Məhkəmə qərarları › İş №1(060)-197/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-197/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-197/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Məmmədrzakücə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs övladı Şahid1 X3 işə bərpa olunmasını təşkil edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, 2022-ci ilin fevral ayından 30 dekabr 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla, yəni, 2022-ci ilin fevral ayında Sumqayıt şəhəri, 32- ci məhəllə ərazisində yerləşən, “Karvan” ticarət mərkəzinin qarşısında 5000 manat, xx.xx.2022-ci il tarixdə, saat 15:40 da, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun 416974******456 hesab nömrəli bank kartına göndərdiyi 500 manat, xx.xx.2022-ci il tarixdə, saat 18:50 də, Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 150 manat, xx.xx.2022-ci il tarixdə, saat 20:25-də, Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Bərəkətli” marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə, onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 70 manat, xx.xx.2022-ci il tarixdə, saat 12:30-da Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 3900 manat, xx.xx.2022-ci il tarixdə, saat 13:40-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 100 manat, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 280 manat, xx.xx.2022-ci il tarixdə, saat 13:32-də Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 500 manat, xx.xx.2022-ci il tarixdə, saat 18:38-də, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 1500 manat, xx.xx.2022-ci il tarixdə, saat 18:46-da, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 30-cu məhəllə ərazisində yerləşən Bazarstore ticarət mərkəzindəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 1500 manat, xx.xx.2022-ci il tarixdə, saat 15:01-də, Sumqayıt şəhəri, 32-ci məhəllə, 20 yanvar küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə onun 52xxxxxxxx267624 hesab nömrəli bank kartına göndərdiyi 165 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 13665 (on üç min altı yüz altmış beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzində yerləşən xırdavat mağazasına işləmiş, onların münasibətləri oradan yaranmışdır. O, 2021-ci ilin noyabr-dekabr aylarında Rafiqin evinə bir neçə dəfə qonaq getmiş, Rafiqin evində söhbət əsnasında o, Rafiqin əvvəllər X3 xidmət etmiş, ancaq xidməti uyğunsuzluqla DİO-da xidmətdən uzaqlaşdırılmış övladı Şahid1 yüksək vəzifələrdə işləmiş dayısının vasitəsi ilə DİO-da işə bərpa etdirə biləcəyini, bunun üçün Rafiqin 10000 manat verməli olacağını bildirmişdir. Rafiq onun təklifi ilə razılaşmış, ancaq sözügedən məbləği bir müddət sonra və hissə-hissə verə biləcəyini bildirmişdir. O, Rafiqlə razılaşmış və Rafiqin oğlunu tezliklə işə bərpa etdirəcəyini demişdir. Bir müddət sonra Rafiq onunla əlaqə saxlamış, 2022-ci il fevral ayının birinci yarısı Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısında onunla görüşüb razılaşmalarına uyğun olaraq, ona 10000 manat pulun 5000 manatını verərək qısa müddət ərzində də qalan hissəsini verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, tez-tez Rafiqlə əlaqə saxlayaraq pulun qalan hissəsini də tez bir zamanda verməsini tələb etmiş, əks halda oğlu Şəhriyarın işə bərpa olunmasının mümkün olmayacağını bildirmişdir. Rafiq, qalan 5000 manatı tam şəkildə vermək imkanı olmadığını, həmin məbləği hissə-hissə verə biləcəyini bildirmişdir. O, Rafiqlə razılaşmış və pulları ona göndərməsi üçün özünə məxsus hesab kartının nömrəsini mesajla Rafiqin mobil telefonuna göndərmişdir. Rafiq xx.xx.2022-ci il tarixdə onun kart hesabına 500 manat pul göndərmişdir. Rafiq, sözügedən hesab kartına pul göndərməkdə çətinlik çəkdiyi üçün o, Rafiqə başqa hesab kartlarının nömrəsini göndərmişdir. Bundan sonra Rafiq xx.xx.2022-ci il tarixdə onun kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə 70 manat, xx.xx.2022-ci il tarixdə 3900 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 280 manat pul göndərmişdir. Beləcə, Rafiqin oğlunu işə bərpa etdirmək üçün Rafiqdən tələb etdiyi 10000 manat pulu 2022-ci ilin fevral ayının 2-ci yarısından xx.xx.2022-ci il tarixədək olan müddətdə hissə-hissə Rafiq ona ödəmişdir. Ancaq, bundan sonra o, Rafiqə zəng etmiş və Rafiqin oğlu Şəhriyarın işə bərpa olunması üçün əlavə olaraq 5000 manat da ödəməli olduğunu bildirmişdir. Belə olan halda Rafiq əlavə olaraq 5000 manat verməyə imkanının çatmadığını, ona verdiyi 10000 manatı da qaytarmasını xahiş etmişdir. Bu zaman o, Rafiqə güzəşt edə biləcəyini, əlavə olaraq 5000 manat yox 3500 manat ödəməsini Rafiqə təklif etmiş və qısa müddət ərzində işi həll edəcəyini bildirmişdir. Rafiq onun təklifi ilə razılaşmış və xx.xx.2022-ci il tarixdə onun kart hesabına 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat pul göndərmişdir. Bu minvalla Rafiq, oğlunu işə bərpa etdirmək üçün onun əlavə olaraq tələb etdiyi 3500 manat pulu da ona ödəmişdir. Bundan sonra Rafiq onunla telefon vasitəsi ilə əlaqə saxladıqda o, Rafiqi aldadaraq “iş”in həll olunduğunu qısa müddət ərzində Şəhriyarın işə bərpa olunacağını, ancaq Şəhriyarın işə bərpa olunması üçün müvafiq həkim komisiyasından keçməli olduğunu bildirmişdir. Rafiq, Şəhriyarın həkim komisiyyasından keçmək üçün istənilən vaxt gedə biləcəyini ona dedikdə, o, Şəhriyarın getməsinə ehtiyac olmadığını, komissiyanın həkimləri ilə danışdığını, bunun üçün həkim komisiyasıına 165 manat ödəməli olacağını bildirmiş, həmin pulu onun hesab kartına göndərməsini istəmişdir. Rafiq xx.xx.2022-ci il tarixdə, ödəmə terminalı vasitəsi ilə onun kart hesabına 165 manat pul göndərmiş, bundan sonra o, Rafiqi aldadaraq Şəhriyarın 2023-cü ilin mart ayınadək DİO-da işə bərpa olunacağını bildirmişdir. Ancaq Rafiqin oğlu işə bərpa olunmadığı üçün Rafiq, tez-tez ona zəng edib işin nə üçün həll olunmadığını soruşmuşdur. Bu səbəbdən də, o, Rafiqlə bütün əlaqələrini kəsmiş, Rafiqin telefon zənglərinə cavab verməmişdir. Belə olan halda Rafiq, onu aldatdığını, ümumilikdə 13665 (on üç min altı yüz altmış beş) manat pulunu alıb ələ keçirməsini başa düşmüş və onun barəsində polisə müraciət etmişdir. Onun DİO-da işə bərpa etdirmək imkanları və ya bu işdə ona hər-hansı bir köməklik edəcəyinə vəd verən tanışları yoxdur. Sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aldadaraq 13.665 manat pulunu alıb ələ keçirmiş, məsuliyyətdən yayınmaq məqsədi ilə ilkin izahatında Zərərçəkmiş şəxs övladını DİO-da işə bərpa etdirmək adı ilə sonuncudan aldığı pulun hamısını tanışı Şahid2 verdiyini, Ramalın bu işi həll edəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəllərindən tanımış, Fuad tez-tez onun işlədiyi, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzindəki xırdavat mağazasına gəlib-getdiyi üçün onların münasibətləri yaranmışdır. 2021-ci ilin noyabrdekabr aylarında yaşadığı evdə Təqsirləndirilən şəxsla aralarında olan söhbət əsnasında sonuncunun əvvəllər X3 xidmət etmiş, ancaq xidməti uyğunsuzluqla DİO-da xidmətdən uzaqlaşdırılmış övladı Şahid1 Təqsirləndirilən şəxs yüksək vəzifələrdə işləmiş dayısının vasitəsi ilə 10000 manat müqabilində DİO-da işə bərpa etdirə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, ancaq sözügedən məbləği bir müddət sonra və hissə-hissə vermək imkanı olacağını bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və onun oğlunu tezliklə işə bərpa etdirəcəyini bildirmişdir. Bir müddət sonra o, 5000 manat pul əldə etmiş və Təqsirləndirilən şəxsla əlaqə saxlamış, 2022-ci il fevral ayının birinci yarısı Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxsla görüşüb razılaşmalarına uyğun olaraq, onun oğlunu işə bərpa etdirməkdə köməklik etməsi üçün verməli olduğu 10000 manat pulun 5000 manatını Təqsirləndirilən şəxs vermiş, qısa müddət ərzində də qalan hissəsini verəcəyini bildirmişdir. Bir neçə gün sonra Fuad tez-tez onunla əlaqə saxlayaraq pulun qalan hissəsini də tez bir zamanda verməyini tələb etmiş, əks halda onun oğlu Şahid1 işə bərpa olunmasının mümkün olmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs qalan 5000 manatı tam şəkildə vermək imkanının olmadığını, həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və pulları göndərmək üçün Təqsirləndirilən şəxs məxsus hesab kartının nömrəsini mesajla onun mobil telefonuna göndərmişdir. O, xx.xx.2022-ci il tarixdə, saat 15:40 da, Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən Araz marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə Fuadın kart hesabına 500 manat pul göndərmişdir. O, sözügedən hesab kartına pul göndərməkdə çətinlik çəkdiyi üçün Təqsirləndirilən şəxs ona başqa hesab kartlarının nömrəsini göndərmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə olan “Araz” marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Bərəkətli” marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə 70 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən “Araz” marketdə olan “eManat” ödəmə terminalı vasitəsi ilə 3900 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Araz” marketdə olan “Million” ödəmə terminalı vasitəsi ilə 100 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Araz” marketdə olan “Million” ödəmə terminalı vasitəsi ilə 280 manat pul göndərmişdir. Beləcə, onun oğlunu işə bərpa etdirmək üçün Fuadın ondan tələb etdiyi 10000 manat pulu 2022-ci ilin fevral ayının 2-ci yarısından xx.xx.2022-ci il tarixədək olan müddətdə hissə-hissə Fuada ödəmişdir. Ancaq bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək onun oğlu Şahid1 işə bərpa olunması üçün əlavə olaraq 5000 manat da ödəməli olduğunu bildirmişdir. Belə olan halda onun əlavə olaraq 5000 manat verməyə imkanı çatmadığını verdiyi 10000 manatı da qaytarmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona güzəşt edə biləcəyini, əlavə olaraq 5000 manat yox 3500 manat ödəməsini təklif etmiş və qısa müddət ərzində övladının işə bərpa olunacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 32ci məhəllə ərazisində yerləşən “Araz” marketdə olan “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 500 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Araz” marketdə olan “Million” ödəmə terminalı vasitəsi ilə 1500 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 30-cu məhəllə ərazisində yerləşən “Bazarstore” ticarət mərkəzində olan “eManat” ödəmə terminalı vasitəsi ilə 1500 manat pul göndərmişdir. Beləliklə Təqsirləndirilən şəxs ondan əlavə olaraq tələb etdiyi 3500 manat pulu da ona vemişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs “iş”in həll olunduğunu, qısa müddət ərzində Şəhriyarın işə bərpa olunacağını, ancaq Şəhriyarın işə bərpa olunması üçün müvafiq həkim komisiyasmdan keçməli olduğunu bildirmişdir. O, Şəhriyarın həkim komisiyyasından keçmək üçün istənilən vaxt gedə biləcəyini Fuada Yusubova demiş, lakin sonuncu Şəhriyarın getməsinə ehtiyac olmadığını, komisiyanın həkimləri ilə danışdığını, bunun üçün həkim komissiyasına 165 manat ödəməyin vacib olduğunu bildirmiş, həmin pulu Təqsirləndirilən şəxs hesab kartına göndərməsini istəmişdir. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə Fuad Yuubovun kart hesabına 165 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1 2023-cü ilin mart ayınadək DİO-da işə bərpa olunacağını bildirsə də, Şahid1 işə bərpa olunmamış və Təqsirləndirilən şəxs onunla bütün əlaqələrini kəsmiş, onun telefon zənglərinə cavab verməmişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs onu aldadaraq oğlunu DİO-da işə bərpa etdirməkdə yalan vəd vermiş, onun ümumilikdə 13.665 (on üç min altı yüz altmış beş) manat pulunu alıb ələ keçirmişdir. Hadisə barəsində oğlu Şahid1 və həyat yoldaşı Kəmalə Rəsulovanın məlumatı olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun sonuncuya qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, onun barəsində həbs qətimkan tədbiri seçildiyi üçün hal-hazırda Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Təqsirləndirilən şəxsla sonuncu dəfə təxminən 2 il bundan əvvəl görüşmüş, daha sonra onıarın əlaqələri kəsilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid1 polis orqanlarına bərpa etdirəcəyi adı ilə aldadaraq 13600 manat pulunu alıb ələ keçirməsi barədə əvvəlcədən heç bir məlumatı və iştirakı olmamışdır. Bu barədə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində ifadə verərəkən öyrənmiş, bununla bağlı Təqsirləndirilən şəxs heç vaxt Zərərçəkmiş şəxs adlı şəxsin övladını polis orqanlarına bərpa etdirməsini ondan xahiş etmədiyini, bu barədə ümumiyyətlə Fuadla onun arasında heç bir söhbətin aparılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb 13600 manat pulunu ələ keçirmişdir. Fuad, onun həbsdə olduğunu bildiyi üçün, özünü məsuliyyətdən yayındırmaq məqsədi ilə, Rafiqi aldadıb aldığı 13600 manat pulu ona verməsi barədə yalan izahat vermişdir. xx.xx.2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçildiyi üçün Fuadın Rafiqdən aldığı pulları ona verməsi mümkün ola bilməzdi. Cinayət işinin 87-88-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 21411 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs adından X2 hesabına 3400 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 18936 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs adından X2 hesabına 20 manat məbləğində pul ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3420 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 13665 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 3420 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesqab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi üçün onun barəsində seçilmiş həbs qətimkan ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar