Məhkəmə qərarları › İş №1(060)-197/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-197/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-197/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olan, subay, fərdi taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində “BC” kateqoriyalı, AC 236949 №li sürücülük vəsiqəsi ilə ƏN-İİ N 971716 №-li etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21060” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 36-cı kilometrliyində əks hərəkət zolağı ilə Sumqayıt şəhəri, Şirvan körpüsü istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməyərək yol hərəkəti istismarı qaydalarını pozmaqla yolu sağdan sola keçmək istəyən piyada 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan başın küt travması, sol gicgah sümüyünün xətti sınığı, baş beyinə qansızma, sol gicgah nahiyyəsinin yarası, sağ bazu sümüyünün orta 1/3-nin, sol baldır sümüklərinin 1/3-nin, sol budun orta 1/3-nin yerdəyişən qəlpəli sınıqları, sol çiyin nahiyyəsinin, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3nin ön səthinin 03 (üç) ədəd, sağ aşıq-baldır oynağının bayır səthinin, sağ pəncənin ön səthinin, sol baldırın orta 1/3-nin iç səthinin, sol əlin arxa səthinin, bazunun aşağı 1/3-nə kimi əhatə edən çoxsaylı sıyrıqları, sol qulaqönü nahiyyənin üst dodağın sol hissəsinin, alt dodağın sol hissəsinin, burunun sol yan səthinin, sağ bazunun orta 1/3-nin bayır səthinin qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs başın küt travması nəticəsində baş-beyinə qansızmadan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, sürücülük vəsiqəsi var, fərdi taksi fəaliyyəti ilə məşğul olur, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Vağzal” yaşayış massivindən sifariş qəbul etmiş, yaşadığı ünvan 2 ünvanından çıxaraq özünə məxsus olan “VAZ 21060” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 36-cı kilometrliyinə gəlmişdir. Qeyd olunan ünvan avtomagistiralın digər tərəfində olduğunu görüb, Şirvan körpüsündən geri dönməməkdən ötrü avtomagistiralda olan boşluqdan istifadə edərək əks hərəkət zolağına çıxaraq təqribən 50 km/saat sürətlə hərəkətə davam edən zaman piyadanın yolu ona nisbətdə sağdan sola keçmək istədiyini təqribən 50-60 metr qalmış görmüş, hərəkətə davam edən zaman piyada təxminən 02 (iki) addım atdığını görüb əyləci basmış, lakin avtomobili saxlaya bilməyib piyadanı avtomobilinin ön hissəsi ilə vurmuşdur. Bundan sonra ora TTY avtomobili, YPX gəlmiş və həmin şəxsi TTY xəstəxanasına aparmışlar. xx.xx.2022-ci il tarixdə isə şəxs xəstəxanada vəfat etmişdir. Əməlindən peşman olmasını və himayəsində yaşlı anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X5 bildirdi ki, Zərərçəkmiş şəxs оnun atasıdır. ünvan 5 ünvanında yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evə getmək üçün Sumqayıt şəhəri, H.Z.Tağyev qəsəbəsi ərazisi, Bakı-Quba yolunun 36-ci kilometrliyindən yolu keçən zaman əks hərəkət zolaqı ilə hərəkətdə olan sürücü onun atasını vurmuş və o, almış olduğu xəsarətlərdən Sumqayıt Şəhər TTY xəstəxanasında vəfat etmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq olmadığını bildirərək ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qubadlı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ximətdə olan zaman ŞPİ-nin NN-dən Sumqayıt şəhəri, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı- Quba yolunun 36 kilometrliyində yol nəqliyyat hadisəsi baş vediyini dediyi üçün hadisə yerinə getmiş, orada bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi “VAZ- 21060” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifariş əsasında qeyd olunan yerə getmək üçün əks hərəkət zolaqına çıxaraq hərəkətə başlayan zaman yolu sağdan sola keçmək istəyən piyadanı vurduğu məlum olmuşdur. O, hadisə yerindən piyadanın Sumqayıt şəhər TTY xəstəxanasına aparılmasına köməklik etmişdir. Bundan sonra sürücü Təqsirləndirilən şəxs RND-dən keçirilmişdir. Hadisə barədə soruşulan zaman Təqsirləndirilən şəxs həmin küçə ilə 50-55 km/saat sürətlə hərəkətdə olan zaman yolu sağdan sola keçmək istəyən piyadaları vurduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 127 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, sol gicgah sümüyünün xətti sınığı, baş beyinə qansızma, sol gicgah nahiyyəsinin yarası, sağ bazu sümüyünün orta 1/3-nin, sol baldır sümüklərinin 1/3-nin, sol budun orta 1/3-nin yerdəyişən qəlpəli sınıqları, sol çiyin nahiyyəsinin, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin 03 (üç) ədəd, sağ aşıq-baldır oynağının bayır səthinin, sağ pəncənin ön səthinin, sol baldırın orta 1/3-nin iç səthinin, sol əlin arxa səthinin, bazunun aşağı 1/3-nə kimi əhatə edən çoxsaylı sıyrıqları, sol qulaqönü nahiyyənin üst dodağın sol hissəsinin, alt dodağın sol hissəsinin, burunun sol yan səthinin, sağ bazunun orta 1/3-nin bayır səthinin qançırlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-a qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmqla xx.xx.2022-ci il tarixdə qərarın qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş-beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik vasitə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2761 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “VAZ 21060" markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Sumqayıt Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli 302-6948-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə “BC” kateqoriyalı AC 236949 saylı on illik sürücülük vəsiqəsi almışdır və sürücülük hüququndan məhrum edilənlərin siyasında yoxdur. İş materiallarında olan “ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması” haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, X5 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarında olan 5006 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müayinə zamanı alkoqol sərxoşluğu vəziyyəti və narkotik qəbulu faktı aşkarlanmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, təqsirləndirilən şəxsin anası xx.xx.1936-cı il təvəllüdlü X2 Təqsirləndirilən şəxs himayəsindədir və o, ona baxaraq qulluq edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, İİ qrup əlil olmasını və himayəsində yaşlı anasının olmasını Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsindən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli və ekspertiza tədqiqatinin dəyəri olan 85,00 (səksən beş) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 85,00 (səksən beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cəlalzadə X1 Vadim Cəfər oğluna məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar