Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-197/2025 23.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 6, mənzil 50 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,998 qram çəkidə ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 20 sentyabr 2024-cü il tarixdə saat 14:30-da həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə, 29 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək həmin tarixdə orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə saxladığı çəkisi 0,998 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,175 qram çəkidə ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 05 noyabr 2024-cü il tarixdə saat 21:45-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 nömrəli yaşayış binasının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilib həmin tarixdə orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə saxladığı çəkisi 0,175 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, işsizdir. O, heç vaxt ruhi-əsəb xəstəliyi keçirtməmiş, bununla bağlı müalicə almamışdır. Psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən 2017-ci ildən inyeksiya, yəni, şpirislə damara vurma yolu ilə istifadə etmiş, əvvəllər məhkum olunmamışdır. O, xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə bağlı Abşeron rayonu, Saray bağları yaşayış massivinə getmişdir. Həmin tarixdə səhər saatlarında Saray qəsəbəsində olan zaman təsadüfən rastlaşdığı, üzdən tanımadığı, Rəşad adlı ünvanını bilmədiyi kişi cinsindən olan şəxslə söhbət edərkən psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Bu zaman həmin şəxs ona psixotrop maddə olan metamfetamin verə biləcəyini demişdir. O, özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 10 manat pul müqabilində psixotrop maddə metamfetamin alıb öz istifadəsi üçün əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü, yəni, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, 29 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmiş, ondan adını və soyadını soruşub üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olubolmadığını soruşmuşlar. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində psixotrop maddə olan metamfetamin bükümü olduğunu demişdir. Bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Polis İdarəsinə getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsinə çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X6 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X6 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X14 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-yə gətirdiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X5 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etdikdən sonra o, bildirişlə tanış olub sualları cavablandıraraq heç bir etirazının olmadığını bildirmişdir. Sonra təhqiqatçı ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə yaxud, psixotrop maddə vardırsa təqdim etməyini xahiş etmişdir. Bu zaman o, əynində olan tünd boz cins şalvarının sağ cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan həmin psixotrop maddə metamfetamini çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş şəffaf rəngli sellofan kəsiyi açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixtrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçı ondan həmin kütlənin nə olduğunu, onu haradan və nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşanda o, həmin maddəni saxlanıldığı tarixdə yəni, xx.xx.2024-cü il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Abşeron rayonu, Saray qəsəbəsində olan zaman Rəşad adlı tanımadığı şəxsdən 10 (on) manat müqabilində alıb üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron məşiət tərəzisinə qoyulub çəkilən zaman çəkisinin 1,10 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş həmin kütlə Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləyib qablaşdırılmış, zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddənin metamfetamin olduğunu, həmin maddələri tutulduğu gün Abşeron rayonu, Saray qəsəbəsində olan zaman Rəşad adlı tanımadığı şəxsdən 10 (on) manata aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. Onun üzərinizdən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini aldığı şəxsi tanımamış, sonuncunu birinci dəfə görmüş, təxminən 30-35 yaşlarında, arıq bədən quruluşlu, orta boylu şəxs olmuşdur. O, üzərindən aşkar olunan psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmadığını demişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı yaşayış binasının yaxınlığında piyada hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib ondan adını və soyadını soruşub üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuşdular. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində psixotrop maddə olan metamfetamin bükümü olduğunu demişdir. Bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Polis İdarəsinin 5-ci Polis Bölməsinə getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. PB-ya çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X6 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X6 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X7 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nın əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək 5-ci PB-ya gətirdiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X5 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etdikdən sonra o, bildirişlə tanış olub sualları cavablandıraraq heç bir etirazının olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməyini xahiş etmişdir. Bu zaman o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisində ağ rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan həmin psixotrop maddə metamfetamini çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqdim edilmiş şəffaf rəngli sellofan kəsiyi açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixtrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçı ondan həmin kütlənin nə olduğunu, onu haradan və nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşanda o, həmin maddəni saxlanıldığı tarixdə, yəni, xx.xx.2024-cü il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 (on) manat müqabilində alıb üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron məşiət tərəzisinə qoyulub çəkilən zaman çəkisinin 0,31 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləyib qablaşdırılmış, həmçinin, 01 (bir) ədəd "SAMSUNG” markalı mobil telefon da qablaşdırılmış, zərflər təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 5-ci PB-ya əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa həmçinin, daha 3 nəfər polis əməkdaşı daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 05 noyabr 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 nömrəli yaşayış binasının yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra xx xxxxxxx 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə sonuncunu 05 noyabr 2024-cü il tarixdə saat 21:45-da Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 nömrəli yaşayış binasının yaxınlığında piyada hərəkətə olarkən saxlamışlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində psixotrop maddə bükümü olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların hərəkətinin intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayıb üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncuya onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə getməli olduğunu demiş, sonuncu etiraz etməyib onlarla birlikdə PB-ya getmişdir. Təqsirləndirilən şəxs PB-ya gətirilərək bu barədə bölmə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nın inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı, polis kapitanı X7 özünü təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X6 dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Fərhad Bayramov özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxladıqlarını deyib sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyini qeyd edib axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X5 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etikdən sonra sonuncu sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) şəffaf rəngli sellofanın içərisindəki ağ rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükümü və əynindəki boz rəngli sol yan cibindən 01 (bir) ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirmiş, lakin əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə - patı olduğunu deyib saxlanıldığı tarixdə, günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 (on) manata alıb öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə siqaret kağızı kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçülür və çəkisi 0,31 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş 01 (bir) ədəd psixotrop maddə metamfetamin bükümü və 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon götürülərək müvafiq qaydada hər biri ayrılıqda 01 (bir) ədəd ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 242 nömrəli möhürü ilə möhürlənmiş, zərflərin üstü təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİnin CAŞ-nın əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin CAŞ-ına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra CAŞ-ın rəis müavini, polis mayoru Azər Şahbazovun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa o, həmçinin daha 3 nəfər polis əməkdaşı daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 20 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 42-ci məhəllə, 29 nömrəli tam orta məktəbin yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra xx xxxxxxx 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, 42ci məhəllə, ev 6, mənzil 50 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə sonuncunu 20 sentyabr 2024-cü il tarixdə saat 14:30-da Sumqayıt şəhəri, 42-ci məhəllə, 29 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkətə olarkən saxlamışlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində psixotrop maddə bükümü olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların hərəkətinin intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayıb üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncuya onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getməli olduğunu demiş, sonuncu etiraz etməyib onlarla birlikdə Pİ-yə getmişdir. Təqsirləndirilən şəxs Pİ-yə gətirilərək bu barədə idarə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı, polis mayoru X14 özünü təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X6 dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X14 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının narkotik Vasitələrin və psixotrop maddlərin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs X5 Sumqayıt şəhəri ərazisində saxladıqlarını deyib sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyini qeyd edib axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X5 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etikdən sonra sonuncu sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisindəki ağ rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirmiş, lakin əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu, haradan əldə etdiyini və məqsədlə üzərində gəzdirdiyini soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə patı olduğunu deyib saxlanıldığı tarixdə, səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı Rəşad adlı şəxsdən 10 (on) manata alıb öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə siqaret kağızı kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçülür və çəkisi 1,10 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş 01 (bir) ədəd psixotrop maddə metamfetamin bükümü götürülərək müvafiq qaydada 01 (bir) ədəd ağ rəngli boş zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 124 nömrəli möhürü ilə möhürlənmiş, zərflərin üstü təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılmışdır. Digər şahidlər Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədikləri üçün məhkəmə tərəfindən onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələr elan edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:45 dəqiqədə Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 6-nın yaxınlığında həyətdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5-ci PB-nə gətirildikdən sonra inspektor-kriminalist saat 22:36-də rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin gəzdirilməsində, istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün saxlanıldığı bildirilərək, hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, bildirişlə tanış olmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X6 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibində saxladığı ağ rəngli sellofon kəsiyinin içərisində ağ kağıza bükülmüş kütlənin psixotrop maddə olan metamfetamin - “şüşə” olduğunu bildirmiş, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta radələrində Saray qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, xəstə olduğundan istifadə etdiyini, üstündə gəzdirdiyini etiraf etmişdir. Həmin bükümü açdıqda içərisində ağ rəngli maddə aşkar olunmuşdur. Bundan başqa boz rəngli şalvarının sol yan cibindən Samsung Duos markalı telefonu təqdim etmişdir. Telefon sübüt əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində psixotrop vasitəyə bənzər kütlə onun öz iştirakı ilə Çin istehsalı olan elektron məişət tərəzisində çəkilmişdir.Tərəzidə çəkilərkən ağ rəngli sellofanın içərisində ağ rəngli kağıza bükülmüş kütlənin çəkisi 0,31 qram müəyyən edilmişdir. Vəkil X2 İsmət Məmməd oğlunun üzərindən aşkar olunan kütlənin özünə məxsus olub-olmadığını, çəkilişdə olan polis əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmadığını, polis əməkdaşları tərəfindən şiddət olub-olmadığını ondan soruşduqda psixotrop maddənin özünə məxsus olduğunu, çəkilişdə olan polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən şiddət tətbiq edilmədiyini bildirmişdir. Üzərindən şəxsi axtarış zamanı götürülmüş kütlə Məhkəmə- Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq DİN-in 242 saylı möhürü ilə möhürlənmişdir.(i.v.24) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5145 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) F.İsmət...” sözləri olan zərfdəki 01 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,175 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,175 qram, təhqiqata sərf edildi 0,050 qram, qalıq 0,125 qram.(i.v.30-34) xx.xx.2024-cü il tarixdə, saat 13:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.45-46) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.53) Təqsirləndirilən şəxsin X8 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X8 azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.54-55) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30 dəqiqədə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 29 nömrəli tam orta məktəbin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.87) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 14:30-da saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra ekspert-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə Polis İdarəsində, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu üzərində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş bir büküm açıldıqda içərisindən ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin «patı» olduğunu, həmin maddəni bu gün səhər saatlarında Saray bağlar massivi ərazisindən Rəşad adlı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş-bir bükümün içərisində olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin büküldüyü sellofanla birlikdə çəkisinin 1,10 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. (i.v.95-96) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4665 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözləri olan zərfdəki 01 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkiləri 0,998 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,998 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,948 qram.(i.v.105-109) Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.112) xx.xx.2024-cü il tarixdə, saat 10:50-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.124-125) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.134-137) Təqsirləndirilən şəxsin X8 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X8 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.141-142) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,998 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxmaqla tədqiqatdan sonra qalıq qalmış 0,948 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir.(i.v.144-145) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v.159) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsin Ambulator X3 barədə 25 sentyabr 2024-cü il tarixli, 6479 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardı. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.165-166) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,175 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxmaqla tədqiqatdan sonra qalıq qalmış 0,125 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir.(i.v.168-169) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v.191-192) Yenidən ittiham elan edilmiş təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.200-204) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,998 qram və 0,175 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonrakı qalıq qalmış çəkisi 0,948 və 0,125 qram olan psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Fərhadov Məmməd oğluna məxsus olmaqla aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminin təmiz çəkisinin məkhəmə-kimyəvi ekspertizasının rəyinə uyğun müvafiq 0,998 və 0,175 qram çəkilərdə olması əsas götürülmüş və Təqsirləndirilən şəxs ittiham elan edilən zaman qeyd olunan çəki nəzərə alınmışdır. (i.v.210-222) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayətini təkrarən törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə məhkum edilməsini və azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, həmçinin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 23 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6479 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,948 qram və 0,125 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci cəmi 161 (yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,948 qram və 0,125 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci cəmi – 161 (yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-197/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-197/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver