Məhkəmə qərarları › İş №1(060)-198/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-198/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-198/2023 15.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs müdafiəçisi və nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs1, Onun müdafiəçiləri – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1993-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1998-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına əvvəlcədən sonuncu tərəfindən ona müvəqqəti olaraq verilmiş və sonradan geri alınmış mənzilin açarının surətini çıxarıb özündə saxlamaqla istifadə edib 2022-ci ilin iyun ayının əvvəllərində həmin mənzilə qanunsuz daxil olaraq yataq otağında yerləşən şkafın üzərində olan qabdan həmin günün məzənəsinə uyğun olaraq 5100 manat ekvivalentində 3000 ABŞ dollar məbləğində nağd pulu, həmin otaqda olan seyfin açarını qonaq otağından tapıb açaraq oradan həmin günün məzənəsinə uyğun olaraq 8500 manat ekvivalentində 5000 ABŞ dolları məbləğində nağd pulu, həmin günün məzənəsinə uyğun olaraq 1235 manat ekvivalentində 650 avro məbləğində nağd pulu, həmin günün məzənəsinə uyğun olaraq 40 manat ekvivalentində 20 Paund məbləğində nağd pulu, 01 ədəd 3906 manat dəyərində ümumi çəkisi 60 qram 22 karat ərəb qızılı olan komplekt boyunbağı və qolbağı, 01 ədəd 3906 manat dəyərində ümumi çəkisi 60 qram 22 karat hind qızılı olan komplekt boyunbağı və qolbağı, 01 ədəd 1236 manat dəyərində ümumi çəkisi 23 qram 750 əyyar olan qızıldan üzərində brilyant qaşları olan komplekt üzüm formalı sırğa və üzüyü, 01 ədəd 1302 manat dəyərində ümumi çəkisi 20 qram 22 karat ərəb qızılı olan klonu ilə birlikdə boyunbağını, 01 ədəd 504 manat dəyərində ümumi çəkisi 12 qram 1 karat olan brilyant üzüyü, 01 ədəd 1302 manat dəyərində 20 qram çəkidə ağ rəngli ərəb qızılı olan üzərində brilyant olan boyunbağını, 01 ədəd 420 manat dəyərində brilyant qaşları olan 585 əyarlı, ümumi 10 qram çəkidə qolbağı, 01 ədəd 806 manat dəyərində ümumi çəkisi 15 qram 750 əyarlı italiyan qızılı olan sırğanı, 01 ədəd 976 manat dəyərində ümumi çəkisi 15 qram 22 karat ərəb qızılı olan ürək klonu, 01 ədəd 520 manat dəyərində ümumi çəkisi 8 qram 22 karat olan hind qızılı "R" hərfli klonu, 01 ədəd 1953 manat dəyərində ümumi çəkisi 30 qram 22 karat əl işləməsi ərəb qızılı olan hörmə sırğanı, 01 ədəd 1757 manat dəyərində ümumi çəkisi 27 qram 22 karat (12 qram) hind qızılı olan boyunbağını və (15 qram) əl işləməsi ərəb qızılı olan klonu, bir ədəd 3300 manat dəyərində ümumi çəkisi 30 qram olan 750 əyarlı italiyan qızılı olan komplekt boyunbağını və qolbağı, 01 ədəd 3850 manat dəyərində ümumi çəkisi 35 qram çəkidə 750 əyarlı olan gürzə boyunbağını, 01 ədəd 2200 manat dəyərində ümumi çəkisi 20 qram 750 əyarlı italyan qızılı olan “Versage” markalı sırğanı, 01 ədəd 1650 manat dəyərində ümumi çəkisi 15 qram çəkidə 750 əyarlı italiyan qızılı olan boyunbağını, 01 ədəd 880 manat dəyərində ümumi çəkisi 8 qram 750 əyarlı italiyan qızılı olan sırğanı,01 ədəd 2860 manat dəyərində ümumi çəkisi 15 qram 750 əyarlı italyan qızılı olan sırğanı, 01 ədəd 100 manat dəyərində mirvari boyunbağını götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 48.303 (qırx səkkiz min üç yüz üç) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 2022-ci ilin iyun ayının ortalarından iyul ayının sonlarına kimi olan müddətdə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanının açarının surəti Təqsirləndirilən şəxs1 olduğundan mənzilə birlikdə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 03 ədəd hər biri 100 ml ölçüdə və birinin qiyməti 140 manat olmaqla ümumi 420 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry” markalı ətiri, 03 ədəd hər biri 90 ml ölçüdə və birinin qiyməti 80 manat olmaqla ümumi 240 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Gucci Geulty” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 85 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Bottega Venetta” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 245 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş kişi üçün “Dior Savvage” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 330 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş işlənmiş “Hermes” markalı kişi ətiri, 01 ədəd 100 ml ölçüdə 190 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Armani” markalı kişi ətiri, 03 ədəd hər biri 100 ml ölçüdə birinin qiyməti 90 manat olmaqla, ümumilikdə 270 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Narcico Rodrigos” markalı kişi ətiri, 01 ədəd 100 ml ölçüdə 130 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry Her” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 150 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Gucci Bloom” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 120 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Bloom Metari” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 155 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Gucci oud“ markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 90 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Tiffany” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 80 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “X24e” markalı ətiri, özəl kolleksiyaya aid 01 ədəd 50 ml ölçüdə 90 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Desert Oud” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 140 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Velvet Wood” markalı ətiri, 01 ədəd 75 ml ölçüdə 90 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Chloe Love story” markalı işlənmiş ətiri, 01 ədəd 100 ml ölçüdə 250 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Gi venchy" markalı ətiri, 02 ədəd hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində olan işlənmiş ərəb ətirlərini, 01 ədəd 75 ml ölçüdə 120 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Juicy Couture” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 190 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Elle Saab” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 80 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “X27” markalı ətiri, evin qonaq otağında yerləşən rəfdən hər birinin qiyməti 85 manat olmaqla 04 ədəd, cəmi 340 manat dəyərində 01 litr həcmində "Jack Daniels” içkilərini, 02 ədəd cəmi 171 manat dəyərində assorti içki dəsti və həmin dəstin yanında 15 ədəd cəmi 408 manat dəyərində mini parfeum assorti ətirlərini, yataq otağında yerləşən rəfdən ümumi 30 qram çəkidə 100 manat dəyərində hindistan istehsalı olan 12 komplekt gümüş məmulatlarını, 02 ədəd hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində istifadə edilmiş “Tommy Hilfiger” markalı qadın qol saatlarını, 01 ədəd 850 manat dəyərində istifadə edilmiş "Tissot” markalı qadın qol saatını, 01 ədəd 250 manat dəyərində işlənmiş “Calvin Klein” markalı qadın qol saatını, 01 ədəd 300 manat dəyərində olan işlənmiş "Pierre Cardin”markalı qadın qol saatını, 01 ədəd 50 manat dəyərində “Gucci” markalı qadın əl güzgüsünü, 01 ədəd 50 manat dəyərində “Roberto Gavalli” markalı qadın əl güzgüsünü, 01 ədəd 595 manat dəyərində qızıl suyuna çəkilmiş sepi və içərisində göy rəngli "göz" işarəsi olan qızılı rəngli klonu, 01 ədəd 150 manat dəyərində bağlanma yeri qızıldan olan üzərində ağ rəngli nöqtələr olan qırmızı rəngli qadın pulqabısını, 01 bir ədəd 30 manat dəyərində pul qabının içərisində qırmızı lenti olan dəmir qəpiyi, X7 Dubay şəhərində yerləşən "Debenhous La senza" adlı dükandan alınmış "Debenhaus" şirkətinə məxsus 850 manat dəyərində müxtəlif çeşidli 10 ədəd alt paltarını, "Debenhous" şirkətinə məxsus 02 ədəd ümumi 460 manat dəyərində qara və yaşıl rəngli üstü qaşlı kupalnikləri, “Gucci”, “Dolce Gabanna” və “Burberry” şirkətlərinə məxsus 10 ədəd işlənmiş, ümumilikdə 100 manat dəyərində olan dodaq üçün pamadaları, 200 manat dəyərində olan 04 ədəd ten və 04 ədəd göz və dodaq karandaşları, 01 ədəd 140 manat dəyərində “Pul and Bear” şirkətinə məxsus qadın geyimi, 01 ədəd 150 manat dəyərində “River İreland” şirkətinə məxsus qadın geyimini 01 ədəd 100 manat dəyərində UK-nın “Next” şirkətinə məxsus qadın koftasını, 03 ədəd hər biri 10 manat dəyərində olmaqla cəmi 30 manat dəyərində yumşaq oyuncaqları, 01 ədəd 100 manat dəyərində “Tefal” markalı ütünü, 04 ədəd hər biri 100 manat dəyərində olan cəmi 400 manat dəyərində "Braun” markalı saç fenini, hər biri 20 manat olmaqla 10 cüt cəmi 200 manat dəyərində “Nike” firmasına aid qadın corabları götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10089 (on min səkksən doqquz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə informasiya texnologiyalarından istifadə etməklə, "xxxx" müştəri xidmətlərinin ofisində Zərərçəkmiş şəxs istifadəsində olan, lakin Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmiş +(994)55-297-96-20 saylı mobil nömrənin dublikatını çıxardaraq ora göndərilən dörd rəqəmli gizli “3D securute” şifrəni istifadə edib Zərərçəkmiş şəxs 5315 9921 4573 4130 saylı kart hesabına aid “Dost Bank" proqram təbiqi vasitəsi ilə daxil olduqdan sonra ordan xx.xx.2022-ci il tarixdə saat 17:44 radələrində hissə-hissə olmaqla 517,15 (büş yüz on yeddi manat on beş qəpik), 258,57 (iki yüz əlli səkiz manat əlli yeddi qəpik), 31,04 (otuz bir manat dörd qəpik), 51,71 (əlli bir manat yetmiş bir qəpik), 7,23 (yeddi manat iyirmi üç qəpik) və 103,44 (yüz üç manat qırx dörd qəpik) manat məbləğində pulları **********75 saylı “online game" hesabına köçürərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 969,14 (doqquz yüz altmış doqquz manat on dörd qəpik) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə informasiya texnologiyalarından istifadə etməklə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə öncədən dublikatını çıxartdığı öz adına qeydiyyatdan keçmiş, lakin Zərərçəkmiş şəxs istifadəsində olmuş +(994)55-297-96-20 saylı mobil nömrəyə göndərilən dörd rəqəmli “3D securute" məxfi şifrəni istifadə edərək, sonuncunun 5315 9921 4573 4130 saylı kart hesabına aid “Dost Bank” proqram təbiqi vasitəsi ilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs məxsus **********02484 saylı “Əmanət” hesabından 23.000 (iyirmi üç min) manat məbləğində pulu, həmçinin həmin əmanət üçün üzərinə müddətə görə hesablanmış 383,33 (üç yüz səksən üç manat otuz üç qəpik) məbləğində faiz gəlirlərini 5315 9921 4573 4130 saylı kart hesabına köçürmüş, daha sonra həmin hesabı blokdan açmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində "Bank of Baku” ASC-nin “145” nömrəli çağrı xidmətinə +(994)55-297- 96-20 saylı mobil nömrədən zəng edərək özünü bank əməkdaşına Zərərçəkmiş şəxs kimi təqdim edib "Bank of Baku” ASC-nə aid “5315 9921 4573 4130” saylı kart hesabını xx.xx.2022-ci il tarixdə blokdan açdıraraq həmin hesabda qalıq qalmış 8,5 (səkkiz manat əlli qəpik) məbləğində pulları və ora "Əmanət” hesabından köçürülmüş pulları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin hesablarına vahid niyyətlə əhatə olunan qəsdlə köçürərək nağdlaşdırmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 23391,83 (iyirmi üç min üç yüz doxsan bir manat səksən üç qəpik) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 2022ci ilin iyun ayının ortalarından iyul ayının sonlarına kimi olan müddətdə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanının açarının surəti Təqsirləndirilən şəxs1 olduğundan mənzilə birlikdə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 03 ədəd hər biri 100 ml ölçüdə və birinin qiyməti 140 manat olmaqla ümumi 420 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry” markalı ətiri, 03 ədəd hər biri 90 ml ölçüdə və birinin qiyməti 80 manat olmaqla ümumi 240 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Gucci Geulty” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 85 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Bottega Venetta” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 245 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş kişi üçün “Dior Savvage” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 330 manat eləyərində 2021-ci il tarixdə istehsal edilmiş işlənmiş “Hermes” markalı kişi ətiri, 01 ədəd 100 ml ölçüdə 190 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Armani” markalı kişi ətiri, 03 ədəd hər biri 100 ml ölçüdə birinin qiyməti 90 manat olmaqla, ümumilikdə 270 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Narcico Rodrigos” markalı kişi ətiri, 01 ədəd 100 ml ölçüdə 130 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry Her” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 150 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Gucci Bloom” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 120 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Bloom Metari” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 155 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Gucci oud“ markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 90 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Tiffany” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 80 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “X24e” markalı ətiri, özəl kolleksiyaya aid 01 ədəd 50 ml ölçüdə 90 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Desert Oud” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 140 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Velvet Wood” markalı ətiri, 01 ədəd 75 ml ölçüdə 90 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Chloe Love story” markalı işlənmiş ətiri, 01 ədəd 100 ml ölçüdə 250 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Gi venehy” markalı ətiri, 02 ədəd hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində olan işlənmiş ərəb ətirlərini, 01 ədəd 75 ml ölçüdə 120 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Juicy Couture” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 190 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Elle Saab” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 80 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “X27” markalı ətiri, evin qonaq otağında yerləşən rəfdən hər birinin qiyməti 85 manat olmaqla 04 ədəd, cəmi 340 manat dəyərində 01 litr həcmində “Jack Daniels" içkilərini, 02 ədəd cəmi 171 manat dəyərində assorti içki dəsti və həmin dəstin yanında 15 ədəd cəmi 408 manat dəyərində mini parfeum assorti ətirlərini, yataq otağında yerləşən rəfdən ümumi 30 qram çəkidə 100 manat dəyərində hindistan istehsalı olan 12 komplekt gümüş məmulatlarını, 02 ədəd hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində istifadə edilmiş “Tommy Hilfiger” markalı qadın qol saatlarını, 01 ədəd 850 manat dəyərində istifadə edilmiş “Tissot” markalı qadın qol saatını, 01 ədəd 250 manat dəyərində işlənmiş “Calvin Klein" markalı qadın qol saatını, 01 ədəd 300 manat dəyərində olan işlənmiş “Pierre Cardin11 markalı qadın qol saatını, 01 ədəd 50 manat dəyərində “Gucci“ markalı qadın əl güzgüsünü, 01 ədəd 50 manat dəyərində “Roberto Gavalli” markalı qadın əl güzgüsünü, 01 ədəd 595 manat dəyərində qızıl suyuna çəkilmiş sepi və içərisində göy rəngli "göz" işarəsi olan qızılı rəngli klonu, 01 ədəd 150 manat dəyərində bağlanma yeri qızıldan olan üzərində ağ rəngli nöqtələr olan qırmızı rəngli qadın pulqabısını, 1 bir ədəd 30 manat dəyərində pul qabının içərisində qırmızı lenti olan dəmir qəpiyi, X7 Dubay şəhərində yerləşən "Debenhous La senza" adlı dükandan alınmış "Debenhaus" şirkətinə məxsus 850 manat dəyərində müxtəlif çeşidli 10 ədəd alt paltarını, "Debenhous" şirkətinə məxsus 02 ədəd ümumi 460 manat dəyərində qara və yaşıl rəngli üstü qaşlı kupalnikləri, “Gucci”, “Dolce Gabanna” və “Burberry” şirkətlərinə məxsus 10 ədəd işlənmiş, ümumilikdə 100 manat dəyərində olan dodaq üçün pamadaları, 200 manat dəyərində olan 04 ədəd ten və 04 ədəd göz və dodaq karandaşları, 01 ədəd 140 manat dəyərində “Pul and Bear” şirkətinə məxsus qadın geyimi, 01 ədəd 150 manat dəyərində “River İreland” şirkətinə məxsus qadın geyimini 01 ədəd 100 manat dəyərində UK-nın “Next” şirkətinə məxsus qadın koftasını, 03 ədəd hər biri 10 manat dəyərində olmaqla cəmi 30 manat dəyərində yumşaq oyuncaqları, 01 ədəd 100 manat dəyərində “Tefal” markalı ütünü, 04 ədəd hər biri 100 manat dəyərində olan cəmi 400 manat dəyərində “Braun” markalı saç fenini, hər biri 20 manat olmaqla 10 cüt cəmi 200 manat dəyərində “Nike” firmasına aid qadın corabları götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10089 (on min səkksən doqquz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə informasiya texnologiyalarından istifadə etməklə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 öncədən dublikatını çıxartdığı öz adına qeydiyyatdan keçmiş, lakin Zərərçəkmiş şəxs istifadəsində olmuş +(994)55-297-96-20 saylı mobil nömrəyə göndərilən dörd rəqəmli “3D securute” məxfi şifrəni istifadə edərək, sonuncunun 5315 9921 4573 4130 saylı kart hesabına aid “Dost Bank” proqram təbiqi vasitəsi ilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs məxsus **********02484 saylı “Əmanət” hesabından 23.000 (iyirmi üç min) manat məbləğində pulu, həmçinin həmin əmanət üçün üzərinə müddətə görə hesablanmış 383,33 (üç yüz səksən üç manat otuz üç qəpik) məbləğində faiz gəlirlərini 5315 9921 4573 4130 saylı kart hesabına köçürmüş, daha sonra həmin hesabı blokdan açmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində "xxxx" ASC-nin “145” nömrəli çağrı xidmətinə +(994)55- 297-96-20 saylı mobil nömrədən zəng edərək özünü bank əməkdaşına Zərərçəkmiş şəxs kimi təqdim edib "xxxx" ASC-nə aid “5315 9921 4573 4130” saylı kart hesabını xx.xx.2022-ci il tarixdə blokdan açdıraraq həmin hesabda qalıq qalmış 8,5 (səkkiz manat əlli qəpik) məbləğində pulları və ora “Əmanət” hesabından köçürülmüş pulları xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin hesablarına vahid niyyətlə əhatə olunan qəsdlə köçürərək nağdlaşdırmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 23391,83 (iyirmi üç min üç yüz doxsan bir manat səksən üç qəpik) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs özünə məxsus oğurlanan əşyaların qiymətini suni şəkildə dəyərindən artıq qəsdən şişirtmişdir. 2018-ci il tarixdən X5 tanımış, o, həmin vaxt taksi fəaliyyəti ilə məşğul olmuş və Samirəni Sumqayıt şəhəri ərazisində olan avtovağzal ərazisindən Bakı şəhərində olan “Mərkəzi univermaqın” yanına düşürtmüşdür. Onlar tanış olduqdan sonra tez-tez danışmağa başlamış və aralarında sevgi hissələri yaranmışdır. Sonra da onlar Samirə ilə tez-tez görüşməyə başlamışlar. Samirənin maddi vəziyyəti yaxşı olduğu üçün o, ona çox yardım etmişdir. Samirənin Sumqayıt şəhəri ərazisində mənziləri olmuş və onları da kirayə verib gəlir əldə etmişdir. Samirə BƏƏ-də yaşadığı üçün onun xahişi ilə kirayə pullarını o, yığıb onun verdiyi kartın hesabına göndərmişdir. Həmçinin, Samirənin xahişi ilə o, onun yaşadığı Sumqayıt şəhəri, 14-cu məhəllə, ev 112B, 67 saylı mənzilinə onun BƏƏ-də olduğu zaman nəzarət etmişdir. O, onun inancını qazdığı üçün həmin evin açarını özü ona vermişdir. Həmçinin, Samirə özünə məxsus “Chevrolet” markalı avtomobilinidə ona sürmək üçün vermişdir. Samirə xaricə getdikdən sonra tez-tez onu öz ailəsinə qısqanmağa başlamış və ona görə aralarında tez-tez mübahisələr yaranmışdır. Həmin səbəbdən o, onunla xx.xx.2021-ci il tarixdə ayrılmış və həmin mənzilin və avomobilin açarını onun xaricdə yaşayan və həmin vaxtlarda Azərbaycana qonaq gələn bacısı Vəfaya vermişdir. O, əvvəl qanuni cəzadan qorxduğu üçün və məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə Samirənin evindən oğurluq etmədiyini demişdir. Samirənin evində 2022-ci ilin iyun ayının ortasından iyul ayın sonlarına kimi tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamışdır. Samirənin evinin açarının surətləri onda qalmış, həmin vaxtlarda o, online kazinoda çoxlu sayda pul uduzduğu üçün pula ehtiyacı yaranmış və ona görə də o, Samirənin evindən oğurluq etmək fikrinə gəlmişdir. Samirənin evində kiminsə yaşayıb-yaşamamağını müəyyən etmək üçün evin yanından bir necə dəfə keçmiş və həmin vaxt evdə heç kəs yaşamadığına əmin olmuş, o cümlədən də Samirənin xx.xx.2022-ci il tarixdən BƏƏ-də getməsi barədə də bilmişdir. Qeyd etdiyi tarixdən sonra o, 2022-ci ilin iyun ayının əvvələrində Samirə Vilnaganattuya məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən mənzilə gəlmiş və evin qıfılını özündə olan açarla açmışdır. Daha sonra mənzilə daxil olduqdan sonra o, orda qonaq otağında əşyaların arasında yataq otağının açarını tapmış və yataq otağına daxil olmuşdur. Yataq otağında o, Samirəyə məxsus təxminən 2300 ABŞ dolları pulu, təxminən 800-900 manat pulu oğurlamış, daha sonra həmin otaqda olan seyfi Samirənin gizlətdiyi qabda olan açarları tapıb açmış və orada olan qızıl-zinət əşyaları oğurlamışdır. Həmin qızıl-zinət əşyalarını o, “Gold Qayalı” marketdə Aysel və Fuadla bilrikdə gedib satmışdır. Həmin qızıl zinət əşyaları özünə məxsus olduğunu onlara demişdir. Daha sonra o, Ayselə demişdir ki, Samirə ilə aralarında münasibət olmuş, o, Azərbaycanda olan özünə aid bütün işlərini ona tapşırmış və hətta evə nəzarət etməsi üçün açarlarını da ona vermişdir. Əslində evin açarının bir komplektini Samirənin sözü ilə onun bacısına 2021-ci ilin iyun ayında vermiş, lakin açarın bir kopiyası onda qalmışdır. Ona görə də, düşünürmüş ki, Samirənin xəbəri olmaz ki, o, həmin evə onun icazəsi olmadan getmişdir. 2022-ci ilin iyun ayın əvvəlində Samirənin evindən oğurladığı qızıl zinət əşyalarını hissəhissə müxtəlif yerlərdə satmış, o cümlədən də bir hissəsini Sumqayıt şəhəri, “Gold Qayalı” marketdə tanımadığı şəxslərə özünə məxsus olduğunu deyərək və öz şəxisiyyət vəsiqəsini təqdim etdikdən sonra satmışdır. Samirəyə məxsus oğurladığı qızıl zinətəşyalarını və o, cümlədən də gümüşdən olan əşyaları ümumilikdə 10000 manat sataraq gəlir əldə etmişdir. Samirənin evindən oğurluq etdikdən sonra o, Samirənin mənzilinin açarını tullamaq qərara gəlmişdir. O, 2022-ci ilin iyun ayın ortalarında Təqsirləndirilən şəxs2 Samirəyə məxsus mənzilə gətirmişdir. Həmin mənzildə Samirəyə məxsus qadın paltarlarını, ətirləri, kosmetikaları, fen və digər qadın əşyalarını Ayselə hədiyyə etmişdir. Orada olan spirtli içkiləri (viski və digər) də götürüb içmiş və özü ilə aparmışdır. Samirə polisə şikayət etdikdən sonra da Aysel də, Samirənin evindəki götürdyü əşyaları tullamışdır. Samirəyə məxsus qızılları satıb pulu xərclədikdən sonra ona yenidən pul lazım olmuş, ona görə də onun yaddına düşmüşdür ki, Samirə ilə tanışlıqdan sonra öz adına olan +**********20 saylı mobil nömrəsini ona istifadə üçün vermişdir. Lakin, həmin mobil nömrə yenə də onun adında qalmışdır. Samirə həmin mobil nömrədən “Vatssap” proqram vasitəsi ilə və digər "xxxx"-da və “Dost Bank” proqram təminatında qeydiyyatdan keçdiyini bilirmiş, ona görə onun ona göndərdiyi “5315 9921 4573 4130” saylı "xxxx" kartın fotosunu və əvvəlcədən göndərdiyi şəxsiyyət vəsiqəsinin fotosunu baxıb üzərindəki məlumatlarını istifadə edərək, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olan "xxxx" müştəri xidmətinə getmiş və orada öz adına olan X6 istifadə üçün verdiyi +**********20 saylı mobil nömrənin dublikatını çıxartmış, “Dost Bank" proqramına daxil olmuş və orada Samirənin şəxsi məlumatlarını daxil etdikdən sonra dublikatını çıxardığı +**********20 saylı mobil nömrəyə dörd saylı gizli “3D securete” kodu gəlmiş və o, həmin gizli şifrə vastəsi ilə Samirənin hesabına daxil olmuşdur. Kartda olan təxminən 800-900 manat məbləğində pulları oğurlamış və “Online” kazinoda uduzmuşdur. Həmin vaxt kartın bloklandığını görmüşdür. Həmin kart fiziki olaraq onda olmadığı üçün və kart hesabı blokladndığından o, Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, həmin Bank of Bakunun 145 çağrı xidmətinə zəng etsin və özünü Samirə kimi təqdim edərək, kartın blokunun açılmasını istəsin. Samirənin hesabı ilə bağlı bank əməkdaşı ilə necə danışmağın lazım olduğunu ona izah etmişdir. Samirə isə uzaqda olduğunu və bu işdən xəbəri olmayacağını da Ayselə bildirmişdir. Təqsirləndirilən şəxs2 "Bank of Bakunun” 145 xidmətinə onun adına olan və Samirənin adına olan bank depozitinə və debit kartına bağladığı +**********20 saylı mobil nömrədən Sumqayıt şəhəri ərazisində Təqsirləndirilən şəxs1la birlikdə olarkən zəng edərək, özünü əvvəlcədən aralarında olan razılaşmaya əsasən X2 təqdim edərək, Samirənin bank kartının blokdan açılmasını xahiş etmişdir. İlk olaraq bank əməkdaşı Samirənin şəxsiyyət vəsiqəsinin məlumatlarını ondan istəmiş və buna görə Aysel bank əməkdaşına birazdan onunla əlaqə saxlayacağını bildirmişdir. Bir necə dəqiqə sonra o, Ayselə Samirənin vəsiqəsinin şəkilini göstərmiş və o yenə də, 145 nömrəyə zəng edərək, özünü Samirə kimi təqdim edərək, hesabın blokdan açılmasını istəmiş və Samirənin şəxsiyyət vəsiqəsindəki məlumatları bank əməkdaşına bildirmişdir. Daha sonra bank işçisi ona inanaraq, Samirənin adına olan depoziti “5315 9921 4573 4130” kartdançıxarlması üçün müsbət əməliyyat keçritmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 həmin pulları onun sözü ilə bankomatın yanında müxtəlif tanımadığı şəxslərin hesabına köçürülməsini xahiş edərək, nağdlaşdırmş və həmin pulları ona vermiş, həmin pulların bir qismini o, “online” kazinoya 1Xbet.com saytında oynayaraq uduzmuşdur. Həmin pulların bir qismini isə Ayselə ilə birlikdə əyləncə üçün xərcləmişlər. Samirənin bank kartından və bank depozitindən ümumilikdə 23363,33 (iyyirmi üç min üç yüz altmış üç manat otuz üç qəpik) manat məbləğində nağd pulu oğurlamışlar. Ayselnən birlikdə, eləcə də bildirmək istəyir ki, ona yenidən elan eidlmiş ittihamla tanış olmuş, özünü qismən təqsirli bilirmişdir. İstintaq zamanı iş üzrə maddi sübut olan CD disklə tanış olmuş və orada olan səs yazısı Ayselə məxsus olmuş və həmin vaxt o "xxxx" nun əməkdaşı ilə danışmış, eləcə də, Təqsirləndirilən şəxs2 istintaq zamanı təqdim etdiyi 02 ədəd tapoçka, bir ədəd saç broşkası və bir ədəd “Shanhaz Husaind” markalı kremlə tanış olmuş və həmin əşyaları tanımış və Samirənin evindən götürüb Ayselə hadiyyə etdiyini bildirmşdir. Samirənin evinə Təqsirləndirilən şəxs2 apardığı vaxt demişdir ki, Samirə evi ona tapşırmış, evdəki əşyalar da ona aiddir və ona görə də, Ayselə Samirənin əşyalarını özünə götürməyə icazə vermişdir. Samirənin evindən oğurluq etməsi barədə Təqsirləndirilən şəxs2 məlumatı olmamış və o, onunla o hissədə əvvəlcədən əlbir olmamışdır. Eləcə də, həmin evdən oğurluğu tək etmiş və onunla heç kəs əlbir olmamışdır. O, Samirənin evində olmadığını dəqiqləşdirdikdən sonra onun evindən 2022ci ilin iyun ayının əvvələrində sonuncunun mənzilindən yalnız 583 əyyarlı 10000 manat dəyərində qızl zinət əşyalarını və 900 və 2300 ABŞ dolları məbləğində nağd pulları oğurlamış və daha sonra ordan oğurluq etməmişdir. Onun planı da ondan ibarət olmuş ki, qızıl zinət əşyaları ordan oğurladıqdan sonra mənzilin açarını tullasın. Samirənin hesabındaki pulların ilk bir hissəsini Baki şəhəri ərazisində, qalan hissəsini isə xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsə Sumqayıt şəhəri, "xxxx" filialın yanında yaxınlaşmış və plastik kartı evdə guya qaldığını demiş, həmin şəxsin kartına “Dost Bank” proqram tətbiqi vasitəsi ilə təxminən 500-600 manat məbləğində pulları köçürmüş və sonaradan həmin fililalın bankomatından pulları həmin tanımadığı şəxs ona köməklik etmək məqsədi ilə nağdlaşdırmış və özünə vermişdir. Mülki iddianı qismən qəbul edərək zərərçəkmiş şəxsə 42000 (qırx iki min) manat ziyan vurduğunu bildirmiş və həmin məbləğdən 1300 (bir min üç yüz) manat onun anası tərəfindən zərərçəkmiş şəxsin bank hesabına ödənilmişdir. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından Təqsirləndirilən şəxs1 ilə “Emin” adlı mağazada işləyərkən onunla tanış olmuş və həmin vaxtdan da aralarında sevgi münasibəti yaranmış, Təqsirləndirilən şəxs1 ona həmin vaxt danışmışdır ki, Samirə adlı qadınla tanış olmuş və Samirə ona tam etibar etdiyi üçün yaşadığı evin açarını, avtomobilin açarını və digər ona məxsus kiraya verdiyi evin açarını ona vermişdir. Təqsirləndirilən şəxs1la 2022-ci ilin iyun ayında onun idarə etdiyi avtomobillə Fuad adlı dostu ilə birlikdə getdikdə Elçin bildirmişdir ki, özünə məxsus qızıl-zinət əşyaları var və onları satmaq istəyir, buna görə də, Elçin avtomobili Suqmayıt şəhəri, “Gold Qayalı" marketin yanında saxlamış, orada Fuadla birlikdə getmişlər və həmin qızıl zinət əşyaları satmışlar. Maşında həmin qızılları Fuada göstərdikdə onlar həmin qızıların rus və Türk qızılı (585 əyyarlı) olduğunu müəyyən etmişlər. Elçin həmin qızıl zinət əşyaları satdıqdan sonra bildiynə görə pulların hamısını online kazinoda uduzmuşdur. 2022-ci ilin təxminən iyun ayın sonlarında Elçinin dəvəti ilə Sumqayıt şəhəri 14-cü məhəllə, 112B, saylı 67 nömrəli mənzilnə getmişdir. Elçinin deməsinə görə Samirə ona Azərbaycandakı evi və bütün əmlakını tapşırmışdır. Samirənin paltralarının bəzilərini Elçin ona istifadə etmək üçün, daha sonra ordakı ətirləri, kosmetikaları, fen, qadın palatarları vermişdir. Daha sonra Elçin Sumqayıt şəhəri ərazisində kirayə mənzil götürmüş və onlar birlikdə orda yaşamışlar. Təxminən 2022-ci ilin avqust ayın əvvələridə Elçin ona yaxınlaşmış, online kazinoda pul uduzduğunu və həmin pulu geri udmaq lazım olduğundan Samirənin kartına daxil olmağını düşündüyünü ona demişdir. Ona görə də, o, Samirənin istifadəsində olan, lakin öz adına olan +**********20 saylı mobil nömrəni gedib "xxxx" MMC-nin fililalrın birində bərpa etmiş və həmin “sim” kartın vasitəsi ilə Samirənin mobil nömrəsini bərpa etmişdir. Həmin mobil nömrənin vasitəsi ilə Samirənin adına olan “Bank oF Baku“ hesabına Dost bank mobil təbbiqi proqramına daxil olmuş və hesabında Samirənin 25000 manat nağd pul oldğunu görmüşdür. Həmin pulları hesabdan çıxarmaq istədiyini ona demişdir. Samirənin bank kartının hesabı “Dost Bank” mobil proqramına baxıdıqda bloklandığını görmüşlər. Ona görə də, Təqsirləndirilən şəxs1 onun hesabını blokdan açmaq lazım olduğunu ona demişdir. Həmin səbəbdən də o, 03 avqust 2022-ci il tarixdə saat 19:37 radələrində Elçinin ona verdiyi “+(***)*******20” mobil nömrədən “145” saylı mobil nömrəyə zəng edərək, özünü X3 təqdim edərək, adına olan kart hesbını açılmasını istəmişdir. Həmin vaxt bank əməkdaşları ondan vəsiqənin məlumtlarını soruşlar, o da Samirənin vəsiqəsinin məlumatlarını bilmədiyi üçün birazdan əlaqə saxlayacağını demişdir. Daha sonra Elçin Samirənin şəxsiyyət vəsqiəsinin foto şəkilini ona göstərmişi və o həmin gün saat 19:38 radələrində zəng edərək, özünü yenidən X1 təqdim etmiş, Samirənin şəxsiyyət vəsiqəsinin nömrəsini və digər bank əməkdaşı verdiyi məlumatları ona demişdir. Ona görə də, onunla telefonla danışan bank əməkdaşı ona inanmış və Samirənin kartını blokdan çıxartmış, sonra isə Elçin həmin kartdan pulun çıxarılması üçün digər kartlara pulları göndərib çıxartmaq lazım olduğunu ona demiş, o da ona növbəti günlər ərzində Samirənin hesbından “Dost Bank” proqam təminatı vasitəsi ilə Bakı şəhəri ərazisində mütxəlif şəxslərin bankomatların yanında olan tanımadığı şəxslərə yaxnılaşmış, öz hesbından (Samirənin) olan pulları onların kartlarına atıb bankomatan çıxarmağını xahiş etmiş, kartın da evdə qaladığını, həmin tanımadığı şəxslərə bəhanə gətirərək, onların hesbına müxtəlif məbləğdə pulları göndərmiş, təxminən 990 manat məbləğində pulları tanımadığı şəxslərə göndərdikdən sonra onların kartı vasitəsi ilə banlomatdan çıxrtmış, həmin üsulla təxminən üç gün müddət ərzində 23000 manatdan cox məbləğində pulu nağdlaşdırmış və həmin pulları Elçinə vermişdir. Elçin onun adına aldığı avtomobiləri onu PB-nə Samirənin şikayəti ilə bağlı çağırıldığdan sonra satmış, həmin pulları isə bildiyinə görə qumarda uduzmuş, bir hissəsini isə özünə saxlamışdır. Həmçinin gündə də, polis onu ora çağırdıqdan sonra Samirənin evin açarını atdığını ona demişdir. Həmin vaxt o qorxmuş və Elçindən “bu işin axrı nə olacaq” demiş, o da ona “sən narahat olma Samirə məni tanıyır, hər şey mənlikdi “ demişdir. Daha sonra da, Elçinin tutulması barədə eşitmiş və ona görə də, Şəmkir rayonuna gedib orada polisdən gizlənirmiş, daha sonra o tutulduqdan sonra Samirəyə məxsus evdən götürdüyü əşyaları (iki ədəd pasanojka, bir ədəd broşka və bir ədəd saç kremini) könülü olaraq polis əməkdaşlarına təqdim etmiş, digər Samirəyə məxsus paltarları və əşyaları Elçinin tutulması barədə eştdikdən sonra tullamışdır. Mülki iddianı qismən qəbul edərək zərərçəkmiş şəxsə Elçinlə birlikdə müştərək qaydada 23391,83 manat (iyirmi üç min üç yüz doxsan bir manat səksən üç qəpik) manat ziyan vurduğunu bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin avqust ayından 2021-ci ilin təxminən 04 iyul tarixinə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 ilə qeyri rəsmi münasibətdə olmuşdur. O, özü isə BƏƏ-də yaşayırmış, orada Hindistan vətəndaşı Rac adlı şəxslə ailə həyatı qurmuşdur. Onun Racdan 02 (iki) övladı olmuşdur. Onlar həmin ölkədə yaşayırlar. Təqsirləndirilən şəxs1 isə burada onun ünvan 3 ünvanında yerləşən evinə, "Chevrolet Cruze" markalı, 99 TP-907 dövlət qeydiyyat nişanlı avtomobilinə baxıb nəzarət etmiş və o, bunun müqabilində ona tez-tez pul vermişdir. O, xx.xx.2021-ci il tarixdə bacısı Vəfanın Şotlandiyadan Azərbaycana gəlməsi ilə bağlı Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxlayıb daha ona etibar etmədiyini bildirərək evin və avtomobilinin açarını bacısına verməsini istəmiş, Elçin isə evin və avtomobilin açarını bacısı Vəfaya vermişdir. Həmin vaxt BƏƏ-də olmuşdur. 2021-ci ilin avqust ayının 10-da bacısı yenidən Şotlandiyaya qayıtmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək yenidən evinə və avtomobilinə baxmaq istədiyini ona bildirsə də, o, icazə verməmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona vatsap vasitəsilə yazaraq qumarda pul uduzaraq borcunun yarandığını bildirib ondan 2000 manat pul istəmiş, o, onun kart hesabına 1500 manat pul göndərmiş və fürsətdən istifadə edərək yenidən avtomobilinin açarını ondan istəsə də, o, verməmişdir. Bununla bağlı müvafiq vatsap yazışmalarını təqdim edə bilər. xx.xx.2022-ci il tarixdə Azərbaycana gəlmişdir. xx.xx.2022-ci il tarixdə təxminən 07:00 radələrində yenidən evdən çıxaraq BƏƏ-ə getmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycana gəlmiş və təxminən saat 19:30 radələrində yenidən evinə daxil olmuşdur. Evə girən zaman televizor altı şkafdan təxminən 8-10 ədəd markasını dəqiq xatırlamadığı kiçik asorti içkiləri və kiçik ətirləri, 04 ədəd "Jack Doniels" viskisini, yataq otağında mərmərin üstündə olan 20-yə yaxın "Kuçi", "Tifani", "Dolçe Gabana "Barbare" markalı ətirləri, mərmərin altında olan qırmızı piştaxtanin üzərindən 01 ədəd gümüşdən zon = 83 aksessuar, şkafın içərisindən 15-20 ədəd alt paltarlarını, onun aşağısından kosmetika mallarını, 05 ədəd adi qol saatını, Sinqapurdan alınmış qızıl suyuna çəkilmiş mirvarini, güzgü kolleksiyasından 03 ədəd güzgünü, 04 ədəd feni, 01 ədəd ütünü, şkafın içərisində qırmızı qabın içərisindən bir ədəd 22 karat qızıl boyunbağı (25 qram olmaqla Hindistan qızılıdır), 20 qram qızıl qolbağı, 3000 ABŞ dollarını şkafın üzərində, seyfin açarını açarla açaraq oradan 5000 ABŞ dollar nağd pulu, 03 ədəd hər birinin çəkisi 6-7 qram olan qızıl sırğaları, 01 ədəd hər birinin çəkisi 15 qram olan qızıl sırğanı, 02 ədəd 9-10 qram olan qızıl boyunbağını, bir ədəd ağ qızıldan və briliant qaşdan düzəldilmiş qramını dəqiq bilmədiyi qızıl qolbağ, 01 ədəd qızıldan qolbaq və boyunbağı setini, 01 ədəd ağır ərəb qızılını (boyunbağını), 01 ədəd üzərində Allah yazılmış boyunbağını, 01 ədəd Gürzə boyunbağısını, 02 ədəd Hindistan qızıldan ibarət olan boyunbağı və qolbağı, 01 ədəd oğlunun adına yazdırdığı qızıl klonu, 01 ədəd nazik qızıl boyunbağını, 01 ədəd komplekt qızıl sırğa və üzüyü, 650 EURO, 20 Raund (Şotland pulu), evinin sənədlərinin oğurlandığını aşkar etmişdir. O, əmin olmuşdur ki, baş vermiş hadisə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Çünki evinin açarı onda olduğu müddətdə o açarın surətini çıxardaraq özündə saxlaya bilərdi. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 30.000 manatdan yuxarı maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 o, öz evinə daxil olmağa icazə versə də, xx.xx.2021-ci il tarixdən evin açarlarını qaytarmış və o, Elçinə evinə daxil olmağa qadağan etmişdir. Yataq otağını həmişə bağlı saxlamış, açarı evdə gizlətmiş və evə xx.xx.2022-ci il tarixdə qayıdarkən həmin açarın yerində olmadığı ona müəyyən olmuşdur. Yataq otağın açarların orada olmağını yalnız Təqsirləndirilən şəxs1 bilirdi. O, da evə daxil olduqda açarları axtarmış, yerində tapa bilməmiş və balkondan yataq otağına daxil olmuşdur. Onun fikrincə ona məxsus evdən oğurluğu Təqsirləndirilən şəxs1 törətmişdir. Bundan başqa ona məxsus +**********20 saylı mobil nömrəni təxminən 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 hədiyyə vermiş və həmin vaxtdan o, onu istifadə etmişdir. Həmin mobil nömrəsinə öz adına olan "xxxx" "5315 9921 4573 4130" mobil kartı öz tanışı Təqsirləndirilən şəxs1 ona hədiyyə verdiyi +**********20 saylı mobil nömrəsinə bağlamış və mobil tətbiqə həmin mobil telefon vasitəsi ilə daxil olmuşdur. Həmin "xxxx" 5315 9921 4573 4130" mobil kartın foto şəkilini Elçinə Vastsap proqramı vasitəsi ilə göndərmiş və onun ona 4750 manat məbləğində pul borcu olduğu üçün həmin pulları qeyd olunan karta göndərilməsini demişdir. xx.xx.2022-ci il tarixdə BƏƏ-də olduqda "xxxx" "dost bank" proqarmına hesabından hissə-hissə ümumilikdə 999 manat məbləğində pulun oğurlandığını görmüşdür. O, həmin vaxt "xxxx"-ya zəng etmişdir ki, hesabından 999 manat məbləğində pullar oğurlanmışdır. Daha sonra ona müəyyən oldunmuşdur ki, onun istifadəsində olan +**********20 mobil nörməsinin dublikatını Elçin Azərbaycanda çıxardaraq oradan "dost bank" mobil tətbiqinə daxil olaraq 999 manat məbləğində pullarını oğurlamışdır. Bundan başqa o, Azərbaycan Respublikasına gəlidikdən sonra "xxxx"-ya getmiş və orada da, ona müəyyən edilmişdir ki, öz adına xx.xx.2022-ci il tarixdə həmin banka "Korparativ" adlı 23000 manat məbləğində yerləşdirdiyi əmanət yoxa çıxmışdır. Ona bildirmişlər ki, onun hesabdan pullar internet səhifəsində olan qumar oyunları saytına köçürülmüşdür. Banka onun istifadə etdiyi nömrədən zəng edildiyi üçün bankın əməkdaşları inanaraq həmin pulları qeyd olunan hesablara köçürmüşlər. Həmin əmanətin sənədləri evində seyfdə olduğu üçün və seyfin açarı şkafın üzərində gizlətdiyi yerdən oğurlandığını da aşkar etmişdir. Onda ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 seyfi açdıqdan sonra əmanətin sənədlərini və orada olan informasiyasını bilrərək banka zəng etmiş və əmanəti digər hesaba köçürmüşdür. Bankın əməkdaşları ona bildirmişlər ki, həmin nömrədən 145 qaynar xəttə zəng edərək, onun adından istifadə edərək pullarını oğurlamışlar. Onun adına olan şəxsiyyət vəsiqəsinin şəkili də Təqsirləndirilən şəxs1 olmuşdur və o, onun bütün şəxsi məlumatlarını bilmişdir. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs1la 2022-ci ilin may ayında danışmışdır. Ondan sonra onunla heç bir əlaqə saxlamamış, onun valideyinləri xx.xx.2022-ci il tarixdə evinə gəlmişlər, Elçindən şikayət etməməyini ondan xahiş etmişlər və pulunu ödəycəklərini demişlər. Ona məxsus mənzilə kənar şəxslər sındırma yolu ilə daxil olmamışlar, çünki heç bir əlamətlər vizual baxdıqda müəyyən edilməmişdir. Qızıl-zinət və digər əşyaların məbləğlərinin dəqiqləşdirilməsi ilə bağlı verilən suallara cavab olaraq bildirirmiş ki, evinin yataq otağında yerləşən qara seyfin içərisində olan seyfdən qızıl-zinət əşyalarından 1) 01 ədəd ümumi çəkisi 60 qram 22 karat ərəb qızılı olan komplekt boyunbağı və qolbağ, 2) 01 odad ümumi çəkisi 60 qram 22 karat hind qızılı olan komplekt boyunbağı və qolbağ.3) 01 ədəd ümumi çəkisi 23 qram 750 əyyar qaşları brilyant italiyan qızılı olan komplekt üzüm formalı sırğa və üzük, 4) 01 ədəd 1960-ci il tarixdə istehsal edilmiş 100 manat dəyərində hindistan istehsalı olan mirvari boyunbağı, 5) 01 ədəd ümumi çəkisi 30 qram 750 əyyar italiyan qızılı olan komplekt boyunbağı və qolbağ, 6) 01 adad italyan qızılı olan ümumi çəkisi 35 qram 750 əyyar olan gürzə boyunbağı, 7) 01 ədəd ərəb qızılı ümumi çəkisi 20 qram 22 karat olan klonu ilə birlikdə boyunbağı, 8) 01 ədəd italiyan qızılı ümumi çəkisi 8 qram 750 olan sırğa, 9) 01 ədəd italiyan qızılı ümumi çəkisi 20 qram 750 əyyar olan "Versace" sırğa, 10) 01 ədəd ümümi 12 qram 1 karat olan brilyant üzük, 11) 4000 ABŞ dolları məbləğində ağ rəngli ərəb qızılı olan 01 ədəd brilyant boyunbağı və 12 ) 01 ədəd brilyant qaşları olan 585 əyarlı, qolbağ ümumi (30 qram çəkidə),13) 01 ədəd italiyan qızılı ümumi çəkisi 15 qram 750 əyyar olan sırğa, 14) 01 ədəd italiyan qızılı ümumi çəkisi 15 qram 750 əyyar olan boyunbağı, 15) 01 ədəd italiyan qızılı ümumi çəkisi 26 qram 750 əyyar olan "S" formalı sırğa, 16) 01 ədəd ərəb qızılı ümumi çəkisi 15 qram 22 karat olan ürək klon, 17) 01 ədəd hind qızılı ümumi çəkisi 8 qram 22 karat olan "R" hərfli klon, 18) 01 ədəd ərəb qızılı ümumi çəkisi 30 qram 22 karat əl işləməsi olan hörmə sırğa, 19) 01 ədəd ümumi çəkisi 27 qram 22 karat hind qızılı (12 qram) olan boyunbağı və ərəb qızılı (15 qram) əl işləməsi olan klon, eləcə də yataq otağında olan ətirlərdən 20 )03 ədəd hər biri 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş burberry markalı ətir, 21) 03 ədəd hər biri 90 ml ölçüdə Gucci Geulty markalı 2021-ci il tarixdə istehsal edilmiş, 22) 01 ədəd 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş Bottega Venetta markalı ətir, 23) 01 ədəd 100 ml ölüçüdə 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş kişi üçün Dior Savvage markalı ətir, 24) 01 ədəd kişi üçün 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş Hermes markalı ətir, 25) 01 ədəd 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş Armani markalı kişi ətiri, 26) 03 ədəd hər biri 100 ml ölüçüdə 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş Narcico Rodrigos markalı kişi ətiri, 27) 01 ədəd 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş Burberry Her markalı ətir, 28) Gucci firmasına aid 01 ədəd Bloom markalı 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir,29) 01 ədəd Bloom Metari markalı 100 ml ölüçüdə 2021ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir, 30) 01 ədəd gucci oud markalı 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir, 31) 01 ədəd Tiffany markalı 50 ml ölüçüdə 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir, 32) 01 ədəd X24e markalı 50 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir, 33) özəl kolleksiyaya aid 01 ədəd 50 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş Desert Oud və 34) 01 ədəd 50 ml ölçüdə 2021-ci il tarixdə istehsal edilmiş Velvet Wood markalı ətir, 35) 01 ədəd Chloe love story markalı 2021-ci il tarixdə istehsal edilmiş 75 ml işlənmiş ətir, 36) 01 ədəd “Gi venchy” markalı 2021-ci il tarixdə istehsal edilmiş 100 ml ölçüdə ətir, 37) 02 ədəd hər biri 100 manat dəyərində olan işlənmiş ərəb ətirləri, 38) 01 ədəd 75 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş “Juicy Couture” markalı ətir, 39) 01 ədəd “Elle Saab” markalı 100 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş ətir, 40) 01 ədəd “X27” markalı 50 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş ətir, 41) evin qonaq otağında yerləşən rəfdən hər birinin qiyməti 85 manat olmaqla 04 ədəd, cəmi 340 manat dəyərində 01 litr həcmində “Jack Daniels” içkiləri, 42) 02 ədəd cəmi 171 manat dəyərində assorti içki dəsti və 43) həmin dəstin yanında 15 ədəd cəmi 408 manat dəyərində mini parfeum assorti ətirlər, 44) yataq otağında yerləşən rəfdən hindistan istehsalı olan 12 komplekt gümüş məmulatları ümümi 30 qram çəkidə, 45) 02 ədəd hər biri 200 manat dəyərində olan istifadə edilmiş “Tommy Hilfiger” markalı qadın qol saatı, 46) 01 ədəd Tissot markalı 850 manat dəyərində istifadə edilmiş qadın qol saatı, 47) 01 ədəd “Calvin Klein” markalı 250 manat dəyərində işlənmiş qadın qol saatı, 48) 01 ədəd “Pierre Cardin” markalı 300 manat dəyərində olan işlənmiş qadın qol saatı, 49) 01 ədəd “Gucci” markalı 50 manat dəyərində qadın əl güzgüsü və 50) 01 ədəd 50 manat dəyərində “Roberto Gavalli” markalı qadın əl güzgüsü, 51-52) 01 ədəd 595 manat ümumi dəyərində qızıl suyuna çəkilmiş sepi və içərisində göy rəngli "göz" işarəsi olan qızılı rəngli klon 53) bağlanma yeri qızıldan olan üzərində ağ rəngli nöqtələr olan qırmızı rəngli qadın pulqabı (150 manat dəyərində), 54) 30 manat dəyərində pul qabının içərisində qırmızı lenti olan dəmir qəpik, 55) X7 Dubay şəhərində yerləşən "Debenhaus La senza" adlı dükandan alınmış "Debenhaus" şirkətinə məxsus 850 manat dəyərində müxtəlif çeşidli 10 ədəd alt paltarı, 56) "Debenhaus" şirkətinə məxsus 02 ədəd 460 manat dəyərində qara və yaşıl rəngli üstü qaşlı kupalniklər, 57) Gucci, dolce gabanna və burberry şirkətlərinə məxsus 10 ədəd işlənmiş ümumi 100 manat dəyərində dodaq üçün pomadaları, 58-59) 04 ədəd ten və 04 ədəd göz və dodaq qarandaşları ümumi (200 manat dəyərində olan), 60) 01 ədəd “Pul and Bear” şirkətinə məxsus qadın geyimi 140 manat dəyərində, 61) 01 River İreland şirkətinə məxsus qadın geyimi, 62) 01 UK-nın Next şirkətinə məxsus qadın koftası (100 manat dəyərində), 63) hər biri 10 manat dəyərində 03 ədəd cəmi 30 manat dəyərində yumşaq oyuncağları, 64) 01 ədəd 100 manat dəyərində tefal markalı ütü, 65) hər biri 100 manat dəyərində 04 ədəd cəmi 400 manat dəyərində braun markalı saç feni, 66) hər biri 20 manat olmaqla 10 cüt cəmi 200 manat dəyərində Nike firmasına aid qadın corabları oğurlamışlar. Ona dəyən maddi ziyan ödənilməmişdir. Mülki iddiasının tam təmin edilməsini və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 03 il olaraq tanımış, onlar onun işlədiyi "Lider" komyuter servis mərkəzində tanış olmuşlar. Elçinin özündən bir neçə yaş böyük olan xaricdə yaşayan Samirə adlı qadınla birlikdə olmasını və onun hesabına restoranlara getməsini, Samirənin ona özünə məxsus "Chevrolet" markalı avtomobili sürmək üçün ona verdiyini də bimişldir. Daha sonra Elçin sevgilisi olan Samirə ilə ayrılmış və Aysel adlı qadınla gəzdiyini da bilmişdir. O, Elçinlə tez-tez görüşəndə onun yanında Aysel olmuşdur. Sonradan polis idarəsində gəldikdən sonra bilmişdir ki, Elçin Samirəyə məxsus pulları və əşyaları oğurlamışdır. Bu barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddət ərzində tanıyırmış, onunla dostluq münasibəti olmuşdur. 2022-ci ilin təxminən iyun-iyul aylarında Elçin ona zəng edərək, ona məxsus qızıl-zinət əşyalarının satması ilə bağlı köməklik edilməsini ondan istəmişdir. O da Elçinin online kazino oynamağını və pulları ora xərclədiyini bildirmişdir. Buna görə də, ona qızıl zinət əşyaların satılmasında köməklik etmək istəməmişdir. Qeyd etdiyi müddətdə Elçinlə görüşmüşlər. Həmin vaxt avtomobildə arxada adını sonradan bildiyi Aysel adlı qadında olmuşdur. Onlar Sumqayıt şəhəri, “Gold Qayalı” adlı mağazanın qarşısına gəlmiş və o maşında qalmışdır. Elçin həmin vaxt qızıl zinət əşyalarının hansı qiymətə satması barədə onun heç bir məlumatı olmamışdır. Daha sonardan o, polis əməkdaşlarından bilmişdir ki, həmin qızıl zinət əşyaları oğurluq olmuşdur. Elçin bu barədə ona heç bir məlumat verməmiş və həmin satdığı qızlların pulundan da ona pul verməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, “Gold Qayalı” adlı mağazada işləyir. Təqsirləndirilən şəxsləri tanımır. O, qızıl alqı-satqısı ilə məşğul olmur. Belə ki, əvvəllər onlara həmin işlə məşğul olmaqları üçün 05 (beş) il müddətinə lisenziya verilirdi, lakin 2019-cu il tarixdən qərar qəbul olunaraq qadağa qoyulmuş, bundan sonra alqı-satqı ilə məşğul olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəşünaslıq ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 9/6891 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 07 adda malların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 15080,00 (on beş min səksən) manat müəyyən olunur. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 59 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki, göstəriləri, istismar ili, istismar müddəti, zərgərlik məmulatalrının üzərində olan briliyant qaşların sayı, kefiyyəti və sair) olmadığndan həmin mallar üzrə qimətlədirmə aparmaq mümkün olmadı. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin utulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 dəfələrlə istintaqa dəvət olunmasına baxmayaraq istintaqa gəlməkdən boyun qaçırdığından, habelə onun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və olduğu yer müəyyən edilərək Sumqayıt ŞPİ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan “Vip Lombard” adlı lombard tərəfindən verilmiş qiymətləndirmə məktubundan görünür ki, 01 ədəd ümumi çəkisi 60 qram 22 karat ərəb qızılı olan komplekt boyunbağı və qolbağın qiməti 3906 manat, 01 ədəd ümumi çəkisi 60 qram 22 karat hind qızılı olan komplekt boyunbağı və qolbağın qiyməti 3906 manat, 01 ədəd ümumi çəkisi 23 qram 750 əyyar olan qızıldan üzərində brilyant qaşları olan komplekt üzüm formalı sırğa və üzüyü qiyməti 1236 manat, 01 ədəd ərəb qızılı ümumi çəkisi 20 qram 22 karat olan klonu ilə birlikdə boyunbağın qiyməti 1302 manat, 01 ədəd ümumi 12 qram 1 karat olan brilyant üzüyü, ağ rəngli ərəb qızılı olan qiyməti 504 manat, 01 ədəd 20 qram çəkidə üzərində brilyant olan boyunbağın qiyməti 1302 manat, 01 ədəd brilyant qaşları olan 585 əyarlı, ümumi 10 qram çəkidə qolbağını qiyməti 420 manat, 01 ədəditaliyan qızılı ümumi çəkisi 15 qram 750 əyyar olan sırğanı qiyməti 806 manat, 01 ədəd ərəb qızılı ümumi çəkisi 15 qram 22 karat olan ürək klonun qiyməti 976 manat, 01 ədəd hind qızılı ümumi çəkisi 8 qram 22 karat olan "R" hərfli klon qiyməti 520 manat, 01 ədəd 1953 manat dəyərində ərəb qızılı ümumi çəkisi 30 qram 22 karat əl işləməsi olan hörmə sırğanın qiyməti 1953 manat, 01 ədəd ümumilikdə ümumi çəkisi 27 qram 22 karat hind qızılı (12 qram) olan boyunbağı və ərəb qızılı (15 qram) əl işləməsi olan klonunun qiyməti 1757 manat olmaqla, cəmi 18588 manat olması müəyyən edilmişdir. İş materiallarında olan İSKO QSC-dən alnmış qiymətləndirmə məktubundan görünür ki, 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry” markalı ətir - 140 AZN, 90 ml ölçüdə “Gucci Geulty” markalı 2021-ci il tarixdə istehsal edilmiş - 80 AZN, 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Bottega Venetta” markalı ətir - 85 AZN, 100 ml ölüçüdə 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş kişi üçün “Dior Savvage” markalı ətir - 245 AZN, kişi üçün 100 ml ölüçüdə 2021ci il tarixdə istehsal edilmiş və işlənmiş “Hermes” markalı ətir - 330 AZN, 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Armani” markalı kişi ətiri -190 AZN, 100 ml ölüçüdə 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Narcico Rodrigos” markalı kişi ətiri - 90 AZN, 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry Her” markalı ətir - 130 AZN, “Gucci” firmasına aid 01 ədəd “Bloom” markalı 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir- 150 AZN, “Bloom Metari” markalı 100 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir - 120 AZN, “Gucci oud” markalı 100 ml (90 ml) ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir - 155 AZN, “Tiffany” markalı 50 ml ölüçüdə 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir - 90 AZN, “X24e” markalı 50 ml ölüçüdə 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş ətir - 80 AZN, 50 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş (Dolce Gabbana) “Desert Oud” - 500 AZN, 50 ml ölçüdə 2021-ci il tarixdə istehsal edilmiş “Velvet Wood” markalı ətir - 140 AZN, “Chloe löve story” markalı 2021-ci il tarixdə istehsal edilmiş 75 ml işlənmiş ətir - 90 AZN, “Givenchy” markalı 2021-ci il tarixdə istehsal edilmiş 100 ml (80 ml) ölçüdə ətir - 250 AZN, 75 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş “Juicy Couture” markalı ətir - 120 AZN, “Ellie Saab” markalı 90 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş ətir - 190 AZN, “X27” markalı 50 ml ölçüdə 2020-ci il tarixdə istehsal edilmiş ətir - 80 AZN. Siyahıda qeyd olunan ətirlərin qiymətləri topdan satış qiymətlərə uyğun olaraq təqdim olunmuşdur. İş materiallarında olan "xxxx"-dan daxil olmuş məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus kart hesabdan 969,14 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək S.Vilangattuya məxsus əmanət hesabından və üzərində gələn fazilərlə birlikdə ümumi 23,383,33 manat pul, eləcə də, həmin kartın hesabında olan 8,5 pulla birlikdə ümümi olaraq 23391.83 manat məbləğində pullar oğurlanmışdır. İş materiallarında olan Bank of Bakudan daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin yazıya qulaq asdıqca 1 saylı qadın səsəsi 2 saylı qadın səsi olan şəxslə danışır. 1 saylı səsdə olan qadın səsi ilə danışan şəxs 2 saylı qadın səsəsi danışan şəxsə özünü Zərərçəkmiş şəxs kimi təqdim edib, kart hesabını özü blok etdiyini və hazırda açmaq istədiyini və Zərərçəkmiş şəxs aid şəxsiyyəti təsdiq edən sənədin üzərində olan məlumatları bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, 1 saylı səs özüdü və orada o, bank əmkdaşı ilə danışır və özünü yalandan Zərərçəkmiş şəxs kimi təqdim etmiş və onun hesabından pulları Təqsirləndirilən şəxs1la bilrikdə oğurlamışar. İş materiallarında olan 01 (bir) CD disk iş üçün əhəmiyyət kəsb etdyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı hadisə yerindən götürülmüş və üzərində sındrıma izləri olmayan 01 ədəd qıfıl və 02 ədəd açar Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus evdən götürdüyü 01 ədəd krem, 02 ədəd tapoçka və 01 ədəd saç broşkası iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan X12 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə heç bir məlumatı yoxdur, bu şəxsləri tanımır, “Qold Qayalı” Ticarət Mərkəzinə gəlib-getmələri barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs müdafiəçisi və nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə 124036 (bir yüz iyirmi dörd min otuz altı) manat, ödənilmiş dövlət rüsumu 414,04 (dörd yüz on dörd manat dörd qəpik) manat, vəkilə istintaq dövründə və məhkəmə üçün ödənilmiş 3000 (üç min) manat, cəmi 127450,04 (bir yüz iyirmi yeddi min dörd yüz əlli manat dörd qəpik) manat pulun ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs müdafiəçisi və nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş mülki iddianın dəqiqləşdirilməsi ərizəsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə 134210,04 (bir yüz otuz dörd min iki yüz on manat dörd qəpik) manat, ödənilmiş dövlət rüsumu 414,04 (dörd yüz on dörd manat dörd qəpik) manat, vəkilə istintaq dövründə və məhkəmə üçün ödənilmiş 3350 (üç min üç yüz əlli) manat, 3410 (üç min dörd yüz on) manat məbləğində yol xərci və 3000 (üç min) manat məbləğində ümumi tələbatla bağlı dəymiş ziyan, cəmi 134210,04 (bir yüz otuz dörd min iki yüz on manat dörd qəpik) manat pulun ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 03 (üç) ədəd "xxxx" ASC-nin qəbzindən görünür ki, Abşeron Rayon Vəkil Bürosuna Zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 3350 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 01 (bir) ədəd "xxxx" ASC-nin qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən mülki iddiaya görə 414,04 (dörd yüz on dörd manat dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 02 (iki) ədəd qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 anası X13 tərəfindən Zərərçəkmiş şəxs hesabına ümumilikdə 1300 (bir min üç yüz) manat pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 2022-ci il və 2023-cü ilin ilk altı ayı ərzində xaricdən ölkəyə gələrkən etdiyi gömrük ödənişləri və onun tərəfindən gömrük orqanlarına təqdim olunmuş hər hansı gömrük bəyannaməsi haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 180-181-ci maddələrinin, Şahid3 və X4 əməlində isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X15). İş materiallarında olan 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Saray qəsəbə İƏD-si üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə, ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların özlərini qismən təqsirli bilərək verdiyi ifadələr özlərini müdafiə xarakter daşıyır və iş materiallarında olan sübutlarla təkzib olunur. Onlar Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdə tutulduğu 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslər və mülki iddia üzrə cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaşı verilmiş mülki iddia qismən təmin olunmalı, maddi zərərə görə təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs1 49272,14 (qırx doqquz min iki yüz yetmiş iki manat on dörd qəpik) manatdan ödənilmiş 1300 (bir min üç yüz) manat çıxılmaqla 47972,14 (qırx yeddi min doqquz yüz yetmiş iki manat on dörd qəpik) manat, təqsirləndirilən şəxslər və mülki iddia üzrə cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 33480,83 (otuz üç min dörd yüz səksən manat səksən üç qəpik) manat, 414,04 (dörd yüz on dörd manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumuna görə, vəkilə ödənilən xidmət haqqına görə 3350 (üç min üç yüz əlli) manat pul tutularaq zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Maddi sübut olan 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdir. Maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan sındrıma izləri olmayan 01 ədəd qıfıl və 02 ədəd açar, Təqsirləndirilən şəxs2 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus evdən götürdüyü 01 ədəd krem, 02 ədəd tapoçka və 01 ədəd saç broşkası zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslər və mülki iddia üzrə cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaşı verilmiş mülki iddia qismən təmin olunsun, maddi zərərə görə təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs1 49272,14 (qırx doqquz min iki yüz yetmiş iki manat on dörd qəpik) manatdan ödənilmiş 1300 (bir min üç yüz) manat çıxılmaqla 47972,14 (qırx yeddi min doqquz yüz yetmiş iki manat on dörd qəpik) manat, təqsirləndirilən şəxslər və mülki iddia üzrə cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 33480,83 (otuz üç min dörd yüz səksən manat səksən üç qəpik) manat, 414,04 (dörd yüz on dörd manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumuna görə, vəkilə ödənilən xidmət haqqına görə 3350 (üç min üç yüz əlli) manat pul tutularaq zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Maddi sübut olan 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan sındrıma izləri olmayan 01 ədəd qıfıl və 02 ədəd açar, Təqsirləndirilən şəxs2 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus evdən götürdüyü 01 ədəd krem, 02 ədəd tapoçka və 01 ədəd saç broşkası zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar