Məhkəmə qərarları › İş №1(060)-198/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-198/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-198/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum edilməmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan bir ədəd soyuq silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,819 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlmaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbiri zamanı, 18 avqust 2021-ci il tarixdə saat 18:15-də Sumqayıt şəhəri, 1-ci kvartal ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb üzərində şəxsi axtarış həyata keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda çəkiləri 3,880 qram və 4,939 qram olmaqla ümumi təmiz çəkisi 8,819 qram narkotik vasitə olan heroin və bir ədəd kustar üsulla kastet tipində hazırlanmış soyuq silah əynindəki qara rəngli idman şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2021-ci ilin iyulun ortalarında Biləcəri qəsəbəsində olarkən zibillikdən iki büküm heroin və bir ədəd «beşbarmaq» tapmış, özü heroin qəbul edən olduğundan tapdığı heroini özündə saxlamaq və qəbul etmək, həmçinin marağı yarandığından beşbarmağı da özündə saxlamaq qərarına gəlmişdir. Bir ay müddətində tapdığı iki büküm heroindən az miqdarını istifadə etmiş, heroinin qalan hissəsi və beşbarmağı daimi olaraq üzərində saxlamışdır. 18.08.2021-ci il tarixdə saat 18:15 radələrində Sumqayıt şəhərindəki M.Hüseynzadə adına stadionun qarşısında olan zaman əvvəllər tanımadığı, sonradan ona məlum olan polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bildiklərini bildirib onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər, o da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah edib hüquqlarının müdafiəsi üçün vəkili Zoya Hüseynovanı təqdim etmişlər, daha sonra vidoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində narkotik vasitə və başqa hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin maddə və ya əşyanı təqdim etməsini təklif etmişlər, o da əxsi axtarış aparılacağı təqdirdə üzərində olan heroin və beşbarmağın aşkar olunacağını görüb öz səmimiyyətini göstərmək üçün əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı iki büküm heroini və bir ədəd beşbarmağı təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümlər açıldıqda bükümlərdə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitəni özü şəxsi istfadəsi üçün üzərində saxlamışdır, satmaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Əməlindən peşmandır, ailəlidir, bir azyaşlı uşağı var. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid4 bildirdi ki, 18 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs saxlanması istiqamətində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Müvafiq tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:15-də Sumqayıt şəhəri Mehdi Hüseynzadə adına stadionun yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparılmış, orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş və bu zaman ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sol yan cibindən iki ədəd sellofan bükümü və bir ədəd beşbarmağı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroini və bir ədəd beşbarmağı bir ay əvvəl Biləcəri qəsəbəsində olarkən yerdən tapıdğını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və predmetlər aşkar edilməmiş, bundan sonra aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan heroinə oxşar maddələr və bir ədəd beşbarmaq ayrı-ayrı iki ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahidlər Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid4 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı Şahid1 Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekpsertizasının 19 avqust 2021-ci il tarixli, 6/3595 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Saxlanılan şəxs 1. İmza Əzimov V» yazı və imzalar olan zərfdə iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,880 qram və 4,939 qram olmaqla, ümumi təmiz çəkisi 8,819 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı heroinin qalıq çəkisi 8,759 qram təşkil edir.(i.v. 42-46) İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 18 avqust 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə BMCMİ-yə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (i.v. 5-6) İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Elsəvər Quliyev tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə haqqında» 18.08.2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki idman şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd kustar üsulla kastet tipində hazırlanmış soyuq silah aşkar edilərək götürülmüşdür. Protokolda qeyd edilənlər şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəkilişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən bir daha öz təsdiqini tapmışdır. (i.v. 29-30, 73) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının 29.11.2021-ci il tarixli 4762 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin istifadəsində nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 149-150) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 20.09.2021-ci il tarixli 3/1450 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş bir ədəd perdmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır. (i.v. 143- 146) Cinayət işi materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il, saat 18:15-də tutulmuşdur. (i.v. 11) İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 4(005)-817/2021 saylı, 20.08.2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 18 avqust 2021-ci ildən hesablanmışdır. (i.v.96- 100) İş materiallarında olan qərarlara əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 8,759 qram narkotik vasitə olan heroin və bir ədəd soyuq silah maddi sübut kimi tanınmış, maddi sübutlar saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilən videçəklişin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmış və işə əlavə edilmişdir.(i.v. 106, 166-173) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.122-123) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 136) İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində (03.08.2016-cı il təvəllüdlü X2) bir azyaşlı uşağı var. (i.v.138) Beləliklə, təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 152,70 (yüz əlli iki manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq və tədqiqatdan sonrakı qalıq çəkisi 8,759 qram narkotik vasitə olan heroin və bir ədəd soyuq silah məhv edilməlidir. İş materiallarına əlavə olunmuş, şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilən vidoçəklişin görüntülərinin qeydə elındığı bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın əvvəli 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 152,70 (yüz əlli iki manat yetmiş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 8,759 qram narkotik vasitə olan heroin və bir ədəd soyuq silah məhv edilsin. İş materiallarına əlavə olunmuş, Şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilən vidoçəklişin görüntülərinin qeydə elındığı bir ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar