Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-193/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ortaixtisas təhsilli, məhkumluğu olmayan, ailəli, Bakı şəhəri, Yasamal rayonu ərazisində «Fatimə» aptektə satıcı işləyən, Sumqayıt şəhəri, 42ci məhəllə, ev 8, mənzil 3-də qeydiyyatda olan və yaşayan,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs «Covid-19» virusuna yoluxduğu halda, 21.11.2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvanı tərk edərək dərman almaq üçün yaşadığı evin yaxınlığındakı aptekə gedərək xüsusi karantin rejimi dövründə epidemiya əleyhinə rejimi eləcədə sanitariyagigiyena və karantın rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 17.11.2020-ci il tarixdə onun qızdırması olduğu üçün «Covid-19» virusuna yoluxa biləcəyindən şübhələnmişdir. Buna görə də təcili yardıma zəng etmişdir. Təcili yardım həkimi gəlib ondan və ailə üzvlərindən analiz götürmüşdür. İki gündən sonra onun mobil telefonuna analizin nəticəsinin pozitiv olması ilə bağlı mesaj gəlmişdir. Bundan sonra, yəni ona mesag gəldikdən sonra diaqnozda əmin olmaq üçün o və anası «Kamed» Tibb Mərkəzinə gedərək kompüter tomoqrafiyası elətdirmişlər. Bundan sonra sahə həkimi onunla telefon əlaqəsi saxlayıb səhəti ilə maraqlanmış və ona müalicə olunması ilə bağlı resept yazmışdır. O, mobil telefonunun atası Şəmsəddinə vermişdir. Çünki həkim resepti votsap vasitəsi ilə göndərdiyindən atasının isə telefonunda votsap olmadığından o mobil telefonunu atsına vermiş və atası aptekə gedərək dərmanları almışdır.Bundan sonra atası onun mobil telefonundan istifadə etməmiş, mobil telefonunu heç kimə verməmiş və yaşayış yerini tərk etməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı təzyiq olmamışdır. Özünü təqsirli bilmir və Məhkəmədən ona bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs istintaqda elan olunmuş ifadəsindən isə görünür ki, o, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17.11.2020-ci il tarixdə onun qızdırması olduğu üçün «Covid-19» virusuna yoluxa biləcəyindən şübhələnmişdir. Buna görə də təcili yardıma zəng etmişdir. Təcili yardım həkimi gəlib ondan və ailə üzvlərindən analiz götürmüşdür. İki gündən sonra onun mobil telefonuna analizin nəticəsinin pozitiv olması ilə bağlı mesaj gəlmişdir. Bundan sonra sahə həkimi onunla telefon əlaqəsi saxlayıb səhəti ilə maraqlanmış və ona müalicə olunması ilə bağlı resept yazmışdır. Onunla birlikdə anası və həyat yoldaşı da virusa yoluxduqları üçün reseptdə göstərilən dərmanları almaq üçün o, yaxınlıqdakı aptekə getmək məcburiyyətində qalmışdır. Buna görə də 21.11.2020-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evi tərk edib yaxınlıqdakı aptekə getmişdir. O, oradan lazımı dərmanları alıb yaşadığı evə qayıtmışdır. Bundan sonra o, ev şəraitində müalicə almış və yaşadığı evi tərk etməmişdir. 15 gündən sonra sahə həkimi onu və ailə üzvlərini təkrar müayinədən keçmək üçün Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən poliklinikaya çağırmışdır. Onlar oraya getmişlər və onların səhətinin necə olması ilə bağlı maraqlanmışlar, anasını isə rentgen müayinəsindən keçirmişlər. Anasının ciyərlərində heç bir problem olmadığını bildirmişlər. Bundan sonra onlar evlərinə qayıtmışlar. Həmin tarixdən etibarən o, sərbəst şəkildə çölə çıxıb öz işləri ilə məşğul olmuşdur. O, 21.11.2020-ci il tarixdə dərman almaq üçün aptekə gedib qayıtdıqdan sonra axşam saatlarında bir nəfər onun mobil telefonuna zəng edərək özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmişdir. Polis əməkdaşı onun virusla bağlı testinin cavabının pozitiv olduğunu bildirmiş və o, onun dediklərini təsdiq etmişdir. Sonra həmin polis əməkdaşı ona bildirmişdir ki, yaşadığı evi tərk etmişdir. O, isə ona bildirmişdir ki, dərman almaq üçün aptekə gedib evə qayıtmışdır. Bundan sonra o, ona bildirmişdir ki, xəstə olduğu üçün yaşadığı yeri tərk etmək olmaz. O, isə polis əməkdaşına bir daha yaşadığı evi tərk etməyəcəyini bildirmişdir. Həmin polis əməkdaşı sonra bir dəfə də ona zəng edib ad və soyadını dəqiqləşdirmişdir. Bundan sonra o, evi tərk etməmişdir. O, özü virusa yoluxduğu üçün ətrafdakı şəxsləri də yoluxdura biləcəyini bilmişdir. Lakin o, dərman almaq məcburiyyətində qaldığı üçün yaşayış yerini bir dəfə tərk etmişdir. Bu əməlindən də peşimandır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X1 ifadəsində göstərdi ki, o, 2019-cu ildən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun xidmət etdiyi ərazidə yəni ünvan 1 ünvanında yaşayır. Polis Bölməsində koronovirus infeksiyasına yoluxmuş şəxslərin ümumiləşdirilmiş siyahısı olduğundan Təqsirləndirilən şəxs də adı həmin siyahıda var. Həmin şəxslər mütəmadi olaraq onlar tərəfindən nəzarətdə saxlanılır və onların küçəyə çıxmaması və başqa şəxsləri yoluxdurmamaları barədə profilaktiki söhbətlər aparılır. Lakin Təqsirləndirilən şəxslə apardığı telefon danışıqlarına və söhbətlərə baxmayaraq o, dəfələrlə yaşadığı evi tərk etmiş və bununlada ətrafdakı şəxslərin xəstəliyə yoluxması üçün real təhlükə yaratmışdır. Buna görə də o, bu barədə Sumqayıt ŞPİ-nin rəisinə raportla məruzə etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi X5 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs istintaq zamanı səmimi olaraq ifadə verərək onun mobil telefonuna covid 19 testinin nəticəsinin pozitiv olmasına dair mesaj gəldikdən və ona evdən çölə çıxmamasına dair xəbərdaredici mesaj gəldikdən sonra 21 noyabr 2020-ci il tarixdə evdən çıxaraq aptekə getdiyini və dərmanlarını aldığını, törətdiyi əməldən peşman olduğunu deməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 i fadəsində həqiqətən də 21 noyabr 2020-ci il tarixdə səhər saat 10-11 radələrində oğlu Fəridin mobil telefonunu götürərək aptekə getdiyini və bir neçə dəqiqədən sonra isə evə qayıtdığını bildirmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsindən 24.12.2020-ci il tarixdə daxil olmuş 1415 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Covid-19 analizinin cavabı pozitiv olduğu üçün 19.11.2020-ci il tarixdən 02.12.2020-ci il tarixədək ambulator şəraitdə müalicə almış, onunla mütəmadi əlaqə saxlanılmı və karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Sumqayıt şəhər Səhiyyə şöbəsindən 24.12.2020-ci il tarixdə daxil olmuş 1415 saylı məktub sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə 19 noyabr 2020-ci il tarixdə onun covid 19 testinin nəticəsinin müsbət olmasına,yaşayış yerini tərk edəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə xəlb olunacağına dair xəbərdarlıq mesajı gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş «Kamed» Tibb Mərkəzi tərəfindən verilmiş 13iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixində X7 Kompüter Tomoqrafiyası müayinəsindən keçmişdir. Təqsirləndirilən şəxs 21 noyabr 2020-ci il tarixdə evdə olduğunu və evdən çölə çıxmadığını, atası Şəmsəddin Ağayevin onun mobil telefonunu götürərək bir neçə dəqiqəlik aptekə getdiyini və gəldiyini bildirsə də Azərfon MMC-dən Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil telefonun 20- 21 noyabr 2020-ci il tarixlərində anten əhatə dairəsinə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon müxtəlif vaxtlarda Sumqayıt şəhəri 11-ci mikrorayon 37 A nömrəli fərdi yaşayış evini və Sumqayıt şəhəri Koroglu prospekti 251 ünvanını göstərir ki, bu da Təqsirləndirilən şəxs Covid 19 xəstəsi olduğu müddətdə mütəmadi olaraq yaşayış yerini tərk etdiyini bir daha göstərir. Həmçinin ona covid 19 xəstəsi olmasına dair təsdiqləyici mesaj gəldikdən sonra onun KT müayinəsi keçmək məqsədi ilə X8 getməsi bir daha onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi karantin rejimi dövründə epidemiya əleyhinə rejimi eləcədə sanitariya-gigiyena və karantın rejim qaydalarını pozmaqla covid 19 xəstəliyinin yayılması üçün real təhlükə yaratmış və bununla da Azərbaycan Resnpublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu iş üzrə şahid ifadələri, Azərfon MMC-dən daxil olmuş mobil telefonun antenn əhatə dairəsinə dair məlumatlar digər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs ona məxsus mobil telefonu atası Ağayev Şəmsəddinə verməsinə və sonuncunun aptekə getməsinə dair verdiyi ifadə özünümüdafiə xarakteri kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs atası X2 da məhkəmə istintaqı zamanı Fəridə məxsus mobil telefonu götürərək bir neçə dəqiqəlik aptekə getməsinə dair verdiyi ifadə də təqsirləndirilən şəxsin yaxın qohumu-atası olduğundan sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən iş üzrə olan yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır.Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) vərəqədən ibarət məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafi əçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 fevral 2021-ci il tarixli (iş № 1(060)-193/2021) qərarını icra edərək, 09 fevral 2021-ci il tarixli 86/2021 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Həmçinin Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafi əçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli (iş № 1(060)- 193/2021) qərarını icra edərək, 07 iyul 2021-ci il tarixli 684/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt filialında olan hesabına və Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Turanbank» ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd məktub cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-193/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-193/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver