Məhkəmə qərarları › İş №1(060)-198/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-198/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-198/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 1F ünvanında pasport qeydiyyatında olmaqla ünvan 5anında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,055 qram, 0,059 qram, 0,273 qram, 0,052 qram, 0,057 qram və 0,054 qram, ümumi təmiz çəkisi 0,550 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin X5 daxil olmuş əməliyyat məlumatı əsasında 09 oktyabr 2024-cü il tarixdə saat 21:00-da həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Musiqi məktəbinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib həmin tarixdə orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə saxladığı ümumi çəkisi 0,550 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 1F ünvanında pasport qeydiyyatında olmaqla ünvan 5anında yaşayır, fərdi əməklə məşğuldur. O, xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə bağlı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişdir. Həmin tarixdə axşam saat təxminən 18:00 radələrində Mehdiabad qəsəbəsində olan zaman təsadüfən rastlaşdığı, üzdən tanıdığı Rasim adlı şəxslə söhbət edərkən psixotrop maddə olan metamfetamindən istifadə etmək istədiyini bildirmişdir. Bu zaman həmin şəxs ona psixotrop maddə olan metamfetamin verə biləcəyini demişdir. O da özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 45 (qırx beş) manat pul müqabilində 06(altı) ədəd bükümdə psixotrop maddə metamfetamin alıb öz istifadəsi üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü, yəni, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Musiqi məktəbinin yaxınlığında piyada hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin X2 əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşub üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuşlar. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində psixotrop maddə olan metamfetamin bükümləri olduğunu demişdir. Bu zaman polis əməkdaşları ona onlarla birlikdə Sumqayıt şəhəri Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməmiş və onlarla birlikdə Polis İdarəsinə getmişdir. Pİ-ya çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuş, o, hüquqlarının, vəkil siyahısında adı olan X15 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X15 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X16 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-yə gətirdiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X11 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, bildirişlə tanış olub sualları cavablandıraraq heç bir etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməyini xahiş etmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisində olan 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızı kəsiyinə bükülmüş vəziyyətdə olan həmin psixotrop maddə metamfetamin bükümlərini çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızı kəsikləri açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər kütlələrin olduğu aşkar edilmişdir. Təhqiqatçı ondan həmin kütlənin nə olduğunu, onu haradan və nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuş, bu zaman o, həmin bükümlərdəki maddələri saxlandığı tarixdə, yəni, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan zaman bir nəfər Rasim adlı şəxsdən 45 (qırx beş) manat pul müqabilində alıb üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan şalvarın sol yan cibindən özünə məxsus olan 01 (bir) ədəd “SAMSUNG” markalı üzərində ***-***-**-** saylı “Bakcell” mobil operatoruna məxsus mobil nömrə olan smart tipli mobil telefon aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təhqiqatçı tərəfindən üzərinə şəxsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş 06 (altı) ədəd bükümdə olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddələr büküldüyü gümüşü rəngli siqaret kəsikləri ilə birlikdə Çin istehsalı olan elektron məşiət tərəzisinə qoyulub çəkilən zaman ümumilikdə çəkilərinin 0,85 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənib qablaşdırılıb, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Həmçinin, 01 (bir) ədəd “SAMSUNG” markalı, üzərində ***-***-**-** “Bakcell” mobil operatoruna məxsus mobil nömrə olan smart tipli mobil telefon da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığımı bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. O, üzərindən aşkar olunan psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmadığını demişdir. O, üzərindən aşkar olunan psixotrop maddəni aldığı şəxsin təxminən 30-35 yaşlarında, arıq bədən quruluşlu, orta boylu şəxs olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Ona qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin NMB-ya əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra NMB-nın rəisi, polis mayoru Bəxtiyar Hacıyevin rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa o, həmçinin daha 3 nəfər polis əməkdaşı daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 09 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Musiqi məktəbinin yaxınlığında “pusqu” qurmuş və ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra xx.xx.1992-ci il tarixdə ünvan 3 ünvanında pasport qeydiyyatda olmaqla ünvan 4nında yaşayan Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüş və həmin ərazidə onu 09 oktyabr 2024-cü il tarixdə saat 21:00-da Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Musiqi məktəbinin yaxınlığında piyada hərəkətdə olarkən saxlamışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində psixotrop maddə bükümləri olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların hərəkətinin intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamış və üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncuya onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getməli olduğunu demiş, sonuncu etiraz etməyib onlarla birlikdə Pİ-yə getmişdir. Təqsirləndirilən şəxs Pİ-yə gətirilərək bu barədə idarə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı, polis polkovnik-leytenantı X16 özünü təqdim edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X15 dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X16 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxlayıb Pİ-yə gətirdiklərini deyib sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyini qeyd edib, axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X11 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etikdən sonra sonuncu sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinin içindən gümüşü rəngli siqaret kağızına bükülmüş 06 (altı) bükümdə olan kütləni və həmin şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd "Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərindən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri açdıqda, bükümlərin içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni, büküldüyü siqaret kağızları kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0,85 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləbənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış, qablaşdırılmış zərfin üstü DİN-in 124 nömrəli möhürü ilə möhürlənmiş, daha sonra təhqiqatçı, müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışıdr. Həmçinin, üzərindən aşkar olunaraq götürülmüş mobil telefon da həmçinin, qablaşdırılaraq götürülmüşdür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2024-cü il tarixdə Mehdiabad qəsəbəsində Rasim adlı şəxsdən öz istifadəsi üçün 45 (qırx beş) aldığını bildirmişdir. Digər şahid Sumqayıt şəhər Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da Sumqayıt şəhəri, 8-ci mikrorayon, Musiqi Məktəbinin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.18) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X13 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 1F ünvanında pasport qeydiyyatda olmaqla ünvan 5anında yaşayan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin xidməti otaqların birində şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və müdafiəçi özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirişlə tanış olub heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı vəkili təqdim edir, daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan 01 ədəd şəffaf sellofan kəsiyinin içindən gümüşü rəngli siqaret kağızına bükülmüş 06 bükümdə olan kütləni və həmin şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı davam etdirir, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri açdıqda, bükümlərin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni, büküldüyü siqaret kağızları kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0,85 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in 124 nömrəli möhürü ilə möhürlənir, daha sonra təhqiqatçı, müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Həmçinin, üzərindən aşkar olunaraq götürülmüş mobil telefon da həmçinin, qablaşdırılaraq götürülmüşdür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli psixotrop maddə metanfetaminə bənzər kütləni xx.xx.2024-cü il tarixdə Mehdiabad qəsəbəsində Rasim adlı şəxsdən öz istifadəsi üçün 45 manata aldığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. (i.v.26) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4850 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,055 qram; 0,059 qram; 0,273 qram; 0,052 qram; 0,057 qram; 0,054 qram ümumi təmiz çəkiləri 0,550 qram olan ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 0,550 qram qəbul edildi, 0,120 qram nümunə götürüldü, 0,430 qram kütlə geri qaytarıldı.(i.v.33-37) Sumqayıt ŞPİ İŞ tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərara əsasən həmin tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.56-57) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.66-69) Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X18 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.73-74) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir.(i.v.78-79) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v.91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator X6 barədə xx.xx.2024-cü il tarixli, 6855 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.93-94) Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər, Corat qəsəbəsi, ev 1F-də qeydiyyatdadır, ailəlidir, bir uşağı var. Qəsəbədə qeydiyyatda olduğu müddət ərzində barəsində Corat qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamış, qəsəbədə gənclər arasında hörmətə malikdir. Qəsəbə sakinləri ilə mehriban münasibətdə davranır. (i.v. 99) Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən (FİN: 8AK7TT3) görünür ki, Abdullayev Tofiq Vaqif oğlu xx.xx.2022-ci il tarixdə doğulmuşdur. (i.v.100) Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1195 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi ana-X14, həyat yoldaşı X9 və oğlu Abdullayev Tofiq Vaqif oğlundan ibarətdir.(i.v. 102) AZ-İİ366514 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 xx.xx.2019-cu il tarixdə nikahları bağlanmışdır. (i.v.102) Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 477 nömrəli arayışından görünür ki, X9 xx.xx.2024-cü il tarixində 13-14 həftə hamilə diaqnozu ilə qeydiyyat götürülmüş, hal-hazırda 35-36 həftəlik hamilədir. (i.v.103) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli, 6/4850 nömrəli rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən psixotrop maddə metamfetaminin ekspert rəyində göstərilən 0,550 qram çəkisi əsas götürülmüşdür. (i.v.104-112) Məhkəmə iclasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli AZ-V№073762 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 oğlu xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X9, xx.xx.2022-ci il tarixli AZ-İV№721804 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayev Tofiq Vaqif oğlu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. Beləliklə, Təqsirləndirilən şəxsnin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsnin özünü təqsirli bilməsini, əvvəllər məhkum edilməməsini, əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00dək yaşadığı fərdi yaşayış evini tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X6 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6855 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,430 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X17 dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 11 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4nını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,430 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X17 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar