Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-192/2024 11.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Xocahan Ə/D, Qilican kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 12-ci mikrorayon, məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi, ev 11, mənzil 63 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs baxçaya dayə işinə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində 2022-ci ilin sentyabr ayında, hissəhissə olmaqla, yəni 2022-ci ilin sentyabr ayının əvvəllərində, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Buratino” uşaq baxçasının yaxınlığında 500 manat və 14 gün sonra 2022-ci ilin sentyabr ayının ortalarında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 29/18 saylı binanın yaxınlığında 1500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qızma ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 5 il olar tanımışdr. Pərvanənin övladı onun övladı ilə birlikdə Sumqayıt şəhəri, 46 saylı məkəbəqədər təhsil müəsisəsində (uşaq bağçasında) təhsil alır. Bildirir ki, 2022-ci ilin sentyabr ayının əvvəlləri Pərvanə ilə görüşlərinin birində Pərvanə, onun Sumqayıt şəhəri 2 saylı uşaq baxçasında ocaqçı işlədiyini bildiyi üçün Pərvanəni də, bağçada işə düzəltməsini ondan xahiş etmiş, o Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Buratino” uşaq bağçasının müdiri ilə yaxşı münasibətləri olduğu üçün Pərvanəni həmin uşaq bağçasına işə düzəltmək imkanı olduğunu demişdir. Pərvanəni 1500 manat müqabilində həmin baxçada dayə işinə düzəldə biləcəyini bildirmişdir. Pərvanə onunla razılaşmış və həmin məbləği ona hissə-hissə vermək imkanı olduğunu bildirmişdir. O, Pərvanə ilə razılaşmış, bir neçə gün sonra, yəni 2022-ci ilin sentyabr ayının əvvəlləri, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, “Buratino” uşaq baxçasınm yaxınlığında, Pərvanə işə düzəlmək üçün ona verməli olduğu 1500 manat pulun 500 manatını, təxminən 14 gün sonra, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində, 29/18 saylı binanın yaxınlığında isə 1000 manatını ona vermiş bundan sonra o, Pərvanəyə onu qısa müddət ərzində Buratino uşaq baxçasına işə düzəldəcəyini bildirmişdir. Bir müddət sonra Pərvanə və eləcə də, Pərvanənin həyat yoldaşı onunla əlaqə saxlayaraq “iş”in nə yerdə qaldığını soruşduqda o, hər dəfə bir bəhanə gətirərək həmin şəxsləri aldatmış və Pərvanənin qısa müddət ərzində işə çıxacağını bildirmişdir. Ancaq xeyli müddət keçməsinə baxmayaraq Pərvanə işə düzəlmədiyi üçün Pərvanə və Pərvanənin həyat yoldaşı onunla əlaqə saxlayıb ona verdikləri pulu qaytarmasını tələb etməyə başlamışlar. Belə olan halda o, Pərvanə və Pərvanənin həyat yoldaşı ilə bütün əlaqələrini kəsmişdir. Pərvanəni hər hansı bir uşaq baxçasına işə düzəltmək imkanı və ya bu işi görməkdə ona köməklik edəcəyini vəd verən tanışı olmadığını, həmin ərəfələrdə pula ehtiyacı olduğu üçün Pərvanəni aldadıb 1500 manat pulunu alıb ələ keçirmişdir. Pərvanəni işə düzəltmək adı ilə sonuncudan aldığı 1500 manat puldan 2022-ci ilin oktyabr ayının axırları isə həmin pulun 200 manatını Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Pərvanəyə qaytarmışdır. Vurulmuş ziyanı hal-hazırda ödəyə bilmir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanımışdır. Təqsirləndirilən şəxs övladı ilə onun övladı birlikdə Sumqayıt şəhəri, 46 saylı məkdəbəqədər təhsil müəsisəsində (uşaq bağçasında) təhsil alır və münasibətləri bu münvalla yaranmışdır. Bildirir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində Gülşənlə görüşlərin birində aralarında olan söhbət əsnasında Gülşən, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Buratino” uşaq bağçasının müdiri ilə yaxşı münasibətləri olduğu üçün onu həmin uşaq bağçasına işə düzəltmək imkanı olduğunu, onu 2000 manat müqabilində həmin baxçada dayə işinə düzəldə biləcəyini bildirmişdir. O, Gülşənin təklifi ilə razılaşmış və həmin məbləği Gülşənə hissə-hissə vermək imkanı olduğunu bildirmiş, Gülşən də, onunla razılaşmışdır. Bir neçə gün sonra, yəni 2022-ci ilin sentyabr ayının əvvəlləri, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, “Buratino” uşaq baxçasının yaxınlığında, onu işə düzəltməsi üçün Gülşənə verməli olduğu 2000 manat pulun 500 manatını, təxminən 14 gün sonra, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində, 29/18 saylı binanın yaxınlığında isə 1500 manatını Gülşənə vermişdir. Gülşən qısa müddət ərzində onu Buratino uşaq baxçasına işə düzəldəcəyini bildirmişdir. Bir müddət sonra o və eləcə də, onun həyat yoldaşı Gülşənlə əlaqə saxlayaraq “iş”in nə yerdə qaldığını soruşduqda Gülşən hər dəfə bir bəhanə gətirərək onları aldatmış və qısa müddət ərzində onun işə çıxacağını bildirmişdir. Ancaq xeyli müddət keçməsinə baxmayaraq o işə düzəlmədiyi üçün Gülşənin onu aldatdığını düşünüb Gülşənlə əlaqə saxlayaraq verdikləri pulu qaytarmasını tələb etməyə başlamışdır. Gülşən ondan aldığı 2000 manat pulun 200 manatını qaytarsa da, bundan sonra Gülşən onunla bütün əlaqələrini kəsərək onun və eləcə də, onun həyat yoldaşının telefon zənglərinə cavab verməmişdir. Belə olan halda o, Gülşənin onu baxçada işə düzəltmək adı ilə aldadaraq 2000 manat pulunu alıb ələ keçirdiyini başa düşmüşdür. Onun və həyat yoldaşının təkidlərindən sonra onu pulu qaytaracağına inandırmaq məqsədi ilə ondan aldığı pulun cəmi 200 manatını qaytarmışdır. Gülşənin ondan 2000 manat deyil, 1500 manat almasını deməsinə münasibətdə bildirir ki, Gülşən yalan danışır o, Gülşənə işin həll edilməsi üçün 1500 manat deyil, 2000 manat məbləğində pul vermişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində bildirdi ki, onun həyat yoldaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs təxminən 5 il müddətdir ki, tanışdırlar. Gülşənin övladının onların övladı ilə birlikdə Sumqayıt şəhəri, 46 saylı məktəbəqədər təhsil müəsisəsində (uşaq bağçasında) təhsil alır və Pərvanə ilə Gülşənin münasibətləri bu münvalla yaranmışdır. Bildirir ki, 2022-ci ilin sentyabr ayının əvvəlləri həyat yoldaşı Pərvanə ona Gülşənlə görüşlərinin birində aralarında olan söhbət əsnasında Gülşən, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Buratino” uşaq bağçasının müdiri ilə yaxşı münasibətləri olduğu üçün Pərvanəni həmin uşaq bağçasına işə düzəltmək imkanı olduğunu, 2000 manat müqabilində Pərvanəni həmin baxçada dayə işinə düzəldə biləcəyini demişdir. Pərvanə də, Gülşənin təklifi ilə razılaşmış və həmin məbləği Gülşənə hissə-hissə verəcəyini bildirmişdir. O da öz növbəsində heç bir etiraz etməmiş və Pərvanəni baxçada işə düzəltməsi üçün Gülşənə 2000 manat verməsinə razı olmuşdur. Bir neçə gün sonra, yəni 2022-ci ilin sentyabr ayının əvvəlləri, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, “Buratino” uşaq baxçasının yaxınlığında, Pərvanəni işə düzəltməsi üçün Gülşənə verməli olduğu 2000 manat pulun 500 manatını, təxminən 14 gün sonra, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində, 29/18 saylı binanın yaxınlığında isə 1500 manatını Pərvanə, Gülşənə vermişdir. Gülşən qısa müddət ərzində Pərvanəni Buratino uşaq baxçasına işə düzəldəcəyini bildirsə də, bir müddət sonra o, və eləcə də, həyat yoldaşı Gülşənlə əlaqə saxlayaraq “iş”in nə yerdə qaldığını soruşduqda Gülşən hər dəfə bir bəhanə gətirərək onları aldatmış və qısa müddət ərzində Pərvanənin işə çıxacağını bildirmişdir. Ancaq xeyli müddət keçməsinə baxmayaraq Pərvanə işə düzəlmədiyi üçün Gülşənin onları aldatdığını düşünüb Gülşənlə əlaqə saxlayaraq verdikləri pulu qaytarmasını tələb etməyə başlamışlar. Gülşən, Pərvanədən aldığı 2000 manat pulun 200 manatını qaytarsa da, bundan sonra Gülşən onlarla bütün əlaqələrini kəsərək onun və eləcə də, həyat yoldaşının telefon zənglərinə cavab verməmişdir. Belə olan halda o, Gülşənin Pərvanəni baxçada işə düzəltmək adı ilə aldadaraq 2000 manat pulunu alıb ələ keçirməsini başa düşmüşdür. Onun və həyat yoldaşının təkidlərindən sonra onları pulu qaytaracağına inandırmaq məqsədi ilə Gülşən, Pərvanədən aldığı pulun cəmi 200 manatını qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanılması haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-ə gətirilmişdir. (i.v. 60) 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham 16 dekabr 2023-cü il tarixdə ona elan edilmişdir. (i.v. 52, 75) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.81-82); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 83-84); Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Gülşən Məmmədovanın yalan danışdığını, sonuncunun onu işə düzəldəcəyi adı ilə aldadaraq 2000 manat pulunu ələ keçirib dələduzluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. (i.v. 86- 88) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.45) Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2014-cü il təvəllüdlü Zəhra Gülməmmədova və xx.xx.2016-cı il təvəllüdlü Rüqayyə Gülməmmədli adlı övladları var. “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, sonuncunun əməlində CM-nin 178.2.1, 178.2.2 və 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v.95-99) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, Pərvanəni işə düzəltmək adı ilə sonuncudan aldığı 1500 manat puldan 2022-ci ilin oktyabr ayının axırları həmin pulun 200 manatını Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Pərvanəyə qaytardığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq, o cümlədən məsuliyyətini yüngülləşdirmək məqsədilə aldığı pulun 2000 manat deyil, 1500 manat olduğunu qeyd edərək bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. CM-nin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməmin manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, dəymiş ziyandan qismən ödəniş etməsini CM-nin 59.1.4 və 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, himayəsində iki azyaşlı övladının olmasını, həyat yoldaşının vəfat etməsi ilə əlaqədar övladlarını təkbaşına böyütməsini, dəymiş ziyanı qismən ödəməsini, dəymiş ziyanı ödəmək istəyində olmasını, lakin imkanı olmadığı üçün ötən müddət ərzində ödəyə bilməməsini, ağırlaşdıran halların olmamasını,onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, 12-ci mikrorayon, məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi, ev 11, mənzil 63 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzanın çəkildiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Zərərçəkmiş şəxsna ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsin CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi, ev 11, mənzil 63 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-192/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-192/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver