Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-194/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müdddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 66.5-ci maddəsi tətbiq edilərək üzərində 02 il 04 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, çəkilməmiş 01 il 04 ay 04 gün cəzası olan, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 145 nömrəli çox mənzilli, hündür mərtəbəli yaşayış binasının blokuna açıq olan giriş qapısından daxil olaraq, Zərərçəkmiş şəxs2 mənzilinin yerləşdiyi mərtəbənin dəhlizindən sonuncuya məxsus 1 ədəd “Berkut” markalı, 260 manat dəyərində velosipedi götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xx.xx.2022- ci il tarixdə, saat 23:05 radələrində Zərərçəkmiş şəxs1 Şəmsəddin qızının yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən, 79 nömrəli, çox mənzilli, hündür mərtəbəli yaşayış binasının blokuna açıq olan giriş qapısından daxil olaraq Zərərçəkmiş şəxs1 mənzilinin yerləşdiyi mərtəbənin dəhlizindən sonuncuya məxsus 1 ədəd “Anmier” markalı, 450 manat dəyərində velosipedi götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 Şəmsəddin qızma ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xx.xx.2022- ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən, 22 nömrəli çox mənzilli, hündür mərtəbəli yaşayış binasının blokuna açıq olan giriş qapısından daxil olaraq Zərərçəkmiş şəxs3 mənzilinin yerləşdiyi mərtəbənin dəhlizindən sonuncuya məxsus 1 ədəd “Saft” markalı, 170 manat dəyərində velosipedi götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xx.xx.2022- ci il tarixdə, saat 00:50 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllə ərazisində yerləşən, 79 nömrəli, çox mənzilli, hündür mərtəbəli yaşayış binasının blokuna açıq olan giriş qapısından daxil olaraq, Zərərçəkmiş şəxs4 mənzilinin yerləşdiyi mərtəbənin dəhlizindən sonuncuya məxsus 1 ədəd “Ural” markalı, 380 manat dəyərində velosipedi götürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilkdə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 4 ədəd ayrı-ayrı şəxslərə məxsus velosipedləri oğurlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15:30 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 145 nömrəli çox mərtəbəli yaşayış binasının blokuna girərək binanın neçənci mərtəbəsində olduğunu dəqiq xatırlamadığı, Zərərçəkmiş şəxs2 məxsus olduğunu sonradan öyrəndiyi 1 ədəd “Berkut” markalı velosipedi oğurlayaraq elə həmin tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində onunla qonşuluqda yaşayan Asif adlı şəxsin adını xatırlamadığı qardaşına Asifin vasitəçiliyi ilə dəqiq xatırlamadığı qiymətə satmışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 23:05 radələrində Sumqayıt şəhəri, birləşmiş məhəllə kimi tanınan 7-8-12-ci məhəllə ərazisində yerləşən, 79 nömrəli çox mərtəbəli yaşayış binasının blokuna girərək binanın neçənci mərtəbəsində olduğunu dəqiq xatırlamadığı, Zərərçəkmiş şəxs1 Şəmsəddin qızına məxsus olduğunu sonradan öyrəndiyi 1 ədəd “Anmier” markalı velosipedi oğurlayaraq səhəri gün günorta saatlarında, yenə Asifin vasitəçiliyi ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Asifin qardaşına 26 manata satmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən, 22 nömrəli çox mərtəbəli yaşayış binasının blokuna girərək binanın neçənci mərtəbəsində olduğunu dəqiq xatırlamadığı, Zərərçəkmiş şəxs3 məxsus olduğunu sonradan öyrəndiyi 1 ədəd “Saft” markalı velosipedi oğurlayaraq aparmış, səhəri gün sözügedən velosipedi Corat bağları ərazisində yaşayan Azad adlı şəxsə, Corat qəsəbəsi ərazisində yerləşən 7 nömrəli məktəbin yanında 20 manata satmışdır. Həmçinin o, Zərərçəkmiş şəxs4 məxsus olduğunu sonradan öyrəndiyi 1 ədəd “Ural” markalı velosipedi xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində taksi ilə Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gedib əvvəllər də Zərərçəkmiş şəxs1 məxsus “Anmier” markalı velosipedi oğurladığı 79 nömrəli çox mənzilli hündür mərtəbəli evin “komendant’ından həmin binada yerləşən mənzillərdən birinə qonaq gəldiyini bildirib binanın qapısını açmasını xahiş etmiş, “komendant” qapını açdıqdan sonra o, binaya daxil olub liftlə ən üst mərtəbəyə çıxmış və hansı mərtəbədə velosiped olduğunu yoxlayıb oğurlamaq məqsədi ilə yenidən pilləkənlərlə aşağı düşmüş, hansı mərtəbədə olduğunu dəqiq xatırlamadığı sözügedən velosipedi, mənzilin qapısının qarşısından oğurlayıb liftə minərək aşağı enmiş və velosipedi sürərək binadan çıxıb getmiş və səhəri günü satmışdır. O, velosipedlərin satışından əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin oğurluqları tək etmiş. Hər hansı şəxs ona köməklik etməmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 Şəmsəddin qızı ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə onunla eyni mənzildə yaşayan 10 yaşlı bacısı qızı Zəhra ona məxsus olan “Anmier” markalı velosipedi bir qədər sürüb sonra təxminən saat 11 radələrində yaşadıqları binanın blokunda, mənzilin giriş qapısnın qarşısında saxlamışdır. Təxminən saat 22:30 radələrinədək həmin velosiped mənzilin qarşısında olmuşdur. Gecə saatlarında, yəni xx.xx.2022-ci il tarixdə saat 03:40 radələrində o, bəzi tullantı şeyləri səhəri gün atmaq məqsədi ilə mənzildən çıxardıb binanın blokuna qoyarkən sözügedən velosipedinin yerində olmadığını aşkar etmiş və velosipedin oğurlandığını anlamışdır. “Anmier" markalı velosipedi xx.xx.2022-ci il tarixdə təzə vəziyyətdə 800 manata almış, oğurlandığı günədək istifadə edilmiş, həmin “Anmier" markalı velosipedin 26 ölçülü, qırmızı rəngli olduğunu, Türkiyə Respublikasında istehsal edildiyi barədə məlumat vardır. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə onun 14 yaşlı oğlu Məhəmməd ona məxsus olan “Berkut” markalı velosipedi bir qədər sürüb sonra təxminən saat 13 radələrində evə qayıtmış və o, həmin velosipedi zəncirlə yaşadığı binanın blokunda, mənzilinin giriş qapısının sol tərəfindəki su borusuna bərkitmişdir. Təxminən saat 18:00 radələrində o, sözügedən velosipedi götürmək istədikdə velosipedin yerində olmadığını aşkar etmiş və naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Daha sonra o, qonşunun mənzilinin video və foto qeydiyyat cihazına baxdıqda xx.xx.2022-ci il tarixdə saat 15:33-də tanımadığı, təxminən 30-35 yaşlarında olan bir nəfər kişinin ona məxsus “Berkut" markalı velosipedi bərkidildiyi su borusundan açaraq oğurladığını özündə əks etdirən foto və video görüntü olduğunu müəyyən etmişdir. Oğurlanan 29 ölçülü, göy rəngli, 2021-ci il tarixdə Rusiya Federasiyasında istehsal olan “Berkut” markalı velosipedi xx.xx.2021-ci il tarixdə təzə vəziyyətdə 500 manata almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə onun az yaşlı övladı Azad ona məxsus olan “Saft” markalı velosipedi bir qədər sürüb sonra təxminən saat 11 radələrində yaşadıqları binanın blokunda, mənzilinin giriş qapısının qarşısında saxlamış, təxminən saat 19:00 radələrinədək həmin velosiped mənzilin giriş qapısının qarşısında olmuşdur. Həmin gün saat 19:55 radələrində o, mənzilindən binanın blokuna çıxdıqda sözügedən velosipedinin yerində olmadığını aşkar etmişdir. O, yaşadığı binanın müşahidə kameralarının yaddaş görüntülərinə baxdıqda velosipedinin təxminən 30-35 yaşlarında, nisbətən arıq bədən quruluşlu şəxs tərəfindən oğurlandığını görmüşdür. 26 ölçülü, əl əyləcli, sürət qutulu, 2022-ci il tarixdə istehsal olunnuş, ağ və mavi rəngli velosipedi xx.xx.2022-ci il tarixdə təzə vəziyyətdə 250 manata almışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsindən görünür ki, onun az yaşlı oğlu xx.xx.2022-ci il tarixdə ona məxsus olan "Ural" markalı velosipedi bir qədər sürüb sonra yaşadıqları binanın blokunda mənzillərinin giriş qapısının qarşısında saxlamışdır. Təxminən saat 22:00 radələrinədək o, işdən evə qayıdarkən həmin velosiped mənzilin qarşısında olmuşdur. Səhəri gün saat 05:30 radələrində o, işə gedərkən sözügedən velosipedinin yerində olmadığını aşkar etmiş və belə olan halda o, başa düşmüşdür ki, xx.xx.2022-ci il saat 22:00 radələrindən xx.xx.2022-ci il saat 05:30 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər binanın blokuna girib mənzilin qarşısından ona məxsus “Ural” markalı velosipedi oğurlamışdır. Həmçinin Zərərçəkmiş şəxs4 ifadəsində oğurlanan “Ural" markalı velosipedini xx.xx.2022-ci il tarixdə təzə vəziyyətdə 600 manata aldığını, oğurlandığı günədək istifadə edildiyi üçün hazırkı dəyərinin 420 manat olduğunu, həmin “Ural" markalı velosipedin 26 ölçülü, əl əyləcli, sürət qutulu, qara rəngli, əl əyləci isə ağ rəngli olduğunu, 2022-ci il tarixdə Rusiya Federasiyasında istehsal olunduğunu, velosipedinin kim tərəfindən oğurlandığını əvvəllər bilməsə də, sonradan velosipedinin Corat qəsəbəsində yaşayan Mayıl adlı şəxs tərəfindən oğurlanmasını öyrəndiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən Araz super marketdə mühafizəçi vəzifəsində işləyir, işdən sonra isə “Maxsim” şirkətində taksi fəaliyyətiməşğul olur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə təxminən saat 00:45 radələrində “Maxsim” şirkətindən ona yönləndirilən taksi sifarişini qəbul etmiş və sifariş etmiş müştərini xatırlamadığı ünvandan götürüb Sumqayıt şəhəri, birləşmiş məhəllə ərazisində yerləşən hündürmərtəbəli yaşayış binasının qarşısına aparmışdır. Həmin müştəri taksi xidmətinin pulunu ödəyib binanın qarşısında avtomobildən enərək binaya tərəf getmiş, o isə ərazidən uzaqlaşmışdır. Dəqiq xatırlamır, lakin sözügedən müştəri Təqsirləndirilən şəxs oxşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən 79 nömrəli çox mənzilli hündür mərtəbəli evin onun rəhbəri olduğu Uğur 15 MTK tərəfindən inşa edilərək mənzillər ayrıayrı şəxslərə satılmışdır. Hazırda həmin binanın struktur işlərinə rəhbərlik edir. xx.xx.2022ci il tarixdə sözügedən 79 nömrəli evin sakinlərindən biri olan Zərərçəkmiş şəxs1 onun ofisinə yaxınlaşaraq Sevincə məxsus “Anmier” markalı velosipedin, yaşadığı 76 saylı mənzilin giriş qapısının qarşısından, binanın blokundan oğurlandığını, bu barədə polisə məlumat verdiyini bildirərək velosipedin kim tərəfindən oğurlanmasını müəyyənləşdirmək üçün binanın müşahidə kameralarının videogörüntülərinə baxmağı xahiş etmişdir. Ancaq həmin ərəfələrdə binanın müşahidə kameraları işləmədiyi üçün Zərərçəkmiş şəxs1 məxsus velosipedin oğurlanması faktının video görüntüləri qeydə almadığından oğurluq hadisəsinin kim tərəfindən törədilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə həmin binanın sakinlərindən biri olan Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə onun ofisinə yaxınlaşaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, Zərərçəkmiş şəxs4 məxsus “Ural” markalı velosipedin sonuncunun yaşadığı 85 saylı mənzilin giriş qapısının qarşısından, binanın blokundan oğurlandığını, bu barədə polisə məlumat verəcəyini bildirərək velosipedin kim tərəfindən oğurlanmasını müəyyənləşdirmək üçün binanın müşahidə kameralarının videogörüntülərinə baxmağı xahiş etmişdir. Müşahidə kameralarının yaddaş görüntülərinə baxdıqda məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə, saat 00:55 radələrində, təxminən 30-35 yaşlarında bir kişi binanın giriş qapısına yaxınlaşaraq həmin vaxt növbədə olan binanın gözətçisi X2 binanın qapısını açmasını xahiş etmiş, gözətçi binanın qapısını açdıqdan sonra həmin şəxs binaya daxil olmuş, təxminən 5-10 dəqiqədən sonra binaya daxil olan həmin şəxs bir ədəd velosipedi, yəni Zərərçəkmiş şəxs4 məxsus velosipedi sürərək binanı tərk edib getmişdir. Bundan sonra ona da məlum olmuşdur ki, Zərərçəkmiş şəxs4 məxsus Ural markalı velosipedi təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 5 il müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs onun icarəyə götürüb işlətdiyi avtomobil yuma məntəqəsində yuyucu kimi çalışmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmiş, o, Sumqayıt şəhəri, dənizkənarı ərazidə yerləşən Narınqala restoranında olduğunu bildirib Mayıldan həmin yerə getməsini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra Mayıl onun yanına getmiş və pula ehtiyacı olduğu üçün qardaşı oğluna məxsus velosipedi ucuz qiymətə satdığını bildirib həmin velosipedi ona göstərmişdir. O, velosipedi almağa razılaşmış və restorandan çıxdıqdan sonra Mayılla görüşüb velosipedi götürəcəyini bildirmişdir. Mayıl pula ehtiyacı olduğu üçün velosipedin pulunu, yəni 20 manat pulu öncədən ödəməsini istəmiş, o, Mayılın istəyi ilə razılaşmış və Mayıla 20 manat pul ödəyərək velosipedi alıb restoranın həyətində bir kənarda saxlamışdır. Ancaq o, restoranı tərk edərkən sərxoş olduğu üçün həmin velosipedi götürməyi unutmuşdur. Səhəri gün o, sözügedən velosipedi götürmək üçün Narınqala restoranına getsə də, həmin velosipedi orada tapa bilməmişdir. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs ona satdığı velosipedin “Saft” markalı, 26 ölçülü, əl əyləcli, sürət qutulu, ağ və mavi rəngli olduğunu, o, yalnız polis idarəsinə dəvət edildikdən sonra Mayılın ona satdığı velosipedi oğurlayaraq əldə etməsini öyrəndiyini, Mayılın ona 1 ədəd “Saft” markalı velosipeddən əlavə heç bir velosiped satmadığını qeyd etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən müddətdir ki, tanıyır. Mayıl onun yaşadığı ünvanın yaxınlığında yaşayır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Mayılı onun yaşadığı evin yaxınlığında ətrafına uşaqların yığışdığını görüb Mayıla yaxınlaşdıqdan sonra Mayılın 1 ədəd göy rəngli, “Berkut” markalı velosiped satdığı üçün məhəllədə yaşayan uşaqların Mayılın ətrafına yığışdıqlarını öyrənmişdir. O, velosipedi neçəyə satdığını soruşduqda Mayıl həmin velosipedi 100 manata satdığını bildirmişdir. O, 100 manat çox olduğunu bildirərək həmin velosipedi nisbətən ucuz qiymətə almaq istədiyini bildirmişdir. Mayıl onunla razılaşmış və o, sözügedən 29 ölçülü, əl əyləcli, sürət qutulu, göy rəngli Berkut markalı velosipedi 80 (səksən) manat ödəyərək almışdır. O, həmin velosipedi hardan əldə etdiyini soruşduqda Mayıl özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Mayıl onun yaşadığı məhəlləyə gedərək özünə məxsus olan digər bir velosipedi də satdığını bildirib almaq istəyib-istəmədiyini soruşmuş, o, özü almaq istəməsə də, onun qardaşı Adilin övladına velosiped almaq istədiyini bildirib, qardaşı Adillə telefon vasitəsi ilə danışıb Mayılı, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yaşayan qardaşı Adilin yanına göndərmişdir. O, sonradan öyrənmişdir ki, onun qardaşı Adil həmin velosipedi 200 manat ödəyərək Mayıldan almışdır. Həmçinin Şahid2 ifadəsində sözügedən velosipedi bir neçə gün istifadə etdikdən sonra velosipedin onun ehtiyatsızlığından hərəkətdə olan yük avtomobilinin altında qalıb yararsız hala düşdüyü üçün o, həmin velosipedi atdığını, bu səbəbdən də velosipedi təqdim edə bilmədiyini, “Berkut” markalı velosipedi Mayıldan alarkən həmin velosipedi onun qardaşı oğlu üçün almaq istədiyini bildirsə də həmin velosiped onun qardaşı Adilin xoşuna gəlmədiyindən o, velosipedi özü istifadə etdiyini, bu səbəbdən də Mayıl ifadəsində həmin velosipedi onun vasitəçiliyi ilə qardaşına satmasını bildirdiyini qeyd etmişdir. Eyni zamanda Şahid2 ifadəsində qeyd etmişdir ki, o, yalnız polis idarəsinə dəvət edildikdən sonra Mayılın həmin velosipedləri oğurlayaraq əldə etdiyini öyrənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qardaşı Asifin vasitəçiliyi ilə tanıdığını qeyd edərək bildirmişdir ki, qardaşı Asif onun az yaşlı oğluna velosiped almaq istədiyini bildiyi üçün xx.xx.2022-ci il tarixdə, günorta saatlarında ona zəng edərək Asiflə qonşuluqda yaşayan Mayıl adlı şəxsin özünə məxsus velosipedi satdığını və velosipedin saz vəziyyətdə olduğunu bildirib almaq istəyibistəmədiyini soruşmuş, o, velosipedə baxmaq istədiyini, xoşuna gələcəyi təqdirdə alacağını bildirmişdir. Buna görə də qardaşı Asif Mayılı onun yanına göndərmişdir. Az müddət sonra Mayıl satdığı velosipedlə birlikdə onun yanına getmiş, Sumqayıt şəhəri, 18ci mikrorayon ərazisində o, yaşadığı evin yaxınlığında Mayılla görüşmüş, Mayılın apardığı “Anmier” markalı velosiped onun xoşuna gəldiyi üçün velosipedi almaq qərarına gəlmişdir. Öncə Mayıl velosipedi 260 manata satdığını bildirsə də sonradan velosipedi ona 200 manata satmağa razılaşmış və o, həmin pulu ödəyib velosipedi Mayıldan almışdır. Həmçinin Şahid2 ifadəsində Təqsirləndirilən şəxs aldığı velosipedin “Anmier” markalı, 26 ölçülü, əl əyləcli, sürət qutulu, qırmızı rəngli olduğunu, həmin velosipedi əvvəllər onunla qonşu məhəllədə kirayədə yaşayan, adını xatırlamadığı şəxsə 180 manata satdığını, bu səbəbdən də, velosipedi təqdim edə bilməyəcəyini, polis idarəsinə dəvət edildikdən sonra Mayılın həmin velosipedi oğurlayaraq əldə etdiyini öyrəndiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədovun xx.xx.2022-ci il tarixli qərarı, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyevin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarları ləğv edilərək fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şamil Məmmədovun icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bir daha Zərərçəkmiş şəxs1 məxsus, Zərərçəkmiş şəxs2 məxsus və Zərərçəkmiş şəxs3 məxsus velosipedləri oğurlaması ilə bağlı ilkin ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Nizami küçəsi 111-də xx.xx.2022-ci il tarixdə saat 21:05-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, 1 ədəd qovluq və həmin qovluqda videogörüntü olması müəyyən edilir. Həmin qovluqda 00:35 saniyədən ibarət videogörüntü var. Həmin video görüntüntüyə baxdıqda təxminən 30-35 yaşlarında, arıq bədən qurluşlu kişinin əlində bir ədəd velosipedlə binanın pilləkənləri ilə yuxarı mərtəbədən aşağı mərtəbəyə düşərək binanın qapısından çıxıb getməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki həmin şəxsin o, özü olduğunu qeyd edərək bildirdi ki, baxış keçirilən videogörüntünün onun xx.xx.2022-ci il tarixdə, təxminən 19:30 radələrində, Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən, 22 nömrəli çox mərtəbəli yaşayış binasının blokuna girərək binanın neçənci mərtəbəsində olduğunu dəqiq xatırlamadığı, Zərərçəkmiş şəxs3 məxsus olduğunu sonradan öyrəndiyi 1 ədəd “Saft” markalı velosipedi oğurlayaraq binadan çıxıb getməsinin videogörüntüsü olduğunu qeyd edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış NK-1/2455 nömrəli ilkin yoxlama materialı ********* nömrəli cinayət işinə əlavə edilib araşdırması davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, 1 ədəd qovluq və həmin qovluqda videogörüntü olması müəyyən edilir. Həmin qovluqda 01 dəqiqə 50 saniyədən ibarət videogörüntü var. Həmin video görüntüntüyə baxdıqda xx.xx.2022-ci il tarixdə, saat 00:58də hərəkətdə olan avtomobilin binanın qarşısında dayandığını və təxminən 30-35 yaşlarında, arıq bədən qurluşlu kişinin həmin avtomobil tərəfdən binanın giriş qapısına doğru irəliləyərək qapının qarşısında bir qədər dayanıb sonra sağ tərəfə hərəkət etməsi müşahidə olunur. Bu zaman həmin şəxs müşahidə kamerasının görüntüsündən itsə də, yenidən binanın giriş qapısının yanına qayıdır. Videogörüntünün 01:25-ci anında digər bir şəxs-təxminən 55-60 yaşlarında olan kişi həmin şəxsə yaxınlaşaraq binanın giriş qapısını özündə olan elektron açarla açır və az öncə binanın giriş qapısına yaxınlaşan həmin şəxs binanın içərisinə daxil olduqdan sonra qapını açan şəxs gəldiyi istiqamətdə də geri qayıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki binanın giriş qapısına ilk yaxınlaşan həmin şəxsin o, özü olduğunu qeyd edərək bildirdi ki, o, velosiped oğurlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 00:50 radələrində taksi ilə Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllə ərazisində yerləşən 79 nömrəli binanın qarşısına gedib, taksidən enərək binanın giriş qapısına yaxınlaşmış, ancaq giriş qapısı bağlı olduğu üçün binaya daxil ola bilməmiş və bu səbəbdən də həmin binanın gözətçisinə yaxınlaşıb binada yaşayan sakinlərdən birinin mənzilinə qonaq gəldiyini yalan deyib gözətçidən qapını açmasını xahiş etmiş, gözətçi elektron açarla qapını açdıqdan sonra o, binaya daxil olaraq Zərərçəkmiş şəxs4 adlı şəxsə məxsus olduğunu sonradan öyrəndiyi “Ural” markalı velosipedi oğurlayaraq çıxıb getmiş və onun bu hərəkətləri müşahidə kamerası vasitəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, 11, 12 və 13 rəqəmləri yazılmış 3 ədəd qovluq və hər 3 qovluqda videogörüntülər olması müəyyən edilir. 11 rəqəmi yazılmış qovluqda 00:16 saniyədən ibarət videogörüntü var. Həmin video görüntüntüyə baxdıqda xx.xx.2022ci il tarixdə, saat 00:59-da təxminən 30-35 yaşlarında, arıq bədən qurluşlu kişinin binanın giriş qapısından binaya daxil olaraq dəhlizlə içəriyə doğru irəlilədiyi müşahidə olunur. 13 rəqəmi yazılmış qovluğa baxdıqda orada 00:10 saniyədən ibarət videogörüntü olması müəyyən edilir. Həmin videogörüntüdə 11 rəqəmi yazılmış qovluqdakı video görüntüdə müşahidə edilən şəxsin 1 ədəd velosipedi öz yanı ilə sürüb binanın qapısından çıxartması müşahidə olunur. 12 rəqəmi yazılmış qovluğa daxil olduqda orada 00:07 saniyədən ibarət videogörüntü var və videogörüntüya baxdıqda həmin video görüntünün 11 rəqəmi yazılmış qovluqdakı video görüntünün davamı olması müəyyən edilir. Belə ki, 12-ci qovluqdakı videogörüntüya baxdıqda tam aydın olur ki, 11 və 13-cü qovluqdakı videogörüntülərdə müşahidə olunan şəxs velosipedi binanın qapısından bayıra çıxartdıqdan sonra velosipedi sürərək oradan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hər üç videogörüntüdəki həmin şəxsin o, özü olduğunu və həmin videogörüntülərin onun xx.xx.2022-ci il tarixdə, saat 00:50 radələrində, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən 79 nömrəli binaya, binanın gözətçisi qapını açdıqdan sonra daxil olaraq Zərərçəkmiş şəxs4 məxsus olduğunu sonradan öyrəndiyi “Ural” markalı velosipedi oğurlaması faktının görüntüləri olmasını bildirdi. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-396/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 396/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Şəmsəddin qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müdddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müdddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 02 il 04 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-372/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bərat verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-71917/21 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 2 2. 66.5, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisiin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, çəkilməmiş cəzası 01 il 04 ay 04 gün təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1667, 1668 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, ailə tərkibi atası-xx.xx.1953-cü il təvəllüdlü Mayılov Tofiq Mayıl oğlu, bacısı-xx.xx.1978-ci il təvəllüdlü X8, bacısı-xx.xx.1980-ci il təvəllüdlü X4, qardaşıxx.xx.1981-ci il təvəllüdlü X10, bacısı-xx.xx.1983-cü il təvəllüdlü X6, bacısı-xx.xx.1986-cı il təvəllüdlü X5, qardaşı-xx.xx.1987-ci il təvəllüdlü X11, qardaşı-xx.xx.1991-ci il təvəllüdlü X12, qardaşı oğlu-xx.xx.2014-cü il təvəllüdlü X7 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7478 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 4 ədəd velosipedin markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən xx.xx.2022-ci il tarixdə təzə vəziyyətdə 800 manata alınaraq oğurlandığı xx.xx.2022-ci il tarixinədək istifadə edilmiş, saz vəziyyətdə olan, 26 ölçülü, əl əyləcli, sürət qutulu, 2021-ci il tarixdə Türkiyə Respublikasında istehsal olunmuş, 1 ədəd “Anmier” markalı velosipedin xx.xx.2022-ci il tarixə 550 manat, xx.xx.2021-ci il tarixdə təzə vəziyyətdə 500 manata alınaraq oğurlandığı xx.xx.2022-ci il tarixinədək istifadə edilmiş, saz vəziyyətdə olan 29 ölçülü, əl əyləcli, sürət qutulu, 2021-ci il tarixdə Rusiya Federasiyasında istehsal olunmuş, 1 ədəd “Berkut” markalı velosipedin xx.xx.2022-ci il tarixə 260 manat, xx.xx.2022-ci il tarixdə təzə vəziyyətdə 250 manata alınaraq oğurlandığı xx.xx.2022-ci il tarixinədək az istifadə edilmiş, saz vəziyyətdə olan 26 ölçülü, əl əyləcli, sürət qutulu, 2022-ci il tarixdə istehsal olunmuş, 1 ədəd “Saft” markalı velosipedin xx.xx.2022-ci il tarixə 170 manat, xx.xx.2022-ci il tarixdə təzə vəziyyətdə 600 manata alınaraq oğurlandığı xx.xx.2022-ci il tarixinədək az istifadə edilmiş, saz vəziyyətdə olan 26 ölçülü, əl əyləcli, sürət qutulu, 2022ci il tarixdə Rusiya federasiyasında istehsal olunmuş, 1 ədəd “Ural” markalı velosipedin xx.xx.2022-ci il tarixə 380 manat, ümumilikdə 1360,00 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, cinayət işinin istintaqı zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və hər iki şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək bir-birlərinin üzünə qarşı demişlər. Belə ki, Təqsirləndirilən şəxs Şahid1 1 ədəd “Saft” markalı və 1 ədəd “Ural” markalı velosiped satdığını bildirsə də, Şahid1 Təqsirləndirilən şəxs yalan danışdığını deyərək sonuncunun ona cəmi 1 ədəd “Saft” markalı velosiped satdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxslərin həmin əşyaların oğurluq olduğunu bilməsi istintaq zamanı sübuta yetmədiyindən Azərbaycan Respublikası CPM- nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən iş üzrə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma məxsus “Saft” markalı velosipedin və zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus “Ural” markalı velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması faktının videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Şəmsəddin qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Yəni oğurlanan velosiped ona geri qaytarılmışdır. Heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Şəmsəddin qızına, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müdddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən CM-nin 66.5-ci maddəsi tətbiq edilərək üzərində 02 il 04 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, çəkilməmiş 01 il 04 ay 04 gün cəzası qalmışdır. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən 01 il azaldıldıqdan sonra çəkilməmiş qalan 01 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan üç ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-922/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1942 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən 01 il azaldıldıqdan sonra çəkilməmiş qalan 01 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-194/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-194/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver