Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-191/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1983-cü ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 massivi, ev 6, mənzil 22-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, “20 Yanvar” metrosu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf polietilen bükümün içərisində təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 30.11.2020-ci il tarixdə saat 05:45 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində hərbi vəziyyətlə əlaqədar elan olunmuş komendant saatını pozduğu üçün saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 29.11.2020-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20(iyirmi) manata ağ rəngli sellofan bükümdə narkotik vasitə hesab edilən heroin almışdır. Həmin heroini əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərində olmuş və 30.11.2020-ci il tarixdə saat 05:45 radələrində taksi ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən yaşadığı ünvana gedərkən H.Zeynalabdin qəsəbəsində “Bulaq” kafesinin yanında təşkil edilən komendant postunda polis əməkdaşları tərəfindən saxlanılıb nə üçün komendant rejiminin tələblərini pozmağı ilə bağlı sual verilən zaman taksi sürücüsü rəsmi icazəli olduğu üçün buraxılmış, onun isə icazəsi olmadığı üçün onu saxlayıb barəsində müvafiq tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-yə aparmışlar. Polis bölməsində olarkən üzərində narkotik vasitə olan heroin olduğu bildirdiyi üçün üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zaman könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan ağ rəngli sellofan bükümü təqdim etmişdir. Onun üzərindən aşkar olunmuş “heroin” tərəziyə qoyulub çəkilmiş və daha qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Törətdiyi əməldən peşmandır və barəsində yüngül cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi X5 ifadəsində göstərdi ki, 2011-ci il tarixdən DİO-da, 2018-ci il tarixdən isə tutduğu vəzifədə xidmət edir. 29.11.2020-ci il, saat 09-dan 30.11.2020-ci il, saat 09-dək 2-ci PB-də əməliyyat qrupunda olarkən 30.11.2020-ci il tarixdə saat 05:55 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 massivi, ev 6, mənzil 22-də yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində hərbi vəziyyətlə əlaqədar elan olunmuş komendant saatını pozduğu üçün barəsində tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-yə təmin edildikdə Təqsirləndirilən şəxs könüllü olaraq üzərində narkotik vasitə olan heroin olduğunu bildirdiyi üçün Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı xidməti otaqda özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etməyini xahiş edən zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, saxlanılmasının səbəbi izah edildikdən sonra ona üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya, predmet olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kiçik sellofan bükümə qoyulmuş, spesifik iyə malik, boz rəngli, toz şəkilli kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə Bakı şəhərində tanımadığı şəxsdən 20 (iyirmi) manata alıb üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofan bükümün içərisində olan kütlə elektron tərəziyə qoyulub çəkilmiş, şəxsi axtarış zamanı onun üzərindən gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı başqa bir əşya aşkar edilməmişdir. Həmin büküm qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkil Şahid2 ifadəsində göstərdi ki, 29.11.2020-ci il, saat 09-dan 30.11.2020-ci il, saat 09-dək 2-ci PB-də əməliyyat qrupunda olarkən 30.11.2020-ci il tarixdə saat 05:55 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 massivi, ev 6, mənzil 22-də yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində hərbi vəziyyətlə əlaqədar elan olunmuş komendant saatını pozduğu üçün barəsində tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-yə təmin edildikdə Təqsirləndirilən şəxs könüllü olaraq üzərində narkotik vasitə olan heroin olduğunu bildirdiyi üçün Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı xidməti otaqda özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etməyini xahiş edən zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, saxlanılmasının səbəbi izah edildikdən sonra ona üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya, predmet olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kiçik sellofan bükümə qoyulmuş, spesifik iyə malik, boz rəngli, toz şəkilli kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə Bakı şəhərində tanımadığı şəxsdən 20 (iyirmi) manata alıb üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofan bükümün içərisində olan kütlə elektron tərəziyə qoyulub çəkilmiş, şəxsi axtarış zamanı onun üzərindən gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı başqa bir əşya aşkar edilməmişdir. Həmin büküm qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30.11.2020-ci il tarixli, 6/2620 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki 1(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,187 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0,187 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,137 qram. Cinayət işinin materiallarında olan ekspertiza tərəfindən tədqiq edilmiş təmiz çəkisi 0,187 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 0,137 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24.12.2020-ci il tarixli, 3538 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəheroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilməsi protokolundan görünür ki, işə əlavə edilmiş CD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra komputerin pəncərsində görsənən 00707 sözləri yazılmış qovluğa daxil olundu. Görüntüyə daxil olduqda aşağı sol küncdə “30.11.2020” və “6:11” sözləri görünür. Görüntülənən video görüntü 04 dəqiqə 06 saniyədən ibarətdir. Görüntünün 00:01 saniyəsində Sumqayıt ŞPİnin 2-ci polis bölməsində xidməti otaqların birində 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev özünü qarşısında olan mülki geyimli şəxsə təqdim edərək həmin şəxsə də özünü təqdim etməsini bildirir. Görüntünün 07-ci saniyəsində həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə saxlanılan şəxsin özünün olduğunu bildirdi. Görüntünün 18-ci saniyəsində Təqsirləndirilən şəxs yanında olan polis əməkdaşları özlərini təqdim edir. Daha sonra təhqiqatçı X6 Məhərrəmova onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil bürosunun vəkili X1 təqdim edir. Görüntünün 00:43-cü saniyəsində X6 Məhərrəmova hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edir. Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra təhqiqatçı X6 Məhərrəmova onun saxlanılmasının səbəbini izah edir və üzərində qanunla qadağan olunmuş predmet və əyşanın olub-olmadığını soruşur, əgər varsa təqdim etməsini xahiş edir. Görüntünün 01:45-ci saniyəsində Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan bükülünü çıxarıb təhqiqata təqdim edir. Həmin sellofan bükülü açıldıqda içərisində boz rəngli kütlə aşkar olundu. Ondan həmin bükümün içərisindəkinin nə olduğunu soruşduqda kütlənin narkotik vasitə olan Kakos (heroin) olduğunu, Bakı şəhərindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. 02:32-ci saniyədə həmin 1 ədəd büküm tərəzidə çəkildikdə ümumi çəkisinin 0,30 qram olduğu görünür. Daha sonra həmin bir ədəd büküm qablaşdırılır. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları da təqdim etməsi bildirildə o üzərində olan 1 qutu “winston” markalı siqaret, 1 qutu “Rothmans” markalı siqaret, 1 ədəd alışqan, 101 manat pulu təqdim edir. Videogörüntünün yekununda təhqiqatçı Taleh Abdullayev müvafiq sənədləşdirmə işlərinin aparılması üçün videogörüntünün dayandırılmasını bildirir və videogörüntü bitir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə » növündə qətimkan tədbiri seçilmişdir. 23 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında 10.01.2021-ci il tarixli 100 saylı arayışdan və iş materiallarına əlavə olunmuş AZ İİ №369778 və AZ İİİ №795734 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Təqsirləndirilən şəxs 2009-cu il təvəlldlü və 2016-cı il təvəllüdlü bir yetkinlik yaşına çatmamış və bir azyaşlı uşağı vardır. 23 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 09.12.2020-ci il tarixli tələbnamədən və müvafiq Məhkəmə hökmlərinin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 13.04.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tələblərinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nərimanov rayon Məhkəməsinin 26.09.2007ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76 maddəsinə əsasən 04 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bkaı şəhər Binəqədi rayon Məhkəməsinin 01.02.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1; 93.1.4-cü maddələrinin tələblərinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin 08.08.2012-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 27.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1; 93.1-ci maddələrinin tələblərinə əsasən 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 12.04.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CMnin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdə saat 05:45 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan 12 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işinin materiallarından ayrılmış material saxlanılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olması, CM-nin 59.2-ci maddəsinə əsasən isə törətdiyi əməldən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini labüd edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində istintaq olunan digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində narkomaniyadan məxburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,137 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli (iş № 1(060)-191/2021) qərarını icra edərək, müvafiq orderə əsasən X4 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün azadlıqdan məhrumetmənin 01 gününə bərarbər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində istintaq olunan digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,137 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-191/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-191/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver