Məhkəmə qərarları › İş №1(060)-195/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-195/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-195/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi 12 ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,289 qram qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 18 ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,837 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, 04 ədəd ağ rəngli kapsulaların tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini, 05 ədəd ağ-göy rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,25 qram güclü təsir edən maddə tramadolu, 01 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi-boz rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon, 1 ədəd içərisində narkotik vasitə heroin izləri olan şüşə flakon və səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd gümüşü rəngli elektron tərəzini daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11:55-də X5 idarə etdiyi Chevrolet Nexia SX markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı-Quba magistral yolunun, Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, Bakı şəhəri istiqamətində, «Socar» YDM-nin yaxınlığında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 1-ci tağımın YPX-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində tutduğu 1 ədəd qara rəngli əl çantasının içərisində saxladığı 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,031 qram, 0,114 qram, 0,117 qram, 0,148 qram, 0,395 qram, 0,105 qram, 0,041 qram, 0,038 qram, 0,041 qram, 0,039 qram, 0,025 qram, ümumilikdə ümumi təmiz çəkisi 1,289 qram qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 18 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,961 qram, 0,551 qram, 0,006 qram, 0,027 qram, 0,042 qram, 0,031 qram, 0,021 qram, 0,017 qram, 0,016 qram, 0,033 qram, 0,022 qram, 0,018 qram, 0,021 qram, 0,017 qram, 0,015 qram, 0,012 qram, 0,016 qram, 0,011 qram, ümumi təmiz çəkisi 1,837 qram ağ rəngli, kristallşəkilli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, 04 ədəd ağ rəngli kapsulaların tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalin, 05 ədəd ağ-göy rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,25 qram güclü təsir edən maddə tramadol, 01 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi-boz rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon, 1 ədəd içərisində narkotik vasitə həroin izləri olan şüşə flakon və səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, uzun müddətdir ki, narkotik vasitə, psixotrop maddə, güclü təsir edici vasitələr istifadə edir, onun mobil nömrəsi yoxdur, ümumiyyətlə mobil telefon istifadə etmir. xx.xx.2022-ci il tarixdə saat 11:55-də Bakı-Sumqayıt yolunun Sumqayıt şəhərinə gələn hissəsi “Socar” YDM-nin yaxınlığında Xəqani adlı tanışına məxsus Chevrolet Ravon markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobildə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt avtomobildə ondan başqa avtomobilin sahibi X3, X7 və Qürbət adlı şəxslər də olmuşlar. Onlar saxlanıldıqdan sonra Qürbət avtomobildən enərək hadisə yerindən uzaqlaşmış, lakin polis əməkdaşları onları PB-yə dəvət etmişlər. PB-yə gətirilən zaman o üzərində narkotik vasitə saxladığını bildirmişdir. O PB-yə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və o buna etiraz etməmişdir. Onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. O təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş, daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda özü sol əlində saxlamış olduğu 1 ədəd qara rəngli əl çantasını göstərib, həmin çantanın içərisində olan 3 ədəd sarı rəngli plastik qutuları, 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini, 1 ədəd şüşə flakonu, gümüşü rəngli kağız falqaları, 9 ədəd tibbi şprisi, 2 ədəd mobil telefonu, 3 ədəd alışqanı təqdim etmişdir. Daha sonra həmin çantanın içərisinə baxış keçirilmiş, çantanın içərisindən 1 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd gümüşü rəngli kağız falqa aşkar edilmişdir. Aşkar edilmiş 3 ədəd sarı rəngli plastik qutular açılan zaman həmin qutuların birinin içərisindən 7 ədəd şəffaf sellofana, 5 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr, digər sarı rəngli plastik qutulardan birinin içərisindən 3 ədəd qara, 5 ədəd qızılı, 4 ədəd ağ, 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr digər aşkar edilmiş sarı rəngli plastik qutulardan birinin içərisindən 4 ədəd ağ rəngli, 5 ədəd ağ-göy rəngli, 1 ədəd qəhvəyi rəngli həblər aşkar edilmişdir. O aşkar edilmiş qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos”, ağ rəngli kristal şəkilli maddələrin “şüşə”, ağ rəngli həblərin “Alisa” ağ-göy rəngli həblərin “Tramadol”, qəhvəyi rəngli həbin isə “M-40” olduğunu bildirmişdir. Həmin vaxt sol əlində saxlamış olduğu qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 7 ədəd şəffaf sellofana, 5 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisi 3,42 qram, 3 ədəd qara, 5 ədəd qızılı, 4 ədəd ağ, 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisi 2,15 qram olduğu müəyyən olunmuş və həmin maddələr, həblər, elektron tərəzi və 1 ədəd şüşə flakon qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş maddələri 4-5 gün bundan əvvəl İran vətəndaşından 250 manata almış, tərəzi vasitəsilə istifadə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etmiş, şüşə flakonun içərisində isə narkotik vasitə hazırlamış, gümüşü falqalarla narkotik vasitə istifadə etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinası özünə geri qaytarılmış, 2 ədəd mobil telefon, 9 ədəd tibbi şpris, gümüşü rəngli falqa kağızları, 3 ədəd alışqan içərisindən narkotik vasitə aşkar olunan qara rəngli əl çantası götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra şəxsi axtarış barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolu öz imzası ilə imzalamışdır. Narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Sumqayıt ŞPİ-nin 5-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Xəqani, Ramin və Qürbət onun üzərində narkotik olduğunu bilirmişlər, lakin onun üzərində nə qədər narkotik vasitə və digər həblər olduğunu bilməmişlər, onlar ona bağda kömək etmək üçün onunla birlikdə gəlmişlər, o da ona kömək etmələri müqabilində onlara çəkmək üçün narkotik vasitə verəcəkmiş, onların onun narkotik vasitə əldə etməsi ilə bağlı heç bir əlaqələri olmamışdır. Şəxsi axtarış zamanı əl çantasından aşkar olunmuş 2 ədəd mobil telefonların heç biri işləməmiş, həmin telefonlarda mobil nömrə olmamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və güclü təsir edici vasitələrin Qürbət adlı şəxslə heç bir əlaqəsi olmamış, həmin maddələrin hamısı ona məxsus olmuş, onlar hamısı narkotik vasitə istifadəçiləri olduqları üçün və onlar ona kömək etmək məqsədi ilə onunla gəldikləri üçün o, Qürbətə demişdir ki, yekunda onlara istifadə etmək üçün narkotik vasitə verəcəkdir. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, məhkəmədən bunları nəzərə almağı və ona yüngül cəza təyin xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsinin bu hissəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 1-ci tağımının YPX-nin baş inspektoru, polis leytenantıdır, xx.xx.2022-ci il tarixdə saat 11:55-də 755 çağırışlı avtopatrulda Şahid2 ilə birlikdə xidmət aparan zaman Bakı-Quba magistral yolunun Sumqayıt şəhər ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində «Socar» YDM-nin yaxınlığında manevr qaydasını pozduğu üçün «Chevrolet Nexia» markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onlar tərəfindən saxlanılmış, sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, həmin vaxt sürücünün narkotik vasitə qəbul etməsindən şübhələndiyi üçün qərara almışdır ki, onu aidiyyatı üzrə Sumqayıt narkoloji dispanserinə aparsın. Avtomobildə sürücüdən başqa 03 sərnişin də olmuşdur. Həmin dispanserə daxil olan zaman sərnişinlərdən biri üzərində narkotik vasitə saxladığını onlara bildirmiş, sürücü rayon narkoloji dispanserdə müayinə olunduqdan sonra avtomobildə olan sərnişinlərlə birlikdə onları Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirmişlər. Belə ki, orada xidməti otaqların birində videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Rəhman Qurbanov özünü ona təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Rəhman Qurbanov ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Elşad İsayevi təqdim etmiş, o bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə Səbuhinin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, Səbuhi də özü sol əlində saxlamış olduğu 1 ədəd qara rəngli əl çantasını göstərib, həmin çantanın içərisində olan 3 ədəd sarı rəngli plastik qutuları, 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini, 1 ədəd şüşə flakonu, gümüşü rəngli kağız falqaları, 9 ədəd tibbi şprisi, 2 ədəd mobil telefonu, 3 ədəd alışqanı təqdim etmişdir. Daha sonra həmin çantanın içərisinə baxış keçirildi, çantanın içərisindən 1 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd gümüşü rəngli kağız falqa aşkar edilmişdir. Aşkar edilmiş 3 ədəd sarı rəngli plastik qutular açılan zaman həmin qutuların birinin içərisindən 7 ədəd şəffaf sellofana, 5 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr, digər sarı rəngli plastik qutulardan birinin içərisindən 3 ədəd qara, 5 ədəd qızılı, 4 ədəd ağ, 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr digər aşkar edilmiş sarı rəngli plastik qutulardan birinin içərisindən 4 ədəd ağ rəngli, 5 ədəd ağ-göy rəngli, 1 ədəd qəhvəyi rəngli həblər aşkar edilmişdir. Səbuhi aşkar edilmiş qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos”, ağ rəngli kristal şəkilli maddələrin “şüşə”, ağ rəngli həblərin “Alisa” ağ-göy rəngli həblərin “Tramadol”, qəhvəyi rəngli həbin isə “M-40” olduğunu bildirdi. Həmin vaxt Səbuhi sol əlində saxlamış olduğu qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 7 ədəd şəffaf sellofana, 5 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisi 3,42 qram, 3 ədəd qara, 5 ədəd qızılı, 4 ədəd ağ, 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisi 2,15 qram olduğu müəyyən olunmuş və həmin maddələr, həblər, elektron tərəzi və 1 ədəd şüşə flakon Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 242 nömrəli möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Səbuhi üzərindən aşkar edilmiş maddələri 4-5 gün bundan əvvəl İran vətəndaşından 250 manata aldığını, tərəzi vasitəsilə istifadə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etdiyini, şüşə flakonun içərisində isə narkotik vasitə hazırladığını, gümüşü falqalar ilə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Səbuhinin üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Səbuhinin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinası əhəmiyyət kəsb etdiyindən onun özünə geri qaytarılmış, 2 ədəd mobil telefon, 9 ədəd tibbi şpris, gümüşü rəngli falqa kağızları, 3 ədəd alışqan içərisindən narkotik vasitə aşkar olunan qara rəngli əl çantası götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra şəxsi axtarış barədə protokol tərtib olunmuş, onlar da protokolu imza etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 1-ci tağımının YPX-nin baş inspektoru, polis baş leytenantı Şahid2, BMCMİ-nin əməkdaşı Şahid3 da Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:55-də Bakı-Quba yolunun Bakı şəhərinə gələn istiqamətində “Socar” YDM-nin yaxınlığında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:55-də Bakı-Quba magistral yolunun Sumqayıt şəhər ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində «Socar» YDM-nin yaxınlığında manevr qaydasını pozduğu üçün DİN-in BDYPİ-nin YPXA-nın 1-ci tağımının əməkdaşları tərəfindən saxlanılaraq 5-ci PB-yə gətirilmiş «Chevrolet Nexia» markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan Təqsirləndirilən şəxs üzərinə xidməti otaqların birində videokamera işə salınaraq şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Rəhman Qurbanov özünü ona təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Rəhman Qurbanov ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Elşad İsayevi təqdim edir, o bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə Səbuhinin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Səbuhi də özü sol əlində saxlamış olduğu 1 ədəd qara rəndli əl çantasını göstərib, həmin çantanın içərisində olan 3 ədəd sarı rəngli plastik qutuları, 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini, 1 ədəd şüşə flakonu, gümüşü rəngli kağız falqaları, 9 ədəd tibbi şprisi, 2 ədəd mobil telefonu, 3 ədəd alışqanı təqdim edir. Daha sonra həmin çantanın içərisinə baxış keçirildi, çantanın içərisindən 1 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd gümüşü rəngli kağız falqa aşkar edilir. Aşkar edilmiş 3 ədəd sarı rəngli plastik qutular açılan zaman həmin qutuların birinin içərisindən 7 ədəd şəffaf sellofana, 5 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr, digər sarı rəngli plastik qutulardan birinin içərisindən 3 ədəd qara, 5 ədəd qızılı, 4 ədəd ağ, 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr digər aşkar edilmiş sarı rəngli plastik qutulardan birinin içərisindən 4 ədəd ağ rəngli, 5 ədəd ağ-göy rəngli, 1 ədəd qəhvəyi rəngli həblər aşkar edilir. Səbuhi aşkar edilmiş qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos”, ağ rəngli kristal şəkilli maddələrin “şüşə”, ağ rəngli həblərin “Alisa” ağ-göy rəngli həblərin “Tramadol”, qəhvəyi rəngli həbin isə “M-40” olduğunu bildirdi. Həmin vaxt Səbuhi sol əlində saxlamış olduğum qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 7 ədəd şəffaf sellofana, 5 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisi 3,42 qram, 3 ədəd qara, 5 ədəd qızılı, 4 ədəd ağ, 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisi 2,15 qram olduğu müəyyən olunur və həmin maddələr, həblər, elektron tərəzi və 1 ədəd şüşə flakon Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılır və DİN-nin 242 nömrəli möhürü ilə möhürlənir. Sorğu zamanı Səbuhi üzərindən aşkar edilmiş maddələri 4-5 gün bundan əvvəl İran vətəndaşından 250 manata aldığını, tərəzi vasitəsilə istifadə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etdiyini, şüşə flakonun içərisində isə narkotik vasitə hazırladığını, gümüşü falqalar ilə narkotik vasitə istifadə etdiyini bildirir. Səbuhinin üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet aşkar olunmur. Səbuhinin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinası əhəmiyyət kəsb etdiyindən onun özünə geri qaytarılır, 2 ədəd mobil telefon, 9 ədəd tibbi şpris, gümüşü rəngli falqa kağızları, 3 ədəd alışqan içərisindən narkotik vasitə aşkar olunan qara rəngli əl çantası götürülərək müvafiq qaydada qablaşdırılır. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5095 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR Din «Zərflər üçün №242» möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s.sözlər, imzalar olan 01 ədəd kağız paketdəki 03 ədəd sarı rəngli plastik qablardan birində 18 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,961 qram, 0,551 qram, 0,006 qram, 0,027 qram, 0,042 qram, 0,031 qram, 0,021 qram, 0,017 qram, 0,016 qram, 0,033 qram, 0,022 qram, 0,018 qram, 0,021 qram, 0,017 qram, 0,015 qram, 0,012 qram, 0,016 qram, 0,011 qram, ümumi təmiz çəkiləri 1,837 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 18 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 2-ci sarı plastik qabda 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,031 qram, 0,114 qram, 0,117 qram, 0,148 qram, 0,395 qram, 0,105 qram, 0,041 qram, 0,038 qram, 0,041 qram, 0,039 qram, 0,025 qram ümumi təmiz çəkiləri 1,289 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 12 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, digər sarı plastik qabdakı bister kəsiklərində 04 ədəd ağ rəngli kapsulaların tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalin müəyyən edildi, 05 ədəd ağ-göy rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,25 qram güclü təsir edən maddə tramadol müəyyən edildi; 01 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram narkotik vasitəmetadon müəyyən edildi, ayrıca olaraq şüşə flakond və gümüşü rəngli eletkron tərəzinin üzərində narkotik vasitə-heroin üzləri müəyyən edildi. Flakonda və tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar olunmuş, tədqiqatdan sonra qalıq qalmış 1,169 qram narkotik vasitə heroin, 1,657 qram psixotrop maddə olan metamfetamin, 03 ədəd preqabalin, 04 ədəd tramodol, 0,5 qr metodon tableti, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 1 ədəd içərisində narkotik vasitə həroin izləri olan şüşə flakonu saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən 01 ədəd telefon “KGTEL K5606” markalı modelli mobil telefon aparatıdır. Həmin mobil telefon aparatına baxış keçirilərkən onun işlək vəziyyətdə olmadığı və içərisində mobil nömrənin olmadığı müəyyən edilmişdir. Bundan başqa həmin telefonda iş üçün sübut əhəmiyyətli telefon danışıqları, sms-lər, səs yazıları, fotoşəkillər, videoçəkilişlər aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6345 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi inəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 saylı MKS-nin 7819 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, hökmün surətindən və Azərbaycan Respublikası ƏN-nin PX-nin 5 saylı cəzaçəkmə müəssisəsinin 3-16-17/20/2-618-2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa o Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR MM-in xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (hökm xx.xx.2023-cü ildə qanuni qüvvəyə minmişdir). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.2 və 240.1-ci maddəsinə tövsif edilmişdir. X2 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətmələri barədə şübhələr təsdiq edilmədiyindən və onların həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri üçün kifayət qədər əsaslar olmadığından xx.xx.2022-ci il tarixli qərarla şübhəli şəxs qismində iştiraklarına xitam verilməsinin nəzərə alınması qərara alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə əldə etdiyi 12 ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,289 qram qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 18 ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,837 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, 04 ədəd ağ rəngli kapsulaların tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini, 05 ədəd ağ-göy rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,25 qram güclü təsir edən maddə tramadolu, 01 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi-boz rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon, səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd gümüşü rəngli elektron tərəzini daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin və tərkibində güclü təsir edən maddələrin növlərinin müxtəlif olması, ayrı-ayrı bükümlərə bölməsi, üzərində onların hazırlanması üçün avadanlığın olması, bükümlərin sayı, onların satışı üçün tərəzinin olması onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin və tərkibində güclü təsir edən maddələrin satış üçün deyil özü istifadə etməsi üçün əldə edib saxlaması barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-220/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Cəzanın əvvəli 11 sentyabr 2022-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,169 qram narkotik vasitə heroin, 1,657 qram psixotrop maddə olan metamfetamin, 03 ədəd preqabalin, 04 ədəd tramodol, 0,5 qr metodon tableti, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd şüşə flakonu, 9 ədəd tibbi şpris, gümüşü rəngli falqa kağızları, 3 ədəd alışqan məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-220/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,169 qram narkotik vasitə heroin, 1,657 qram psixotrop maddə olan metamfetamin, 03 ədəd preqabalin, 04 ədəd tramodol, 0,5 qr metodon tableti, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd şüşə flakonu, 9 ədəd tibbi şpris, gümüşü rəngli falqa kağızları, 3 ədəd alışqan məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar