Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-195/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qubadlı rayonu, Kavdadıq kəndində qeydiyyatda olan və ünvan 1ndə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Republikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında dayanmış qonşuları X2 və istintaqla şəxsiyyəti araşdırılan Mahir adlı şəxslə mübahisə etdiklərinə Zərərçəkmiş şəxs1 müdaxilə etməsinə irad bildirməsi və sonuncunun danışıq tərzinin onun xoşuna gəlməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə 02 dəfə yumruqla vurub, yerə yıxmış, daha sonra Zərərçəkmiş şəxs1 yerdən qalxaraq avtotəmir sexinə tərəf getmiş və yenidən ona tərəf gəldiyindən 01 dəfə yumruqla qəsdən vuraraq sağ göz ətrafının, alt dodağın orta hissəsinin selikli qişasının qançırları, sol dirsək oynağının arxa səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqlarından ibarət sağlamlığına zərərvurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmiş, həmin vaxt hadisə yerinə gəlmiş X3 və onun xalası oğlu Zərərçəkmiş şəxs2 tanışları Zərərçəkmiş şəxs1 hansı səbəbdən vurmasını ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sifətindən bir dəfə yumruqla vurub, yerə yıxmış və yerdə olan zaman təpiklə onun qollarından və bədəninin müxtəlif yerlərindən vurub, yerdən daş parçası götürüb onun sol qoluna atmaqla sağ qaş nahiyəsinin yarası, sol saidin orat 1/3-nin arxa səthinin sıyrığı kimi sağlamlığa zərərvurmayan, burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün tam yerdəyişən sınığından ibarət xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:00 radələrində o yaşadığı evdən çıxıb 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt» mebel mərkəzinin qarşısında dayanıb dostu Azadı gözləyərkən, qonşuluqda yaşayan Təyyar və Mahirin kənarda söz mübahisəsi etdiklərini görüb, onları sakitləşdirmək üçün onlara yaxınlaşmışdır. Saat 18:30 radələrində o onlarla söhbət edən zaman yaxınlıqdakı avtomobil təmiri sexində işləyən sonradan adının Kamran olduğunu bildiyi şəxs də onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. O da Kamrana heç nə olmadığını, öz aralarında həll edəcəklərini demişdir. Kamran Təyyarın dostu olduğunu demiş, o da ona «sən onu bir il tanıya bilərsən, onlar isə məhəllə uşaqlarıdır bir-birlərini yaxşı tanıyırlar, söhbətlərinə qarışma, özləri həll etsinlər» sözünü demişdir. Kamran da sərt danışaraq onunla mübahisə etməyə başlamışdır. Kamranın danışığı onun xoşuna gəlmədiyi üçün mübahisə zamanı yumruqla Kamranın sifət nahiyəsindən 02 dəfə vurmuş və Kamran zərbədən yerə yıxılmışdır. Kamran sonra ayağa durub, danışa-danışa öz işlədiyi sexə tərəf getmişdir. O da onun arxasınca getmiş və onun işlədiyi sexin qarsınıda Kamran üzərinə gələn zaman, o da yenə onun sifətindən 01 dəfə yumruqla vurmuşdur. Kamranın sifəti qan olduğu üçün o əl-üzünü yumaqdan ötrü işlədiyi sexə girmiş və bu vaxt dostu Azad ora gələrək onun yanına gəlmişdir. Kamran əl-üzünü yuduqdan sonra yenə onun üzərinə gəlmiş və onlar tutaşmağa başlamışlar. Azad isə yaxınlaşıb onları ayırmışdır. Azad onların hər ikisini başa salmış və onları barışdırmışdır. Onlar sexdən çıxanda həmin sexin sahibi Fariz və yanında olan xalası oğlu, sonradan adının Qorxmaz olduğunu bildiyi şəxslə Farizin idarə etdiyi «Niva» markalı maşınla ora gəlmişlər. Fariz avtomaşından düşüb, Kamranı kimin vurduğunu soruşanda, Kamranı özü vurduğunu demişdir. Azad da ona artıq barışdıqlarını demişdir. Fariz də Azadı nalayiq söyüşlərlə söyüb, onunla mübahisə etmişdir. Fariz Azadı söhbət etmək üçün maşınına dəvət etmiş, o isə buna imkan verməyib, özü Farizin maşınına əyləşmişdir. Farizlə o söhbət edə-edə maşınla biraz kənara getmişlər və yolda Fariz ona Azadı bıçaqla arxasından vuracağını demişdir. O da Farizə Azadın heç bir günahı olmadığını, Kamranla o dalaşdığını demişdir. Təxminən 10 dəqiqə sonra onlar həmin sexin qarşısına qayıtmışlar. Onlar sexin qarşısına qayıdanda dostları Ülvi və Saleh də oraya gəlmişdilər. Fariz maşından düşən kimi obyektdən bel (lapatka) götürüb, Azadın üzərinə hücum çəkmişdir. Onlar Farizi tutub sakitləşdirmişlər və o beli onun əlindən alıb kənara atmışdır. Həmin vaxt orada olan Farizin atası Qasım onlara Farizin Azadı vurmasına mane olmamasını demişdir. Fariz yenidən beli götürüb, Azadın üzərinə getmişdir. Fariz arxadan qolu ilə Azadın boğazından tutub sıxmağa başlamış və Azad ona tərəf çönüb onu özündən itələyərək uzaqlaşdırmışdır. Fariz də yumruqla bir neçə dəfə Azadın sifətindən, başından vurmuşdur. Onları ayırmağa çalışsalar da ayıra bilməmişlər. Qasım da arxadan Azadın boğazından tutub boğmuş, Fariz də yumruqla Azadın başından bir neçə dəfə vurmuşdur. Azad onu arxadan kimin boğduğunu görə bilmədiyi üçün fəndlə Qasımı yerə yıxmışdır. Həmin vaxt Qorxmaz belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardıb, söyüş söyə-söyə Azadın üzərinə cummuşdur. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz isə bıçaqla Ülvinin sol qoluna bir dəfə vurub xəsarət yetirmişdir. O da onun əlində bıçaqla Ülviyə xəsarət yetirdiyini görüb, yenə də bıçaqla zərbələr endirəcəyini zənn edib arxadan yumruqla Qorxmazın sifətindən bir dəfə vurmuşdur. Qorxmaz yıxılanda bıçaqla onun sol əlinin üstündən vuraraq ona da xəsarət yetirmişdir. Qorxmaz yerdə olan zaman o da təpiklə onun qollarından və bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Qorxmaz yerdən duraraq yenə bıçaqla üzərinə gəlmiş və o yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla üzərinə gələndə yerdən iri baş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmişdir. O da daşı yerə atmış və hamı oradan getmişlər. Qorxmaz isə əlində bıçaqla onların arxasınca gəlmiş, onlar isə oradan qaçaraq çıxıb getmişlər. Onun sol əlinin üstündən bıçaqla xəsarəti Qorxmaz yetirmişdir. Başqa onu heç kim vurmamış, döyməmişdir. Ülvi, Saleh və Azad, Fariz və Qorxmaz tərəfindən döyülmüş və xəsarət almışdırlar. Mübahisə 10-15 dəqiqə davam etmiş, adlarını qeyd etdiyi şəxslərdən başqa orada kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. 25.02.2021-ci il tarixdə məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində işlədiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexində işdə olan zaman yaxınlıqda iki nəfər şəxsin əvvəldən tanıdığı Təyyar adlı oğlanla mübahisə etdiklərini görüb, sakitləşdirmək üçün onlara yaxınlaşmışdır. Onlardan nə baş verdiyini soruşduqda, adının sonradan Ceyhun olduğunu bildiyi şəxs ona «sənlik deyil» sözünü demiş, o da ona Təyyarı tanıdığını, bura dava etməyə gəlmədiyini demişdir. Ceyhunun yanında olan başqa tanımadığı şəxs Təyyarı söymüşdür. O da üzünü çevrib həmin şəxsə demişdir ki, söyüş söymək lazım deyil. Həmin vaxt o yenidən Ceyhunla üzbə-üz dayanarkən Ceyhun qəfildən yumruqla burnundan bir dəfə vurmuşdur. O zərbədən huşunu itirmiş və yerə yıxılmışdır. Daha sonra o ayılıb görmüşdür ki, sexdədir, tam huşu yerində olmadığı üçün sonrakı hadisələrdən xəbəri olmamışdır. Belə ki, sonradan işlədiyi sexin sahibi Qasım, oğlu Fariz və qohumları Qorxmaz ora gəlmişlər. Ceyhunun dostları Azad, Ülvi və Saleh də oraya gəlmişlər. O özündə olmadığı üçün sexdən çölə çıxmamış, onların səs-küylərindən başa düşmüşdür ki, onlar dalaşırlar. O sexdən çölə çıxmadığı üçün konkret kimin-kiminlə dalaşdılığını, kiminkimi vurduğunu görməmişdir. Hadisə vaxtı burnundan bir dəfə yumruqla Ceyhun vurmuş və o hüşunu itirərək yerə yıxılmışdır. Başqa onu döyən, vuran olmamışdır. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini qeyd edərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. 25.02.2021-ci il tarixdə məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində o xalası oğlu Farizlə birlikdə olan zaman Farizə bir nəfər şəxs zəng vuraraq demişdir ki, onlara məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexində işləyən Kamranı bir nəfər döyür. Onlar da buna görə dərhal həmin sexin qarşısına getmişlər. Görmüşlər ki, sonradan adını bildiyi Ceyhun və Azad olduğunu bildiyi şəxslər Kamranı tutaraq silkələyirlər və Kamranın sifətində xəsarətlər var. Fariz onlardan Kamranı kimin vurduğunu soruşmuş, onlarda adını sonradan bildiyi Ceyhun Kamranı vurduğunu demişdir. Farizlə Ceyhunla söhbət etmək üçün maşına minib bir az kənara getmişlər və təxminən 5-10 dəqiqə sonra yanına qayıtmışlar. Bundan sonra, Azad Farizə yumruq zərbələri vurub, onunla dalaşmağa başlamışdır. O onları ayırmaq istədikdə, Ceyhun yumruqla onun burnundan bərk vurmuş və o yerə yıxılmışdır. Yerdə olan zaman Ceyhunun yanında olan Saleh və Ülvi adlı dostları da onu təpikləməyə başlamışlar. O yerdən daş götürüb onlara tərəf atmış, lakin dəyib dəymədiyini bilməmişdir. Həmin vaxt Ceyhun da daş götürüb ona tərəf atarkən o sol qolunu irəliyə vermiş, daş sol qoluna dəyib yerə düşmüşdür. Farizin atası Qasım onları ayıranda Azad fəndlə Qasımı yerə yıxmışdır. X9 Farizi itələyərək yerə yıxmışlar. Xalası Mətanət səsə ora gəlmiş və onları döyən şəxslər qaçıb getmişlər. Hadisə vaxtı onu Ceyhun yumruqla burnundan vurmuş və o yerə yıxılmış, yerdə olan zaman isə Ceyhunun yanında olan Saleh və Ülvi onu təpikləmişlər. Hadisə vaxtı o heç kimi bıçaqla vurmamış, onun əlində ümumiyyətlə bıçaq və ya hər hansı bir əşya olmamışdır. O hadisə vaxtı heç kimi vurmamış, döyməmiş, əlində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini qeyd edərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində o xalası oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə olan zaman bir nəfər şəxs ona zəng vuraraq, onlara məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexində işləyən dostu Kamranın bir nəfər şəxs tərəfindən döyüldüyü deyilmişdir. O da Qorxmazla dərhal həmin sexin qarşısına gəlib görmüşdür ki, yaxınlıqda yaşayan Ceyhun və Azad adlı şəxslər Kamranı tutaraq silkələyirlər və Kamranın sifətində xəsarətlər var. O onlardan Kamranı kimin vurduğunu soruşduqda Ceyhun da Kamranı vurduğunu demişdir. Orada adam çox olduğu üçün o Ceyhunla özünün «Niva» markalı maşınına oturub, oradan biraz kənara getmişlər ki, Ceyhunu başa salsın. Onlar söhbət edib, təxminən 5-10 dəqiqə sonra geri qayıtmışlar. Həmin vaxt atası Qasım da ora gəlmiş, həmçinin Ceyhungilin dostları Ülvi və Saleh də orada idilər. Azad orada onunla mübahisə etməyə başlamış və yumruqla bir dəfə sifətindən vurmuşdur. O Azadın üstünə cumanda tanımadığı şəxslər araya girərək onları ayırmışlar. Ceyhun da Qorxmazın sifətindən yumruqla bərk vurmuş və Qorxmaz yerə yıxılmışdır. Saleh və Ülvi də yerdə Qorxmazı təpikləyərək döymüşlər. Atası Qasım onları ayıranda Azad fəndlə atasını yerə yıxmışdır. Salehlə Ülvi sonra onu itələyərək yerə yıxmışlar və o sol qolundan xəsarət almışdır. Anası Mətanət səsə ora gəlmiş və onları döyən şəxslər qaçıb getmişlər. O da buna görə AR DİNin 102 xidmətinə müraciət etmişdir. Hadisə vaxtı Azad onu yumruqla 1 dəfə sifətindən vurmuş, sol qolunda olan xəsarətləri isə Saleh və Ülvinin onu itələməsi və onun yerə yıxılması nəticəsində almışdır. Şahid4 ifadəsində hadisə vaxtı onu nalayiq ifadələrlə söyüb təhqir etməsi, sexdən bel(lopatka) götürüb üzərinə hücum çəkməsi, bir əli ilə onun boğazından tutub sıxaraq, digər əli ilə yumruqla sifətindən, başından bir neçə dəfə vurması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Azadı vurmamış, lopatkanı götürmək istəsə də, atası Qasım buna imkan verməmişdir. Hadisə 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında baş vermişdir. Hadisənin nə qədər davam etdiyini dəqiq bilməmişdir.Cinayət işinin istintaq materillarına əlavə edilmiş 05.09.2020-ci il tarixli, 1055 saylı ekspert rəyinə əsasən Şahid4 bədəni üzərində alnın sağ yarısının, üst dodağının sol yarısının qançırından ibarət xəsarətlərin aşkar edilməsi barədə bildirmişdir ki, hadisə vaxtı Azadı vurmamış, döyməmiş, ola bilsin ki, həmin xəsarətləri Azad özü-özünə yetirmişdir. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:15 radələrində o dostu Ceyhunla görüşmək üçün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt mebel» mağazasının qarşısına getmişdir. Oradan Ceyhuna zəng vurmuş və onu yaxınlıqdakı «Kia Motors» mağazasının yanına çağırmışdır. O həmin mağazanın yanına getdikdə onun böyründə yerləşən avtotəmir sexində görmüşdür ki, Ceyhun və bir neçə nəfər yaxınlıqda yaşayan cavan uşaqlar oradadırlar. Ceyhun yaxınlıqdakı avtotəmir sexinə keçmiş və arxasınca gedəndə orada işləyən Kamran adlı oğlanla dalaşdığını görüb, onları ayıraraq barışdırmışdır. Bir neçə dəqiqə sonra həmin sexin sahibi Fariz, xalası oğlu Qorxmazla birlikdə ora gəlmişlər. Fariz Kamranı kimin vurduğunu soruşduqda, Ceyhun demişdir ki, Kamranı o vurmuşdur. O da onları artıq barışdırdığını demişdir. Fariz isə ona «sən kimsən onları barışdırırsan» sözünü deyib əli ilə onu sinəsindən itələmiş və öz onunla söhbət etməyə getməsi üçün öz maşınına çağırmışdır. Orada olan uşaqlar onu kənara çəkmişlər, Ceyhun Farizin maşınına əyləşərək onunla harasa getmişdir. Bu vaxt dostları Saleh və Ülvi də ora gəlmişlər. Farizin atası Qasım da ora gəlmiş və ondan nə üçün dalaşdığını soruşmuşdur. O da ona heç kimlə dalaşmadığını demişdir. Təxminən 5-10 dəqiqə sonra X7 idarə etdiyi «Niva» markalı maşınla yanına qayıtmışlar. Fariz ora çatanda onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Fariz maşından düşən kimi sexdən bel (lapatka) götürüb, onun üzərinə hücum çəkmişdir. Saleh Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin onun sözünə qulaq asmamış və Ceyhun onun əlindən beli alaraq kənara atmışdır. Həmin vaxt orada olan Farizin atası Qasım uşaqlara onu buraxmaqlarını, onu vurmasına mane olmamalarını demişdir. Fariz yenidən beli götürüb, onun üzərinə gəlmişdir. Fariz bir əli ilə onun boğazından tutub sıxaraq, digər əli ilə yumruqla sifətindən, başından bir neçə dəfə vuraraq onu döyməyə başlamışdır. O da özünü müdafiə etməyə çalışaraq əlləri ilə onu vurmasına mane olmağa çalışmışdır. Həmin vaxt bir nəfər arxadan onun boğazından tutub boğaraq arxaya yıxmaq istəmiş, o da onu fəndlə yerə yıxanda görmüşdür ki, onu arxadan tutan Qasımdır. O ondan buna görə üzr istəmiş, Qasım isə oğluna onu döyməsini tapşırmışdır. Fariz də üzərinə gələrək yumruqla yenidən başıma 2 dəfə vurmağa başlamışdır. Həmin vaxt Qorxmaz belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardıb, söyüş söyəsöyə onun üzərinə gəlmişdir. Farizin atası Qasım Qorxmaza «sox mənlikdir, arxanda dayanmışam» sözünü demişdir. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz isə bıçaqla Ülvinin sol qoluna vurub xəsarət yetirmişdir. Ceyhun da onun əlində bıçaqla Ülviyə xəsarət yetirdiyini görüb, yenə bıçaqla zərbələr atdığı üçün arxadan yumruqla Qorxmazın sifətindən vurmuş, Qorxmaz yıxılanda bıçaqla Ceyhunun da sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Qorxmaz yerdən duraraq yenə bıçaqla Ceyhunun üzərinə gəlmiş və Ceyhun yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla onun üzərinə gələndə Ceyhun yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmişdir. Ceyhun daşı yerə atmış və hamısı oradan çıxıb getmişlər. Qorxmaz isə əlində bıçaqla onların arxalarınca getmiş, onlar isə oradan qaçaraq çıxıb getmişlər. Onun dodağından, sifətinin sağ tərəfindən, alnından, başından xəsarətləri Fariz yumruq vurmaqla yetirmiş, boğazında olan xəsarəti isə Qasım əli ilə boğaraq yetirmişdir. Onlardan başqa onu vuran, döyən olmamışdır. Hadisə 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında baş vermişdir. Hadisənin dəqiq olaraq nə qədər davam eməsini xatırlamasa da təxminən 10-15 dəqiqə davam etmişdir. O, Ülvi, Saleh heç kimi döyməmiş və xəsarət yetirməmiş, yalnız onları aralamışdır. Mübahisə və dava-dalaş vaxtı orada adlarını yuxarıda qeyd etdiyi şəxslər olmuşdur. Kənar şəxslərin olub-olmadığını xatırlamamışdır.O heç kimi vurmamış və xəsarət yetirməmiş, o döyülmüşdür. Məhkəmədə Şahid1 Şahid4 ifadəsinə uyğun ifadə verərək heç kimi döymədiyini və xəsarət yetirmədiyini göstərmişdir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, Şahid2 və onun xalası oğlu Zərərçəkmiş şəxs2 tanıyır, onlar qohumdular və bir-birlərinin evinə ailəvi gediş-gəlişləri var. Zərərçəkmiş şəxs1 təxminən 5 aydır ki, Farizə görə tanıyır. Belə ki, Kamran Farizgilə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən avtotəmir sexində işləyir. Təqsirləndirilən şəxs, Şahid4, Şahid1, Şahid3, soyadını bilmədiyi Şahirin oğlu Mahiri tanıyır, onlar da 76-cı məhəllədə yaşayırlar. 04.09.2020-ci il tarixdə, saat 17:30 radələrində o Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən aerokassanın yanından piyada evə tərəf gedərkən tanışı Mahirlə rastlaşmışdır. Onlar birlikdə evə tərəf gedirdilər, 76-cı məhəlləyə çatıb Farizgilin işlətdiyi sexin yaxınlığından keçərkən o Mahirə demişdir ki, istidir, bir az dayanıb gedərlər. Həmin vaxt onlar dayanıb bir az söhbət etmişlər. Söhbət zamanı Mahirlə aralarında maşın üstündə mübahisələri düşmüş, uca səsələ danışmağa başlamışlar. Həmin vaxt yoldan keçən Təqsirləndirilən şəxs onların mübahisə etdiklərini görüb onara yaxınlaşıb, nə baş verdiyini soruşmuşdur. O və Mahir Ceyhuna heç nə olmadığını, sadəcə söhbət etdiklərini demişdir. Həmin vaxt yaxınlıqdakı avtomobil təmiri sexində işləyən Kamran onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Ceyhun da ona heç nə olmadığını, öz aralarında həll edəcəklərin demişdir. Kamran da ona onu tanıdığını bildirmişdir. Ceyhun da Kamrana «sən Təyyarı təzə tanıyırsan, bunlar isə birlərini çoxdan tanıyırlar». Həmin vaxt Kamran sərt danışıb Ceyhunla mübahisə etməyə başlamışdır. Kamranın bu hərəkəti Ceyhunun xoşuna gəlmədiyindən Ceyhun qəfildən yumruqla Kamranın sifətindən 2 dəfə vurmuş, Kamran zərbədən yerə yıxılmışdır. O Mahir və Ceyhun Kamranı yerdən qaldırmışlar, Kamran işlədiyi sexə tərəf getmiş, onlar da arxasınca getmişlər, onun işlədiyi sexin qarsınıda Kamran yenidən Ceyhunun üzərinə gələn zaman, Ceyhun yenə də onun sifətindən 01 dəfə yumruqla vurmuşdur. Kamranın sifəti qan olduğu üçün, o Mahirlə birlikdə onun əl-üzünü yumaqdan ötrü işlədiyi sexə aparmışlar, orada Kamranın üzünü əl-üz yuyulan yerdə yumuşlar. Ceyhun isə çöldə tək qalmışdır. Bir neçə dəqiqədən sonra onlar sexdə olarkən Fariz, Qorxmazla birlikdə maşınla getmişlər. Maşını sexin qarşısında saxladığı üçün sexdən bunu görə bilmişlər. Fariz sexə daxil olub nə baş verdiyini, Kamranı kimin vurduğunu soruşmuşdur. O da ona bir az əvvəl Kamranın Ceyhunla dalaşdığını, Ceyhunun da onu vurduğunu, hazırda sakitçilik olduğunu demişdir. Daha sonra Fariz Ceyhunun yanına qayıdıb, ondan da Kamranı kimin vurduğunu soruşmuş, Kamran da ona özünün vurduğunu demişdir. Həmin vaxt o görmüşdür ki, Azad da ordadır. Daha sonra Farizlə Ceyhun birlikdə maşına minib harasa getdiklərini görmüşdür. Təxminən bir neçə dəqiqə sonra Fariz yenidən sexin yanına getmişdir. Ceyhun və Fariz hər ikisi maşından düşmüşlər. O sexin içində olarkən səs-küy eşidib çölə çıxdıqda görmüşdür ki, Qorxmaz Ceyhunla tutaşıb, dalaşırlar, Ülvi və Saleh isə onları ayırır, Ceyhunu kənara çəkir. Həmin vaxt o Ceyhunun sol əlinin üstünün kəsildiyini və qan gəldiyini görmüşdür. Farizlə Azadı onların yanında görməmişdir. Hadisə vaxtı Farizin əlində bel (lopatka), Qorxmazın əlində isə bıçaq olduğunu, Farizin bellə (lopatka) ilə Ülvini vurması, Qorxmazın bıçaqla Ülvi və Ceyhuna xəsarət yetirdiyini, Azadla Farizin bir-birlərini vurmasını, Ülvi ilə Salehin Farizi itələyib yerə yıxmasını, Qorxmazı təpiklə vurduqları görməmişdir. O Ülvi ilə Salehin əksinə Ceyhunu ayırdığını görmüşdür. Hadisə vaxtı onu heç kim döyməmiş, vurmamış, bədən xəsarəti yetirməmiş, özü də heç kimi vurmamış, döyməmiş, bədən xəsarəti yetirməmişdir. Hadisədən əvvəl Mahirlə öz aralarında dost, tanış kimi sözlə mübahisə etmişlər, uca səslə danışmışlar, başqa aralarında dava-dalaş olmamışdır.Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Ceyhun Kamranı vurarkən Ceyhunun yanında həmin vaxt heç kim olmamış, tək olmuş, Kamran Ceyhunla sərt danışdığı üçün Ceyhun onu vurmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, sonuncu heç kimi vurmamış, xəsarət yetirməmiş, baş vermiş dalaşma zamanı tərəfləri ayırmağa çalışmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07.09.2020-ci il tarixli, 1059 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər vardır: Burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün tam yerdəyişən sınığı, sağ qaş nahiyəsinin yarası, sol saidin orta 1/3-nin arxa səthinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 04.09.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özüözünə yetirməsi istisna edilir və dərəcəsinə görə - burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün tam yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, digər xəsarətlər, yəni sağ qaş nahiyəsinin yarası, sol saidin orat 1/3-nin arxa səthinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07.09.2020-ci il tarixli, 1060 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər vardır: Sağ göz ətrafının, alt dodağın orta hissəsinin selikli qişasının qançırları, sol dirsək oynağının arxa səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 04.09.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özüözünə yetirməsi istisna edilir və dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan 15.01.2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Şahid1, Şahid4 Mehdi oğlu və Şahid3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 15.01.2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Şahid2 və Zərərçəkmiş şəxs2 oğlunun barələrində iş materiallarından Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. İş materiallarında olan 15.01.2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid4 və qeyrilərinin əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmdadığından barələrində cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün tam etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, törətdiyi cinayət əməllərini etiraf etməklə əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 19.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, 19.01.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 03.02.2021-ci il tarixli (iş № 1(060)- 195/2021) qərarını icra edərək, 04 fevral 2021-ci il tarixli 58 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 (üç) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 02 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-195/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-195/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver