Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-194/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 19-cu, məhəllə, ev 17, mənzil 17-də yaşayan, Sumqayıt şəhəri 41-ci məhəllə, ev 7, mənzil 60-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.08.2020-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə “Fəxri” marketin yaxınlığında Zərərçəkmiş şəxs narkotik vasitələrin qəbulunda şühbhələndiyi üçün aralarında yaranmış mübahisə zamanı sonuncunun başından və bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə vuraraq ona sol bazunun yuxarı 1/3-nin oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı, sağ kürəkaltı nahiyyənin, sol bazu oynağının, sol dizin sıyrıqları kimi sağlamlığın qısa müddətli pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X1 uşaqlıqdan tanıyır və o əvvəllər onlara yaxınlıqdakı 18-ci məhəllədə yaşayıb, hal-hazırda oradan köçərək Sumqayıt şəhəri 6-cı mikrorayonda yaşayır. Cavidin qardaşıgil isə 18-ci məhəllədə yaşayır. Valehlə isə eyni məhəllədə yaşayır. 08.08.2020-ci il tarixdə, saat 21 radələrində evdən çıxaraq çörək almaq üçün yaxınlıqda yerləşən Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən «Fəxri» marketə gedib çörək alıb evə qayıdanda həyətdə təsadüfən yaşadığı evin podyezdinin qarşısında Cavidlə rastlaşmış, ona çörəyi evə qoyub qayıdacaqını demiş və evdən qayıtdıqdan sonra birlikdə yaşadığı binanın podyezdinə girmişdir. Həmin vaxt podyezdə yaşadığı evin 1-ci mərtəbəsində qapının qarşısında təxminən 5-6 nəfər narkoman dayandığını görmüş, onlardan birini, yəni Valehi tanımışdır. Bundan sonra onların üstünə qışqırıb podyezdən çıxıb getmələrini demiş və onlardan 2-3-ü qaçıb getmişlər. Onlardan biri mənim tanıdığım Valeh və digər 2 nəfər tanımadığı şəxs imiş, o, Cavidlə birlikdə onları itələyərək çölə çıxartmış, onlardan biri olan sonradan adının Seymur kimi bildiyi şəxsi üzündən bir yumruq vurub itələyib çölə çıxardarkən o arxası üstə gedib yerə yıxılmışdır. Daha sonra Seymur yerdən qalxmışdır. O, Valehə dostlarını evinə salmağı məsləhət görən zaman Valeh üzr-haqlıq edərək Seymur və digər 1 nəfər tanımadığı şəxslə birlikdə çıxıb getmişdirlər. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, spid və gepatit C xəstəliyindən əziyyət çəkir, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 dəfə məhkum olunmuş və məhkum olduğu vaxtlarda Valeh adlı şəxslə tanış olmuşdur. 08.08.2020-ci il tarixdə saat 21:00 radələrində dərman almaq üçün Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən “Fəxri” aptekə getmək üçün evdən çıxmış, Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən 10 saylı məktəbin yanından keçərkən məhkum yoldaşı Valehlə qarşılaşmış, onunla söhbət edərkən üç nəfər tanımadığı şəxs yaxınlaşmış, onlarla görüşdükdən sonra onların Valehin tanışları olduğunu başa düşmüş, həmin şəxslərdən ikisi Valehlə kənara çəkilib söhbət etməyə başlamış, biri isə oradan kənarlaşıb avtomobilinə getmişdir. Valehlə həmin iki nəfər arasında mübahisə yaranmağa başlamış, tanımadığı şəxslərdən biri digərini sakitləşdirməyə başlamış, tanımadığı bir nəfər yaşlı kişi onları sakitləşdirməyə çalışmış, Valehlə mübahisə edən şəxslərdən biri yaxınlaşıb bu məhələdə nə gəzdiyini soruşmuş, o, cavab olaraq dərman almaq üçün gəldiyini dedikdə Nemət mübahisə etməyə başlayaraq çıxıb getməyi xahş demiş, o, isə Valehi gözlədiyini dediyi üçün aralarlarında mübahisə yaranmış, mübahisə zamanı Nemət onu vuraraq xəsarət yetirmişdir. Həmin şəxsin Valehə yaxınlaşmasında istifadə edərək oradan uzaqlaşmış, sonradan Valehdən həmin şəxsin Nemət olduğunu öyrənmişdir. Bir neçə gün sonra Nemət yanına gələrək üzürxahliq edib çıxıb getmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 12.08.2020-ci il tarixli 936 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Əskər oğlunun bədəni üzərində sol bazunun yuxarı 1/3-nin oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi, qançırı, sağ kürəkaltı nahiyyənin, sol bazu oynağının, sol dizin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığıa yüngül zərərvurmaya aid xəsarətlər vardır. Həmin xəsarətlər 08.08.2020-ci il tarixə uyğundur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-194/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-194/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver