Məhkəmə qərarları › İş №1(060)-192/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-192/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-192/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kotec qəsəbəsi fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, 17 (on yeddi) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri qramı- 5,02, 6,30, 5,70, 5.40, 6.15, 6.17, 5,72, 5,80, 6,03, 5,55, 4,43, 5.49, 6,32, 5,99, 5,07, 5,52, 5,56 qram; ümumi təmiz çəkisi-96,22 qram olan bitki mənşəli, eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 12 oktyabr 2024-cü il tarixdə, saat 12:10-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən. «Vida» mərasim evinin yaxınlığında küçədə saxlanılaraq üstünün yoxlanılması zamanı üzərindən xeyli miqdarda, 17 (on yeddi) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 96,22 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şərail adlı polis əməkdaşı ona zəng edərək sözügedən əraziyə çağırmış, o da həmin əraziyə yaxınlaşandan sonra Şərail ona selofan torba vermiş, daha sonra onu CMnin 234-cü maddəsi ilə sənədləşdirildikdə, polis əməkdaşları ilə razılaşmışdır. Özünü CMnin 234.1-ci maddəsi təqsirli bilmiş və ona həmin maddənin sanksiyasına uyğun cəza verilməsini xahiş etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Vida mərasim evinin yanına Elnur adlı polis əməkdaşının avtomobili ilə gəlmiş, polis əməkdaşları tərəfindən tərəzi selofan torbanın içərisinə qoyulduqdan sonra ona verilmiş, videoçəkilişlə üzərinə saat 12 radələrində şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş 2 dəfə həyata keçirilmişdir. O, bu hadisədən 1 həftə əvvəl polisə gedərək tutulmasını xahiş etmişdir. Lakin, polis əməkdaşları ona getməsini sənədləşdirməni başqa bir vaxt edəcəklərini bildirmişlər. Saxlanıldığı gün polis əməkdaşının ona vermiş olduğu “patı” adlı narkotik vasitədən istifadə etmişdir. Həmin gün onu Elnur, Şərail və adını bilmədiyi başqa bir polis əməkdaş saxlamışdır. Onun 055 *** ** ** saylı nömrəsinə Şərail zəng edərək sözügedən əraziyə çağırmışdır. Onun “Redmi” markalı telefonu olmuş, zəng gələn zaman nömrəni görməmiş, lakin zəng edən şəxsin adı mobil telefonda Şərail olaraq qeyd edilmişdir. O, Sumqayıt şəhəri, Kotec qəsəbəsində kirayədə yaşayır. Polisə saxlanılması ilə müraciət etməsinə səbəb maddi imkanı olmaması, əgər həbs edilərsə və daha sonra həbsdən azad olduqdan sonra dövlət tərəfindən ona müəyyən miqdarda ödəniş edilməsi ilə bağlı olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman inandırmışlar ki, onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklər. Ona saxlanılan zaman heç bir fiziki zor və ya təzyiq göstərilməmişdir. Onun üzərində olan Redmi markalı telefon Elnur adlı polis əməkdaşı tərəfindən götürülmüşdür. Əlavə olaraq bildirir ki, Şərail ona saxlanıldığı gün səhər saat 9-10 radələrində zəng edərək “nə oldu gəlmirsən” demişdir. Lakin o, həmin gün Şərailin zəng etdiyi nömrəyə və ya başqa bir nömrəyə yenidən zəng etməmiş, həmçinin Şərailə heç vaxt sms yazmadığını bildirmişdir. Həmçinin bildirir ki, saxlanıldığı gündən bir gün əvvəl Şəraillə görüşmüş, sonuncu ona müəyyən qədər pul və amfetamin vermişdir. Polis əməkdaşları tərəfindən qabaqcadan ona öyrədilmiş, buna görə çəkiliş zamanı elə ifadə verdiyini bildirmişdir. Bu baş verənlərlə bağlı barəsində qətimkan tədbiri seçilən zaman məhkəməyə heç nə bildirməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Sumqayıt şəhəri, Kotec qəsəbəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış, həmin qrupa özü rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 12 oktyabr 2024-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 12:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin yaxınlığında küçədə piyada getməsini gördükdə, aparılan videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin qoltuq hissəsindən 1 ədəd göy rəngli selofan torbanı çıxarıb təqdim elmiş, həmin selofan torbanın içərisinə baxılanda 17 ədəd kibrit qutusunda qurudulmuş marixuana və 1 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilmişdir. Bundan sonra əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd «Katel» markalı mobil telefonu çıxarıb təqdim elmişdir. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər maddələr olduğu kibrit qutuları ilə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, daha sonra aşkar olunduğu selofan torbaya qoyularaq xüsusi qaydada qablaşdırılmış, qeydlər aparılmış kağız parçası imzalanmış və möhürlənmişdir, Təqsirləndirilən şəxs aşkar olunmuş mobil telefon götürülmüşdür. Bu barədə həmin yerdə protokol tərtib elməyə şərait olmadığından birlikdə idarəyə gəlmişlər. Bundan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmiş, bundan sonra onun üzərində keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman təqsirləndirilən şəxs onlara hər hansı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxsin üzərindən 17 ədəd kibrit qutusunda qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxsi sözügedən əraziyə zəng edərək çağırmamışdır. Sonuncu ona saxlanılması ilə bağlı heç vaxt müraciət etməmişdir. Təqsirləndirilən şəxsi saxlanılmazdan əvvəl tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 12 oktyabr 2024-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 12:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin yaxınlığında küçədə piyada getməsini gördükdə, aparılan videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin qoltuq hissəsindən 1 ədəd göy rəngli selofan torbanı çıxarıb təqdim etmiş, həmin selofan torbanın içərisinə baxılanda 17 ədəd kibrit qutusunda qurudulmuş marixuana və 1 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilmişdir. Bundan sonra əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd «Katel» markalı mobil telefonu çıxarıb təqdim elmişdir. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər maddələr olduğu kibrit qutuları ilə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, daha sonra aşkar olunduğu selofan torbaya qoyularaq xüsusi qaydada qablaşdırılmış, Təqsirləndirilən şəxs aşkar olunmuş mobil telefon götürülmüşdür. İnzibati binada müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş əməliyyat müvəkkillər Şahid3 və Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onların ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12.10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-83-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 12 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sağ qoltuq hissəsindən 1 ədəd göy rəngli selofan torbanı çıxarıb təqdim etmiş, həmin selofan torbanın içərisinə baxılanda 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana və 1 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilmiş, bundan sonra əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd «Katel» markalı mobil telefonu çıxarıb təqdim etmiş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin kibrit qutularının içərisinə baxılanda qurudulmuş bitki kütləsi-qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd kibrit qulusunda qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı 3 gün əvvəl Sumqayıt şəhəri Kotec qəsəbəsində yerdə selofan torbada kütlə halında tapdığını, birazını istifadə etdiyini, qalanını satmaq məqsədilə hissələrə bölüb elektron tərəzi ilə çəkərək 17 ədəd kibrit qutusuna doldurduğunu, həmin qurudulmuş marixuanadan hələlik heç kimə sala bilmədiyini bildirmiş, aşkar olunmuş qurudulmuş marixuanaya bənzər maddələr olduğu kibrit qutuları ilə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, daha sonra aşkar olunduğu selofan torbaya qoyularaq xüsusi qaydada qablaşdırılmış, qeydlər aparılmış kağız parçası imzalanmış və möhürlənmişdir. Cinayət işinin 31-32-ci vərəqəsində olan «Şəxsi axtarış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, 12 oktyabr 2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin TŞ-də xidməti otaqların birində təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı Vəkil bürosunun vəkili X6 və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim elməyi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmiş, bundan sonra onun üzərində keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər predmet və əşya aşkar olunmış və götürülməmiş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan 17 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürüldüyünü, həmin maddəni Sumqayıt şəhəri Kotec qəsəbəsində yerdə selofan torbada küllə halında tapdığını, birazını istifadə etdiyini, qalanını satmaq məqsədilə hissələrə bölüb elektron tərəzi ilə çəkərək 17 ədəd kibrit qutusuna doldurduğunu, həmin qurudulmuş marixuanadan hələlik heç kimə sata bilmədiyini bildirmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1710 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «İçərisində 17 ədəd kibrit qulusunda marixuana və 1 ədəd elektron tərəzi» yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli polietilen bağlamada 17(on yeddi) ədəd kibrit qulusunda ayrıayrılıqda təmiz çəkiləri- 5.02 qram; 6.30 qram; 5.70 qram; 5,40 qram; 6.15qram; 6,17 qram; 5.72 qram; 5.80 qram; 6.03 qram; 5.55 qram; 4,43 qram; 5,49 qram: 6.32 qram; 5,99 qram; 5,07 qram; 5,52 qram; 5.56 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi-96,22 qramdır. Tədqiqata təqdim olunmuş 17 (on yeddi) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitənin-marixuananı hissəcikləri vardır. Həmin hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 96.22 qram olmuş, tədqiqata 0,34 qram sərf edilmiş, 95,88 qram qalıq qalmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 95,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə daxam etdirilmişdir. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6987 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixoslimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin 110-115-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 88-90-cı vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X11 tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1793 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 139-141-ci vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X12 tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli 3193 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamneslik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, 2017-ci ildə özünü öldürməyə cəhd etməsi. Sumqayıt Psixiatriya Xəstəxanasında müalicə olunması. xx.xx.2020-ci il tarixdə ambulator məhkəmə-psixiatrik ekspertizadan keçərkən «emosional davamsız şəxsiyyət pozuntusu» diaqnozunun qeyd olunması, həmçinin hazırkı müayinə zamanı əhvaliruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s.təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə elmək iqtidarından məhrum elməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional sfearasında dayanıqsızlıq. qıcığa qarşı həssaslıq, əhval-ruhiyyə fonunda dəyişiklik müşahidə edilir. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum elməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də, E.A.Abbasov törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk elmək və onları idarə elmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri alıma düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: - Təqsirləndirilən şəxs emosional dayanıqsızlıq. qıcığa qarşı həssaslıq, affektiv reaksiyalara meyillilik. hövsələsizlik vəs. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərim tam dərk elmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. - Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə onda hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müəyvən edilmədi. Cinayət işinin 117-ci vərəqəsinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda qovluqda olan 17 dəqiqə 21 saniyəlik videogörüntüdə 12 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin i əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılır və üstü yoxlanılır, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq qanunsuz narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunur və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sağ qoltuq hissəsindən 1 ədəd göy rəngli selofan torbanı çıxarıb təqdim edir, həmin selofan torbanın içərisinə baxılanda 17 ədəd kibrit qutusunda qurudulmuş marixuana və 1 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilir, bundan sonra əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd «Katel» markalı mobil telefonu çıxarıb təqdim edir, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğunu bildirir, həmin kibrit qutularının içərisinə baxılanda qurudulmuş bitki kütləsi-qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunur, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd kibrit qutusunda qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı 3 gün əvvəl Sumqayıt şəhəri Kotec qəsəbəsində yerdə selofan torbada kütlə halında tapdığını, birazını istifadə etdiyini, qalanını satmaq məqsədilə hissələrə bölüb elektron tərəzi ilə çəkərək 17 ədəd kibrit qutusuna doldurduğunu, həmin qurudulmuş marixuanadan hələlik heç kimə sata bilmədiyini bildirir, aşkar olunmuş qurudulmuş marixuanaya bənzər maddələr olduğu kibrit qutuları ilə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilir, daha sonra aşkar olunduğu selofan torbaya qoyularaq xüsusi qaydada qablaşdırılır, qeydlər aparılmış kağız parçası imzalanır və möhürlənir. Cinayət işinin 118-ci vərəqəsinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda qovluqda olan 06 dəqiqə 02 saniyəlik videogərüntüdə 12 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Sumqayıt SPİ-nin TŞ-də xidməti otaqların birində təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı Vəkil bürosunun vəkili X6 və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunur, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığım bildirir, bundan sonra onun üzərində keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər predmet və əşya aşkar olunmur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan 17 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürüldüyünü, həmin maddəni Sumqayıt şəhəri Kotec qəsəbəsində yerdə selofan torbada kütlə halında tapdığını, birazını istifadə etdyini, talanını satmaq məqsədilə hissələrə bölüb elektron tərəzi ilə çəkərək 17 ədəd kibrit qutusuna doldurduğunu, həmin qurudulmuş marixuanadan hələlik heç kimə sata bilmədiyini bildirir. Cinayət işinin 100-cü vərəqəsinə əlavə edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş Ltd 3310” markalı **********00158, **********09057 imei kodlu mobil telefonuna baxış keçirilmiş. Cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsində olan üzərində ***-***-**-** mobil nömrəli olan "Katel 3310" markalı mobil telefona baxış zamanı mobil telefonda çıxan, daxil olan zənglər, mesajlar və abunəçilər(kontaktlar) və fotolar bölümündə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı məlumatın müəyyən olunmamışdır. Cinayət işinin 122-ci vərəqəsinə əlavə edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskə Sumqayıt ŞPİ-nin inzibati inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı üzərində zavod üsulu ilə “bakcell və üzərində qələmlə yazılmış “16881/2024” yazısı olan bir ədəd kompakt diski kompüterin daxil etdikdə diskin yaddaşında “Mexsusluq tarixchesi_OTHER_558026805", “Mushteri zenglerinin detallashmasi MSİSDN 558026805","SMS detallashmasi MSİSDN 558026805" və “Zenglerin mexsusluq tarixcheleri MSİSDN 558026805" adlı qovluqlar müəyyən olundu. Həmin qovluqlara baxış zamanı işin faktiki halları üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər, maddi sübutlar və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, həmçinin özünü CM-nin 234.1-ci maddəsi təqsirli bilməsi və ona həmin maddənin sanksiyasına uyğun cəza verilməsini xahiş etməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində elektron tərəzinin və narkotik vasitəni üzərində gəzdirməməsini bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində, üzərində olan elektron tərəzi ilə həmin narkotik vasitəni satış məqsədi ilə hissələrə bölərək 17 ədəd kibrit qutusuna doldurduğunu bildirmişdir. Həmçinin, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs elektron tərəzini 7 manata aldığını, narkotik vasitəni hissələrə bölərək üzərində daşıdığını, narkotik vasitəni istəyən olsa verəcəyəni bildirmişdir. Göründüyü kimi bu hissədə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət yaranmışdır. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında da, özünü təqsirli bilərək həbs olunmamasını xahiş etmişdir. Həmçinin, qeyd edildiyi kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında elektron tərəzinin sonradan selofan torbanın içərisinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmiş, lakin iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1710 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd elektron tərəzidə cüzi miqdarda bitki mənşəli narkotik vasitənin-marixuananı hissəcikləri vardır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında Şərail Quliyevin ona zəng edərək sözügedən əraziyə çağırdığını, özünün isə Şərailin nömrəsi adlandırdığı nömrəyə yenidən zəng etmədiyini, ümumiyyətlə isə öz nömrəsindən heç kəsə sms göndərmədiyini bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, E.X8 məxsus olduğunu iddia etdiyi ***-***-**-** saylı nömrəyə xx.xx.2024-cü il tarixdə saat 10:49 radələrində zəng edərək 5 saniyə müddətində danışmışdır. Həmçinin elektron informasiya sistemindən əldə edilmiş X4, həmçinin iş üzrə şahid digər polis əməkdaşlarına məxsus əlaqə məlumatlarına baxılan zaman iddia edilən ***-***-**-** saylı mobil nömrənin heç birinə aid olmadığı müəyyən edilmişdir. Göründüyü kimi bu hissədə də Təqsirləndirilən şəxs ifadəsində həmin nömrəyə yenidən zəng etmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş sübutlarla həmin nömrəyə yenidən zəng etmə faktı öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olması və onun 3-cü qrup əlil olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablamalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6987 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 95,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cÜ il tarixli, BKC/LGL-16881/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 95,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-16881/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar