşünmüşdür. Uzun müddət keçsə də, Şakir həkim onu arxayın saldığından o şikayət etməmişdir. Lakin daha sonra eşitmişdir ki, Nəsimi tək onu yox, bir çox vətəndaşı aldadıb pulunu ələ keçirmişdir. Bu səbəbdən də Laçın rayon polis şöbəsinə hadisə barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun təqaüdünü bərpa etdirəcəyini bildirərkən ona ümumilikdə guya yuxarıda adamlarının olduğunu desə də, heç kəsin nə adını nə də vəzifəsini deməmişdir. Təqsirləndirilən şəxs pul verərkən yanında heç kəs olmamış, pulu ona təklikdə vermişdir. Təqsirləndirilən şəxs ondan həyat yoldaşının xəstəliyi ilə bağlı bir sıra sənədləri istəmiş və o həmin sənədləri ona təqdim etmişdir. Amma konkret hansı formada həll edəcəyi barədə heç nə deməmişdir. Sənədlər bir neçə dəfə Şakir həkimin stoluna gəlmiş, nələrsə yazmışdır. Sənədləri ən son Şakir həkimin stolunun üstündə görmüşdür. Baş vermiş hadisə ilə əlaqədar onu tək Nəsimi yox Şakir həkim də aldatmışdır. Təqsirləndirilən şəxs ifadəsində özünün heç kəsdən pul almadığını, Azər adlı soyadını bilmədiyi şəxsin bəzi vətəndaşlardan pul alaraq bu əməli onun üzərinə atdığını bildirməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, o pulu sırf Nəsimiyə vermiş, onu yalnız Nəsimi aldatmış, bu işlə bağlı Azər adlı şəxs tanımamış, Şakir həkim ona bir dəfə Nəsimini onunla Azər adlı soyadını bilmədiyi şəxsin tanış etdiyini bildirmişdir. Lakin o Azər adlı şəxs nə görməmiş nə də onunla heç bir söhbəti olmamışdır. O ərizəsində Təqsirləndirilən şəxs verdiyi pulun borc qismində aldığını, həmin borcu gecikdirdiyi üçün hər ay 200 (iki yüz) manat pul ödədiyini bildirməsi barədə göstərmişdir ki, ərizəsində yəqin ki, nəsə anlaşılmazlıq olmuş, həmin pul özünə aid idi və evdən götürmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs3 ilə eyni evdə yaşayırlar. Behbudun qızı Zahirə Cavadovanın uşaqlıqdan başında travma olmuş, həmin travma ilə əlaqədar uzun müddətdir ki, o iki yüz manat sosial müavinət almışdır. Həmin sosial müavinət 2021-ci ildə dayandırılmışdır. Behbud qızının müavinətini bərpa etdirmək istəmişdir. 2022-ci ilin noyabr ayında o Behbudla birlikdə Laçın RMX-nın poliklinikasının həkimi Şahid6 yanına Zahirənin xəstəliyi ilə bağlı yaxınlaşdıqda ümumi söhbət əsnasında Behbud Şakirə bildirmişdir ki, qızının sosial müavinətini bərpa etdirmək istəyir. Şahid6 Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını, həmin şəxsin bəlkədə ona kömək göstərə biləcəyini demişdir. Bu ərəfələrdə dəfələrlə Şakir həkimin yanına gedib-gəlmişlər. 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə səhər saat 10 radələrində Şakir həkim Behbuda zəng edərək poliklinikaya getməyini tapşırmışdır. Bu vaxt Behbudla o birlikdə poliklinikaya getmişlər. O Cümşüdə də sosial müavinət düzəltdirmək fikrinə düşmüşdür. Beləliklə Behbudla birlikdə Ağcabədi rayonu Taxta körpü ərazisində yerləşən həmin poliklinikaya getmişlər. Orada Şakirin otağında bir nəfər şəxsin Şakir həkimin otağında onun yanında oturduğunu görmüşlər. Şakir həkim həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Behbud Təqsirləndirilən şəxs qızının sosial müavinətini bərpa etdirmək istədiyini bildirdikdə Nəsimi onlara bu işi rahatlıqla həll edəcəyini, bunun qarşılığında Behbudun ona 3.500 (üç min beş yüz) manat pul verməli olduğunu demişdir. Behbud Nəsimiyə 1.500 (bir min beş yüz) manat pulunun olduğunu deyib özü ilə götürdüyü həmin pulu sayıb əlbəəl Nəsimiyə vermişdir. Həmin pulu verdiyini həkim Şahid6 və o görmüşlər. Nəsimi pulu alıb sayaraq əlində olan qara qovluğa qoyub geri qalan 2.000 (iki min) manat pulu da verməyini istəmişdir. Behbud ona pulunun olmadığını demiş, Nəsimi isə bu pula işin alınmasının mümkün olmadığını deyib, geri qalan pulu gətirib verəcəyi halda işin düzələciyini, həmin vaxtadək verdiyi pulu qovluğunda saxlayacağını bildirmişdir. Həmin vaxt onlar oradan çıxdıqda o Behbuda evdə olan pulu Nəsimiyə verməsini, işi yarımçıq qoymamasmı demişdir. Behbud da onunla razılaşmışdır. Sonra onlar evə getmişlər və Behbud evdə olan puldan 2.000 (iki min) manat pul götürüb ona vermişdir ki, aparıb Nəsimiyə versin və qızı Zahirənin sosial müavinəti bərpa olunsun. O həmin pulu götürdükdən sonra digər qardaşı Zərərçəkmiş şəxs5la bu barədə məsləhətləşmişlər və poliklinikaya onunla birlikdə getmək qərarına gəlmişlər. Bu dəfə Zərərçəkmiş şəxs5la birlikdə poliklinikaya getmiş, Behbud isə evdə qalmışdır. Nəsimi poliklinkada olsa da, Şakir həkim orada olmamışdır. Poliklinikada komissiya otağı deyilən yerdə qardaşı Zərərçəkmiş şəxs5 2.000 (iki min) manat pulu sayıb əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Bu zaman o da Cümşüdün səhhəti barədə Nəsimiyə məlumat verib ona şəklini göstərmişdir. Nəsimi isə Cümşüdə də sosial müavinət düzəldə biləcəyini deyib bunun qarşılığında ona 3.000 (üç min) manat pul verməsini istəmişdir. Özü isə ona imkanı olmadığını, ən çox 2.000 (iki min) manat borc tapıb ona verə biləcəyini dedikdə, o ona gələcəkdə yerdə qalan 1.000 (bir min) manatı da alacağını demişdir. İşin düzəlməsi üçün o səsini çıxarıb etiraz etməmişdir. Nəsimi Hüseynin otağa girərkən axsadığını gördüyü üçün həmin ərəfədə Hüseynə axsaması ilə əlaqədar sosial müavinət düzəltdirəcəyini demiş və ondan da 3.000 (üç min) manat pul istəmişdir. O və Hüseyin onunla razılaşmışlar. Nəsimi bir həftə sonra çərşənbə günü yenidən poliklinikaya gələcəyini deyib həmin vaxt pulu ona gətirməsini istəmişdir. O evə gəlib Behbuda bu barədə məlumat vermiş və ondan 2.000 (iki min) manat borc pul almışdır. Bir həftə sonra 2022-ci ilin yenə də noyabr ayının xatırlamadığı günündə həftənin çərşənbə günü o Hüseynlə birlikdə poliklinikaya getmişlər. Nəsimi yenə də orada olmuş, lakin Şakir həkim yox idi. Orada komissiya otağında Nəsimi ilə görüşmüşlər. Hüseyin orada özünün 3.000 (üç min) manat pulunu sayıb ümumilikdə Nəsimiyə vermişdir. Nəsimi isə çox arxayınlıqla danışaraq hər üçünün sosial müavinət məsələsini həll edəcəyini demişdir. Təxminən 1 həftə sonra eyni qaydada Hüseynlə birlikdə yenə poliklinikaya getmişlər. O Behbuddan borc aldığı 2.000 (iki min) manat pulu yolda Hüseynə vermişdir. Poliklinikada Hüseyin həmin pulu da sayıb əlbəəl Nəsimiyə vermişdir. Bu vaxt da Şakir həkim orada olmamışdır. Nəsimi yenə də çox arxayın və savadlı formada danışmışdır. Bu səbəbdən onlar ona arxayın olaraq onları aldadacağını düşünməmişlər. Bundan sonra Nəsiminin istifadəsində olan, nömrəsini xatırlamadığı mobil nömrə ilə dəfələrlə telefon əlaqəsi saxlayaraq danışsa da, o hər dəfəsində müxtəlif bəhanələr gətirərək işin bu-gün sabah həll olunacağını demişdir. Təxminən 1 ay sonra artıq ona zəng çatmamışdır. Daha sonra Nəsiminin bir çox vətəndaşı da aldatdığını eşitmiş və bununla bağlı Laçın rayon Polis Şöbəsinə müraciət etmişdir. Nəsimi poliklinikaya adını bilmədiyi oğlu ilə gəlmiş, Hüseyin ona məxsus olan 2.000 (iki min) manat pulu verdikdə Nəsiminin oğlu yanında olmuş, digər görüşlərdə onun oğlu yanında olmamışdır. Nəsimi xəstəliklə bağlı sənəd nümunələri istəmiş, qalan bütün prosedurları özünün edəcəyini bilidirmişdir. Nəsimi onlara yuxarıda tanışlarının olduğunu desə də, hər hansı bir vəzifəli adam adı çəkməmişdir. Baş vermiş hadisə ilə əlaqədar onu yalnız Təqsirləndirilən şəxs aldatmışdır.Təqsirləndirilən şəxs ifadəsində heç kəsdən pul almaması, Azər adlı soyadını bilmədiyi şəxsin bəzi vətəndaşlardan pul alaraq bu əməli onun üzərinə atdığını bildirməsi barədə göstərdiyi xüsusatları təkzib edərək Təqsirləndirilən şəxs tamamilə yalan danışdığını, pulu sırf Nəsimiyə verdiyini, onu yalnız Nəsimi aldatdığını, bu işlə bağlı Azər adlı şəxs tanımadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, səhhətində olan problemlərlə əlaqədər 2009-cu ilin xatırlamadığı ayında sosial müavinət almağa başlamışdır. 2019-cu ildə həmin müavinətim dayandırılmışdır. Bundan sonra müavinətini bərpa etdirmək üçün adam axtarmağa başlamışdır. 2023-cü ilin yaz aylarında hazırda xatırlamadığı Laçın rayon sakinlərindən eşitmişdir ki, Laçın rayon X1 baş həkimi Şahid6 dayandırılmış təqaüdlərin bərpa etdirilməsində köməklik edə bilir. Lakin bu işin alınması üçün 3.500 (üç min beş yüz) manat pul vermək lazımdır. Beləliklə, 2023-cü ilin aprel ayında səhər saatlarında Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi ərazisində yerləşən, Şakir həkimin işlədiyi poliklinikaya getmişdir. Həmin vaxt bacısı Şahid2 da yanında olmuşdur. Həmin vaxt Şakir həkimin otağına girərək dayandırılmış müavinətini bərpa etdirmək istədiyini deyib 3.500 manat pul gətirdiyini bildirmişdir. O isə ona bu işin onluq olmadığını, həmin işlə Təqsirləndirilən şəxs adlı şəxsin məşğul olduğunu və təsadüfən elə həmin gün Nəsiminin oraya gələcəyəini deyərək onu gözləmələrini tapşırmışdır. O və bacısı təxminən 2-3 saat poliklinikanın həyətində gözlədikdən sonra günorta nahar vaxtı Şakir həkim otağından çölə çıxmış və həmin ərəfədə poliklinikaya qırmızı rəngli Mersedes markalı modelini və nömrəsini xatırlamadığı avtomobil yaxınlaşmışdır. Şakir həkim həmin avtomobildə gələn şəxsin Nəsimi olduğunu deyib ona yaxınlaşmalı olduqlarını bildirərək özü çıxıb getmişdir. Bu zaman bacısı ilə o sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə yaxınlaşdıqda Nəsimi ona “İş düzəldən sizsiniz?” deyə sual vermiş, o da onun bu sualına cavab olaraq sosial müavinətini bərpa etdirmək istədiyini demişdir. Bu zaman Nəsimi onun özü ilə gətirdiyi tibbi sənədlərə və ona baxıb bu işi həll edə biləcəyini demiş və bunun qarşılığında ona 3.500 (üç min beş yüz) manat pul verməli olduğunu, bundan sonra təxminən 6 ay müddətində təqaüdünün bərpa olacağını bildirmişdir. O da özü ilə götürdüyü 3.500 (üç min beş yüz) manat pulu bacısı Tərgülün yanında nağd şəkildə sayıb əlbəəl Nəsimiyə vermişdir. Bundan sonra Nəsimi ilə əlaqə saxlayarkən sonuncu 3500 manat qarşılığında müavinətin 3 illik olacağını, əlavə 2500 manat verəcəyi təqdirdə müavinətin ömürlük olacağını bildirmiş, həmin pulu da Bakı şəhəri ərazisində Nəsimiyə vermişdir. Bundan sonra isə artıq onun mobil nömrəsinə zəng çatmamışdır. Yaxın vaxtlarda eşitmişdir ki, Təqsirləndirilən şəxs bir çox vətəndaşı onun kimi aldatmışdır. Bu səbəbdən onun barəsində şikayət ərizəsi yazmaq üçün Laçın rayon Polis Şöbəsinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında Laçın rayon sakinləri arasında Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsin insanlardan sənəd toplayıb sosial müavinət düzəltmək barədə vədlər verdiyini eşitmişdir. O isə ağciyərində olan problemlə bağlı 2- ci qrup əlil kimi sosial müavinət almış, həmin sosial müavinət təxminən 2017-ci ildə kəsilmişdir. Bu səbəbdən həmin müavinəti bərpa etdirmək niyyətinə düşmüşdür. Hazırda xatırlamadığı Laçın sakinindən Təqsirləndirilən şəxs 055 *** ** ** saylı mobil nömrəsini almışdır. Onunla telefonda ətraflı heç nə danışmamışdır. O onu Laçın rayon X4 dəvət etmişdir. 2023-cü ilin may ayında o onunla həmin yerdə həyətdə görüşmüşdür. Həmin vaxt yanında qayını X17 da olmuşdur. İlk öncə Nəsimiyə kəsilmiş təqaüdünü bərpa etdirmək niyyətində olduğunu dedikdə o ona bu işi həll edəcəyi barədə çox əminliklə söz vermişdir. Çox səliqəli geyimdə olduğundan və savadlı danışdığından onun aldadacağına qətiyyən ehtimal verməmişdir. Nəsimi bu işin qarşılığında ondan ilk öncə 4.500 (dörd min beş yüz) manat pul istəmişdir. O ona bu miqdarı verməyə imkanı çatmadığını bildirdikdə o heç bir müzakirə etmədən 3.000 (üç min) manata da bu işi həll edə biləcəyini demişdir. O ona 3.000 (üç min) manatı hissə-hissə, yəni ilk öncə 1.500 (bir min beş yüz) manat, işi düzələndən sonra isə yenidən 1.500 (bir min beş yüz) manat formasında verə biləcəyini dedikdə o bununla da heç tərəddüd etmədən razılaşmışdır. Təxminən 1 həftə sonra, 2023cü ilin may ayında xatırlamadığı gündə günorta saatlarında o Nəsimi ilə telefon danışıqlarına əsasən, yenidən Laçın rayon mərkəzi xəstəxanasının Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi ərazisində yerləşən poliklinikanın həyətində görüşmüşdür. Həmin vaxt yenə də yanında qayınım İsmayıl Budaqov olmuşdur. İsmayılın yanında 1.500 (bir min beş yüz) manat pulu sayıb əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Nəsimi yenə də ona narahat olmamasını, təxminən 1-2 aya təqaüdünü bərpa etdirəcəyini demişdir. Bundan sonra arada bir Nəsimi ilə telefon danışıqları baş tutmuş, həmin danışıqlarda o, guya işin qaydasında olduğunu, həllini tapacağım deyərək onu aldatmışdır. Təxminən 1 ay sonra Nəsimi ona zəng edərək işin demək olar ki hazır olduğunu, yerdə qalan 1.500 (bir min beş yüz) manat pulu da verməli olduğunu demişdir. O ilk öncə onunla razılaşmasa da, o inamla danışaraq təkidlə ondan pulu verməsini, yoxsa işinin almmayacağmı demişdir. O da məcbur qalaraq onunla razılaşmışdır və 2023-cü ilin iyun ayının xatırlamadığı günündə Nəsimi ilə yenidən eyni yerdə görüşmüşlər. Bu dəfə onun yanında qardaşı Şahid1 da olmuşdur. Mürşüdün yanında Nəsimi ilə görüşüb 1.500 (bir min beş yüz) manat pulu sayaraq əlbəəl Nəsimiyə vermişdir. Bundan sonra bir-iki həftə ərzində Nəsimi ilə telefonla danışdıqda o hər dəfə ona bu gün-sabah həll olunur deyə-deyə aldatmışdır. Həmin müddətdən sonra isə ümumiyyətlə Nəsimi telefonlarına cavab verməmişdir. O zaman anlamışdır ki, Nəsimi onun etibarından sui-istifadə edib aldadıb 3.000 (üç min) manat pulunu ələ keçirmişdir. Daha sonra eşitmişdir ki, Nəsimi tək onu deyil, bir çox vətəndaşı aldadıb pulunu ələ keçirmişdir. Bu səbəbdən də Nəsimi barəsində Laçın rayon polis şöbəsinə ərizə ilə şikayət etmişdir. Nəsimi ümumilikdə guya yuxarıda adamlarının olduğunu desə də, heç kəsin nə adını nə də vəzifəsini deməmişdir. Nəsimi ilə görüşdükdə hər dəfə Zeynal adlı oğlu da Nəsimi ilə birlikdə gəlmişdir. Onlar “Mersedes 190” markalı, albalı rəngli nömrəsini xatırlamadığı avtomobillə gəlmişlər. Zeynal avtomobili idarə etmiş, həmin pulu verdikdə Nəsiminin oğlu Zeynal da yanında olmuşdur. Təqsirləndirilən şəxs ondan yalnız xəstəliyi ilə bağlı bir sıra sənədləri istəmiş və o həmin sənədləri ona təqdim etmişdir. Amma konkret hansı formada həll edəcəyi barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu tanımaması, özünün heç kəsdən pul almaması, Azər adlı soyadını bilmədiyi şəxsin bəzi vətəndaşlardan pul alaraq bu əməli onun üzərinə atdığım bildirməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Nəsimi yalan danışır, o pulu sırf Nəsimiyə vermiş, onu yalnız Nəsimi aldatmış, bu işlə bağlı Azər adlı şəxsi tanımamış, ehtimal etmişdir ki, Nəsimi məsuliyyətdən yayınmaq üçün o, həmin Azərin adını uydurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, səhhətində olan problemlə bağlı, yəni şəkərli diabet və təzyiq xəstəsi olduğundan təxminən 2018-ci il tarixdən sosial müavinət almışdır. 2023-cü ilin may ayında həmin müavinəti dayandırılmışdır. Bundan sonra müavinətini bərpa etdirmək niyyətinə düşmüşdür. Laçın rayonuna köçməzdən əvvəl Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi ərazisində Laçın rayon X1 baş həkimi Şahid6 ilə qonşuluqda yaşamış və onunla ailəvi get-gəlişləri olmuşdur. Şakirlə görüşüb söhbət edən zaman sosial müavinətimi bərpa etdirmək niyyətində olduğunu ona bildirmişdir. O isə ona Təqsirləndirilən şəxs adlı şəxsin poliklinikaya gəldiyini, bu barədə məlumatlı olduğunu, onun bəlkə də ona kömək edə biləcəyini deyib həmin şəxslə danışmasını təklif etmişdir. Həmin vaxt Şahid6 Nəsiminin 055 ***-**-** saylı mobil nömrə işlətdiyini bildirmiş və o öz istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə ona zəng edib dayandırılmış sosial müavinətini bərpa etdirmək niyyətində olduğunu bildirmişdir. O isə ona bunu həll edəcəyini demiş və təxminən 1 həftə sonra poliklinikada görüşməyi təklif etmişdir. 2023-cü ilin iyul ayında həmin danışığa əsasən onlar Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon X2 komissiya otağında görüşmüşlər. Orada Şakir həkim onları tanış etdikdə o onun Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, Şakir həkim isə işinin olduğunu deyib çıxıb getmişdir. Nəsimi çox səlis, savadlı, arxayın formada danışmış və səliqəli kostyum geyinmişdir. Bu səbəbdən onun onu aldada biləcəyi ağlına belə gəlməzdi. Orada Nəsimi ona sosial müavinətini bərpa etdirə biləcəyini, bunun müqabilində ona 5.000 (beş min) manat pul verməli olduğunu demişdir. Bundan əlavə, sosial müavinətinin ən geci 3 aya bərpa olunacağını, bunu bacarmayacağı halda pulunu bütövlükdə ona qaytaracağını demişdir. O isə ona həmin pulu bütöv verməyə maddi imkanının olmadığını deyib hissəhissə verə biləcəyini demişdir. Həmin vaxt Nəsimi heç bir tərəddüd etmədən ilkin olaraq ona 3.000 (üç min) manat, daha sonra isə yerdə qalan 2.000 (iki min) manat pulu verə biləcəyini demişdir. O da onunla razılaşmışdır. Bundan sonra Nəsimi ilə telefon əlaqələri yaranmışdır. Telefon danışıqlarından birinə əsasən, Nəsimi ondan pulu tapıb-tapmadığını soruşduqda o ona 3.000 (üç min) manat pulu tapdığını demiş, o isə Taxta-körpü qəsəbəsinə gələrək pulu ondan götürəcəyini bildirmişdir. Poliklinkadakı görüşdən təxminən 1 həftə sonra, yəni 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs Taxta-körpü Qayğı qəsəbəsi ərazisinə gəlmişdir. Onunla Laçın rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi park ərazisindəki çayxanada görüşmüşlər. Həmin vaxt onun dostu Şahid3 təsadüfən yanında olmuşdur. Təhməzin yanında o Nəsimiyə 3.000 (üç min) manat pulu sayıb əlbəəl vermişdir. Nəsimi yenə də çox arxayın formada danışaraq sosial müavinətini 3 aya bərpa etdirəcəyi barədə yalan vədlər verib getmişdir. Bundan sonra da Nəsimi ilə arada bir telefon danışıqları olurdu və o işin öz nəzarətində olduğunu, yaxın zamanlarda həllini tapacağını demişdir. Telefon danışıqlarının birində sosial müavinətinin artıq bərpa olunma ərəfəsində olduğunu, bu səbəbdən yerdə qalan 2.000 (iki min) manat pulu da verməli olduğunu, yoxsa işin həllini tapmayacağını demişdir. O da məcbur qalıb onunla razılaşmışdır. 2023-cü ilin avqust ayında, çayxanadakı görüşündən təxminən 1 ay sonra onunla yenidən həmin çayxanada görüşmüşlər. Nəsimi yenə də çox səlis, savadlı, mədəni danışaraq işinin həll mərhələsində olduğunu demiş və o 2.000 (iki min) manat pulu sayıb əlbəəl ona vermişdir. Həmin vaxt isə yanında heç kəs olmamışdır. Daha sonra o Təqsirləndirilən şəxsla mütəmadi telefon əlaqəsi saxlamışdır. Hər dəfəsində Nəsimi ona işinin bu gün-sabah həll olunacağını desə də heç bir nəticə olmamışdır. Sonradan artıq onun telefonuna zəng çatmadıqda o onun dələduzluq edib onu aldatdığını başa düşmüşdür. Daha sonra Nəsiminin bir çox vətəndaşı da aldatdığını eşitmiş və bununla bağlı Laçın rayon Polis Şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxsla ***-***-**-** və 055-301 18-58 mobil nömrələr vasitəsi ilə əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs onunla görüşlərə tək gəlmiş, poliklinikaya kiminlə gəldiyini bilməmiş, çünki o poliklinikaya çatdıqda Nəsimi artıq orada olmuş, digər görüşlərə, yəni çayxanaya isə Təqsirləndirilən şəxs nömrəsini, markasını, dövlət qeydiyyat nişanını xatırlamadığı taksi vasitəsilə gəlmişdir. Baş vermiş hadisə ilə əlaqədar onu yalnız Təqsirləndirilən şəxs aldatmışdır. Təqsirləndirilən şəxs ifadəsində heç kəsdən pul almaması, Azər adlı soyadını və anket məlumatlarını bilmədiyi şəxsin ona göstərərək adını Şahid6 adlı həkimin elektron sistemə vurması, lakin imtina cavabı gəlməsi, Şakir həkimlə tanış olması, bu halda bəlkə də şikayət etməyəcəyini deməsi, bundan başqa heç bir məlumatının olmaması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, o Şakir həkimlə qonşu olmuş, lakin bu məsələ ilə əlaqədar Azər adlı şəxs tanımamış, nə də belə bir ad eşitməmişdir. Nəsiminin bu dedikləri tamamilə uydurmadır. Sırf Nəsimi özü onunla çox səliqəli və aydın şəkildə söhbətlər edərək onun ona inanmasına nail olmuş, bununla da onu aldadaraq ümumilikdə 5.000 (beş min) manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, əvvəllər hərbidə işləmiş, lakin hal-hazırda dövlətdən təqaüd almamışdır. Bununla bağlı o tanışı Məleykə adlı xanımla söhbət edən zaman onun bu işlərlə bağlı tanışının olduğunu bildirmişdir. O bu barədə ondan maraqlandıqda pul verəcəyi təqdirdə ona təqaüd düzələcəyini öyrənmişdir. Daha sonra onun mobil nömrəsini həmin şəxsə verərək onun onunla əlaqə saxlamasını bildirmişdir. Nəsimi adlı şəxs ona zəng vurduqda bir qədər telefonda danışdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu ərazisində yerləşən “Okean” avtoservisin qarşısında görüşərək o Nəsimiyə 6000 manat pul vermişdir. Nəsimi ona Gənclik metrostansiyasmm yaxınlığında “Sehirli Spa” mərkəzində işləyən “Natella” adlı qadına özünə məxsus sənədləri təqdim etməsini demiş, o da 19 oktyabr 2023-cü il tarixdə “Sehirli Spa” mərkəzinə gedərək özümə məxsus səndləri aparıb aparıb “Natella” adlı qadına vermişdir. 24 oktyabr 2023-cü il tarixdə Nəsimi ona zəng edərək demişdir ki, 4 saylı poliklinikaya gedib orada Könül Mirzəyeva adlı həkimə yaxınlaşsın. O da 25 oktyabr 2023-cü il tarixdə 4 saylı poliklinikaya gedərək Könül Mirzəyeva adı həkimə yaxınlaşmış, Könül Mirzəyevadan sənədlərinin burda olubolmadığını soruşmuş, o da ona sənədlərinin orada olduğunu deyərək polilinikada təxminən 7 gün stasionar müalicə almışdır. Müalicədən sonra o xəstəliyi ilə bağlı ekipriz alaraq qeydiyyatda olduğu Suraxanı poliklinasına gətirərərk ekiprizi orda təqdim etmişdir. Daha sonra o həkim komisiyasmdan keçsə də işləri alınmamışdır. Nəsimi ilə razılaşmaları belə olmuşdur ki, iş düzələndən sonrada 4000 manatda ödəməli olmuşdur. Lakin işinin alınmadığını bildikdən sonra Nəsimi ilə əlaqə saxlasa da, Nəsimi bildirmişdir ki narahat olmasın həll olunacaq. Lakin təqaüd məsələsi həll olunmamış və Nəsimidən də hər hansı bir xəbər çıxmamışdır. Dəfələrlə Nəsimi ilə danışsa da müxtəlif bəhanələr gətirərək onu yola vermişdir. Bu səbəbdən, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə yaxınlaşaraq şikayət ərizəsi yazmışdır. O pulu xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu ərazisində yerləşən “Okean” avtoservisin qarşısında vermiş, hadisə nəticəsində ona 6000 manat ziyan dəymişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 teleqramla məhkəməyə müraciət edərək ibtidai araşdırmadakı ifadəsini təsdiq etmişdir. Onun ifadəsi məhkəmə iclasında tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun böyük qardaşıdır. Onunla o fərdi söhbətlərlə əlaqədar məlumatı olmuşdur, özünə sosial müavinət düzəltmək istəyir. Təqsirləndirilən şəxs adında bir nəfər var idi ki, qardaşı bildirmişdir ki, həmin şəxs 3000 manat müqabilində ona sosial müavinət düzəldəcək. 2023-cü ilin iyun ayı olardı ki, qardaşı ona bildirmişdir ki, Nəsimiyə verəcəyi olan 3000 manatdan 1500 manatı keçən ay verib, qalan 1500 manatı isə onunla birlikdə gedib vermək istəyir. O da onunla razılaşaraq Laçın RMX-ya gedib Nəsimi ilə orada görüşmüşlər və 1500 manat pulu onun yanında qardaşı Əkrəm Nəsimiyə vermişdir. Nəsimi yanma qırmızı rəngli «Mersedes» markalı avtomobillə gəlmişdir. Avtomobilin dövlət qeydiyyat nişanının xatırlamamışdır. Daha sonra onlar oradan uzaqlaşmışlar. Məhkəmə iclası dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 onun bacısıdır. Belə ki, bacısı Mənzər səhhətidə olan problemlərlə əlaqədər 2009-cu ildə sosial müavinət almağa başlamış, 2019-cu ildə həmin müavinəti dayandırılmışdır. Bundan sonra müavinətini bərpa etdirmək üçün adam axtarmağa başlamışdır. 2023-cü ilin yaz aylarında hazırda xatırlamadığı Laçın rayon sakinlərindən eşitmişdir ki, Laçın rayon X1 baş həkimi Şahid6 dayandırılmış təqaüdlərin bərpa etdirilməsində köməklik edə bilir. Lakin bu işin alınması üçün 3.500 (üç min beş yüz) manat pul vermək lazımdır. Bu səbəbdən 2023-cü ilin aprel ayında səhər saatlarında o bacısı Mənzərlə birlikdə Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi ərazisində yerləşən, Şakir həkimin işlədiyi poliklinikaya getmişlər. Həmin vaxt Şakir həkimin otağına girərək Mənzər dayandırılmış müavinətini bərpa etdirmək istədiyini deyib 3.500 manat pul gətirdiyini bildirmişdir. Şakir isə bacısı Mənzərə demişdir ki, bu iş ona aid deyil, həmin işlə Təqsirləndirilən şəxs soyadlı şəxs məşğul olur, Nəsimi indi gələcək, onu gözləsin. O və bacısı təxminən 2-3 saat poliklinikanın həyətində gözlədikdən sonra günorta nahar vaxtı Şakir həkim otağından çölə çıxmış və həmin ərəfədə poliklinikaya qırmızı rəngli Mersedes markalı modelini və nömrəsini xatırlamadığı avtomobil yaxınlaşmışdır. Şakir həkim həmin avtomobildə gələn şəxsin Nəsimi olduğunu deyib ona yaxınlaşmalı olduqlarını bildirərək özü çıxıb getmişdir. Bu zaman bacısı ilə o sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə yaxınlaşdıqda Nəsimi bacısı Mənzərə “İş düzəldən sizsiniz?” deyə sual vermişdir. Mənzər də onun bu sualına cavab olaraq sosial müavinətini bərpa etdirmək istədiyini demişdir. Bu zaman Nəsimi bacısı Mənzərin özü ilə gətirdiyi tibbi sənədlərə baxıb bu işi həll edə biləcəyini demiş və bunun qarşılığında ona 3.500 (üç min beş yüz) manat pul verməli olduğunu, bundan sonra təxminən 6 ay müddətində təqaüdünün bərpa olacağını bildirmişdir. Mənzər də özü ilə götürdüyü 3.500 (üç min beş yüz) manat pulu onun yanında nağd şəkildə sayıb əlbəəl Nəsimiyə vermişdir. Sonra Nəsimi çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, bacısı Mənzər həmin işin həlli üçün Nəsimiyə əlavə olaraq 2500 manat pul da veribdir. Lakin həmin söhbətdə o iştirak etməmiş, şahidi olmamışdır. Beləliklə də, Nəsimi bacısı Mənzərdən ümumilikdə 6000 manat pul almışdır. Sonradan Nəsimi bacısı Mənzərinin məsələsini həll etməyib, aldadıb pulunu ələ keçirtdiyindən, Mənzər məcbur olub Nəsimidən polisə şikayət etmişdir. Şahid qismində ibtidai araşdırma müddətində dindirilmiş Şahid3 teleqramla məhkəməyə müraciət edərək ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsi tədqiq edilmiş, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 tanıyıram, o onun dostudur. 2023-cü ilin iyul ayında o Şakirlə görüşən zaman söhbət əsnasında ona bildirmişdir ki, əvvəllər sosial müavinət alırdı, lakin sonradan ona müavinətin verilməsi dayandırılmış, müavinətini bərpa etdirmək üçün Laçın rayon X2 Təqsirləndirilən şəxs soyadlı şəxslə danışıbdır, həmin şəxs ona 5000 manat müqabilində sözügedən məsələdə köməklik edəcəyini deyibdir, o isə ona həmin pulu bütöv verməyə maddi imkanı olmadığı üçün pulu hissə-hissə verə biləcəyini deyibdir, Nəsimi də onunla razılaşıbdır. 2023-cü ilin iyul ayında o Ağcabədi rayonu, Taxta-körpü Qayğı qəsəbəsi ərazisinə getmişdir. Laçın rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi park ərazisindəki çayxanada olarkən o Şakirlə birlikdə görüşmüşdür. Həmin vaxt onlar çayxanada olarkən Nəsimi adlı şəxs də yanma gəlmişdir. Nəsimini o ilk dəfə orada görmüş, əvvəllər o onu görməmiş, onların heç bir əlaqələri, ünsiyyətləri olmamışdır. Onun yanında Şakir üzərində olan 3.000 (üç min) manat pulu sayıb Nəsimiyə əlbəəl vermişdir. X32 demişdir ki, sosial müavinətini 3 aya bərpa etdirəcək. Daha sonra Nəsimi çıxıb getmişdir. O başa düşmüşdür ki, Şakir həmin pulu Nəsimiyə sosial müavinətini bərpa etməsi üçün veribdir. Sonradan ona məlum olmuşdur ki, Şakir həmin məsələyə görə əlavə olaraq 2000 manat pul da Nəsimiyə veribdir, lakin o həmin söhbətdə iştirak etməmiş, bunun şahidi olmamışdır. Şakir Nəsimiyə ümumilikdə 5000 manat pul versə də, sonuncu onun məsələsini həll etməyib Şakiri aldatmış, Şakir də Nəsiminin barəsində polisinə şikayət etmişdir. Məhkəmə iclası dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 onun qohumudur. Zərərçəkmiş şəxs12 da tanıyır, o Fərhadın qaynıdır. O bilmişdir ki, Fərhadın arvadı X14 xəstəliklə əlaqədar sosial müavinət almış, sonradan həmin müavinət dayandırılmışdır. Bu səbəbdən isə Fəhrad sözügedən müavinəti bərpa etdirmək istəmişdir. Bu məsələ ilə bağlı Fərhadın qayını Zərərçəkmiş şəxs12 da oğlu X19 Hallar Nazirliyinə işə düzəltmək istəmişdir. Bu səbəbdən 2024-cü ilin fevral ayının axırlarında Fəhrad ona zəng edib, bu məsələdə tanışının olub- olmadığını soruşmuşdur. O da bu işlərdə kömək edə biləcək tanışının olduğunu, soraqlaşıb məlumat verəcəyini demişdir. Bunu deməklə onun ağlında Nəsimi olmuş, çünki onun bu cür işlərlə məşğul olduğunu bilmişdir. O Nəsimiyə zəng edib bu barədə ona dedikdə, o bu məsələdə köməklik edəcəyini və onunla evində görüşüb danışmaq istədiyini, onların evə çağırmasını xahiş etmişdir. O da zəng edib bu barədə Fərhada demişdir. Təxminən 5-6 gün sonra Fəhrad və Elmidar onun evinə gəlmişlər. Nəsimi də onlar da olmuşdur. Orada o Nəsimini onlarla tanış etmiş, onlar yemək yemişlər. X22 övladını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini, Fəhrad isə həyat yoldaşı X12 pensiyasını bərpa etdirmək istədiyini bilmişlər. Nəsimi isə bu işi həll edəcəyini deyib, bunun müqabilində onların hərəsindən 6.000 (altı min) manat pul istəmişdir. Onlar da razılaşmışlar. Sonra çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Nəsimi onların hər birindən işlərini həll etmək üçün 6000 manat olmaqla cəmi 12000 manat pul almışdır. Lakin o həmin söhbətdə iştirak etməmiş, bunun şahidi olmamışdır. Nəsimi onları aldadıb işlərini həll etmədiyi üçün onlar da polisə şikayət etmişlər. Məhkəmə iclası dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 onun atası, X18 isə onun anasıdır. Zərərçəkmiş şəxs12 dayısıdır. X6 xəstəliklə əlaqədar təxminən 2014-cü il tarixdən sosial müavinət almış, 2021-ci ildə həmin müavinət dayandırılmışdır. Atası Fəhrad sözügedən müavinəti bərpa etdirmək istəmişdir. Bu məsələ ilə bağlı dayı Zərərçəkmiş şəxs12la söhbət zamanı Elmidar da ona oğlu X19 Hallar Nazirliyinə işə düzəltmək istədiyini demişdir. Həmin vaxt atası Fəhrad tanışı Tohidə zəng edərək bu barədə məlumat verib tanışının olub-olmadığını soruşmuşdur. Tohid də bu işlərdə ona kömək edə biləcəyini, tanışının olduğunu demişdir. Təxminən 5-6 gün sonra atası Fərhad, dayısı Elmidar Tohidin Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən evinə getmişlər. Sonradan bildiyinə görə onlar Tohidin evində olarkən sonuncu onları Təqsirləndirilən şəxsla tanış etmiş, orada dayısı Elmidar Nəsimiyə övladını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini, atası Fəhrad isə X6nın pensiyasını bərpa etdirmək istədiyini bildirmişlər.Nəsimi də onların işlərini guya həll edəcəyini deyib, bunun müqabilində hərəsindən 6.000 (altı min) manat pul istəmişdir. Onlar da Nəsimiylə razılaşmışlar. Beləliklə 04 mart 2024-cü il tarixdə axşam saatlarında o atası Fəhrad və dayısı Elmidar birlikdə Bakı-Sumqayıt yolunda, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerüstü piyada keçidinin yaxınlığındakı avtobus dayanacağının və kioskun ətrafında Nəsimi ilə görüşmüşlər. Nəsimi oraya metallik rəngli “Mersedes” markalı ** XX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə gəlmiş, yanında isə tanımadığı bir kişi olmuşdur. Lakin həmin kişi onlara yaxınlaşmamış, kənarda dayanmışdır. Orada onlar Nəsimi ilə görüşmüşlər və yol kənarında dayanmış olan, markasını və nömrəsini xatırlamadığı el arasında “Tır” adı ilə tanınan iri qabaritli yük avtomobilinin yan tərəfinə keçmişlər. Orada Nəsimi bir daha müavinəti bərpa etdirəcəyini, arxayın olmalarını demiş və atası Fəhrad əlbəəl sayıb ona 6.000 (altı min) manat pul vermişdir. Daha sonra Elmidar da həmin yerdə Nəsimiyə onların yanında 6.000 (altı min) manat pulu sayıb əlbəəl vermişdir. Sonra Nəsimi gəldiyi avtomobillə həmin yerdən uzaqlaşıb getmiş, onlar öz evlərinə getmişlər. Nəsimi ümumiyyətlə hər zaman çox səliqəli geyinir, çox mədəni və savadlı formada danışırdı deyə onlar onun onları aldadacağına ağlına gətirməmişlər. Lakin sonradan onun onlarla davamlı əlaqə saxladığı 051 *** ** ** saylı mobil nömrəsinə dəfələrlə zəng etsələr də zənglərinə cavab verməmişdir. Bir müddət sonra isə telefonu söndürmüşdür. Bundan sonra başa düşmüşlər ki, o onları aldadıb və pullarını ələ keçirmişdir. Uzun müddət onu axtarsalar da tapa bilməmişlər. Daha sonra atası Fəhrad və dayı Elmidar Nəsiminin bu hərəkətləri barədə polisə şikayət etmişlər. Məhkəmə iclası dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ilə 2022-ci ildə işdə olarkən rastaşmışdır. Belə ki, həmin vaxtlarda o tanımadığım Ağcabədi rayonu Taxtakörpü sakinlərinin bir sıra xəstəlik kağızları əsasında forma 88 ambulator kartasma protokol yazmış, daha sonra həmin vətəndaşlar müvafiq sənədlər əsasında Laçın RMXnm, sonra isə Ağcabədi RMX-nm həkim komissiyalarından sosial müavinət düzəldilməsi məqsədi ilə keçmişlər. Onun işi sırf həmin protokolu yazmaqda olmuşdur. Həmin protokolu yazdıqdan sonra onun işi yekunlaşmış hesab olunmuşdur. O həmin sənədləri vətəndaşlarda olan rəsmi kağızlar əsasında hazırlamışdır. Təqsirləndirilən şəxs da həmin vətəndaşların yanında görmüşdür. Təqsirləndirilən şəxs bir neçə şəxsə də xəstəliklə əlaqədar sosial müavinət düzəltdiyini tanımadığı şəxslərdən eşitmişdir. Bəzi vətəndaşlar, eləcə də Zərərçəkmiş şəxs3 xəstəliklə bağlı ondan məsləhət almağa gəldikdə ümumi söhbətlər əsasında sosial müavinət düzəltmək niyyətlərini ona bildirib ondan kömək istəmişlər. O isə onlara kömək edə bilməyəcəyini, lakin bir neçə şəxsə adını sonradan bildiyi Nəsimiyə yaxınlaşaraq məsləhət almaqlarını, lakin Nəsimi barədə ətraflı məlumatının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 da qızının müalicəsi üçün yanma gəldikdə və qızma sosial müavinət düzəltmək niyyətinin olduğunu bildirdikdə təsadüfən Nəsimi yanında olmuş və onlar təsadüfən onun yanında ilkin olaraq tanış olmuşlar. Lakin Nəsimini şəxsən tanımamış, məlumatı belə olmamışdır ki, o kimdir, nəçidir. Sadəcə Nəsimin bəzi tanımadığı vətəndaşlara həqiqətən sosial müavinət düzəltdiyini eşitmişdir.. Sosial müavinət düzəldilməsi ilə əlaqədar bəzi vətəndaşlar onlar məsləhət aldıqda, o sadəcə onlara Nəsiminin bu işi edə biləcək ehtimalını bildirib onları məsləhət almaq üçün Nəsiminin yanma yönəltmişdir. Onun burada heç bir maddi marağı, Nəsimi ilə razılaşmaşı olmamış, digər məsələlərdən o xəbərsiz olmuşdur. O bəzi vətəndaşlara Nəsimidə sosial müavinət düzəltmək üçün məsləhət almağı bildirmiş, lakin bundan əlavə hər hansı bir açıqlama verməmiş, çünki özü də Nəsimini tanımamışdır. Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs isə onun otağında təsadüfən rastlaşıb tanış olmuşlar. Nəsimi oğlu ilə gəlmiş, lakin adını bilməmiş, nəqliyyat vasitəsi qırmızı rəngli «Mersedes» markalı maşın olmuş, Nəsimi haqqında isə heç bir məlumatı olmamışdır. Onun yanında hər hansı bir pul verməsi ilə bağlı söhbətlər olmamış, pul verilməsi prosesini də görməmişdir. Təqsirləndirilən şəxs yanında hər hansı bir şəxslərlə gəlmiş, onlardan bəzilərini tanımasa da, Bakir, Əkrəm adlı şəxsləri tanımışdır. Onun yanında ümumiyyətlə pul verilməsi məsələsi olmamış, lakin sosial müavinət düzəldilməsi ilə əlaqədar gəldiklərini bilmişdir. Təqsirləndirilən şəxs təxminən 5 ya da 6 nəfər şəxslə sosial müavinət düzəldilməsi ilə əlaqədar onun yanma gətirmiş, o da bir həkim kimi onlara rəsmi sənədlər əsasında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs1 tanımamış, vətəndaşların ona təqdim etdiyi bir sıra xəstəlik kağızları əsasında forma 88 ambulator kartasma protokol yazmış, daha sonra həmin vətəndaşlar müvafiq sənədlər əsasında Laçın RMX-nm, sonra isə Ağcabədi RMXnm həkim komissiyalarından sosial müavinət düzəldilməsi məqsədi ilə keçirmişlər. Onun işi sırf həmin protokolu yazmaqda olmuşdur. Həmin protokolu yazdıqdan sonra onun işi yekunlaşmış hesab olunmuşdur. O həmin sənədləri vətəndaşlarda olan rəsmi kağızlar əsasında hazırlamış, ola bilsin həmin şəxs də ona müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Seymur düz demir. Ola bilsin ki, o Nəsimi ilə birlikdə onun yanma gəlib təqaüdlə bağlı hər hansı bir məsləhət almışdır. Lakin o ona təqaüd məsələsinin həlli ilə bağlı pul istəməmiş, almamışdır. Zərərçəkmiş şəxs8 tanımışdır. Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatlar haqqında bildirmişdir ki, Şakirə məsləhət görmüşdür ki, Nəsimi ilə danışsın. Lakin nə danışıdıqlarmı o bilməmişdir. Zərərçəkmiş şəxs4 tanımışdir. Bakirin ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Bakir düz demir,s osial müavinət düzəldilməsi ilə əlaqədar bəzi vətəndaşlar kimi Bakir gəlib ondan məsləhət aldıqda, o ona da Nəsiminin bu işi edə biləcək ehtimalını bildirmiş və onu məsləhət almaq üçün Nəsiminin yanma yönəltmiş, bundan sonra onların öz aralarında nə söhbət etdiyini o görməmiş, eşitməmiş, eləcə təqaüd məsələsinin həlli ilə bağlı ondan pul istəməmiş, almamışdır. Zərərçəkmiş şəxs7 tanımışdır. Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Zərərçəkmiş şəxs7 da sosial müavinət düzəldilməsi ilə əlaqədar bəzi vətəndaşlar kimi gəlib ondan məsləhət aldıqda, o ona da Nəsiminin bu işi edə biləcək ehtimalını bildirmiş və onu məsləhət almaq üçün Nəsiminin yanma yönəltmişdir. Bundan sonra onların öz aralarında nə söhbət etdiyini o görməmiş, eşitməmiş,eləcə də təqaüd məsələsinin həlli ilə bağlı ondan pul istəməmiş, almamışdır. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 pul almaması, Siyafər, Behbud, Hüseynin pulu ona verməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Nəsimi yalan deyir. O həmin məsələ ilə bağlı heç kimdən pul istəməmiş, pul almamışdır. Sosial müavinət düzəldilməsi ilə əlaqədar həmin şəxslər özləri Nəsimi ilə danışıb, razılaşmışlar. Onların necə, hansı qaydada razılaşdıqlarını da o bilməmiş, həmin söhbətlərdə o iştirak etməmiş, şahidi olmamışdır. O Nəsimin bu hərəkəti barədə sonradan bilmişdir. Nəsimi cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün onu da bu işdə adını hallandırıb şər, böhtan atmışdır. Lakin onun bu işdə heç bir günahı, marağı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ərizə ilə məhkəməyə müraciət edərək ifadəsini təsdiq etmişdir. Şahid7 ifadəsi tədqiq edilmiş, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qaynıdır. O təxminən 3 il bundan əvvəl, yəni 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərindən Ağstafa rayonuna avtobus ilə gələn zaman avtobusda onunla yan oturacaqda əyləşmiş Nəsimi adlı şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında Nəsimi ona pensiya işinə baxdığını və dayandırılmış pensiyaları bərpa etdirdiyini deyib ondan pensiya alıb-almadığını soruşduqda, ona pensiya almadığını demişdir. Nəsimi ona pensiya düzəldə biləcəyini deyəndə onunla razılaşmış və telefon nömrəsini götürmüş, o da onun telefon nömrəsini götürmüşdür. 2021-ci ilin sentyabr ayının ortalarında qaynı Zərərçəkmiş şəxs2 AhHüseyin oğlu ilə birlikdə onun evində çörək yeyən zaman qaynı Qalib söhbət əsnasında ona demişdir ki, pensiyası dayanıbdır. O qaynı Qalibə demişdir ki, Bakıdan qayıdanda yolda Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, tanış olan zaman ona pensiya düzəltmək və pensiya bərpa etdirmək işi ilə məşğul olduğunu deyibdir, o da onun telefon nömrəsini götürübdür. Təqsirləndirilən şəxs nömrəsini qaynı Zərərçəkmiş şəxs2 AhHüseyin oğluna vermişdir. Sonradan qaynı Zərərçəkmiş şəxs2 telefonla Saatlı rayon sakini Təqsirləndirilən şəxs Zeynalabdi oğlu ilə telefon əlaqəsi saxlayıb telefonda danışan zaman təqaüdünü bərpa etdirəcəyinə söz verərək ondan 6000 manat pul istəmiş, özü gəlib görüşə bilməyəcəyi üçün ilkin olaraq 1800 manat pulu və sənədləri aparıb Qazax RMX-da tibb bacısı işləyən tanışı Şahid9 qızma verməsini bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında qaynı Zərərçəkmiş şəxs2 ona zəng edib demişdir ki, onunla birlikdə Qazax RMX-ya getsin, 1800 manat pulu və pensiya sənədlərini Qazax RMX-da tibb bacısı işləyən Solmaza versinlər. O da onunla razılaşmış və qaynı Qaliblə onun maşını ilə Qazax RMX-na getmişlər və xəstəxananın qarşısına çatanda qaynı Qalib Solmaza zəng vuraraq ona Qazax RMX-nm qarşısında olduğunu bildirmişdir. Solmaz isə telefonda Qalibə demişdir ki, xəstəxanın qapısının qarşısında gözləsin gəlir. Biraz keçdikdən sonra Solmaz Qazax RMX-nm giriş qapısına gəlmiş və onlara yaxınlaşanda Qalib özünə məxsus pensiya sənədlərini və 1800 manat pulu onun yanında sayaraq Solmaza vermiş və hər ikisi ona məxsus olan avtomaşınla Qalibin yaşadığı Ağstafa rayonu Düzqışlaq kəndinə getmişlər. O qaynı Qalibi evinə düşürüb öz evinə qayıtmışdır. Ondan sonra Qalibdən ona məlum olmuşdur ki, Nəsimi həmin işə görə Qalibdən əlavə olaraq 4200 manat pul da almışdır. Lakin o həmin söhbətdə iştirak etməmiş, şahidi olmamışdır. Nəsimi Qalibin ümumilikdə 6000 manat pulunu aldadıb ələ keçirtdiyinə görə, Qalib bu barədə polisə müraciət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid8 ərizə ilə məhkəməyə müraciət edərək ifadəsini təsdiq etmişdir. Şahid8 ifadəsi tədqiq edilmiş, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əridir. Özü hazırda rəsmi olaraq Ağstafa rayonu Düzqışlaq həkim məntəqəsində feldşer işləyir.Təxminən 3 il bundan əvvəl, yəni 2021-ci ilin sentyabr ayının ortalarında həyat yoldaşı Qalibin bacısının həyat yoldaşı Şahid7 onlarda çörək yeyən zaman həyat yoldaşı Qalib ilə söhbət əsnasında Bakıdan Ağstafaya gələndə yolda Nəsimi adlı şəxslə tanış olduğunu, Nəsiminin ona pensiya işinə baxdığını və dayandırılmış pensiyaları bərpa etdiyini dediyini və ondan pensiya alıb-almadığını soruşanda pensiya almadığını, Təqsirləndirilən şəxs isə ona pensiya düzəldə biləcəyəni deyəndə onunla razılaşdığını və onun telefon nömrəsini götürdüyünü, o da onun telefon nömrəsini götürdüyünü bildirmişdir. Həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs2 Nürəddin ilə çörək yiyən zaman söhbət əsnasında Nürəddinə demişdir ki, onunda pensiyası dayanıbdır. X24 Zeynalovun nömrəsini vermişdir. Sonradan həyat yoldaşı Zərərçəkmiş şəxs2 telefonla Saatlı rayon sakini Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ilə telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxs telefonda danışan zaman Qalibə təqaüdünü bərpa etdirəcəyini söz verərək ondan 6000 manat pul istəmişdir. İlkin olaraq 1800 manat pulu və sənədləri Qazax RMX-da tibb bacısı işləyən Şahid9 verilməsini, sonra sonuncudan götürəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı Qalib yeznəsi Nürəddinə zəng vurub demişdir ki, gəlsin onunla birlikdə Qazax RMX-ya getsinlər, 1800 manat pulu və pensiya sənədlərini orada Solmaza versinlər. Qalib Nurəddin ilə birlikdə onun maşını ilə Qazax RMX-ya getmişlər və xəstəxananın qarşısında Qalib Nürəddinin iştirakı ilə Solmaza pensiya sənədlərini və 1800 manat pulu verərək evə qayıtmışlar. Həmin vaxt o onların yanında olmamış, Qalibin ona danışmasından bunu bilmişdir. 2021-ci ilin sentyabr ayının axırlarında Nəsimi Qalibə zəng vuraraq Qazax rayonunda olduğunu, qalmağa yer olmadığını və onu evinə qonağ gəlməsini bildirəndə Qalib Qazax şəhərinə gedərək Nəsimini götürüb evinə qonaq gətirmişdir. O da evdə yemək hazırlamışdır. Nəsimi Qalib ilə çörək yedikdən sonra pensiya işi ilə bağlı söhbətlərini etmişlər və Qalib qalan 4200 manat pulu onun yanında Nəsimiyə vermişdir. Lakin sonradan Nəsimi Qalibi aldadıb işini həll etmədiyi üçün sonuncu onun barəsində polisə şikayət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid9 teleqramla məhkəməyə müraciət ifadəsini təsdiq etmişdir. Şahid9 ifadəsi tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o hazırda Qazax RMX-da tibb bacısı işləyir. Təqsirləndirilən şəxs Zeynalabdin oğlunu təxminən 3 ildir ki, tanıyır. Həmin vaxt Nəsimi onun işlədiyi xəstəxanaya dəqiq xatırlamır müalicəyə kimisə gətirmişdir. Oradan onların tanışlıqları yaranmış, onlar bir-birlərinin mobil telefon nömrələrini götürmüşlər. 2021-ci ilin sentyabr ayının ortalarında Nəsimi ona zəng edərək, bildirmişdir ki, yaşadığı Saatlı rayonundadır, Ağstafaya gələ bilmir, bir nəfər Ağstafadan olan Qalib adlı şəxs onun işlədiyi xəstəxanaya gələcək, ondan sənədləri və 1800 manat pulu götürsün, bir neçə gün sonra özü ora gələndə pul və sənədləri ona verər. O da ondan başqa heç nə soruşmayıb razılaşmışdır. Nəsimi ona həmin Qalib adlı şəxsin mobil telefon nömrəsini də vermişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o işdə olarkən Qalib adh şəxs ona zəng edərək demişdir ki, nömrəni ona Nəsimi veribdir ki, əlaqə saxlayıb sənədləri və 1800 manat pulu versin. O da ona demişdir ki, Nəsimini tanıyır, bu barədə ona deyibdir, indi Qazax RMX-da işdədir, sənədləri və 1800 manat pulu götürüb Qazax RMX-nın qarşısına gəlsin, orada görüşəcəklər. O da onunla razılaşmışdır. Həmin gün saat 11 radələrində Qalib ona bir də zəng edərək Qazax RMX-nın qarşısında olduğunu demişdir. O da ona demişdir ki, gözləsin indi yaxınlaşır. Bir neçə dəqiqə sonra o Qazax RMX-dan çölə çıxıb Qaliblə görüşmüşdür. Qalibin yanında bir nəfər sonradan adını bildiyi Nurəddin adlı şəxs də olmuşdur. Hər ikisini o ilk dəfə idi ki, görürdü, onlarla onun əvvəllər heç bir əlaqəsi, münasibəti olmamışdır. Həmin vaxt Qalib ona Nəsiminin dediyi sənədləri və 1800 manat pulu Nurəddin adlı şəxsin yanında vermişdir. Daha sonra onlar çıxıb getmişlər. O Nəsimiyə zəng edərək pulu və sənədləri götürdüyünü demişdir. Nəsimi də ona demişdir ki, ora gələ bilməyəcək və onun mobil telefonunun votsapma hazırda xatırlamadığı bank kart hesabı göndərərək, 1800 manat pulu ora göndərməsini xahiş etmişdir. Həmin gün axşam saat 17 radələrində o işdən çıxıb yaşadığı evə gedərkən, evin yaxınlığındakı marketlərin birində quraşdırılmış “E- manat” ödəmə terminalı vasitəsi ilə Nəsiminin ona göndərdiyi həmin bank kart hesabına 1800 manat pul göndərmiş, ödəniş qəbzini də tullamışdır. Bununla bağlı yazışmalarıda silinmişdir. Onun bu məsələ də heç bir maddi marağı olmamış, o sadəcə Nəsimin sözünə əsasən onun xahişi ilə Qalib adlı şəxsdən sənədləri və 1800 manat pulu götürüb sonra Nəsimiyə göndərmişdir. Nəsimin həmin pulu və sənədləri nə üçün Qalibdən aldığını da o bilməmiş, Nəsimi özü də ona bu barədə heç nə deməmişdir. O onların aralarında olan söhbətdə iştirak etməmiş, şahidi olmamışdır. Məhkəmə iclası dövründə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 təxminən 2 ildən çoxdur ki, tanıyır. O tibb bacısı işlədiyi üçün yadında qalmayan iş yoldaşı Nəsimi adlı şəxsin mobil nömrəsini ona verərək həkim olduğunu, pensiya alan şəxslərə pensiya düzəldə biləciyini bildirmişdir. 2023-cü ilin oktyabr ayında tanışı Elburus ona bildirmişdir ki, özünə əvvəllər aldığı pensiyanı yenidən bərpa etdirmək istəyir. O Elburusa Nəsimi adında bir şəxsin pensiya düzəldə biləcəyini və özünün onunla danışaraq görüşüb ətraflı söhbət etməsini demişdir. O Nəsimi adlı şəxsi qiyabi olaraq tanımış, heç vaxt görməmiş, sadəcə yadında qalmayan iş yoldaşı ona pensiya düzəldə bilən Nəsimi adında şəxsin olduğunu bildirərək ***-***-**-** saylı mobil nömrəsini mobil telefonunda saxlamışdır. O daha sonra Nəsimi adlı şəxsə danışaraq nömrəsini iş yoldaşından aldığımı, pensiya düzəltmək üçün Elburus adında bir nəfər şəxsin olduğunu, onun danışıb ətraflı söhbət etməsini demişdir. Elburusda telefonda ilk əvvəl razı olmasa da, sonradan razılaşaraq ona narahat olmamağı, həmin şəxslə danışıb işini həll edəcəyini demişdir. O Elburusa bu barədə bildirmiş və ətraflı Nəsimi adında şəxs barəsində araşdırma aparmasını demiş və Nəsiminin istifadəsində olan nömrəsini ona vermişdir. Sonradan ona məlum olmuşdur ki, Nəsimi onun xəbəri olmadan Elburusdan əvvəllər aldığı pensiyanı bərpa etdirmək üçün 6000 manat almış, işi həll etməmiş, Elburusun pulunu qaytarmamışdır. O Nəsimiyə zəng edərək Elburusun pulunu qaytarmasını desə də, Nəsimi müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda Elburusun işini həll edəcəyini demişdir. Sonradan ona dəfələrlə Nəsimi zəng etsədə zənglərinə cavab verməmişdir. O Elburusa yalnız kömək etmək istəmiş, əgər Nəsimi adlı şəxsin onu aldadacağını bilsəydi, heç vaxt Elburusa Nəsiminin mobil nömrəsini verməzdi. Nəsimi adlı şəxs ona Zərərçəkmiş şəxs10 6000 manat pul aldığını deməmişdir. Nəsimi adlı şəxs ilə Zərərçəkmiş şəxs10 tanış etməkdə məqsədi yalnız Elburusun pensiyasının yenidən bərpa etməsinə köməklik etməsi olmuşdur. Çünki ona Nəsimi adlı şəxsin həkim olduğunu, pensiya düzəldə biləciyini demişdilər. O da bu barədə Elburusa demişdir. X30 adlı şəxsi görmədiyini, tanımadığını, onun barəsində ətraflı məlumat topladıqdan sonra pul verməsini demişdir. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Saatlı RPŞ-in və Laçın RPŞ-in CAB-nin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxlanmışdır. Cinayət işinin 1-ci cild 142-144-cü vərəqəsində Laçın Rayon Məhkəməsinin 4(047)- 1/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cild 82-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir Cinayət işinin 2-ci cildinin 67-ci vərəqəsində olan cinayət əməlinin tövsif olunması barədə qərardan görününr ki, ********* nömrəli cinayət işinin istintaq materialları Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 14-cü vərəqəsində olan kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizası təyin etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində kompleks ambulator məhkəmə-psixatrik və məhkəməpsixoloji ekspertizası təyin edilmişdir. Cinayət işinin 2-ci cildinin 150-151-ci vərəqəsində olan ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 472 saylı rəiyndən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin 2-ci cildinin 222-229-cu vərəqəsində olan məhkəmə-psixatrik ekspertizası təyin etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində komisyon stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 190 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hisəssində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmiş, qeyd olunan psixi pozuntunun gedişində remissiya vəziyyəti olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Cinayət işinin 3-cü cildinin 197-ci vərəqəsində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri özünümüdafiə xarakteri daşıdığından sübut əhəmiyyətli hesab edilməmişdir. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi, üzləşdirmələrin aparılması haqqında protokollar, zərərçəkmiş şəxslərin, şahdlərin ifadələri, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 69.4, 66.5-ci maddələri ilə təqsirli bilinərək 5000 manat miqdarında cərimə və aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 07 ay müddətinə islah işləri cəzalarına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Saatlı RMX PHŞ-in Poliklinika şöbəsində ruhi-əsəb kabinetində 2017-ci il tarixdən “Şizofreniya paranoid forma, ağır psixi qüsur” diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsində olan 060954 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyi var. Cinayət işinin 1-ci cildinin 92-ci vərəqəsində olan Saatlı rayon İcra Hakimiyyətindən verilən xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs xx xxx 1973-cü il təvəllüdlü, azərbaycanlı, evli, 6 övladı var. ünvan 2 ünvanda qeydiyyatdadır. Cinayət işinin 1-ci cildinin 93-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1995-ci il təvəlllüdlü Zeynalzadə Allahverdi və 1998-ci il təvəllüdlü Zeynalzadə Zeynal, 2000-ci il təvəllüdlü Zeynalova Nüşabə, 2001-ci il təvəllüdlü Zeynalov İmanverdi, 2004-cü il təvəllüdlü Zeynalova Məryəm adlı övladları var. Cinayət işinin 1-ci cildinin 108-109-cu vərəqəsində olan Saatlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Həmin maddələrlə o, 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2016-cı il tarixdən 28 aprel 2016-cı il tar həbsdə saxlanılması nəzərə alınaraq ona təyin olunmuş 4000 manat miqdarda cərimə yüngülləşdirilib üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarda cərimə saxlanılsın. Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5ci maddələrinə Təqsirləndirilən şəxs Saatlı rayon məhkəməsinin 19 noyabr 2015-ci il tarixli 1(055)-69/2015 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 4000 (dörd min) manat miqdarda cərimə və aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 7 ay müddətə islah işləri cəzaları yeni hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə və aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 7 (yeddi) ay müddətə islah işləri cəzaları təyin edilmişdir. İslah işləri cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs qazancından ilk məbləğin nəfinə tutulduğu vaxtdan hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5000 (beş min) manat cərimə cəzası müstəqil icra olunmuşdur. Cinayət işinin 2-ci cildinin 71-ci vərəqəsində olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və Saatlı şəhərində yerləşən 2,54 torpaq sahəsi qeydiyyata alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 13 iyun 2025-ci il tarixli 3 nömrəli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixli 1(055)-14/2016 saylı hökm üzrə məhkum Təqsirləndirilən şəxs cəzaları tam ödədiyindən xx.xx.2021-ci il tarixində qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini təkrar törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni İİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs qətimkan tədbirinin seçilərək həbsetmənin əvvəlinin hesablandığı 30 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs11 bildirmişdir ki, hazırkı cinayət işi üzrə 6000 (altı min) manat maddi ziyanın və mülki iddianı qaldırmağa görə ödədiyi 80 (səksən) manat dövlər rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınmasını tələb edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs12 bildirmişdir ki, hazırkı cinayət işi üzrə 6000 (altı min) manat maddi ziyanın və mülki iddianı qaldırmağa görə ödədiyi 80 (səksən) manat dövlər rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınmasını tələb edir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 mülki iddiaları təmin olunmalı, digər zərərçəkmiş şəxslərə isə mülki mühakimə icraatı qaydasında iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Eyni zamanda mülki iddiaçı və zərərçəkmiş şəxs Fərhad Məmmədov tərəfindən təqdim edilən cinayət işi materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs12 mülki iddiası təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 6000 (altı min) manat, ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs12 ödənilsin. Mülki iddiaçı X7 mülki iddiası təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 6000 (altı min) manat, ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X9 ödənilsin. Digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Mülki iddiaçı və zərərçəkmiş şəxs Fərhad Məmmədov tərəfindən təqdim edilən cinayət işi materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-190/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-190/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver