Məhkəmə qərarları › İş №1(060)-191/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-191/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-191/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi:X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1- 1-ci maddələri tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 17 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında fərdi evdə qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında qəsdən taman niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi bağ evinin ətrafına çəkilmiş hasardan aşmaqla ilk əvvəl fərdi yaşayış evinin həyətyanı sahəsinə, oradan həyətyanı sahədə yerləşən qarajın qapısının dəstəyini sındırmaq yolu ilə açaraq içəriyə qanunsuz daxil olub oradan 01 (bir) ədəd tutumu 10 litr olan, 500 (beş yüz) manat dəyərində latun samovarı, 01 (bir) ədəd 60 sm diametrdə, 50 (əlli) manat dəyərində dəmir sacı, 01 (bir) ədəd tutumu 50 litr olan, 80 (səksən) manat dəyərində aliminum qazanı, 02 (iki) ədəd 80 sm diametrdə, hər biri 30 (otuz) manat olmaqla ümumilikdə 60 (altmış) manat dəyərində aliminum aşsüzənləri, 02 (iki) ədəd 80 sm diametrdə, hər biri 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat dəyərində mis teştləri, 02 (iki) ədəd hər biri 15 (on beş) manat olmaqla ümumilikdə 30 (otuz) manat dəyərində dəmir baltaları, 03 (üç) ədəd tutumu 20 litr olan, hər biri 30 (otuz) manat olmaqla ümumilikdə 90 (doğsan) manat dəyərində aliminum aş qazanlarını, 01 (bir) ədəd tutumu 5 litr olan, 120 (bir yüz iyirmi) manat dəyərində latun satılını(səhəng), 01 (bir) ədəd tutumu 4 litr olan, 30 (otuz) manat dəyərində mis qazanı, 01 (bir) ədəd 90 sm diametrdə 15 (on beş) manat dəyərində alüminium tavanı, 01 (bir) ədəd tutumu 10 litr olan, 15 (on beş) manat dəyərində alüminium qazanı, daha sonra fərdi yaşayış evinin giriş hissəsindən evin alt hissəsinə keçərək döşəməni sındırma yolu ilə içəriyə qanunsuz daxil olub evdən 03 (üç) ədəd 30x3 sm ölçüdə, tutumu 5 litr olan, hər biri 10 (on) manat olmaqla ümumilikdə 30 (otuz) manat dəyərində alüminium qazanları, 05 (beş) ədəd hər biri 50 (əlli) manat olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində mis tavaları, 03 (üç) ədəd hər biri 50 (əlli) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat dəyərində mis kəpkirləri, 01 (bir) ədəd latundan, 130 (bir yüz oyuz) manat dəyərində su başlığını(smestitel), 01 (bir) ədəd tutumu 2 litr olan, 40 (qırx) manat dəyərində mis qazanı, 04 (dörd) ədəd gümüşdən, hər biri 90 (doğsan) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində stəkan altıqlarını, 01 (bir) ədəd tutumu 9 litr olan, 25 (iyirmi beş) manat dəyərində alüminium qazanı və 01 (bir) ədəd Bk 1500 markalı dördkünc kondisionerin içərisindəki 27 (iyirmi yeddi) manat dəyərində 2 kq misi gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumillikdə 2.302 (iki min üç yüz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində yerləşən fərdi bağ evində yaşayış olmadığını görüb evin ətrafına çəkilmiş hasardan aşmaqla həyətyanı sahəyə, oradan həyətyanı sahədə yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 01 (bir) ədəd, təxminən 3 litr su tutumuna malik, 110 (bir yüz on) manat dəyərində odun samovarını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 110 manat (bir yüz on) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində yerləşən 4377 nömrəli fərdi bağ evində yaşayış olmadığını görüb evin ətrafına çəkilmiş hasardan aşmaqla həyətyanı sahəyə, oradan yaşayış evinə mətbəxin pəncərəsinin üzərindəki dəmir barmaqlığı və şüşəsini sındırmaqla qanunsuz daxil olaraq evin qonaq otağından 01 (bir) ədəd, təxminən 3 litr su tutumuna malik, 110 (bir yüz on) manat dəyərində odun samovarını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 110 manat (bir yüz on) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 may 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində yerləşən fərdi bağ evində yaşayış olmadığını görüb evin ətrafına çəkilmiş hasardan aşmaqla həyətyanı sahəyə daxil olduqdan sonra evin daxilindəki otaqlarda və ya həyətyanı sahədə olan saxlanc yerində dəyərli, təxminən 300-500 manatlıq qiymətli mis, alüminium, latun, yaxud, digər qiymətli metaldan hazırlanmış samovar, qazan və digər dəyərli əşyalar olmasını düşünüb oradan əvvəlcə yaşayış evinin girişində olan seyf qapının daxilini kilidini, daha sonra mətbəx otağının qapısının daxili kilidini sındırmaq istəmiş, lakin buna nail ola bilmədikdən sonra həyətyanı sahədə yerləşən saxlanc yerinə kiçik pəncərədən qanunsuz daxil olaraq həmin yeri dağıdıb müəyyən dəyərə malik mis, latun və ya alüminiumdan hazırlanmış samovar, qazan və digər əşyalar axtarmış, lakin orada lazımsız əşyalar olduğunu görüb hər hansı dəyərli əşya tapa bilmədiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə gizli yolla talamaya yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 300-500 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində yerləşən fərdi bağ evində yaşayış olmadığını görüb evin ətrafına çəkilmiş hasardan aşmaqla həyətyanı sahəyə, oradan həyətyanı sahədə yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 01 (bir) ədəd, təxminən 3 litr su tutumuna malik, 110 (bir yüz on) manat dəyərində odun samovarını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 110 manat (bir yüz on) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, günorta radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmiş, daş hasarı aşaraq həyətə daxil olmuş, həyətdə saxlanc yeri-qaraj olduğunu görmüş, qapısı açıq olmuş, oraya daxil olaraq samovar və digər əşyalar olduğunu görüb götürmüş və “Bolt” taksi şirkətindən taksi sifariş edərək həmin əşyaları aparıb 100-200 manata metal alınan yerə satmışdır. Taksi sürücüsünün həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. İttihamda qeyd olunan əşyaların hamısını oğurlamamışdır, lakin zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Belə ki, o, ittihamda qeyd olunan latun samovarı deyil, adi samovar, alüminium qazan, alüminium aşsüzənlər və kondisioner oğurlamış, sac, mis teştlər, dəmir balta, alüminium aş qazanları, latun səhəng, mis qazan, alüminium tava, su başlığı, stəkan altlıqları və ümumiyyətlə mis əşya oğurlamamışdır. O, yalnız qaraja daxil olmuş, döşəməni sındırmamışdır. Bundan başqa daş hasarı aşaraq Zərərçəkmiş şəxs2 məxsus həyətə daxil olaraq samovar oğurlamış, 70-80 manata Nəriman adlı şəxsə satmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Saray bağları Qurd dərəsində yerləşən evin həyətinə hasardan aşaraq daxil olmuş, yeni tikili olan evin pəncərəsinindəki dəmir barmaqlığı dartmaqla açmış və içəriyə daxil olmuşdur. Həmin evdən də samovar oğurlamış və Nəriman adlı şəxsə satmışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 məxsus evin həyətinə də hasardan aşaraq daxil olmuş, evə girməmiş, həyətdə olan balaca tikilinin qapısını armatur vasitəsi ilə açaraq daxil olmuş, lakin oradan heç nə götürməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 məxsus həyətə hasardan aşaraq daxil olmuş və hasara bitişik olan tikiliyə daxil olmuş, orada samovar görmüş və götürmüşdür, həmin samovarı da Nəriman adlı şəxsə 70-80 manata satmışdır. Zərərçəkmiş şəxslərin hər birinə dəymiş zərəri ödəmişdir, istintaq zamanı zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən peşmandır, atası və qardaşı ölmüşdür, yaşlı anası vardır və xəstədir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 4 ünvanında fərdi yaşayış evində yaşayır, fərdi əməklə məşğul olur. Heç vaxt ruhi əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. O, əvvəllər Azərbaycan Respublikası CM-nın 177.2.3-cü və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. O, 3-4 ilə yaxındır ki, narkotik vasitə olan heroindən inyeksiya yolu istifadə etmişdir. Pulu olmayanda narkotik vasitə almaq üçün oğurluq etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri, Qurd dərəsi bağları istiqamətində piyada hərəkətdə olan zaman qarşısına çıxan bir neçə evi nəzərdən keçirdikdən sonra əvvələr tanımadığı Zərərçəkmiş şəxs1 məxsus olan 4109 saylı bağ evinə girməyi qərara almışdır. Bir qədər evi kənardan vizual müşahidə eləyib evdə yaşayış olmadığını aydınlışdırıb heç kimin onu görmədiyinə əmin oduqdan sonra evin ətrafında olan daş harasardan aşmaqla həyətə daxil olmuşdur. Əvvəlcə yaşayış evinə yaxınlaşıb evin kürsülü oduğu görüb evin qarşısından altına keçib evin taxtadan olan döşəməsini sındırıb evə daxil olanda evin dəhlizdən və iki otaqdan ibarət olduğunu müəyyən eləmişdir. İşıqları yandırmadan otaqlara baxıb 01 (bir) ədəd işlənmiş latundan olan odun samovarını və 02 (iki) ədəd aluminium teşti götürüb evdən çıxmışdır. Sonra həyətdə qaraj oldunu görüb oraya yaxınlaşmış, qarajın qapısının açıq olduğunu görüb içəri daxil olmuş, oradan 01 (bir) ədəd köhnə Sovet istehsalı olan kondioner və 05 (beş) ədəd aluminium qazanı götürüb qarajdan çıxmışdır. Kondisioneri evin həyətində söküb içərisindəki misi çıxardıb qazanlarla birlikdə oğurladığını əşyaları 02 (iki) ədəd qara rəngli sellofan paketlərə yığıb hasardan bayıra atmış, samovarı isə daş hasarın üstünə qoyub hasardan aşma yolu ilə həyətdən çıxıb hasarın üstündən samovarı götürüb taksi sifariş verib oğurladığı əşyaları taksi vasitəsi ilə həmin tarixdə saat 18 radələrində əvvəllcə Karvan ticarət mərkəzində bir nəfər alıcıya samovarı satmış, sonra qalan əşyaları Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən metal qəbulu sexinə vermişdir. O, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf eləmişdir. O, ev sahibi Zərərçəkmiş şəxs1 sonuncunun evindən 01 ədəd latundan olan 10 litrlik samovar, 01 ədəd dəmirdən olan 60 sm diametrdə sac, 01 ədəd 50 litrlik aliminum qazanı, 02 ədəd 80 sm dimaetrdə aliminum aşsüzənləri, 02 ədəd 70 sm diamterdə mis teştləri, 02 ədəd dəmir baltaları, 03 ədəd 20 litrlik aliminum aş qazanları, 01 ədəd 5 litrlik latundan olan satılı(su qabı-səhəngi), 01 ədəd 4 litrlik mis qazanı, 01 ədəd 90 sm diametrdə aliminum teşti, 01 ədəd 10 litrlik aliminium qazanı, daha sonra fərdi yaşayış evinin giriş hissəsindən evin alt hissəsinə keçərək döşəməni sırdırma yolu ilə içəriyə qanunsuz daxil olub evdən 03 ədəd 5 litrlik aliminum qazanları, 05 ədəd mis tavaları, 03 ədəd mis kəfkirləri, 02 ədəd latundan olan su başlıqlarını, 01 ədəd 02 litrlik mis qazanı, 04 ədəd gümüşdən olan stəkan altıqlarını, 01 ədəd 9 lirtlik aluminium qazanı gizli olaraq talamaqla ümumillikdə 3.000 maddi ziyan vurmağı ilə iddiasını qəbul etməmişdir. O, 01 (bir) ədəd samovarı Karvan ticarət mərkəzində Nəriman adlı satıcıya 80 manata, digər əşyaları isə Murad adlı şəxsin 13-cü mikrorayonda yerləşən metal qəbulu məntəqəsinə satıb qarşılığında 40 manat almışdır. O, əşyaları satdığı Nəriman və Murad adlı şəxslərə əşyaların oğurluq olmasını barədə məlumat verməmişi, özünə məxsus olduğunu bildirmişdir. Oğurluq zamanı ona köməklik edən və onu kənardan görən olmamışdır. Bundan başqa 18 may 2024-cü il tarixdə günorta saatlarında O, Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində olan zaman orada oğurluq edib qiymətli əşyalar əldə etmək üçün bağ evlərinin daş hasarlarının kənarı ilə gəzmişdir. Həmin gün, yəni 18 may 2024-cü il tarixdə saat 19 radələrində o, Qurd dərəsi massivində olan bağ evlərinin birinin yanından keçən zaman həmin bağ evinin həyətinə daxil olub oradan oğurluq etmək qərarın gəlmiş, həmin bağ evinin həyətinin daş hasarından aşaraq həyətə daxil olmuşdur. Həmin həyətin içərisində bir bağ evi və bir qapısında iki ədəd qıfıl olan tikili olmuşdur. O, həyətdən götürdüyü dəmir parçası ilə qıfılları sındırıb tikilinin qapısını açıb içəridə kənd təsərrüfatı əşyalarının və digər məişət əşyalarının olmasını və 01 (bir) ədəd samovarın olmasını görmüşdür. Samovarı götürüb tikilinin qapısını örtmüş, daha sonra hasardan aşıb hasarın bayır tərəfinə keçib oradan uzaqlaşmışdır. Həmin samovarı növbəti gün Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində samovar alqı-satqısı ilə məşğul olan Nəriman adlı şəxsə 70 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 25 may 2024-cü il tarixdə günorta saatlarında o, Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində olan zaman orada oğurluq edib qiymətli əşyalar əldə etmək üçün bağ evlərinin daş hasarlarının kənarı ilə gəzmişdir. Həmin gün, yəni 25 may 2024-cü il tarixdə saat 18 radələrində mən Qurd dərəsi massivində olan bağ evlərinin birinin yanından keçən zaman həmin bağ evinin həyətinə daxil olub oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə bağ evinin həyətinin daş hasarından aşaraq həyətə daxil olmuşdur. Həmin həyətin içərisində olan bağ evinin mətbəxinin pəncərəsinə yaxınlaşıb diqqətlə baxdıqda pəncərənin dəmir barmaqlığı divara tam bərkdilimədiyini və tərpədən zaman divardan az da olsa aralandığını görmüşdür. O, ayaqlarını divara söykəyib var gücü ilə dəmir barmaqlığı dartdıqdan dəmir barmaqlıq divardan aralanmış, bu zaman o, plastik pəncərəni də açaraq evə daxil olmuşdur. Evin otaqlarında qiymətli əşya axtaran zaman evin zalımda olan 01 (bir) ədəd samovarı oğurlayıb evdən çıxmışdır. Daha sonra həyətin hasarında aşıb bayır tərəfə çıxıb orada uzaqlaşmışdır. Həmin samovarı növbəti gün Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində samovar alqı-satqısı ilə məşğul olan Nəriman adlı şəxsə 70 manata satıb əldə etdiyi 70 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 26 may 2024-cü il tarixdə günorta saat 13 radələrində o, Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində olan zaman orada oğurluq edib qiymətli əşyalar əldə etmək üçün bağ evlərinin daş hasarlarının kənarı ilə gəzmişdir. O, Qurd dərəsi massivində olan bağ evlərinin birinin yanından keçən zaman həmin bağ evinin həyətinə daxil olub oradan oğurluq etmək qərarına gəlmiş, düşünmüşdür ki, oğurluq etdiyi digər evlərdə olduğu kimi həmin evdə də dəyərli, təxminən 300-500 manat dəyərində qiymətli metallar, yəni, misdən, latundan və ya alüminiumdan hazırlanmış samovar, qazan və digər dəyərli əşyalar olar. Bu məqsədlə o, həmin bağ evinin həyətinin daş hasarından aşaraq həyətə daxil olmuşdur. Həyətin içərisində olan bağ evinin seyf qapısına yaxınlaşıb qapının bağlı olmasını görüb həyətdən tapdığı dəmir parçası ilə evin seyf qapısının daxili kilidini əyib qapını açmağa çalışmış, lakin bunu bacara bilməmişdir. Bundan sonra o, mətbəxin qapısının qarşısına gedib dəmir qapını açmaq üçün daxili kilidinə dəmir parçası ilə müdaxilə etmiş, lakin bu qapını da aça bilməmişdir. Bundan sonra evin həyətində olan tikilinin yanına getdikdə kiçik pəncərənin açıq olmasını görüb pəncərədən içəri daxil olmuşdur. Həmin tikilidə məişət əşyaları olduğunu görüb digər evlərdə olduğu kimi otada da misdən, latundan, yaxud digər qiymətli materialdan olan qədimi dəyəri olan samovar, qazan və digər dəyərli əşyalar olacağını düşünmüşdür. Lakin içəri daxil olub oranı axtarıb qiymətli əşya tapa bilmədiyi üçün oradan heç bir əşya oğurlaya bilməyib həmin həyətdən çıxıb getmişdir. Bundan başqa 27 may 2024-cü il tarixdə axşam saat 21 radələrində o, Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində olan zaman orada oğurluq edib qiymətli əşyalar əldə etmək üçün bağ evlərinin daş hasarlarının kənarı ilə gəzirmişdir. Bağ evlərinin birinin yanından keçən zaman həmin bağ evinin həyətinə daxil olub oradan oğurluq etmək üçün bağ evinin həyətinin daş hasarından aşaraq həyətə daxil olmuşdur. Həyətin kənarında tikilinin olmasını görüb hasarın kənarı ilə gedib həmin tikilinin tavanına çıxmışdır. Tavanın divardan aralı hissəsindən həmin tikiliyə daxil olub orada bir qədər əşyaları qarışdırdıqdan sonra 01 (bir) ədəd samovar tapıb onu oğurlayıb gəldiyi yerdən də çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı samovarı da səhəri gün Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində samovar alqı-satqısı ilə məşğul olan Nəriman adlı şəxsə 70 manata satıb əldə etdiyi 70 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, Sumqayıt şəhər Polis İdərasinin 1-ci polis bölməsində ilkin izahat verən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor, fizikipsiki təzyiq, qeyri-insani rəftar olmamışdır. O, evlərindən oğurluq etdiyi şəxsləri tanımamışdır. O, qeyd etdiyi oğurluq əməllərini tək törətmiş, ona heç kim kömək etməmişdir. Onun oğurluq etməyi barədə heç kimin məlumatı olmamışdır. O, oğurladığı əmlakları Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində samovar satışı ilə məşğul olan Nəriman adlı şəxsə satan zaman sonuncuya həmin samovarların özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, 26 may 2024-cü il tarixdə günorta saat 13 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə tanımadığı yaşayış evinə oğurluq məqsədi ilə daxil olduğunu, oğurluq etdiyi digər evlərdən olduğu kimi həmin ünvandan da qiymətli əşya, təxminən 300-500 manat dəyərində samovar, qazan və digər metal əşyalar oğurlamaq istədiyini bildirmiş, lakin heç nə tapa bilməyib çıxıb getmişdir. O, ilkin ifadə verən zaman Zərərçəkmiş şəxs1 məxsus ünvandan başqa heç yerdən oğurluq etmədiyini bildirməyini o biri oğurluqlarının üstüünü açılmaması ilə, özünü müdafiə etmək məqsədi ilə həqiqəti demədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, hadisə qeyd edildiyi kimi olmuşdur. İlk öncə oğurluq hadisəsindən xəbərləri olmamış, sonradan onlara bildirmişlər. Evdə yaşayırlar, lakin oğurluq olan saxlanc yerinə hər dəfə müraciət etmirlər. Təqsirləndirilən şəxs də həmin əraziyə yaxın yerdə yaşayır, onların həyətinə daxil olmuş, orada çoxlu əşyalar olmuş, təqsirləndirilən şəxs samovarı oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Növbəti məhkəmə baxışlarında iştirak edə bilməyəcəkdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının 22-23 tarixlərində Qurd dərəsində yerləşən bağ massivinə getmiş, bağda mətbəxin pəncərəsinin dəmir barmaqlığının qırıldığını və pəncərənin açıq olduğunu görmüşdür. Evin qapısının bağlı olduğunu görmüş, açıb içəri girmiş, dəmir barmaqlığın yerdə olduğunu, pəncərənin açıq olduğunu, samovarının və digər otaqda divanın üzərində olan yastığın üzünün olmadığını görmüşdür. Dərhal DİN-nin 102 xidmətinə, daha sonra da Seyid adlı sahə rəisinə zəng etmiş, Seyid gəlmiş, baxış keçirmiş, nəyin oğurlandığını soruşmuş, iki gündən sonra 1-ci PB-nə getmiş, izahat vermişdir. Ondan başqa da zərərçəkmiş şəxslər olmuş, onlardan da samovar oğurlamışdır. Bundan sonra təkrar bölməyə dəvət olunmuş, onun samovarı özünə qaytarılmış, cinayət işi açılmışdır. Bu hadisə ilə əlaqədar ona dəymiş ziyan dəmir barmaqlığın yerinə bərpa edilməsi ilə bağlı 50 manat çəkdiyi xərcdir, samovar isə qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi Qurd dərəsində yerləşən bağ evinin həyətində olan qarajda baş vermişdir. Ona məxsus samovar və daha çox alüminium qab-qacaqlar və kondisioner oğurlanmışdır. Samovar polis bölməsində ona qaytarılmış, qab-qacaq təqsirləndirilən şəxsin anası tərəfindən əvəzi qaytarılmış, digər əşyalar köhnə olduğundan həmin hissədə tələbi olmamışdır. Həmin əşyalardan yalnız samovar qiymətli olmuş, o da istintaq zamanı ona qaytarılmış, lakin digər əşyaların qiymətini bilmir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə onun Qurd dərəsində yerləşən evində baş vermiş, təqsirləndirilən şəxs kilidi sındırmış, lakin heç nə oğurlamamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Növbəti məhkəmə proseslərində səhhəti ilə bağlı iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan keçirilməsinə etirazı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Qurd dərəsində yerləşən ona məxsus tikilidən samovar oğurlamışdır, həmin samovar ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindiriımiş Şahid2 ifadəsində göstərmişdir ki, ticarətlə məşğuldur, bazarda xırdavat satır. Orxanı iki-üç ay əvvəl tanımış, ondan samovar almış, polis əməkdaşı gələrək həmin samovarın oğurluq olduğunu bildirmiş, o da qaytarmışdır. Orxan dörd dəfə ona samovar satmışdır, həmin samovarlardan birinə 80 manat, birinə 100 manat, digərlərinə 70 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindiriımiş Şahid1 ifadəsində göstərmişdir ki, metal məntəqəsində işləyir, Orxan aradabir onun yanına gəlib getmişdir. Tarixini xatırlamadığı vaxtda axşamüstü radələrində Orxan ona 3-4 ədəd köhnə qazan gətirmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar masivində yerləşən fərdi nömrəsiz bağ evidir. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 oğurluq baş verən yeri göstərmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tikilidən 01 (bir) ədəd 03 litr tutumuna malik olan odun samovarını oğurlanmışdır. - xx.xx.2024-cü il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 məxsus olan 01 (bir) ədəd 03 litr tutumuna malik olan odun samovarını “Karvan” ticarət mərkəzində samovar alqı-satqısı ilə məşğul olan Şahid2 satmış, sonuncu ilkin araşdırma zamanı həmin samovarı təhqiqata təqdim etmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin samovar 03 litr tutuma malikdir, gümüşü rənglidir, üzərində əlavə heç bir xüsusi əlamət yoxdur. - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında 30 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar masivində yerləşən 4377J nömrəli fərdi bağ evidir. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 oğurluq baş verən yeri göstərmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin daxilindən 01 (bir) ədəd 03 litr tutumuna malik olan odun samovarını oğurlanmışdır. - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar masivində yerləşən fərdi nömrəsiz bağ evidir. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs4 oğurluğa cəhd edilən yeri göstərmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evindən heç nə oğurlanmamışdır. - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar masivində yerləşən 4103 nömrəli fərdi bağ evidir. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs5 oğurluq baş verən yeri göstərmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin həyətyansı sahəsində yerləşən tikilidən 01 (bir) ədəd 03 litr tutumuna malik olan odun samovarını oğurlanmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi eyni şəxs barəsində Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə istintaq olunan və icraata qəbul olunmuş ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar masivi, 5-ci dayanacaq, 4109 ünvanında yerləşən fərdi bağ evidir. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 oğurluq baş verən yeri göstərmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evindən və həyətyanı sahədə yerləşən qarajdan samovar və müxtəlif əşyalar oğurlanmışdır. - Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə saat 16:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələrində ziddiyyətlər olan zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. Sonuncu etdiyi əməli etiraf etmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə Abşeron RPİ-də istintaq olunan 210270665, 210270791, ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1-ci maddələri tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün və Salyan rayon Məhkəməsinin 7(057)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5072 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 572 (beş yüz yetmiş iki) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 7 adda malların qiymətləndirilməsi yalnız tədqiqata təqdim edildiyi halda mümkündür. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olmaqla oğurlanmış 01 (bir) ədəd, 3 litr tutumlu, mis metalından olan, gümüşü rəngli, lülə hissəsində qaynaq izi olan, üzərində başqa xüsusi əlaməti olmayan samovarını olduğu kimi, salamat vəziyyətdə təhvil almışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus olmaqla oğurlanmış 01 (bir) ədəd, 3 litr tutumlu, gümüşü rəngli, üzərində başqa xüsusi əlaməti olmayan samovarını olduğu kimi, salamat vəziyyətdə təhvil almışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 oğlu ona məxsus olmaqla oğurlanmış 01 (bir) ədəd, 3 litr tutumlu, mis metalından olan, gümüşü rəngli, üzərində başqa xüsusi əlaməti olmayan samovarını olduğu kimi, salamat vəziyyətdə təhvil almışdır. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5705 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd 03 litr tutumuna malik olan odun samovarının istifadə olunması nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 110,0 manat müəyyən edilir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5704 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd 03 litr tutumuna malik olan odun samovarının istifadə olunması nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 110,0 manat müəyyən edilir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5703 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd 03 litr tutumuna malik olan odun samovarının istifadə olunması nəzərə alınmaqla 2024- cü ilin may ayına olan orta bazar qiyməti təxminən 110,0 manat müəyyən edilir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxsa həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin Məcəllənin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. - Sumqayıt şəhər 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, Vəli küçəsi, ev 3300-ün qarşısında xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində saxlanılaraq həmin tarixdə saat 17:30 radələrində Sumqayıt ŞPİnin 1-ci PB-nə gətirilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisələri ilə bağlı istintaqa tam və hərtərəfli ifadə verdiyini, oğurluq hadisələrini törətməsini ardıcılıqla göstərdiyini bildirib həmin ifadələrinin yerində yoxlanılması istintaq hərəkətlərinin keçirilməsi zamanı ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 məxsus olan samovarlar maddi sübut hesab edilmiş və saxlanış üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmışdır. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180 və 181-ci maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnın 177.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 186.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nın 194.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarı maddi sübut kimi tanınmış və özünə qaytarılması nəzərə alınmış, Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarı maddi sübut kimi tanınmış və özünə qaytarılması nəzərə alınmış, Zərərçəkmiş şəxs5 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarı maddi sübut kimi tanınmış və özünə qaytarılması nəzərə alınmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-191/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Penitensiar Xidmət 3 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-191/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici və zərərçəkmiş şəxslərin ifadələri, baxış və götürmə protokolu, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü verilən ittihamla qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının: - 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. - 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. - 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. - 21-ci bəndinə görə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olması, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsi aydınlaşdırılmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. - 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1-ci maddələri tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmasını, eləcə də zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsi halını, cinayət əməlinin törədilməsi hallarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarının, Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarının, Zərərçəkmiş şəxs5 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarının sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200,00 (iki yüzi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-978/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 2235 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 100 (bir yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarının, Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarının, Zərərçəkmiş şəxs5 məxsus 01 (bir) ədəd 3 litr tutumuna malik odun samovarının sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200,00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 100 (bir yüz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar