Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-193/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi bağ evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə təxminən 12 iyun 2021-ci il tarixdə, gecə saat təxminən 01:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən 494 saylı bağ sahəsinə nərdivanla qalxaraq oradan şam ağacından istifadə etməklə evin hasarından həyətə enmək yolu ilə bağ evinin həyətindən 120 (yüz iyirmi) manat dəyərində bir ədəd odun samovarını gizli yolla talayaraq ona ümumilikdə 120 (yüz iyirmi) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o hərdən narkotik vasitə istifadə etmişdir. Əvvəllər məhkum olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər və oğurluq hadisəsini edən zaman tanımamışdır. 11.06.2021-ci il tarixdə sonradan adının Razi olduğunu öyrəndiyi şəxsin qonşuluğundakı həyət evində təmir işləri aparan zaman Razinin yaşadığı fərdi yaşayış evinin həyətindəki ağacın altında somavarın olduğunu görmüş, həmin somavarı oğurlamaq qərarına gəlmişdir. 12 iyun 2021-ci il tarixdə, saat 01:00 radələrində o, həmin evin hasarına yaxınlaşmış və ətrafda heç kəsin olmadığını görmüşdür. Evin kubiklə örtülü hasarını özü ilə gətirdiyi nərdivanla aşıb həyətdəki şam ağacı vasitəsilə həyətə enmişdir. Həyətə enən zaman ağacın altındakı 5 litrlik somavarı götürmüş və somavarı hasardan çölə tullayaraq özü də daha sonra orada olan şam ağacına çıxıb hasardan çölə tullanmışdır. Onun həmin həyətə daxil olan zaman somavardan başqa heç bir şey oğurlamaq niyyəti olmadığından yanlız somavarı götürüb oradan çıxmışdır. O, həmin somavarı evində gizlətmiş və 1 həftədən sonra həmin somavarı qonşusu Əhmədə satmaq qərarına gəlmişdir. Həmin şəxsə yaxınlaşaraq somavarının olduğunu və həmin somavarı maddi durumu pis olduğuna görə satmaq qərarına gəldiyini söyləmiş və somavarı ona göstərmişdir. Əhməd bu somavara görə ona yalnız 50 manat verə biləcəyini demişdir. Onlar qiymətdə razılaşmış və Əhməddən 50 manat aldıqdan sonra somavarı ona vermişdir. Aldığı pulu öz şəxsi ehtiyaclarını ödəmək üçün istifadə etmiş, oğurluq hadisəsini təkbaşına törətmiş və heçkim ona köməklik etməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs 14.01.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, bu səbəbdən də ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 494 saylı bağ evi ona məxsusdur. Yay mövsümü ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə orada yaşadığını qeyd etmişdir. Bağ evinin həyətyanı sahəsində istifadə etdiyi mis somavarı daimi olaraq həyətdə saxlamışdır.O, sonuncu dəfə somavardan istifadə edərək həyətyanı sahənin sol hasarının yanındakı yaşıllıq zolağına qoymuşdur. 17.06.2021-ci il tarixdə həmin yerə baxdıqda somavarın olmadığını aşkar etmişdir. Həmçinin 10.06.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək olan müddət ərzində daimi olaraq ailə üzvləri ilə evdə olduğunu bildirmişdir. O, gün ərzində 2-3 saatlıq müəyyən yerlərə gedərək evə qayıtmışdır. Somavarı həmin müddət ərzində və ya gecələr ailə üzvlərinin və onun yatdığı müddətdə naməlum şəxs və şəxslərin oğurladığını təxmin etdiyini göstərmişdir. O, həmin somavarı 30 il bundan əvvəl qiymətini xatırlamadığı məbləğə almışdır. Qeyd etmişdir ki, həmin somavar 5 litrlik odun somavarıdır və mis-latun materialındandır. Eləcə də, o, ifadəsində oğurluq hadisəsi nəticəsində ona 150 manat məbləğində maddi ziyan dəydiyini və şübhələndiyi şəxs və ya şəxslərin olmadığını göstərmişdir. Məhkəmədə şahid X1 ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamış və heç bir psixi xəstəlik keçirtməmişdir. O, Təqsirləndirilən şəxs tanımış, həmin şəxs onunla qonşuluqda yerləşən bağ evində yaşayır. Bir neçə ay əvvəl Mirzə əlində odun somavarı ilə onun yaşadığı bağ evinə gəlmişdir. Mirzə ona həmin odun somavarını satmaq istədiyini, qaynaq aparatı almaq üçün pula ehtiyacı olduğunu və bu səbəblə həmin somavarı satmaq istəyini demişdir. O, Somavarın qiymətini soruşduqda Mirzə ona 80 manata satacağını demişdir. Onlar aralarında razılaşmışlar və həmin somavara görə Mirzəyə 50 manat pul ödəyərək almışdır. Daha sonra polis idarəsindən ona zəng gəlmiş və polis əməkdaşları həmin somavarın oğurluq olduğu bildirmişlər. Təqsirləndirilən şəxs somavar alan zaman həmin əşyanın oğurluq olduğunu bilməmiş, polis əməkdaşları ona bu haqqda məlumat verdikdən sonra öyrənmiş, Mirzə həmin somavarın özünə aid olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 iyul 2021-ci il tarixli, 9/4255 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istismar nəticəsində üzərində olan markalanma göstəriciləri silinmiş, təxminən 05 litr su tutumlu, mis-altun materialından olan odun somavarın 2021 ilin iyun ayına olan orta bazar qiyməti təxminən 120.0 manat müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir ədəd istifadə olunmuş, təxminən 5 litr su tutumlu, mis-altun materialından olan odun somavarı Zərərçəkmiş şəxs sərəncamına verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30.10.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd istifadə olunmuş, təxminən 5 litr su tutumlu, misaltun materialından olan odun somavarı Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06.01.2022-ci il tarixli (iş № 1(060)-193/2022) qərarını icra edərək, 10.01.2022-ci il tarixli 044/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi bağ evini tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd istifadə olunmuş, təxminən 5 litr su tutumlu, misaltun materialından olan odun somavarı Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-193/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-193/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver