Məhkəmə qərarları › İş №1(060)-198/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-198/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-198/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Naxçıvan MR, Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edib Abşeron rayon ərazisində torpaq alqı-satqısı ilə məşğul olmasına inandıraraq aldatmaqla vahid niyyətlə 19 sentyabr 2020-ci ildə saat 19 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən “Qala” restoranının qarşısında 13000 (on üç min) manat, 26 sentyabr 2020-ci ildə saat 19:00 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində 8000 (səkkiz min) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 21000 (iyirmi bir min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən bir ilə yaxındır ki, tanıyır. Onların tanışlığı ortaq dostları Müşviq və Həbib vasitəsi ilə olmuşdur. Belə ki, o, Abşeron rayon ərazisində torpaq alqı-satqısı ilə məşğul olmuş, Adil bilmişdir ki, o torpaq alqı satqısı ilə məşğuldur. Təxminən 2020-ci ilin sentyabr ayının 18-də o, Adilə təklif etmişdir ki, bu işdə yaxşı gəlir var, onda pul varsa versin və o, torpaq alıb satsın qazanc götürsünlər. Adil də razılaşmış və o, Adillə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerldəşən Qala restoranında görüşüb Adildən 13000 manat pul almış, həmin pulu torpaq almaq üçün Şövqü adlı şəxsə vermiş, bir müddət sonra ona aydın olmuşdur ki, Şövqü onu aldadır və işini özü həll etmək üçün yenidən Adil ilə 26 sentyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri 2ci mikrorayon ərazisində görüşüb Adilə demişdir ki, Şövqü adlı şəxs onu aldadıb əlavə olaraq ona 8000 manat pul versin. Adil də həmin məbləğdə pulu ona vermiş, lakin o həmin pula digər yerdə borclu olduğu üçün həmin yerə xərcləmişdir ki, sonra Şövqü ilə iş görüşüb Adilin pulunu qaytarar. Lakin, Şövqü onun pulunu verməmiş və pandemiya ilə əlaqədar torpaq alqı-satqısı yaxşı getmədiyindən Adilin pulunu qaytara bilməmişdir. Şövqünün anket məlumatları və əlaqə nömrələri barədə məlumat verməmişdir.Sonuncu vəzifəli şəxs olmamışdır. O, Adillə dəfələrlə ona vaxt verməsini xahiş etsə də sonuncu ona vaxt verməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə müəyyən qədər ziyanın ödəmək istəsə də sonuncu tam olaraq ödəniş tələb etdiyindən maddi imkanı aşağı olduğundan ziyanı tam olaraq ödəyə bilədiyini qeyd edərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanışları Həbib və Müşviqin vasitəsi ilə tanımışdır. Zəka həmin vaxtlar Abşeron rayon ərazisində torpaq alqı satqısı ilə məşğul olurdu. 18 sentyabr 2020-ci il tarixdə axşam Sumqayıt şəhərində dəniz kənarında kafelərin birində o, Həbib və Zəka oturmuşlar, orada söhbət əsasında Zəka bildirmişdir ki, torpaqda yaxşı alver var, pul qoyub gəlir götürmək olur. Onada təklif etmişdir ki, pulu varsa versin torpağa qoysun pul götürsünlər, onun artıqlaması ilə pulunu qaytaracaqdır. O, da demişdir ki, onun bir o qədər pulu yoxdur, borca tapa bilər ancaq etibar etmir, birdən pulu batırar. Zəkada demişdir ki, Həbiblədə pul qoymuşlar qazanmışlar hal hazırdada satışda torpaqları var. O götür-qoy etmiş və Həbibə sual vermişdir ki, “həqiqətəndə sən Zəka ilə iş görmüsən”. Həbibdə təstiqləmişdir ki, bəli onlar pul qoyub pul götürmüşlər. Bundan sonra Zəka onun Zəkaya bir o qədərdə ininmadığını görüb onun etibarından və tanışlığından istifadə edərək onu aldatmış və bildirmişdir ki, 13000 (on üç min) manat olsa bəs edər. O, da Zəkaya inanıb razılaşmış və səhərisi günü 19.09.2020-ci il tarixdə dostlarından 13000 manat toplayıb Zəkaya zəng vurmuşdur ki, pul hazırdır. Zəkada ona demişdir ki, Sumqayıt şəhəri, Dəniz kənarında Corat qəsəbəsində «Qala» kafesində onu gözləyir. Saat 11:00 radələrində Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən Qala restoranında o digər tanışı Həbib, Təqsirləndirilən şəxs və tanımadığı digər bir qadınla görüşmüş, görüş zamanı Həbib və qadın getmiş, o, Zəka ilə tək qalmış və restorandan çıxaraq restoranın qarşısında o, zəkaya 13000 manat pul vermişdir. Onun yanında Zəka anasına zəng edərək hazırlaşmağını, gəlib onu torpaq alqı-satqısı üçün aparacağını demiş, pul verdikdən sonra Zəkadan aldığı torpağı 25.09.2020-ci il tarixədək satacağını, onun 13000 manatını, habelə əldə olunan gəlirdən ona düşən payı da verəcəyini bildirmişdir. 19.09.2020-ci il il tarixdən 25.09.2020-ci il tarixədək olan vaxt ərzində Zəka Rüstəmov ilə söhbətlər zamanı Zəka aldığı torpaq üçün müştəri tapdığını, müştərinin 500 manat beh verdiyini, sənədləşmənin bir neçə günə yekunlaşacağını, onunda pulunu verəcəyini, narahat olmamağını bildirmişdir. 26.09.2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona telefonla səsli ismarıc göndərərək Şövqü adlı şəxslə birlikdə torpaq sahəsi alıb-satdığını, sonradan Şövqünün işdən imtina etdiyini, hazırda almaq istədiyi torpaq sahəsini alacağı şəxsə 4000 manat beh verdiyini, notariat kontorunda 10000 manat balansa pul köçürdüyünü, Şövqü imtina etdiyi üçün hazırda ona torpaq sahəsini almaq üçün 8000 manat pul tələb edildiyini bildirmiş, tanışları Həbib və Müşviqin də bu işi görmək istədiklərini, lakin pulları olmadığı üçün həmin işi görə bilmədiklərini demişdir. Ona 8000 manatı verməyi, bir neçə günə 8000 manatı da geri qaytaracağını, əlavə də 2500 manat pulu gəlir kimi ona verəcəyini demiş, o, da razılaşmışdır. Həmin gün Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində saat 19:00 radələrində Zəka ilə görüşmüş, Zəkaya 8000 manatı vermiş, Zəkada da pulun bir hissəsini torpağı aldığı qadının yaxın qohumuna verəcəyini bildirrərək Abşeron rayonu, Saray qəsəbəsinə birlikdə getmişlər, orada **-OG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomaşının sürücüsü ilə görüşmüşlər Zəka həmin şəxslə bir qədər qıraqda söhbət etmiş və həmin şəxsə 5000 manat pul verdikdən sonra da qayıdaraq sabahısı gün notariat kontoruna gedəcəyini bildirmişdir. O, da etiraz etməmiş, sabahısı gün o, Təqsirləndirilən şəxs zəng edərək onun notariat kontoruna gedib-getməməsini soruşmuş, Zəkada artıq getdiyini bildirmiş, o da Zəkadan alqı-satqı müqaviləsini və digər sənədləri tələb etmiş, lakin zəka ona müxtəlif bəhanələr gətirmiş, o da artıq Zəkanın bu hərəkətlərindən şübhələnmiş və Zəkanın onu aldatdığını düşünərək onun pulunu geri qaytarmasını bildirmiş, Zəkada bibisinin kürəkəni olan Rüfət adlı şəxsin ona məxsus olan torpağı alacağını, əldə etdiyi 28000 manat puldan onun 21000 manat pulunu, əlavə də ona çatan gəliri verəcəyini bildirmiş, o da etiraz etməmiş, lakin həmin vaxtdan hazıra qədər onun Zəkaya verdiyi 21000 manat pulu geri qaytarmamış və ona qarşı dələduzluq etmişdir. O Şövqü adlı şəxsi görməmiş və onunla ünsiyyət qurmamış, sonuncuya pul vermiş, həmin şəxsin həqiqətən olub-olmamasını biləməmiş, belə bir şəxsin varlığından daha sonra Zəkanın deməsindən sonra bilmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənilməsini, hissə-hissə ödənilməsini istəmədiyini və Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, təxminən 22 ilə yaxındır ki, əmlak alqı-satqısı ilə məşğuldur. Təqsirləndirilən şəxs da işlədiyi işə görə bir ilə yaxındır ki, tanıyır. Belə ki, Zəka özüdə əmlak alqı satqısı ilə məşğul olmuş və bu səbəbdən tanımışdır. X6 isə təxminən dörd ilə yaxındır ki, tanıyır və onların arasında dostluq münasibətləri vardır. 2020-ci ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə söhbət zamanı ona bildirmişdir ki, torpaq alqı satqısı ilə məşğul olub gəlir əldə etmək üçün ortaq tanışları Təqsirləndirilən şəxsla 19.09.2020-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən «Qala» restoranının qarşısına 13000 manat, 26.09.2020-ci il tarixdə isə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində 8000 manat olmaqla ümumilikdə 21000 manat pul verdiyini bildirmiş, lakin Zəka onu aldadaraq nə torpaq almadığını, nədə ki, pulunu qaytarmamasını demişdir. Onun yanında Adil Zəka ilə telefonda danışmış, Zəka da satışda qoyduğu torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini satıb pulunu düzəldəcəyini bildirmişdir. Sonradan yenədə Adillə görüşdüyü zaman Adil ona demişdir ki, Zəka ona söz verib ki, 10000 manat geri qaytaracaq, lakin həmin puluda vermədiyini bildirmişdir. O özüdə bir neçə dəfə Zəka ilə görüşəndə Adilin nəyə görə pulunun qaytarmamısını soruşanda Zəka 1-2 işləri olduğunu və qaytaracağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, **-OG-*** dövlət nömrə nişanlı «Hündai Akcent» markalı avtomaşın ona məxsusdur. Həmin avtomaşınla arada bir tanış müştərilərini işləri olanda ona zəng edirlər və müştərilərin sifarişlərini yerinə yetirir. Təqsirləndirilən şəxsda təxminən 7-8 aydır ki, tanıyır. Belə ki, Zəkanı bir dəfə müştəri kimi ünvana aparmış və o vaxtdanda Zəka onun mobil telefonunun nömrəsini götürüb və hərdən ona zəng vurduqda onu müştəri kimi aparmışdır. Zəka ilə tanış olandan sonra o bilmişdir ki, Zəka torpaq alveri ilə məşğul olur. Bir neçə dəfə o Zəkanı satdığı və ya aldığı torpaq sahələrinə taksi sürücüsü kimi aparmış və bunun müqabilində də ona Zəka zəhməthaqqı vermişdir. 2020-ci ilin sentyabr ayının 26-da saat təxminən 20 radələrində Zəka ona zəng vuraraq onu Abşeron rayonu Saray qəsəbəsində yerləşən dairə deyilən yerə çağırmış, o da oraya tək getmiş və görmüşdür ki, Zəka orada ona adı bəlli olan Adil ilə dayanıb onu gözləyirlər. O, Zəkaya yaxınlaşmış və Zəka ona açıq şəkildə Adilin yanında pul verərək bildirmiş ki, həmin pulu bir nəfərə çatdırmalıdır. Zəka küçədə ona həmin pulu verməsi onu biraz qorxuya saldığı üçün Zəkanı Adilin yanından kənara çəkib soruşmuşdur ki, bu nə puldur. Zəkada demişdir ki, “narahat olma torpaq puludur 5000 manat puldur səni Xırdalan şəhərində Heydər Əliyev parkın yanında dayanacaqda gözləyirlər apar həmin pulu ver”. O, da Zəkadan həmin şəxsin nömrəsini istəyəndə Zəka ona demişdir ki, “sən dayanacağa çatanda mənə zəng vur həmin şəxs sənə özü yaxınlaşacaq”. Buna görə Zəka ona 10 manat zəhmət haqqı da vermiş, o da Zəka dediyi yerə getmiş və oradan Zəkaya zəng vurmuş Zəkada ona demişdir ki, “gözlə indi bir nəfər sənə yaxınlaşacaq”. O da təxminən 1-2 dəqiqə gözləyəndən sonra ona bir nəfər tanımadığı orta yaşlı şəxs yaxınlaşmış və ondan adını soruşmuş, sonra ona demişdir ki, “səni Zəka göndərib”, o da həmin şəxsə onu Zəkanın göndərdiyini demişdir. O da həmin pulu verməmişdən qabaq Zəkaya öz mobil telefonu ilə zəng vuraraq telefonda Zəkaya demişdir ki, “sən deyən şəxs gəlib telefonu verim danış”. Zəkada həmin şəxslə danışandan sonra ona demişdir ki, pulu ona versin. O da pulu həmin şəxsə verib evə qayıtmış, həmin şəxsin kim olmasını bilməmişdir. Daha sonra, onu polis çağıranda Adillə Zəka arasında pula görə narazıçılıq yarandığını bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD-də də açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 21000 manat pul alması öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Təqsirləndirilən şəxsla və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı ona 21.000 manat pulun verməsini bildirmiş, sonuncuda Zərərçəkmiş şəxs həmin pulu aldığını etiraf etmişdir. İş materiallarında olan 16 saylı MKS-nin 01.04.2021-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs 1957-ci il təvəllüdlü atası X3 və 1963-cü il təvəllüdlü anası X1 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28, mənzil 14 ünvanında yaşamışdır. İş materiallarında olan 16 saylı MKS tərəfindən 01.04.2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, 1987-ci ildə Naxçıvan MR, Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28, mənzil 14 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs 10-cu mikrorayon ərazisində yaşadığı müddət ərzində onun barəsində 16 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nizani rayon məhkəməsinin 09.12.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə sürülmüş ittihamına CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulun bir hissəsini Şövqü adlı şəxsə verdiyini bildirsə də həmin şəxsin barəsində dəqiq məlumat verməməsi, anket məlumatları və harada yaşaması barədə məhkəmədə ondan soruşulsa da cavab verməməsi, zərərçəkmiş şəxsə həmin şəxsin mövcüdluğu barədə ilk əvvəl məlumat verməməsi, yalnız zərərçəkmiş şəxsin ondan verdiyi vədə əməl etməsini tələb etdikdən sonra bu barədə bildirməsi Təqsirləndirilən şəxs özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədi ilə belə bir ifadə verməsini göstərir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28.12.2020-ci il tarixdən hesablanmaqla 23.02.2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 18.02.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd 1 ədəd SD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs olunduğu 28 dekabr 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar