Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-196/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlqar oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində“polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2021ci ilin yanvar-fevral aylarında Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən “Türk Mətbəxi” restoranında işləyən Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya X3 getmək üçün visa almaqda köməklik edəcəyi adı ilə yalan vədlər verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin fevral ayından 2021-ci ilin dekabr ayına kimi olan müddətdə hissəhissə olmaqla, yəni xx.xx.2021-ci il tarixdə Rövşən Məmmədov tərəfindən “Birbank” mobil tətbiq vasitəsilə ona məxsus "xxxx"a aid 4169 7385 8045 5917 nömrəli hesaba köçürülmüş 30 manat, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Milli ön” ödəmə terminalı vasitəsilə köçürülmüş 345 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektində yerləşən “Hiper” marketdə quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə köçürülmüş 476 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Bədəlbəyli küçəsində yerləşən “Araz” Supermarketdə quraşdırılmış “Emanat’ ödəmə terminalı vasitəsilə köçürülmüş 142 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə köçürülmüş 50 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon “Ən ucuz market-2”də quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə köçürülmüş 200 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 290 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 119 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Topmart” marketdə quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə köçürülmüş 230 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu prospekti, “Ən ucuz market-2”də quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə köçürülmüş 160 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-cu mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 200 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə köçürülmüş 115 manat, xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 380 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 11- ci mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 50 manat, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 110 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 300 manat, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 122 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 382 manat, xx.xx.2021ci il tarixdə ünvan 3 ünvanında quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 300 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 310 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 120 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ’’Araz” supermaketində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə köçürülmüş 1 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 50 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu. Azadlıq prospekti, 15A/4 ünvanında “28 Mail” ticarət mərkəzində yerləşən “Bravo” supermarketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 277 manat, xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 322 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 667-ci məhəllə “Bravo” supermarketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 155 manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi ’’Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 150 manat, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ’’Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 254 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 5 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 77 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 151 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Ən ucuz” marketdə quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə köçürülmüş 155 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 155 manat, xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən ’’Araz” supermaketində quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə köçürülmüş 205 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 70 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 40 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 6.498 (altı min dörd yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, əvvələr dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmuş Zərərçəkmiş şəxs 2021-ci ilin əvvəllərində yaşadığı Sumqayıt şəhərində 42-ci məhəllə ərazisində yerləşən “Türk Mətbəxi”restoranından tanıdığını, həmin restorana daimi müştəri kimi getdiyini, İntiqamın isə həmin restoranda işlədiyini, özünü İntiqama jurnalist kimi təqdim etdiyini, 2021-ci ilin yanvar-fevral aylarında İntiqam X2 oxuyub həmçinin işləmək üçün proqrama qoşularaq Amerikaya getmək istədiyini dediyini, İntiqama nə üçün Work and travel mübadilə proqramına qoşulmadığını, həmin proqram çərçivəsində bir neçə xarici ölkəyə getdiyini bildirdirmişdir. İntiqam ondan həmin proqrama necə qoşulacağını soruşduqda İntiqama “qısa zaman ərzində X3 getmək üçün viza alınması məsələlərində kömək edərəm” deyə cavab verdiyini, İntiqama həmin işlərin həyata keçirilməsi üçün 5.000-10.000 manat pul lazım olduğunu bildirdiyini, İntiqam həmin pulu bir dəfəyə verə bilməyəcəyini dedikdə, hissə-hissə alacağını dediyini, İntiqamın ona inanıb təklifi ilə razılaşdığını, 2021-ci ilin fevral ayından dekabr ayına kimi olan müddət ərzində İntiqamdan hissə-hissə olmaqla ümumilikdə 6498 manat civarında pul aldığını, bir neçə gündən bir İntiqama zəng edib visa üçün iş gördüyünü deməklə ona göndərdiyi özünə məxsus "xxxx" ASC-yə adi hesaba pul göndərməyini bildirirdiyini, İntiqamın da ona inanıb istədiyi məbləğlərdə pulu onun hesabına köçürürdüyünü, İntiqamdan aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini, İntiqama da hər səfərində yaxın müddətdə ona visa düzəldəcəyini demişdir. Daha sonra İntiqam ona şikayət edəcəyini dediyi üçün ona 400 manat məbləğində pul qaytardığını, qalan pulu isə maddi durumunun yaxşı olmadığına görə qaytara bilmədiyini, İntiqam 22 fevral 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək olan müddət ərzində 6.498 (altı min dörd yüz doxsan səkkiz) manat məbləğlərdə pulu özünə aid olan "xxxx" ASC-yə məxsus 4169 7385 8045 5917 nömrəli hesab nömrəsinə köçürdüyünü, həmin pulları ondan X4 getmək üçün sənədləşməni hazırlayacağı vədi ilə aldığını, lakin həmin işin düzəldilməsi müqabilində hər hansı iş görməyib pulları şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. O, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olduğunu, 2021-ci ilin əvvəllərində yaşadığı Sumqayıt şəhərində gündəlik xərclərini qarşılamaq üçün Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən “Türk Mətbəxi” restoranında işləməyə başladığını, bu zaman həmin restorana daimi müştəri kimi gələn və özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs (***-***-**-**, ***-***-**-**) ilə tanışlıq yarandığını, oxuduğu ərəfələrdə “Work and travel” mübadilə proqramı çərçivəsində tələbələr üçün X2 oxuyub, həmçinin işləmək nəzərdə tutulduğunu, həmin proqrama qoşularaq Amerikaya getmək, həmçinin digər sənədləşmələrin zaman baxımından müəyyən müddət çəkdiyini demişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində işlədiyi restoranda olarkən Vasif adlı həmin şəxsin müştəri kimi yenidən oraya gəldiyini, bir qədər onunla söhbətdən sonra Vasifin ona nə üçün “Work and travel” mübadilə proqramına qoşulmadığını dediyini, bir neçə dəfə o həmin proqram çərçivəsində bir neçə xarici ölkəyə getdiyini dediyini, bundan sonra o qısa zaman ərzində Amerikaya getmək üçün viza məsələlərində kömək edəcəyini, həmin iş üçün 5.000-10.000 məbləğində pul lazım olduğunu bildirdiyini, Vasifə inanıb təklifi ilə razılaşdığını, daha sonra Vasif adlı şəxs ona işlərin həyata keçirilməsi üçün müəyyən qədər pul lazım olduğunu bildirmişdir. 2021-ci ilin fevral ayından dekabr ayına kimi olan müddət ərzində Vasifə hissə-hissə olmaqla ümumilikdə 6.498 (altı min dörd yüz doxsan səkkiz) manat pul verdiyini, o hər səfərində ondan müxtəlif məbləğlərdə pulu müəyyən işlər gördüyü üçün istədiyini, Vasifə məxsus "xxxx" ASC-yə aid 4169 7385 8045 5917 nömrəli hesab nömrəsinə ümumilikdə göstərdiyi məbləğdə pul köçürdüyünü, sonuncu pulu xx.xx.2021-ci il tarixdə göndərdiyini, lakin həmin vaxtdan bəri Vasif viza məsələlərində heç bir iş görməyərək, yalan vədlər verdiyini, bu barədə ona dəfələrlə bildirsə də, müsbət cavab əldə etmək mümkün olmadığını bildirmişdir. Daha sonra işin alınmadığını görüb Vasif adlı şəxsə şikayət edəcəyini bildirdikdə Vasifin ona “sənin haqqındır, şikayət edə bilərsən” ifadəsini işlətdiyini, sonra Vasif adlı şəxsin ondan dələduzluq yolu ilə əldə etdiyi pulunun qaytarılması və həmin şəxsin məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etdiyini, Təqsirləndirilən şəxs ABŞ-a getmək üçün visa məsələsini həll etmək məqdəsilə göndərdiyi pulların hər birinin qəbzinin onda olduğunu, izahatına əlavə etdiyni, yanlış hesablama apardığı üçün ərizəsində və izahatında məbləği düzgün göstərmədiyini, sonradan həmin qəbzləri çıxarıb hesablamaqla Vasifə toplam olaraq 6.498 (altı min dörd yüz doxsan səkkiz) manat məbləğində pul göndərdiyini müəyyən etdiyini, Vasif adlı şəxsə pulu onu X3 getməkdən ötrü viza düzəldilməsi məsələsində köməklik göstərəcəyi məqsədilə verdiyini, həmin pulu hissəhissə olmaqla xx.xx.2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək olan müddət ərzində “Milli on”, kart hesabı, “E-manat” ödəmə terminalları vasitəsilə müxtəlif ünvanlarda ödədiyini, belə ki, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 30 manat, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Milli ön” ödəmə terminalı vasitəsilə 345 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektində yerləşən “Hiper” marketdə quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə 476 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-cu mikrorayon, Bədəlbəyli küçəsində yerləşən “Araz” Supermarketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 142 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə 50 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon “Ən ucuz market-2” marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 200 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 290 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 119 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Topmart” marketdə quraşdırılmış “milli ön” ödəmə terminalı vasitəsilə 230 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon Koroğlu prospekti, “Ən ucuz market-2” marketdə quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə 160 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-cu mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “million” ödəmə terminalı vasitəsilə 200 manat, xx.xx.2021-ci il tarixdə ünvan 10 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 115 manat, xx.xx.2021-ci il tarixdə ünvan 11 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 380 manat, xx.xx.2021ci il tarixdə Sumqayıt şəhəri, 11-cu mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 50 manat, xx.xx.2021-ci il tarixdə ünvan 11 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 110 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 11-cu mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 300 manat, xx.xx.2021-ci il tarixdə ünvan 11 ünvanında yerləşən ”Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 122 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 382 manat, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 300 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-cu mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 310 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-cu mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 120 manat, xx.xx.2021-ci il tarixdə ünvan 10 ünvanında yerləşən ’’Araz” supermaketində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 1 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 50 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15A/4, 28 Mallda yerləşən “Bravo” supermarketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 277 manat, xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 322 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 667-ci məhəllə “Bravo” supermarketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 155 manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi ’’Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 150 manat, xx.xx.2021-ci il tarixdə ünvan 11 ünvanında yerləşən ’’Araz” supermaketində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 254 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 5 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 11-cu mikrorayon, 20 Yanvar küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 77 manat, xx.xx.2021ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 151 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Ən ucuz” marketdə quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə 155 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 155 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ’’Araz” supermaketində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 205 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 70 manat, xx.xx.2021-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 40 manat köçürdüyünü, Vasifin ümumilikdə onun 6.498 (altı min dörd yüz doxsan səkkiz) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, həmin puldan ona sadəcə olaraq 400 manatını qaytardığını, Vasif adlı şəxsin onu aldadaraq pullarını mənimsədiyini dostları Nurlan və Səidin də bildiyini, belə ki, qeyd etdiyi pulları Vasifə onun ABŞ-a getmək üçün visa məsələsini həll etmək məqdəsilə göndərərkən onların da buna şahid olduğunu bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir. Ona görə də, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi ziyan tam şəkildə təqsirləndirilən şəxs tərəfindən ödənildiyi üçün onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs dostu olduğunu, dostu İntiqamın X3 getmək arzusunda olduğunu uzun müddətdir bildiyini, 2021-ci ilin fevral-mart aylarında İntiqamla görüşü zamanı Vasif adlı Sumqayıt şəhər sakini olduğunu, 5.000-10.000 manat pul müqabilində İntiqamı ABŞ-a getməyini təmin edəcəyini demişdir. Vasifin visa düzəldib onu yola salacağını, İntiqamla görüşləri zamanı İntiqamın ona Vasifin visa məsələlərini həll etdiyini, Vasifə müxtəlif məbləğlərdə pul göndərdiyini dediyini, İntiqamla Sumqayıt şəhərində görüşləri zamanı Vasif adlı şəxsin bank hesabına müxtəlif məbləğlərdə pul göndərməyinə şahid olduğunu, 2021-ci ilin yay aylarında İntiqam ilə birlikdə olduqları zaman Vasifin ona zəng edib işlərin görülməsi üçün pul istədiyini eşitdiyini, İntiqam da üzərində pul olmadığı üçün ondan və dostu Səiddən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul alıb iştirakları ilə Vasifə göndərdiyini, İntiqam onlardan aldığı borc pulları da bir neçə günə qaytardığını, sonradan Vasif adlı şəxsin İntiqamı aldatdığını, ondan aldığı pullar müqabilində hər hansı iş görməyib pulları mənimsədiyini öyrəndiyini, Vasif adlı şəxsi tanımadığını, ümumiyyətlə Vasifi görmədiyini, lakin dostu İntiqamın onun yanında dəfələrlə Vasif ilə danışıb müxtəlif məbləğlərdə pulu “Milli ön” terminalı vasitəsilə Vasifin bank hesabına göndərdiyini bildirmişdir. İş materiallarında olan şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərardan dan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və saxlanıldıqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 124-16306 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyandan 2000 (iki min) manat qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Mənzil Kommunal X1 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-202/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cəlilov X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbyacan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay 17 (on yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)- 202/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxslər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadələrini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri 42-ci məhəllə, ev 7, mənzil 11 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-196/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-196/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver