Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-199/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs, Onun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X21, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1965-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, subay, orta təhsilli, Sumqayıt şəhəri, İnteqrasiya təlimli internat tipli gimnaziyada texnologiya müəlliməsi işləyən, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 7/14, mənzil 53-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassi küçəsi, 1ci məhəllə, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassi küçəsində yerləşən içərisində 300 manat dəyərində iki ədəd plastik pəncərə, 100 manat dəyərində taxta, 200 manat dəyərində iki ədəd plastik qapı, 450 manat dəyərində üç ədəd xalça, 250 manat dəyərində divan və iki ədəd kreslo, 70 manat dəyərində “Sony” markalı televizoraltı, 450 manat dəyərində taxtadan yemək masası və 6 ədəd oturacaq olan mişar daşından tikilmiş 39K nömrəli və 40K nömrəli qarajları X16 idarə etdiyi JKB-3CX markalı 50-T-359 dövlət qeydiyyat nişanlı traktorla sökdürərək 39K nömrəli qaraja təmir-tikinti işləri 2960 manat, 40K nömrəli qaraja 2150 manat hesablanmaqla ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 6930 (altı min doqquz yüz otuz) manat maddi ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, hazırda Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassi küçəsi, 1-ci məhəllə, fərdi evdə qızı X9yla birlikdə yaşayır. Həmin yerdə 2012-ci il tarixdə 1 otaqlı ev tikərək köçüb yaşayır. Evin yerində əvvəllər qarajlar olmuş, o, həmin qarajlardan səkkizini almış, iki qarajı isə ala bilməmiş, həmin qarajların sonradan tanıdığı Zərərçəkmiş şəxs və Şahid2ginin olduqlarını bilmişdir. O, 2014-cü il tarixdə dəfələrlə Samirəylə əlaqə saxlayaraq və evinə gedərək ona qarajlarını satmasını demiş, çünki orada traktorla təmizlik işləri aparacağı üçün onun da qarajlarını alaraq birdəfəlik təmizlik işləri aparmağı düşünmüş, lakin Zərərçəkmiş şəxs qarajlarını satmamışdır. Samirəgil də qarajı satmadığına görə o, məcbur olaraq digər qarajları sökərək yerini traktorla təmizlətmiş və orada hazırda qaldığı evi tikmiş, evinin ətrafında qonşular hasar çəkdiyindən bircə evinin qarşısında hasar olmadığından oraya da özü hasar çəkmişdir. Samirənin də qarajları onun həyətində evin arxa hisəsində qalmış, əslində onun yolu Məhiyəddin və Şirvan adlı qonşuların həyətindən olsa da o, Samirəyə onun həyətindən keçərək qarajlara getməsinə icazə vermiş, Samirəyə dəfələrlə qarajları satmağını desə də, Samirə yenə də razı olmamışdır. Samirə anası xəstə olduğu üçün 2015-ci ilin aprel ayına qədər oraya gəlməmiş, özü isə həmin müddət ərzində ürəyindən xəstələndiyi üçün xəstəxanada qalmış, ondan sonra da təxminən 5 aya yaxın qardaşı Xasaygildə qalmış, Xasay onun xəstə olduğu üçün onlarda qalmağını istəmişdir. 2015-ci ilin aprel ayında yaşadığı evə gəlmiş, oraya gəldikdə orada olan qarajlardan birinin panellərinin təmiz uçduğunu, yerə yatdığını, mişar daşlarının da yerə töküldüyünü görmüşdür. Samirəyə zəng edərək qarajların uçduğunu, buraya gəlməsini demiş, sonra Samirə də buraya gələrək onlarla mübahisə edərək qarajları onların uçurtduğunu demiş, o da Samirəyə xəstəxanada olduğunu, evə təzə gəldiyini, qarajların özünün uçduğunu demişdir. Lakin Samirə ona inanmamış, ondan sonra Samirə bir müddət də qarajlara baxmağa gəlməmiş, ondan sonra 2019-cu il tarixdə o biri qaraj da uçmağa başlamış, həmin qarajların köhnə olduğunu, ona görə də uçduğunu, içərisinə də su yığıldığını bildirmişdir. Yenidən Samirəyə zəng edərək gəlməsini, o biri qarajın da uçduğunu demiş, Samirə də yenidən oraya gəlmiş və yenə də onunla mübahisə edərək, qarajların içərisindən bir iki əşya götürüb çıxıb getmişdir. Ondan sonra qarajların ikisi də uçduğundan oraları təmizləmək üçün bir neçə dəfə yenə onlara gedərək qarajları almaq istədiklərini demiş, hətda bir neçə dəfə kürəkəni Elmirlə də onun yanına gedərək qarajı satmasını demiş, lakin Samirə yenə qarajı satmamışdır. Elmir ondan sonra 2019-cu ilin oktyabr ayında ona Samirənin qarajlarının ikisini 1200 manata satmağa razılaşdığını, Samirəgilə aparıb 1000 manat pul verdiyini, 200 manatı da sonra verəcəyini demiş, lakin daha sonra Samirənin pulu qaytardığını və qarajı satmadığını eşitmişdir. O, 2020-ci ilin aprel ayında həyəti natəmiz olduğundan, Samirə də qarajları satmadığından və oraya da gəlib baxmadığından, maraqlanmadığından qarajların uçulmuş yerlərini təmizləmək, bir qarajın dəmir qapısını və digər qarajın uçulmamış qalan bir divarını da sökərək oranı ümumi təmizlətmək qərarına gəlmişdir. O, qonşuluqda yaşayan Azad adlı traktor şoferini çağıraraq onunla 200 manata razılaşmış və Azad özünə məxsus traktorla həyətə gələrək bir qarajın dəmir qapısını və digər qarajın da uçulmamış divarını traktorla uçurtmuş, ondan sonra Azad qonşuluqda yaşayan Gündüz adlı kamaz şoferini də oraya çağırmış, Gündüzlə də orada olan uçulmuş zibilləri təmizləmək üçün 100 manat pula razılaşmışlar. Gündüz də kamazla gələrək təxminən 10 dəfəyə orada olan zibilləri yığaraq onun tanımadığı, özünün bildiyi zibilxanaya apararaq tökmüşdür. O, sonra oraları təmizlətmiş və yerinə torpaq tökdürmüşdür. Samirə 2020-ci ilin avqust ayında onların həyətinə gəlmiş, oraları gördükdən sonra mübahisə yaradaraq qarajları nə səbəbə sökdüyünü demiş, o da Samirəyə qarajların uçduğunu, özünün də gördüyünü, özünün yalnız həmin uçulmuş yerləri həyətini siçanlar basdığına görə və natəmizlik yarandığına görə təmizlədiyini demişdir. O, Samirənin qarajında olan plastik qapı və pəncərənin yoxa çıxdığını dediyi vaxtda xəstəxanada, sonra da qardaşı Xasaygildə olduğunu, Samirənin qarajından heçnə oğurlamadığını, onun qarajlarından birinin 2015-ci il tarixdə, digər qarajın isə 2019-cu il tarixdə uçduğunu, qarajların uçmağı barədə Samirəyə məlumat vermədiyini, Samirənin gəlib qarajlara baxdığını bildirmişdir. Qarajların uçduğunu gördüyünü, həmin qarajlardan yalnız birinin dəmir qapısı və o biri qarajın da bir divarının qaldığını, daha sonra Samirəyə bir neçə dəfə məlumat verərək həyətdə natəmizlik olduğunu, uçulmuş yerlərdən siçanların gəldiyini demişdir. Samirə qarajları satmadığından, oraya da gəlib baxmadığından qarajların uçulmuş yerlərini təmizləmək və bir qarajın dəmir qapısını və digər qarajın da uçulmamış divarını sökmək qərarına gələrək sökdüyünü, qarajların içərisində dəyərli hər hansı bir əşya olmadığını, qarajda dəqiq nələr olduğunu bilmədiyini, uçulmuş yerlərin altında da köhnə divan, televizor altdığı, sandıq gördüyünü, həmin əşyaların da könhə olduğunu, həmin vaxtı Zərərçəkmiş şəxs məlumat vermədiyini bildirmişdir. Hazırda həmin qarajın yerinə torpaq tökdüyünü, lakin hər hansı iş görmədiyini, yaşadığı evin yerində olan qarajların sənədinin olduğunu, lakin evin isə sənədinin olmadığını, dəfələrlə evin sənədinin alınması ilə bağlı aidiyyatı yerlərə müraciət etsə də, sənəd ala bilmədiyini, sonradan məcburi köçkün olduğundan 2012-ci il tarixdə məcbur olub orada ev tikmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda ünvan 1 ünvanında bacısı Şahid2 ilə birlikdə yaşayır, ailəsi ilə birlikdə əvvəl ünvan 2 ünvanında yaşamışlar, lakin 1998-ci il tarixdə maddi sıxıntıları olduğundan 3 otaqlı evlərini sataraq daha ucuz və otaq sayı az olan ev almaq qərarına gələrək X17 ilə tanış olmuşlar, hazırda yaşadıqları evi ondan 6700 ABŞ dollara və evlə bərabər X12 məxsus Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassi küçəsində yerləşən 40K nömrəli qarajı da 1000 manat pula almışlar. Özlərinə məxsus artıq əşyaları aparıb həmin qaraja yığmışlar. Həmin vaxtlar qaraj anası X1 da, lakin onun adına keçməyərək qardaşı X10 etibarnamə ilə verilmiş, anası sonra arxayınçılıqda qarajı ada keçirtməyi fikirləşmiş, müəyyən vaxtdan bir həmin qaraja gedərək baxmışlar. Sonra anası 2006-cı il tarixdə qaraja baxmağa getdikdə oraya məcburi köçkünlərin girərək yaşadığını görüb polisə şikayət etmiş, şikayətdən sonra həmin adamlar qarajdan çıxarılmış, anası da ondan sonra qarajı öz adına keçirtmək qərarına gəlmişdir. Lakin qardaşının adına verilən etibarnamənin müddəti bitdiyindən və əvvəlki sahibi də xaricdə yaşadığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmə qarajın anasının adına keçirilməsi ilə bağlı 23 aprel 2007-ci il tarixdə qətnamə qəbul etmiş, anası da həmin qətnamə ilə Əmlak Komitəsinin Sumqayıt şəhər İdarəsinə gedərək həmin qarajı öz adına keçirmişdir. Anası 2008-ci il tarixdə xəstə olduğundan evdə müalicə almağa başlamış, sonradan da yataq xəstəsi olmuş və özü anasına baxmalı olmuşdur. Onunla bərabər özü də, bacısı da müəyyən vaxtdan bir qaraja gedib baxmışlar. 2011-ci il tarixdə 40K saylı qaraja baxmağa getdikdə qarajlarının yanında olan 39K saylı qarajın üzərində satılır sözünün yazıldığını görərək onu da almaq qərarına gəlmiş və orada yazılan nömrəylə əlaqə saxlayaraq qarajın Bəxtiyar adlı şəxsin olduğunu öyrənmiş və Bəxtiyara qarajı almaq istədiyini deyərək onunla görüşmüşdür. Bəxtiyar ona qarajın rəhmətlik atası X6 adına olduğunu demiş, sonra Bəxtiyarla qarajın qiymətini 1000 ABŞ dollarına razılaşmış və qarajı ondan almışdır. Lakin həmin vaxtlar başları qarışıq olduğundan onların arasında alqı-satqı olmamış, Bəxtiyar sonra arxayınçılıqda alqı-satqı olunaraq qarajı ada keçirməyi demiş və bacısı Şahid2 özünün və ailə üzvlərinin adından satmağa razılıq barədə ərizə vermiş, həmçinin qarajın alınması və pulun verilməsi ilə bağlı əl yazma ilə kağız da yazılmışdır. Sonra bacısı Kəmalə həmin qarajı ona bağışlamışdır. Həmin vaxtlar qardaşı Kamran evlənərək ayrı yaşamağa başlamış, özü və bacısı da evlənmədiklərindən anasıyla birlikdə yaşamışlar və bütün işlərə bacısıyla özü getmişdir. O, qarajı aldıqda Bəxtiyar həmin qarajla bərabər ona iki ədəd plastik qapı da satmış, özü müəyyən vaxtdan bir həmin qarajlara gedərək baxmış, lakin sonra anasının vəziyyəti çox pisləşdiyindən və yataq xəstəsi olduğundan, bacısı da müəllimə işlədiyindən, müəyyən müddətə qarajlara baxmağa gedə bilməmişlər. Həmin ərəfələrdə ona adının Xasay olduğunu deyən şəxs zəng edərək onlara məxsus qarajları almaq istədiyini demiş, o da Xasaya qarajları satmaq fikirinin olmadığını söyləmiş, sonra 2014-cü ilin avqust ayında evdə olduqda evlərinə sonradan adlarının Zabuta, Xasay olduğunu bildiyi şəxslər gəlmişlər. Həmin şəxsləri tanımadıqlarından Xasay ona əvvəl qaraj barədə onunla danışdığını, qarajı almaq istəyən adam olduğunu demiş və onun da Xasayın ona zəng etməsi, qarajı almaq istədiyini deməsi, özünün də ona qarajı satmaq fikrinin olmadığını deməsi yadına düşmüşdür. Xasaygil onlara məxsus qarajların yanında olan qarajları adıqlarını və Zabutaya ev tikəcəklərini, onların qarajlarının da mane olduğundan onları da almaq istədiklərini demişlər. O və bacısı da anasının xəstə olduğunu, başlarının ona qarışdığını və bir mənalı olaraq qarajı satmaq fikirlərinin olmadığını demişlər. Ondan sonra bir dəfə də Zabutagil onların evinə gələrək yenə qarajı almaq istədiklərini söyləmişlər, lakin Zabutagilə qarajları satmaq fikirlərinin olmadığını demişlər. 2014-cü ilin sentyabrın 5-də anası rəhmətə getmiş, anası rəhmətə getdikdə Xasay bir dəfə də telefonla ona zəng edərək yenə qarajı almaq istədiyini demiş, özü də Xasaya anasının rəhmətə getdiyini, başlarının ona qarışdığını və qarajı satmaq fikirlərinin olmadığını demişdir. O və bacısı da anaları rəhmətə gedən gündən təxminən bir il yarım stresdə olaraq evdən bayıra çıxmamışlar və qarajlara da baxa bilməmişlər. Təxminən 2016-cı ilin ortalarında qarajın yanında olan qonşulardan orada tələsik ev tikildiyini, qarajlarının da həmin evin hasarının içərisində qaldığını eşitmiş, sonra oraya getdikdə həmin Zabuta adlı qadının orada olan qarajları alıb sökərək ev tikdiyini, onun da iki qarajının Zabutanın həyətində qaldığını, ətrafının da hasara alındığını görmüşdür. Məcbur olaraq qarajlarına getmək üçün Zabutanın qapısını döyərək həyətə daxil olmuş, Zabutaya qarajının yolunu kəsdiyini, oraya necə keçəcəyini demiş, Zabuta da ona İcra Hakimiyyətindən icazə alaraq ev tikdiyini, qarajları satmadığı üçün məcbur olub belə ev tikdiyini, istədiyi vaxtı həyətdən keçərək qarajlarına getməyini demiş, özü də qarajlara baxdıqda qarajların qaydasında olduğunu və hər şeyin də içində olduğunu görmüşdür. Sonra oradan çıxaraq birbaşa Əmlak Komitəsinin Sumqayıtda yerləşən İdarəsinə getmiş, ordan da ona Zabutanın icazəsi olmadığını, icazəsiz ev tikdiyini demişlər. O, sonra Zabutanın qardaşı Xasayın nömrəsini taparaq ona zəng edərək danışmış, nə məsələ olduğunu, bacısının icazə almadan orada ev tikdiyini demiş, Xasay da ona bacısının evsiz olduğunu, məcbur olaraq təcili ev tikdiyini, qarajların yerində olduğunu, ona əl vurmadıqlarını demişdir. O, ondan sonra yenidən qarajlarına baxmaq üçün getdikdə Bəxtiyardan aldığı 39K saylı qarajın bir hissəsinin uçduğunu və həmin qarajda olan iki ədəd plastik qapının və iki ədəd plastik pəncərənin də olmadığını görmüş və Zabutadan buranı kimin sökdüyünü və qapılarla pəncərələri kimin götürdüyünü soruşmuşdur. Zabuta da xəstə olduğunu, xəstəxanada yatdığını, məlumatı olmadığını demiş, o da “102” xidmətinə zəng edəcəyini söyləmiş, elə orada onun qardaşı Xasaya da zəng edərək oraya çağırmış və Xasay oraya yaxın yerdə qaldığından tez zamanda oraya gəlmiş və ondan polisi bu işə qatmamağını, özünün də məlumatı olmadığını, yəqin oğurluq olduğunu, amma oğurluq olsaydı başqa əşyaların da oğurlanacağını, nə səbəbə sırf qapı pəncərənin oğurlandığını demişdir. Ona narahat olmamağını, qapı və pəncərələri özünün alıb verəcəyini demiş, o da ona inanmışdır. Xasay onu gətirərək evinə düşürtmüşdür. O, 2017-ci il və 2018-ci illərdə də müəyən vaxtdan bir qarajlarına baxmaq üçün getmiş, hər dəfə gedəndə həyətdən keçərək qarajına getmiş, lakin həmin vaxtlarda da onun qapı pəncərəsi oraya qoyulmamış, hətda bir dəfə də oraya getdikdə Zabutagilin onun qarajının qarşısında özünə mətbəx tikdiyini görmüşdür. Sonra Zabutaya etiraz etdikdən sonra Zabuta mətbəxi sökmüşdür. Zərərçəkmiş şəxs 2018-ci ilin axırlarından 2019-cu ilin axırlarına kimi təxminən 1 il müddətinə bacısı ilə birlikdə gəlinləri xəstə olduğundan ona və uşaqlarına baxdıqları üçün qarajlara baxmağa gedə bilməmişlər. 2019-cu ilin dekabr ayının axırlarında evdə olduqları zaman Zabuta və sonradan kürəkəni olduğunu bildiyi Elmir onlara gəlmiş, onlar yenə qarajı almaq istədiklərini söyləmişlər, o da yenə qarajı satmaq fikirlərinin olmadığını demiş, onlar getdikdən sonra Elmir adlı şəxs bir neçə dəfə onun telefon nömrəsinə də zəng edərək qarajı almaq istədiyini demişdir. O da ona hər dəfə qarajı satmaq istəmədiyini bildirmişdir. Hətda bir gün Elmir ona dostunun olduğunu, qarajda olan taxtaları, köhnə əşyaları almaq istədiyini, ona görə də baxmaq istədiyini demiş, o da oraya gedərək həmin əşyaları satmaq istəmiş, lakin Elmirin dostu ilə pulda razılaşmadığı üçün həmin əşyaları satmamış, bir gün də Elmir tək onlara gələrək 1000 manat pul uzadaraq qaraja görə beh olduğunu, qarajı ona satmağı xahiş etmişdir. O, əvvəla qarajı satmaq istəmədiyini, sonra da satsa belə günün qiymətinə uyğun qiymətə satacağını, hazırda qarajlarının qiymətinin 10000 (on min) manat olduğunu demiş, Elmir də biraz ucuz satmağını xahiş etmiş, o da Elmirə ümumiyyətlə satmaq istəmədiyini, satsa da həmin qiymətə satacağını deyərək behi də götürərək getməsini bildirmişdir. Elmir də məcbur behi evə qoyaraq biraz da fikirləşməyini deyərək çıxıb getmiş, səhərsi gün o Elmirə zəng edərək qarajı satmadığını, satsa da öz istədiyi qiymətə satacağını deyərək gəlib pulu götürməsini demiş və Elmir də gələrək pulu götürmüşdür. O sonra bir dəfə də 2020-ci ilin yanvar ayında qaraja gedərək baxmış və qarajda hər şeyin qaydasında olduğunu görmüş, lakin sonra Covid19 virusu ilə bağlı bir müddət evdən çıxmamış, sonra da qardaşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində həyət evində qaldığından bacısı ilə onlara gedərək bir müddət də onlarda qalmışlar. O və bacısı 21.08.2020-ci il tarixinə kimi qaraja gedib baxa bilmədiklərini və həmin müddət ərzində Zabutagilin də onlara satmaqla bağlı yenidən nə zəng etdiklərini, nə də gəldiklərini söyləmişdir. O və bacısı 21.08.2020-ci il tarixində Sumqayıt şəhəri, Çerkassi küçəsindən keçən zaman qarajlara baxmaq qərarına gələrək oraya gəlmişlər, oraya gəldikdə Zabutagilin qapısını döyərək həyətə girdikdə qarajların ümumiyyətlə olmadığını, qarajların yerində torpaq olduğunu, şumlandığını, qarajlardan yalnız 4-5 ədəd dəmir atma (şviller) qaldığını görmüşlər və havalanaraq dərhal Zabutagili çağıraraq mübahisə edərək nə məsələ olduğunu soruşmuşlar. Zabuta da onlara qarajlardan evinə siçanlar gəldiyini, ona görə də məcbur olub qarajların ikisini də sökdüyünü demiş, onlar da Zabutaya qarajlarını özbaşına, icazəsiz sökdüyünü, bununla bağlı onlara məlumat vermədiyini və icazə almadığını demiş, Zabuta da onlara sonradan gələrək qarajlarla bağlı halallaşacağını, pulunu verəcəyini demişdir. Onlar əvvəlcə razılıq almalarını, satsaydılar və ya icazə versəydilər sökmələrini bildirmişlər. O, Zabutadan həmin vaxtı qarajın içərisində əşyaların olduğunu, onları nə etdiyini soruşmuş, Zabuta da qarajları buldozer ilə içərisində olan əşyalarla birlikdə sökərək aparıb tulladıqlarını demişdir. Samirə də həmin vaxtı “102” xidmətinə zəng edərək Zabutanın özbaşına məlumat vermədən, icazəsiz qarajları sökməsi barədə müraciət etmiş, sonra da Sumqayıt şəhər Polis İdasrəsinin 5-ci Pois Bölməsinə gedərək bu barədə ərizə yazmışdır. O, hər iki qarajın sənədinin olduğunu, 40K saylı qarajın rəhmətlik anası X2 adına olduğunu, anasının vəfatından sonra vərəsəlik qaydasında ona keçməyini, 39K saylı qarajın isə Bəxtiyarın rəhmətlik atası X6 adına olduğunu, Bəxtiyardan qarajı almaqla bağlı bacısı Şahid2 ilə Bəxtiyar arasında yazılı razılaşma olduğunu, sonra sonuncu qarajın bacısı tərəfindən ona bağışlandığını, lakin anası rəhmətə getdikdən sonra hər iki qarajın ona məxsus olduğunu bildirmişdir. Bacısı Şahid2 və qardaşı Məmmədov Kamranın razılığı ilə hər iki qarajın ona verildiyini, həmin vaxtı qarajların içərisində 15-16 ildirki əşyalar yığıldığını, iki qarajda təxminən iki ədəd hündürlüyü 1,70, eni 2.20 metr olan plastik pəncərə, eyni ölçüdə bir ədəd taxta pəncərə, hündürlüyü 2 metr, eni 80 sm olan 2 ədəd plastik qapı, uzunluğu 3,5, eni 2,5 metr olan 3 ədəd xalça, uzunluğu 2 metr eni 1 metr olan Rusiya istehsalı divan və 2 ədəd kreslo, “Sony” markalı uzunluğu 2 metr, eni 1 metr mebeldən televizor altdığı, uzunluğu 3, eni 1 metr olan taxtadan yemək stolu, 6 ədəd taxta stul, uzunluğu 3,60 metr, eni 30 sm olan 8 ədəd dəmir atma (şviller) və başqa köhnə əşyalar olduğunu, həmin əşyalar uzun müddət ərzində yığıldığından onların markasını, qiymətini xatırlamadığını, iki qarajının sökülməsi nəticəsində təxminən 10000 (on min) manat maddi ziyan dəydiyini, qarajların sökülməsi ilə bağlı onlardan hər hansı icazə alınmadığını, məlumat verilmədiyini, siçanlar ilə bağlı heç vaxt nəsə demədiklərini, ən azından elə bir hal olsaydı onlara məlumat versəydilər hər hansı tədbir görəcəklərini bildirmişdir. Zabutanın onlara heç vaxt qarajın çökməsi və ətrafına su yığılması barədə məlumat vermədiyini, gedib qarajlara baxdıqları zaman qarajlarda hər hansı problem olmadığını, bircə Bəxtiyardan aldığı qarajın bir hissəsində balaca bir yerin uçduğunu, qarajların qalan yerlərinin tam qaydasında olduğunu, hər iki qarajın mışar daşından tikildiyini, qapılarının dəmirdən olduğunu və səliqəli formada olduğunu bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o hazırda ünvan 1 ünvanında bacısı ilə birlikdə yaşayır. O ailəsi ilə birlikdə əvvəl ünvan 2 ünvanında yaşamışdır. Onlar 1998-ci il tarixdə maddi sıxıntıları olduğundan 3 otaqlı evlərini sataraq daha ucuz və otaq sayı az olan ev almaq qərarına gəlmişlər. Həmin vaxt onlar X17 ilə tanış olmuşlar. O, hazırda yaşadıqları evin sahibi idi və həmin evi satmaq istəyirdi. Onlar onunla evi 6700 ABŞ dollarına razılaşmış və evi ondan almışlar. Həmin vaxt o, Ukraynaya gedərək orada yaşayacağını, ona görə öz adına Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində qarajı olduğunu, onu da satmaq istədiyini demişdir. Onlar orada yerləşən ona məxsus 40K nömrəli qarajı da 1000 manat pula razılaşaraq almışlar. Evdə olan artıq əşyaları həmin qaraja aparıb yığmışlar və hərdən də həmin qaraja gedib baxmışlar. Həmin vaxtlar qaraj anası X1 da, lakin onun adına keçməyərək qardaşı X10 etibarnamə ilə verilmişdir. Anası sonra arxayınçılıqda qarajı adına keçirtməyi fikirləşmişdir. Onlar müəyyən vaxtdan bir həmin qaraja gedərək baxmışlar. O qarajın ətrafı da qarajlar idi. Qarajın əvvəkli sahibi cox gözəl təmir etmişdir. Anası 2006-cı il tarixdə qaraja baxmağa getdikdə oraya məcburi köçkünlərin girərək yaşadığını görmüş və polisə şikayət etmişdir. Ondan sonra həmin adamlar qarajdan çıxarılmışdır. Anası da ondan sonra qarajı öz adına keçirtmək qərarına gəlmişdir. Çünki fikirləşmişdir ki, sonra yenə də kimsə gəlib oraya girər. Anası 2006-cı ilin axrı 2007-ci ilin əvvəlində qarajı adına keçirtmək istəsə də, qardaşının adına olan etibarnamənin müddəti bitdiyindən, qarajın yiyəsi Qulamı da tapa biİmədiklərindən onlar qarajı anasının adına keçirdə bilməmişlər. Anası da bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2007-ci il tarixdə 40K saylı qarajın anasının adına keçməsi ilə bağlı qətnamə qəbul etmişdir. Anası sonra həmin qətnamə ilə Əmlak Komitəsinin Sumqayıt şəhər İdarəsinə gedərək həmin qarajı öz adına keçirtmişdir. Anası 2008-ci il tarixdə xəstə olduğundan evdə müalicə almağa başlamış, sonradan da yataq xəstəsi olmuş və bacısı Samirə ilə ona baxmağa başlamışlar. O da, bacısı da müəyyən vaxtdan bir qaraja gedib baxmışlar. Onlar evdə olan artıq əşyaları qaraja aparıb yığmışlar. 2011-ci il tarixdə 40K saylı qaraja baxmağa getdikdə Samirə onların qarajının yanında olan 39K saylı qarajın üzərində satılır sözünün yazıldığını görərək almaq qərarına gəlmişlər. Samirə orada yazılan nömrə ilə əlaqə saxlamışdır. O, həmin qarajın Bəxtiyar adlı şəxsin olduğunu öyrənmiş, ona qarajı almaq istədiyini demiş və onunla görüşmüşdür. Bəxtiyar Samirəyə qarajın rəhmətlik atası X6 adına olduğunu demiş, onunla qarajın qiymətini 1000 ABŞ dollarına razılaşmışlar. Həmin vaxtlar baş qarışıq olduğundan onların arasında alqı-satqı olmamışdır. Bəxtiyar sonra arxayınçılıqda alqı-satqı olunaraq qarajı ada keçirtməyi demiş, həmin vaxtı Bəxtiyar ona özünün və ailə üzvlərinin adından satmağa razılıq barədə ərizə vermiş, onlar aralarında qarajın alınması və pulun verilməsi ilə bağlı əl yazma ilə kağız yazmışlar və həmin kağızı da ona vermişlər. Bu ərizəni onlar ona görə almışlar ki, sonra hər hansı problem çıxdıqda sübut eləyə bilsinlər. Sonradan o qarajı bacısı Samirəyə bağışlamışdır. Həmin vaxtlar onların qardaşı Kamran evlənərək ayrı yaşamağa başlamışdır. O və bacısı da subay olduqları üçün anamları ilə birlikdə yaşamışlar və bütün işlərə bacısı onunla birlikdə getmişdir. Samirə qarajı aldıqda Bəxtiyar həmin qarajla bərabər onlara iki ədəd plastik qapı da satmışdır. Samirə müəyyən vaxtdan bir həmin qarajlara gedərək baxmışdır. Lakin sonra anasının vəziyyəti çox pisləşdiyindən və yataq xəstəsi olduğundan Samirə daimi olaraq anasına baxmaq məcburiyyətində qalmışdır. O da müəllimə işlədiyindən, bütün günü məktəbdə olurmuş. Ona görə də, onlar müəyyən müddətə qarajlara baxmağa gedə bilməmişlər. Həmin ərəfələrdə Samirəyə adının Xasay olduğunu deyən şəxs zəng edərək onlara məxsus qarajları almaq istədiklərini demişdir. Samirə də ona qarajımızı satmaq fikirimiz olmadığını demiş, sonra 2014-cü ilin avqust ayında onlar evdə olduqda onların evinə sonradan adlarının Zabuta və Xasay olduğunu bildikləri şəxslər gəlmişdir. Onlar həmin şəxsləri tanımadıqlarından Xasay əvvəl onlarla qaraj barədə danışdığını, qarajı almaq istəyən adam olduğunu demişdir. Xasay onlara məxsus qarajların yanında olan qarajları adıqlarını və Zabutaya ev tikəcəklərini, onların qarajlarının mane olduğundan onları da almaq istədiklərini demişlər. O və bacısı analarının xəstə olduğunu, başlarının ona qarışdığını və bir mənalı olaraq qarajı satmaq fikrlərinin olmadıqlarını demişlər. Ondan sonra bir dəfə də onlar onların evinə gələrək yenə qarajı almaq istədiklərini bildirmişlər. Onların həmin vaxt qarajları ümumiyyətlə satmaq fikirləri olmamışdır. Onlar da onlara yenə qəti olaraq qarajı satmadıqlarını demişlər. Ondan sonra 2014-cü ilin sentyabrın 5-də anası rəhmətə getmişdir. Anası rəhmətə qetdikdə Xasay bir dəfə də telefonla Samirəyə zəng edərək yenə qarajı almaq istədiyini demiş, Samirə də ona anasının rəhmətə getdiyini, başlarının ona qarışdığını və qarajı satmaq fikirlərinin olmadıqlarını demişdir. O və bacısı anası rəhmətə qətdiyindən təxminən bir il yarım stresdə olmuşlar, evdən bayıra çıxmamışlar və ona görə də, qaraja baxa bilməmişlər. Samirə təxminən 2016-cı ilin ortalarında qarajın yanında olan qonşulardan orada tələsik ev tikildiyini və onların qarajlarının da həmin evin hasarının içərisində qaldığını eşitmişdir. Samirə də oraya getdikdə həmin Zabuta adlı qadının orada olan qarajları alıb sökərək ev tikdiyini, onlar da iki qarajın onun həyətində qaldığını və ətrafının da hasara alındığını görmüşlər. Samirə məcbur olaraq qarajlara getmək üçün onun qapısnı döyərək həyətə daxil olub getmişdir. Samirə Zabutaya qarajlarının yolunu kəsdiyini, oraya necə keçəcəyini demiş, o da bacısına İcra Hakimiyyətinə pul verib icazə alaraq ev tikdiyini, qarajları satmadıqları üçün məcbur olub belə ev tikdiyini, istədiyi vaxt həyətdən keçərək qarajlara getməyini demişdir. Samirə qarajlara baxdıqda qarajların qaydasında olduğunu və hər şeyin də içində olduğunu görmüşdür. Bacısı daha sonra oradan çıxıb İcra Hakimiyyətinə gedərək bu barədə maraqlanmış və orada Zabutanın yalan dediyini öyrənmişdir. Ondan sonra Samirə evə gəlmiş və Zabutanın qardaşı Xasayın nömrəsini taparaq ona zəng etmişdir. O, Xasaya bunun nə məsələ olduğunu, icazə almadan orada ev tikdiklərini demişdir. Xasay Samirəyə bacısının evsiz olduğunu, məcbur olaraq təcili ev tikdiyini, qarajların yerində olduğunu, ona əl vurmadıqlarını bildirmişdir. Samirə də ondan sonra yenidən qarajlara baxmaq üçün getmiş, Samirə oraya getdikdə Bəxtiyardan aldıqları 39K saylı qarajın bir hissəsinin uçduğunu və həmin qarajda olan iki ədəd plastik qapının və iki ədəd plastik pəncərənin də olmadığını görmüş və Zabutadan buranı kimin sökdüyünü və qapılarla pəncərələri kimin götürdüyünü soruşmuşdur. Zabuta da xəstə olduğunu, xəstəxanada yatdığını, məlumatı olmadığını demişdir. Sonra Samirə bu saat “102” xidmətinə zəng edəcəyini dedikdə Xasay oraya gəlmiş, polisi bu işə qatmamağını, özünün də məlumatı olmadığını, yəqin oğurluq olduğunu demiş, qapı və pəncərələri özünün alacağını söyləmişdir. Onlar bu minvalla 2017 və 2018-ci illərdə də müəyyən vaxtdan bir qarajlara baxmaq üçün getmişlər. Onlar hər dəfə gedəndə həyətdən keçərək qarajlarına gedirmişlər. Lakin həmin vaxtlarda qapı pəncərə oraya qoyulmamış və Samirə bir dəfə də oraya getdikdə Zabutagilin qarajlarının qarşısında özünə mətbəx tikdiyini görmüşdür. Bacısı həmin mətbəxin dərhal söküləcəyini demiş və sonra onlar mətbəxi sökmüşlər. 2018-ci ilin axırlarından 2019-cu ilin axırlarına kimi təxminən 1 il müddətinə bacısı ilə birlikdə gəlinləri xəstə olduğundan ona və uşaqlarına baxdıqları üçün qarajlara baxmağa gedə bilməmişlər. 2019-cu ilin dekabr ayının axırlarında onlar evdə olduqları zaman Zabuta və sonradan kürəkəni olduğunu bildikləri Elmir onlara gəlmiş və onlara yenə qarajı almaq istədiklərini demişlər. Onlara yenə də qarajı satmaq fikrimiz olmadığını bildirdik. Onlar getdikdən sonra Elmir adlı şəxs bir neçə dəfə Samirənin telefon nömrəsinə zəng edərək qarajı almaq istədiyini demişdir. Samirə də ona hər dəfə qarajı satmaq istəmədiyini bildirmişdir. Həmin vaxt o, 1000 mant pul uzadaraq qaraja görə beh olduğunu, qarajı ona satmağı xahiş etmişdir. Samirə ona əvvəla qarajı satmaq istəmədiyini, sonrası da satsa belə günün qiymətinə uyğun qiymətə satacağını demişdir. Samirə ona hazırda həmin qarajların ikisinin qiymətinin həmin ərazidə 10000 (on min) manat olduğunu söyləmişdir. Elmir də biraz ucuz satmağını xahiş etmiş, Samirə də ona ümumiyyətlə satmaq istəmədiyini, satsa da həmin qiymətə satacağını deyərək behi də götürərək getməsini söyləmişdir. O isə məcbur behi evə qoyaraq biraz da fikirləşməyini deyərək çıxıb getmişdir. Samirə səhərsi gün ona zəng edərək qarajı satmadığını, satsa da öz istədiyi qiymətə satacağını deyərək gəlib pulu götürməsini demişdir. O da həmin günü onlara gələrək pulu götürmüşdür. Ondan sonra yenə də bir neçə dəfə onlar tərəfindən qarajın satılması xahiş olunmuş, lakin Samirə razılıq verməmişdir. Samirə sonra bir dəfə də 2020-ci ilin yanvar ayında qaraja baxmağa getmiş və qarajda hər şey qaydasında olduğunu görmüşdür. Qapı pəncərəni də həmişə olduğu kimi Xasay gətirməmişdir. Onlar ondan sonra Covid19 virusu ilə bağlı bir müddət evdən çıxmamış, sonra da qardaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində həyət evində qaldığından bacısı ilə onlara gedərək bir müddət də onlarda qalmışlar. O və bacısı 21.08.2020-ci il tarixinə kimi qaraja gedib baxa bilməmiş və həmin müddət ərzində onlar da bizə satmaqla bağlı yenidən nə zəng etməmiş, nə də gəlməmişlər. O və bacısı 21.08.2020-ci il tarixində Sumqayıt şəhəri, Çerkassi küçəsindən keçən zaman qarajlara baxmaq qərarına gəlmiş və oraya getmişlər. Onlar oraya gəldikdə Zabutagilin qapısını döyərək həyətə girmişlər. Onlar həyətə girdikdə qarajların ümumiyyətlə olmadığını, qarajların yerində torpaq olduğunu, şumlandığını, bir hissəsində hətda tərəvəz əkildiyini, qarajlardan yalnız 4-5 ədəd dəmir atma (şviller) olduğunu görmüşlər. Onlar əsəbləşərək dərhal Zabutagili çağırmışdır. Onlar orada söz mübahisə edərək qarajlara nə olduğunu, nə etdiklərini soruşmuşlar. Zabuta da qarajlardan evinə siçanlar gəldiyini, ona görə də, məcbur olub qarajların ikisini də sökdüyünü demişdir. Onlara qarajlarını özbaşına, icazəsiz sökdüyünü, buununla bağlı bizə məlumat vermədiklərini və icazə almadıqlarını bildirdik. O, sonradan onlara gələrək qarajlarla bağlı halallıq alacağını, pulunu verəcəyini demişdir. Onlar da ona əvvəlcə razılıq almalarını, qarajları satsaydılar və ya icazə versəydilər sökmələrini bildirmişlər. Onlar həmin vaxt qarajın içərisində əşyaların olduğunu, onları nə etdiklərini soruşmuş, Zabuta onlara qarajları buldozer ilə içərisində olan əşyalarla birlikdə sökərək aparıb tulladıqlarını demişdir. Samirə də həmin vaxt “102” xidmətinə zəng edərək onların özbaşına, onlara məlumat vermədən, icazələrinin olmadan sökmələri barədə müraciət etmiş və sonra da Sumqayıt şəhər Polis İdasrəsinin 5-ci Pois Bölməsinə gedərək bu barədə ərizə yazmışdır. Onlar Samirəyə polisə müraciət etməməyini, pulunu verəcəklərini demişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qardaşı X13 və zərərçəkmiş şəxsin qonşusu X4 Kəmalə Saməddin qızının ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o hazırda Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi, 1-ci məhəllə, fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs onun bacısıdır. Bacısı 2012-ci il tarixdən onun yaşadığı ərazinin yaxınlığında 1 otaqlı ev tikərək köçüb yaşayır. Həmin evin yerində əvvəllər qarajlar var idi. Bacısı həmin qarajlardan səkkizini almışdır. Orada cəmi iki qarajı ala bilməmişdir. Həmin qarajlar sonradan tanıdığımız Zərərçəkmiş şəxs və Şahid2 qarajları idi. O və bacısı 2014-cü il tarixdə dəfələrlə Samirə ilə əlaqə saxlayaraq və evinə gedərək ona qarajlarını satmasını bildirmişlər. Bacısı orada traktorla təmizlik işləri aparacağı üçün onun da qarajlarını alaraq birdəfəlik təmizlik işləri aparmağı düşünmüşdür. Çünki bacısı indi təmizlik işləri aparıb, sonra onun qarajlarını alsaydı yenidən təmizlik işləri aparmalı idi. Ona görə də onun da qarajlarını alaraq birdəfəlik təmizlik işləri aparmağı fikirləşirdi. Samirəgil də qarajları satmadığına, satan təqdirdə də çox pul istədiyinə görə onlar onunla razılaşa bilməmişlər. O ağsaqqal olduğuna görə bacısı ilə birlikdə gedirmiş. Ona həmin vaxtı həmin dövr üçün bazar qiyməti nə idisə ona həmin pulu təklif edirmişlər. Samirə isə onlardan həddindən artıq çox pul istəyirdi. Beləki həmin vaxt iki qarajın qiyməti təxminən 1000-1500 manat arası olardı, o isə onlardan 10000 manat pul istəyirmiş. Ondan sonra xeyli müddət Samirə oraya gəlməmişdir. Onlar sonradan onun anasının xəstə olduğunu, sonra da öldüyünü eşitmişlər. Onlar Samirəgilə getdikdə onun bacısı Kəmalə qarajları satmaq istəyirdi. Sonra bacısı xəstə olduğu üçün 2015-ci ilin aprel ayına qədər evinə getməmişlər. O, ürəyindən xəstələndiyi üçün xəstəxanada qalmış, ondan sonra da təxminən 5 aya yaxın onun evində qalmışdır. O bacısı xəstə olduğu üçün onun evində qalmağını istəmişdir. Sonralar xəstə olduğu üçün oralara çox getməmişdir. Samirə dəfələrlə ona zəng edərək evinə çağırmış və ona bacısı ilə razılaşdırmağı təklif edərək qarajı satmağını demişdir. O da ona kömək edəcəyini demişdir. Təxminən 2018-ci il tarixdə Samirə ona zəng edərək Zabutagilə gəlməyini demiş, o onlara getdikdə görmüşdür ki, orada Zabuta və Samirə həyətdə oturub söhbət edirlər. Samirə onu hörmətlə qarşılayıb ona bacısının qarajlara görə 500 manat pul təklif etdiyini, özünün isə 1500 manat pul istədiyini demişdir. O da sakitçilik olsun deyə Samirə ilə 1200 manata razılaşmağını, 1000 manatı bacısı, 200 manatı isə özünün verəcəyini demişdir. Samirə də orada razılaşmışdır. Samirəyə bir neçə günə pulu verəcəklərini bildirmişlər. Ondan sonra o ürəyində problem olduğu üçün müəyyən müddət İranda, Türkiyədə müalicə almışdır. O həmin müddət ərzində Samirənin bacısı ilə razılaşdıqlarını bilirmiş. Lakin sonra Samirənin bacısından şikayət etdiyini eşitmiş, o nə söhbət olduğunu bacısından soruşduqda sonradan Samirənin fikrini dəyişdiyini, bacısının da qarajlar uçduğundan oraları traktorla təmizlətdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onunla eyni məhlədə yaşadığından onu tanıyır, lakin Zərərçəkmiş şəxs isə tanımır. Özünə məxsus JKB-3CX markalı 50-T-359 dövlət qeydiyyat nişanlı traktorla günəmuzd işləyib çörək pulu qazanır. O, yaşadığı yerlərdə əvvəllər qarajların olduğunu, orada yaşayanların həmin qarajları alıb sökərək yerində ev tikdiklərini, Zabutanın da həmin yerlərdə olan qarajları alıb özünə ev tikdiyini demişdir. 2020-ci ilin təxminən aprel ayında Zabuta onu çağıraraq həyətində qarajların olduğunu, birinin uçduğunu, digərinin də divarlarının yavas-yavas dağılmağa başladığını, onları uçurtmaq lazım olduğunu demiş, Zabutayla 200 manata razılaşaraq traktorla onun həyətinə getmiş, hətda traktor onun həyətinin darvazasından keçmədiyinə görə onun darvazasının yuxarı hissəini də kəsmişlər. Sonra o, traktorla həyətə girərək orada biri uçaraq yerdə olan, o biri isə normal vəziyyətdə olan qarajı Zabuta dediyi üçün uçurtmuş, sonra Zabuta uçulmuş qarajları təmizləmək üçün qonşuluqda yaşayan Gündüz adlı kamaz şoferini çağırmağını demiş, o da Gündüzü çağırmışdır. Gündüz də həmin uçulmuş qarajları təmizləyib aparmaq üçün 100 manata razılaşaraq təxminən 10 dəfəyə zibilləri kamaza yükləyərək aparmışdır. O, ifadə vermək üçün polis idarəsinə gəldikdə qarajların başqa adamın olduğunu, Zabutanın həmin qarajları ondan almadığını, ona görə də, aralarında mübahisə yarandığını eşitmişdir. 2020-ci ilin təxminən aprel ayında orda olduğu zaman orada qarajın birinin uçaraq yerdə olduğunu, o biri qarajın isə normal vəziyyətdə olduğunu, yalnız divarlarının yavas-yavas uçduğunu, lakin qarajın divarlarının, tavanının öz yerində olduğunu, qapısında da dəmir darvaza olduğunu, bildirmişdir. Zabuta dediyi üçün traktorla oranı sökdüyünü, qarajları sökdüyü və oradan təmizlədikləri zaman qarajların içərisində dəqiq nələr olduğuna fikir vermədiyini, lakin görünən orada köhnə əşyaların olduğunu, orada Samirənin dediyi qədər əşya olmadığını və ona 10000 manat maddi ziyan dəydiyini fikirləşmədiyini, orada yalnız traktorla həmin əşyaları Gündüzün kamazına yüklədiyini, sonradan Gündüzün onları aparıb hara atdığını bilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onunla eyni məhlədə qaldığından tanıyır, lakin Zərərçəkmiş şəxs isə tanımır. Özünə məxsus kamazla günəmuzd işləyib çörək pulu qazanır. Yaşadığı yerlərdə əvvəllər qarajlar olduğunu və orada yaşayanların həmin qarajları alıb sökərək yerində ev tikdiklərini, Zabutanın da həmin yerlərdə olan qarajları alıb özünə ev tikdiyini bildirmişdir. 2020-ci ilin təxminən aprel ayında Zabuta onu çağıraraq həyətində sökülmüş qarajlar olduğunu, onları kamazla aparıb tullamağını demiş, Zabutayla 100 manata razılaşaraq oraya gəlmiş, Azadın da orada traktorla qarajları södüyünü görmüşdür. Azad traktorla uçulmuş söküntüləri kamaza yükləmiş, o da təxminən 10 dəfəyə həmin yükləri təmizləyib apararaq Sumqayıt şəhərinin çıxışında yerləşən zibilliyə tullamışdır. O polis idarəsinə ifadə vermək üçün gəldikdə həmin qarajların başqa adamın olduğunu, Zabutanın həmin qarajları Samirədən almadığını, ona görə aralarında mübahisə yarandığını eşitmişdir. Oraya gəldikdə artıq qarajların uçulmuş vəziyyətdə olduğunu, ona görə də qarajların əvvəl hansı vəziyyətdə olduğunu görmədiyini, maraqlı gəlmədiyi üçün də onlardan soruşmadığını, sökülmüş qarajların tullantılarını kamaza yükləyib apardığı zaman orada bəzi köhnə əşyaların olduğunu gördüyünü, lakin orada dəqiq nələrin olduğunu xatırlamadığını, sökülmüş qarajın tullantılarını da, içərisində olan dəqiq nələr olduğunu xatırlamadığı bütün tullantıları da Zabuta dediyinə görə apararaq Sumqayıt şəhərinin çıxışında yerləşən zibilxanaya tulladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 02.11.2020-ci il tarixli 10/2977 saylı rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən qaraj tikilisinin sökülməsi nəticəsində dəymiş ziyanın və görülməli yenidənqurma və tikinti-təmir bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 2150,0 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 19.11.2020-ci il tarixli 9/4343 saylı rəyində göstərilmişdir: Ekspertiza təyini haqqında qərarda (fotoşəkillərdə) göstərilən əşyaların zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla, istismara yararlı vəziyyətdə halhazırda orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1820,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 19.01.2021-ci il tarixli 10/136 saylı rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən qaraj tikilisinin sökülməsi nəticəsində dəymiş ziyanın və görülməli yenidənqurma və tikintitəmir bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 2960,0 manat məbləğində olduğu müəyyən edilir. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən qaraj tikilisinin sökülmə səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin həmin tikilinin kənar müdaxilələrin təsiri nəticəsində sökülməsi mümkün olduğu müəyyən edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs 05.03.2021-ci il tarixli iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 6930 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş 05.03.2021-ci il tarixli iddia ərizəsi tam təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********28 saylı, 21.10.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-978-2007 saylı, 23 aprel 2007-ci il qətnaməsinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 40K nömrəli qaraja X2 adına 146 qeydiyyat nömrəli texniki pasport verilmişdir. İş materiallarında olan 19.04.2021-ci il ratixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 05.09.2021-cü il tarixdə vəfat etmiş, onun mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 24.5 kv/m olan qaraj onun qanun üzrə vərəsələri X13, Şahid2 və Zərərçəkmiş şəxs arasında bölünərək, onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. İş materiallarında olan 14.06.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X13 və Şahid2 19.04.2021-ci il ratixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 24,5 kv/m olan qaraj binasında hər birinə düşən 1/3 miras paylarını bacıları Zərərçəkmiş şəxs bağışlamışlar. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 23,8 kv/m olan 39K nömrəli qaraj X6 mülkiyyətindədir. İş materiallarında olan X14 ilə Şahid2 arasında bağlanmış 30.03.2011-ci il tarixli yazılı alqı-satqı müqaviləsindən görünür ki, X11 atası X3 miras qalan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 23,8 kv/m olan 39 K nömrəli qarajı 1100 (min yüz) manata Şahid2 satmışdır. İş materiallarında olan Şahid2 30.03.2011-ci il tarixli ərizəsindən görünür ki, X8 aldığı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 23,8 kv/m olan 39K nömrəli qarajı bacısı Zərərçəkmiş şəxs bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan 2 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21.01.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnteqrasiya təlimli internat tipli gimnaziyada texnologiya müəlliməsi vəzifəsində işləyir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də 78 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də 270 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin olunmalı, cinayət əməli nəticəsində 6930 (altı min doqquz yüz otuz) manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinib cinayət nəticəsində vurulmuş ziyanın 2 (iki) misli miqdarında,yəni 13860 (on üç min səkkiz yüz altmış) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 6930 (altı min doqquz yüz otuz) manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-199/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-199/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver