Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-192/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 14.12.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından həmin gün saat 10:20 radələrində Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində yerləşən “Zəfəran” aptekin yaxınlığında küçədə Sumqayıt ŞPİ-nin XTB-nin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 30.11.2020-ci il tarixdə verdiyi testlə bağlı 01.12.2020-ci il tarixdə təxminən 12 radələrində istifadəsində olan ********** saylı mobil nömrəsinə Covid 19 virusuna yoluxmağı və bununla bağlı yaşadığı evi tərk etməməməyi barədə sms daxil olmuşdur. Smslə tanış olduğu müddətdən yaşadığı evdə müalicə almağa başlamışdır. 14.12.2020-ci il tarixədək yaşadığı evi tərk etməmişdir. 14.12.2020-ci il tarixdə ağ ciyərlərini yoxlatmaq istəyirmiş. Buna görə də 13.12.2020-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhər 1 saylı xəstəxanasında işləyən Şəlalə adlı həkimin istisfadəsində olan ********** saylı mobil nömrəsinə zəng etmişdir. Lakin o, mobil telefona cavab verməmişdir. Növbəti gün saat 10 radələrində yaşadığı evdən çıxıb 1 saylı xəstəxanaya piyada getmişdir. Xəstəxanada özünü müayinə etdirəcəkmiş. Saat 10:20-də ona polis formasında olan bir nəfər şəxs 40-cı məhəllə ərazisində yerləşən Zəfəran aptekin qarşısında yaxınlaşıb özünün Sumqayıt ŞPİ-nin XTB-nin polis nəfəri polsi serjantı Şahid2 olduğunu bildirməklə xidməti vəsiqəsini göstərmişdir. Daha sonra onun şəxsiyyətinin yoxlanılması zərurəti olduğunu bildirib şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, ünvan 1 ünvanında yaşadığını, Təqsirləndirilən şəxs olduğunu deyərək şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı Redmi Not 8 markalı mobil telelfonundakı mobil axtarış portal sistemində onun şəxsiyyət vəsiqəsini yoxladıqda ekranda “bu şəxs koronovirus xəstəsidir. Fiziki təmasdan çəkinin. Hərəkəti qəti qadağan edilmişdir!, Aktiv icazə tapılmadı” ifadəsi görünmüşdür. Ondan hara getməyini soruşanda həkimə getmək istədiyini bildirmişdir. Polis əməkdaşı ona “sizin hərəkətiniz qadağandır” deyəndə koronovisus xəstəsi olduğunu bildiyini, səhhəti ilə bağlı həkimə getmək zərurəti yarandığı üçün icazəsi olmamasına baxmayaraq evdən çıxdığını demişdir. Sonra xüsusi geyimdə olan polis əməkdaşları gəlib xidməti avtomobillə onu yaşadığı evinə yola salmışdırlar. Əməlindən peşmandır. Ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alıb ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qisməndə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14.12.2020-ci il tarixdə saat 08-də Sumqayıt şəhəri 40-cı məhəllə ərazsində yerləşən 30 nömrəli piyada postunda xidmətdə olmuşdur. Post üzrə dislokasiya xidməti Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində 3 nömrəli orta məktəblə üzbbəüz işıqfordan Hərbi komisarlığın işıqforuna qədərki ərazidə həyata keçirilməli imiş. Xidməti tapşırığı ölkə ərazisində “Covid 19” pandemiyası ilə bağlı karantin rejim qaydalarını pozan şəxsləri müəyyən edib müvafiq tədbirlər görməkdən ibarət olmuşdur. Saat 10:20-də Sumqayıt şəhəri 40-cı məhəllənin ərazisində yerləşən Zəfəran aptekin yaxınlığında bir nəfər şəxsin dayandığını görüb ona yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs özünün, ünvan 1 ünvanında yaşadığını bildirib Təqsirləndirilən şəxs olduğunu deyərək şəxsiyyət vəsiqəsini təhvil vermişdir. DİN tərəfindən ona təhkim olunmuş Redmi Not 8 markalı mobil telelfondakı mobil axtarış portal sistemində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini yoxladıqda ekranda “bu şəxs koronovirus xəstəsidir. Fiziki təmasdan çəkinin. Hərəkəti qəti qadağan edilmişdir!, Aktiv icazə tapılmadı” ifadəsi görünmüşdür. Sahildən hara getməsini soruşanda həkimə getmək istədiyini demişdir. Sahilə “sizin hərəkətiniz qadağandır” deyəndə koronovisus xəstəsi olduğunu bildiyini, səhhəti ilə bağlı həkimə getmək zərurəti yarandığı üçün icazəsi olmamasına baxmayaraq evdən çıxdığını demişdir. Məlumatı üzrə oraya xüsusi geyimdə olan polis əməkdaşları gəlib xidməti avtomoibllə Təqsirləndirilən şəxs yaşadığı evinə yola salmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Mİ Play” markalı mobil telelfonun mesaj bölməsinə baxış keçirilmiş və baxış zamanı İTS.GOV.AZdan 01.12.2020-ci il tarixdə saat 13:36-da aşağıdakı məzmunda “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 30.11.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və aile üzvlərinizi yaşayış yerinizi tərk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasinin İnzibati Xetalar və Cinayet Mecellesində nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. Tel: 1542”, 15.12.2020-ci il tarixdə saat 14:57-də isə aşağıdakı məzmunda “Hörmətli Təqsirləndirilən şəxs. Siz və sizinle eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bagli evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun” mesajların gəlməsi müəyyən edilmişdir. Baxış zamanı mesaj mətnləri skreen edilib fotoşəkillə işə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 22.12.2020-ci il tarixli 1391 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “COVİD 19” analizinin cavabı pozitiv olduğu üçün 01.12.2020-ci il tarixdən ambulator şəraitdə müalicə alıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19.01.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 tərəfindən ünvanlanmış 16.04.2021ci il tarixli, PHŞ/1.1-2.2021-786 saylı sorğuya cavab məktubundan görünür ki, evdə təcrid olunma müddəti ərzində yaşayış ünvanının tərk edilməsi hüququna məhdudiyyətin tətbiq edilib-edilməməsinə dair məlumatların təqdim edilməsi haqqında 17.03.2021-ci il tarixli, 3629/4 nömrəli məktubunuza “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2ində (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Qeyd edirik ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a eyni zamanda, ona əlavə edilmiş 1 nömrəli “COVİD-19 infeksiyası ilə yoluxma halı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələr”in (Tövsiyələr) 6.1-cı maddəsinə əsasən həyata keçirilir. Həmin Tövsiyələrin 8.1-ci maddəsində də qeyd edilir ki, laboratoriya testinin nəticəsi pozitiv olduqda, yoluxma faktı təsdiq olunmuş şəxslərdə COVİD-19 infeksiyasının ağırlıq səviyyəsi qiymətləndirilir və bu əsasda onların xəstəxanaya (stasionar müalicə) yerləşdirilməsi və ya yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək verdiyi ifadəsini inandırıcı hesab etmir. Özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək həmin ifadəyə tənqidi yanaşır. Onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər şahidlərin ifadələri, iş üzrə sübutlarla, digər istintaq hərəkətləri və işin digər halları ilə tam sübuta yetirilir. Beləliklə də, məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddis sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2,500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-192/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-192/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver